Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Payasspor
Payasspor — Türkiyənin Hatay ilinin Payas ilçəsində qurulmuş futbol klubu. == Tarixçə == 1975-ci ildə "Payas Gənclik Spor" adı ilə qurulmuş və hələ o dövrdə rəngləri mavi-ağ olaraq müəyyən edilmişdir. Rəsmi olaraq 1978–1979 mövsümündə Hatay 2-ci həvəskar liqasına qatılan komanda ilk mövsümündə çempion olaraq 1-ci həvəskar liqasına çıxmış, üstəlik Valilik Kubokunu qazanmışdır. 1982-ci ildə klubun adı "Payasspor" olmuşdur. 1993-cü ildə isə adı "Payas Bələdiyyəspor" olmuşdur. 2012–13 mövsümündə "Payas Bələdiyyəspor 1975" adını almışdır.Türkiyə Həvəskarlar Liqasının 2012–13 mövsümündə 4-cü qrupda 70 xal toplamış və "44 Malatyaspor"a qarşı top fərqi ilə qalib gələrək 2013–14 mövsümündə 3. Liqaya yüksələrək ilk dəfə peşəkar klub olmuşdur. 2015-ci ilin iyulunda klubun adı sadəcə "Payasspor" olmuşdur. == Liqa mübarizələri == 3-cü Liqa: 2013–2021 Regional Həvəskarlar Liqası: 2011–2013, 2021–2022 Hatay Həvəskarlar Liqası: 1975–2011, 2022 — h.h.
Payasspor FK
Payasspor — Türkiyənin Hatay ilinin Payas ilçəsində qurulmuş futbol klubu. == Tarixçə == 1975-ci ildə "Payas Gənclik Spor" adı ilə qurulmuş və hələ o dövrdə rəngləri mavi-ağ olaraq müəyyən edilmişdir. Rəsmi olaraq 1978–1979 mövsümündə Hatay 2-ci həvəskar liqasına qatılan komanda ilk mövsümündə çempion olaraq 1-ci həvəskar liqasına çıxmış, üstəlik Valilik Kubokunu qazanmışdır. 1982-ci ildə klubun adı "Payasspor" olmuşdur. 1993-cü ildə isə adı "Payas Bələdiyyəspor" olmuşdur. 2012–13 mövsümündə "Payas Bələdiyyəspor 1975" adını almışdır.Türkiyə Həvəskarlar Liqasının 2012–13 mövsümündə 4-cü qrupda 70 xal toplamış və "44 Malatyaspor"a qarşı top fərqi ilə qalib gələrək 2013–14 mövsümündə 3. Liqaya yüksələrək ilk dəfə peşəkar klub olmuşdur. 2015-ci ilin iyulunda klubun adı sadəcə "Payasspor" olmuşdur. == Liqa mübarizələri == 3-cü Liqa: 2013–2021 Regional Həvəskarlar Liqası: 2011–2013, 2021–2022 Hatay Həvəskarlar Liqası: 1975–2011, 2022 — h.h.
Payam Turk
Payam Turk (fars. پیام تورک‎; 22 noyabr 1990, Biləsuvar, Ərdəbil ostanı) — Cənubi Azərbaycanlı reper. 11 uşaqlı bir ailənin sonbeşiyi olan Payam hal-hazırda anası ilə birlikdə Ərdəbil şəhərində yaşayır. O, İranda musiqi qadağaları və çətinliklərinə baxmayaraq ayaqda qala bilmiş, səsi ilə təkcə Ərdəbili deyil, ölkə sərhədlərini belə aşmağı bacarmış reperdir. Hazırda Azərbaycanın ən çox dinlənilən reperi kimi tanınan Payam, Şimali Azərbaycan və Türkiyədə də çox sayda dinləyici qazanıb. Youtube platforması vasitəsilə məşhurlaşan sənətkarın bir neçə mahınısı milyonlarla baxış qazanmışdır. == Həyatı == == Fəaliyyəti == Payam repə başlamadan illər öncə şeir yazmağla məşğul olurdu. Məktəb illərində fars dilli repçi MZ ləqəbli dostu Payam Turku fars repi ilə tanış etdi. Onun ritm üstündə fars yazmaların görüb, dinləyib və bunun türkünü yazmaq qərarına gəlir. 2010-cu ildən musiqi fəaliyyətinə başlayır.201‪2-ci ildə “Demə Dəişil” adlı albom çıxarır.
