Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Cəbrayil
Cəbrayıl şəhəri — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun Cəbrayıl şəhər inzibati ərazi dairəsində şəhər. Cəbrayıl rayonunun inzibati mərkəzi. == Tarixi == Cəbrayıl şəhəri 1993-cü ilin avqust ayının 23-ü ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdur. 2020-ci ilin 4 oktyabrında Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunmuşdur. == Əhalisi == Rusiya imperiyasının əhalinin siyahıya alınması üzrə 1897-ci il Cəbrayılda 520 insan yaşayırdı, onların 228 erməni, 186 azərbaycanlı, 76 rus, 18 ukraynalı və başqaları idi. SSRİ-in Ümumittifaq Əhalinin siyahıya alınmasına əsasən 1989-cu il Cəbrayılda 6070 insan yaşayırdı.
Səbail
Səbail rayonu (əvvəlki adı: 26 Bakı komissarı rayonu) — Bakıda rayon. Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının 29 aprel 1992-ci il tarixli, 112 saylı Qərarı ilə Bakı şəhərinin 26 Bakı komissarı rayonu Səbail rayonu adlandırılmışdır. == Tarixi == Bakı şəhərinin Xəzər dənizi sahili boyu yerləşən mərkəzi rayonu. Paytaxtın Nəsimi, Yasamal, Qaradağ rayonları ilə həmsərhəddir. Səbail rayonu Bakı şəhərinin ən qədim yaşayış məskəni olsa da, ötən əsrin 20-ci illərindən inzibati ərazi vahidi kimi formalaşmışdır. Rayon əvvəlcə "Bayıl Bibi-Heybət", 1931-ci ildən "Stalin", 1960-cı ildən isə "26 Bakı Komissarları" adını daşımış və 29 aprel 1992-ci ildən Səbail rayonu adlandırılmışdır. Səbail — Bakı buxtasında, sahildən təqribən 350 m cənub-qərbdə yerləşmiş tarixi-memarlıq abidəsinin adıdır. Uzunluğu 140, eni 35 m-dir. 3 dairəvi və 12 yarımdairəvi bürcü olan daş divarla (eni 1,2–2 m) əhatələnmişdir. Arxeoloci tədqiqatlar zamanı Səbaildən üzərində ərəb dilində kitabə, insan, quş və heyvan təsviri olan 700-dək daş, habelə Şirvanşah Gerşasbın (1203/04–1224-cü illər) adından kəsilmiş mis pul, bina qalıqları, gil qablar, dəndaşı, daş pərsəng, bıçaq tiyəsi, mismar və s.
Əbabil
İslam ənənəsinə görə, Yəmən hökmdarı Əbrəhə döyüş filləri ilə birlikdə Kəbəni dağıtmaq üçün Məkkə üzərinə hücum edəndə Allahın əmri ilə bir dəstə quş Qırmızı dəniz tərəfdən uçub gəlmişdi. Onların hər biri dimdiyində və iki caynağında bişmiş gildən düzəlmiş xırda daş tutmuşdular. Quşların atdıqları daşlar döyüşçülərin bədənində yara əmələ gətirərək tezliklə onların ölümünə səbəb oldu. Bu hadisə barədə Qurani-Kərimin 5 ayədən ibarət olan Fil surəsində (105-ci surə) bəhs edilir.Bu quşların hansı növə aid olması məlum deyildir. Çünki, əbabil sözü "dəstə" (quş qatarı) mənasına gəlir. Quranda Fil surəsində istifadə olunan {طَيْرًا اَبَابِيلَ, oxunuş: tayran əbabil(ə)} ifadəsi isə aşağıdakı kimi izah olunur. “Tayr” uçan bir şey (xüsusən quş) deməkdir, dilimizdəki təyyarə sözünün kökü də bu sözdür. “Əbabil” isə dəstə/sürü mənasına gələn və çoxluq ifadə edən sözdür (dilimizdəki ilxı, naxır sözləri kimi). Ərəb dilində dəvə sürüsü, at sürüsü ifadələrində də “sürü” mənasını ifadə edərkən “əbabil” sözü işlənir.Lakin, ölkəmizdə qara uzunqanad (lat. Apus apus) növünü səhvən əbabil adlandıranlar var.
