Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Geomorfoloji mərhələ
Cumanci: Növbəti mərhələ
Cumanci: Növbəti səviyyə (ing. Jumanji: The Next Level) — film 2019-cu ildə ABŞ-də çəkilib. Macəra, fantastika, fantaziya və komediya janrlarındadır. == Məzmun == Spenser dostlarından gizli olaraq, əvvəlki filmin sonunda məhv edilən Jumanji video oyununun fraqmentlərini saxlayıb və babasının evinin zirzəmisində video oyunun konsolunun təmirinə başlayıb. Spenserin dostları onu ziyarətə gedərkən Spenserin itkin düşdüyünü və oyunun davam etdiyini aşkar edirlər. Dostları onu xilas etmək üçün yenidən Cumanciyə girməyə qərar verirlər. Bu zaman evdə olan Eddi (Spenserin babası) və Maylo Uoker səs-küy eşidirlər və onlar da təsadüfən oyuna daxil olurlar. Yeniyetmələr Eddi və Maylonun yeni oyundakı avatarlarına alışmalarına, Spenserin tapılmasına və yenidən Cumancidən qaçmasına kömək etməlidirlər.
Naxçıvanın iqtisadiyyatı ( I mərhələ )
Sovetlər Birliyinin yarandığı ilk dövrlərində Naxçıvan Muxtar Respublikasında iqtisadi islahatların başlıca istiqamətini kollektivləşmə, əsaslı təsərrüfatçılıq və sənaye potensialının dirçəlişinə yönəlmiş tədbirlər təşkil edirdi. Naxçıvanda da sənaye istehsalının nisbətən yeni texniki baza üzərində qurulmasına səy göstərilirdi. Bu istiqamətdə həyata keçirilən tədbirlər çərçivəsində həmin illərdə Ordubad rayonunda konserv zavodu və yeni tipli ipəkçilik fabriki tikilmiş, Şərur rayonunda pambıq zavodu bərpa olunmuş, Naxçıvan şəhərində yeni pambıq zavodu tikilmiş, şərabçılıq müəssisəsi bərpa olunmuşdur. Tarixi inkişafın gedişini əks etdirən sosial-iqtisadi xarakterli materialların, sənədlərin təhlili göstərir ki, sonrakı dövrlərdə Naxçıvan iqtisadiyyatına real vəziyyətdən irəli gələn diqqət göstərilməmiş, müxtəlif dövrlərdə onun qarşısında duran vəzifələrin yerinə yetirilməsinə respublika üzrə icra templərindən gec başlanılmışdır. Azərbaycanda sənayeləşdirmə və birinci beşillik planın vəzifələrinin yerinə yetirildiyi vaxtda muxtar respublikada sənayenin qismən yeni texniki baza üzərində bərpası işləri həyata keçirilirdi. Tarixi mənbələr göstərir ki, muxtar respublikada dağılmış sənayenin ilkin bərpası duz mədəni üzrə 1924–1926-cı, ipəkçilik üzrə 1924–1927-ci, konserv istehsalı üzrə 1925–1927-ci, şərabçılıq üzrə 1926–1927-ci illərdən başlayaraq həyata keçirilmişdir. Sosialist inqilabı ərəfəsində Naxçıvan ərazisində olan sənaye müəssisələri yüngül və yeyinti sənayesi sahələrinə aid olmaqla, əsasən, kiçik kustar xarakteri daşıyırdı. İnqilabdan sonrakı dövrdə aparılan bir sıra yenidənqurma işlərinə baxmayaraq, birinci beşilliyin axırlarında muxtar respublikada hələ də tam gücü ilə işləməyən, texniki bazası zəif olan xeyli sayda kooperativləşdirilməyən xırda müəssisələr vardı. 1930-cu ildə bütün sənayedə işləyənlərin 43,2 faizi, 1932-ci ildə isə 50 faizi fabrik-zavod sənayesinin payına düşürdü. Beləliklə, hələ birinci beşilliyin axırlarında sənaye istehsalının iri fabrik-zavod müəssisələri hesabına təşkili başa çatmamışdı.
