PLAY
PLAY-BOOK
OBASTAN VİKİ
Bill
Bill — dünyada daha çox işlədilən ad və soyad.
Google Play
Google Play — Google-nin İos əməliyyat sistemi üçün inkişaf etdirdiyi bir paket idarəçisi və elektronik platformasıdır. == Proqram təminatının hazırlanması == Android üçün proqramlar Dalvik virtual maşınında qeyri-standart bayt-kodda yazılmış proqramdır. Android üçün proqramların hazırlamasını Java (Java 1.6) dilində aparmaq olar. Eclipse üçün plaqin mövcuddur — Android Development Tools Eclipse 3.3 versiyası üçün nəzərdə tutulmuş (ADT) — 3.5. IntelliJ IDEA üçün də plaqin mövcuddur. (Android-proqramların hazırlmasını yüngülləşdirmək üçün nəzərdə tutulmuşdur). Mümkün kitabxanalar: Bionic — libc-lə uyuşmaz standart funksiyaların kitabxanasıdır. SSL — şifrləmə. Media Framework (PacketVideo OpenCORE, MPEG-4, H.264, MP3, AAC, AMR, JPEG, PNG). Surface Manager.
Play-Asia
"Play-Asia" — əyləncə məhsullarının onlayn pərakəndə satışı ilə məşğul olan Honkonq şirkəti. Veb sayt idxal oyunları, DVD-lər, musiqi, CD-lər, qadcetlər, ərzaq məhsulları, kitablar, oyun konsolu aksesuarları, kabellər və oyuncaqlar satır. == Tarixİ == "Play-Asia" 2002-ci ildə Honqkonqda təsis edilmişdir. Şirkət bütün əsas cari oyun konsolları və kompüter əməliyyat sistemləri üçün oyun və aksessuarlarının satıldığı veb-saytını işə salmışdır. Sayt videooyunlardan əlavə, "Tamagotchi" seriyasından olan məhsullar kimi elektron mallar da təklif edir. "Play-Asia" şirkəti "Söldner-X: Himmelsstürmer" sayd-skrollinq atıcısının istehsalını maliyyələşdirmişdir.
Play (jurnal)
Play — "Imagine Publishing" müəssisəsi tərəfindən nəşr edilən jurnaldır. Bu jurnal video oyunlar haqqında resenziya verən Böyük Britaniyanın ən böyük jurnallarından biridir.
Play Store
Google Play — Google-nin İos əməliyyat sistemi üçün inkişaf etdirdiyi bir paket idarəçisi və elektronik platformasıdır. == Proqram təminatının hazırlanması == Android üçün proqramlar Dalvik virtual maşınında qeyri-standart bayt-kodda yazılmış proqramdır. Android üçün proqramların hazırlamasını Java (Java 1.6) dilində aparmaq olar. Eclipse üçün plaqin mövcuddur — Android Development Tools Eclipse 3.3 versiyası üçün nəzərdə tutulmuş (ADT) — 3.5. IntelliJ IDEA üçün də plaqin mövcuddur. (Android-proqramların hazırlmasını yüngülləşdirmək üçün nəzərdə tutulmuşdur). Mümkün kitabxanalar: Bionic — libc-lə uyuşmaz standart funksiyaların kitabxanasıdır. SSL — şifrləmə. Media Framework (PacketVideo OpenCORE, MPEG-4, H.264, MP3, AAC, AMR, JPEG, PNG). Surface Manager.
X-Play
X-Play, GameSpot TV və Extended Play — Video oyunlar haqqında televiziya proqramlarından biridir. Bu proqramın əsası Kaliforniya ştatında San-Fransisko şəhərində qoyulmuşdur. İllər keçdikcə proqramın adı dəyişilmişdir. Proqramın əsası 1998-ci ildə qoyulmuşdur.
Bill (qanun)
Bill (ing. "qanun") — Böyük Britaniya, ABŞ və bir sıra digər ölkələrin qanunverici orqanlarına hökumət və ya parlament üzvünün baxılmaq üçün təqdim etdiyi qanun layihəsi. Billin və ona edilən düzəlişlərin taleyi parlamentdə çoxluğa malik olan partiyaların mövqeyindən asılı olur. Parlament tərəfindən qəbul edilmiş və dövlət başçısı tərəfindən təsdiqlənmiş bill qanun qüvvəsinə malik olur.
