Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Payasspor
Payasspor — Türkiyənin Hatay ilinin Payas ilçəsində qurulmuş futbol klubu. 1975-ci ildə "Payas Gənclik Spor" adı ilə qurulmuş və hələ o dövrdə rəngləri mavi-ağ olaraq müəyyən edilmişdir. Rəsmi olaraq 1978–1979 mövsümündə Hatay 2-ci həvəskar liqasına qatılan komanda ilk mövsümündə çempion olaraq 1-ci həvəskar liqasına çıxmış, üstəlik Valilik Kubokunu qazanmışdır. 1982-ci ildə klubun adı "Payasspor" olmuşdur. 1993-cü ildə isə adı "Payas Bələdiyyəspor" olmuşdur. 2012–13 mövsümündə "Payas Bələdiyyəspor 1975" adını almışdır. Türkiyə Həvəskarlar Liqasının 2012–13 mövsümündə 4-cü qrupda 70 xal toplamış və "44 Malatyaspor"a qarşı top fərqi ilə qalib gələrək 2013–14 mövsümündə 3. Liqaya yüksələrək ilk dəfə peşəkar klub olmuşdur. 2015-ci ilin iyulunda klubun adı sadəcə "Payasspor" olmuşdur. 3-cü Liqa: 2013–2021 Regional Həvəskarlar Liqası: 2011–2013, 2021–2022 Hatay Həvəskarlar Liqası: 1975–2011, 2022 — h.h.
Payasspor FK
Payasspor — Türkiyənin Hatay ilinin Payas ilçəsində qurulmuş futbol klubu. 1975-ci ildə "Payas Gənclik Spor" adı ilə qurulmuş və hələ o dövrdə rəngləri mavi-ağ olaraq müəyyən edilmişdir. Rəsmi olaraq 1978–1979 mövsümündə Hatay 2-ci həvəskar liqasına qatılan komanda ilk mövsümündə çempion olaraq 1-ci həvəskar liqasına çıxmış, üstəlik Valilik Kubokunu qazanmışdır. 1982-ci ildə klubun adı "Payasspor" olmuşdur. 1993-cü ildə isə adı "Payas Bələdiyyəspor" olmuşdur. 2012–13 mövsümündə "Payas Bələdiyyəspor 1975" adını almışdır. Türkiyə Həvəskarlar Liqasının 2012–13 mövsümündə 4-cü qrupda 70 xal toplamış və "44 Malatyaspor"a qarşı top fərqi ilə qalib gələrək 2013–14 mövsümündə 3. Liqaya yüksələrək ilk dəfə peşəkar klub olmuşdur. 2015-ci ilin iyulunda klubun adı sadəcə "Payasspor" olmuşdur. 3-cü Liqa: 2013–2021 Regional Həvəskarlar Liqası: 2011–2013, 2021–2022 Hatay Həvəskarlar Liqası: 1975–2011, 2022 — h.h.
Payam Turk
Payam Turk (fars. پیام تورک‎; 22 noyabr 1990, Biləsuvar, Ərdəbil ostanı) — Cənubi Azərbaycanlı reper. 11 uşaqlı bir ailənin sonbeşiyi olan Payam hal-hazırda anası ilə birlikdə Ərdəbil şəhərində yaşayır. O, İranda musiqi qadağaları və çətinliklərinə baxmayaraq ayaqda qala bilmiş, səsi ilə təkcə Ərdəbili deyil, ölkə sərhədlərini belə aşmağı bacarmış reperdir. Hazırda Azərbaycanın ən çox dinlənilən reperi kimi tanınan Payam, Şimali Azərbaycan və Türkiyədə də çox sayda dinləyici qazanıb. Youtube platforması vasitəsilə məşhurlaşan sənətkarın bir neçə mahınısı milyonlarla baxış qazanmışdır. Payam repə başlamadan illər öncə şeir yazmağla məşğul olurdu. Məktəb illərində fars dilli repçi MZ ləqəbli dostu Payam Turku fars repi ilə tanış etdi. Onun ritm üstündə fars yazmaların görüb, dinləyib və bunun türkünü yazmaq qərarına gəlir. 2010-cu ildən musiqi fəaliyyətinə başlayır.