Cumanci: Növbəti mərhələ (film, 2019)
Cumanci: Növbəti səviyyə (ing. Jumanji: The Next Level) — film 2019-cu ildə ABŞ-də çəkilib. Macəra, fantastika, fantaziya və komediya janrlarındadır. == Məzmun == Spenser dostlarından gizli olaraq, əvvəlki filmin sonunda məhv edilən Jumanji video oyununun fraqmentlərini saxlayıb və babasının evinin zirzəmisində video oyunun konsolunun təmirinə başlayıb. Spenserin dostları onu ziyarətə gedərkən Spenserin itkin düşdüyünü və oyunun davam etdiyini aşkar edirlər. Dostları onu xilas etmək üçün yenidən Cumanciyə girməyə qərar verirlər. Bu zaman evdə olan Eddi (Spenserin babası) və Maylo Uoker səs-küy eşidirlər və onlar da təsadüfən oyuna daxil olurlar. Yeniyetmələr Eddi və Maylonun yeni oyundakı avatarlarına alışmalarına, Spenserin tapılmasına və yenidən Cumancidən qaçmasına kömək etməlidirlər.
UEFA Avropa Kuboku 2012 (seçmə mərhələ)
UEFA Avropa Çempionatı 2016 Seçmə mərhələ
Cədvəl Təqvim Cədvəl Təqvim Qeyd: TS — Təxirə salındı Cədvəl Təqvim Cədvəl Təqvim Cədvəl Təqvim Cədvəl Təqvim Cədvəl Təqvim Cədvəl Təqvim Qeyd: * — Xorvatiyanın aktivindən 1 xal silindi. Cədvəl Təqvim Qeyd: * — Serbiyanın aktivindən 3 xal silindi. Qeyd: * — Xorvatiyanın aktivindən 1 xal silindi.
2010 FİFA Dünya Kuboku (seçmə mərhələ, Okeaniya)
== I mərhələ ==
FİFA Dünya Kuboku 2010 (seçmə mərhələ, Avropa)
== Səbətlər ==
FİFA Dünya Kuboku 2010 (seçmə mərhələ, Okeaniya)
== I mərhələ ==
UEFA Avropa Kuboku 2012 seçmə mərhələ A qrupu
Bu səhifədə UEFA Avropa Kuboku 2012 (seçmə mərhələ)nin A qrupunun oyunları və nəticələri verilmişdir. A Qrupunun püşkü 21 və 22 fevral 2010-cu il aralığında Almaniyanın Frankfurt şəhərində atılmışdır.
Məhəllə
Məhəllə — qəsəbə və şəhər daxilində formalaşmış yaşayış kvartalı. Bəzi ölkələrdə məhəllələrdə məhəllə komitələri olur və yaşayış yeri üzrə sakinlərin təşəbbüsü ilə yaratdıqları könüllü birliklərdir.
Mərhəmət
Mərhəmət — lüğətlərdə "bir kəsin və ya bir başqa canlının qarşılaşdığı pis vəziyyət səbəbi ilə hiss edilən üzüntü, kədər, yazığı gəlmə" olaraq müəyyənləşdirilir. Neo-spiritualist terminologiyada da istifadə olunan terminlərdən biridir.
Mərtəbə
Mərtəbə (от fr. étage) — iki qonşu horizontal örtük arasındakı hissə. Bu hissədə bir qayda olaraq yaşayış və ya texniki hissə yerləşir. Виды этажей, этажность домов. Определение этажности.
Qərsələ
Qərsələ — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. Əhalisi 38 nəfərdir ki onunda 18 nəfəri kişi, 20 nəfəri qadındır.