Payam Qobadi
Payam Qobadi (17 may 1989, Tehran, İran) — Azərbaycanı təmsil edən taekvondoçu. == Həyatı == Payam Qobadi 1989-cu il mayın 17-də İranın Tehran şəhərində anadan olub. == Karyerası == Payam Qobadi 2016-cı ildə Montrö şəhərində (İsveçrə) baş tutan Avropa Çempionatının bürünc medalına sahib oldu.
Para Para
Para Para(yap: パラパラ) Yaponiya mənşəli bir qrup rəqsidir. Para Para, 1980-ci illərdən başlayaraq, Avropada İtalo-disko və Avro diskonun satılmağa başladığı dövrdən mövcud olmuşdur. Para Para və Avrobit bir-biri ilə sıx əlaqədədir. Avrobit sənətkarı Deyv Rocers, Para Para'nı Avrobitə qulaq asarkən rəqs edilə biləcək və əsasən çox cəld olan bir rəqs növü olaraq qeyd etmişdir.
Maya
Maya — qadın adı. Maya Anjelu – Amerikalı şairə. Maya Saviç — Monteneqronu təmsil edən həndbolçu. Maya Zebiç — Xorvatiyanı təmsil edən həndbolçu. Maya Sandu — Moldovalı dövlət və siyasi xadim Maya Bədəlbəyli — Azərbaycan Yazıçılar Birliyinin və Rusiya Yazıçılar Birliyinin üzvü Maya Tabakova — Bolqarıstanı təmsil edən bədii gimnast.
Papa
Roma Papası — Roma Baş yepiskopu, Roma Katolik Kilsəsinin başçısı, Katolik xristianların dini lideridir. Katoliklərə görə Həvari Pyotrun xələfidir. İlk zamanlar bütün yepiskoplara verilən papa ünvanı, sonralar yalnız Roma Yepiskopu üçün istifadə edilməyə başlandı. Katolik kilsəsi, kilsə çərçivəsində Pyotr və xələflərinin təmsil etdiyi ən uca vəzifə olan papalığın ilahi bir qurum olduğunu iddia edir: İsa, papalıq vəzifəsini Pyotra təhvil vermiş və Pyotr da bu vəzifəni faktiki görmüşdür. Kilsədə yerləşmiş bir ənənəyə görə Pyotr, Romada din qurbanı olaraq ölmüşdür, bu səbəblə də ən təbii varisləri Romalı yepiskoplardır. == Tarix == Papalıq tarixi bir çox baxımdan kilsə tarixi ilə birləşir; bununla birlikdə bu tarixin bəzi dövrləri Papalıq qurumunun inkişafı baxımından ayrı bir xüsusiyyət daşıyır. İlk üç əsr ərzində papalar, daha çox Roma kilsəsinə əhəmiyyət vermişlər; amma qısa bir müddət sonra müxtəlif ölçülərdə başqa kilsələrə də qarışmağa başladılar: məsələn Papa I. Klementin Korintoslulara Məktubu (I əsrin sonu); Papa Viktorun Pasxa tarixi mövzusunda çıxan müzakirələrə müdaxiləsi (II əsrin sonu) və s. böyük kilsələrarası qurultay dövründə (IV və V əsr) papanın öndərlik təsiri daha da açıq şəkildə meydana çıxdı; 451'dəki Kadıköy məclisi, "Pyotrun Papa Leonun ağzında iradəsini bildirdiyini" irəli sürdü.
