Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Ana Roza Payan
Ana Roza Payan (1952) — Yukatandan olan meksikalı sağçı siyasətçi. 2006-cı ildə Visente Foksun kabinetində İnteqrasiya edilmiş Ailə İnkişafı Milli Sisteminin (DIF) direktoru vəzifəsində çalışmışdır. 2007-ci ildə o, Əmək-Konvergensiya Partiyasının namizədi kimi Yukatan qubernatorluğuna namizəd oldu. Payan Alfonso Payan Flores və Aurora Cervera de Payan ailəsində anadan olub. Mühasibat uçotu üzrə bakalavr dərəcəsinə malikdir. == Siyasi fəaliyyəti == Payan 1983-cü ildə Milli Fəaliyyət Partiyasına qoşulub və həmin ildən 2007-ci ilin əvvəlinə qədər PAN-ın fəal üzvü olub. 1988-ci ildən 1990-cı ilə qədər Yukatan Birinci Dairəsini təmsil edən federal deputat idi. 1991-1993-cü illərdə Merida şəhərinin meri 1995-1997-ci illərdə Yukatan əyaləti üzrə yerli deputat və 1997-2000-ci illərdə senatoru olmuşdur. 2006-cı ilin yanvarında Prezident Visente Foks Ailənin İnteqral Daxil edilməsi üzrə Milli Sistemin (DIF) direktoru təyin edilmişdir. 2006-cı ilin dekabrında Payan Yukatan qubernatorluğuna PAN namizədliyi uğrunda yarışdı, lakin PAN-ın praymerizində Xavier Abreu Sierra tərəfindən məğlub oldu.
Bayan
Toponimlər Bayan (Daşkəsən) — Azərbaycanın Daşkəsən rayonunda kənd. Bayan (Oğuz) — Azərbaycanın Oğuz rayonunda kənd.
Kayan
Kayan - Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indi Karvansaray (İcevan) rayonunda kənd.
Mayan
Aşağı Mayan (Təbriz)
Paqan
Paqan müasir Myanmanın ərazisində yerləşən qədim paytaxt şəhərdir. Şəhər İrivadi çayının qərb sahili boyunca 145 km cənubi-qərbdə Mandalaya, Maquey dairəsində Çauk şəhəri yaxınlığında yerləşir. Hazırda qədim şəhərin yerində arxeoloji zona məbədlər, monastırlar yerləşir. Aşkar mədəni və tarixi əhəmiyyətinə baxmayaraq, siyasi səbəblərdən YUNESKO-nun Dünya İrsi siyahısına salınmadı. Paqan xarabalıqları 40 км² sahəni əhatə edir. Məbədlərin əksəriyyətinin XI-XIII əsrlərdə tikildiyi Paqan şəhəri Krallığın paytaxtı idi. Krallığın paytaxtını kral Pinbya 874-cü ildə Paqana köçürüb. 1287-ci ildə bu səltənət Monqollar tərəfindən işğal edilmişdir. Bu şəhər monqollar tərəfindən talan olunaraq çoxlu dini əşyalar oğurlandı.
Payna
Paşan
Paşan — Azərbaycan Respublikasının Zaqatala rayonunun inzibati ərazi vahidində kənd. Əhalisi avarlardan ibarətdir. Əhalinin əsas məşğuliyyəti taxılçılıq, tütünçülük, fındıqçılıq, tərəvəzçilik, bağçılıq və maldarlıqdır. 2015-ci ilin iyun ayının 17-də kəndə ilk dəfə olaraq təbii qaz verilmişdir.
Sayan
Şərqi Sayan Sayan dağları Sayan dağı — Ağsu rayonu ərazisində dağ. Hündürlüyü 1146 m.
Çayan
Çayan - əsasın 1923-cü ildə qoyulmuşdur. Əvvəllər Sovet hökumətinin sonra isə Rusiya Tatarlarının yumor və satirik jurnalıdır. rus və tatar dillərdində çap olunur. Tatar dilində 1923-cü ilin yanvar ayından, rus dilində isə 1956-cı ildən çap olunmağa başlayıb. Jurnalın ilk çap olunması 1923-cü ilə təsadüf edir. İlk buraxılış çox ciddi ağ-qara və çox hissəsi mətndən ibarət idi. Ancaq tez biz zamanda o öz ətrafında çoxlu sayda karikaturçılar yığdı. Onlardan bəziləri Qusman Arslanov, N.Xristenko, Q.Polyakov, D.Krasilnikov, Q.Yusupov, M.Amirovdur. 1941-ci ilidə yalnız bir dəfə Çayna hərbi mövzuda nəşr olundu. Bundan sonra jurnal on ildən çox nəşr olunmadı.