Hərmələ
İslam tarixində, Hərmələ ibn kahil 10 oktyabrda Hz. Məhəmmədin nəvəsi Əli əl-Əsğər ibn Hüseynin qətlə yetirdi. == Həyat == Tarixi mənbələrdə Kərbəla hadisəsindən qabaq Hərmələnın həyatı ilə bağlı heç bir şey yoxdur, ancaq Bəni Əsədin qul olduğu və onların tərbiyəsi altında böyüdüyü üçün "Bəni Əsəd" ə aid edilmişdir. Bəzi mənbələr adının "Hərmələ bin Kahin" olduğunu söyləyib. == Aşura günü == Hərmələ Aşura günü Ömər bin Səd oxçularından olub. İmam Hüseynin (ə) hələ süd əmən oğlu Abdullah bin Hüseyni atasının qucağında oxla qətlə yetirib. Eyni şəkildə Abdullah bin Həsənin də qatili olduğu sənədlərdə göstərilib. Həzrət Abbas ibn Əlinin (ə) də qətlə yetirilməsində rol oynayıb. Sənədlərdə göstərilib ki, Həzrət Abbas (ə) kəsilmiş başını Kufəyə aparan şəxsdir. İbn Əsir onu Əbu Bəkr bin Həsənin qatili kimi qeyd edir.
Mərmərə
Mərmərə və ya Marmara bu mənaları ifadə edə bilər:
Mərəzə
Qobustan (əvvəlki adı: Mərəzə) — Azərbaycan Respublikasının Qobustan rayonunun Qobustan şəhər inzibati ərazi dairəsində şəhər. Azərbaycan Respublikası Milli Məclisinin 25 aprel 2008-ci il tarixli, 592-IIIQ saylı Qərarı ilə Qobustan rayonunun Mərəzə qəsəbə inzibati ərazi dairəsi tərkibindəki Mərəzə qəsəbəsi Qobustan qəsəbəsi adlandırılmış, Mərəzə qəsəbə inzibati ərazi dairəsi Qobustan qəsəbə inzibati ərazi dairəsi hesab edilmişdir. Nərimankənd kənd inzibati ərazi dairəsi tərkibindəki Nərimankənd kəndi Qobustan qəsəbəsi ilə birləşdirilmiş, Nərimankənd kəndi və Nərimankənd kənd inzibati ərazi dairəsi Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrindən çıxarılmışdır. Qobustan qəsəbə inzibati ərazi dairəsi tərkibindəki Qobustan qəsəbəsinə şəhər statusu verilmiş, Qobustan qəsəbə inzibati ərazi dairəsi Qobustan şəhər inzibati ərazi dairəsi hesab edilmişdir. Şəhərin əvvəlki adı Mərəzə olmuşdur. Mərəzə şəhəri Qobustan rayonunun əsas magistral yolunun yaxınlığında, Şamaxı şəhərinin 27 km cənub-şərqində yerləşir. XVII əsrdə yaşamış türk səyyahı Övliya Çələbi Mərəzə haqqında yazırdı: "Pir Mərizat Sultan mənzilində bu həqir pirin asitanəsinə mehman olduq. Pir “Mərizat” adını daşısa da, əhali arasında “Pir Mərzə”, “Pir Mirza” da adlanır. Amma səhihi “Pir Mərizat”dır, yəni “Diri Baba” adı ilə afaqi-İran və Turanda məşhurdur. Lakin “Mərizat” sözü fars danışıq dilində “bükülmüş” mənasını verir.
Məhlə
Məhəllə — qəsəbə və şəhər daxilində formalaşmış yaşayış kvartalı. Bəzi ölkələrdə məhəllələrdə məhəllə komitələri olur və yaşayış yeri üzrə sakinlərin təşəbbüsü ilə yaratdıqları könüllü birliklərdir.
