Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Pekan
Pekan (lat. Carya illinoinensis) – Qozkimilər fəsiləsinin Karya cinsinə mənsubdur. Vətəni Şimali Amerikadır. Pekan və ya Braziliya qozu da deyilir. Burada pekan yabanı və mədəni halda bitir. Pekan 1909-cu ildə Qafqazın Qara dəniz sahillərində, 1934-cü ildə Orta Asiyada və sonra Krımda becərilməyə başlanmışdır. Pekan plantasiyaları Abxaziyada, Azərbaycanda Lənkəran (xüsusən Talışda) və Zaqatalada vardır. Pekan hazırda mədəni halda becərilən qərzəkli meyvədir. 6–8 yaşından məhsul verir. Pekanın çiçəkləməsi və çiçəyinin quruluşu adi qoza bənzəyir.Meyvəsi qərzək içərisində sentyabr-oktyabrda yetişir.
Adi pekan
Pekan (lat. Carya illinoinensis) – Qozkimilər fəsiləsinin Karya cinsinə mənsubdur. Vətəni Şimali Amerikadır. Pekan və ya Braziliya qozu da deyilir. Burada pekan yabanı və mədəni halda bitir. Pekan 1909-cu ildə Qafqazın Qara dəniz sahillərində, 1934-cü ildə Orta Asiyada və sonra Krımda becərilməyə başlanmışdır. Pekan plantasiyaları Abxaziyada, Azərbaycanda Lənkəran (xüsusən Talışda) və Zaqatalada vardır. Pekan hazırda mədəni halda becərilən qərzəkli meyvədir. 6–8 yaşından məhsul verir. Pekanın çiçəkləməsi və çiçəyinin quruluşu adi qoza bənzəyir.Meyvəsi qərzək içərisində sentyabr-oktyabrda yetişir.
Dekan
Dekan — təhsil və təlim fəaliyyətləri ilə məşğul olan hər bir fakültənin rəhbərliyindən məsul olan ən yüksək vəzifəli şəxsdir. == Səlahiyyətləri == Dekan, fakültənin və ona bağlı olan bölmələrin tədris qabiliyyətinin rasional istifadəsi və inkişaf etdirilməsindən, lazım olduqda təhlükəsizlik tədbirlərinin görülməsindən, tələbələrə lazımi sosial xidmətlərin göstərilməsindən, müntəzəm olaraq təhsil, təlim, elmi tədqiqat və nəşr fəaliyyətlərindən məsuldur. Bir-başa rektora tabedir.
Pekin
Pekin (çin. 北京, pinyin Běijīng) – Çin Xalq Respublikasının paytaxtı. 21 milyondan artıq əhalisi ilə dünyanın ən çox əhalisi olan paytaxt şəhəri və Çinin Şanxaydan sonra ən çox əhalisi olan şəhəridir. Şimali Çində yerləşir və 16 şəhər, şəhərətrafı və kkənd rayonları ilə Dövlət Şurasının birbaşa nəzarəti altında bir bələdiyyə kimi idarə olunur. Pekin cənub-şərqdə qonşu Tyantszin istisna olmaqla, əsasən Hebei ilə əhatə olunub; birlikdə, üç bölmə Jing-Jin-Ji metropolitan ərazisini və Çinin Milli Paytaxt Bölgəsini təşkil edir. Pekin qlobal şəhərdir və mədəniyyət, diplomatiya, siyasət, maliyyə, biznes və iqtisadiyyat, təhsil, tədqiqat, dil, turizm, media, idman, elm-texnologiya və nəqliyyat sahəsində dünyanın aparıcı mərkəzlərindən biridir. == Adı == "Şimali Paytaxt" anlamı verən Çin dilində 北京 və Pinyin çevirmə sistemində yazılan Běijīng sözü Beycin [beɪ̯˨˩˦t͡ɕiŋ] dinlə kimi tələffüz olunur. Rus dilində yerli dil qaydalarına və çin dilinin səslərin analoqu olmadığına görə Пекин (Pekin) kimi qəbul olunub və eyni şəkildə büyün Sovet xalqlarının dillərinə keçib. Qeyd etmək olar ki, tarixi türkdilli mənbələrdə bu şəhər Xanbalıq kimi adlanıb. == Köhnə Binalar == Məhz Pekin şəhəri əsasda qalalarla əhatə iki şəhərdən ibarətdir: Daxili Şəhər sərhədləri içində qalan keçmiş İmperiya Şəhərinin bir hissəsi olan "Yasaq Şəhərdə" İmperiya Sarayı yer alır.İç Şəhərin düz şimal-cənub xətti üzərində qurulu olan simmetrik və düzbucaqlı planı, son dərəcə maraqlıdır.
