Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Qars
Qars (türk. Kars) — Türkiyənin şərqində yer alan şəhər. Qars ilinin inzibati mərkəzidir. Türkiyənin ən yüksəkdə yerləşən il mərkəzlərindən olan Qars kəndləri ilə birlikdə ümumi əhali sayı 100 mini keçən şəhərlərdəndir (şəhər mərkəzi: 102.001, ümumi 129.458). Mərkəz ilçəyə bağlı üç məhəllə və 70 kənd vardır. Müxtəlif etnosların birlikdə yaşadığı şəhərdır. Qars Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin 2023-cü il üçün Türkiyə Turizm Strategiyası 2023 və Turizm Strategiyası Hərəkət Planı əsasında nəzərdə tutulan 15 il mərkəzindən biridir. Bu layihə ilə hədəflənən il mərkəzlərini " mədəniyyət turizmi inkişaf etdiriləcək brend şəhərlər" elan edib inkişaflarını təmin etməkdir. 18 noyabr 1877-ci ildə Erməni könüllü silahlı dəstələri və yerli ermənilərin fəal iştirakı ilə general Hovhannes Lazaryanın qoşunları gecə yarısı gizli yollarla xəlvətcə Qarsa daxil oldular.
Qors
Hors — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indi Keşişkənd (Yeğeqnadzor) rayonunda kənd. Rayondakı 9 km şimal-şərqdə, Hors dərəsindən axan çayın yanında yerləşir. Kəndin adı tarixi mənbələrdə ilk dəfə X əsrdə xatırlanır. 1728-ci ildə tərtib edilmiş "İrəvan əyalətinin icmal dəftəri"ndə Xors kimi qeyd edilmişdir. Bu qədim azərbaycanlı Kəndində XII–XIV əsrlərə aid çoxlu tarixi abidələr, Alban kilsəsinin qalıqları, oğuz qəbiristanlığı, qədim Oral Malux və Quşxana kəndlərinin binalarının qalıqları (XIII–XIV əsrlər) vardır. Toponim xors türk etnonimi əsasında əmələ gəlmişdir. Azərbaycan dilində q~x~h səs əvəzlənməsi qanunauyğun haldır. Onu da qeyd edək ki, xors (hors) etnonimi qors, xoros, xurs formalarında da qeyd edilir. Etnotoponimdir. Quruluşca sadə toponimdir.
Qırx
Qırx — say sistemində ədədlərdən biridir. Otuz doqquzdan sonra, Qırx birdən əvvəl gəlir. Qırx, türk, altay, orta Asiya və yaxın şərq mifologiyalarında və xalq mədəniyyətində ayrıca İslam inancında müqəddəs ədəddir. Kırk, Gırk, Kırh, Kırn olaraq da deyilər. İslamın təsiri əhəmiyyətini artmışdır. Qırx övliya tərəfindən və ya qırx şaman tərəfindən qorunan müqəddəs şəxslərə "qırxlı" adı verilər. Burla Xatunun döyüşçü Qırx Qız köməkçisi vardır. Yeni doğum etmiş bir qadının yanına bir-iki adam xaric qırx gün ərzində kimsə girib çıxmaz. Bundan başqa bu müddət uşağın "qırxının çıxması" mənasına da gəlir ki, bu anlayışa bağlı ənənələr vardır; dua oxunması, yemək verilməsi kimi. Ölünün qırxının çıxması da yenə bənzər şəkildə dualarla və halva edilərək həyata keçirilir.
Qır
Qır - torpağın səthinə tökülən az qatranlı, metanlı və ya metanlı-naftenli neft məhsullarının (bitumlaşmış kütlənin) subaeral (havalı) şəraitdə dəyişilmiş formasıdır. Neftli torpaqların əmələ gəlməsinin genetik xəttinin bütumlaşma qolunun sonuncudan əvvəlki mərhələsini təşkil edir. Bitumlaşmanın bu xəttinə aid olmayan ağır və yüksək qatranlı neftdən və ya maltadan əmələ gələn qır şiddətli turş xassəli olması ilə səciyyələnir. Cavan qırın tərkibində bəzən az miqdarda parafin olur. Müəyyən zaman ərzində torpağın səthinə tökülən neft kütləsi bitumlaşdıqdan sonra aşınmaya məruz qalmaqla qatı yapışqan halından aşağıdakı sxem üzrə kip kövrək hala çevrilir: malta-»asfalt->asfaltenlər-> oksikerit->huminokerit (23). Tarixən qır məvhumu qırlaşmış bituma yox, qırlaşmış süxurlara aid edilmişdir. Lakin, bu sonralar özünü doğrultmamışdır. Nəhayət son zamanlar qır məvhumu bitum örtüyünün aşınması nəticəsində bərk, lakin kövrək halına keçən qırlaşmış bitum kimi qəbul olunmuşdur. Torpağın səthinə bir neçə dəfə çoxlu miqdarda tökülərək axan neftin uzun çəkən dövr ərzində yaranmış bitum örtüyünün subaeral şəraitdə qır halına keçməsidir. Qırlaşma neftli torpaqların əmələ gəlməsinin genetik xəttinin qır örtüyünün deqradasiyası, pioner bitkilərlə məskunlaşması mərhələsindən əvvəlki mərhələni əhatə edir ki, bu da Azərbaycanın quru subtropik yarımsəhra iqlim zonasındakı neft mədəni yerlərində geniş müşahidə edilir.
Ortalar (Qars)
Ortalar — Qars ilinin Susuz ilçəsinin Mərkəz bucağında kənd. Kənd Qars ilinin inzibati mərkəzi Qars şəhərindən 40 km, Susuz ilçəsinin inzibati mərkəzi Susuz qəsəbəsindən 20 km uzaqlıqda yerləşir. 31 dekabr 2012-ci il tarixinə olan rəsmi məlumata əsasən kənddə 297 nəfər daimi əhali yaşayır.
