Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Petrolul Ployeşti FK
Petrolul — Rumıniyanın futbol klubu. == Tarixi == == Avropa kuboklarında iştirak == 9 dəfə Avropa kuboklarında iştirak edib.
Ployeşti
Ployeşti (rum. Ploiești) — Rumıniyada şəhər. == İdman == Hazırda Curcunu təmsil edən "Astra" futbol klubu yaranmasından 2012-ci ildə qədər Ployeştidə məskən salmışdır.
Eloy
Eloy – Almaniya proqressiv/psixodelik/kraut rok qrupudur. Qrup 1969-cu ildə Frank Bornemann tərəfindən yaradılmışdır. Qrup illər boyu çox üzv dəyişsə də Frank dəyişməz üzv olaraq qalmışdır. Eloy illərlə fəaliyyət göstərsə də 1998-ci ildəki Ocean 2 albomundan sonra məşhurlaşmışdır. Musiqi tərzi Pink Floyd, King Crimson, Yes qruplarının tərzinə yaxındır. == Adı == Qrupun adı H.G.Wells adlı yazarın The Time Machine (Zaman Maşını) kitabından götürülüb. Kitabda 800.000 il sonrakı dünyada yaşayan insan irqi Eloy adlanır.
Plov
Plov və ya aş — düyü əsasında xörək. Azərbaycanda plovun 200 növü var və plov Azərbaycan və Özbək mətbəxinin şahı sayılır. Özbək plovu kök, soğan və digər məhsulların qarışığı ilə hazırlanır. Özbək plovundan fərqli olaraq Azərbaycanda plovlar qarışıq olmur (çəkmə plovlar istisna olmaqla). Azərbaycan plovu — ayrıca zəfəranla (və ya sarıköklə) dəmlənmiş düyü və plovun yanında verilən xuruşdan ibarətdir. Xuruş əsasən quş və ya qoyun ətindən hazırlanır. Üzərinə albuxara, şabalıd, kişmiş, ərik qurusu əlavə edilir. Plovun qarasına mütləq turş meyvələrdən qatılır, fisincan plov bişiriləndə isə plovun qarasına abqora, sirkə, nar ya sumaq suyu tökülür. Əlavə olaraq bir çox plovların yanında turşu xiyar, badımcan, sarımsaq da verilir. 1850-ci ildə Azərbaycanda plov yemiş İ. Berezni yazır ki: "Hörmətli adamlar plova vacib əlavə kimi, badam, mixək, darçınla doldurulmuş badımcan və turşuya qoyulmuş sarımsaq verirlər".
Aloy diyarı
== Ərazisi == Aloy diyarının ərazisi 630,70 Km2-dır. Aloy diyarına 2 şəhər və 4 volost daxildir.
Eloy İmaniraquya
Eloy İmaniraquya (1 yanvar 1995) — Ruandalı üzgüçü. Eloy İmaniraquya Ruandanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Eloy İmaniraquya birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 50 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 26.43 saniyəlik nəticəsi ilə 68-ci yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi.
Fisincan plov
== Lazım olan ərzaqlar == Toyuq — 1 ədəd (çöl quşları ilə daha ləzzətli olur) Soğan (qırmızı Soğan olsa daha yaxşıdır) — 4 −5 ədəd Nar — 3–4 ədəd Qara turşu (rub, lavaşa) — 200 qram Balqabaq — 1 ədəd (balaca olsa daha yaxşıdır) Duz Qoz — 300 qram (döyülmüş formada) == Hazırlanması == Əvvəlcə toyuğun üzərinə 4–5 baş quru soğan, 3–4 dənə yarılmış turş nar, qara turşu, duz, 2–3 dilim boranı qatıb üzərinə su tökürük. Bütün bunların üztünə odda qızardılmış nal və yaxud da dəmir parçası ataraq qaynadırıq. Toyuq bişəndən sonra qazandan toyuğu, soğanı, boranını, dəmiri çıxarırıq. qalan suyu süzür, nar gilələrini isə atırıq. Boranı ilə soğanı birlikdə əzirik. Daha sonra əzilmiş hissəni döyülmüş qozla qarışdırırıq. Sonra da bunları süzdüyümüz su ilə qaynadırırq. Daha sonra alınan qarışığın üzərinə toyuğu da əlavə edib dəmə qoyuruq. Fisincan plovla yeyilir.