Mingis (məhəllə)
Mingis (digər adı: Məngis) — Ordubad şəhərində qədim məhəllə Ordubad çayının sol sahilindədir. Adi mingislilərlə, yəni, müəyyən tarixi, iqtisadi əlaqələr nəticəsində Mingis adlanan yerdən köçüb gələnlərlə əlaqədardır. XVIII əsrin əvvəllərində Naxçıvan sancağının tərkibinə daxil olan Azadciran nahiyyəsi Ordubad qəsəbəsinin məhəllərindən biri kimi adı çəkilir. Mənbələrin yazdığına görə, məhəllənin kiçik meydandan ibarət mərkəzində məhəllə məscidi, kəhriz, xırda dükanlar yerləşirdi. Mingis meydanı orta əsr məhəllə meydanının gözəl örnəyi kimi cəhətlərini qoruyub saxlamaqla, buradak məscid və bazar bitkin, vahid kompleks təşkil edir. Naxçıvan Ensiklopediyası. Bakı. 2002. səh. 321.
Məhəllə (dəqiqləşdirmə)
Məhəllə — qəsəbə və şəhər daxilində formalaşmış yaşayış kvartalı.
Məhəllə teatrı
Məhəllə teatrı çex. Stavovské divadlo (orijinal adı "Qraf Nostitz teatrı" çex. Hraběcí Nosticovo divadlo, sosializm dövründə "Tılov teatrı" çex. Tylovo divadlo) - Praqanın Praqa 1 rayonunda, Köhnə şəhərin "Meyvə bazarı" (çex. Ovocný trh) adlanan meydanında yerləşir. Teatrdan solda xalq arasında "Dəmir qadın" kimi tanınan "Daş qonaq" heykəli, teatrın arxasında isə məşhur passaj yerləşir. XVIII əsrin əvvəllərində Praqada heç bir dənə də teatr binası yox idi. Nadir teatr tamaşaları Klementinumda və ya zadəganların şəxsi evlərdə qoyulurdu. Birinci Şəhər Teatrı Kotzedə (Stare Mesto) açılmasına baxmayaraq, o tezliklə bağlanıldı. Bina ictimai ziyalı və vətənpərvər qraf Frantişek Antonin Nostitz Rinek üçün məhəllə teatrı qismində inşa edilmişdir.
Mərhəmət Həmzəyev
Mərmərə Universiteti
Mərmərə Universiteti (türk. Marmara Üniversitesi) — İstanbulda yerləşən köklü və qədim dövlət universiteti. Türkiyənin aparıcı ali təhsil müəssisələrindən biridir. Universitetin tərkibində 16 fakültə, 11 institut, 5 kollec və 4 peşə məktəbi var. Akademik proqramlarında türk, ingilis, fransız, alman və ərəb dilləri daxil olmaqla beş dildə təhsil verilir. 16 yanvar 1883-cü ildə Həmidiyyə Ticarət Məktəbi-Alisi adı altında fəaliyyətə başlamış, ilk məzunlarını 1887-ci ildə vermişdir. 21 sentyabr 1889-cu ildən Osmanlı Təhsil Nazirliyinə tabe olan məktəb təmir və bərpa işləri üçün 1893-cü ildə fəaliyyətini dayandırmışdır. 15 oktyabr 1897-ci ildə Təhsil Nazirliyinin tabeliyində yenidən açılmış və o vaxtdan bəri təhsil fəaliyyətini fasiləsiz davam etdirir. 1959-cu ildə İstanbul İqtisadi və Ticarət Elmləri Akademiyası adını almış, 1982-ci ildə isə yeni çıxan qanunlarla birlikdə müasir adı olan Mərmərə Universiteti adlandırılmışdır. Marmara Universiteti İstanbulun Asiya və Avropa hissələrində yerləşən 7 şəhərcikdə fəaliyyət göstərir.
Mərmərə adası
marmara Mərmərə (türk. Marmara), əvvəllər Prokonnessos (yun. Προκόννησος) — Mərmərə dənizinin qərbində Türkiyəyə məxsus ada. Mərmərə dənizinin ən böyük adasının sahəsi 117 km², hündürlüyü isə 699 m-ə qədər (Kap dağı). Sahilləri dik, kiçik körfəzləri, relyefi isə dağlıqdır. Ada Balıkəsir ilinin Mərmərə dairəsinin mərkəzidir. Həm Aralıq dənizi həm də Qara dəniz iqliminin təsirləri adada göründüyü üçün bitki örtüyü ilə çox zəngindir. Adanın cənub hissəsi zeytun ağacları və maquislərlə örtülü olduğu halda, şimal sahili meşəlikdir. Ada dünyanın ən qədim və Türkiyənin ən böyük mərmər mədənlərinə malikdir. Prokonnesos mərməri qədim dövrlərdə ən çox istifadə edilən mərmərdir.