Qars (Xızı)
Qars — Azərbaycan Respublikasının Xızı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Xızı rayonunun Altıağaç kənd Sovetinin Qars kəndi Tıxlı kənd Sovetinin tərkibinə verilmişdir. Kənd meşə sahəsi ilə əhatəlidir. Kənddə Seyidbulaq, Qasımxan, Soyuqbulaq kimi bulaqlar mövcuddur. Oğuzların bayat və ya əfşar qoluna aid olan qədirli-türk tayfaları bu əraziyə II Şah Abbasın təşəbbüsü ilə Cənubi Azərbaycanın Ərdəbil şəhərindən gəlmişlər. Qədirli tayfası şahsevənlərin bir qolu olmuşdur. Bu tayfa (qədirli) isə türk boylarından olan əfşarlara aiddir. Hazırda kəndin daimi əhalisi azlıq təşkil edir. Kənd əhalisi arıçılıq, heyvandarlıq, əkinçilik və s. ilə məşğul olur.
Qars (dəqiqləşdirmə)
Qars — Türkiyənın şərqində yer alan şəhər. Qars ili — Türkiyədə ərazi. Qars vilayəti — coğrafi ərazi. Qars (Xızı) — Azərbaycan Respublikasının Xızı rayonunun inzibati ərazi vahidində kənd.
Qars azərbaycanlıları
Qars azərbaycanlıları — Türkiyənin Qars ilində yaşayan azərbaycanlıların icması. Azərbaycanlıların böyük sayı Qarsın mərkəzində və mərkəzə bağlı kəndlərdə yaşayır. Qars şəhərində azərbaycanlılar əsasən "Yeni" və "İstasyon" məhəllələrində yaşayırlar. Burada azərbaycanlıları aşağıdakı qruplara ayrılar: Molla Musalılar, Karakilseliler, Kulubeqliler və Çobankerelilerdilər. Bu adlar onların əslinin gəldiyi vilayətlərin və kəndlərin adlarına görə verilib. Qars ilçəsində azərbaycanlıların yaşadığı kəndlər: Başqedikler, Bayraktar, Bekler, Büyük Aküzüm, Karakaş, Küçük Pirveli, Külveren, Soylu, Tazekent, Yağıkesen, Layçınlar, Yılanlı. Arpaçay ilçəsində — Bacıoğlu, İbişköy, Kayadöven, Mescidli, Meydancık, Taşdere; Ağyaxa ilçəsində — Akbulak, Aslanxane, Büyükkımlı, Büyükpirveli, Esenyayla, Küçük Aküzüm, Küçük Kımlı, Şahnalar. Azərbaycanlılar Akyaka mərkəzində yaşayan əhalinin böyük hissəsini təşkil edir. Arpaçay ilçəsində azərbaycanlıların digər etnik qruplarla yanaşı yaşadığı kəndlər: Büyükçatma, Gediksatılmış, Küçükçatma, Çetindurak, Demirkent, Çetinköy, Hacıpiri, Kalkanale, Hamzagerek, Kürekdere, Oğuzlu. Azərbaycanlılar həmçinin Qarsın Hacıveli, Yolaçan və s.
Qars ili
Qars Əyaləti (türk. Kars İli) — Qars Şərqi Anadolu Bölgəsinin şimal-şərqində yerləşir. Əyalət əhalisi: 281.077. Bu əhalinin 51,5%-i şəhərlərdə yaşayır (2021-ci ilin sonu). Vilayətin sahəsi 10,193 km2-dir. Əyalətdə hər km2-ə 28 nəfər düşür. Bu bələdiyyələrin tərkibində 8 rayon, 9 bələdiyyə, 57 məhəllə və 381 kənd var. İlin əhalisi hazırda əsasən azərbaycanlılardan (buradakı azərbaycanlılar - Azərbaycan dilində danışan və özünə yerli deyən türklərdən, azərbaycanlıların etnoqrafik qrupu olan və Azərbaycan dilində danışan, özlərini tərəkəmə və ya qarapapaq adlandıran türklərdən, 1908-1946-cı illərdə əsasən İrandan, qismən də Azərbaycan SSR-dən siyasi təqiblərin təsiri nəticəsində Qars ilinə köç etmiş Azərbaycan türklərindən ibarətdir) və kürdlərdən ibarətdir. İqlimi əsasən soyuqdur. Soyuq hava kütləlidir.
Qars kafedralı
Qars kafedralı — Kümbət Məscidi və ya Həvarilər Kilsəsi (erm: Սուրբ Առաքելոց Եկեղեցի) Qarsdakı tarixi bir binadır. Şərqin Ayasofyası olaraq xarakterizə olunur. X əsrdə Qarsda və ətrafında hökm sürən Bağratlı Krallığı dövründə bir erməni-gürcü kilsəsi olaraq inşa edilmişdir. Kral Abas tərəfindən tikilən kilsə beş il ərzində tamamlandı. Bu tikili, ibadət yerindən daha çox, xristianlıq üçün böyük bir müqəddəsliyə sahib olan 12 Həvarini anmaq üçün tikilmişdir. Region 1064-cü ildə müsəlmanların hakimiyyəti altına keçdikdən sonra bu kilsə məscidə çevrildi və Kümbət məscidi adını aldı. Region Rusiyanın hakimiyyəti altına girəndə Rus-Pravoslav kilsəsinə, 1918-ci ildə Türk hakimiyyəti altına girəndən sonra isə yenidən məscidə çevrildi. 1964-cü ildə muzeyə çevrildi və Qarsdakı qazıntılardan əldə edilən tarixi əsərlər burada sərgilənməyə başladı. Qars Muzeyi olaraq da bilinən bu köhnə ibadət yeri 1981-ci ilə qədər bu funksiyasını davam etdirdi. 1993-cü ildən bəri məscid kimi istifadə edilmişdir.