Həkim Cəbrayil
Həkim Cəbrayil(vəfatı 1616). == Həyatı == Həkim Cəbrayil Həkim Məhəmməd Bəqərin oğlu. Tibb elmini Qəzvin və İsfahan şəhərlərində öyrənmişdi, mehriban xasiyyəti və səhavətinə görə şöhrət tapmışdı. Təhsilini başa vurandan sonra, şahın əmri ilə Ərdəbilin "Darül-İrşad" mədrəsəsinə dərs deməyə göndərilmişdi. Müəyyən müddətdən sonra, o, Ərdəbili tərk edib, Hindistana yollanır və Əbdürrəhim Hani-Hanan adında xeyriyyəçinin sarayına yol tapır. Lakin Həkim Cəbrayıl orada çox qalmır və Hindistanın Dekkan əmirliyinə üz tutur. Orada, o, Qolkunda şəhərinin hökmdarı Məhəmmədqulu Qütb Şahın himayəsini qazanır və ölümünə qədər orada yaşayır.
HESA Əbabil
İranın HESA şirkətinin istehsal etdiyi "Ababil" PUA-ları tək mühərrikli çoxməqsədli taktiki pilotsuz uçuş aparatıdır. "Ababil" PUA-ları əsasən "Ababil-2" və "Ababil-3" versiyalarında istehsal edilir. "Ababil-2"-nin özü isə bir neçə variantda buraxılır. Bu PUA-lar uzunmənzilli və aşağı texnologiyaya malik pilotsuz vasitə sayılır. . "Ababil" proqramı İran-İraq müharibəsi zamanı başlayıb. 1990-cı illərdə inkişaf etdirilən "Ababil-2" adi müşahidə imkanlarına malikdir və yüngül döyüş sursatı kimi də tətbiq edilə bilər, lakin daha çox HHM sistemləri üçün pilotsuz hədəf olaraq istifadə olunur. 2000-ci illərdə təqdim edilən daha böyük və daha geniş qabiliyyətli "Ababil-3" kəşfiyyat və müşahidə məqsədilə hazırlanıb və bunun üçün imkanlarını da inkişaf etdirib. Ümumilikdə, "Ababil" olduqca sadə, ucuz və istifadəsi asan bir sistemdir. "Ababil-2" və "Ababil-3" Orta Şərq və digər ölkələrin hökumət qüvvələrinə və qeyri-dövlət iştirakçılarına geniş şəkildə ixrac edilib.
Səbail-2
Səbail (tanrı)
Səbail — qədim dövrlərdə Abşeron yarımadasında yaşayanların mifologiyasında dəniz tanrısı. O, yer və dəniz arasındakı balansı qoruyur, dəniz küləklərinə nəzarət edir. Səbail haqqında məlumat Əbubəkr ibn Xosrov əl-Ustad tərəfindən yazılmış, 365 səhifədən ibarət "Munisnamə" əsərində verilmişdir. Azərbaycanlı tədqiqatçı Cavid Ağa Bayıl qalasının adının eyniadlı tanrının adına əsaslanması, burada ona həsr olunmuş məbədin olma ehtumalını istisna etmir.
Səbail FK
"Səbail" Peşəkar Futbol Klubu — Bakı şəhərininin Səbail rayonunu təmsil edən eyniadlı futbol klubu. Klub 2016-cı ildə yaranıb. Səbail FK ev matçlarnı ASCO Arenada keçirir.
Səbail PFK
"Səbail" Peşəkar Futbol Klubu — Bakı şəhərininin Səbail rayonunu təmsil edən eyniadlı futbol klubu. Klub 2016-cı ildə yaranıb. Səbail FK ev matçlarnı ASCO Arenada keçirir.
Səbail bələdiyyəsi
Bakı bələdiyyələri — Bakı şəhərinin ərazisində yerləşən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. Hal-hazırda Bakıda 53 bələdiyyə var. == Binəqədi rayonu == == Xətai rayonu == == Xəzər rayonu == == Qaradağ rayonu == == Nərimanov rayonu == == Nəsimi rayonu == == Nizami rayonu == == Pirallahı rayonu == == Sabunçu rayonu == == Səbail rayonu == == Suraxanı rayonu == == Yasamal rayonu == == Şəkillər == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Səbail rayonu
Səbail rayonu (əvvəlki adı: 26 Bakı komissarı rayonu) — Bakıda rayon. Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının 29 aprel 1992-ci il tarixli, 112 saylı Qərarı ilə Bakı şəhərinin 26 Bakı komissarı rayonu Səbail rayonu adlandırılmışdır. == Tarixi == Bakı şəhərinin Xəzər dənizi sahili boyu yerləşən mərkəzi rayonu. Paytaxtın Nəsimi, Yasamal, Qaradağ rayonları ilə həmsərhəddir. Səbail rayonu Bakı şəhərinin ən qədim yaşayış məskəni olsa da, ötən əsrin 20-ci illərindən inzibati ərazi vahidi kimi formalaşmışdır. Rayon əvvəlcə "Bayıl Bibi-Heybət", 1931-ci ildən "Stalin", 1960-cı ildən isə "26 Bakı Komissarları" adını daşımış və 29 aprel 1992-ci ildən Səbail rayonu adlandırılmışdır. Səbail — Bakı buxtasında, sahildən təqribən 350 m cənub-qərbdə yerləşmiş tarixi-memarlıq abidəsinin adıdır. Uzunluğu 140, eni 35 m-dir. 3 dairəvi və 12 yarımdairəvi bürcü olan daş divarla (eni 1,2–2 m) əhatələnmişdir. Arxeoloci tədqiqatlar zamanı Səbaildən üzərində ərəb dilində kitabə, insan, quş və heyvan təsviri olan 700-dək daş, habelə Şirvanşah Gerşasbın (1203/04–1224-cü illər) adından kəsilmiş mis pul, bina qalıqları, gil qablar, dəndaşı, daş pərsəng, bıçaq tiyəsi, mismar və s.