Google Play
Google Play — Google-nin Android üçün inkişaf etdirdiyi bir paket idarəçisi və elektronik platformasıdır. == Proqram təminatının hazırlanması == Android üçün proqramlar Dalvik virtual maşınında qeyri-standart bayt-kodda yazılmış proqramdır. Android üçün proqramların hazırlamasını Java (Java 1.6) dilində aparmaq olar. Eclipse üçün plaqin mövcuddur — Android Development Tools Eclipse 3.3 versiyası üçün nəzərdə tutulmuş (ADT) — 3.5. IntelliJ IDEA üçün də plaqin mövcuddur. (Android-proqramların hazırlmasını yüngülləşdirmək üçün nəzərdə tutulmuşdur). Mümkün kitabxanalar: Bionic — libc-lə uyuşmaz standart funksiyaların kitabxanasıdır. SSL — şifrləmə. Media Framework (PacketVideo OpenCORE, MPEG-4, H.264, MP3, AAC, AMR, JPEG, PNG). Surface Manager.
Kükü plov
Kükü plov — Azərbaycan plovunun geniş yayılmış növlərindən biri. == Tərkibi == 5 stəkan uzun düyü, 4–5 qaşıq əridilmiş kərə yağı, 8 ədəd yumurta, 4–5 dəstə göyərti (ispanaq, turşəng, nanə, şüyüd, keşniş, kəvər və sair göyərtilər), sarıkök və ya zəfəran, duz, istiot. Qazmaq üçün: 1 ədəd yumurta, 3 xörək qaşığı qatıq. == Hazırlanması qaydası == Düyü yuyulub suya qoyulur. Adi qaydada duzlu suda bişirilib süzülür. Qazana az yağ tökülərək əridilir, qazmaq üçün üstünə bir az düyü və çalınmış yumurta ilə qatıq qarışığını tökərək qalınlığı 1 sm olmaqla qazanın dibinə yayılır. Düyünün yarısını qazana töküb qalan yarısına sarıkök və ya zəfəran şirəsi əlavə edilərək qazana tökülür. Düyünün üzərinə yağ əlavə edilir, aş 45 dəqiqə dəmə qoyulur. Göyərtilər təmiz yuyularaq xırdı şəkldə doğranılır. Əvvəlcə tavaya yağ tökülərək əridilir.
Mərci plov
Mərci plov — Azərbaycan mətbəxində plov. == Tərkibi == Bu plovu hazırlamaq üçün aşağıdakı ərzaqlar lazımdır: Qoyun əti-200 q, düyü-150 q, ərinmiş yağ-40 q, soğan-1 baş, darçın-0,2 q, zəfəran-0,1q, habelə tam üçün istiot, duz götürülür. == Hazırlanma qaydası == Mərci artlanıb yuyulur və 2-3 saat ərzində soyuq suda isladılır. Sonra həmin mərci ayrıca duzlu suda bişirilir, düyü ayrıca qazanda bişirilir və üstünə yarıbişmiş mərci əlavə edilərək hazır olunca bişirilir və süzülərək dəmə qoyulur. Qazanın dibinə lavaş qazmaq qoyulur. Eyni zaman qoyun əti təmizlənir, yuyulur və tikələrə doğranır, duzlanır, tavada qızardılır, buna yağ-soğan və azca bulyon, ədviyyat qatılaraq hazır olunca öz buğunda bişirilir. Süfrəyə veriləndə mərci plovun üstünə ət qoyulur və darçın səpilir. Bu xörək kükü ilə də hazırlana bilər.
Paxla plov
Paxla plov - Talış mətbəxinə aid plov. == Tərkibi == Bu plovu hazırlamaq üçün aşağıdakı ərzaqlar lazımdır: Qoyun əti-100 q, düyü-150 q, ərinmiş yağ-50 q, paxla-100 q, şüyüd-60 q, zəfəran, habelə tam üçün istiot, duz tökülür. == Hazırlanma qaydası == Qoyun əti hərəsi 8-10 q-lıq tikələrə doğranır, tavada yağ içində qovrulur və üstünə azacıq bulyon, ya da isti su tökülüb hazır olunca bişirilir. Bir böyük qaba yığılır, duz, istiot səpilir. Təzə paxla, şüyüd təmizlənir, yuyulur, xırda-xırda doğranır. Düyü təmizlədikdən sonra yuyulur, düyü 4-6 saat duzlu suda islağa qoyulur. Su qaynadıqda düyü qazana tökülür, qarışdırılır, duzu tökülür, kəfi alınır. Düyü yarımbişdikdə paxla və şüyüd tökülüb qarışdırılır. Sonra süzülür. Zövqə görə qazmaq hazırlanıb qazanda dağ üstünə bir tərəfdən yığılır, sonra qalan düyü ətin yenidən qapağı örtülüb dəmə qoyulur.
