Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Qarğa
Qarğa (lat. Corvus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin qarğalar fəsiləsinə aid heyvan cinsi. Bədəninin uzunluğu 22–23 sm, kütləsi 150–200 q-dır. Düz və iri dimdikləri var. Bədən ölçülərinə nisbətən iri beyni var. Bu nisbət insan və insan beyni nisbətindən bir az aşağıdır. Tükü yumşaqdır. Rəngi metal parıltılı qara, döşü bozumtul-qara, ağ və ya qara olur. Boynunda yarımhəlqəvi ağ zolaq var. Adi dolaşa Avropa, Asiya və Şimal-Qərbi Afrikada yaşayır.
Qara qarğa
Qara qarğa (lat. Corvus corone) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin qarğalar fəsiləsinin qarğa cinsinə aid heyvan növü. == Təsnifat == Qara qarğa ilk olaraq Karl Linney tərəfindən XVIII əsrdə "Systema Naturae" işi çərçivəsində növ olaraq qeydə alınmışdır. Bu gündə növün lanın adı ilkin variantını qoruyur. Latın adı olan Corvus corone lat. corvus "quzğun" və q.yun. κορώνη "qarğa" sözlərinin birləşməsindən əmələ gəlmişdir. Boz qarğalar kimi Qara qarğalarda ayrıca yarımnövlərə sahibdir. Bununla belə bir mübahisə yaranır ki, Avrasiyanın şərqində yaşayan qarğalarla, avropanın qərbinmdə yaşayanlar arasında nə fərq vardır. Bəzən boz və qara qarğaları eyni növə aid edirlər.
Qarğa (Həştrud)
Qarğa (fars. قارقا‎) — İranın Şərqi Azərbaycan ostanının Həştrud şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 285 nəfər yaşayır (48 ailə).
Qarğa (bürc)
Qarğa (lat. Corvus) — göyün cənub yarımkürəsində bürc.
Kərpicvari qarğa soğanı
Kərpicvari qarğa soğanı - (lat. Gladiolus imbricatus L.) Süsənkimilər – (İridaceae Juss.) fəsiləsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu “Nəsli kəsilməyə həssas olanlar” kateqoriyasına aiddir –VU A2c. Azərbaycanın nadir növüdür. == Qısa morfoloji təsviri == Çoxillik, düz gövdəli (hündürlüyü 50 sm), yaşıl bitkidir. Yarpaqlar xətvari, 5-5,5 mm enindədir. Çiçəkyanlığı 2-2,5 sm uzunluğunda, tünd-bənövşəyi rənglidir.Tərəfləri küt, tərs – oval, yuxarı və aşağı tərəfi eyni uzunluqdadır. Erkəkcik sapı tozcuqdan bir qədər uzun, ağızcıq tərs – neştərşəkillidir == Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri == Çiçəkləmə may, meyvə əmələ gətirmə iyul aylarına təsadüf edir. Soğanaqla və toxumla çoxalır. Dekorativ bitkidir == Yayılması == Böyük Qafqazın Quba hissəsi və şərqi .
Qarğa (film, 1994)
Qarğa, David J. Schow və John Shirley tərəfindən yazılmış, Aleks Proyasın 1994-cü ildə təşkil etdiyi bir Amerikan fövqəltəbii super qəhrəman filmidir. Film, James O'Barrın 1989-cu il tarixli "Qarğa" komik kitabına əsaslanaraq,ölümündən ötrü intiqam almaq və nişanlısının təcavüzü və öldürülməsi üçün ölümdən canlandırılan Erik Draven (Lee) adlı bir rok musiqiçisinin hekayəsini izah edir. Əsas aktyor Brendon Li, qüsurlu bir boşluq çəkilişində təsadüfən yaralanıb və əməliyyat zamanı xəstəxanada öldü. İstehsalata səkkiz gün qaldi,onu göstərən bitməmiş səhnələr senaryoda yenidən yazılmış formatla, ikiqat və rəqəmsal xüsusi efektlər ilə əvəzləşdirildi. Film həm Lee, həm də nişanlısı Eliza üçün həsr olunub.... Li'nin ölümü səbəbiylə bir neçə istehsal çatışmazlığına baxmayaraq, The Crow özünə məxsus vizual stil, emosional dərinliyi və ölən aktyorun himayəsi üçün tənqidi şəkildə qəbul edildi. Film kassanın yuxarı hissəsində açılmış və güclü bir kütləyə qovuşmuşdur.Film üç davam filmi ve televiziya serialından ibarətdir. == Məzmun == 30 oktyabrda Detroyt şəhərində Şeytan Gecəsi, Çavuş Albrecht, Shelly Websterın döyüldüyü və təcavüz edildiyi bir hadisə yerində hansı ki,nişanlısı Erik Draven, bıçaqlanaraq, vurulub pəncərədən atılaraq öldüyü küçədədir . Cütlük Halloween ertəsi günü evli olmalı idi. O, Shelly ilə xəstəxanaya gedərkən, Albrext Sarah adlı gənc bir qızla tanış olur, Sarah, onların dostu olduğunu və onunla maraqlandıqlarını deyir.