Əbabil (Mifologiya)
İslam ənənəsinə görə, Yəmən hökmdarı Əbrəhə döyüş filləri ilə birlikdə Kəbəni dağıtmaq üçün Məkkə üzərinə hücum edəndə Allahın əmri ilə bir dəstə quş Qırmızı dəniz tərəfdən uçub gəlmişdi. Onların hər biri dimdiyində və iki caynağında bişmiş gildən düzəlmiş xırda daş tutmuşdular. Quşların atdıqları daşlar döyüşçülərin bədənində yara əmələ gətirərək tezliklə onların ölümünə səbəb oldu. Bu hadisə barədə Qurani-Kərimin 5 ayədən ibarət olan Fil surəsində (105-ci surə) bəhs edilir.Bu quşların hansı növə aid olması məlum deyildir. Çünki, əbabil sözü "dəstə" (quş qatarı) mənasına gəlir. Quranda Fil surəsində istifadə olunan {طَيْرًا اَبَابِيلَ, oxunuş: tayran əbabil(ə)} ifadəsi isə aşağıdakı kimi izah olunur. “Tayr” uçan bir şey (xüsusən quş) deməkdir, dilimizdəki təyyarə sözünün kökü də bu sözdür. “Əbabil” isə dəstə/sürü mənasına gələn və çoxluq ifadə edən sözdür (dilimizdəki ilxı, naxır sözləri kimi). Ərəb dilində dəvə sürüsü, at sürüsü ifadələrində də “sürü” mənasını ifadə edərkən “əbabil” sözü işlənir.Lakin, ölkəmizdə qara uzunqanad (lat. Apus apus) növünü səhvən əbabil adlandıranlar var.
Cəbrayıl
Cəbrayıl şəhəri — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun Cəbrayıl şəhər inzibati ərazi dairəsində şəhər. Cəbrayıl rayonunun inzibati mərkəzi. == Tarixi == Cəbrayıl şəhəri 1993-cü ilin avqust ayının 23-ü ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdur. 2020-ci ilin 4 oktyabrında Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunmuşdur. == Əhalisi == Rusiya imperiyasının əhalinin siyahıya alınması üzrə 1897-ci il Cəbrayılda 520 insan yaşayırdı, onların 228 erməni, 186 azərbaycanlı, 76 rus, 18 ukraynalı və başqaları idi. SSRİ-in Ümumittifaq Əhalinin siyahıya alınmasına əsasən 1989-cu il Cəbrayılda 6070 insan yaşayırdı.
Gəraylı
Aşıq şeirinin geniş yayılmış növlərindən biridir. Hər bəndi dörd misradan, hər misrası səkkiz hecadan ibarət olan 3–5 bəndlik şeirə gəraylı deyilir. Qafiyə quruluşu belədir: a b c b, ç ç ç b, d d d b, e e e b, ə ə ə b. Son bəndin misralarının birində aşıq öz təxəllüsünü söyləyir. Bu bənd möhürbənd adlanır. Gəraylı formasında yazılmış şeirlərdə gözəllik, sevgi, təbiət, dostluq kimi mövzular çoxluq təşkil edir. Bir gözəl keçdi qarşıdan, Sallandı, yana yeridi. Kiprik çaxdı, oğrun baxdı, Od saldı cana, yeridi. Ovçu tək bərədə durdu, Qaşlarından kaman qurdu, Müjganın sinəmə vurdu, Qəmzəsi qana yeridi. Hanı belə huri, qılman?!
Səbail-2 FK
"Səbail-2" — Azərbaycan Premyer Liqası təmsilçilərindən olan "Səbail" futbol klubunun əvəzedicilərdən ibarət komandası. Komanda hal-hazırda Azərbaycan Birinci Liqasında çıxış edir. == Tarixi == Komanda 2018-ci ildə yaradılmışdır[mənbə göstərin]. Hal-hazırda Azərbaycan Birinci Liqasında mübarizə aparır.