Adolf Pedan
Adolf Melentyeviç Pedan (ukr. Педан Адольф Мелентійови; 20 aprel 1936, Burın[d], Çerniqov vilayəti – 8 yanvar 1999, Kiyev) — Ukrayna rəssamı, rəssam-multiplikator. == Həyatı == Adolf Pedan 1936-cı il aprelin 20-də Burında (Sum vilayəti) müəllim ailəsində anadan olmuşdur. Lvov Poliqrafiya İnstitutunun Qrafika fakültəsini bitirmişdir (1967). "Kiyevnauçfilm" studiyasının Cizgi filmləri yaradıcılıq birliyində rəssam-multiplikator işləmişdir. Ukrayna Kinematoqraflar Birliyinin üzvü olmuşdur. 1999-cu il yanvarın 8-də Kiyevdə vəfat etmişdir.
Ajda Pekkan
Ajda Pekkan (12 fevral 1946[…], İstanbul) — Türkiyəli pop müğənni və aktrisa. Türkiyədə, Türk pop musiqisinin "Superstar"ı olaraq tanınır. == Həyatı == Əsl adı Ayşe Ajda Pekkandır. Türk hərbi zabit və bir evdar qadın ailəsində anadan olmuşdur. Uşaqlığı Şakir dəniz bazasında keçib. Uşaqlığı Gölcük, Kocaelində keçmişdir. O, İstanbulda qızlar üçün elit Fransız Liseyini bitirib. Uşaqlıqdan müğənni olmaq arzusunda idi. Sənətinə 1965-ci ildə Türkiyədə başladı. 1970-ci illərdə Avropada tanınmağa başladı.
Dekan (maddə)
Dekan (C10H22) — Alkanlar sinfindən doymuş karbohidrogen.
Dekan yaylası
Dekan yaylası (ing. Deccan Plateau, sanskr. दक्षिण dakşina — «cənub») – Hindistan yarımadasının daxili hissəsində, Narmada (şm.da) və Kaveri (c.da) çayları arasında yayla. Qərbi və Şərqi Qat dağları ilə sərhədlənir. Sahəsi 1 mln. km2 . == Ümumi məlumat == Platovarı relyefi var; Mezozoy və Paleogen, Neogen yaşlı düzəlmə səthləri (1000–1500 m, 600–900 m və 300–500 m yüksəkliklərdə) yayılmışdır. Qalınlığı 100 metrə çatan laterit aşınma qabığı xarakterikdir. Şimal-qərbdə enlik istiqamətində hündürlüyü 1000–1500 m olan strukturdenudasion masa dağları (Satpura, Mahadeo, Acanta, Balaqhat və s.) və günbəzvarı qalıq dağlar uzanır. Dəkkən yaylası tektonik cəhətdən Arxey yaşlı kristallik bünövrəyə malik qədim Hindistan platformasının bir hissəsidir; çökəkliklər Rifey, Fanerozoy çöküntüləri ilə örtülmüşdür.
Mekan İşanquliyev
Mekan İşanquliyev — Türkmənistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri (2017-ci ildən). == Diplomatik fəaliyyəti == Mekan İşanquliyev dörd il Həştərxanda Türkmənistanın konsulu vəzifəsində çalışıb. 2017-ci il iyunun 9-da Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədov Mekan İşanquliyevə fövqəladə və səlahiyyətli səfir rütbəsi verilməsi barədə sərəncam imzalayıb və dövlət başçısının digər sərəncamı ilə Mekan İşanquliyev Türkmənistanın Azərbaycandakı səfiri təyin edilib.
Pekin Universiteti
Pekin Universiteti (çin. 北大) — Çin Xalq Respublikasının Pekin şəhərində yerləşən ali təhsil müəssisəsi; ölkənin ən aparıcı ali təhsil ocaqlarından biridir. Pekin Universiteti xalq arasında "Beyda" adlandırılır. == Tarixi == Pekin Universiteti 1898-ci ilin dekabrında Yüz Gün İslahatları dövründə yaradılıb və ilkin olaraq İmperiya Paytaxt Universiteti adı ilə fəaliyyət göstərib. 1902-ci ildə universitetin hazırda Pekin Pedaqoji Universiteti kimi tanınan pedaqogika fakültəsi açılıb. 1912-ci il Sinxay inqilabından sonra İmperiya Paytaxt Universiteti Pekin Milli Universiteti adlandırılır. 1917-ci il yanvarın 4-də tanınmış alim Tsay Yuanpey bu ali təhsil ocağının rəhbəri təyin edilir. Onun təşəbbüsü ilə Pekin Milli Universiteti 14 departament və 2000-dən artıq tələbəsi ilə ölkənin ən böyük ali təhsil ocağına çevrilir. Alman akademik təhsil modelindən ilhamlanmış Tsay universitetə Hu Şi, Çen Duxui və Lu Sin kimi şəxsləri dəvət edir. 1919-cu ilin mayında Dördüncü May Hərəkatı iştirakçılarının əsas hissəsini Pekin Milli Universitetinin tələbələri təşkil edirlər.