Qars mühasirəsi
Qars Mühasirəsi - Krım müharibəsinin son böyük miqyaslı hərbi hərəkatıdır. 1855-ci ilin iyun ayında Sivastopoldakı qüvvələrin üzərindəki təzyiqi yüngülləşdirmək üçün İmperator II Aleksandr və General Muravyovun rəhbərliyindəki Rus qoşunları Anadoluya üz tutmağa qərar verdilər. 25,000 əsgərdən ibarət güclü bir korpusla Şərqi Anadolunun ən mühüm qalalarından Qarsa doğru ani bir hücuma keçdi. İlk təcavüz İngilis general Uilyam Fenvick Villiams komandanlığı altındakı Osmanlı qarnizonu tərəfindən geri oturduldu. Ruslar noyabr ayına qədər şəhəri mühasirədə saxladılar. Hücum xəbərinin duyulması ilə Osmanlı Komandanlarından olan Ömər Paşa Sivastapoldakı Osmanlı qoşunlarını geri çəkməklə Qarsdakı Rus qoşunlarının mühasirəni aradan qaldırmaq təklifini irəli sürdü. 6 sentyabrda Ömər Paşa 45,000 əsgəriylə birlikdə Suxumiyə çəkildi. Ancaq Muravyov bunun üzərinə Qarsa üçüncü dəfə hücum təşkil etdi və Osmanlı qüvvələri rusları geri oturdular. Osmanlılar 700-800 itki verərkən Rus ordusu 3000-6000 arası ölü, yaralı və əsir verdi.
Qars müqaviləsi
Qars müqaviləsi (ing. Treaty of Kars; türk. Kars Antlaşması; rus. Карсский договор) — Zaqafqaziya Sovet Federativ Sosialist Respublikası ilə Türkiyə arasında 13 oktyabr 1921-ci ildə bağlanmış sülh müqaviləsi. 1921-ci il mart ayının 16-da Rusiya Sovet Federativ Sosialist Respublikası ilə Türkiyə Böyük Millət Məclisi (1923-cü ildə qurulacaq Türkiyə Cümhuriyyətinin sələfi) arasında bağlanmış Moskva sülh müqaviləsinin tələblərinin yerinə yetirilməsi çərçivəsində həmin il oktyabr ayının 13-də Azərbaycan, Ermənistan və Gürcüstan SSR-nin daxil olduğu Zaqafqaziya Sovet Federativ Sosialist Respublikası ilə Türkiyə arasında Qars şəhərində imzalanan sülh müqaviləsi. Müqavilə 1922-ci il sentyabr ayının 11-də qüvvəyə minmiş və bitmə müddəti müəyyənləşdirilməmişdir. Bir tərəfdə Ermənistan Sovet Sosialist Respublikası, Azərbaycan Sovet Sosialist Respublikası və Gürcüstan Sovet Sosialist Respublikası hökumətləri və o biri tərəfdə Türkiyə Böyük Millət Məclisi Hökuməti millətlərin qardaşlığına və xalqların öz müqəddəratını təyin etmək hüququ prinsiplərinə şərik çıxan, hər iki tərəfin qarşılıqlı maraqlarına əsaslanan daimi səmimi qarşılıqlı münasibətlərdən və fasiləsiz səmimi dostluq qurmaq istəyindən ruhlanaraq Rusiya Sosialist Federativ Sovet Respublikasının iştirakı ilə dostluq haqqında müqavilə bağlamaq qərarına gəlmiş və bunun üçün öz Müvəkkillərini təyin etmişlər: Ermənistan Sovet Sosialist Respublikasının hökuməti: Askanaz Mravyan, xalq xarici işlər komissarı; Poqos Makinzyan, xalq daxili işlər komissarı. Azərbaycan Sovet Sosialist Respublikasının hökuməti: Behbud Şahtaxtinski, xalq dövlət nəzarəti komissarı. Gürcüstan Sovet Sosialist Respublikasının hökuməti: Şalva Eliva, xalq hərbi-dəniz işləri komissarı; Aleksandr Svanidze xalq xarici işlər komissarı və xalq maliyyə işləri komissarı. Türkiyə Böyük Millət Məclisi hökuməti: Kazım Qarabəkir Paşa, Böyük Millət Məclisində Ədirnədən millət vəkili, Şərq Cəbhəsi komandanı; Vəli bəy, Böyük Millət Məclisində Burdurdan millət vəkili; Muxtar bəy, İctimai İşlər Stats-Sekretarının keçmiş müavini; Məmduh Şövkət bəy, Türkiyənin Azərbaycanda səlahiyyətli nümayəndəsi.
Qars qəsri
Qars qəsri (türk. Kars Kalesi) — Türkiyənin Qars şəhərində yerləşən keçmiş istehkam. Qəsr 1153-cü ildə Sultan Məlik II İzzəddin Saltukun sifarişi ilə Firuz Akay tərəfindən inşa edilmişdir. Şəhəri əhatə edən xarici divarlar XII əsrdə inşa edilmişdir. 1386-cı ildə Teymur tərəfindən dağıdılmış qəsr 1579-cu ildə Osmanlı sultanı III Muradın əmri ilə Qarsa gələn Lələ Mustafa Paşa tərəfindən yenidən inşa edilmişdir. Osmanlı mənbələrində qəsrin yüz min əsgər və işçinin köməyi ilə yenidən qurulduğu deyilir. Qəsr 1606-cı ildə Səfəvi şahı I Abbas tərəfindən dağıdılmış və 1616 və 1636-cı illərdə iki dəfə bərpa edilərək yeni elementlər əlavə edilmişdir. 1877-1878 Osmanlı-Rus müharibəsindən sonra ruslar tərəfindən işğal edilən qəsr çox zərər gördü və 40 illik işğaldan sonra qismən dəyişdirildi. Qars qəsrinin divarları bazalt hörgüdən hazırlanmışdır. Qəsr daxili və xarici qəsr olmaqla iki hissədən ibarət olmuşdur.