Səbail seçki dairəsi
Bayıl
Bayıl — Bakıda yaşayış məntəqəsi. "Bayıl" sözü Azərbaycan dilinin bəzi dialektlərində "arxac", "heyvan saxlanan yer" mənasında işlənməkdədir. == Təhsil == == İdman == Məntəqə ərazisində Bayıl stadionu fəaliyyət göstərir.
Ağtəpə (Cəbrayıl)
Ağtəpə — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == 20 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Toponimikası == Ağtəpə oyk., sadə. Cəbrayıl r-nunun Minbaşılı i.ə.v.-də kənd. Düzənlikdədir. Yaşayış məntəqəsi XX əsrin 30-cu illərində Daş Veysəlli kəndindən ayrılmış bir qrup ailə tərəfindən Ağtəpə adlanan yerin yaxınlığında salınmışdır. Adını ərazidəki eyni-adlı dağdan almışdır. İran (Ağtəpə), Sibir (Aktöbe), Əfqanıstan (Aqtəpə, Aqtubə), Özbəkistan (Oktepa), Türkmənistan (Aqdepe), Tatarıstan (Aktübe) toponimiyasında da eyniadlı oykonimlər qeydə alınmışdır. == İqtisadiyyatı == Əsas təsərrüfatı heyvandarlıq idi.
Bürc-Mənayıl
Bürc-Mənayıl (ərəb. برج منايل‎, fr. Bordj Menaïel) — Əlcəzairin şimalında şəhər, Bumerdes vilayətində kommuna. == Coğrafi mövqe == Kommuna vilayətin orta hissəsində, dəniz səviyyəsindən 33 metr yüksəklikdə yerləşir.Kommuna paytaxt Əlcəzairdən təqribən 70 kilometr şərqdə və Bumerdes vilayətinin inzibati mərkəzindən 35 kilometr şərqdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 64,820 nəfər idi.
Cəbrayıl (Bicar)
Cəbrayıl (fars. جبرئيل‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 567 nəfər yaşayır (126 ailə). Əhalisini azərbaycan türkləri və kürdlər təşkil edir.
Cəbrayıl (ad)
Cəbrayıl — Azərbaycanlı kişi adı. Bu adı olan tanınmışlarCəbrayıl Əsgərov — şəhid. Cəbrayıl Rzaquliyev — Azərbaycan jurnalisti, ensiklоpedist-lüğətşünas, tərcüməçi. Cəbrayıl Vəliyev — iqtisadiyyat üzrə fəlsəfə doktoru. Cəbrayıl Əzimov — Azərbaycanın kino rəssamı. Cəbrayıl Həsənov — azərbaycanlı güləşçi. Cəbrayıl Əhmədov — Bakı milyonçusu, görkəmli xalça ustası. Cəbrayıl Cəbrayılov — şəhid. "Azərbaycan Bayrağı" ordeni kavaleri.
Cəbrayıl (arxangel)
Cəbrayıl (Cibril) — iudaistik, xristian və müsəlman ənənələrinə görə Allaha ən yaxın olan mələklərdən biri. Xristianlıqda o, arxmələkdir və əvvəlcə Vəftizçi Yəhyanın, sonra isə Məryəmə İsanın doğulacağını (Müjdə) qabaqcadan xəbər verir. İslam ənənəsinə görə o, Allahın iradəsini Qurana köçürmüş və ayrı-ayrı vəhylər şəklində Məhəmməd peyğəmbərə çatdırmışdır. Roland haqqında nəğmədə o, Böyük Karla baş verən hadisələri xəbər verir. Cəbrayıl Azərbaycan folkloruna da daxil olmuşdur. Rəvayətlərdə Cəbrayılın Məhəmməd (ə.s) peyğəmbərə gah Pak Ruh gah da cavan oğlan kimi göründüyü bildirilir. == Etimologiyası == Üç səmavi dində adı keçən bu mələk İbranicə Gavriel; Latınca Gabrielus; Yunanca Gabriel; Aramicə Gabr-el və Ərəbcədə isə Cəbrayıl və ya Cibril olaraq bilinir. Təbəriyyə görə "Cəbrayıl" sözü "Cəbr" və "İl" sözlərinin birləşməsindən yaranmışdır. Burada "Cəbr" "Əbd" (qul) mənasında "İl" isə Allah deməkdir. Dolayısı ilə bu söz Allahın qulu mənasına gəlir.