Para
Para (port. Pará) — Braziliyanın şimalında yerləşən ştat. Şimalda Amapa ştatı, Qayana və Surinam, şərqdə Maranyan və Tokantins, cənubda Matu-Qrosu, qərbdə Amazonas və Rorayma ştatları ilə sərhədlənir. Şimal-şərqdən Atlantik okean ilə sərhədlənir. İnzibati mərkəzi Belen şəhəridir. Para sahəsinə görə Braziliyanın ikinci böyük ştatıdır. == Coğrafiyası == Ərazisinin böyük qismi düzənlikdən ibarətdir. Az bir qismi isə dağ çöllərinon payına düşür. Bu isə Qviana və Braziliya platosuna daxildir. Ən dayaz nöqtələrdə Amazon meşələri yayılmışdır.
Pauya
Quya çayı (latış. Gauja‎, est. Koiva, alm. Livländische Aa‎) — Latviya ərazisindən axan çay. Çayın kiçik bir hissəsi Estoniya ilə sərhəddən axır. Çayın uzunluğu 460 km, hövzəsinin sahəsi isə 8,9 min. km² təşkil edir. Qolları — Abuls (sol), Amata (sol), Brasla (sağ), Mustyıqi (sağ), Rauna (sol), Vildoqa. == Ümumi məlumat == Çay Latviya ərazisində formalaşan və ərazisindən axaraq dənizə tökülən ən uzun çaydır. Qidalanmasında 35-40 % qar sularının payına düşür.
Payna
Paça
Paça (mac. Pacsa) — Macarıstanın Zala medyesində yerləşən kənd.
Paşa
Paşa — Osmanlı Dövləti zamanında yüksək mülki məmurlara və polkovnikdən yüksək rütbədə olan əsgərlərə verilən ad. Bununla bərabər Osmanlı himayəsində Misir baş rəhbərlərinə də paşa titulu verilmişdir. == Sözün mənşəyi == Sözün qədim Türkcə kişi övladı mənasını verən beşə sözündən gəldiyi və ya baş ağa sözlərinin birləşməsindən yarandığı düşünülməkdədir. Bunun yanında baş ad gövdəsinə -A addan ad düzəldən quruluşum əlavə gətirilərək ən üstdə, başda olan mənasında uydurulan bir söz olduğu da düşünülür. İsgəndər Qəmə da sözün "beşə" sözündən gəldiyinə "Od" romanındakı bu sözlərlə işarə etmişdi: "Çələbi Faruk, Loğman Beş ilanın atası demək. Üç ildir ki, bunu heç bilməmişdim. Halbuki "Paşa" də anlamalıydım" Günümüzdə "Ləqəb və titulların aradan götürülməsi" haqqındakı qanun ilə qadağa olmasına baxmayaraq (26 noyabr 1934) bir çox sahədə general rütbəli zabitlər üçün geniş işlədilməkdədir. [1] Həmçinin paşa Türk mənşəli bir kəlmə olmasına baxmayaraq xarici söz birləşmələrinin tərkibində istifadə edilmişdir.
Praya
Praya (port. Praia — «çimərlik») — Kabo-Verde ada dövlətinin paytaxtı və ən iri şəhəri. Santyaqu adasında yerləşir. Əhalisi — 113 min nəfər (2005). == Yaranma tarixi == XV əsrin sonunda salınıb. 1770-ci ildə Praya əvvəlki məskəndə su ehtiyatı bitdikdən sonra arxipelaqın mərkəzinə köçürülür. Paytaxt seçimi yerin uğurlu olması ilə bağlı idi. Müstəqillik dovründə şəhər xeyli genişlənmişdir. == İqtisadiyyat == Apeisin, şəkər və kofe ixrac edilir. Dəniz marşrutlarının kəsişdiyi nöqtədə yerləşir.
