Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Prezidentlik sarayı (Türkiyə)
Prezidentlik sarayı və ya Ağ saray —Türkiyənin paytaxtı Ankarada yerləşən və 2014-cü ildən Türkiyə prezidenti tərəfindən istifadə edilən rəsmi prezident sarayı. Mustafa Kamal Atatürkdən bəri prezidentlərin yaşadığı Çanqaya köşkü isə Türkiyə baş naziri tərəfindən istifadə edilir.
Super prezidentli respublika
Super prezidentli respublika – Dövlət İdarəetmə Formasıdır ki, hakimiyyət bölgüsü prinsipi mövcuddur, lakin bu formal xarakter daşıyır.Əslində isə hakimiyyət prezident və onun nəzarəti altındakı idarəçilik institutlarının əlində cəmləşmişdir.Avtoritarizmin formalarından biridir. == Xüsusiyyətləri == Çox vaxt super prezidentli respublikalarda prezident hakimiyyətə hakim partiyanın ( hansı ki bu partiya yeganə partiya ola bilər və ya digər partiyalar üçün konstitusiyaya zidd olan üstünlüklərdən istifadə edə bilər ) lideri olaraq başçılıq edir. Üstəlik, super prezidentli respublikada prezidentin milli konstitusiyada nəzərdə tutulan fövqəladə səlahiyyətlərindən istifadəsi adi prezident respublikasına nisbətən daha genişdir. Super prezidentli respublikalarda prezidentin kostitusiya üzrə səlahiyyətlərinə, qanun qüvvəsində olan fərmanların verilməsi, parlamentin buraxılması, nazirlərin və inzibati-ərazi vahidlərinin rəhbərlərinin vəzifədən azad edilməsi və s. daxildir. Ölkədə super prezidentli respublika rejiminin qurulması “Ömürlük prezidentlik” rejiminin qurulmasına və ya yeni prezidentin formal xarakterli seçkilər yolu keçmiş prezident tərəfindən təyin olunmasına gətirib çıxarar. == Super prezidentli respublikaların növləri == V.E.Çirkin özünün “Xarici ölkələrin konstitusiya hüququ” əsərində ( 1997 ) super prezidentli respublikaların 3 növünü qeyd etmişdir: 1. Prezidentli monokratik respublika — elə idarəetmə formasıdır ki, burada prezident yeganə səlahiyyətli partiyaya rəhbərlik edir və bu partiya rəsmi elan olunmuş məcburi ideologiyanın daşıyıcısıdır ( Kvame Nkrumanın dövründə Qana, Əhməd Seku Turenin dövründə Qvineya, Mobutu Seso Sekonun dövründə Zair və s. ) 2. Prezidentli hərbi respublika — elə idarəetmə formasıdır ki, dövlət başçısının hərbi çevrilişi nəticəsində yaranmışdır.
ABŞ Prezidenti
ABŞ prezidenti — ABŞ dövlətinin və icraedici hakimiyyətin rəhbəri, ordunun və donanmanın ali baş komandanı. ABŞ Konqresi tərəfindən qəbul edilmiş qanun layihələrinə veto qoymaq hüququna malikdir. ABŞ prezidenti vəzifəsi 1787-ci ildə qəbul edilmiş ABŞ Konstitusiyasına uyğun olaraq yaradılmışdır. Ard-arda seçilmələr eyni hakimiyyət dövrü kimi qəbul olunur. İlk prezident 1789-cu ildə bu vəzifəyə seçilən Corc Vaşinqtondur. == Prezidentlik == Amerika Birləşmiş Ştatlarında prezident dövlətin və hökumətin başçısıdır. O, Birləşmiş Ştatlar Silahlı Qüvvələrinin Ali Baş Komandanı olub federal hökümətin icraedici orqanına rəhbərlik edir. Bu vəzifəni tutan şəxs ən böyük aktiv nüvə arsenalı üzərində əmr səlahiyyətinə malik olmaqla birlikdə, böyük iqtisadi gücə və hərbi qüvvəyə sahib ölkənin də lideri olur. ABŞ prezidenti adətən dünyada ən nüfuzlu şəxs hesab olunur. ABŞ Konstitusiyasının II maddəsi prezidentə Birləşmiş Ştatların İcra aparatına rəhbərlik etmə və federal qanunun həyata keçirilməsi məsuliyyətləri ilə yanaşı, federal icra, diplomatiya, nazirlik, məhkəmə işçilərini vəzifəyə təyin etmə və Senatın razılıq və məsləhəti ilə sülh müqavilələri bağlama səlahiyyətlərini də verir.