Pekin operası
Pekin operası - XVIII əsrin sonu-XIX əsrin əvvəllərində təşəkkül tapmış Çin operası. Musiqi, vokal hissələr, pantomima, rəqslər və akrobatikanı özündə birləşdirən opera. Çinin paytaxt operası üçün Tszinsi adından da istifadə edilir.(京戲). 2010-cu ildən YUNESKO-nun qeyri-maddi mədəni irsinə daxil edilib. == Yaranması == XVIII əsrin sonunda Çin ənənəvi teatrının bütün məxsusi xüsusiyyətlərini qəlib cilasında qəbul edərək təşəkkül mərhələsinə qədəm qoyur və yalnız XIX yüzilin ortasında tam şəkildə işlənib formalaşır. Bir tarixçəyə əsasən 1790-cı ildə imperator Tsyənlun 80 illiyini qeyd edirmiş. Bu münasibətlə saraya Ənhoydan 4 huəydyao opera truppası - Sançin, Sısi, Çuntay, Heçun truppaları - təşrif buyurur. Deyilənə görə aktyorların oyunu-oxusu imperatora o qədər xoş təsir bağışlayır ki, o, bu truppaların sarayda qalıb öz sənətlərini inkişaf etdirməsi üçün əmr verir. Həmin dövrdən ta bugünə qədər Pekin operasının mərkəzi şəhərləri, təbii ki, Pekin və Şanxaydır; harada ki, cacüy, kün-süy və digər opera məktəbləri bir araya gəlib bu-gün bizim tanıdığımız keyfiyyətcə çox mükəmməl Pekin operasını yaradırlar. Çinlilər ona jinqju deyirlər.
Pekin teleqülləsi
Mərkəzi Radio & Teleqüllə mərkəzi və ya Pekin teleqülləsi (çin. 中央广播电视塔) — Pekində yerləşən müşahidə və televiziya qülləsi. Şəhərin ən hündür strukturu, dünyanın dördüncü ən yüksək teleqülləsidir. 238 metr (781 ft) hündürlüyündə müşahidə göyərtəsi var. Telüqüllənin restoran və müşahidə göyərtəsindən şəhərin panoramik mənzərəsi açılır. Dünya Böyük Qüllələr Federasiyasının üzvüdür. == Tarix == Qüllə 1980-ci illərin sonunda Paulus Snoeren tərəfindən planı hazırlanmış və Çin Mərkəzi Televiziyası üçün yayım avadanlığı ilə təchizatı 1992-ci ildə başa çatdırılmışdır. Teleqüllə Pekinin Haidian rayonunda , Gongzhufen metro stansiyası və Yuyuantan Parkı yaxınlığında yerləşir . Qüllənin ən yuxarı hissəsinə 1484 addım məsafə var ki,hər il bu məsafəyə yarış keçirilir. == Mərtəbələr == İctimaiyyətə açıq olan 4 mərtəbəsi var.
Pekin ördəyi
Pekin ördəyi (lat. Anas platyrhynchos domestica), (Anseriformes) dəstəsindən bir quş növü.
Pekin şəhəri
Pekin (çin. 北京, pinyin Běijīng) – Çin Xalq Respublikasının paytaxtı. 21 milyondan artıq əhalisi ilə dünyanın ən çox əhalisi olan paytaxt şəhəri və Çinin Şanxaydan sonra ən çox əhalisi olan şəhəridir. Şimali Çində yerləşir və 16 şəhər, şəhərətrafı və kkənd rayonları ilə Dövlət Şurasının birbaşa nəzarəti altında bir bələdiyyə kimi idarə olunur. Pekin cənub-şərqdə qonşu Tyantszin istisna olmaqla, əsasən Hebei ilə əhatə olunub; birlikdə, üç bölmə Jing-Jin-Ji metropolitan ərazisini və Çinin Milli Paytaxt Bölgəsini təşkil edir. Pekin qlobal şəhərdir və mədəniyyət, diplomatiya, siyasət, maliyyə, biznes və iqtisadiyyat, təhsil, tədqiqat, dil, turizm, media, idman, elm-texnologiya və nəqliyyat sahəsində dünyanın aparıcı mərkəzlərindən biridir. == Adı == "Şimali Paytaxt" anlamı verən Çin dilində 北京 və Pinyin çevirmə sistemində yazılan Běijīng sözü Beycin [beɪ̯˨˩˦t͡ɕiŋ] dinlə kimi tələffüz olunur. Rus dilində yerli dil qaydalarına və çin dilinin səslərin analoqu olmadığına görə Пекин (Pekin) kimi qəbul olunub və eyni şəkildə büyün Sovet xalqlarının dillərinə keçib. Qeyd etmək olar ki, tarixi türkdilli mənbələrdə bu şəhər Xanbalıq kimi adlanıb. == Köhnə Binalar == Məhz Pekin şəhəri əsasda qalalarla əhatə iki şəhərdən ibarətdir: Daxili Şəhər sərhədləri içində qalan keçmiş İmperiya Şəhərinin bir hissəsi olan "Yasaq Şəhərdə" İmperiya Sarayı yer alır.İç Şəhərin düz şimal-cənub xətti üzərində qurulu olan simmetrik və düzbucaqlı planı, son dərəcə maraqlıdır.