Bill Coy
Bill Coy (ing. William Nelson Joy) — (8 noyabr 1954) Amerikalı alimi, "Sun Microsystems" şirkətinin qurucusudur == Həyatı == Bill Coy 8 noyabr 1954-cü ildə Michiganda (ABŞ) anadan olmuşdur. == Fəaliyyəti == Hesablama sistemləri nəzəriyyəsi sahəsində amerikalı alim, Unix əməliyyat sistemi üçün proqram təminatının müəllifi, "Sun Microsystems" şirkətinin qurucusu Bill Coy Qreys Mürrey adına mükafatın laureatı olan Coy məşhur "Vi" mətn redaktorunun da müəllifidir. 1971-ci ildə Enn Arbor şəhərində Miçiqan Universitetinin yeni kompüter mərkəzinin açılışı oldu. Bill Coy elə həmin il Miçiqan Universitetinə daxil oldu. O, bioloq, ya da riyaziyyatçı olmaq istəyirdi, amma birinci kursun axırlarında təsadüfən kompüter mərkəzinə baş çəkdi və "həmişəlik" orada qaldı. Kompüter Mərkəzi onun həyatına çevrildi. Coy vaxt tapan kimi proqramlaşdırma ilə məşğul olurdu. 1975-ci ildə Coy Berklidə Kaliforniya Universitetinin aspiranturasına girdi. Fəlsəfə doktoru adını almaq üçün verdiyi şifahi imtahanda o, milçək uçuşunun elə mürəkkəb alqoritmini yaratdı ki, sonralar pərəstişkarlarından biri yazırdı:"O, imtahan götürən müəllimləri o qədər heyrətləndirmişdi ki, hətta onlardan biri onu müdrikləri təəccübləndirən İisusa oxşatmışdı".
Bill Dük
Bill Dük (26 fevral 1943) — 26 fevral 1943-cü ildə Poukipzi şəhərində (Nyu-York ştatı, ABŞ) anadan olub. Etel Luis və Uilyam Henri Dük (böyük) ailəsində anadan olub. Datçess Kommuniti kollecində aktyorluq və yazıçılıq üzrə təhsil alıb. Daha sonra aktyor sənətinin incəliklərini Boston Universitetində, ardınca Nyu-Yorkun Universiteti nəzdində Tiş ali məktəbində və Amerika Kino-İncəsənət İnstitutunda mənimsəyib. Xarizmatik xarici görünüş və ədaya malik aktyoru, rejissorlar başlıca olaraq döyüş filmlərinə çəkib. Çəkildiyi lentlərdə daha çox mənfi obrazlar yaradıb. 80-ci illərdə ABŞ teleməkanında bir sıra səs-küylü seriallara, o cümlədən "Hill-Strit blüzü" və "Mayami Polisi" seriallarına rejissorluq edib. Kinoda aktyor debütü 1976-cı ildə baş tutub. "Avtoyuyucu" adlı filmdə radikal müsəlman inqilabçı Əbdül Məhəmməd Əkbər roluna çəkilib. 1980-ci ildə "Amerikalı jiqolo" melodramında homoseksual sutenyor rolunu oynayıb.