Payam Qobadi
Payam Qobadi (17 may 1989, Tehran, İran) — Azərbaycanı təmsil edən taekvondoçu. Payam Qobadi 1989-cu il mayın 17-də İranın Tehran şəhərində anadan olub. Payam Qobadi 2016-cı ildə Montrö şəhərində (İsveçrə) baş tutan Avropa Çempionatının bürünc medalına sahib oldu.
Ana Roza Payan
Ana Roza Payan (1952) — Yukatandan olan meksikalı sağçı siyasətçi. 2006-cı ildə Visente Foksun kabinetində İnteqrasiya edilmiş Ailə İnkişafı Milli Sisteminin (DIF) direktoru vəzifəsində çalışmışdır. 2007-ci ildə o, Əmək-Konvergensiya Partiyasının namizədi kimi Yukatan qubernatorluğuna namizəd oldu. Payan Alfonso Payan Flores və Aurora Cervera de Payan ailəsində anadan olub. Mühasibat uçotu üzrə bakalavr dərəcəsinə malikdir. Payan 1983-cü ildə Milli Fəaliyyət Partiyasına qoşulub və həmin ildən 2007-ci ilin əvvəlinə qədər PAN-ın fəal üzvü olub. 1988-ci ildən 1990-cı ilə qədər Yukatan Birinci Dairəsini təmsil edən federal deputat idi. 1991-1993-cü illərdə Merida şəhərinin meri 1995-1997-ci illərdə Yukatan əyaləti üzrə yerli deputat və 1997-2000-ci illərdə senatoru olmuşdur. 2006-cı ilin yanvarında Prezident Visente Foks Ailənin İnteqral Daxil edilməsi üzrə Milli Sistemin (DIF) direktoru təyin edilmişdir. 2006-cı ilin dekabrında Payan Yukatan qubernatorluğuna PAN namizədliyi uğrunda yarışdı, lakin PAN-ın praymerizində Xavier Abreu Sierra tərəfindən məğlub oldu.
Para Para
Para Para(yap: パラパラ) Yaponiya mənşəli bir qrup rəqsidir. Para Para, 1980-ci illərdən başlayaraq, Avropada İtalo-disko və Avro diskonun satılmağa başladığı dövrdən mövcud olmuşdur. Para Para və Avrobit bir-biri ilə sıx əlaqədədir. Avrobit sənətkarı Deyv Rocers, Para Para'nı Avrobitə qulaq asarkən rəqs edilə biləcək və əsasən çox cəld olan bir rəqs növü olaraq qeyd etmişdir.
Maya
Maya — qadın adı. Maya Anjelu – Amerikalı şairə. Maya Saviç — Monteneqronu təmsil edən həndbolçu. Maya Zebiç — Xorvatiyanı təmsil edən həndbolçu. Maya Sandu — Moldovalı dövlət və siyasi xadim Maya Bədəlbəyli — Azərbaycan Yazıçılar Birliyinin və Rusiya Yazıçılar Birliyinin üzvü Maya Tabakova — Bolqarıstanı təmsil edən bədii gimnast.