Qars vilayəti
Qars vilayəti (rus. Карсская область) — Cənubi Qafqazda, 3 mart (19 fevral Yuli təqvimi) 1878 – 14 sentyabr (1 sentyabr Yuli təqvimi) 1917-ci illərdə Rusiya imperiyası, 14 sentyabr (1 sentyabr Yuli təqvimi) – 7 noyabr (25 oktyabr Yuli təqvimi) 1917-ci ildə Rusiya Respublikası, 22 aprel (9 aprel Yuli təqvimi) – 26 may 1918-ci ildə Zaqafqaziya Demokratik Federativ Respublikasının tərkibində inzibati ərazi vahidi. İnzibati mərkəzi Qars şəhəri idi. Hazırda bu ərazi Türkiyə Respublikasının əsasən Ərdəhan və Qars illərinə, qismən isə Ərzurum ilinə və Ermənistan Respublikasının Şirak mərzinə daxildir. Erməni müəllif Bədəlyan 1953-cü ildə nəşr edilmiş "Rusiya tərəfindən birləşdirilməsindən günümüzədək Ermənistan əhalisi" adlı məqaləsində qeyd edir ki, "1886-cı ilin ailələr üzrə siyahılarından götürülmüş, Zaqafqaziya diyarının əhalisi haqqında statistik məlumatların yekunu"na əsasən yaşayanların sayına görə Qars vilayətinin Qars dairəsinin 14,70%–i (Ağbaba şöbəsi tamamən; Şuragel şöbəsindən Qaraməmməd və Molla Musa kənd cəmiyyətləri, həmçinin Baş Şuragel kənd cəmiyyətindən Aralıq kəndi) Ermənistan SSR–in hazırkı (1953-cü il) sərhədlərinə daxil olmuşdur. "Divanü Lüğat-it-Türk"ə görə dəvə və ya qoyun yunundan toxunan paltara Kars (قرس) deyilirdi. Dərisindən gözəl kürk tikilən bozqır tülküsü isə Karsak (قرساق) adlanırdı. Əl çalmaqdan çıxan səsə isə Kars – kars (قرس قرس) deyilirdi. Britaniyalı şərqşünas, türk dillərinin tədqiqatçısı Ser Cerard Lesli Meykins Klousnun (ing. Sir Gerard Leslie Makins Clauson) "XIII əsrə qədərki türkcənin etimoloji lüğəti" kitabına əsasən hər üç söz türk mənşəlidir.
Qırx (adət)
"Qırx" – dəfnin qırxıncı günü. İnsanın dünyaya gəlişindən, çağanın ana bətnindən ayrıldığı gündən qırx gün keçənə qədər həm ananın, həm də körpənin orqanizmində bir-birindən ayrılmadan yaranan zədələnmələrin bərpası prosesi gedir. Bu qırx gündə həm ana, həm də çağa qırxlı olur. Onların kənar təmaslardan qorunması həm ruhi, həm də gigiyenik cəhətdən zəruri hal kəsb edir. Qəribədir ki, insanın dünyadan gedişi də "qırx" rəqəmi ilə bağlı matəm mərasimlərinin bitməsi, başa çatması ilə qeyd olunur. Qırx gün ərzində ölünün cəsədində çürümə getməsi və bu prosesin başa çatması yekunlaşır. Bu müddət ərzində ölü sahibləri də baş vermiş ağır itkiyə sanki alışır, matəm günlərindəki yır-yığışa baş qarışdırmaqla fikrən qəmdən-kədərdən bir qədər uzaqlaşır. Dünyaya gəlişindən qırx gün keçənə qədər dünya ilə qovuşub onun reallıqlarına alışan insanın dünya ilə üzülüşməsi də qırx günə başa çatır. "Olum" və "Ölüm!" – Dünyaya gəlişlə dünyadan gedişin sonuclarına vurulan "qırx" düyün!Ruhşünasların "qırx" əlamətinin ruhla bağlılığı barəsindəki qənaəti belədir ki, qırx gün ərzində ölünün ruhu atmosfer qatından bir qədər yuxarıda durur. Bu müddət ərzində mərhumun ruhu – astral bədən cismani bədəndən uzaqda durmaqla hər şeydən əvvəl özünü bu ayrılmaya alışdırır.
Qırx Sütun
Çəhəl Sütun (fars. چهل ستون‎ "qırx sütun") — II Şah Abbasın hakimiyyəti dövründə İsfahanda inşa olunan saray. Saray adını ("qırx sütun") giriş hissəsini dəstəkləyən iyirmi taxta sütundan götürür; girişin önündəki hovuzun suyunda əks olunan sütunlar qırx sütun kimi göründüyü deyilir. Avstriyalı sənət tarixçisi Ebba Koç Çəhəl Sütun adlı saraylarla bağlı məqaləsində Səfəvi, Moğol və Teymuri memarlıq mədəniyyətində qəbul zallarının adətən Çəhəl Sütun olaraq adlandığını bildirir. Moğol hökmdarı Cahan şahın Dehlidə, Şah Təhmasibinin isə Qəzvində tikdiriyi Çəhəl Sütun sarayları buna nümunədir. Yazara görə bu tip saraylar regionda bəhs edilən dövrdə ərəb olmayan xanədanlıqların saray memarlığının ən çox rast gəlinən örnəkləridir. O yazır:" Şübhəsiz ki, bu adlandırma sütunların sayı ilə birbaşa bağlı olmamaqla yanaşı daha çox sütunların çoxluğuna işarədir. Çünki nə Qəzvində nə Dehlidə nə də İsfahandakı sarayların heç birinin qırx sütunu yoxdur" Bəzi tarixçilər Şah II Abbas tərəfindən bərpa etdirilən bu binanın ilk əvvəl qırx sütun üzərində inşa edildiyini sonradan sarayda yanğın baş verdiyini və nəticədə eyvanın bir hissəsinin yandığını geridə 20 sütunun qaldığı fikrini irəli sürürlər. Restavrasiya ustası Lütfullah Honarfar İsfahan memarlığı haqqında yazdığı kitabda bu fikrin yanlış olduğunu vurğulayaraq, bərpa işləri zamanı tapılan yanğın izlərində buna dair sübuta rast gəlinmədiyini qeyd etmişdir. O həmçinin yazır ki, Sultan Hüseyn dövründə edilən bərpalar zamanı bina əvvəlki vəziyyətinə qaytarılmışdır.
Qırx altı
Qırx altı — say sistemində ədədlərdən biridir. Qırx beşdən sonra, qırx yeddidən əvvəl gəlir. Qırx altı ədədi — cüt ədəddir və eyni zamanda mürəkkəb ədəddir.
Qırx beş
Qırx beş — say sistemində ədədlərdən biridir. Qırx dörddən sonra, qırx altıdan əvvəl gəlir. Qırx beş ədədi —tək ədəddir və eyni zamanda mürəkkəb ədəddir.