Ayan
Ayan — qadın adı. Ayan Mirqasımova — Azərbaycan teatr və kino aktrisası. Ayan Məmmədova — Azərbaycanlı sərbəst güləşçisi. Ayan Babakişiyeva — Azərbaycan müğənnisi. Ayan Allahverdiyeva — azərbaycanlı şahmatçı. Yaşayış məntəqələri Ayan (Salmas) — İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanı ərazisinə daxil olan kənd. Digər Ayan Palace — Azərbaycan Respublikasının Tovuz rayonunda yerləşən hotel.
Fibi Rayan
Fibi Holidey Rayan (ing. Phoebe Holiday Ryan, 21 sentyabr 1990, Texas) — Amerika müğənnisi, mahnı-müəllifi. 2015-ci ildə o, R. Kellinin "Ignition" və Miqelin "Do You" mahnılarına meşaplar etdi və özünün adını daşıyan mini-albomdan "Mine" adlı sinqlını yayımladı. Elə həmin il o, Columbia Records ilə müqavilə imzaladı. Mahnı müəllifi kimi o, Britni Spirs, Oh Honey, Zara Larsson, Melani Martines və Bea Miller kimi sənətçilər üçün mahnılar yazıb və The Knocks, Tritonal, Skizzy Mars və The Chainsmokers üçün mahnılar ifa edib. == Həyatı == Rayan Nyu-Cersi ştatının Red Bank şəhərində böyüyüb, Nyu-York Universitetindəki Kliv Devis Musiqi İnstitutunda oxumuş və burada mühəndislik, prodüserlik və biznes təhsili alıb. Hər ikisini etməyə qərar verməzdən əvvəl mahnı yazarlığı və ya sənətçi olmaq arasında qaldı.
Françeska Pavan
Françeska Pavan (24 aprel 1979, Mestre[d]) — İtaliyanı təmsil edən su poloçusu. == Karyerası == Françeska Pavan, İtaliya yığmasının heyətində 2008-ci ildə Çinin ev sahibliyində baş tutan XXIX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Beşinci pillə uğrunda görüşdə Çin yığmasına 8:10 hesabı ilə məğlub olan İtaliya yığması, XXIX Yay Olimpiya Oyunlarını altıncı pillədə başa vurdu.
I Bayan
Bayan Xaqan — avar hökmdarı (568–601) Bayan Xaqan 565-ci ildə slavyan tayfalarını ağır məğlubiyyətə uğradaraq Mərkəzi Karpatı ələ keçirmiş, Bizansı xərac vermək məçburiyyətində qoymuşdu. Lanqobardlarla ittifaq bağlayaraq hepidləri özünə tabe etmişdi. O. 568-ci ildə lanqobardların Cənubi İtaliyaya köçməsindən sonra indiki Macarıstan ərazisini tamamilə hakimiyyəti altına almışdı. Daha sonra qərbdə Frank kralı Ziqberti məğlubiyyətə uğratmış, cənubda isə Bizansın Singidunum və Sirmium kimi strateji əhəmiyyətli sərhəd qalalarını tutmuşdu (582). Bayan xaqanın hakimiyyəti dövründə xaqanlığın sərhədlərini Don çayından Qalliyaya, şimali slavyanların torpaqlarından İtaliyaya qədər genişləndirmişdi. == İstinadlar == == Mənbə == Azərbaycan Milli Ensiklopediyası, III cild. Bakı,2011, səh. 302.
Meq Rayan
Meq Rayan (ing. Margaret Mary Emily Anne Hyra; 19 noyabr 1961[…], Ferfild[d]) — ABŞ aktrisası və prodüseri. Meq Rayan 19 noyabr 1961-ci ildə ABŞ-də anadan olub.