Papa
Roma Papası — Roma Baş yepiskopu, Roma Katolik Kilsəsinin başçısı, Katolik xristianların dini lideridir. Katoliklərə görə Həvari Pyotrun xələfidir. İlk zamanlar bütün yepiskoplara verilən papa ünvanı, sonralar yalnız Roma Yepiskopu üçün istifadə edilməyə başlandı. Katolik kilsəsi, kilsə çərçivəsində Pyotr və xələflərinin təmsil etdiyi ən uca vəzifə olan papalığın ilahi bir qurum olduğunu iddia edir: İsa, papalıq vəzifəsini Pyotra təhvil vermiş və Pyotr da bu vəzifəni faktiki görmüşdür. Kilsədə yerləşmiş bir ənənəyə görə Pyotr, Romada din qurbanı olaraq ölmüşdür, bu səbəblə də ən təbii varisləri Romalı yepiskoplardır. Papalıq tarixi bir çox baxımdan kilsə tarixi ilə birləşir; bununla birlikdə bu tarixin bəzi dövrləri Papalıq qurumunun inkişafı baxımından ayrı bir xüsusiyyət daşıyır. İlk üç əsr ərzində papalar, daha çox Roma kilsəsinə əhəmiyyət vermişlər; amma qısa bir müddət sonra müxtəlif ölçülərdə başqa kilsələrə də qarışmağa başladılar: məsələn Papa I. Klementin Korintoslulara Məktubu (I əsrin sonu); Papa Viktorun Pasxa tarixi mövzusunda çıxan müzakirələrə müdaxiləsi (II əsrin sonu) və s. böyük kilsələrarası qurultay dövründə (IV və V əsr) papanın öndərlik təsiri daha da açıq şəkildə meydana çıxdı; 451'dəki Kadıköy məclisi, "Pyotrun Papa Leonun ağzında iradəsini bildirdiyini" irəli sürdü.
Para
Para (port. Pará) — Braziliyanın şimalında yerləşən ştat. Şimalda Amapa ştatı, Qayana və Surinam, şərqdə Maranyan və Tokantins, cənubda Matu-Qrosu, qərbdə Amazonas və Rorayma ştatları ilə sərhədlənir. Şimal-şərqdən Atlantik okean ilə sərhədlənir. İnzibati mərkəzi Belen şəhəridir. Para sahəsinə görə Braziliyanın ikinci böyük ştatıdır. Ərazisinin böyük qismi düzənlikdən ibarətdir. Az bir qismi isə dağ çöllərinon payına düşür. Bu isə Qviana və Braziliya platosuna daxildir. Ən dayaz nöqtələrdə Amazon meşələri yayılmışdır.
Pauya
Quya çayı (latış. Gauja‎, est. Koiva, alm. Livländische Aa‎) — Latviya ərazisindən axan çay. Çayın kiçik bir hissəsi Estoniya ilə sərhəddən axır. Çayın uzunluğu 460 km, hövzəsinin sahəsi isə 8,9 min. km² təşkil edir. Qolları — Abuls (sol), Amata (sol), Brasla (sağ), Mustyıqi (sağ), Rauna (sol), Vildoqa. Çay Latviya ərazisində formalaşan və ərazisindən axaraq dənizə tökülən ən uzun çaydır. Qidalanmasında 35-40 % qar sularının payına düşür.
Payna
Paça
Paça (mac. Pacsa) — Macarıstanın Zala medyesində yerləşən kənd.
Paşa
Paşa — Osmanlı Dövləti zamanında yüksək mülki məmurlara və polkovnikdən yüksək rütbədə olan əsgərlərə verilən ad. Bununla bərabər Osmanlı himayəsində Misir baş rəhbərlərinə də paşa titulu verilmişdir. Sözün qədim Türkcə kişi övladı mənasını verən beşə sözündən gəldiyi və ya baş ağa sözlərinin birləşməsindən yarandığı düşünülməkdədir. Bunun yanında baş ad gövdəsinə -A addan ad düzəldən quruluşum əlavə gətirilərək ən üstdə, başda olan mənasında uydurulan bir söz olduğu da düşünülür. İsgəndər Qəmə da sözün "beşə" sözündən gəldiyinə "Od" romanındakı bu sözlərlə işarə etmişdi: "Çələbi Faruk, Loğman Beş ilanın atası demək. Üç ildir ki, bunu heç bilməmişdim. Halbuki "Paşa" də anlamalıydım" Günümüzdə "Ləqəb və titulların aradan götürülməsi" haqqındakı qanun ilə qadağa olmasına baxmayaraq (26 noyabr 1934) bir çox sahədə general rütbəli zabitlər üçün geniş işlədilməkdədir. [1] Həmçinin paşa Türk mənşəli bir kəlmə olmasına baxmayaraq xarici söz birləşmələrinin tərkibində istifadə edilmişdir.