Qırx bir
Qırx bir — say sistemində ədədlərdən biridir. Qırxdan sonra, qırx ikidən əvvəl gəlir. Qırx bir ədədi —tək ədəddir və eyni zamanda sadə ədəddir.
Qırx doqquz
Qırx doqquz — say sistemində ədədlərdən biri. Qırx səkkizdən sonra, əllidən əvvəl gəlir. Qırx doqquz ədədi —tək ədəddir və eyni zamanda mürəkkəb ədəddir. Belə ki, 1, 7 və 49 ədədlərinə qalıqsız bölünür.
Qırx dörd
Qırx dörd — say sistemində ədədlərdən biridir. Qırx üçdən sonra, qırx beşdən əvvəl gəlir. Qırx dörd ədədi — cüt ədəddir və eyni zamanda mürəkkəb ədəddir.
Qırx iki
Qırx iki- 41-dən sonra 43-dən əvvəl gələn cüt saydır.Məşhur mədəniyyətdə Hitchhiker's Galaxy Guide kitabında həyatın, kainatın və hər şeyin son sualına cavab olaraq təqdim olunduğu üçün diqqəti cəlb etdi. Riyaziyyatda 42 Bu bərabər saydır. Bu Toitent Funksiyasının ilk 11 ədədinin cəmidir. Heptadecagonal sayına görə üçüncüdür. Amerika və Beynəlxalq Riyaziyyat Olimpiadalarında mövcud olan ən yüksək baldır. Pi sayı 242.422. Adımdan sonra 8 nömrə 42424242-dir. Birinci rəqəmin üstündəki ikinci rəqəm ikinci rəqəmin üstündəki birinci rəqəmə bərabərdir, yəni 42 = 24 = 16. Bu xüsusiyyət yalnız 42 və 24 nömrələrində iki rəqəmli nömrələrdə mövcuddur. 2-sistemdəki onluq sistemdə 42-nin ekvivalenti 101010-dur.
Qırx səkkiz
Qırx səkkiz — say sistemində ədədlərdən biridir. Qırx yeddidən sonra, qırx doqquzdan əvvəl gəlir. Qırx səkkiz ədədi — cüt ədəddir və eyni zamanda mürəkkəb ədəddir.
Qırx yeddi
Qırx yeddi — say sistemində ədədlərdən biridir. Qırx altıdan sonra, qırx səkkizdən əvvəl gəlir. Qırx yeddi ədədi —tək ədəddir və eyni zamanda sadə ədəddir.
Sarıqamış (Qars)
Sarıqamış — Qars ilinin ilçəsi. Sarıqamış Türkiyənin şimal qərbində Qars vilayətinə aid qəsəbədir. Kiçik qəsəbədir, amma adı Türkiyə və I Dünya Müharibəsi tarixinə düşmüş bir məkandır. Osmanlı İnperiyası ilə Çar Rusiyası arasında 1878-79-cu illərdə baş vervmiş Balkan müharibəsində bu ərazilər Çar ordusu tərəfindən işğal edilmişdir. O vaxtdan 1920-ci ilə qədər bu ərazilər Çar Rusiyası tərəfindən idarə edilib.Rəsmi məlumatlara görə bu dağlarda hücum zamanı 60 min Osmanlı əsgəri donaraq ölmüşdü. Müharibə şəraitində güllə atmadan bu qədər insanın ölümü “Sarıqamış faciəsi” adlandırılır.
GPRS
GPRS (General Packet Radio Service — ümumi istifadə üçün paketli radiorabitə) — GSM mobil şəbəkələrində paketləri ötürmək üçün istifadə edilən texnologiyadır. GPRS-lə qoşularkən antenalarında hal-hazırda istifadə edilməyən səs kanalları istifadə edilir. Telefonun qurğusundan asılı olaraq bu qoşulma kanalları 2, 4 və daha artıq ola bilər. Ona görə də GRRS-lə qoşulma vaxtı internetdə məlumatlar 56 kbit/s-dən 114 kbit/s sürətinəcən ola bilər.
Gips
Gips (material) — mükəmməl inşaat materialıdır. Gips (mineral) — mineral.
Girk
Girk — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. Əhalisi 352 nəfərdir ki onunda 178 nəfəri kişi, 174 nəfəri qadındır.
Girn
Kırna (əvvəlki adı: Kirnə) — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Kirnə kənd inzibati ərazi dairəsi tərkibindəki Kirnə kəndi Kırna kəndi, Kirnə kənd inzibati ərazi dairəsi Kırna kənd inzibati ərazi dairəsi adlandırılmışdır. Culfa rayonunun Kırna kəndində memarlıq abidəsi. Abidə Naxçıvan memarlıq məktəbinin mərkəzi günbəz tipli binalar sahəsində də diqqətəlayiq memarlıq kompozisiya üsulları yaratdığını göstərir. Abidənin ümumi quruluşu onun türbə və ya məscid olması haqqında mülahizə irəli sürməyə əsas verir. Planda kvadratşəkilli olan bina türbələr üçün səciyyəvi şəkildə ikiqat örtüklü olub, içəridə çatmatağlı, xaricdən isə piramidaşəkilli çadırvarı günbəzlə örtülmüşdür. Beləliklə, Kırna abidəsi ümumi kompozisiyası etibarı ilə günbəz-qülləvarı adlandırılan Azərbaycan türbələri sırasına daxil edilə bilər. Kırna abidəsi bir sıra xüsusiyyətlərinə görə Əlincəçay Xanəgahındakı abidəyə oxşayır. Bu, türbənin daxili günbəzinin quruluşunda və xüsusən xarici çadırvarı günbəzin oxşarlığında özünü göstərir. Hər iki abidənin xarici örtüyü 16 səthli piramida şəklində həll edilmişdir.
Giro
Giro vulusvalisi — Əfqanıstanın Qəzni vilayətində inzibati ərazi vahidi.