Moşe Dayan
Moshe Dayan (ivr. ‏משה דיין‎‏‎; 20 may 1915 – 16 oktyabr 1981) — İsrail hərb və dövlət xadimi. Moşe Dayan Fələstində yəhudi kəndində doğulmuş və bütün gəncliyini öz kəndlərini ərəblərdən qorumaqda, sonra isə partizan müharibəsində keçirmişdi. Moşe Dayan XX əsrin 30-cu illərin ortalarında ingilis batalyonlarında sərt təcrübə məktəbi keçmişdir. İkinci dünya müharibəsində ingilis ordusunda iştirak edərkən binokluna dəyən güllə nəticəsində bir gözünü itirmişdi. Moşe Dayan 1945-ci ildə zabit rütbəsində tərxis olunub Fələstinə gəlir. O zaman Fələstin ərazisində 1 milyon 200 min ərəb, 650 min yəhudi yaşayırdı. Bura ingilislərin əlində idi. Lakin onlar BMT-nin qərarı ilə ölkədən çıxıb getdikdən sonra ərəblərlə yəhudilər arasında ölkəyə sahib olmaq, daha doğrusu, burada mövcud olmaq uğrunda gərgin mübarizə başlandı. Moşe Dayan 1948-ci il yanvarın 10-da ərəb azadlıq ordusu yarandı.
Padan ovalığı
Padan ovalığı ( Digər adları: Po ovalığı və ya Po düzənliyi (it. Pianura Padana və ya Val Padana) - İtaliyanının şimalında yerləşən geniş ovalığ olub onun əsas coğrafi strukturlarından biridir. Alp dağlarından başlayan çayların gətirdiyi allüvial çöküntülərin toplanması və çökdürülməsi nəticəsində yaranmışdır. Ovalıq qərbdən şərqə doğru 650 km məsafədə uzanmışdır. Ovalığın eni müxtəlif yerlərdə 70–200 km arasında dəyişir. Ovalığn ümumi sahəsi Po çayı hövzəsinə daxil olmayan Venedikt ovalığı ilə birlikdə 46000 km² təşkil edir. Ovalıq şimaldan Alp dağları, qərbədn Monferatto təpəlikləri, cənubdan Appenin dağları, şərqədn isə Adriaktik dənizi ilə əhatə olunmuşdur. Ovalğın ərazisindən keçən ən böyük çay olan Po çayı Adriaktik dənizinə töküldüyü yerdə böyük delta əmələ gətirmişdir. Ovalıq İtaliyanın ən məhsuldar ərazilərindən biri olmaqla əhalinin məskunlaşmasının böyük sıxlığı ilə seçilir. Ovalığın iqlimi bəzi yerlərdə mülayim kontinental, əksər yerlərdə isə rütubətli subtropikdir.
Paqan krallığı
Paqan krallığı (Birma dilində: ပုဂံခေတ်, tələffüzü [bəɡàɴ kʰɪʔ] - Birma ərazisində 849–1287-ci illərdə mövcud olmuş dövlət. Orta əsrlərdə mövcud olmuş bu Birma dövləti 1044-cü ildə yaradılmış və 1287-ci ilə qədər mövcud olmuşdur. Oun paytaxtı eyni adlı şəhər- Paqan olmuşdur. Paqan ilk Myanma dövləti idi ki, bütün Myanma ərazisini vahid dövlət şəklində birləşdirməyə nail olmuşdur. Məhz bu dövlətin mövcud olduğu dövrdə Birma yazısı, incəsənəti, ədəbiyyatı və memarlığı yarandı. Çin ərazisindən və digər ərazilərdən Birmaya məcburi və qeyri-məcburi miqrasiya edən tayfalar tədricən yerli xalqları sıxışdırmağa başladılar. Beləliklə, uzun müddət Birmada tayfalar arasında hakimlik uğrunda mübarizə aparılmışdır. 1044-cü ildə Paqon dövlətinin yaradıcısı Anorat bu mübarizədə qalib çıxdı. Anoratın hakimiyyəti dövründə (1044-1071) Paqon dövləti bütün Birmanı öz hakimiyyəti altında birləşdirərək Cənub-Şərqi Asiyada ən qüdrətli dövlətə çevrilmişdi. Lakin XIII əsrdə Birma-Mon ziddiyyətləri baş qaldırdı.
Paqan xan
Paqan xan — (bolq. Паган) - Bulqar xanı. 767-768ci ildə hakimiyyətdə olmuşdur. Cəmi 1 il hakimiyyətdə qalmışdır. Hansı sülaləyə mənsub olduğu bilinmir. V Konstantin ilə sülh bağlamağa çalışmış, keçmiş xan Sabin xan ilə görüşmüşdür. Lakin gözlənilmədən hücum edən imperator Pliskanı ələ keçirib yandırmışdır. Əyanların qəzəbinə məruz qalan xan Varna yaxınlığında qulluqçuları tərəfindən öldürülmüşdür.