Praya
Praya (port. Praia — «çimərlik») — Kabo-Verde ada dövlətinin paytaxtı və ən iri şəhəri. Santyaqu adasında yerləşir. Əhalisi — 113 min nəfər (2005). XV əsrin sonunda salınıb. 1770-ci ildə Praya əvvəlki məskəndə su ehtiyatı bitdikdən sonra arxipelaqın mərkəzinə köçürülür. Paytaxt seçimi yerin uğurlu olması ilə bağlı idi. Müstəqillik dovründə şəhər xeyli genişlənmişdir. Apeisin, şəkər və kofe ixrac edilir. Dəniz marşrutlarının kəsişdiyi nöqtədə yerləşir.
Saya
Saya (və ya Sayaqan) - türk və altay xalq mədəniyyətində bərəkət mərasimi. Qoruyucu ruhu olan Saya xan adına təşkil edilər. Heyvandarlıqla məşğul olan cəmiyyətlərin bərəkəti artırmaq üçün təşkil etdikləri bir mərasimdir. Oyunu aparan adama "Sayacı" deyilir. Qoyunlar doğmağa başlayanda çobanlar kənd kənd ev ev gəzib saya toplayırlar. Sayacılar keçi dərisinə bürünərlər. Saya adı verilən qoşalar (maniler) oxuyarlar. Saya Xan ilə əlaqəli bir mərasimdir. Bundan başqa otlaq, mera kimi mənaları da vardır. Qoça, Saya, Payna, Paqta dördlü bir mərasim silsiləsi meydana gətirərlər.
Xaya
Xaya və (lat. testis, yun. orchis, didymis) . Yastılaşmış ellipsoid şəklində olub xayalıqda yerləşmişdir. Forma və həcmcə qoz və ya göyərçin yumurtası ilə müqayisə etmək olar. Hər bir xayanın çıxıq bayır səthi — lat. facies lateralis basıq içəri səthi — lat. facies lateralis, sərbəst ön kənarı — lat. margo anterior, xaya artımı və toxum ciyəsi ilə örtülmüş dal kənarı — lat. margo posterior, yuxarı ucu — lat.
Yaya
Toponimlər Youssouf (ada) — Yeni Sibir adalarıına daxil olan, Stolbovoy adası ilə Belkovski adası arasında yerləşir. Youssouf (çay) — Youssouf (kənd) — Youssouf (şəhər) — Şəxslər Yaya Ture — "Mançester Siti" və Kot-d’İvuar milli futbol komandasının yarımmüdafiəçisi.