Cəbrayıl (dəqiqləşdirmə)
Cəbrayıl — Azərbaycan şəhəri, Cəbrayıl rayonunun inzibati mərkəzi. Cəbrayıl rayonu — Azərbaycanda rayon. Cəbrayıl (arxangel) — iudaistik, xristian və müsəlman ənənələrinə görə Allaha ən yaxın olan mələklərdən biri. Cəbrayılabad (Üşnəviyyə) — İranın Qərbi Azərbaycan ostanının Üşnəviyyə şəhristanı ərazisinə daxil olan kənd.
Cəbrayıl (mələk)
Cəbrayıl (Cibril) — iudaistik, xristian və müsəlman ənənələrinə görə Allaha ən yaxın olan mələklərdən biri. Xristianlıqda o, arxmələkdir və əvvəlcə Vəftizçi Yəhyanın, sonra isə Məryəmə İsanın doğulacağını (Müjdə) qabaqcadan xəbər verir. İslam ənənəsinə görə o, Allahın iradəsini Qurana köçürmüş və ayrı-ayrı vəhylər şəklində Məhəmməd peyğəmbərə çatdırmışdır. Roland haqqında nəğmədə o, Böyük Karla baş verən hadisələri xəbər verir. Cəbrayıl Azərbaycan folkloruna da daxil olmuşdur. Rəvayətlərdə Cəbrayılın Məhəmməd (ə.s) peyğəmbərə gah Pak Ruh gah da cavan oğlan kimi göründüyü bildirilir. == Etimologiyası == Üç səmavi dində adı keçən bu mələk İbranicə Gavriel; Latınca Gabrielus; Yunanca Gabriel; Aramicə Gabr-el və Ərəbcədə isə Cəbrayıl və ya Cibril olaraq bilinir. Təbəriyyə görə "Cəbrayıl" sözü "Cəbr" və "İl" sözlərinin birləşməsindən yaranmışdır. Burada "Cəbr" "Əbd" (qul) mənasında "İl" isə Allah deməkdir. Dolayısı ilə bu söz Allahın qulu mənasına gəlir.
Cəbrayıl (Üşnəviyyə)
Cəbrayılabad (fars. جبرئيل اباد‎) - İranın Qərbi Azərbaycan ostanının Üşnəviyyə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 89 nəfər yaşayır (16 ailə). Əhalisini kürdlər təşkil edir.
Cəbrayıl Azadəliyev
Azadəliyev Cəbrayıl Əb­­­­­dü­ləli oğlu (29 noyabr 1935, Mahmudlu, Qafan rayonu) — AMEA Geologiya və Geofizika İnstitutunun əməkdaşı, geologiya-mineralogiya elmləri doktoru, pro­­­­fes­sor. == Həyatı == Cəbrayıl Azadəliyev 1935-ci il noyabrın 29-da Ermənistan SSR-nin Qafan ra­yo­­nunun Mahmudlu kəndində anadan olmuşdur. 1954-cü ildə Gığı kənd tam orta mək­­­­­­­tə­­b­ində orta təhsilini 8 il ərzində əla qiy­mət­­lər­lə ba­şa çat­dır­mışdır. C.Ə.Aza­dəliyev Azərbaycan Dövlət Universitetinin (hazırda Ba­kı Döv­lət Universiteti) Ge­­­­o­lo­­gi­ya-coğ­ra­fi­ya fa­kültəsinin "Ge­o­lo­ji çəkiliş və fay­dalı qa­­zın­tı ya­taq­la­rı­­nın ax­ta­rı­­şı" şö­bə­­sini fər­q­­­­lən­mə diplomu ilə bi­tirmişdir. 1959-cu il­­in iyun ayından aka­­demik M.Ə.Qaş­qayın şəxsi tə­şəbbüsü ilə AMEA Ge­o­lo­gi­ya İns­titu­tun­a (indi­ki Geologiya və Geofi­zi­ka İns­titu­tu) təyinat almış, 1961-ci ildə əyani aspi­ran­t, sonra kiçik elmi iş­çi, böyük elmi iş­çi, böyük elmi iş­çi-qrup rəh­bəri kimi fə­a­­­liyyət gös­­tər­mişdir. 1986-cı il­dən "Me­ta­­so­­­­ma­tizm və fi­liz­əmə­ləgəlmə" şö­bəsinə rəh­bər­lik et­miş­dir. 1967-ci il­dən Ba­kı Döv­lət Uni­versitetinin Fay­da­lı qa­zın­tı­la­rın ge­olo­giyası kafedrasın­da saathe­sabı qaydada pe­da­qoji fəaliy­yət­­lə məşğul olm­­uş, 1999-cu ildən indiyədək kafedranın pro­fes­soru vəzi­­fə­­sində fəaliyyət gös­tə­rir. 1966-cı ildə "Cənubi Daşkəsən dəmir filizi yatağında skarn­ə­mə­ləgəlmə prosesləri" mövzusunda dissertasiya müdafiə edərək geologiya elmləri namizədi adına layiq görülmüşdür. 1998-ci il­də "Plutonogen-üçvəhdətli kontakt-termal metamor­fizm, skarn-filizəmələgəlmə və mis-porfir filizləş­məsi prosesləri (Kiçik Qafqaz timsalında)" möv­zu­sunda dissertasiya müdafiə edərək geologiya elmləri doktoru adına layiq görülmüşdür. == Əsas elmi nailiyyətləri == Professor C.Ə.Aza­dəliyev metamorfizm, metasomatizm və filiz əmələgəlmə pro­seslə­ri­nin fi­ziki-kim­yə­vi analizi, filiz yataqlarının geologiyası, mineralogiyası və geokim­ya­sı, endogen me­tal­­lo­ge­ni­ya, ge­ne­tik mi­ne­ralogiya və fiziki geokimya, tət­bi­qi geo­logiya, geoeko­lo­giya elm sa­hə­­lə­ri üzrə tədqiqatlar aparmışdır.