Play-Asia
"Play-Asia" — əyləncə məhsullarının onlayn pərakəndə satışı ilə məşğul olan Honkonq şirkəti. Veb sayt idxal oyunları, DVD-lər, musiqi, CD-lər, qadcetlər, ərzaq məhsulları, kitablar, oyun konsolu aksesuarları, kabellər və oyuncaqlar satır. == Tarixİ == "Play-Asia" 2002-ci ildə Honqkonqda təsis edilmişdir. Şirkət bütün əsas cari oyun konsolları və kompüter əməliyyat sistemləri üçün oyun və aksessuarlarının satıldığı veb-saytını işə salmışdır. Sayt videooyunlardan əlavə, "Tamagotchi" seriyasından olan məhsullar kimi elektron mallar da təklif edir. "Play-Asia" şirkəti "Söldner-X: Himmelsstürmer" sayd-skrollinq atıcısının istehsalını maliyyələşdirmişdir.
Play (jurnal)
Play — "Imagine Publishing" müəssisəsi tərəfindən nəşr edilən jurnaldır. Bu jurnal video oyunlar haqqında resenziya verən Böyük Britaniyanın ən böyük jurnallarından biridir.
Play Store
Google Play — Google-nin Android üçün inkişaf etdirdiyi bir paket idarəçisi və elektronik platformasıdır. == Proqram təminatının hazırlanması == Android üçün proqramlar Dalvik virtual maşınında qeyri-standart bayt-kodda yazılmış proqramdır. Android üçün proqramların hazırlamasını Java (Java 1.6) dilində aparmaq olar. Eclipse üçün plaqin mövcuddur — Android Development Tools Eclipse 3.3 versiyası üçün nəzərdə tutulmuş (ADT) — 3.5. IntelliJ IDEA üçün də plaqin mövcuddur. (Android-proqramların hazırlmasını yüngülləşdirmək üçün nəzərdə tutulmuşdur). Mümkün kitabxanalar: Bionic — libc-lə uyuşmaz standart funksiyaların kitabxanasıdır. SSL — şifrləmə. Media Framework (PacketVideo OpenCORE, MPEG-4, H.264, MP3, AAC, AMR, JPEG, PNG). Surface Manager.
Südlü plov
Südlü plov — Azərbaycan mətbəxinə aid geniş yayılmış plov növlərindən biri. Südlü plov bir neçə üsulla hazırlanır. == Tərkibi == 1 kq düyü, 2 litr süd, duz, zəfəran, 100 qram kişmiş, 100 qram xurma, 350 qram kərə yağı, bal, qaymaq – zövqə görə. == Hazırlanması qaydası == Südlüplov ətsiz, yalnız südlə bişirilir. Düyü təmizlənir, xırdası çoxdursa, aşsüzəndən keçirilir. Düyü isti suda təmiz yuyulur. Bir hissə düyüyə iki hissə süd götürülür. Süd qaynadıqdan sonra içinə düyünü tökülür, qarışdırılır, bir az duz vurulur. Rəngi saralanadək zəfəran tökülür, yenidən qarışdırılır. Düyü bişənə yaxın içinə yuyulmuş kişmiş, xurma, zövqə görə bir az şəkər tökülür, ehtiyatla qarışdırılır.