Albaniya Prezidenti
Albaniya Prezidenti (alb. Presidenti i Shqipërisë), rəsmi şəkildə Albaniya Respublikasının Prezidenti (alb. Presidenti i Republikës së Shqipërisë) — dövlət başçısı, silahlı qüvvələrin Ali Baş Komandanı və alban həmrəyliyinin nümayəndəsi.Prezidentin parlament seçkilərinin, eləcə də referendumun, amnistiya və mükafatların tarixini təyin etmək səlahiyyəti var. Vəzifəsini yerinə yetirmədiyi təqdirdə parlamentin spikeri prezident səlahiyyətlərinin icrasına başlayana və ya yeni prezident seçilənə qədər prezident səlahiyyətlərini icra etmək vəzifəsini öz üzərinə götürür. Albaniya Prezidentinin Aparatı ölkə prezidentinin birinci dərəcəli heyətindən, habelə prezidentə hesabat verən köməkçi heyətdən ibarətdir. Ofis paytaxt Tiranada Prezident Aparatında yerləşir. Albaniya Konstitusiyası Prezident Aparatının binalarında, prezidentin iqamətgahında, prezident tərəfindən istifadə edildikdə nəqliyyat vasitələrində və digər mərasimlərdə istifadə edilən prezident yükünün görünüşünü və istifadəsini müəyyən edir. Prezidentin xanımı Albaniyanın birinci xanımı kimi tanınsa da, onun prezidentlikdə rəsmi vəzifəsi yoxdur. Adətən Prezident sarayında və rəsmi səfərlərdə protokol rolunu oynayır. == Tarixi == Albaniya beynəlxalq protektorat, monarxiya, dövlət-partiya rejimi və parlament respublikası da daxil olmaqla müxtəlif idarəçilik modellərini yaşamışdır.
Almaniya Prezidenti
Almaniya Prezidenti (alm. Bundespräsident‎) — Almaniyanın ali dövlət başçısı. Almaniya Prezidenti dövlətin başçısı hesab olunur. Almaniya Prezidenti, vəzifəyə Federal Şurada baş tutan seçim yolu ilə təyin olunur. Federal Şuranın 1260 üzvü seçim yolu ilə bir nəfəri beş il müddətinə Almaniya Prezidenti vəzifəsinə seçir. 2017-ci il martın 18-dən Almaniya Prezidenti səlahiyyətlərini Franq-Valter Steinmeyer icra edir. Onun səlahiyyət müddəti 2022-ci il martın 18-də başa çatır. == Tarixi == 1949-cu il mayın 22-də Nazi Almaniyasının ərazisində Almaniya Federasiyası quruldu. Almaniya Federasiyasının birinci Prezidenti isə 1949-cu il sentyabrın 12-də Federal Şuranın iclasında seçildi. Almaniya Parlamentinin üzvü olan Teodor Heus 416 səs topladı və 5 il müddətinə Almaniya Prezidenti seçildi.