Pesan (Urmiya)
Pesan (fars. ‎‎‎‎‎پسان‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 402 nəfər yaşayır (76 ailə).
Stanislav Çekan
Stanislav Yulianoviç Çekan (rus. Станислав Юлианович Чекан; 2 iyun 1922, Rostov-na-Donu – 11 avqust 1994, Moskva) — sovet və rus teatr-kino aktyoru.RSFSR əməkdar artisti. == Həyatı == Stanislav Çekan 2 iyun 1922-ci ildə anadan olmuşdur. 1938-1941-ci illərdə Yuri Zavadskinin teatr məktəbində oxumuşdur. 1941-1945-ci illərdə cəbhə teatrlarının aktyoru kimi çalışmışdır. 1945-ci ildə Stanislav Çekan Sovet ordusunun Odessa teatrının aktyoru olur. Daha sonra 1948-1956-cı illərdə Sovet Ordusunun Moskvada yerləşən Mərkəzi Akademik teatrında, 1958-1993-cü illərdə isə Kinoaktyor teatr-studiyasında işləmişdir. Stanislav Çekan koloritli xarakterik, eləcə də komik obrazların mahir ifaçılarından biridir. Onun oğlu Sergey Çekan filmlərin dublyajı sahəsində çalışmışdır. Stanislav Yulianoviç Çekan 11 avqust 1994-cü ildə vəfat etmişdir.
Yekan Kəhriz
Yekan Kəhriz (fars. یکان کهریز‎) — İranın Şərqi Azərbaycan ostanının Mərənd şəhristanı ərazisinə daxil olan kənd. Yekan farsca bir və vahid mənasında kəhriz isə su arxı və suyu bağlayan yerə deyilir. == Coğrafiya == Yakan Kəhriz Yamçı bəxşinin qərbi, Əsl kəndinin şimalı, 5591 metrlik dağlara cənubda, şərqdən yuxarı yekanda yerləşir. bu kənd dağ ətəyində yerləşib Yekanat (Yekanlar) dehestanının mərkəzidir. == Əhali == Yekan Kəhrizdə 6 böyük tayfa vardır ki onların adları belədir: Çaylu tayfası Həmzəlu Yarğeybli Hasarlu Oğuzlu Qərəli == Tarixi == Aşuri kətibələrində Əski şəhər Ulxu ətrafinda olan kəhrizlərdən söz gedib ki ehtimal verilir Yekanda çoxlu kəhrizlərin olduğu üçün mənzur bu kənd imiş. Yekanat əskidən ovlanma yeri olmuşdur eləki Müzəfərrədin şah vəliəhdlik dönəmində neçə dəfə ovlanmaq üçün buraya gəlmişdir. Qaraqoyunlular, Ağqoyunlular, Səfəvilər və Teymurilərin bəzi savaşları bu sahədə olmuşdur. Məşrutə inqilabında Yekanlıların önəmli rolu varidi edləki Kəsrəvi yazır: Yekanat məşrutədə çoxlu zəhmətlər çəkmişlər. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 2,118 nəfər yaşayır (526 ailə).
Ruhsar Pekcan
Ruhsar Pekcan (1958) — Türkiyəli bürokrat və Türkiyənin keçmiş Ticarət naziri. == Həyatı == Ruhsar Pekcan 1958-ci ildə Manisanın Dəmirçi rayonunda anadan olub. İstanbul Texniki Universitetinin Elektrik fakültəsini bitirdikdən sonra magistratura təhsilini də burada tamamlayıb. == Karyerası == Əmək fəaliyyətinə 1981-ci ildə Türkiyə Sənaye İnkişaf Bankında başlamış və özəl sektorda müxtəlif vəzifələrdə çalışmışdır. 2005-ci ildə o, Karon Engineering-in qurucu ortaqlarından biri oldu. O, nazirliyə gələnə qədər bu şirkətin icraçı direktoru olub. Pekcan üç dövr DEİK-Türkiyə-Suriya İş şurasının sədri vəzifəsində çalışıb. O, həmçinin Xarici İqtisadi Əlaqələr şurasının Türkiyə-İordaniya İş şurasının sədri və Türkiyə-İraq və Türkiyə-Liviya İş şuralarının icraçı heyətinin üzvü kimi fəaliyyətini davam etdirib. O, 9 iyul 2018-ci ildə Ruhsar Pekcan ticarət naziri təyin edilib. Pekcan Zehra Zümrüd Səlcuqla qurulan yeni hökumətdə iki qadın nazirdən biri olub.