Qarğa ilə tülkü
Qarğa ilə tülkü — 1807-ci ildə böyük rus şairi İvan Andreyeviç Krılov tərəfindən qələmə alınan təmsildir. Təmsil böyük Azərbaycan şairi Mirzə Ələkbər Sabir tərəfindən tərcümə olunmuşdur. == Haqqında == Böyük şair İvan Andreyeviç Krılov Rus ədəbiyyatında dərin iz qoymuş, müxtəlif təmsillərin, komediyaların, satirik jurnalların yaradıcısı olmuşdur. Ona ədəbiyyat aləmində böyük şöhrət qazandıran təmsilləri olmuşdur. O, rus xalqının atalar sözlərindən, məsəllərindən, nağıllarından istifadə edərək öz təmsillərini xalq ruhuna yaxınlaşdırmışdır. İ.A.Krılovun təmsilləri dünya miqyasında tanınmışdır. Onun təmsillərinin əsas xüsusiyyəti sərt həqiqəti dərin düşüncə və mənzərəli dillə birləşdirməsidir. İ.A.Krılovun təmsillərində iki xüsusiyyət vardır: tənqid və nəshiət. Təmsillərində öz dövrünün ictimai nöqsanlarını, ayrı-ayrı hadisələri və şəxsləri tənqid edir.."Qarğa və tülkü" nağılı görkəmli İ.A.Krılovun ən məşhur əsərlərindən biridir. Nağılın süjeti Krılov tərəfindən Jan de Lafontenin "Qarğa və tülkü" , Ezop və Fedr nağıllarından götürülmüşdür.
Boz qarğa
Boz qarğa (lat. Corvus cornix) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin qarğalar fəsiləsinin qarğa cinsinə aid heyvan növü. Bəzən qara qarğa ilə eyni növə aid edilirlər. Buna müvafiq olaraq Qara qarğaya Corvus corone corone, Boz qarğaya isə Corvus corone cornix adı verilir. == Xarici görünüşü == Bu canlıların başı, qanadı və quyruğu qara, bədəni isə boz rəngdə olur. Orta uzunluqları 50 sm, çəkisi isə 460–735 q, qanadları arasında məsafə 1 metrdir. Orta hesabla zağcadan daha böyük olur, lakin daha sıx qatlanmış, daha yüksək, güclü və sonucu nisbətən əyri bir dimdiyə sahibdir. Uçuşda onları rəngləri ilə yanaşı, daha geniş qanadları və aşağıya əyilmiş dimdiyinə əsasən fərqləndirçək mümkündür. Bədənləri boz, qanadları, başı, və ayaqları qara rəngdə olur. Gənclər mavi gözlər, çəhrayı ağız boşluğu ilə fərqlənirlər.
Bürünc qarğa
Bürünc qarğa (lat. Corvus crassirostris) — 60–70 sm uzunluğa çatan sərçəkimilər dəstənin ən böyük nümayəndəsidir.
Adi qarğa soğanı
Adi qladiolus və Adi qarğa soğanı (lat. Gladiolus communis) - qladiolus cinsinə aid bitki növü. == Morfoloji təsviri == Hündürlüyü 50-70 sm olan bitkidir. Soğanağı yumurtaşəkilli-dəyirmidir; pulcuqları kobud liflidir, yuxarı hissədə torludur. Gövdəsi kifayət qədər nazikdir. === Yarpaq === Yarpaqlar 2 ədəd, bəzən 3 ədəd olur, yaşıl rəngdədir, xətli-qılıncvaridir, eni 0,5-1,5 sm, 3 ədəd nəzərə çarpan damarı vardır. === Çiçək === İyun ayında çiçəkləyir. Sünbüldə çiçəklərin sayı 2-3 ədəddir, həmişə birtərəfli düzülmüşdür. Çiçəkyanlığı fırfır-bənövşəyi, və ya tünd-fırfır bənövşəyi rəngdədir. === Meyvə === Qutucuq oval-ellipsşəkillidir.
Şoranyer qarğa soğanı
Elmi adı — Gladiolus halophilus Boiss. et Heldr. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU B1ab(iii) + 2ab(iii). Azərbaycanın nadir növüdür. == Qısa morfoloji təsviri == Çoxillik ot bitkisidir. Soğanaqlı yumrusu yumurtavari, 15–18 mm hündürlükdə, 10–15 mm enində, pulcuqları paralel-torvari liflidir. Gövdəsi 20–25 sm hündürlükdədir. Yarpaqlar göyümtül, dar – xətvari, sivri, 3–7 mm enində, 3–4 görünən damarlıdır. Çiçək qrupu 2 tərəfli, bəzən 1 tərəfli, 4–6 çiçəkli sünbüldür. Çiçəkyanlığı ağımtıl – göy, enli, açılmış, yuxarı yan tərəfi digər tərəflərdən qısadır.