Paxan Cəbrayıl
Qurd Cəbrayıl və ya Paxan Cəbrayıl (əsl adı: Cəbrayıl Əlibaxış oğlu Baxşıyev) — "Arxadan vurulan zərbə" bədii filminin əsas personajlarından biri. Filmdə mənfi obraz kimi təqdim olunsa da, insanların yaddaşında filmin qəhrəmanı kimi məhz Qurd Cəbrayıl qalıb. Elçin Əfəndiyevin "Ox kimi bıçaq" adlı kino-povesti əsasında çəkilən filmin qəhrəmanının real həyatda, yəni sənəd üzərindəki adı belədir: Baxşıyev Cəbrayıl Əlibaxış oğlu. Qurd Cəbrayıl 1900-cü ildə Bakının Maştağa kəndində anadan olub. 6 aylığında anasını, 9 yaşında isə atasını itirən Cəbrayıl babasının himayəsində qalıb. Cəbrayılın ata babası Kərbəlayi Sonqulu indiki Bakı Dövlət Sirkinin yerində olan evdə yaşayırmış. "O olmasın, bu olsun" filmində belə bir epizod var. Dovğa satan bir kişi "Kəblə Sonqulu dovğası, Kəblə Sonqulu dovğası" deyərək, müştəri haraylayır. Əslində bu, Cəbrayılın babası Sonquludur. Zəmanəsində dadlı dovğa bişirməsi ilə tanınan babasının yanında dovğa satan 9 yaşlı Cəbrayıl uşaqlıqdan diribaş, həm də dəcəl olub.
Petti Rayan
Petti Rayan (ing. Patty Ryan) - Alman İtalo Disko stilində ifa edən müğənnidir. Daha çox 1980-ci illərdə populyarlıq qazanmışdır. Ən yaxşı mahnıları «You’re My Love, You’re My Life», «Stay with Me Tonight», «I Don’t Wanna Lose You Tonight» və «Love is the Name of the Game» mahnılarıdır. Onun musiqi stili Fancy, Modern Talking, London Boys və Bad Boys Blue kimi qruplar ilə müqayisə edilir. Bir müddət Diter Bolen ilə əməkdaşlıq etmişdir. Müğənni Avropa ilə yanaşı daha çox Yaponiya və Çin kimi ölkələrdə məşhurluq qazanmışdır.
Qadir Dayan
Qadir Dayan (tam adı: Qadir Həkim oğlu Dayanov; başqırdca: Ҡадир Хәким улы Даянов; 4 fevral 1910, Qonşaq[d], Perm quberniyası[d] – 19 oktyabr 1975, Ufa, RSFSR, Başqırd MSSR, SSRİ) — Başqırd dramaturqu, yazıçısı və şairi. 1938-ci ildən SSRİ Yazıçılar İttifaqının üzvü Qadir Həkim oğlu Dayanov 4 fevral 1010-cu ildə Orenburq quberniyasının, Çelyabinsk qəzasının Kunaşak aulunda anadan olmuşdur. 1927-ci ildə orta məktəbi bitirmiş, Arğayaş şəhərində müəllim kurslarında təhsil almış, bir müddət pedoqoji fəaliyyətlə məşğul olmuş, məktəb direktoru vəzifəsində çalışmışdır. 1930-1933-cu illərdə K.A.Timiryazev adına Başqırdıstan Pedaqoji İnstitutunda təhsil almışdır. 1933-1935-ci illərdə Sterlitamaksk Pedaqoji Məktəbində müəllimlik etmişdir. 1936-1941-ci illərdə K.A.Timiryazev adına Başqırdıstan Pedaqoji İnstitutunda Başqırd dili və ədəbiyyatı kafedrasının müdiri vəzifəsində çalışmışdır. İkinci Dünya müharibəsində iştirak etmişdir. Müharibədən sonra Başqırdıstan Kitab Nəşriyyatında işləmiş və Başqırdıstan SSR Yazıçılar Birliyində məsləhətçi vəzifəsini tutmuşdur. 19 oktyabr 1975-ci ildə Başqırdıstanın paytaxtı Ufa şəhərində vəfat etmişdir. Qadir Dayan 1929-cu ildə mətbuatda yayınlanan “Qızıl bayraq” (“Ҡыҙыл флаг”) şeiri ilə yaradıcılığa başlamışdır.
