HAYAN₂

is. dan. Kömək, köməkçi, arxa, himayəçi, havadar.
Tellinin fikrinə gəldi ki, gedib Əcəb xalanı özünə hayan çağırsın. S.Hüseyn.
Gəhi rəqibə salır meylini, gah aşiqinə; Hayan gəlir – əsir ol bivəfa, külək kimidir. Ə.Vahid.

□ Hayan olmaq (durmaq) – müdafiə etmək, arxa durmaq, havadarlıq etmək, himayə etmək, himayəçilik etmək.
[Xəlil Çimnaza:] …İndi gərək biz bir-birimizə hayan olaq. M.Hüseyn.
[Reyhan Əzizə:] Gərək sən [Azərdən] ayrılmayaydın, yaxında qalıb ona hayan olaydın. Ə.Məmmədxanlı.

Этимология

  • HAYAN Hansı yan ifadəsindən əmələ gəlib (xatırla; hayana,ceyran?). (Bəşir Əhmədov. Etimologiya lüğəti)
HAY-KÜYSÜZ
HAYAN₁

Значение слова в других словарях