Ağ Qarğa (Miri Yusif albom)
== Albom haqqında == "Ağ Qarğa" – Miri Yusifin beşinci solo albomudur.
Hüseynabad-i Qarğalı (Əbhər)
Hüseynabad-i Qarğalı (fars. حسين ابادقارقالو‎) — İranın Zəncan ostanı Əbhər şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 52 nəfər yaşayır (10 ailə).
Qarğabazar türbəsi
Qarğabazar türbəsi — Füzuli rayonunun Qarğabazar kəndində yerləşən XVIII əsrə aid tarix-memarlıq abidəsi, türbə. Qarğabazar türbəsinin əsas kompozisiya üstünlüyü qeyri-adi böyüklüyə malik olan giriş qapısıdır. Türbə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb. == Haqqında == Azərbaycan müstəqilliyini yenidən bərpa etdikdən sonra türbə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb. Türbənin yerləşdiyi kənd 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. == Memarlıq xüsusiyyətləri == Qarğabazar türbəsi təməldə səkkizguşəli plana malikdir. Türbənin inşası zamanı bişmiş qırmıızı kərpiclərdən istifadə edilmişdir. Arazboyu ərazinin digər səkkizguşəli türbələrindən fərqli olaraq kərpic, Qarğabazar türbəsinin inşasında əsas inşaat materialı olaraq seçilmişdir. Daha əvvəlki dövrlərdə də kərpic əsas inşaat materialı kimi istifadə edilsə də, bu, heç vaxt türbə inşasına xas edilmirdi. Bu baxımdan Füzuli rayonunun Babı kəndi ərazisindəki Şeyx Babı türbəsi və onun ətrafındakı dini kompleks xarakterik xüsusiyyət daşıyır.
Qarğabazarı (Üçkilsə)
Qarğabazarı, Qarğabazar — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Üçkilsə (Eçmiədzin) rayonunda kənd. Rayon mərkəzidən 12 km cənub-şərqdə, Qarasu çayının yanında yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir.Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 25 may 1965-ci il tarixli Fərmanı ilə kəndin adı dəyişdirilərək Haykaşen edilmişdir.1918-ci ildə kəndin əhalisi qovulmuş və Türkiyədən gəlmə ermənilər yerləşdirilmişdir. "Kitabi-Dədə Qorqud" eposunda Dərəşam toponimi ilə səslənir. XIX əsrdə Alagöz dağının ətəyində Qaraşam adlı kənd vardı. Ərəb dilində qəryə "kənd" və şam (əsli ərəbcə) "qamışlıq" sözlərindən ibarətdir. == Əhalisi == Kənddə 1873-cü ildə 574 nəfər, 1886-cı ildə 602 nəfər, 1897-ci ildə 569 nəfər, 1904-cü ildə 688 nəfər, 1914-cü ildə 728 nəfər, 1916-cı ildə 615 nəfər, 1919-cu ildə 600 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1919-cu ilin sonlarında kənd erməni təcavüzünə məruz qalaraq sakinləri qırğınlarla qovulmuşdur. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra kəndi tərk etmiş azərbaycanlılardan sağ qalanlar ata-baba torpaqlarına qayıda bilmişdir. Burada 1922-ci ildə 192 nəfər, 1926-cı ildə 190 nəfər, 1931-ci ildə 168 nəfər yalnız azərbaycanlı yaşamışdır.
Qarğabükən
Qarğabükən (lat. Strychnos nux-vomica) — bitkilər aləminin acıçiçəklilər dəstəsinin loqaniyakimilər fəsiləsinin strixnos cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Strychnos vomica St.-Lag. === Heterotipik sinonimləri === Strychnos nux-vomica var.
Qarğalar
Qarğalar (lat. Corvidae) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinə aid heyvan fəsiləsi.
Qarğalarla taxıl sahəsi (rəsm əsəri)
Qarğalarla taxıl sahəsi (nid. Tarwe gebied met kraaien) – Holland postimpressionist rəssam Vinsent van Qoqun məşhur və son əsərlərindən biri. Bəzi tənqidçilər tərəfindən onun ən böyük əsərlərindən biri kimi göstərilir. Tez-tez əsərin Van Qoqun son rəsm əsəri olduğu bildirilir. Amma, sənət tarixçiləri heç bir tarixi qeyd olmadığı üçün rəsm əsərinin Van Qoqun sonuncu olduğuna aid fikirlərin qeyri-müəyyən olduğunu bildiriblər.
Qarğalarla taxıl sahəsi (tablo)
Qarğalarla taxıl sahəsi (nid. Tarwe gebied met kraaien) – Holland postimpressionist rəssam Vinsent van Qoqun məşhur və son əsərlərindən biri. Bəzi tənqidçilər tərəfindən onun ən böyük əsərlərindən biri kimi göstərilir. Tez-tez əsərin Van Qoqun son rəsm əsəri olduğu bildirilir. Amma, sənət tarixçiləri heç bir tarixi qeyd olmadığı üçün rəsm əsərinin Van Qoqun sonuncu olduğuna aid fikirlərin qeyri-müəyyən olduğunu bildiriblər.