Azərbaycan Prezidenti
Azərbaycan Prezidenti — Azərbaycan Respublikasının ali dövlət vəzifəsi. Azərbaycan Prezidenti dövlətin başçısı hesab olunur. Azərbaycan Prezidenti vəzifəyə seçki yolu ilə təyin olunur. Azərbaycan vətəndaşları seçki yolu ilə bir nəfəri yeddi il müddətinə Azərbaycan Prezidenti vəzifəsinə seçir. 2003-cü il oktyabrın 31-dən Azərbaycan Prezidenti səlahiyyətlərini İlham Əliyev icra edir. O, 2003-cü ildə 75,38 % səs, 2008-ci ildə 88,74 % səs, 2013-cü ildə 84,54 % səs, 2018-ci ildə isə 86,02 % səs topladı və seçkilərdə qalib gəlib. Onun səlahiyyət müddəti 2025-ci il aprelin 17-də başa çatır. 2025-ci ilin aprel ayında Azərbaycanda növbəti Prezident seçkilərinin baş tutması gözlənilir. Azərbaycan Respublikasının Konstitusiyasına görə, eyni şəxs limitsiz sayda prezident vəzifəsində ola bilər. == Seçilmə qaydaları == === Prezidentliyə namizədə aid tələblər === Azərbaycan Konstitusiyasının 101-ci maddəsi Azərbaycanın Prezidentliyinə namizədlərə aid tələblərdən ibarətdir.
Belarus Prezidenti
Belarus prezidentlərinin siyahısı — 1991-ci ildə Sovet İttifaqından müstəqilliyini qazanan Belarusun, dövlət başçılarının siyahısı. Belarus Prezidenti, Belarus Silahlı Qüvvələrinin Ali Baş Komandanıdır. Belarus Prezidenti vəzifəyə, Belarus Konstitusiyasının müvafiq maddələri ilə təyin olunur. 1994-cü ilin 24 iyul tarixində təsis edilən vəzifəni, həmin gündən etibarən Aleksandr Lukaşenko icra edir.
Bolqarıstan Prezidenti
Bolqarıstan prezidentlərinin siyahısı — 1908-ci ildə Osmanlı İmperiyasından müstəqilliyini qazanan Bolqarıstanın, dövlət başçılarının siyahısı. Bolqarıstan Prezidenti, Bolqarıstan Silahlı Qüvvələrinin Ali Baş Komandanıdır. Bolqarıstan Prezidenti vəzifəyə, Bolqarıstan Konstitusiyasının müvafiq maddələri ilə təyin olunur. 2017-ci ilin 22 yanvar tarixindən vəzifəni Rumen Radev icra edir.
Ermənistan Prezidenti
"Ermənistan Prezidenti" (erm. Հայաստանի Նախագահ, translit. Hayastani Naxaqah) — Ermənistanın ali dövlət vəzifəsi. Ermənistan Prezidenti dövlətin başçısı hesab olunur.Lakin bu belə deyil. "Ermənistan Prezidenti", vəzifəyə "Ermənistan Parlamenti"ndə baş tutan seçim yolu ilə təyin olunur."Ermənistan Parlamentinin" 132 üzvü bir neçə mərhələdən ibarət olan seçim yolu ilə bir nəfəri yeddi il müddətinə "Ermənistan Prezidenti" vəzifəsinə seçir. Ermənistan Prezidenti seçilən şəxsin səlahiyyət müddəti seçildiyi il aprelin 9-dan başlayır və yeddi il sonra başa çatır. Hal-hazırkı prezident 2022-ci il martın 3-də yüksək texnologiyalar sənayesi naziri Vaaqn Xaçaturyan parlament tərəfindən ikinci turda Ermənistan prezidenti seçilib. == Tarixi == 1990-cı il avqustun 22-də Ermənistan SSR Ali Soveti "Ermənistanın dövlət müstəqilliyinin bərpası haqqında" Bəyannaməni qəbul etdi. 1991-ci il sentyabrın 22-də isə Ermənistanın dövlət müstəqilliyi haqqında referendum baş tutdu və həmin referendumun nəticələrinə əsasən Ermənistan dövlət müstəqilliyini elan etdi. Növbəti ay isə Ermənistanda birinci dəfə Prezident seçimləri baş tutdu.
Estoniya Prezidenti
Estoniya prezidentlərinin siyahısı — 1990-cı ildə Sovet İttifaqından müstəqilliyini qazanan Estoniyanın, dövlət başçılarının siyahısı. Estoniya Prezidenti, Estoniya Silahlı Qüvvələrinin Ali Baş Komandanıdır. Estoniya Prezidenti vəzifəyə, Estoniya Konstitusiyasının müvafiq maddələri ilə təyin olunur. 2021-cı ilin ilin 11 oktyabr tarixindən vəzifəni, Alar Karis icra edir.