Bill Geyts
Bill Geyts (ing. Bill Gates; 28 oktyabr 1955[…], Sietl, Vaşinqton) — Microsoft şirkətinin yaradıcısı (Pol Allen ilə birlikdə), milyarder, filantrofist. 2008-ci ilin iyun ayında şirkətin İdarə Heyəti sədrliyindən istefa vermişdir. Uilyam Henri Qeyts III (William Gates III (tam adı)) dünyanın ən zəngin insanlarından biri, kompüter maqnatı, Microsoft korporasiyasının banisi və sahibidir. == Həyatı == Billa Qeyts 1955-ci il oktyabr ayının 28-də Vaşinqton ştatının (ABŞ) Sietl şəhərində korporativ vəkil Uilyam Henri Qeyts II və First Interstate Bank, Pacific Northwest Bell və United Way milli şurasının direktorlar şurasının üzvü Meri Maksvelin ailəsində doğulub. Bill Qeyts ibtidai təhsilini bələdiyyə ibtidai məktəbində alıb, 12 yaşında isə onu Sietl şəhərinin ən imtiyazlı məktəbinə keçirirlər. O, orada məktəb minikompüterində öz proqramlaşdırma bacarıqlarını inkişaf etdirə bilir. Qeyts qrammatika, vətəndaşşünaslıq və digər elmlərdə uğur əldə edə bilmirdi, lakin riyaziyyatdan ən yüksək qiymətlər alırdı. Bu təvəzökar, hətta utancaq və azca yöndəmsiz uşaq riyaziyyat professoru olmağı arzu edirdi və atasına heç bənzəmirdi. Ona görə də riyaziyyatda və məntiqdə unikal qabiliyyətlərinə baxmayaraq, Bill Qeyts valideynlərinə xas olan lider qabiliyyətləri göstərmirdi.
Bill Hinsman
Bill Hinsman (tam adı: Semyuel Uilyam "Bill" Hinsman; ing. Samuel William "Bill" Hinzman; 24 oktyabr 1936, Koraopolis[d], Pensilvaniya – 5 fevral 2012, Darlinqton[d], Pensilvaniya) — ABŞ aktyoru və rejissoru. Ən yaxşı filmi Yaşayan ölünün gecəsi adlı filmdir == Həyatı == Keyt Ueyn 16 yanvar 1945-ci il tarixində anadan olmuşdur. 1968-ci ildə Yaşayan ölünün gecəsi adlı filmdə iştirak etmişdir. Filmdən sonra uzun müddət epizodik rollarda çıxış etmişdir. 1980-ci illərdən başlayaraq bir sıra filmlərə rejissorluq etmişdir. Bill Hinzman 5 fevral 2012-ci il tarixində 75 yaşında xərçəng xəstəliyindən vəfat etmişdir.
Bill Hinzman

Bill Klinton
Bill Klinton (ing. William Jefferson "Bill" Clinton; 19 avqust 1946[…]) — Amerika Birləşmiş Ştatlarının 42-ci prezidenti (1993–2001). O, Franklin Delano Ruzveltdən sonra Demokrat partiyasından iki dəfə ard-arda seçilmiş ilk prezidentdir. Onun prezidentliyi dövründə ABŞ öz tarixinin ən sülhsevər ve parlaq iqtisadi dövrlərindən birini yaşamışdır. Bununla yanaşı, onun hakimiyyəti dövründə ABŞ Yuqoslaviyaya qarşı (1999) genişmiqyaslı hərbi kampaniya təşkil etmişdir. 1998-ci ildə mətbuatda Bill Klintonun öz katibəsi Monika Levinski ilə 1996-cı ildə olan intim əlaqələri barədə məlumatlar yayıldı. Bu xəbərlər prezidentin qeyd olunan məsələ ilə bağlı yalan danışdığı iddialarına səbəb oldu və ona qarşı impiçment prosedurunun başlanması ilə nəticələndi, lakin sonda ABŞ Senatı impiçment tələbini rədd edən qərar qəbul etdi. Bununla da Bill Klinton ABŞ tarixində məsuliyyətə cəlb olunan 3-cü ABŞ Prezidenti oldu. Belə ki, 1868-ci ildə Endrü Conson impiçmentə məruz qalsa da vəzifəsini saxlaya bilmiş, 1974-cü ildə isə Riçard Nikson impiçment prosedurunu gözləmədən istefa vermişdi. == Həyatı == Klinton,19 avqust 1946-cı ildə Arkanzasın Hop şəhərində dünyaya gəlib.