Mərmərə dənizi
Mərmərə dənizi (türk. Marmara Denizi) — Qara dəniz və Egey dənizini birləşdirən daxili dəniz. Qara dənizə Bosfor boğazı, Egey dənizinə isə Dardanel boğazı vasitəsilə bağlanır. Səthinin sahəsi 11,350 km², ən dərin nöqtəsi 1355 m-dir.
Mərmərə regionu
Mərmərə regionu — Türkiyənin 7 coğrafi regionundan biridir. Avropa və Asiyanı bir-birinə bağlayan körpü rolu oynayır. Təxminən 67.000 kvadrat kilometrlik bir sahəyə malik olub Türkiyənin 8.5%-ni əhatə edir. Mərmərə Dənizi, təxminən 11.000 km²-lıq ərazisilə bu bölgənin daxilində yerləşir və bölgənin tam ortasını tutur. Mərmərə Bölgəsinin ümumi əhalisi TÜİK 2009-cu ilin əhali siyahıyaalınmasına görə 23 milyondan çoxdur. Mərmərə Bölgəsində sənaye, ticarət, turizm və kənd təsərrüfatı inkişaf etmişdir. Regionda ən inkişaf etmiş sənayesi, İstanbul-Bursa-Kocaəli illərində yerləşən sənaye fabrikalarının olmasıdır. Əsas sənaye məhsulları kimi; Avtomobil parçaları, müxtəlif metal məhsullar, qida məhsulları, toxuculuq, hazır geyim, sement, kimya, kağız, neft-kimya məhsulları sayıla bilər. Şumlanmış sahələrin təxminən yarısı buğda və çuğundurdur. Bölgə, Türkiyənin günəbaxan istehsalının təxminən 73%-ni, qarğıdalı istehsalının isə təxminən 30%-ni həyata keçirir.
Mərhəmət Kvantı
"Mərhəmət kvantı" — Ceyms Bond haqqında 22-ci film, "Royal Kazinosunun" sikveli. Əsas mahnısı – "Another Way to Die" (bəstəkar Cek Vayt, ifaçısı Alişiya Kis).
Mərhəmət zərbəsi
Mərhəmət zərbəsi (fr. coup de grâce; fransız: [ku də ɡʁɑs] ( dinlə)) — ağır yaralanan bir insanın və ya heyvanın əzabını sonlandırmaq üçün edilən ölüm zərbəsi. Mərhəmət zərbəsi bəzi hallarda özbaşına tibbi yardım məntəqəsinə çata bilməyən, ağrılı ölüm və iztirablara məhkum olanların istəyi ilə və ya onların razılığı olmadan öz əsgərləri tərəfindən həyata keçirilir. Mərhəmət zərbəsi təkcə soyuq silah ilə vurulan zərbə deyil, həm də eyni əsaslarla edilən odlu silahdan atış adlandırıla bilər.
Mərhəmət Əhmədov
Məhəllə 3
Məhəllə 3 — Məhəllə film seriyasının 3-cü buraxılışı. 15 il sonra ekranlara qayıdan filmin prodüserləri bu dəfə də Tahir və Cabir İmanov qardaşlarıdır. Qala gecəsində filmdə rol alan tanınmış aktyorlar — Bəhram Bağırzadə, Dilarə Əliyeva, xalq artistləri Hacı İsmayılov, Nübar Novruzova və digər aktyorlar iştirak ediblər. Qala gecəsində çıxış edən aktyor heyəti “Məhəllə” film seriyasının davamının olacağını da bildiriblər. Filmdə hadisələr kriminal xarakterli zəngin iş adamlarından birinə məxsus, XV əsrə aid, iki milyon manat qiyməti olan xalçanın oğurlanması ilə başlayır. Eliş və Roşkanın təsadüfən xalçanı tapması isə süjet xəttinin böyüməsinə gətirib çıxarır. Məhəlləni sökmək və yerində göydələn inşa etmək istəyən tikinti şirkətinin nümayəndəsi ilə məhəllə sakinləri arasında gedən mübarizə isə günümüzdə olan real hadisələri əks etdirib.