Qarğalartəpəsi
Qarğalartəpəsi yaşayış yeri — Azərbaycanın Qazax rayonunda qədim yaşayış yeri. == Ümumi məlumat == Azərbaycanın Qazax rayonunda, Ağstafa dəmir yolu satansiyasından 4 km Şərqdə Qırılı kəndi ərazisində Eneolit dövrünə aid yaşayış yeri. Təpənin hündürlüyü 10 metrdir. Arxeoloji qazıntılar zamanı çiy kərpicdən hörülmüş dairəvi planlı yaşayış və təsərrüfat binalarının qalıqları aşkar edilib. Evlərin döşəmələri gillə suvanıb, bəzən qırmızı boya çəkilmişdir. Bir bina kirəclə ağardılmışdır. Sümük və maral buynuzundan toxalar, çaxmaqdaşı və dəvəgözündən (obsidian) oraq dişləri, iri və xırda heyvan sümükləri, daş qaşovlar, bıçaqlar, sümük bizlər, bəzək əşyaları və bəsit saxsı məmulatı tapılıb. Gildən düzəldilmiş qadın fiquru Azərbaycan ərazisində ən qədim hykəltəraşlıq nümunəsidir. Abidə e.ə. V minilliyə aid edilir.
Qarğalartəpəsi yaşayış yeri
Qarğalartəpəsi yaşayış yeri — Azərbaycanın Qazax rayonunda qədim yaşayış yeri. == Ümumi məlumat == Azərbaycanın Qazax rayonunda, Ağstafa dəmir yolu satansiyasından 4 km Şərqdə Qırılı kəndi ərazisində Eneolit dövrünə aid yaşayış yeri. Təpənin hündürlüyü 10 metrdir. Arxeoloji qazıntılar zamanı çiy kərpicdən hörülmüş dairəvi planlı yaşayış və təsərrüfat binalarının qalıqları aşkar edilib. Evlərin döşəmələri gillə suvanıb, bəzən qırmızı boya çəkilmişdir. Bir bina kirəclə ağardılmışdır. Sümük və maral buynuzundan toxalar, çaxmaqdaşı və dəvəgözündən (obsidian) oraq dişləri, iri və xırda heyvan sümükləri, daş qaşovlar, bıçaqlar, sümük bizlər, bəzək əşyaları və bəsit saxsı məmulatı tapılıb. Gildən düzəldilmiş qadın fiquru Azərbaycan ərazisində ən qədim hykəltəraşlıq nümunəsidir. Abidə e.ə. V minilliyə aid edilir.
Qarğalı
Qarğalı - İrəvan xanlığının Dərəçiçək mahalında kənd adı. XIX əsrin ortalarından sonra adı çəkilmir. == Toponimi == Toponimin mənşəyi barədə iki fikir ola bilər: Karqa tayfasının adını əks etdirir. Toponim türk dillərində karqa "üst-üstə düşmüş buzlaq daşları" sözündəndir. XIX əsrdə Qars əyalətinin Qars dairəsində Qarqaluq kənd xarabalığı, Zaqatala rayonundanunda Qarqalı dağı, Naxçıvanda Qarqalıq kəndi, Qazaxıstanda Karqalı toponimləri ilə mənşəcə eynidir.
Qarğalıq
Qarğalıq (Masallı) — Azərbaycanın Masallı rayonunda kənd. Qarğalıq (Xaçmaz) — Azərbaycanın Xaçmaz rayonunda kənd. Qarğalıq (Naxçıvan) — Naxçıvan MR-də Naxçıvan şəhərində qəsəbədir.
Qarğalıq (Masallı)
Qarğalıq — Azərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalinin sayı 1705 nəfərdir. == Toponimiyası == Qarğalıq oykonimi coğrafi obyekt adı olmaqla qədim türk tayfalarından birinin adı olan qarqaikarqa və qədim türk dilli abidələrdə bir sıra mənalarla yanaşı, həm də -/* şəkilçisinin sinonimi kimi mənsubluq, aidlik mənasında işlənmiş -hq şəkilçisindən ibarət olub “qarğa tayfasına məxsus (kənd)” mənasını daşıyır. Karqa etnonimi mənbələrin birində qaraqalpaklann bir qolunun adı kimi qeyd edilir. Bu ada Qərbi Sibir, qırğız və özbək xalqlarının arasında da rast gəlinir. Keçən əsrdə Tatarıstanda Karqalı, Şimali Qazaxıstanda Karqalı, Krımda Karqalıq toponimləri qeydə alınmışdır.