Toyuq plov
Toyuq plov — Azərbaycan və Özbək mətbəxinin şahı olan Plovun Azərbaycanda yayılmış bir növüdür. == Tərkibi == Toyuq Düyü Şabalıd Ərik Kişmiş Quru Gavalı Soğan Kərə yağı Duz == Hazırlanma qaydası == Bir gün əvvəldən toyuğu yaxşı yuyub şəkildə olduğu kimi kəsib hər tərəfini duzlayıb istiotlayırıq.Sonra toyuğu yuxarı bir yerdən asırıq ki,toyuğun suyu təmiz süzülsün.Bir gecə asılı saxlayırıq. Soğan uzun formada doğranılır və yağda rəngi qızılı oluncaya kimi qovrulur. Soğan qovrulduqdan sonra əti əlavə edib bir az qovururuq. Ət də bir az qovrulduqdan sonra şabalıd,ərik qurusu və kişmiş əlavə edilir ,qarışdırılır və bir kənara qoyulur. Duzlu suda düyünü bir az bişirib süzürük.Düyünün bir az rəngli olması üçün sarıkök əlavə edilir. İndi isə qazmaq hazırlayaq.yumurta, yağ və xama birlikdə yaxşıca çalınır və qazanın dibinə tökülür. Onun da üzərindən toyuq ətli qarışıq əlavə edilir. Ətin üzərindən isə düyü tökülür və dəmə qoyulur,arada qazanın ağzını açıb dəmini kənara tökürük. Tam bişdikdən sonra süfrəyə sunulur.
X-Play
X-Play, GameSpot TV və Extended Play — Video oyunlar haqqında televiziya proqramlarından biridir. Bu proqramın əsası Kaliforniya ştatında San-Fransisko şəhərində qoyulmuşdur. İllər keçdikcə proqramın adı dəyişilmişdir. Proqramın əsası 1998-ci ildə qoyulmuşdur.
Yarma plov
== Tərkibi == Bu plovu hazırlamaq üçün aşağıdakı ərzaqlar lazımdır: Yarma-100 q, düyü-100 q, əridilmiş yağ-50 q, qurudulmuş kütüm-100q və tam üçün duz tökülür. == Hazırlanma qaydası == Buğda yarması artlanıb yuyulur və yarıhazır vəziyyətə çatınca qaynar duzlu suda bişirilir. Sonra bunun içinə yuyulmuş düyü tökülür hamısı birlikdə hazır olunca bişirilir. Qurudulmuş kütüm suda bişirilir, dərisi və tıxları təmizlənir. Bəzən kütüm su buxarında bişirilir, xırda təpəciklər bölünür. Süfrəyə verilən zaman yarma plov boşqaba çəkilir, yağ tökülür və ayrıca yanına kütüm təpəcikləri qoyulur.
Çığırtma plov
Şah plov
Şah plov == Plovun yaranması == Plovun yaranma tarixçəsini Makedoniyalı İsgəndərlə bağlayırlar. Əslində isə bu yeməyin tarixi Makedoniyalı İsgəndərin dövründən də çox-çox əvvəllərə gedib çıxır. Plov sözünə X əsr yazılarında rast gəlmək mümkündür.Düyü qədim bitki hesab olunduğu üçün plov da qədim yeməklərdən hesab edilir. Plov yeməyi, təxminən XV əsrdən indiyədək Şərqdə Süfrələrin Şahı adını daşıyır. Bu yemək ən qiymətli yeməklər sırasında olub. Şərq xalqları plovu toylarda, böyük bayramlarda, ən əziz qonaqlar gələndə süfrəyə qoyurlar. Dünya əhalisinin yarısından çoxu üçün düyü əsas qida məhsulu hesab olunur. Düyünün vətəni Asiyadır. Plov Orta Asiya xalqlarının milli yeməyi hesab olunur. Bu yeməyin tarixi bir neçə min illər əvvələ – Hindistana, Çinə və Hind-Çinə gedib çıxır.
Şeşəndaz plov
Şeşəndaz — plov növlərindən biri. İldə bir dəfə, yalnız Novruz bayramı axşamı bişirilən və xuruşuna çoxlu yumurta qatılmış xüsusi plov növüdür.
Şüyüd plov
Şüyüd plov - Toyuq plov - Azərbaycan və Özbək mətbəxinin şahı olan Plovun Azərbaycanda yayılmış bir növüdür. == Tərkibi == Uzun düyü Şüyüd Kərə yağı Duz İstiot Zövqə görə mal ət və ya toyuq əti əlavə olunur. == Hazırlanma qaydası == Düyünü duzlu suda isladırıq.Suyu qaynadıb düyünü qazana tökürük. Şüyüdü yuyub incə-incə doğrayırıq.Düyünü süzdükdən sonra aşsüzəndə üzərinə doğranmış şüyüdü tökürük. Asta-asta qarışdırırıq ki, düyü əzilməsin.Qazana qazmağı qoyub düyünü tökürük. Ərinmiş yağı töküb dəmə qoyuruq.Toyuğu doğrayıb soyutma bişiririk. Yumurtaları da soyutma bişiririk.Daha sarımsaqlı qatıqla birlikdə süfrəyə verilir.