Cəbrayıl Ağayev
Cəbrayıl Atamalı oğlu Ağayev (20 iyul 1964, Şivlə, Lerik rayonu – 1 yanvar 1993, Ərdəşəvi, Laçın rayonu) — Qarabağ müharibəsi zamanı xüsusi fəallıq göstərmiş, Laçın rayonunun Ərdəşəvi kəndi uğrunda gedən döyüşlər zamanı ömrünü qurban verərək şəhidlik zirvəsini fəth etmiş fateh. == Həyatı == Cəbrayıl Ağayev 20 iyul 1964-cü ildə Lerik rayonunun Şivlə kəndində anadan olmuşdur. O 1981-ci ildə Biləvər kənd orta məktəbini bitirmişdir. 1983-cü ildə Lerik Rayon Hərbi Komissarlığı tərəfindən Sovet ordusu sıralarına çağırılır. Özbəkstan SSR-in Çirçik şəhərində 6 ay, Əfqanstanda 3 il 6 ay Beynəlmiləl qoşun kontingentinin tərkibində xidmət edir. Hərbi xidmətdən sonra General-leytenant H.C.Rəsulbəyov adına Bakı Rabitə Texnikumunu bitirir. Texnikumu bitirdikdən sonra Cəlilabad rayonunun Göytəpə qəsəbəsində yerləşən 741 saylı batalyonda gizir kimi hərbi xidmətə başlayır. Əfqanstanda Cəbrayıl mahir topçu kim ad çıxarır. Döyüşlərdə göstərdiyi şücaət və qəhrəmanlıqları "Döyüşdə fərqlənməyə görə", "Beynəlmiləl döyüşçü döş nişanı", "Əfqan xalqından təşəkkür", "Mərdliyə görə" və sair medallarla, bir sıra fəxri fərman və təşəkkürnamələrlə qiymətləndirilir. == Döyüşlərdə iştirakı == Cəbrayıl Ağayev Qarabağ ordu quruculuğunda fəal iştirak edir.
Cəbrayıl Baxşıyev
Qurd Cəbrayıl və ya Paxan Cəbrayıl (əsl adı: Cəbrayıl Əlibaxış oğlu Baxşıyev) — "Arxadan vurulan zərbə" bədii filminin əsas personajlarından biri. Filmdə mənfi obraz kimi təqdim olunsa da, insanların yaddaşında filmin qəhrəmanı kimi məhz Qurd Cəbrayıl qalıb. Elçin Əfəndiyevin "Ox kimi bıçaq" adlı kino-povesti əsasında çəkilən filmin qəhrəmanının real həyatda, yəni sənəd üzərindəki adı belədir: Baxşıyev Cəbrayıl Əlibaxış oğlu. == Həyatı == Qurd Cəbrayıl 1900-cü ildə Bakının Maştağa kəndində anadan olub. 6 aylığında anasını, 9 yaşında isə atasını itirən Cəbrayıl babasının himayəsində qalıb. Cəbrayılın ata babası Kərbəlayi Sonqulu indiki Bakı Dövlət Sirkinin yerində olan evdə yaşayırmış. "O olmasın, bu olsun" filmində belə bir epizod var. Dovğa satan bir kişi "Kəblə Sonqulu dovğası, Kəblə Sonqulu dovğası" deyərək, müştəri haraylayır. Əslində bu, Cəbrayılın babası Sonquludur. == Səhv gəmiylə Həştərxana == Zəmanəsində dadlı dovğa bişirməsi ilə tanınan babasının yanında dovğa satan 9 yaşlı Cəbrayıl uşaqlıqdan diribaş, həm də dəcəl olub.