Məhəllə (film)
Məhəllə — 2003-cü ildə Ramiz Fətəliyev tərəfindən çəkilmiş komediya filmi. Film kiçik bir məhəllə və bu məhəllənin sakinlərinin başına gələn məzəli əhvalatlardan danışır. Hadisələrin axışı Tofiqin (Coşqun Rəhimov) əsgərlikdən qayıtması ilə başlayır. Anası (Kübra Əliyeva) nəhayət bircə oğlunu evləndirmək istəyir. Tofiqin gələcək qaynatası "professor"dur (Aftandil İsrafilov). Amma bu professor o professorlardan deyil... Film unudulmaz bəstəkar Süleyman Ələsgərov və həyat yoldaşı Ağgül xanımın 80 illik yubileylərinə ithaf olunur. Film aktrisa Nəsibə Zeynalovanın kinoda son işidir. Aşağıda yerləşdirilən audio faylların içində dahi Nəsibə xanımın səsi də vardır. Filmin çəkilişlərinə Ə. Qarayev küçəsi 6 №-li evin sakinləri köməklik göstərmişdir.
Məhəllə 2
Məhəllə 2 Moskvada — 2004-cü ildə Sülü Çöl-Qalalı tərəfindən çəkilmiş komediya və macəra filmi. Bu filmdə Tofiqin (Coşqun Rəhimov) məktubu əsasında məhəllənin bütün sakinləri Moskvaya yollanır. Məqsəd isə Tofiqi bir "bəla"dan qurtarmaqdır… Film dahi sənətkar, səhnəmizin korifeyi, Azərbaycanın xalq artisti, əvəzolunmaz Nəsibə xanım Zeynalovanın əziz xatirəsinə həsr olunur. Filmdə "Xaç atası 3", "Anakonda" filmlərindən, "Deep Purple", "Venus" qruplarının, Lou Beqa, R. Kellynin və Roy Orbisonun repertuarlarından istifadə olunmuşdur. Ssenari müəllifi: Tahir İmanov, Müşfiq Abbasov, Məmməd Kazımov Quruluşçu rejissor: Sülü Çöl-Qalalı Quruluşçu operator: Laçın Allahverdiyev Quruluşçu rəssam: P. P. B. S. Bəstəkar: Aytən İsmixanova Səs rejissoru: Teymur Abdullayev, Emin Nəsirli, Vilayət Qəhrəmanzadə Aranjman: Ənvər Sadıqov, Eldar Məmmədov, Aytən İsmixanova Geyim rəssamı: Nataliya Radina Qrim rəssamı: İlqar Cəfərov Rejissor: İlham Qasımov Operator: Samir Əhmədov Montaj edən: Mahir Rəhimov Kompüter qrafikası: Ənvər Sultan Aktyor seçimi: Sergey Perevozkin Əlbəsə: Qriqori Şevçenko Rels telejka: Sergey Bəxtiyarov, İqor Yakimoviç Kran: Aleksandr Sinelşikov, Sergey Munşin İşıq ustası: Andrey Slepnyov İşıqçı: Aleksey Fyodorov, Xəqani Abdullayev Fəhlə: Denis Stepanenko, Yevgeni Çevordayev Sürücü: İqor Fadeyev Ofis: Nizami Həsənov, Oleq Məmmədov Mahnıları ifa edən: Abbas Bağırov, "Lazurnı Bereq" qrupu Balaban: Şirzad Fətəliyev (Şirzad kimi) Tar: Elçin Həşimov Reklam kampaniyasının rəhbəri: Müşfiq Hətəmov İnzibatçı: Yekaterina Naqayçeva, Yekaterina Kraveç, Viktor Çunyayev İcraçı prodüser: Aleksey Pidruçnı, Mixail Sokolov Yönəldici prodüser: Fərid