Qaya
Süxur — Yer qabığını əmələ gətirən bii mineral birləşmədir. Mənşəyinə görə süxurlar müxtəlif qruplara bölünür: Ana süxurları torpaqəmələgətirən süxurlar üçün əsas sayılır, onların üst qatlarından torpaq yaranır. Süxurların xüsusiyyətləri torpağın kimyəvi və fiziki xassələrinə müəyyən qədər təsir göstərir. Qranit üzərində əsasən az münbit torpaqlar əmələ gəlir. Bazalt süxurlar isə münbit torpağın yaranması üçün qiymətli material hesab olunur. Landşaftın, hidroqrafiyanın və bitki örtüyünün xüsusiyyəti dağ süxurlarının xarakteri və formasından asılıdır. Maqmanın yer qabığının dərinliklərində və ya yer kürəsində soyuyaraq qatılaşmasıyla əmələ gələn süxurlara maqmatik süxurlar deyilir. (Məsələn:Qranit, Siyenit, Trakit, Andezit, Latit, Diyorit, Qabro, Obsidian, Monsonit, Perlit, Riolit, Qranodiorit, Bazalt, Harzburgit, Diabaz və s.) Maqmatik süxurlar da özlüyündə 2 qrupa bölünür: Effuziv- Maqma püskürüb yer səthinə çıxaraq aşağı temperatur və toyiq şəraitində soyuduqda yaranan süxurlar İntruziv — maqma yer səthinə çatmayıb yüksək təzyiq şəraitində müəyyəndərinlikdə yavaş-yavaş soyuyub kristallaşaraq yaranan süxurları deyilir. Maqmatik süxurların xarici təsirlər nəticəsində(hava, su, külək və s.) kiçik parçalara bölünməsilə meydana gələn süxurlara deyilir. (Məsələn:Qumdaşı, Gildaşı, Konqlomera və s.) Sedimental süxurların növləri: Mexaniki Sedimentar süxurlar Kimyəvi Sedimentar süxurlar Üzvi Sedimentar süxurlar Metomorfik süxurlar — yerin daxilində olduğu yerdəcə çöküntü süxurlarından yaranmışdır.
Raya
Raya — qadın adı. Raya Mustafayeva — Azərbaycanda ilk ornitoloq qadın, biologiya elmləri namizədi. Raya Nəcəfova — kimyaçı alim, professor, kimya üzrə elmlər doktoru.
Aya
Aya (ilahə) — Akkad mifologiyasında işıq ilahəsi, günəş ilahı Şamaşın həyat yoldaşı. Aya (ad) — ad.
Davud Paşa
Davud paşa (Qarabağ)
Daşma payı
Daşma payı (Bleed) – çapda vərəqin kəsiləcəyi yerin kənarından kənara çıxan çapdır. Başqa sözlə, daşma payı kəsiləcək sahədir.
Dilavər Paşa
Dilavər Paşa (XVI əsr – 1622, Konstantinopol) — II Osman dönəmində 17 sentyabr 1621 - 19 may 1622 tarixlərində ümumilikdə 8 ay 2 gün Osmanlı imperiyasının sədrəzəmi olmuş dövlət adamıdır. Xorvat əsilli olub, Əndərunda təhsil almışdır. Əvvəlcə sarayda, ardından Misirdə bir çox vəzifələrdə xidmət göstərdi. Daha sonra İstanbula çağırılaraq sarayda çeşnigirbaşı təyin olundu. 1610-cu ildə Krım xanı Səlamət Gəray vəfat etmiş, İstanbulda olan Canı bəy Gərayla birlikdə Krıma gedərək onun xan olmağında köməklik göstərdi. 1613-cü ildə çeşnigirbaşlığından Kipr bəylərbəyiliyinə gətirilən Dilavər Paşa, bir il sonra Cığalızadə Mahmud Paşanın yerinə vəzir rütbəsiylə Bağdad bəylərbəyi oldu. 1616-cı ildə baş tutan İrəvan səfərinə Diyarbəkir bəylərbəyi olaraq qatıldı və bölgədə 2 qala inşa etdirərək döyüş sursatlarını bölgəyə gətirtdi. Burada mükəmməl idarəçilik məharətilə yerini sabitləyən Dilavər Paşa II Osmanın taxta çıxışından sonra (1618) Rumeli bəylərbəyliyinə gətirildi. Bu vəzifədə ikən Kürəkən Xəlil Paşa ilə birlikdə Səfəvilər üzərinə səfərə çıxdı. 10 sentyabr 1618 tarixində baş verən Sınıq körpü döyüşündə Osmanlı ordusu məğlub olmuş, bu məğlubiyyətin ardından ikinci dəfə Diyarbəkir bəylərbəyiliyinə gətirildi.