Cəbrayıl Cəbrayılov
Cəbrayıl Cəbrayılov - Qarabağ müharibəsi iştirakçısı, şəhid. "Azərbaycan Bayrağı" ordeni kavaleri (1994-cü il) == Həyatı == Cəbrayıl Nuşirəvan oğlu Cəbrayılov 30 may 1959-cu ildə Ağdam rayonunun Qiyaslı kəndində anadan olub. Əslən Laçın rayonunun Ələkçi kəndində olan Qasımuşağı nəslindəndir. O, 1976-cı ildə Söyüdlügöl kənd orta məktəbini bitirmişdir. 1978-1979-ci illərdə keçmiş Sovet ordusu sıralarında hərbi xidmətdə olmuşdur. Hərbi xidmətini başa vurduqdan sonra sadə dülgər peşəsinə yiyələnmişdir. Daim qurub yaratmaq arzusu, həvəsi ilə yaşamışdır. Qarabağda "Qurd Cəbrayıl" kimi ad alıb san qazanmış, ermənilərin ürəyinə türk xofu salan Cəbrayıl Cəbrayılov haqqında çox deyilib, çox yazılıb. O da deyilib ki, Cəbrayılın adı gələndə həmişə ermənilərin canına vəlvələ düşürdü. Bu mərd, qorxmaz döyüşçü Yaqub Rzayevin komandir olduğu 863№-li hərbi hissədə 1992-ci ilin yanvar ayından xidmətə başlayıb.
Cəbrayıl Dövlətzadə
Cəbrayıl Dövlət oğlu Dövlətzadə (11 sentyabr 2001, Corat, Sumqayıt – 28 sentyabr 2020, Kəlbəcər rayonu) — əsgər, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Cəbrayıl Dövlətzadə 2001-ci il sentyabrın 11-də Sumqayıt şəhərində Məleykə və Dövlət Dövlətzadələrin ailəsində anadan olub. Əslən Corat qəsəbəsindən idi. Subay idi. == Hərbi xidməti == === İkinci Qarabağ müharibəsində iştirakı === Azərbaycan Ordusunun əsgəri olan Cəbrayıl Dövlətzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Cəbrayıl Dövlətzadə sentyabrın 28-də Murovdağ döyüşləri zamanı Kəlbəcər rayonu ərazisində şəhid olub. II Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Cəbrayıl Dövlətzadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləyaqətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Cəbrayıl Dövlətzadə ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif edildi.Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Cəbrayıl Dövlətzadə ​ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.
Cəbrayıl Hüseynov
Cəbrayıl Hüseynov (kimyaçı)
Cəbrayıl Həsənov
Cəbrayıl Həsənov (24 fevral 1990, Suparibağ, Astara rayonu) — Azərbaycan güləşçisi, Sərbəst güləşi üzrə 74 kq çəki dərəcəsində 2016-cı il Yay Olimpiya oyunlarının bürünc medalçısı. == Həyatı == Cəbrayıl Həsənov 24 fevral 1990-cı ildə Astara rayonunun Suparibağ kəndində dünyaya gəlib. 1997-ci ildə həmin kəndin orta məktəbində 1-ci sinifə qəbul olunub. Uşaq yaşlarından idmanın sərbəst güləş növünə maraq göstərib. 2001-ci ildə Bakı şəhərindəki "Respublika Olimpiya İdman Liseyinin" 5-ci sinfinə qəbul olub. Burada beynəlxalq idman ustası, əməkdar məşqçi Aslan Ağayevin rəhbərliyi altında sərbəst güləşlə məşğul olmağa başlayıb və eyni zamanda təhsilini davam etdirib. 2003-cü ildən 2008-ci ilə qədər yeniyetmələr və gənclər arasında Avropa və Dünya birinciliklərinin mükafatçısı, eyni zamanda qalibi olub. 2007-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına daxil olub. 2010-cu ildə həmin akademiyanı sərbəst güləş ixtisası üzrə bitirib. == Karyerası == === 2005–2006-cı illər: Yeniyetmələrin və gənclərin Avropa Çempionatında bürünc === Cəbrayıl Həsənov 2005-ci ilin iyulunda Albaniyanın Tirana şəhərində baş tutan yeniyetmələr arasında Avropa Çempionatında mübarizə apardı.
Cəbrayıl Mikayılov
Cəbrayıl Valeh oğlu Mikayılov (22 sentyabr 2000, Siyəzən rayonu – 9 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Cəbrayıl Mikayılov 22 sentyabr 2000-ci ildə Siyəzən rayonunda anadan olub. Subay idi. Atası Valeh Mikayılovdur. 189 nömrəli tam orta məktəbdə oxumuşdur. Məktəb zamanı onun əm yaxın dostları Fərid Kaşıyev, Üzeyir Mehdizadə ve Elçin Rəhimov idi. == Hərbi xidməti == Cəbrayıl Mikayılov 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olmuşdur. Azərbaycan Ordusunun əsgəri olan Cəbrayıl Mikayılov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Cəbrayıl 9 oktyabr 2020-ci ildə Füzuli rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur.