Ələsgərov, Saleh Abdullayev Filmin direktoru: Azər Quliyev, Mixail Merkulov Prodüser: Tahir İmanov Rafael İsgəndərov — Qüdrət Dilarə Əliyeva — Məhəbbət Coşqun Rəhimov — Tofiq Kübra Əliyeva — Südabə Valdis Pelş — Polis Tahir İmanov — Elşən/Eliş Cabir İmanov — Rövşən/Roşka Elçin Həmidov — Məzahir/Məzi İlham Qasımov — Ruslan/Rusik Yaşar Nuri — varlı adam Svetlana Bulax Avtandil İsrafilov — Zahid/professor Tatyana Novik — mehmanxana izibatçısı Marina Vinoqradova — Xadimə Anton Korşunov — Saşa Viktor Konuxin — Paşa Hidayət Süleymanov Elxan Eldarlı Ramin Bayramov Arif Qəmbərov Ruhulla Kərimov Ziba Ramazanova İlqar Nəbiyev Emin Hacıyev Rəşad Kazımov Fuad Mirzəyev Alla Sidorina Lyudmila Sidorina Veronika Fedorçenko Nuri Əmiraslan Sevda Muradova Vaqif Cəbrayılov Natella Yusifova Aytən Əlibəyli Şamil Muradov Nizami Həsənov "Praqa AST" Şirkəti "Abşeron" Oteli Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MQİBİ rəhbərliyi Azərbaycan Hava Yolları Dövlət Konserni "Evrosport" Mağazalar Şəbəkəsi Xaqan Audio Video Nyus Azərbaycan Dövlət Dram Teatrı Azərbaycan Musiqili Komediya Teatrı Aqil Paşayev Nazim Ələkbərov Cahangir Əsgərov Maarif Cəbiyev Niyazi Aslanov Hacıbaba Bağırov Elçin Muradov Cəlal Paşayev Anar Yolçuyev Cuma Əhmədzadə Mahir Yaqubov Filmi izlə Planet Parni iz Bakunun rəsmi saytında Məhəllə 2 Moskvada "Məhəllə" 15 il sonra ekranlara qayıdır — VİDEO Tahir İmanov: "Məhəllə"miz dəyişir, dəyişməyən təkcə Eliş və Roşkadır — MÜSAHİBƏ Kommersiya — komediya filmləri.
Meyvələ
Meyvələ (fars. میوله‎) - İranın Həmədan ostanının Əsədabad şəhristanının Pir Səlman bəxşinin ərazisinə daxil olan kənd. 2016-cı ilin məlumatına görə kənddə 407 nəfər yaşayır (135 ailə).
Mergel
Mergel — qarışıq gil-karbonat tərkibli daşabənzər çökmə dağ süxurları. Tərkibi: 50-75% karbonat (kalsit, bəzən dolomit), 25-50% — həll olmayan çöküntülər (SiO2 + R2O3). Süxuryaradan karbonat minerallarının tərkibindən asılı olaraq, mergeller əhəng və dolomit mənşəli mergellərə bölünürlər. Adi mergellərin həll olmayan çöküntülərində silis miqdarı biryarımlıq oksidlərin miqdarından 4 dəfədən çox deyil. Nisbəti SiO2 : R2O3> 4 olan mergellər silisli mergellər qrupuna aid edilir.
Meryel
Mafflie (fr. Maffliers) — Fransada bələdiyyə , region — İl-de-Frans, departament — Val-d’Uaz, rayon — Pontuaz, kanton — Lisl-Adam. Əhalisi — 4.376 nəfər (1999). Bələdiyyə Paris şəhərinin təxminən 27 km şimal-qərbdə, Serji belediyyənin 12 km şimal-şərqdə yerləşir.