Fransa Prezidenti
Fransa Prezidenti və ya rəsmi olaraq Fransa Respublikasının Prezidenti (fr. Président de la République Française) — fransızların seçdikləri dövlət başçısı. Fransanın beş respublikasından dördünün dövlət başçısı kimi prezidentləri olub. Fransa konstitusiyasının hər nəşrində prezidentlərin səlahiyyətləri, rol və vəzifələri və Fransa hökuməti ilə münasibətləri fərqlinir. 1965-ci ildən etibarən respublika prezidentinin seçilməsi birbaşa və ümumxalq olmuşdur (qanun 1962-ci ildə dəyişdirilmişdir).2002-ci ilə qədər (qanuna 2000-ci ildə düzəliş edildi), prezidentlik müddəti 7 il (fr. septennat), sonra 5 il (fr. quinquennat) edilmişdir. 2008-ci ilin mayında dövlət başçısının təklifi ilə hakimiyyət institutlarının islahatı komissiyası prezident səlahiyyətlərinin müddətinin konstitusiya dəyişiklikləri sayına məhdudlaşdırılması barədə nota daxil etdi. Qanunun yeni variantında dəyişiklik aşağıdakı kimidir: "Heç kim ardıcıl olaraq iki dəfədən çox prezident vəzifəsinə seçilə bilməz." Hal-hazırda, Respublika Prezidenti, 14 may 2017-ci il tarixindən etibarən beş illik müddətə vəzifəyə başlayan, Fransa Respublikasının 25-ci prezidenti və 24-cü prezidenti Fransua Ollandın ardınca gələn Emmanuel Makrondur. Prezident iqamətgahı - Parisdəki Yelisey sarayıdır.
Gürcüstan Prezidenti
Gürcüstan prezidenti — Gürcüstan xalqı tərəfindən seçilmiş dövlət başçısı.
Hindistan Prezidenti
Hindistan Prezidenti və ya Raştrapati — Hindistan Respublikasının dövlət başçısı, Hindistanın birinci vətəndaşı, həmçinin Hindistan Silahlı Qüvvələrinin ali baş komandanı. == Prezidentin səlahiyyətləri == Hindistanın Prezidenti parlamentarlar və ştat nümayəndələrindən ibarət Elektoral Kollegiya tərəfindən 5 il müddətinə seçilir.. Hindistan Konstitusiyasına əsasən Prezident nəzəri cəhətdən mühüm əhəmiyyətli səlahiyyətlərə: ştatların qanunverici məclislərini buraxmaq, ştatların hökumətlərini ləğv etmək və onların yerinə Prezident üsul-idarəsi tətbiq etmək (ştatların idarəsi qubernatorların ixtiyarına keçir) səlahiyyətlərinə malikdir. Lakin əməli olaraq hakimiyyət başçısı səlahiyyətlərinin əksəriyyəti Baş nazirın başçılıq etdiyi Hindistan hökuməti tərəfindən həyata keçirilir. Prezidentin icra etdiyi vəzifələrin əsas hissəsini formal şəkildə hökumət qərarlarının təsdiq edilməsi təşkil edir. Bir sıra hallarda o, məhkumların bağışlanması hüququna da malikdir. == Hindistan prezidentlərinin siyahısı == Racendra Prasad — 1950–1962 Sarvepalli Radxakrişnan — 1962–1967 Zakir Hüseyn — 1967–1969 Baraxaqiri Venkata — 1969–1974 Faxruddin Əli Əhməd — 1974–1977 Hilam Sanciva Reddi — 1974–1977 Zail Sinqx — 1982–1987 Ramasvamı Venkataraman — 1987–1992 Şankar Şarma — 1992–1997 Koçeril Raman Narayanan — 1997–2002 Abdul Kalam — 2002–2007 Pratibha Patil — 2007–2012 Pranab Mukerci — 2012–2017 Ram Nath Kovind — 2018-indi == Hindistan Prezidenti vəzifəsini icra edənlər == Varaxaqiri Venkata Qiri — 3 may 1969 – 20 iyul 1969 Muxammad Xidayatulla — 20 iyul 1969 – 24 avqust 1969 Basappa Danappa Catti — 11 fevral 1977 – 25 iyul 1977 == İstinadlar == == Xarici keçidlər == Официальный сайт Президента Индии == Mənbə == Варахагири Венката Гири (Люди и события) // Новое время. — М., 1969. — № 20. Нилам Санджива Редди (Люди и события) // Новое время.