Girsu
Girsu (şum. 𒄈𒋢𒆠) — qədim Şumer şəhəri. Laqaşdan təxminən 25 km (16 mil) şimal-qərbdə, müasir Təll Tello, Ziqar mühafəzəsi, İraqda yerində yerləşir. Girsuda insanlar Übeydlər dövründə (e.ə. 5300–4800) məskunlaşmışdır, lakin mühüm fəaliyyət səviyyəsi erkən sülalə dövründə (e.ə. 2900–2335) başlamışdır. Qudea zamanında, Laqaşın ikinci sülaləsi dövründə Girsu Laqaş Krallığının paytaxtı oldu və siyasi hakimiyyət Laqaş şəhərinə keçdikdən sonra onun dini mərkəzi olmağa davam etdi. III Ur dövründə Girsu imperiyanın əsas inzibati mərkəzi idi. Urun süqutundan sonra Girsu əhəmiyyətini itirdi, lakin təxminən e.ə. 200-cü ilə qədər məskunlaşıldı.
Hirs
Hirs — bu və ya digər obyektin hərəkətləri nəticəsində insanda yaranan bəzi fenomen, qəzəb və ya qəzəbdən narazılıqda ifadə olunan mənfi duyğu və reaksiya, gərgin emosional cavab. Hirs qəbul edilən provokasiyaya, təhqirə və ya hədəyə güclü, narahat və qeyri-adekvat cavabı əhatə edir. Hirsli insan tez-tez ürək döyüntüsünün artması, qan təzyiqinin yüksəlməsi və adrenalin və norepinefrin səviyyələrinin artması kimi fiziki təsirlərlə üzləşir. Hirsin bir çox fiziki və zehni təsirləri ola bilər. Hirsin zahiri ifadəsi üz ifadələrində, bədən ifadələrində, fizioloji reaksiyalarda, bəzən isə ictimai aqressiv hərəkətlərdə müşahidə oluna bilər. Üz ifadələri qaşların içəriyə əyilməsindən tam qaşqabağa qədər dəyişə bilər. Müasir psixoloqlar hirsi, demək olar ki, bütün insanların zaman-zaman yaşadığı normal, təbii və yetkin bir duyğu və yaşamaq üçün funksional əhəmiyyəti olan bir şey kimi qiymətləndirirlər. Bununla belə, idarə olunmayan qəzəb şəxsi və ya sosial rifaha və başqalarına mənfi təsir göstərə bilər. Müasir cəmiyyətdə qəzəb tez-tez avtomobil idarə edərkən yaranır (“yol qəzəbi”).
Kirs
Kirs (Kirov) — Rusiyada şəhər. Kirs (Qafan) — Zəngəzur mahalının Qafan rayonunda kənd.
QİÇS
QİÇS (Qazanılmış İmmun Çatışmazlığı Sindromu; ing. Acquired Immune Deficiency Syndrome) insanda HİV-infeksiyasının səbəb olduğu immunsisteminin zəifləməsi nəticəsində ortaya çıxan simptomların kombinasiyasını ifadə edir. Xəstələrdə həyatı təhdid edən opportunistik infeksiyalara və bədxassəli şişlərə səbəb olur. QİÇS 1 dekabr 1981-ci ildə müəyyən simptomlar toplusunun QİÇS olaraq müəyyənləşdirilməsindən sonra ABŞ Xəstəliklərin İdarə olunması və Müalicəsi Mərkəzləri (CDC) tərəfindən özlüyündə bir xəstəlik olaraq qəbul edildi. QİÇS-ə gətirib çıxara bilən HİV cinsi yolla keçən xəstəliklərə aiddir. BMT-nin HIV/AIDS üzrə Birgə Proqramına görə 2019-cu ildə dünya miqyasında 37,9 milyon HİV-pozitiv insan yaşayırdı. 2019-cu ildə 1,7 milyon yeni yoluxma halı qeydə alındı və 0,77 milyon insan HİV/QİÇS səbəbindən öldü. Epidemiya başlayandan bəri 35 milyon insan HİV-dən dünyasını dəyişib. HİV-ə yoluxanların nisbəti dünya miqyasında orta hesabla 15–49 yaşlı şəxslərin 0,8%-i civarındadır, bir sıra Afrika ölkələrində isə bu nisbət 25%-ə çatır. Qoruyucu peyvənd mövcud deyil.
Qırış
Qırışlar — mimika əzələlərinin aktivliyi, dərinin elastikliyinin itirilməsi və digər səbəblərdən dəridə yaranan bükük qatların
Qir
Qir- İranın Fars ostanının şəhərlərindən və Qir və Karzin şəhristanının mərkəzidir.2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 16,839 nəfər və 3,722 ailədən ibarət idi.
Qış
Qış – İlin dörd fəslindən biridir. Fəsil adətən hava tempraturunun aşağı olması ilə səciyyələnir. Yarımkürədən asılı olaraq, zaman-zaman ardıcıl yağıntılarla müşayiət olunan hava şəraiti ilə digər fəsillərdən fərqlənir. Qış fəslinin xüsusiyyətləri Qış üç uzun aydan ibarətdir: qarlı dekabr, şaxtalı, günəşli yanvar və çovğunlu, qəzəbli fevral. Qışda təbiət tüklü qarın ağ yorğanı altında etibarlı şəkildə gizlənərək şirin bir yuxuya qərq olur. Bəzi günlərdə şaxta olar, bəzən sükut yalnız meşədə bir budağın xırıltısı ilə pozular, digərlərində isə küləyin soyuq uğultusu ilə qar çovğunu hökm sürər. Hər fəslin hər gözəlliyi olsa da, qış fəsli bir ayrı gözəldir. Yəqin ki, onu gözəlləşdirən və fərqləndirən ən əsas özəlliyi də "sahib olduğu" qar yağışıdır. İlin yalnız bu fəslində qara rast gəlmək olur və kiçikdən böyüyə hər kəsin qarla olan əyləncə dövrü başlanır. Qışı sevdirən digər bir cəhət də, bu fəsildə ən çox sevilən bayramlardan biri olan Yeni ilin keçirilməsidir.