Qərbi Sayan
Qərbi Sayan — Sibirin cənub hissəsində 650 km uzunluğa malik dağ sistemi. Qərbdən Şərqi Altayın Şapşal silsiləsi və Abakan silsiləsinin Kuznetsk Alatausu ilə məhdudlaşır. Şərqi Sayan silsilələri ilə qovşağa qədər 200-dən 80 km-ə qədər zolaqla eninə istiqamətdə uzanır. Minusinsk çökəkliyi şimaldan Qərbi Sayana, cənubdan isə Tuva çökəkliyinə bitişikdir. Bölgənin iqlimi kontinentaldır. Kontinentallıq ərazinin dənizlərdən uzaqlığı və hündürlük zonallığı ilə əlaqədardır. Burada hər 150 m yüksəlişdə 1 ° temperatur azalır. Silsilələr və dağətəyi rayonlar arasında ilin isti dövrünün uzunluğudakı fərq təxminən 40 gündür. Qış uzun və şaxtalı keçir. Yaz gec gəlir.
Rayan Babel
Rayan Babel (Niderlandca tələffüz: [ˈrɑjɐn ˈbaːbəl]; 19 dekabr 1986[…], Amsterdam) — Türkiyə Super Liqası təmsilçilərindən olan "Galatasaray" klubunda çıxış edən hollandiyalı peşəkar futbolçudur. Əsasən yarımmüdafiənin sol cinahında oynayan Babel, hücum mövqeyində də çıxış edir. 34 yaşlı futbolçu peşəkar karyerasına Hollandiyanın "Ayaks" klubunda başlayıb, daha sonra İngiltərənin "Liverpul", Almaniyanın "Hoffenhaym" və Türkiyənin "Kasımpaşa", Səudiyyə Ərəbistanının "Əl-Əin" kimi klublarında çıxış edib. 2016-cı ilin yayında isə futbolçu "Deportivo La-Korunya" klubuna transfer olunub. Hollandiya milli komandasıyla 43 oyuna çıxan Babel 5 qolla yadda qalıb. 2016/2017-ci il mövsümünün qışında Türkiyə klublarından Beşiktaş’a transfer olundu. Burada başarılı çıxış edən Babel 2019 da Fulhemə transfer oldu. 6 ay sonra Qalatasaray a imza attı. Leipsing lə hazırlıq matçın da 2 qol atdı.
Rayan Dolan
Rayan Dolan — Şimali İrlandiyadan olan 27 yaşlı pop musiqiçisi. Rayan Dolan 2013 Avroviziya Mahnı Müsabiqəsində İrlandiyanı "Only Love Survives" mahnısı ilə təmsil edib.
Rayan Donk
Rayan Henk Donk (30 mart 1986[…], Amsterdam) — Hollandiyalı futbolçudur. Super Liqa qruplarından Qalatasarayda forma geyməkdədir. Ryan Donk, 2005–06 mövsümündə RKC Waalwijk’də heyran qaldı və sona çatan müqavilə ilə daha yüksək səviyyəyə qalxmaq istədi. Əvvəlcə AZ ona yaxınlaşdı, ancaq digər klublar, Ajax, PSV və Barselona ona ciddi maraq göstərdi. Donk, Almaniyanın Hamburger SV klubuna satılan müdafiəçi Joris Mathijsen'in əvəzi olaraq, onun inkişafı üçün ən yaxşı olduğunu düşünür. Əvvəlcə AZ Donk-u RKC Waalwijk-ə borc vermək niyyətində idi, lakin oyunçu ilk komandaya girmək üçün klubda qalmaq niyyətində olduğunu bildirdi. O, start heyətində özünə yer tapdı və AZ-dəki çıxışlarından heyran oldu. 31 avqust 2008-ci ildə Donk West Bromwich Albion üçün bir il müddətinə kreditlə imzaladı. [1] 28 sentyabr 2008-ci ildə Midlsbro səfərdə 1–0 hesabı ilə qalib gəldi. [2] 26 iyun 2009-cu ildə Donk, doğma yurdunda olan Hollandiyadan, Brugge-də oynamaq üçün Belçikaya köçdü.