Qarğalıq (Naxçıvan)
Qarağalıq — Naxçıvan MR-də Naxçıvan şəhərində qəsəbədir. Qəsəbə Araz çayının sahilində, şəhər mərkəzindən cənub-qərbində 7 km məsafədə yerləşir. Culfa - Uluxanlı dəmir yolu xəttinin (1908) tikintisi zamanı yaradılıb. Hazırda stansiya kimi də istifadə olunur. == Etimologiya == Qarğalıq qəsəbəsinin adı qarğa(türk qəbiləsindən birı) və -lıq şəkilçisinin komponentlərindən yaranmış, mənası "Qarğa qəbiləsinə mənsub yer" deməkdir. Qarğa etnonimi həmçinin başqa türk xalqalrında da Azərbaycandakı kimi işlənməkdədir. Məsələn, qaraqalpaq tayfalarından birinin adı kimi də qeyd olunur. Bu ada qırğızlar və özbəklər arasında, əlavə olaraq Qərbi Sibiri də türk xalqları arasında çox rast gəlinir. Krımda, Şimali Qazaxıstan, Tatarıstanda da Qarğalı toponimlərinə çox rast gəlinir.
Qarğalıq (Xaçmaz)
Qarğalıq — Azərbaycan Respublikasının Xaçmaz rayonunun inzibati ərazi vahidində kənd.
Qarğaotu
Qarğaotu (lat. Actaea) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin qaymaqçiçəyikimilər fəsiləsinə aid bitki cinsi.
Qarğasoğanı
Qarğavəng
Qarğavəng — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Əştərək rayonunda kənd. == Tarixi == Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. == Toponimi == Toponim qarğa türk etnoniminə qədim türk dilində "abidə, daşdan yazılan abidə, daimi abidə, mənasında işlənən bengü > benigü > benü > mengü > menü sözlərinin dəyişməsindən formalaşan vəng (qala) sözünün qoşulması ilə əmələ gəlmişdir. Vəng sözünün etimoloji şərhini verib, onun türk mənşəli söz olduğunu Azərbaycan dilçilərindən, ilk dəfə prof. H. Mirzəyev göstərmişdir.Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Türk dillərində karqa "buzlaq daşlarının yığını" və vəng - "monastır" (kilsə) sözlərindən ibarətdir. == Əhalisi == Kənddə 1897-ci ildə 182 nəfər yalnız azərbaycanlı yaşamışdır. XX əsrin əvəllərində (1905–1906) onlar erməni soyqırımına məruz qalaraq deportasiya olunmuş, İran və Türkiyədən ermənilər köçürülərək burada yerləşdirilmişdir. 1832-ci ildə Azərbaycan türklərindən ibarət əhalisi qovulmuş və ermənilər yerləşdirilmişdir.
Qarğayatlı
Qarğayatlı - dağ adı. == Toponim == Qarğayatlı - Şuşa rayonu Zarıslı kəndi ərazisində dağ adı. Qədim türk dillərində Kərüqə sözündəndir.
Qarua
Qarua – soyuq okean cərəyanının (Peru) keçdiyi Ekvador, Peru, Çili sahilboylarında qışda əmələ gələn sıx və çiskin dumandır..
Qarğı
Qarğı (lat. Arundo) - qırtıckimilər fəsiləsinə aid bitki cinsi.
Qara
Qara – rənglərdən biri. Ən tünd rəng olub işığın səthdən əks olunmaması yəni bütün işığın absorbsiyası nəticəsində yaranır. Soyuq, qəmli rəng hesab olunur və ağ rəngin, aydınlığın, işıq rəmzinin əksidir. Bir çox xalqlarda matəmi tərənnüm edir. Bu rəng geyimlərə ciddilik, rəsmilik verir. == Ümumi məlumat == Ağ rəngin əksi, müxalifi olan qara rəngin cəmiyyətdə, məişətdə daşıdığı məna, qoşulduğu sözlər bütün rənglərdəkindən çoxdur. Arxada qara rəngin kainatın quruluş modelində Yerin alt qatını bildirdiyini demişdik. Bu elə indinin özündə də belə düşünülür və həmin təsəvvür dilimizdə işlənən ifadələrdə də özünü qorumaqdadır: "Qara yerə girəsən", "Başını qara yer oğurlasın", "Qara yer otağın olsun", "Qaranlıq dünyanın qara küncündə qaralasan", "Qara qəbir evin olsun", "Qara qəbrin dar qazılsın", "Qara yerdə çürüyəsən". Sayını istənilən qədər artıra biləcəyimiz bu nümunələrdə qara rəngin yeraltı dünyanı – qaranlığı bildirməsi şəksizdir. Bundan savayı, bilavasitə mənəviyyatla bağlı "qaraüz"; tale təyinli "qara-bəxt", "qaragünlü", "qaraduvaq", "qaranişan"; xasiyyət əlamətli "qaradinməz", "qaraqabaq", "qaraniyyət", "qarayaxa", "qaragüruh"; cəmiyyətin aşağı təbəqəsinə aid edilən "qara camaat", "qara kütlə" və s.
Qarqa (Sərab)
Qarqa (fars. قارقا‎) — İranın Şərqi Azərbaycan ostanının Sərab şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 398 nəfər yaşayır (73 ailə).
