MAYA

is. [ fars. ]
1. Bəzi qidalarda qıcqırma əmələ gətirən maddə. Xəmir mayası. Pendir mayası.
□ Maya vurmaq – bax mayalamaq 1-ci mənada. Qatığa maya vurmaq.
2. biol. Rüşeym, döl. Mayası pisdir.
// məc. Əsas, əsil kök.
Bu torpaqdır varlığımın mayası; Bu torpaqda alın təri tökmüşəm. S.Rüstəm.
İlham bulaqları quruyacaqdır; Hər kimin deyilsə mayası eldən. O.Sarıvəlli.

3. Bəzi xəstəliklərə qarşı peyvənd (aşı) maddəsi. Difterit mayası.
– Əgər uşağa vaxtkən çiçək mayasını döysən, dəxi o uşaq çiçək naxoşluğu tutmaz. C.Məmmədquluzadə.

4. məc. Mövzu, obyekt mənasında.
İndi uşaqların hansı zavoda göndəriləcəyi də söhbət mayası olmuşdu. Ə.Əbülhəsən.

5. məc. Səbəb, əsas, kök, səbəbkar. [Rüstəm kişi:] Deyirəm axı, bu qanacaq sizdə olmaz.
Deməli, mayası Şərəfdəndir? M.İbrahimov.
[Sərvinaz Şahmara:] Bu işlərin bir mayası da sənsən. B.Bayramov.

6. Gəlir əldə etmək üçün bir şeyə qoyulan pul; sərmayə.
Dükanın mayası da Molla Cəfərqulunun idi. N.Nərimanov.
İki-üç ildən sonra maya əldən çıxdı. Ə.Haqverdiyev.

// Ticarətə, alverə başlaya bilmək üçün əldə olan məbləğ, pul.
□ Maya qoymaq – pul sərf etmək, pul xərcləmək, pul qoymaq.
7. Ümumiyyətlə, əldə olan pul, sərvət, dövlət.
[Tacir] … əlində olan mayasını işə və istifadəyə buraxa bilmir. M.S.Ordubadi.
□ Maya dəyəri (qiyməti) iqt. – bir malın hazırlanmasına sərf olunan, istehsal vasitələri xərci ilə işçiyə verilən əmək haqqından ibarət istehsal xərcləri. Məhsulun maya qiyməti.
8. mus. Səs qatarlarında orta pərdə.
Əmələ gələn səs qatarlarında orta tetraxordun birinci pərdəsi maya adlanıb, ladda tonika vəzifəsini görür. Ü.Hacıbəyov.

Синонимы

  • MAYA I MAYA (dişi dəvə) Dəvə, maya, nər, köşək; Lökləyirlər dalbadal (A.Səhhət); ARVANA Haca buğurlar, dizi qara nərlər, gözəl arvanalar
  • MAYA rüşeym — döl
  • MAYA başlanğıc — toxum — nüvə — əsas
  • MAYA acıtma — xəmrə

Омонимы

  • MAYA MAYA I is. [ fars. ] biol. Rüşeym. Əynimiz, başımız kimyalaşsa da; Mayamız, kökümüz saf qalsın barı (B

Этимология

  • MAYA1 Farscadan (maya) alınma sözdür, pendir düzəltmək üçün istifadə olunur: südəmər buzov və ya quzu qursağından hazırlanır: qursağı içində su olan küpəyə
MAYA₂
MAYABAŞ

Значение слова в других словарях