İrs
Vərəsəlik (və ya "irs") — kiminsə ölümündən sonra onun qalan mülkiyyətinə malik olma prosesi. Vərəsəliklə alınan mülkiyyət "irsi mülkiyyət" adlanır. Vəfat edənin mülkiyyəti ya onun vəsiyyətnaməsi və ya məhkəmə qərarı ilə birdəfəlik yolla və tam şəkildə keçir. İrslə həmiçinin aristokrat titulu və mənəvi mədəniyyət də keçir. Xalqların və cəmiyyətlərin əvvəlki nəsillərin mədəniyyətinə irsən malik olmaları da qəbul edilib. Monarxiyalı dövlətlərdə dövlət hakimiyyətinin də nəsil irsi ilə keçməsi hüququ mövcuddur. a b C.E. Bosworth et al, ed (1993). "Mīrāth". Encylopaedia of Islam. 7 (second ed.).
Azərbaycanda QİÇS
Azərbaycanda QİÇS - Azərbaycandakı QİÇS-lə bağlı vəziyyəti izah etmək üçün istifadə olunan termin. Azərbaycanda ilk dəfə QİÇS virusu 1992-ci ildə aşkar edilmişdir. Respublika QİÇS-lə Mübarizə Mərkəzinin 2014-cü ilə aid hesabatına əsasən Azərbaycanda HİV müsbət 4902 nəfər qeydiyyata götürülüb. Onlardan 4735 nəfəri Azərbaycan vətəndaşı, 167 nəfəri isə əcnəbidir. HİV-ə yoluxmuş Azərbaycan vətəndaşlarından 3597-i kişi, 1138-i qadındır. QİÇS mərhələsində olan insanların sayı 1519 nəfər, onlardan Azərbaycan vətəndaşlarının sayı 1495 nəfərdir. HİV infeksiyasından dünyasını dəyişmiş insanların sayı 681 nəfər, onlardan Azərbaycan vətəndaşların sayı 671 nəfər olmuşdur. 4735 nəfər Azərbaycan vətəndaşından 2587-də HİV virusuna yoluxma inyeksion narkotik istifadəsi nəticəsində, 1661-də heteroseksual, 61-də isə homoseksual kontakt nəticəsində, 83-də anadan uşağa keçməklə, 1-də donor qanının köçürülməsi nəticəsində baş vermişdir; 342 nəfərdə yoluxma yolu naməlumdur. Birləşmiş Millətlər Təşkilatının HİV/QİÇS üzrə proqramının Ümümdünya QİÇS günü ərəfəsində dərc etdiyi məlumatda göstərilir ki, QİÇS pandemiyasının qarşısının alınmasında bir sıra nailiyyətlər əldə edilməsinə baxmayaraq, epidemiya ilə mübarizədə dönüş yaranması və 2030-cu ildə qarşısının alınması məqsədilə 2020-ci ilədək sürətləndirilmiş planlı tədbirlər həyata keçirilməlidir. Bu tədbirlər 5 il müddətində 3 əsas göstəricini hədəfləyir: HİV-lə yaşayanların 90%-ı HİV-ə yoluxduqlarından xəbərdar olmalıdırlar.
Böyük Kirs
Böyük Kirs — Azərbaycan Respublikasında dağ. Qarabağ silsiləsində ən hündür zirvələrdən biridir. Xocavənd və Şuşa rayonları sərhədindədir. Orta Yuranın vulkanogen-çökmə suxurlarından ibarətdir. Azərbaycan mənbələrinə görə dağın hündürlüyü 2725 metr. Ermənistan mənbələrinə görə isə 2724.6 metrdir. Zirvədən Allı çayı başlayır. Kiçik Kirs oronimindən fərqləndirmək məqsədilə belə adlandırılmışdır. Kirs toponimik termin kimi "şiş təpə, sıldırım dağ" mənalarında işlənir.
Ceyn Pirs
Ceyn Pirs (ing. Jane Means Appleton Pierce; 12 mart 1806[…] – 2 dekabr 1863[…]) - ABŞ Prezidenti Franklin Pirsin həyat yoldaşıdır. New Hampshire da anadan olmuş Ceyn, atasının ölümündən sonra on üç yaşından sonra nənə və babası ilə böyüdü. 19 noyabr 1834-cü ildə iyirmi səkkiz yaşında evləndiyi bir gənc vəkil Franklin Pirs ilə tanış oldu. Cütlüyün üç uşağı var idi, lakin üçü də gənc yaşda öldü: Franklin Pirs, Kiçik (1836-cı ildə anadan olub vəfat etdi), Frank Robert Pirs (1839–1843) və Benjamin Pirs (1841–1853). Pirs Nümayəndələr Palatasının üzvü idi və 1837-ci ildə senator oldu. Vaşinqtonda həyatdan nifrət edən Jane, Pirsin senator vəzifəsindən istefa etməsini və 1842-ci ildə baş verən Nyu Hampşirə qayıtmasına məcbur etdi. 1852-ci ildə Demokratik Partiya Pirs'i prezidentliyə namizəd seçəndə həyat yoldaşı xəbəri yaxşı qəbul etmədi. Oğlu Benjamin'in ölümü eyni vaxtda baş vermişdi. Kədərdən dağıdılmış Jane Pierce, birinci xanım fəaliyyətlərindən uzaq oldu.
Fantastic Girl
Fantastic Girl — koreyalı müğənni Li Çjon Hyonun 6-cı albomu. Albomun 4, 5, 6, 9 və 10-cu trekləri YD Online tərəfindən paylanılan və T3 Entertainment tərəfindən hazırlanan Audition Online video oyununda istifadə olunmuşdur. Onun "I Love You, Chul Soo" mahnısı üçün hazırlanmış musiqi videosundakı saç stili və geyimi oyunda satın alına bilinən avatar aksessuarı kimi təqdim edilmişdir. FunFun (feat. Double K) 나만봐 (Namanbwa) Just Look At Me 틀 (Teul) Formula 철수야 사랑해 (Cheolsuya Saranghae) I Love You, Chul Soo Welcome to my style 달려 (Dallyeo) Run 남자는 여자를 귀찮게 해 (Namjaneun Yeojareul Gwichankehae) Men Annoy Women 어떻게 (Eotteoke) How 또 사랑할 수 있을까 (Tto Saranghalsu Isseulkka) Will I Be Able To Love Again?