Semiramis Pekkan
Semiramis Pekkan (30 sentyabr 1948, İstanbul) — türk müğənni və kinoaktrisası. == Həyat və karyerası == Semiramis Pekkan 30 sentyabr 1948-ci ildə İstanbulda dünyaya gəlib. Böyük bacısı məşhur sənətçi Ajda Pekkandır. Semiramis Pekkan kino karyerasına 1964-cü ildə rejissor Tunç Başaranın çəkdiyi "Kara Memed" filmi ilə başlayıb. 1968-ci ildə musiqi karyerasına başlayan sənətçi sonrakı illərdə iki dəfə Altın Plak Mükafatına layiq görülür. Lakin evləndikdən sonra kino və musiqi karyerasına son qoyur. 2022-ci ildə 54 illik uzun fasilədən sonra müğənni sənətə geri dönür və onun vizit kartı sayılan "Bana Yalan Söylediler" mahnısını yeni versiyada ifa edir. Bu günlər rəsmi youtube kanalında Semiramis Pekkan həm də həyatına dair maraqlı video paylaşımları edir.
Aleksandr Qabriel Dekan
Aleksandr Qabriel Dekan (ing. Alexandre Gabriel Decamps; 3 mart 1803, Paris - 22 avqust 1860, Fontenblo) — fransız rəssamı və qrafiki. Aleksandr Qabriel Dekan Abel de Pujolun tələbəsi olmuşdur. O, bədii sahədə ilk addımlarında qeyri-adi istedad göstərdi və tezliklə fransız məktəbində məşhur romantik mənzərə ustaları Enqr, Delaroşem və Delakrua ilə yanaşı akademizmin əsas nümayəndələrindən biri oldu. Qabriel Dekan XIX əsrdə klassikçilikdən romantizmə yönələn ilk fransız rəssamlarındandır. O satirik əsərlərini “Fiqaro” jurnalında çap etdirirdi. Rəssam olduqca məhsuldar və müxtəlif rənglər və akvarellə tarixi janr səhnələri, mənzərə və heyvan təsvirləri çəkirdi. Həmçinin şəxsi kompozisiyalarından bir çoxunu karikaturalarda siyasi hadisələr və ictimai xasiyyətlər əks etdirərək illüstrator və karikaturaçılar tərəfindən litoqrafiya üsulu ilə çap etdi. 1827-1828-ci illərdə Konstantinopol və Kiçik Asiyaya səyahət etdi. Şərqin xüsusi tərzini, işıq-kölgə effektində qarşılıqlı ötürmələri mənimsədi.
Dekan Shillingsworth cinayəti
Din Şillinqsvortun (ing. Dean James Shillingsworth; 25 fevral 2005 — 11 oktyabr 2007) cəsədi [1] 17 oktyabr 2007-ci ildə Avstraliyanın Yeni Cənubi Uels ştatının Ambarvale şəhərindəki Mandurama qoruğundakı gölməçədə uşaqlar tərəfindən tapıldı. Körpənin cəsədi tartan çamadanın içərisində iki plastik torbaya bükülmüşdü. Körpənin suda qaldığı müddətə görə bədəni parçalanıb. Yerli polis, NSW Polis Ədliyyə Xidmətləri Qrupu tərəfindən araşdırılan cinayət yeri qurdu. [2] Araşdırma və təhqiqatın sübutları oğlanın anasına gətirib çıxardı. Daha sonra polis onun yaxınlıqdakı Rosemeadow şəhərində yaşayan anası Reyçel Pfitzneri həbs edib. O, Dekanı öldürməkdə ittiham olunurdu. [1] [3] O, zaminə buraxılması üçün müraciət etməyib və barəsində həbs qətimkan tədbiri seçilib. [4] == Arxa planda == Pfitznerin ayrılmış atasının dediyinə görə, onun hər birinin fərqli atası olan üç övladı var idi.
Pekin Milli Stadionu
Pekin Milli Stadionu (çin. 北京國家體育場) — həmçinin "quş yuvası" kimi tanınan 2008 Yay Olimpiya Oyunlarının keçirilməsi üçün yaradılmış, üzgüçülük kompleksinin yanında yerləşən çoxfunksiyalı idman kompleksi. Bu stadionda idman yarışlarının olması ilə yanaşı, 2008-ci il Olimpiya Oyunlarının açılış və bağlanış mərasimləri də keçirilib. Stadionun inşası Herzog & de Meuron bürosunun layihəsinə əsasən 2003-cü ilin dekabrında başlamışdır. Stadionun açılışı 2008-ci ilin martında oldu. Stadion 2022 Qış Olimpiya Oyunlarının açılış və bağlanış mərasimlərinə də ev sahibliyi edəcək. Stadionun inşaat dəyəri 3,5 milyard yuan səviyyəsində qiymətləndirilir ki, bu da təxminən 325 milyon avro təşkil edir. Stadion olimpiya oyunlarından başqa İtaliyanın 2009, 2011 və 2012-ci il futbol üzrə İtaliya Superkubokunun Oyunlarına ev sahibliyi etmişdir. 2022-ci ildə stadionda 2022 Qış Olimpiya Oyunlarının açılış və bağlanış mərasimlərinin keçirilməsi planlaşdırılır. == Digər tədbirlər == 2009-cu ildə stadionda avtomobil yarışının 2009 Çempionlar Yarışı karnavalı keçirildi.