Bill Mürrey
Bill Mürrey (ing. William James Murray; doğ. 21 sentyabr 1950) — amerika akyoru, «Qızıl Qlobus» BAFTA mükafatları laureatı. == Həyatı == Bill Mürrey 1950-ci il sentyabrın 21-də ABŞ-nin İllinoys ştatında anadan olub. Əslən irlandiyalı, katolik idilər. Yezuit məktəbində oxumuşdu. Mürrey "Qızıl qlobus" və "BAFTA" mükafatları laureatıdır. Mürreyi məşhurlaşdıran "Kabus ovçuları", "Tərcümənin çətinlikləri", "Sınmış çiçəklər" kimi filmlərdir. Amerikalı yazıçı Denni Rubinin hekayəsinin motivləri əsasında 1993-cü ildə rejissor Harold Remisin çəkdiyi fantastik komediya olan "Marmot günü" filmində baş rolları Bill Mürrey və Endi Makdauell oynamışdılar.
Bill Qeyts
Bill Geyts (ing. Bill Gates; 28 oktyabr 1955[…], Sietl, Vaşinqton) — Microsoft şirkətinin yaradıcısı (Pol Allen ilə birlikdə), milyarder, filantrofist. 2008-ci ilin iyun ayında şirkətin İdarə Heyəti sədrliyindən istefa vermişdir. Uilyam Henri Qeyts III (William Gates III (tam adı)) dünyanın ən zəngin insanlarından biri, kompüter maqnatı, Microsoft korporasiyasının banisi və sahibidir. == Həyatı == Billa Qeyts 1955-ci il oktyabr ayının 28-də Vaşinqton ştatının (ABŞ) Sietl şəhərində korporativ vəkil Uilyam Henri Qeyts II və First Interstate Bank, Pacific Northwest Bell və United Way milli şurasının direktorlar şurasının üzvü Meri Maksvelin ailəsində doğulub. Bill Qeyts ibtidai təhsilini bələdiyyə ibtidai məktəbində alıb, 12 yaşında isə onu Sietl şəhərinin ən imtiyazlı məktəbinə keçirirlər. O, orada məktəb minikompüterində öz proqramlaşdırma bacarıqlarını inkişaf etdirə bilir. Qeyts qrammatika, vətəndaşşünaslıq və digər elmlərdə uğur əldə edə bilmirdi, lakin riyaziyyatdan ən yüksək qiymətlər alırdı. Bu təvəzökar, hətta utancaq və azca yöndəmsiz uşaq riyaziyyat professoru olmağı arzu edirdi və atasına heç bənzəmirdi. Ona görə də riyaziyyatda və məntiqdə unikal qabiliyyətlərinə baxmayaraq, Bill Qeyts valideynlərinə xas olan lider qabiliyyətləri göstərmirdi.
Bill Skarsqard
Bill İştvan Qunter Skarsqard (isv. Bill Istvan Günther Skarsgård, 9 avqust 1990, Mariya-Maqdalena[d], Stokholm leni[d]) — isveçli aktyor. Stiven Kinqin romanı əsasında çəkilmiş "O" və "O: 2-ci hissə" filmindəki rolu ilə məşhurlaşıb. == Həyatı == Bill Skarsqard 9 avqust 1990-cı ildə İsveçin Vellinqbay şəhərində məşhur kino ulduzu Stellan Skarsqardın ailəsində dünyaya gəlmişdir. Orta təhsilini Södra Latın Məktəbində almışdır. Bill özünün aktyorluq karyerasına hələ 10 yaşında olarkən "White Water Fury" filmindəki kiçik rolu ilə başlamışdır. 2013-cü ildə rol aldığı "Hemlock Grove" adlı serial onun dünya miqyasında tanınmasına səbəb olmuşdur.
Bill Skarsqord

Bill İrvin
Vilyam Mills "Bill" İrvin (ing. Bill Irwin; 11 aprel 1950, Santa Monika, Kaliforniya) — ABŞ aktyoru.
Bill Şuster
Bill Şuster ing. William Shuster (an.ol. 10 yanvar, 1960-cı il) — ABŞ Konqresinin 2001-ci ildən üzvüdür. Respublikaçılar Partiyasının üzvüdür. Keçmiş konqresmen Bud Şusterin oğludur. ABŞ Konqresində Azərbaycan üzrə işçi qrupun həmsədridir. 2012-ci il 20 yanvar tarixində Bill Şuster Azərbaycanda 1990-cı ilin Qanlı Yanvarla bağlı bəyanatla çıxış edib == Mənbə == Vikianbarda Bill Şuster ilə əlaqəli mediafayllar var.