Saya
Saya (və ya Sayaqan) - türk və altay xalq mədəniyyətində bərəkət mərasimi. Qoruyucu ruhu olan Saya xan adına təşkil edilər. Heyvandarlıqla məşğul olan cəmiyyətlərin bərəkəti artırmaq üçün təşkil etdikləri bir mərasimdir. Oyunu aparan adama "Sayacı" deyilir. Qoyunlar doğmağa başlayanda çobanlar kənd kənd ev ev gəzib saya toplayırlar. Sayacılar keçi dərisinə bürünərlər. Saya adı verilən qoşalar (maniler) oxuyarlar. Saya Xan ilə əlaqəli bir mərasimdir. Bundan başqa otlaq, mera kimi mənaları da vardır. Qoça, Saya, Payna, Paqta dördlü bir mərasim silsiləsi meydana gətirərlər.
Xaya
Xaya və ya Toxumluq (lat. testis, yun. orchis, didymis) — yastılaşmış ellipsoid şəklində olub xayalıqda yerləşmişdir. Forma və həcmcə qoz və ya göyərçin yumurtası ilə müqayisə etmək olar. Hər bir xayanın çıxıq bayır səthi — lat. facies lateralis basıq içəri səthi — lat. facies lateralis, sərbəst ön kənarı — lat. margo anterior, xaya artımı və toxum ciyəsi ilə örtülmüş dal kənarı — lat. margo posterior, yuxarı ucu — lat. exterimitas superior və aşağı ucu — lat.
Yaya
ToponimlərYoussouf (ada) — Yeni Sibir adalarıına daxil olan, Stolbovoy adası ilə Belkovski adası arasında yerləşir. Youssouf (çay) — Youssouf (kənd) — Youssouf (şəhər) —ŞəxslərYaya Ture — "Mançester Siti" və Kot-d’İvuar milli futbol komandasının yarımmüdafiəçisi.
Qaya
Süxur — Yer qabığını əmələ gətirən təbii mineral birləşmədir. Mənşəyinə görə süxurlar müxtəlif qruplara bölünür: == Torpaqəmələgətirən süxurlar == Ana süxurları torpaqəmələgətirən süxurlar üçün əsas sayılır, onların üst qatlarından torpaq yaranır. Süxurların xüsusiyyətləri torpağın kimyəvi və fiziki xassələrinə müəyyən qədər təsir göstərir. Qranit üzərində əsasən az münbit torpaqlar əmələ gəlir. Bazalt süxurlar isə münbit torpağın yaranması üçün qiymətli material hesab olunur. Landşaftın, hidroqrafiyanın və bitki örtüyünün xüsusiyyəti dağ süxurlarının xarakteri və formasından asılıdır. == Maqmatik süxurlar == Maqmanın yer qabığının dərinliklərində və ya yer kürəsində soyuyaraq qatılaşmasıyla əmələ gələn süxurlara deyilir. (Məsələn:Qranit, Siyenit, Trakit, Andezit, Latit, Diyorit, Qabro, Obsidian, Monsonit, Perlit, Riolit, Qranodiorit, Bazalt, Harzburgit, Diabaz və s.) Maqmatik süxurlar da özlüyündə 2 qrupa bölünür: Effuziv- Maqma püskürüb yer səthinə çıxaraq aşağı temperatur və toyiq şəraitində soyuduqda yaranan süxurlar İntruziv — maqma yer səthinə çatmayıb yüksək təzyiq şəraitində müəyyəndərinlikdə yavaş-yavaş soyuyub kristallaşaraq yaranan süxurları deyilir. == Sedimental süxurlar == Maqmatik süxurların xarici təsirlər nəticəsində(hava, su, külək və s.) kiçik parçalara bölünməsilə meydana gələn süxurlara deyilir. (Məsələn:Qumdaşı, Gildaşı, Konqlomera və s.) Sedimental süxurların növləri: Mexaniki Sedimentar süxurlar Kimyəvi Sedimentar süxurlar Üzvi Sedimentar süxurlar == Metamorfik süxurlar == Metomorfik süxurlar — yerin daxilində olduğu yerdəcə çöküntü süxurlarından yaranmışdır.
Raya
Raya — qadın adı. Raya Mustafayeva — Azərbaycanda ilk ornitoloq qadın, biologiya elmləri namizədi. Raya Nəcəfova — kimyaçı alim, professor, kimya üzrə elmlər doktoru.