Pekin Texnologiya İnstitutu
Pekin Texnologiya İnstitutu (çin. 北京理工大学) — Çin Xalq Respublikasının Pekin şəhərində yerləşən ali təhsil müəssisəsi. == Tarixi == İnstitutun əsası 1940-cı ildə qoyulmuşdur. == Kitabxanası == İnstitutun zəngin kitabxana fondu var.
Pekin hotellərinin siyahısı
Bu siyahıya Çinin Pekin şəhərində yerləşən otellər daxildir. == Pekin otelləri == Beijing Hotel China World Hotel, Beijing Diaoyutai State Guesthouse Fairmont Beijing Grand Hyatt Beijing Jingxi Hotel Lusongyuan Hotel Minzu Hotel Morgan Plaza == Həmçinin bax == Otellərin siyahısı – Ölkə tərəfindən indeksləşdirilmiş Otellərin siyahısı – Vikipediyada otel siyahı məqalələrinin indeksi == İstinadlar == == Xarici keçidlər == Vikianbarda Pekin hotellərinin siyahısı ilə əlaqəli mediafayllar var. Vikianbarda Pekin hotellərinin siyahısı ilə əlaqəli mediafayllar var.
Pekin otellərinin siyahısı
Bu siyahıya Çinin Pekin şəhərində yerləşən otellər daxildir. == Pekin otelləri == Beijing Hotel China World Hotel, Beijing Diaoyutai State Guesthouse Fairmont Beijing Grand Hyatt Beijing Jingxi Hotel Lusongyuan Hotel Minzu Hotel Morgan Plaza == Həmçinin bax == Otellərin siyahısı – Ölkə tərəfindən indeksləşdirilmiş Otellərin siyahısı – Vikipediyada otel siyahı məqalələrinin indeksi == İstinadlar == == Xarici keçidlər == Vikianbarda Pekin hotellərinin siyahısı ilə əlaqəli mediafayllar var. Vikianbarda Pekin hotellərinin siyahısı ilə əlaqəli mediafayllar var.
Məkan
Məkan — daha çox fəlsəfə, riyaziyyat və fizika kimi elmlərdə istifadə olunan termindir. Nyutonun klassik mexanikasında əsaslandırılır ki, məkan sonsuzdur, uzunluğu bütün istiqamətlərdə bircinslidir, hər hansı bir nöqtəsində həmişə eyni universal qanunlar mövcuddur. Dünyanı dərk etmək təşəbbüsündə olan qədim insanlar məkanı daha çox abstraktlıqla bağlamışlar. Ona görə ki, ulu əcdad gördüklərinin mahiyyətini öyrənmək barədə düşünmüşdür. Dünya, ilk növbədə, onun özünün doğulub məskən saldığı, oturub-durduğu, qidasını tapdığı, əyləndiyi, üstündə gəzdiyi ərazi, soyuqdan, yağışdan qorunduğu mağaralar idi. Buna uyğun olaraq məkan landşafdan – dağ, çay, düz, meşə, göl, dəniz, çöldən kənarda ağla gətirilə bilməzdi. Məkanın ayrı-ayrı bölgələr üzrə xarakterindəki əkslikləri izaha gələndə məsələnin əsil səbəbini anlamaqdan hələ onlar çox uzaq idilər. Ona görə də əsas meyar kimi məhz yerin fiziki xüsusiyyətləri, maddi ünsürlərin çatışmazlığı deyil, kənar abstrakt qüvvələrin mövcudluğu, təsiri götürülür və məkanın özünün də fövqəltəbiiliyi, qeyri-adi qüvvələr – xeyir, yaxud şər ruhlar tərəfindən idarə olunduğu qənaəti irəli sürülürdü.
Kabin təkan
Kabin təzyiqi — yüksək hündürlükdə insanlar üçün təhlükəsiz və rahat bir mühit yaratmaq üçün havanın bir təyyarənin və ya kosmik gəminin kabinəsinə vurulduğu bir prosesdir. Təyyarələrdə hava ümumiyyətlə işləyən qaz turbinli mühərrikin bir kompressorundan alınır, bir kosmik gəmi üçün hava sıxılmış və ya mayeləşdirilmiş formada gətirilir. == Gücləndirmə ehtiyaclığı == Təhlükəsiz (hava təzyiqi ilə) 4 km-dən az yüksəklik hesab olunur. 4 km-dən çox bir hündürlüyə hər hansı bir dırmaşma müxtəlif həyat dəstək sistemlərinin istifadəsini tələb edir. 3 km-dən çox bir hündürlüyə qalxmaqla, bir insan oksigen aclığının əlamətlərini göstərir (yatmaq istəyirsən). 9 km-dən çox yüksəkliklərdə qaz baloncukları (aeroembolism) bədən mayesindən azad ola bilər. 19 km-dən çox yüksəkliklərdə dərialtı maye qaynayır. 11 km-dən yuxarı havanın temperaturu −60 °C-ə çata bilər. Həyat üçün belə əlverişsiz şəraitdə bir təyyarədə uçmaq üçün hava ilə həyat təminetmə sistemlərinin yaradılması tələb olunurdu. == Aviasiya == İnsanlarda oksigen aclığının əlamətləri bir çox amillərdən asılıdır (bax Hypoxia).