Dilək Qaya
Dilək İmamoğlu (18 noyabr 1974, Trabzon) — Əkrəm İmamoğlunun həyat yoldaşı. Dilək İmamoğlu 18 noyabr 1974-cü ildə Trabzonda, 10 uşaqlı bir ailədə anadan olmuşdur. Orta təhsilini Trabzonda aldıqdan sonra ali təhsilini İstanbul Universitetinin Turizm fakültəsində davam etdirmişdir. Bakalavr təhsilini bitirdikdən sonra dövlət idarəetmə sahəsində magistr dərəcəsini bitirmişdir. İmamoğlu Şüşə tavan sindromu sahəsində tezis yazmışdır və doktorluq işini davam etdirir. 18 noyabr 1995-ci ildə Ekrem İmamoğlu ilə evlənən Dilek İmamoğlunun 1997-ci il təvəllüdlü Mehmet Səlim, 2005-ci il təvəllüdlü Semih və 2011 təvəllüdlü Beren adında üç övladı var. Dilek İmamoğlu "əlillər yaşadıqları çətinlikləri hiss etmək və fərqindəlik yaratmaq üçün" Türkiyə Onurğa İliyi İfliclərinin Dərnəyinin vitse-prezidenti Səmra Çətinkaya ilə birlikdə əlil arabası ilə bir gün müddətində İstanbulda gəzmişdir. İmamoğluna 2014-ci ildə "fiziki məhdudiyyətli fərdlər üçün etdiyi maarifləndirmə fəaliyyəti" səbəbi ilə Türkiyə Onurğa İliyi İfliclərinin Dərnəyi tərəfindən Şükrü Sürmən Mükafatı verilmişdir. 2019-cu ilin oktyabr ayında İmamoğlunun şəkli "Madame Figaro" jurnalının qapağında "İstanbulun birinci xanımı" başlığı altında yerləşdirilmişdir. 2020-ci ilin yanvar ayında Dilək İmamoğlu Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlunun xanımı Səlvi Kılıçdaroğlu ilə birlikdə Xalqların Demokratik Partiyasının keçmiş həmsədri Selahattin Demirtaşın yazdığı "Dövran" adlı kitabın teatr sərgisində iştirak etmişdir.
Fuad Paşa
Fuad Paşa (türk. Keçecizade Mehmet Emin Fuat Paşa; 1814-1868) — XIX əsrin ikinci yarısında Türkiyənin dövlət xadimlərindən biri. Mirzə Fətəli Axundovun yeni əlifba layihəsi Türkiyədə müzakirə ediləndə, 1863-cü ildə o, əvvəlcə bu islahatı bəyənmiş, baş nazir olduqdan sonra isə M.F. Axundova kömək etməkdən boyun qaçırmışdır.
Gicgah payı
Baş beyin yarımkürələrinin bir payı da gicgah payıdır. Gicgah payı eşitmənin mərkəzidir. Burada səslər ayırd edilir. Gicgah payı həm də emosiyalarin və yaddaşın tənzimində iştirak edir. Baş beyin yarımkürələrində yan şırım gicgah payını hüdudlandırır. Yazılı nitq gicgah payı ilə əlaqədardır. Prof. Kamil Əbdülsalam oğlu Balakişiyevin, İnsanın Normal Anatomiyası, III cild, "MAARİF" Nəşriyyatı, Bakı – 1982 Atlas of Human Cardiac Anatomy – Endoscopic views of beating hearts – Cardiac anatomy Р. Д. Синельников.