Kamerun Prezidenti
Kamerun Prezidenti == Tarixi == 1960-cı il yanvarın 1-də Kamerun, Fransadan dövlət müstəqilliyini elan etdi. 1960-cı il mayın 15-də Kamerun Prezidenti vəzifəsinə Fransız Kamerununun Baş naziri Əhmədu Ahico gətirildi. 1960-cı ildən 1965-ci ildə qədər Əhmədu Ahico Kamerunun Prezidenti vəzifəsini icra etdi. 1965-ci il martın 23-də Kamerun tarixində birinci dəfə Prezident seçimləri baş tutdu. Seçimlərin yeganə namizədi olan Əhmədu Ahico səslərin 100 faizini topladı və 5 il müddətinə Kamerun Prezidenti seçildi. 28 mart 1970-ci ildə Kamerunda növbəti dəfə Prezident seçimləri baş tutdu. Yenə seçimlərin yeganə namizədi olan Əhmədu Ahico səslərin 100 faizini topladı və yenidən 5 il müddətinə Kamerun Prezidenti seçildi. 1975-ci il aprelin 5-də Kamerunda üçüncü dəfə Prezident seçimləri baş tutdu. Seçimlərin yeganə namizədi olan Əhmədu Ahico səslərin 100 faizini topladı və üçüncü dəfə 5 il müddətinə Kamerun Prezidenti seçildi. 5 aprel 1980-cı ildə Kamerunda növbəti dəfə Prezident seçimləri baş tutdu.
Kolumbiya Prezidenti
Kolumbiya Prezidenti (TBD) — Kolumbiyanın ali dövlət vəzifəsi. Kolumbiya Prezidenti dövlətin başçısı hesab olunur. Kolumbiya Prezidenti, vəzifəyə seçim yolu ilə təyin olunur. Kolumbiya vətəndaşları seçim yolu ilə bir nəfəri dörd il müddətinə Kolumbiya Prezidenti vəzifəsinə seçir. Kolumbiya Prezidenti seçilən şəxsin səlahiyyət müddəti seçildiyi il avqustun 7-də başlayır və dörd il sonra başa çatır. 2018-ci il avqustun 7-dən Kolumbiya Prezidentinin səlahiyyətlərini İvan Duqe icra edir. Onun səlahiyyət müddəti 2022-ci il avqustun 7-də başa çatır. == Tarixi == == Prezidentin səlahiyyətləri == == Seçilmə qaydaları == === Prezidentin səlahiyyət müddəti === Kolumbiya Konstitusiyasında qeyd olunub:Kolumbiya Konstitusiyasında qeyd olunub: === Prezidentin andiçmə mərasimi === Kolumbiya Prezidenti seçilən şəxsin andiçmə mərasi avqustun 7-də baş tutur. Latviya Prezidenti seçilən şəxsə andiçmə mərasimi zamanı Kolumbiya Prezidentinin qurşağı təqdim edilir. Andiçmə mərasimi zamanı Kolumbiya Prezidenti seçilən şəxs sağ əlini ürəyinə qoyur və aşağıda olan andı qəbul edir: == Prezidentin rəmzləri == === Kolumbiya Prezidentinin bayrağı === == Prezidentin iqamətgahları == Kolumbiya Prezidentinin rəsmi iqamətgahı Narinio Evidir.