Franklin Pirs
Franklin Pirs (ing. Franklin Pierce, 23 noyabr 1804[…] – 8 oktyabr 1869[…], Konkord (Nyu-Hempşir)) — Amerika Birləşmiş Ştatlarının 14-cü prezidenti (1853–1857). XIX əsrdə doğulmuş ilk prezident. Onun prezidentliyi müharibənin qaçılmazlığını göstərən ictimai gərginlik və dəyişikliklər dövrünə təsadüf edir. ABŞ-nin 14-cü prezidenti Franklin Pirs 23 noyabr 1804-cü ildə Nyu-Hempşir ştatının Hillsboro şəhərində anadan olmuşdur. Atası bencamin Pirs inqilab generalı və ştatın qubernatoru olmuşdu. Çox da varlı olmayan Pirslər ailəsi övladlarının yaxşı təhsil almasına çalışmışlar. Franklin Pirs ilk təhsilini məşhur Bouduin kollecində almışdı.. Kolleci birirən Franklin üç il ərzində hüquq elmlərini öyrənir və 22 yaşında özəl vəkil kontorunu açır. Franklin Pirs 9 noyabr 1834-cü ildə Bouduin kollecinin keçmiş prezidentinin qızı Ceyn Minz Epltonla ailə həyatı qurur.
Gips (material)
Gips — inşaat materialı. Gips əsaslı tikinti materialları öz fiziki və texniki xassələrinə göra unikaldırlar. Gips, hava keçirən materialdır və eyni zamanda müəyyən miqdarda rütubəti özünə hopdurur, odadavamlılığı təmin edir və digər materiallarla müqayisədə yüksək səs termik izolyasiya xüsusiyyətlərinə malikdir. Gipsin tərkibində toksinlər yoxdur. O, bədənin dərisi ilə eyni pH dərəcəsinə malikdir. Gips ətraf mühit üçün zərərsiz və təhlükəsiz material olduğu üçün müxtəlif sahələrdə istifadə olunur. Deməli, gips uzaq keçmişdən məlum və böyük gələcəyi olan mükəmməl inşaat materialıdır.
Gips (mineral)
Gips – CaSO4 •2H2O — monoklinik sinqoniya. Rast gəlmə tezliyi şkalası: tez-tez rast gələn. Rəng – rəngsiz, qar kimi ağ, qatışıqlarından asılı olaraq boz, sarımtıl, mavi, narıncı, qırmızı, qəhvəyi, qara rənglər alır; Mineralın cizgisinin rəngi – ağ; Parıltı – ayrılma müstəvilərində şüşə, sədəfi, lifli aqreqatlarında – ipəyi; Şəffaflıq – şəffafdan yarımşəffafadək; Sıxlıq – 2,32; Sərtlik – 1,5–2; Vərəqləri əyilgəndir, lakin elastik deyil; Ayrılma – {010} üzrə tam mükəmməl; {100} üzrə orta; Sınıqlar – kristallarda – pilləli, xırdadənəli aqreqatlarda – hamar, çubuqvarı əmələgəlmələrdə – tikanlı; Başqa xassələr – suda 1 hissə gips : 2 hissə su nisbətində hiss olunacaq dərəcədə həll olur; Morfologiya – kristallar: lövhə- və sütunvarı, prizmatik; İkiləşmə: {100} və {101} üzrə tez-tez qaranquş quyruğunu xatırladan təmas ikiləşmələri rast gəlir; nadir hallarda xaç şəkilli qarşılıqlı nüfuzetmə ikiləşməsi qeyd edilir; Mineral aqreqatları: bütöv, dənəvər, sıx, lifli, vərəq- və torpaqvari kütlələr, konkresiyalar, druzalar, "gips-qızılgülü" şəklində kristal bitişikləri, anhidrit, halit və kalsit üzrə psevdomorfozalar, ontoditlər, helektitlər və s. Gips müxtəlifliklikləri: alebastr – incədənəli massiv, bəzən mərmərə bənzər Gips; selenit – parallel-lifli yarımşəffaf Gips; atlas şpat–lifli, ipək parıltılı Gips; poykilit Gips – çoxlu (75%-dək) qum möhtəviləri saxlayan kristallik qumlu Gips. Müxtəlif mineraləmələgəlmə proseslərinin məhsuludur. Dəniz hövzələrinin tam tədric olunmamış ayrılmış sahələrində buxarlanma yolu ilə halogenezin başlanğıc mərhələlərində karbonatlardan sonra xemogen-çökmə yolla ilk kristallaşan minerallardan biridir. Müxtəlif çökmə süxurlarda – əhəngdaşları, mergel, gillərdə və b. nazik laycıqlar əmələ gətirir. Gipsin iri yataqlarının böyük əksəriyyətinin formalaşması səthəyaxın zonada (100–150 metrədək) aşağı xarici təzyiq şəraitində ("gips papaqları" və s.) çökmə süxur qatlarında anhidritin hidratlaşması ilə əlaqədardır. Sulfid yataqlarının oksidləşmə zonalarında, müxtəlif süxurların aşınma qabığında sulfat məhlullarının karbonat əmələgəlmələrinə təsiri nəticəsində də kristallaşır.
Giriş/çıxış
Giriş/çıxış (ing. Input/output) – "kompüter" anlayışını təyin edən üç hərəkətdən (giriş, emal, çıxış) ikisi. Giriş-çıxış məsələlərinə mikroprossesor üçün verilənlərin yığılması və nəticələrin çıxış qurğuları (displey, disk və ya printer) vasitəsilə istifadəçi üçün əlçatan şəkildə çıxarılması aiddir. Klaviatura və siçan informasiyanı kompüterin "başa düşdüyü" şəklə çevirən giriş qurğularıdır. Disk həm giriş, həm də çıxış qurğusudur; o, həm ona yazılmış informasiyanı verə bilər, həm də emaldan sonra verilənləri saxlaya bilər. Giriş/çıxış bufferi Giriş/çıxış kanalı Giriş/çıxış kontrolleri Giriş/çıxış məhdudlaşdırması Giriş/çıxış portu Giriş/çıxış qurğusu İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.