Mücərrəd məkan
Mücərrəd məkan — coğrafiyada eyni və ardıcıl xüsusiyyətlərlə xarakterizə olunan hipotetik bir məkandır; tamamilə homojen bir coğrafi məkandır. Bu məkanda bütün istiqamətlərdə və hər yerdə bütün hərəkətlər eyni dərəcədə asan və ya çətin olacaq. Bu konsepsiya, mənzərə kimi kənar dəyişənləri məhdudlaşdırmaq və ya istisna etməklə məkan fəaliyyətini və davranışını modelləşdirmək və ya təhlil etmək üçün faydalıdır. Məsələn, tədqiqatçılar mədəniyyət və ticarət arasındakı əlaqəni öyrənmək istəyirlərsə, modellərinin sıxışdırılmasını və dağ maneələri və çaylar kimi faktorların təsirinə məruz qalmasını istəmirlər, çünki mədəniyyətin özünün ticarətə necə təsir etdiyini modelləşdirmək məqsədindən yayındırırlar.
Məkan Qəhrəmanov
Məkan Mübariz oğlu Qəhrəmanov (3 fevral 1999; Minaxorlu, Ağcabədi rayonu, Azərbaycan — 10 oktyabr 2020; Qarabağ, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Məkan Qəhrəmanov 3 fevral 1999-cu ildə Ağcabədi rayonunun Minaxorlu kəndində anadan olmuşdur. 2005-2016-cı illərdə Ağcabədi rayon Minaxorlu kənd orta məktəbində təhsil almışdır. == Hərbi xidməti == Məkan Qəhrəmanov 2017-2018-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu olmuşdur. Hərbi xidmətini Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun tərkibində etmişdir. Hərbi xidmət müddətində 2018-cı il mayın 20-dən 27-nə qədər davam edən Günnüt əməliyyatında iştirak etmiş və fərqlənmişdir. Hərbi xidmətini 2020-ci ilin iyul ayında müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq davam etdirmişdir. Azərbaycan Ordusunun əsgəri olan Məkan Qəhrəmanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Cəbrayılın, Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Məkan Qəhrəmanov 10 oktyabr 2020-ci ildə döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur.
Təkan (Çaroymaq)
Təkan (fars. تكان‎) — İranın Şərqi Azərbaycan ostanının Çaroymaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 36 nəfər yaşayır (7 ailə).
Təklə-Məkan
Təkləməkan və ya Təklə-Məkan (çin. 塔克拉瑪干沙漠, uyğ. تەكلىماكان قۇملۇقى <(Uyğur sözü olub (Ərəb məhşəlli) Təklə — ترك Tərk "getmək, tərk etmək" və Məkan "yaşayış yeri", yəni "Tərk edilmiş ərazi") — Çinin qərbində Sintszyan-Uyğur Muxtar Rayonu ərazisində yerləşən səhra. Dünyanın ən böyük qumlu səhralarından biridir. Şərqdən qərbə uzunluğu 1000 km-dən çox, eni isə 400 km təşkil edir. Səhranın sahəsi 300,000 km² təşkil edir. == Coğrafiyası == Səhranın əmələ gəlməsin əsas səbəblərindən biri okean və dənizlərdən uzaqlığıdır. Üstəlik dağların arasında yerləşməsi yağıntı gətirən buludların əraziyə daxil olmasının qarşısını alır. Çökmə suxurlardan təşkil onun səhra Tarim dağ düzənliyində yerləşir. Tarim çayının gətirdiyi çöküntülər demək olar ki, müxtəlif vastələrlə bütün səhraya yayılır.
Zəkan (Çəvərzəq)
Zəkan və ya Zəykənd (az-əbcəd. زکان، زَی‌کَند‎, fars. زاچکان‎) - İranın Zəncan ostanının Tarım şəhristanının Çəvərzəq bəxşinin Çəvərzəq qəsəbəsinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 184 nəfər yaşayır (56 ailə).