Merkel
Angela Merkel (alm. Angela Dorothea Merkel‎; 17 iyul 1954[…], Eymsbüttel[d], Hamburq, Qərbi Almaniya) — Almaniya siyasətçisi və dövlət xadimi, Xristian Demokrat İttifaqının lideri (2000) və Almaniya Federativ Respublikasının Federal Kansleri (2005–2021). O, hər iki vəzifəni tutan ilk qadındır. Fiziki kimya ixtisası üzrə doktorant təhsili qazanan Merkel 1989-cu il inqilabının başladığı vaxtlarda siyasətə daxil olur və qısa müddət ərzində 1990-cı ildə ilk dəfə olaraq demokratik şəkildə seçilmiş Şərqi Almaniya Hökumətinin millət vəkili sözçüsü kimi xidmət edir. 1990-cı ildə alman torpaqlarının yenidən birləşdirilməsinin ardınca Merkel Meklenburq-Ön Pomeraniya vilayətində Stralsund – Nordvorpommern – Rügen seçki dairəsindən Bundestaqa seçilir və o zamandan Bundestaqdakı yerini qoruyur. Sonralar o, 1991-ci ildə Kansler Helmut Kol tərəfindən Qadınlar və gənclərin məsələləri üzrə Federal Nazir təyin edilib. 1994–1998-ci illərdə Ətraf mühit, Təbiəti mühafizə, Tikinti və Nüvə təhlükəsizliyi məsələləri üzrə Federal Nazir kimi fəaliyyət göstərib. XDİ/XSİ (Xristian Demokrat İttifaqı/Xristian Sosial İttifaqı) — ADP (Azad Demokratik Partiya) koalisiyası məğlub edildikdən sonra o, XDİ-nin Baş katibi seçildi. 2000-ci ildə XDİ partiya sədri Helmut Kol və onun davamçısı Volfqanq Şoyblenin devrilməsi ilə nəticələnmiş XDİ maliyyə qalmaqalından sonra Angela Merkel partiyanın lideri seçildi. 2005-ci il federal seçkilərinin ardından Angela Merkel, özünün rəhbərlik etdyi XDİ partiyası, onun Bavariyalı qardaş partiyası XSİ və Almaniya Sosial Demokrat Partiyasının daxil olduğu böyük koalisiyanın başçısı kimi Almaniyanın ilk qadın Federal Kansleri təyin edildi.
Mehrəli Qasımov
Mehrəli bəy
Mehrəli bəy Sarıcalı-Cavanşir (1735, Qarabağ bəylərbəyliyi və ya Səfəvilər – 1785, Şamaxı) — de-fakto Qarabağ xanı, Pənahəli xanın oğlu. == Həyatı == Mеhrəli bəy Pənahəli xan oğlu 1735-ci ildə Cavanşir elinin Sarıcalı oymağında anadan olmuşdu. Molla yanında təhsil almışdı. Atası Fətəli xan Əfşarla müharibəyə gedəndə onu yerinə Qarabağa xan təyin etmişdi. Lakin böyük qardaşı İbrahimxəlil ağa vəliəhd sayıldığından onun xanlığı uzun çəkmədi. == Hakimiyyəti == İbrahimxəlil ağa Şirazdan qayıdan kimi Qarabağa dönüb xanlıq uğrunda qardaşı Mеhrəli xanla mübarizəyə başladı. Mеhrəli xanın ardında güclü Cavanşir, Otuziki və Kəbirli еlləri vardı. Ibrahimxəlil ağa isə arvad qohumları olan Cəbrayıllı, Cavanşir-Dizaq, Kəngərli, Dəmirçi-Həsənli və Cinli еllərinə arxalanırdı. Mеhrəli xan Fətəli xan ilə ittifaqa girib hakimiyyəti əldə saxlamaq istədi. Güclü hücumla qardaşının güvəndiyi Cavanşir-Dizaq mahalını alsa da, uğur qazana bilmədi.