Aya
Aya (Türk mifologiyası)
"Qaya" qrupu
"Qaya" — 1961-ci ildən 1988-ci ilə qədər fəaliyyət göstərmiş Azərbaycan vokal kvarteti. Qrupun heyətinə Arif Hacıyev, Lev Yelisavetski, Rauf Babayev və Tofiq Mirzəyev daxil idi. Qrup Azərbaycan, ingilis, ispan, polyak və rus dilində mahnılar ifa etmişdir. 1961-ci ildə Rauf Hacıyev qrupu Azərbaycan Dövlət Estrada Orkestrində işləməyə dəvət etdikdən, "Qaya" böyük səhnəyə gəldi. Qrup müxtəlif dövrlərdə Fərəc Qarayev, Fikrət Əmirov, Rauf Hacıyev, Tofiq Babayev, Tofiq Quliyev, Vasif Adıgözəlov və digər bəstəkarla iş görmüşdür. == Tarixi == === Qrupun yaranması === 1960-cı illərinin əvvəllərində Asəf Zeynallı adına orta ixtisas musiqi məktəbində təhsil alan dörd gənc — Arif Hacıyev, Adil Nəzərov, Rauf Babayev və Teymur Mirzəyev vokal kvartet yaratmaq fikrinə düşürlər. Qrupun ilk çıxışları tələbə yığıncaqlarında və musiqi məktəbinin kiçik otaqlarında baş tutur. 1961-ci ildə kvartet bəstəkar Rauf Hacıyev rəhbərlik etdiyi Azərbaycan Dövlət Estrada Orkestrində "Qoscaz" adlandırdılan kollektivə işə dəvət edilir. O zaman kollektiv "Bakı vokal kvarteti" adlanırdı. Azərbaycan Dövlət Estrada Orkestrində çalışdıqları dövrdə Adil Nəzərov ailə vəziyyətilə bağlı kollektivdən gedir və onu Lev Yelisavetski əvəz edir.
Abaza paşa
Abaza paşa və ya Abaza Mehmed Paşa (21 yanvar 1576, Konstantinopol – 23 avqust 1634, Konstantinopol) — 1624–1628-ci illərdə Cəlali üsyanının lideri olan Osmanlı dövlət adamı. Abxaz Mehmed Paşa özünə məxsus geyimi ilə dövründə fərqlənmiş, hətta bəzi mənbələrə görə Osmanlı sultanları belə onun geyiminə istinad etmişdir. == İlk illəri == Əslən abxazdır. İlk işi Hələb hakimi Canpoladoğlu Əli Paşanın xəzinədarlığı oldu. Canpoladoğlu ailəsi Hələbin idarəsində olan köklü ailələrdən biri idi. Əmisi Hüseyn Paşanın edam edilməsindən sonra üsyan qaldıran Canpoladoğlu Əli Paşanın üsyanında yer aldı. 1607-ci ildə baş verən döyüşdə Canpoladoğlunun ordusunda iştirak etdi ancaq ordu məğlub olduqdan sonra Osmanlı ordusuna əsir düşdü. Həmin illərdə yeniçəri ağası olan Xəlil Paşa sülhü təmin etmiş və beləliklə, Abxaz Mehmed Xəlil Paşanın xidmətinə girmişdir. Xəlil Paşa kaptan-ı dərya təyin edildiyi illərdə Abxaz Mehmed Paşa da dərya bəyi olaraq seçildi. Ard-arda silahdarlıq, Hələb və Mərəş hakimi oldu.
Ahmet Kaya
Əhməd Qaya (türk. Ahmet Kaya; 28 oktyabr 1957, Malatya – 16 noyabr 2000, Paris) — türk sənətçi. == Hayatı == Əhməd Qaya 1957-ci ildə Malatyada kürd əsilli ailənin beşinci uşağı olaraq dünyaya gəlib. Əslən Adıyamanlıdır. İlk evliliyindən Çiğdəm, ikinci evliliyindən isə Melis adlı 2 qızı var. == Ölümü == 11 noyabr 2000-ci ildə Parisdə infakt nəticəsində dünyasını dəyişmişdir.