İll Bill
Uilyam Braunşteyn (ing. William Braunstein — Quins, Nyu-York, 14 iyul 1972) Bruklin çıxışlı rep ifaçısı, prodüser. Non Phixion qrupu ilə məşhurluq qazanmışdır. Politik, cinsəllik və şiddət yönündə yazdığı sözləri ilə yanaşı, "Uncle Howie Records"-un qurucusu və prodüser kimi tanınır. Hal-hazırda La Coka Nostra qrupunun tərkibində fəaliyyət göstərir. Bundan başqa, qardaşı Ron da Necro ləqəbi ilə tanınan məşhur repçidir. == Fəaliyyəti == === Non Phixion === 1994-cü ilin sonlarında 3rd Bass qrupunun üzvü olan MC Serch öz tələbəsi Sabac Redi DJ Eclipse və İll Bill ilə birləşdirərək Non Phixion qrupunu qurdu. Bundan sonra, İll Billin uşaqlıq dostu olan Goretex MC Serchlə freestyle etdikdən altı ay sonra qrupa qatıldı. MC Serch qrupun ilk albomu olan "The Future is Now" (azərb. Gələcək indidir‎) albomunda çıxış etmədi.
Free-to-play
Free-to-play, Free2play, F2P və ya FtP (ing. free – pulsuz və ing. play – oynamaq; hərfi tər. oynamaq pulsuzdu və ya pulsuz oynamaq) — məzmununlarının əhəmiyyətli bir hissəsini oyunçulara pulsuz verən videooyunlarına verilən ad. Free-to-play oyunlarının bir neçə növü var, lakin ən çox yayılmış fremium (ing. Freemium) proqram təminatı modelinə əsaslanır. Fremium videooyunlarında təqdim edilən məzmun tamamilə pulsuz olmur. Bu cür videooyunlarında, oyunçulara tam funksional bir videooyun verilir, ancaq əlavə məzmun üçün oyunçular mikroödənişlər ödəməlidirlər. Free-to-play oyunlarının əksi pay to play oyunlarıdır. Burada ödəniş oyun xidmətlərindən istifadə etməzdən əvvəl tələb olunur.
Play Date (mahnı)
"Play Date" — amerikalı müğənni-bəstəkar Melani Martinesin Cry Baby (2015) adlı debüt albomunun delüks buraxılışında yer alan mahnı. 2020-ci ilin aprel ayında TikTok tətbiqində populyarlıq əldə etdi. 1 may 2020-ci ildə mahnı Amerika Birləşmiş Ştatlarında 500.000-dən çox satışa görə Amerika Səsyazma Sənayesi Birliyi (RIAA) tərəfindən Qızıl sertifikat aldı. Daha sonra 9 dekabr 2020-ci ildə Platinum sertifikatına layiq görüldü. == Arxa plan == "Play Date" Nyu-Yorkda qeydə alınıb və Martinesin sözlərinə görə, "çox tez" yazılmışdır.2015-ci ildə buraxılmasına baxmayaraq, mahnı 2020-ci ilin aprel ayında TikTok tətbiqində geniş istifadə olunduğu üçün hit oldu və populyarlıq qazandı. Mayın 8-də mahnı Spotify-da 80 milyondan çox oxuma və YouTube-da 40 milyon baxış qazandı. Mahnı bir çox görkəmli Spotify pleylistilərində, məsələn, Today's Top Hits, Pop Rising və Teen Beats-də səslənmişdir. Martines həm Pop Rising, həm də Teen Beats-ın üz qabığında yer alıb.28 aprel 2020-ci ildə Martines Instagram-da mahnının uğurunu "indiyə qədərki ən yaxşı ad günü hədiyyəsi" kimi qeyd etdi. Mahnının sinql olaraq buraxılıb-çıxmayacağını soruşduqda, Martine əmin olmadığını söylədi "çünki bu mahnı artıq Cry Baby albomunda çox yaşayır". == Musiqi videosu == Martines 8 may 2020-ci ildə evindən "Play Date" mahnısına klip çəkdirməyi planlaşdırdığını açıqladı.