Haya Hararet
Haya Hararet (ing. Haya Harareet, ivr. חיה הררית; 20 sentyabr 1931, Hayfa – 3 fevral 2021, Marlou[d], Cənub-Şərqi İngiltərə[d]) — İsrail aktrisası. Haya Hararet 20 sentyabr 1931-ci ildə Hayfada anadan olmuşdur. Haya Hararetin aktrisalıq fəaliyyəti 1955-ci ildə İsraildə başlamışdır. Lakin Hararet bir neçə il sonra tanınmağa başladı. Bu, Çarlton Hestonla birlikdə çəkildiyi "Ben-Hur" filmində Esfir rolunu ifa edəndən sonra olmuşdu. 1961-ci ildə o, "Səhranın altına səyahət" filmində baş rola çəkilir. Onun bir aktrisa kimi fəaliyyəti o qədər də uzun çəkmir və daha bir neçə filmdə çəkiləndən sonra – 1964-cü ildə Hararet artıq heç bir filmə razılıq vermir. Haya həm də 1967-ci ildə çəkilmiş "Bizim ata yurdumuz" filminin ssenari müəlliflərindən biri idi.
Hazal Kaya
Leyla Hazal Kaya (türk. Leyla Hazal Kaya; d. 1 oktyabr 1990, İstanbul) — Türkiyə aktrisası. Hazal Qaya 1 oktyabr 1990-cı ildə İstanbulda anadan olub. İlk və orta dərəcəli təhsilini Qazi Osman Paşa ibtidai təhsil məktəbində və İstanbul italyan liseyində tamamlayan aktrisa, universitet təhsili üçün İstanbul Məlumat Universiteti səhnə və göstəriş sənətləri idarəsi, performans bölümünü seçmişdir. 2006-cı ildə "Acəmi Cadı" və 2007-ci ildə "Gənco" adlı seriallarda rol aldı, lakin onu məşhur edən Halit Ziya Uşaklıgilin eyni adlı romanının motivləri əsasında çəkilən Aşk-ı Memnu serialı oldu. Bu serialda canlandırdığı Nihal Ziyagil personajı ilə 2008–2010 illəri arasında izləyiciləri ekran başına çəkməyi bacardı. 14 yanvar 2011-ci ildə Show TV'də başlayan "Adını Fəriha qoydum" adlı serialla ekranlara geri qayıtdı. Türk, ingilis, italyan, alman dillərini bilir.
Hazal Qaya
Leyla Hazal Kaya (türk. Leyla Hazal Kaya; d. 1 oktyabr 1990, İstanbul) — Türkiyə aktrisası. Hazal Qaya 1 oktyabr 1990-cı ildə İstanbulda anadan olub. İlk və orta dərəcəli təhsilini Qazi Osman Paşa ibtidai təhsil məktəbində və İstanbul italyan liseyində tamamlayan aktrisa, universitet təhsili üçün İstanbul Məlumat Universiteti səhnə və göstəriş sənətləri idarəsi, performans bölümünü seçmişdir. 2006-cı ildə "Acəmi Cadı" və 2007-ci ildə "Gənco" adlı seriallarda rol aldı, lakin onu məşhur edən Halit Ziya Uşaklıgilin eyni adlı romanının motivləri əsasında çəkilən Aşk-ı Memnu serialı oldu. Bu serialda canlandırdığı Nihal Ziyagil personajı ilə 2008–2010 illəri arasında izləyiciləri ekran başına çəkməyi bacardı. 14 yanvar 2011-ci ildə Show TV'də başlayan "Adını Fəriha qoydum" adlı serialla ekranlara geri qayıtdı. Türk, ingilis, italyan, alman dillərini bilir.
Həsən paşa
Həsən paşa (v. 1770, Ukrayna) — 1759-cu ildə atasının yerinə paşa olmuş, sonra elə həmin il paşalıqdan kənarlaşdırılıb yerinə İbrahim paşa gətirilmişdir. Lakin xalqın 1761-ci ildə üsyan etməsindən sonra yenidən paşalığa qaytarılmışdır. Rus-Osmanlı müharibəsi dövründə Ukraynaya göndərilmiş, Xotin qalasını müdafiə etmişdir.