Latviya Prezidenti
Latviya Prezidenti (latış. Latvijas Valsts Prezidents‎) – Latviyanın ali dövlət vəzifəsi. Latviya Prezidenti dövlətin başçısı hesab olunur. Latviya Prezidenti, vəzifəyə Latviya Parlamentində (Seymi) baş tutan seçki yolu ilə təyin olunur. Latviya Seyminin 100 üzvü bir neçə mərhələdən ibarət olan seçki yolu ilə bir nəfəri dörd il müddətinə Latviya Prezidenti vəzifəsinə seçir. Latviya Prezidenti seçilən şəxsin səlahiyyət müddəti seçildiyi il iyulun 8-dən başlayır və dörd il sonra başa çatır. 2023-ci il iyulun 8-dən Latviya Prezidentinin səlahiyyətlərini Edqars Rinkēvičs icra edir. == Tarixi == === 1940– 1990 === 1922-ci il noyabrın 14-də Latviya Seymi Latviyanın birinci Prezidentini seçdi. Həmin vəzifəyə yeganə namizəd "Kəndçi Birliyi" Partiyasının üzvü Yanis Çaqste idi. Onun lehinə 92, əlehinə isə 6 deputat səs verdi və Yanis Çaqste üç il müddətinə Latviya Prezidenti seçildi.
Litva Prezidenti
Litva prezidentlərinin siyahısı — 1990-cı ildə Sovet İttifaqından müstəqilliyi qazanan Litvanın, dövlət başçılarının siyahısı. Litva Prezidenti, Litva Silahlı Qüvvələrinin Ali Baş Komandanıdır. Litva Prezidenti vəzifəyə, Litva Konstitusiyasının müvafiq maddələri ilə təyin olunur. 2019-cu ilin ilin 12 iyul tarixindən vəzifəni, Gitanas Nausėda icra edir.
Livan prezidenti
Livan Prezidenti — Livan Ərəb Respubliksının 22 noyabr 1943-cü il tarixindən seçilən başçıları.
Monteneqro Prezidenti
Monteneqro Prezidenti (mont. və serb. Предсједник Црне Горе, Predsjednik Crne Gore) — Monteneqroda dövlət və icra hakimiyyəti başçısı. Prezidentin səlahiyyət müddəti 5 ildir və yalnız bir dəfə təkrar seçilə bilər. Prezident birbaşa seçkilərdə ümumdünya seçki hüququ ilə seçilir. Müharibə vəziyyəti elan olunarsa, prezidentin mandatı müvəqqəti uzadıla bilər. Prezidentin mandatı bitərsə, ləğv edilərsə və ya prezident istefa edərsə dayandırılır. Prezident məclis tərəfindən də geri çağırıla bilər, bundan sonra Konstitusiya Məhkəməsi prezidentin konstitusiyanı pozduğuna dair qərar verməlidir. == Qısa tarixi == 2006-cı il mayın 20-də Monteneqronun, Serbiya və Monteneqro dövlət ittifaqından dövlət müstəqilliyini elan etməsi üçün referendum (ümumxalq səsverməsi) baş tutdu. Referendumda səs verən seçicilərin 55.50 faizin Monteneqronun dövlət müstəqilliyinin leyihə səs verdi.
Nikaraqua Prezidenti
Nikaraqua Prezidenti (isp. Gobernantes de Nicaragua) — Nikaraquanın dövlət başçısı. Nikaraqua prezidenti 5 ildən bir seçilir. Hazırda Nikaraquanın prezidenti Daniel Orteqodur.
Pakistan Prezidenti
Pakistan Prezidenti — Vəzifəni 9 sentyabr 2018-ci ildən Pakistan Islam Respublikasının 13-cü prezidenti Arif Alvi icra edir. == Siyasi == 1947-ci ildən 1956-cı ilə qədər Pakistanın Baş Qubernatoru fəaliyyət göstərdi: Kral VI Corc (1952-ci ilə qədər) və Kraliça II Yelizaveta (1952-ci ildən). İlk Konstitusiyanın elan edilməsi ilə Pakistan 1956-cı ildə İslam respublikasına çevrildi və Baş Qubernator prezidentliklə əvəz olundu. Mövcud general-qubernator İskəndər Mirzə Pakistanın ilk prezidenti oldu. 1958-ci ildə ilk Konstitusiyanı dayandırdığını və Ordu Baş Komandanı Ayub Xanı ilk baş döyüş vəziyyətinin idarəçisi təyin etdiyini bildirdi. Xan sonradan prezident olmaq üçün Mirzəni işdən azad etdi. İskəndər Mirzə 1956-cı ildə Pakistanın 1-ci prezidenti oldu. Prezident Əyyub Xanın təqdim etdiyi ikinci Konstitusiya, ölkəni birbaşa seçkilər olmadan prezident respublikasına çevirdi. Daxili və beynəlxalq təzyiqlərə tab gətirmədən, Xan 1965-ci ildə ümummilli prezident seçkisini keçirdi. Xan ikinci müddətə rəqibi Fatimə Cinnaya qarşı uğurla kampaniya apardı, lakin bəziləri seçkilərin Xanın lehinə qurulduğunu iddia etdi.