Alkan
Alkanlar (Doymuş karbohidrogenlər və ya Parafinlər) — yalnız karbon (C) və hidrogen (H) elementlərindən təşkil olunmuş və CnH2n+2 formuluna cavab verən doymuş karbohidrogenlərdir. Məsələn bir karbonu olan metanın formulu CH4 Alkanlardan bir hidrogen çıxarılması ilə əldə edilən grupa alkil grupu (radikal qrup) deyilir ve 'R' ilə göstərilir. Məsələn metandan bir hidrogen çıxarılırsa metil (CH3), etandan bir hidrogen çıxarılırsa etil (C2H5) əldə edilir. Bu molekullar daha bir rabitə yaradaraq karbohidrogen zəncirinə bağlanır. CnH2n+2 kimi yazılır. Alkanların şaxələnməsi üçün, formuldakı n ədədi 3-dən böyük (n>3), halqalı (tsiklo) halında ola bilməsi üçünsə 2-dən böyük olmalıdır (n>2). == Alkanlarda izomerlik == Üç karbondan artıq karbonu olan alkanlarda izomerilik xüsusiyyəti vardır. Ən sadə izomer, şaxələnməmiş olan normal (n-) izomerdir. Bu izomer şaxələnərək çox saylı izomerlər yarada bilər. Karbonun sayı artdıqca şaxələnmə növü və sayı artdığından izomer sayı da artar.
Bukan
Bükan ya Bəykəndi (fars. بوکان‎) — İranın Qərbi Azərbaycan ostanında yerləşən şəhər, Bükan şəhristanının mərkəzi. Bükan şəhəri Tatavuçay (farsca adı Siminərud) çayının şərq sahilində, Qərbi Azərbaycan və Kürdüstan ostanlarını ayıran xəttdə, Qərbi Azərbaycan ostanının Miyandoab (Qoşaçay) və Kürdüstan ostanının Saqqız şəhərləri arasında yerləşir. 2016-cı ildə aparılmış siyahıya almanın açıqlanmış yekunlarına əsasən Bükan şəhərinin 194,000 nəfər əhalisi var - beləliklə, Bükan bütün Qərbi Azərbaycan ostanı boyunca sayına görə üçüncü böyük şəhər sayılır. Bükanın görməli yerləri kimi şəhərin Cümə məscidini və Sərdar məqbərəsini sadalamaq olar.
Deman
Deman — Azərbaycan Respublikasıınn Yardımlı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 19 may 1993-cü il tarixli, 611 saylı Qərarı ilə Yardımlı rayonunun faktiki mövcud olan Deman kəndi Avaş kənd Sovetinin tərkibində rayonun yaşayış məntəqələri siyahısına daxil edilmişdir. == Toponimikası == Kənd coğrafi ədəbiyyatlarda daha çox "Deman düzü", "Deman yaylası" kimi tanınır. Yerli əhalinin dilində Deman sözü "dəmyə yerlər", "suvarılmayan əkin sahələri" kimi yozulur. Bu fikir yanlışdır. M.Həsənov yazır ki, yaşı antik çağlardan hesablanan Moran, Pankü, Deman, Avaraq, Ərvərəz, Şişnavar kimi qədim toponimlər Azərbaycan Respublikasında mövcud olan ən ulu coğrafi adlarla bir sırada durmaqdadır. Bu adlar içərisində dəniz səviyyəsindən 1600-1800 metr hündürlükdə olan məşhur Deman düzünün adı ən ulu toponimlərdən olub, hun xaqanı, şöhrətli sərkərdə Metenin babası Teomanın adı ilə yaxından səsləşir. Bəzi mənbələrdə Teoman hətta Duman kimi də qeyd olunmuşdur... Mənbəyini Deman düzündən götürən Viləşçayın sol sahilindəki coğrafi adların, demək olar ki, əksəriyyəti təmiz türk mənşəli olub, yurdun qədim çağlarından xəbər verir. İlicur, Cərcəbil, Avaraq, Gilar, Bolqarçay, Moran belə toponimlərdəndir.
Deyan
Deyan (çin. 德阳市) – Çin Xalq Respublikasının Sıçuan əyalətində yerləşən şəhər.
Ekman
Erik Leonard Ekman (isv. Erik Leonard Ekman, 14 oktyabr 1883, Stokholm – 15 yanvar 1931) — İsveç botaniki. == Elmi fəaliyyəti == Erik Leonard Ekman qıjıkimilər və toxumlu bitkilər üzrə ixtisaslaşmışdır.. == Şərəfinə adlandırılmış taksonlar == Ekmania Gleason Ekmaniopappus Borhidi Elekmania B.Nord. Ekmaniocharis Urb. Myrtekmania Urb. Ekmanochloa Hitchc.
Ekuan
Ekuan (fr. Écouen) — Fransada bələdiyyə, region — İl-de-Frans, departament — Val-d'Uaz, rayon — Sarsel, kanton — Ekuan. Əhalisi — 7.383 nəfər (2007). Bələdiyyə Paris şəhərinin təxminən 18 km şimalında, Serji bələdiyyəsinin 24 km şərqində yerləşir.