Adi qarğı
== Təbii yayılması == Cənubi Avropa, cənubi Asiya, Şimali Afrikanın tropik və subtropiklərində geniş yayilmışdir. == Botaniki təsviri == Boyu 8 m-ə çatan, gövdəsi dik duran, yarpaqları növbəli düzülüşlü bitkidir.Hündür gövdələri çoxsaylı buğumludur.Yarpaq ayaları xətvarı-lansetvari, eni 2,5-6 sm-dir, enli yarpaqları və gözəl süpürgəvari çiçək qrupu olan dekorativ koldur.Çiçəkləri zoğun ucunda süpürgəvari çiçək qrupunda yerləşir.Süpürgələrinin uzunluğu 20-70 sm, çox sıxdır.Çiçəkləmədən sonra uzun tükləri gümüşü rəngdə olur.Sünbüllərin uzunluğu 0,8-1,2 sm, 3-5 çiçəklidir.Payızda çiçəkləyir.Çoxaldılması kükumsovların bölünməsi ilə və zoğlarla olur. == Ekologiyası == Küləkdə hamar, cod yarpaqları əyilir.Yumşaq qumlu və ya torflu torpaqda, günəşli yerdə bitir. == Azərbaycanda yayılması == Azərbaycanın aran rayonlarında su hövzələrinin kənarında, çay vadilərində yayılmışdır. == İstifadəsi == Göllərin sahilyanı zonasının bəzədilməsi üçün məsləhət görülür.Xalq arasında dam örtüyü, çəpərçəkmə və s.istifadə edilir. == Sinonim == Aira bengalensis (Retz.) J.F.Gmel. Amphidonax bengalensis (Retz.) Steud. Amphidonax bengalensis Roxb. ex Nees Amphidonax bifaria (Retz.) Steud. [Invalid] Arundo aegyptia Delile [Invalid] Arundo aegyptiaca E.Vilm.
Kristina Qarda
Kristina Qarda (d. 16 iyul 1994) — Macarıstanı təmsil edən su poloçusu. == Karyerası == Kristina Qarda, Macarıstan yığmasının heyətində 2016-cı ildə Braziliyanın ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarında mübarizə apardı. Bürünc medal uğrunda görüşdə Rusiya yığmasına 18:20 hesabı ilə məğlub olan Macarıstan yığması, Rio-de-Janeyro Olimpiadasını dördüncü pillədə başa vurdu.
Qamışvari qarğı
== Təbii yayılması == Cənubi Avropa, cənubi Asiya, Şimali Afrikanın tropik və subtropiklərində geniş yayilmışdir. == Botaniki təsviri == Boyu 8 m-ə çatan, gövdəsi dik duran, yarpaqları növbəli düzülüşlü bitkidir.Hündür gövdələri çoxsaylı buğumludur.Yarpaq ayaları xətvarı-lansetvari, eni 2,5-6 sm-dir, enli yarpaqları və gözəl süpürgəvari çiçək qrupu olan dekorativ koldur.Çiçəkləri zoğun ucunda süpürgəvari çiçək qrupunda yerləşir.Süpürgələrinin uzunluğu 20-70 sm, çox sıxdır.Çiçəkləmədən sonra uzun tükləri gümüşü rəngdə olur.Sünbüllərin uzunluğu 0,8-1,2 sm, 3-5 çiçəklidir.Payızda çiçəkləyir.Çoxaldılması kükumsovların bölünməsi ilə və zoğlarla olur. == Ekologiyası == Küləkdə hamar, cod yarpaqları əyilir.Yumşaq qumlu və ya torflu torpaqda, günəşli yerdə bitir. == Azərbaycanda yayılması == Azərbaycanın aran rayonlarında su hövzələrinin kənarında, çay vadilərində yayılmışdır. == İstifadəsi == Göllərin sahilyanı zonasının bəzədilməsi üçün məsləhət görülür.Xalq arasında dam örtüyü, çəpərçəkmə və s.istifadə edilir. == Sinonim == Aira bengalensis (Retz.) J.F.Gmel. Amphidonax bengalensis (Retz.) Steud. Amphidonax bengalensis Roxb. ex Nees Amphidonax bifaria (Retz.) Steud. [Invalid] Arundo aegyptia Delile [Invalid] Arundo aegyptiaca E.Vilm.
Qarda (göl)
Qarda — İtaliyanın şimalında göl. Alp dağlarının ətəklərində, 65 m yüksəklikdədir. Sahəsi 370 km², dərinliyi 345 m–ə qədərdir. Buzlaq–tektonik mənşəlidir. Qardaya Sarka çayı tökülür, Ondan Minço çayı (Po çayının sol qolu) axır. Gəmiçiliyə yararlıdır. Ətrafında kurortlar var. İtaliyanın ən böyük gölüdür.
Qarna (Sulduz)
Qarna (fars. قارن‎) — İranın Qərbi Azərbaycan ostanının Sulduz şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 813 nəfər yaşayır (128 ailə). Əhalisi kürdlərdən ibarətdir.
Hacı Qara
Yaşayış məntəqələri Hacıqara (Quqark) — İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Quqark rayonunda kənd.