Qaradağ Prezidenti
Monteneqro Prezidenti (mont. və serb. Предсједник Црне Горе, Predsjednik Crne Gore) — Monteneqroda dövlət və icra hakimiyyəti başçısı. Prezidentin səlahiyyət müddəti 5 ildir və yalnız bir dəfə təkrar seçilə bilər. Prezident birbaşa seçkilərdə ümumdünya seçki hüququ ilə seçilir. Müharibə vəziyyəti elan olunarsa, prezidentin mandatı müvəqqəti uzadıla bilər. Prezidentin mandatı bitərsə, ləğv edilərsə və ya prezident istefa edərsə dayandırılır. Prezident məclis tərəfindən də geri çağırıla bilər, bundan sonra Konstitusiya Məhkəməsi prezidentin konstitusiyanı pozduğuna dair qərar verməlidir. == Qısa tarixi == 2006-cı il mayın 20-də Monteneqronun, Serbiya və Monteneqro dövlət ittifaqından dövlət müstəqilliyini elan etməsi üçün referendum (ümumxalq səsverməsi) baş tutdu. Referendumda səs verən seçicilərin 55.50 faizin Monteneqronun dövlət müstəqilliyinin leyihə səs verdi.
Qazaxıstan Prezidenti
Qazaxıstan prezidentlərinin siyahısı — 1991-ci ildə Sovet İttifaqından müstəqilliyini qazanan Qazaxıstanın, dövlət başçılarının siyahısı. Qazaxıstan Prezidenti, Qazaxıstan Silahlı Qüvvələrinin Ali Baş Komandanıdır. Qazaxıstan Prezidenti vəzifəyə, Qazaxıstan Konstitusiyasının müvafiq maddələri ilə təyin olunur. 1990-cı ilin 24 aprel tarixindən təsis edilən vəzifəni, 2019-cu il 20 mart tarixinədək Nursultan Nazarbayev icra etdi. 2019-cu il 20 mart tarixindən təsis edilən vəzifəni həmin gündən etibarən Qasım-Comərd Tokayev icra edir.
Qvatemala Prezidenti
Qvatemala Prezidenti (isp. Presidente de Guatemala) — Qvatemalada dövlət başçısı.
Qırğızıstan Prezidenti
Qırğızıstan prezidentlərinin siyahısı — 1991-ci ildə Sovet İttifaqından müstəqilliyini qazanan Qırğızıstanın, dövlət başçılarının siyahısı. Qırğızıstan Prezidenti, Qırğızıstan Silahlı Qüvvələrinin Ali Baş Komandanıdır. Qırğızıstan Prezidenti vəzifəyə, Qırğızıstan Konstitusiyasının müvafiq maddələri ilə təyin olunur. 2021-ci ilin 28 yanvar tarixində vəzifəni Sadır Japarov icra edir.
Rusiya prezidenti
Rusiya Federasiyasının Prezidenti — Rusiya Federasiyasının ən ali vəzifəsidir. Rusiya Prezidenti Rusiya dövlətinin başçısıdır və hakimiyyətin heç bir qoluna aid deyil, Rusiya konstutiyasının , Rusiya vətəndaş haqlarının və insan azadlığının qarantıdır. Rusiya Ali Baş Komandanıdır. 17 mart 1991 ci-ildə ümümxalq referendumun nəticəsi ilə dövlət idarəçiliyinin ən ali vəzifəsi kimi Rusiya Federasiyasının prezidenti postu yaradılmışdır.