Play (Britaniya jurnalı)
Play — "Imagine Publishing" müəssisəsi tərəfindən nəşr edilən jurnaldır. Bu jurnal video oyunlar haqqında resenziya verən Böyük Britaniyanın ən böyük jurnallarından biridir.
Bill Klinton Bulvarı
Bill Klinton Bulvarı, (alb. Sheshi Bill Clinton) — Kosovoda Priştina'da olan bir bulvardır. 1998-cu ildən 1999-cu ilə qədər olan Kosovo müharibəsindən sonra, Kosovodakı albanlar, köhnə ABŞ prezidenti Bill Klintona Yuqoslaviya hökuməti ilə mübarizələrində etdikləri kömək üçün təşəkkür etmək istədilər. 2009-cu ilin Noyabr ayının 1-də Klintonun 3 metr yüksəkliyində oln bir heykəli köhnə Kosovo prezidentinin danışdığı açılış mərasimində bulvarla birlikdə açılmışdır.Priştina'nın başqa yerlərində köhnə ABŞ prezidenti Corc Uoker Buşun adından bir mərkəzi küçə açılmışdır. Kosovoda Prizren də daxil olmaqla, prezident Vudro Vilsonun adını daşıyan küçələr, bir çox şəhərlərdə mövcuddur.
Bill qasırğası (2009)
Bill qasırğası (ing. Hurricane Bill) — 2009-cu ildə Şimali Atlantika hövzəsində qasırğa səviyyəsinə çatan ilk tropik siklondur və atmosfer spiral formalaşmasının diametrinə görə Atlantik okeanında ilk on ən böyük siklondan biridir. Kabo-Verde tipli Bill qasırğası 15 avqust şənbə günü Afrikanın qərb sahillərindən hərəkət edən və Kabo-Verde adaları ərazisində tropik çökəklik zonası yaradan isti hava dalğasından yaranıb. Qərb-şimal-qərb istiqamətində hərəkət edən siklonun konvektiv sistemi gün ərzində tropik tufan səviyyəsinə, daha sonra qasırğanın gücünə qədər güclənərək avqustun 17-dən 18-nə keçən gecə Saffir-Simpson təsnifat şkalası üzrə sabit küləyin sürəti 215 km/saat olmaqla dördüncü kateqoriyaya çatıb. Daha da irəlilədikcə, qasırğa şimala doğru istiqamətini dəyişərək, Bermud adalarının sərhədini keçbi tədricən zəifləməyə başladıqdan sonra Yeni Şotlandiya və Nyufaundlend ərazisinə keçir. Avqustun 23-də Bill şərq-şimal-şərq istiqamətinə dönərək ertəsi gün sürəti 120 km/saat olan davamlı elementar küləklərlə Kanadanın şərq sahilinə çatır. Qasırğanın yaratdığı dəniz dalğaları Kiçik və Böyük Antil adaları sahillərində, Baham adalarına və ABŞ-nin şərq sahillərinə dağıdıcı təsir göstərərək, iki nəfərin həyatına son qoyub. Bill Kanadanın şərqinə 1-ci kateqoriyalı qasırğa kimi çatıb, lakin ölkənin şərq hissəsindən keçərkən yeni insan tələfatının qarşısı alınıb. == Meteoroloji tarixi == 12 avqust 2009-cu ildə Afrikanın qərb sahillərində isti tropik dalğa yaranaraq, Atlantik okeanına daxil olub və qərbə doğru irəliləyir. ABŞ Milli Qasırğa Mərkəzinin mütəxəssisləri dalğanın tropik siklonlardan birinə çevrilmə ehtimalının yüksək olacağını proqnozlaşdırmışdılar, çünki onun hərəkəti geniş ərazidə başlayıb, yağış və tufan aktivliyi ilə müşayiət olunurdu.