Akif Paşa
Akif Paşa (türk. Bozoklu Akif Paşa; 25 dekabr 1787, Yozqat – 1845, İsgəndəriyyə) — Osmanlı dövlət adamı, şair və yazıçı. == Həyatı == Akif Paşa 1787-ci ildə Yozğadda anadan olmuşdur. Atası Ayıntabizadə Müdərris Mehmet Əfəndidir. İlk dəfə əmək fəaliyyətinə Divani humadunda başlayıb. Siyasət aləminə düşdükdən sonra bu sahədəki rəqibi Ədhəm Paşa imiş və ömrünün sonuna qədər onunla çarpışmışdır. Fəqət Akif Paşa bu mübarizədə məğlub olmuşdur. Akif Paşa 1845-ci ildə vəfat etmişdir.
Alın payı
Alın payı – (lat. lobulus frontalis) çəpgənin ön şöbəsini işğal edərək dal tərəfdə – mərkəzi şırım vasitəsilə təpə payından və bayır tərəfdə – bayır şırım vasitəsilə gicgah payından ayrılır. Yarımkürənin içəri səthində alın payı ilə təpə payı arasındakı hüdudu mərkəzi şırımın içəri ucundan aşağı doğru çəkilmiş xəyali xətt təşkil edir. Alın payının dal hissəsində mərkəzi şırıma paralel olaraq mərkəzönü şırım – lat. sulcus paracentralis gedir. Mərkəzönü şırımdan iki digər şırım – yuxarı və aşağı alın şırımları – lat. sulci frontalis superior et inferior başlayaraq boylama istiqamətdə öə doğru gedir. Bu şırımlar vasitəsilə alın payı aşağıdakı qırışlara bölünür. Mərkəzönü qırışıq – lat. gyrus precentralis (gyrus centralis anterior – BNA) mərkəzi şırımla mərkəzönü şırım arasında yerləşir.
Arif Paşa
Arif Fəxrəddin oğlu Paşayev (15 may 1959, Laçın) — Azərbaycan hərbçisi və siyasətçisi. O, Azərbaycan Silahlı Qüvvələrinin keçmiş Laçın dağ-atıcı alayının ilk komandiri, Qarabağ müharibəsi iştirakçısı olmuşdur. Ehtiyatda olan polkovnikdir. == Həyatı == Arif Paşayev 15 may 1959-cu ildə Laçın şəhərində anadan olub. 1966–1976-cı illərdə Laçın şəhər orta məktəbində orta təhsil alib. 1977-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutuna daxil olub, 1982-ci ildə həmin institutu sənaye və mülki tikinti ixtisası üzrə bitirərək təyinatla Daxili İşlər Nazirliyinin sərəncamına göndərilib. 1982–1984-cü illərdə xaricdə Sovet qoşun kontingentinin tərkibində xidmət edib. == Həbsi == 1993-cü ilin avqust ayında Cinayət Məcəlləsinin 4-cü maddəsində ölüm cəzası nəzərdə tutulan 13 maddə ilə ittiham olunaraq həbs edilib. 1994-cü ilin sentyabrın 21-də Milli Təhlükəsizlik Nazirliyinin istintaq təcridxanasından qaçırılıb. 1994-cü ilin noyabrında məhkəmə keçirilməsini tələb edərək, məhkəməyə qayıdıb və 1995-ci ilin may ayının 12-də bəraət alıb.
Autodesk Maya
Autodesk Maya - Windows, macOS və Linux-da üçölçülü qrafik redaktordur. Maya geniş 3D-animasiya, modelləşdirmə və vizuallaşdırma funksionalına malikdir. Proqram animasiyalar, mühitlər, hərəkət qrafikləri, virtual reallıq və personajları yaratmaq üçün istifadə olunur. Kino, televiziya və oyun sənayesində geniş tətbiq edilir.