Həsən Qara
Sadıq Həsən oğlu Həsənzadə (1906, Bakı – 1979, Bakı) — aktyor, Azərbaycan SSR əməkdar artisti (1958). == Həyatı == Əməkdar artist olub. Gəncə teatrının qüdrətli xarakterlər ustası kimi şöhrət qazanıb. Otuz ılə yaxın Gəncə teatrında işləyib və yaşlı vaxtlarında Sumqayıt teatrında, "Azərbaycanfilm" studiyasında çalışıb. Gəncə teatrında ifa etdiyi əsas rollar: Elxan və Yanardağ, Uryadnik, Şərif və Aftil ("Od gəlini", "1905-ci ildə" və "Almaz", Cəfər Cabbarlı), Vəli ("Bahar", Məmmədhüseyn Təhmasib), Qurbanov, Mirzə Qərənfil ("Aşnalar" və "Xoşbəxtlər", Sabit Rəhman), Əbdək ("Nizami", Mehdi Hüseyn), Nüsrət ("Qatır Məmməd", Zeynal Xəlil), Montano və Yaqo ("Otello", Vilyam Şekspir), Hacı Qara, Xan ("Hacı Qara" və "Lənkəran xanının vəziri", Mirzə Fətəli Axundzadə), Zeynəboğlu ("Vəfa", Rəsul Rza), Dev ("Məlik Məmməd", Əyyub Abbasov), Rzaqulu ("Hacı Fərəc", Nəcəf bəy Vəzirov), Şapur, Qacar ("Fərhad və Şirin" və "Vaqif", Səməd Vurğun), Xacə Süleyman ("Qərq edilmiş daşlar", İlo Mosaşvili), Ağasəlim ("Atayevlər ailəsi", İlyas Əfəndiyev), Tahir ("Xəyanət", Həsən Bicari və Qulamrza Cəmşidi), Qənbərov ("Günəş", Lütfəli Həsənov), Qulam ("Vicdan", Bəxtiyar Vahabzadə), Cjou Pu Yuan ("Tufan", Tsao Yuy), Əfrasiyab ("Səyavuş", Hüseyn Cavid), Cönendro ("Qanq qızı", Rabindranat Taqor), Tumacov ("Kişilər", Altay Məmmədov), Ömər ("Şücayət qəbul edilmir", Toktobolat Əbdülmöminov), Farsadan ("Tariyel", Məmmədəli Nəsirov), Sarvan ("Kəndçi qızı", Mirzə İbrahimov), komissar ("Anacan", Yusif Əzimzadə), Gəray bəy ("Komsomol poeması", İsgəndər Coşqun), Milton Sterlinq ("Sarı əlcək", Əfqan Əsgərov), Dərviş ("Nəsrəddin", Yusif Əzimzadə), Kazım ("Ürək yanarsa...", Teymur Məmmədov), Mark Tuysk ("Azmış oğul", Eqon Rannet), Yanar ("Ürək sevərsə... ", Əlyar Yusifli), Braun ("Üç qəpiklik opera", Bertolt Brext). == Filmoqrafiya == Azərbaycan naminə (film, 2005) Bayquş gələndə... (film, 1978) Bir cənub şəhərində (film, 1969) Biri vardı, biri yoxdu... (film, 1967) Dənizə çıxmaq qorxuludur (film, 1973) Dörd bazar günü (film, 1975) Firəngiz (film, 1975) Gecə söhbəti (film, 1971) Həyat bizi sınayır (film, 1972) Xoşbəxtlik qayğıları (film, 1976) İki dəfə iki (film, 1973) Qanun naminə (film, 1968) Qatır Məmməd (film, 1974) Qayınana (film, 1978) Qızıl qaz (film, 1972) Mezozoy əhvalatı (film, 1976) Nəsimi (film, 1973) O qızı tapın (film, 1970) Od içində (film, 1978) Putyovka (film, 1975) Səmt küləyi (film, 1973) Tütək səsi (film, 1975) Var olun, qızlar... (film, 1972) Yeddi oğul istərəm...
Maaday-Qara
Maaday-Qara — həcminə görə ən böyük – 7738 sətirdən ibarət Altay qəhrəmanlıq dastanıdır. Nəzm şəklindədir. "Maaday-Qara" mətnlərindən biri 1963-cü ildə S. S. Surazakovun A. Q. Qalkindən yazıya aldığı variant hesab edilir. İki hissədən ibarət olan dastanın birinci – giriş hissəsində Qara-Qula xanın qoca bahadır Maaday-Qaranın yurduna basqını və onu əsir aparmağından danışılır. İkinci – əsas hissədə Maaday-Qaranın dağda qoca qarı tərəfindən böyüdülmüş oğlu Köqüdey-Merqenin qəhrəmanlıqlarından bəhs olunur. Baş qəhrəmanın Köqüdey-Merqen olmağına baxmayaraq, dastan yaşlı atanın adı ilə yaranmışdır. Süjet quruluşuna, məzmununa görə belə adlanma genetik-tipoloji xüsususiyyət kimi özünü türk xalqlarının qəhrəmanlıq dastanlarında geniş səviyyədə göstərir. Buna səbəb ural-altay xalqlarının qədim ortaq inanclarına görə, əcdad kultunun tanrı qavrayışından sonra ən müqəddəs səviyyədə tutulmağı təsəvvürüdür. "Maaday-Qara"da qədim türk dastanlarına xas süjet tipi, poetika xüsusiyyətlərinə, motvlərə, şamançılıq mifologiyası elementlərinə, kultlara çox rast gəlinir. Qeyd olunan ortaq cəhətlər nəticəsində V. V. Radlovun XIX əsrin ortalarında yazıya aldığı "Xan Pudey" və A. Q. Qalkinin "Maaday-Qara" dastanları arsında çox yaxınlıqlar var.