Free-to-play
Free-to-play, Free2play, F2P və ya FtP (ing. free – pulsuz və ing. play – oynamaq; hərfi tər. oynamaq pulsuzdu və ya pulsuz oynamaq) — məzmununlarının əhəmiyyətli bir hissəsini oyunçulara pulsuz verən videooyunlarına verilən ad. Free-to-play oyunlarının bir neçə növü var, lakin ən çox yayılmış fremium (ing. Freemium) proqram təminatı modelinə əsaslanır. Fremium videooyunlarında təqdim edilən məzmun tamamilə pulsuz olmur. Bu cür videooyunlarında, oyunçulara tam funksional bir videooyun verilir, ancaq əlavə məzmun üçün oyunçular mikroödənişlər ödəməlidirlər. Free-to-play oyunlarının əksi pay to play oyunlarıdır. Burada ödəniş oyun xidmətlərindən istifadə etməzdən əvvəl tələb olunur.
Lobya-çilov plov
Parça döşəmə plov
== Tərkibi == Qoyun əti–221 q, düyü–150 q, əridilmiş yağ–50 q, kişmiş–30 q, ərik qurusu –25 q, şabalıd–50 q, zəfəran–1 q, zirə–0,1 q, baş soğan–20 q, darçın–0,1 q, istiot– 0,1 q, duz == Hazırlanma qaydası == Qoyun əti bütöv tikə şəklində qovurulur və sümükdən ayrılır. Yağda qızardılmış soğan, təmizlənmiş şabalıd, zirə və bulyon əlavə edilib hazır vəziyyətə gətirilir. Ayrıca bişirilmiş düyü boşqaba təpəcik şəklində tökülür, üstünə qoyun əti, şabalıd və qazmaq qoyulur. Yağ tökülüb darçın səpilir.
Play Date (mahnı)
"Play Date" — amerikalı müğənni-bəstəkar Melani Martinesin Cry Baby (2015) adlı debüt albomunun delüks buraxılışında yer alan mahnı. 2020-ci ilin aprel ayında TikTok tətbiqində populyarlıq əldə etdi. 1 may 2020-ci ildə mahnı Amerika Birləşmiş Ştatlarında 500.000-dən çox satışa görə Amerika Səsyazma Sənayesi Birliyi (RIAA) tərəfindən Qızıl sertifikat aldı. Daha sonra 9 dekabr 2020-ci ildə Platinum sertifikatına layiq görüldü. == Arxa plan == "Play Date" Nyu-Yorkda qeydə alınıb və Martinesin sözlərinə görə, "çox tez" yazılmışdır. 2015-ci ildə buraxılmasına baxmayaraq, mahnı 2020-ci ilin aprel ayında TikTok tətbiqində geniş istifadə olunduğu üçün hit oldu və populyarlıq qazandı. Mayın 8-də mahnı Spotify-da 80 milyondan çox oxuma və YouTube-da 40 milyon baxış qazandı. Mahnı bir çox görkəmli Spotify pleylistilərində, məsələn, Today's Top Hits, Pop Rising və Teen Beats-də səslənmişdir. Martines həm Pop Rising, həm də Teen Beats-ın üz qabığında yer alıb. 28 aprel 2020-ci ildə Martines Instagram-da mahnının uğurunu "indiyə qədərki ən yaxşı ad günü hədiyyəsi" kimi qeyd etdi.
Qiymə-çığırtma plov
== Tərkibi == Qoyun əti - 165q, düyü - 150q, ərinmiş yağ - 50q, baş soğan - 30q, yumurta - 2 əd., zəfəran - 0,1q, istiot - 0,5q, duz. == Hazırlanma qaydası == Qoyun ətindən hazırlanmış qiymə yağda qızardılır, ayrıca yağda qızardılmış soğan qatılır, üstünə çalınmış yumurta vurulub qızdırığı şkafda bişirilir. Düyüdən ayrıca plov hazırlanır. Süfrəyə verildikdə boşqaba plov çəkilir, üstünə qiymə-çığırtma qoyulub yağ tökülür.