Cəbrayıl Məmmədov
Cəbrayıl Məmmədov (1 iyun 1924, Cəbrayıl rayonu) — Azərbaycan Tibb Universitetinin “Terapevtik və pediatrik propedevtika” kafedrasının professoru, Respublikanın baş allerqoloqu, Tibb elmləri doktoru. == Həyatı == Məmmədov Cəbrayıl Teymur oğlu 01 iyun 1946-cı ildə Azərbaycan Respublikası Cəbrayıl rayonunun Şükürbəyli kəndində anadan olmuşdur. 1969-cu ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutu, müalicə - profilaktika fakultəsini bitirib. 1969-1972-ci illərdə Cəbrayıl rayonunda kənd xəstəxanasının baş həkimi işləmişdir. 1973-cü ildə ATİ-nin II daxili xəstəliklərin propedevtikası kafedrasında baş laborant, 1974-cü ildə assistent, sonradan dosent, professor işləmişdir. 1989- cu il tarixdən 11.VII.2013-cü il tarixə kimi II daxili xəstəliklərin propedevtikası kafedrasının müdiri vəzifəsində çalışmışdır. Azərbaycan Tibb Universitetinin Elmi Şurasının 24 iyun 2013-cü il tarixli 10 saylı qərarına əsasən “I Daxili xəstəliklərin propedevtikası”, “II Daxili xəstəliklərin propedevtikası” və “Uşaq xəstəliklərinin propedevtikası” kafedraları birləşdirilərək onların bazasında “Terapevtik və pediatrik propedevtika” kafedrası yaradılmış və müsabiqə yolu ilə 8.X.2013-cü il tarixdən kafedrada professor vəzifəsinə təyin edilmişdir 2000-ci ildə Respublikanın «Əməkdar həkimi», 2010-cu ildə Azərbaycan Respublikası Prezidentinin qərarı ilə «Əməkdar elm xadimi» fəxri adına layiq görülmüşdür. 1979-cu ildə Tbilisidə "Allerqologiya və İmmunologiya" ixtisası üzrə tibb elmləri namizədi adı almış, 1985-89-cu illərdə Leninqrad şəhərində doktorluq dissertasiyası müdafiə etmişdir. 1990-cı ildə tibb elmləri doktoru, 1991-ci ildə isə professor adı almışdır. Rəhbərliyi altında1996-2012-ci illər arasında 7 nəfər tibb üzrə fəlsəfə elmləri doktoru adı almış və hal-hazırda 2 nəfər fəlsəfə elmləri doktoru, 1 nəfər isə doktorluq dissertasiyası üzərində çalışır.
Cəbrayıl Osmanov
Cəbrail Osmanov — rabitə veteranı, əməkdar rabitə işçisi, prezident təqaudçüsü. == Həyatı == Cəbrail Osmanov 1936-cı ildə Astara rayonunun Koraoba (indiki Tüləgüvan) kəndində anadan olub. 1954-cü ildən rabitəçi kimi çalışıb. Azərbaycan SSR rəhbərliyi tərfində müxtəlif medal və ordenlərlə təltif olunub. Müstəqillik dövründə də əmək fəaliyyətini davam etdirən Cəbrail Osmanov, İlham Əliyevin 2007-ci il sərəncamına əsasən "Prezident Təqaüdü" ilə mükafatlandırılıb.Uzunömürlü, ikinci dünya müharibəsi iştirakçısı, xeyriyyəçi Ömər Əliyevin oğludur. == Mükafatları == 1971. "Şərəf nişanı" ordeni 1974. "Sosialist Yarışı Qalibi" nişanı 1980. "Qırmızı əmək bayrağı" ordeni 1985. " Staxanov hərəkatı 50 illiyi" ilə əlaqədar "Fəxri Fərman" 1986.
Cəbrayıl Qasımov
Cəbrayıl Baloğlan oğlu Qasımov (19 iyul 1996, Ərəb, Masallı rayonu – 8 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Cəbrayıl Qasımov 1996-cı il iyulun 19-da Masallı rayonunun Ərəb kəndində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Cəbrayıl Qasımov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Cəbrayıl Qasımov oktyabrın 8-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Masallı rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Cəbrayıl Qasımov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Cəbrayıl Qasımov ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi.
Nəsimi-Səbail seçki dairəsi
29 saylı Səbail seçki dairəsi
23 saylı Nəsimi-Səbail seçki dairəsi