Ağ Qaya
Ağ Qaya(ukr. Ак-Кая, krımtat. Aq Qaya, Акъ Къая) — Ukraynanın Beloqorsk rayonu, Belaya Skala (1948-ci ilə qədər Ağ Qaya) kəndi yaxınlığında yerləşən qayalı dağ. Böyük-Qarasu çayı vadisindən şaquli ağ qayalı bir divar ucalır. Dəniz səviyyəsindən hündürlüğü 325 m, vadi ilə uçurumun başı arasındakı hündürlük fərqi 100 m-dir. Ağ Qaya adı Krım tatar tərəfindən verilmişdir. Ağ Qaya paleogen əhəngdaşlarının və qumdaşlarının aşınması nəticəsində yaranmışdır. Qayanın yuxarı hissəsində hava şəraiti dirəklər, qruntlar, oval nişlər yaratmışdır. Qaya hissəsinin aşağı hissəsində aşınma məhsulları yığılır. Bəzi yerlərdə eroziya yabanı gül və vələs kolları ilə məhdudlaşdırılır.
Aşiq Paşa
Aşıq Paşa (1272 – 1333) — Anadolu aşığı. == Həyatı == Aşıq Paşa Anadoluda Kırşəhərdə doğulmuş və orada da vəfat etmişdir. Əsərlərini türk dilində yazmışdır. Təsəvvüf fəlsəfəsini yaymaq, dərvişliyi öyrətmək məqsədilə yazdığı "Qəribnamə"si on iki min beytdən ibarətdir. Əruzla yazılmış bu əsər didaktik mahiyyətdədir. Əsərində türk dilinin əhəmiyyətini xüsusi olaraq vurğulayır. Aşıq Paşa Yunus İmrənin təsiri ilə bəzən heca, bəzən də əruzla ilahilər və qəzəllər yazmışdır. Aşıq Paşa türk dilinin inkişafında və yayılmasında böyük xidmətləri olan və türkcə şeirlər yazan ilk şairlərdəndir. 1272-ci ildə Kırşəhərdə dünyaya gələn Aşıq Paşa tanınmış mütəsəvvüf Baba İlyasın nəvəsidir. Baba İlyas XIII əsrin əvvəllərində Orta Asiyadakı Xorasan bölgəsindən Anadoluya köçmüş, Kırşəhər və ətrafındakı türkmən oymaqlarının şeyxi olmuş, onlarla birlikdə Səlcuqlu sultanı II Keyxosrova qarşı təşkil olunan Babayi üsyanında iştirak etmişdir.
Bayram Paşa
Ladikli Bayram Paşa (ö. 26 avqust 1638, İstanbul) — IV Murad dönəmində 2 fevral 1637 - 26 avqust 1638 tarixlərində ümumilikdə 1 il 6 ay 24 gün Osmanlı imperiyasının sədrəzəmi olmuş dövlət adamıdır. Eyni zamanda İstanbulun Bayrampaşa səmti də məhz Bayram Paşanın adı ilə bağlıdır. Sədrəzəmliyi dövründə haqqında həcv yazan Nefinin edamında günahlandırılır. == Həyatı == Əslən Samsunun Ladik bölgəsindən olan Qurd ağanın oğlu olaraq İstanbulda dünyaya gəlmişdir. Yeniçəri ocağına alınaraq burada yetişdirildi və 1622-ci ildə durnaçıbaşı, 1623-cü ildə zağarçıbaşı oldu və Rumelidə Yeniçəri ocağı üçün uşaq dəvşirməklə vəzifələndirildi. Ardından həmin il yeniçəri kəndxudası və yeniçəri ağalığına gətirildi. Yeniçəri kəndxudası ikən I Əhmədin qızı Xanzadə Sultanla evləndi. Ancaq Yeniçəri ocağında yaranan qarışıqlıq səbəbilə bu vəzifəsindən azad edildi və qübbə vəzirliyinə gətirildi. 1625-ci ildə Misir hakimliyinə yüksəldi və 3 ildən sonra yenidən qübbə vəziri olaraq paytaxta geri çağırıldı.