Qara-qala
Qaraqala — Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Məmmədrza Dizə kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 30 sentyabr 2003-cü il tarixli, 500-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Qaraqala kəndi Məzrə kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Məmmədrza Dizə kəndi mərkəz olmaqla, Məmmədrza Dizə kənd inzibati ərazi dairəsi yaradılmışdır. == Toponimikası == == Tarixi == === Tarixi abidələri === Qaraqala kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidələri qeydə alınmışdır: == Coğrafiyası və iqlimi == Kənd rayon mərkəzindən 15 kilometr şimalda, düzənlikdə yerləşir. == Əhalisi == == İqtisadiyyatı == Əhalisi taxılçılıq, heyvandarlıq, meyvəçilik və quşçuluqla məşğuldur. == Mədəniyyəti == Kənddə mədəniyyət müəssisəsi mövcud deyil. == Təhsil == Kənddə Qaraqala kənd tam orta məktəbi fəaliyyət göstərir. == Din == Kənddə dini ibadət yeri olaraq məscid qeydə alınmışdır. == Səhiyyə == Kənddə səhiyyə müəssisəsi mövcud deyil.
Qara (ad)
Qara — Azərbaycanlı adı. Qara bəy Qarabəyov — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü. Qara Yuluq Osman bəy — Ağqoyunlu tayfa başçısı. Fəxrəddin Qutlu bəyin ikinci övladıdır. Qara Qarayev — görkəmli sovet və Azərbaycanlı bəstəkar və pedaqoq Qara Balakişiyev — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu.
Barqa
Barqa (it. Barga) — İtaliyanın Toskana regionunda şəhər.
Qaqra
Qaqra (gürc. გაგრა, abx. Гагра, rus. Га́гра) — Gürcüstan Respublikasının Abxaziya Muxtar Respublikasının Qaqra bələdiyyəsində (qismən tanınmış Abxaziya Respublikasının Qaqra rayonu) və Qara dənizin sahilində yerləşən kurort şəhər. Şəhərin əhalisi 1989-cu ildə 26,636 nəfər idi, ancaq Abxaziya müharibəsi zamanı və sonrası Abxaziyada gürcülərə qarşı olan etnik təmizləmə və digər demoqrafik dəyişikliklər sonra azalmışdır. Qaqra eyniadlı rayonun inzibati mərkəzidir. Şəhər Abxaziyanın qərbində yerləşir və Psou çayı vasitəsilə Rusiyanın Krasnodar diyarı ilə sərhəddir. == Etimologiya == Gürcü alimlərinə əsasən, "Qaqra" adı svan dilində qoz mənasını verən "Qakra" sözündən gəlir. Sovet idman turizmi ustası Bondarevə əsasən, şəhərin adı yerli "Qaqaa" qəbiləsindən gəlir. Professor V. Kcarçiyaya əsasən, "Qaqra" abxaz dilində ‘sahilin sahibi’ deməkdir (Qaqra tarixi xəritələrdə "Kakara" və ya "Kakkari" olaraq adlandırılmışdır).
Qariqa
Qariqa — Aralıq dənizi ətrafındakı dağların quraqlıq-daşlıq yamaclarının aşağı qurşağında alçaqboylu, seyrək həmişəyaşıl kserofit kolluqdur..
Qarqar
Qarqar (lat. Caracara) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qızılquşkimilər dəstəsinin qızılquşlar fəsiləsinə aid heyvan cinsi.
Qarqay
Qarqay — Azərbaycan Respublikasının Zaqatala rayonunun inzibati ərazi vahidində kənd. Əli Bayramlı, Əzgilli və Qalal kəndləri ilə birlikdə Əli Bayramlı bələdiyyəsinin tərkibindədir. == Əhalisi == === Tanınmışları === İbrahim Əzizov — Azərbaycan alimi. Əhalisi Saxurladan ibarətdir.
Qaşqa
Qaşqa — İrəvan quberniyasının İrəvan qəzasında, indi Vedi (Ararat) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 45 km məsafədə, Ağdərə dərəsində, Çalaxçı çayının yanında yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Kənddə 1831-ci ildə 8 nəfər azərbaycanlı yaşamışdır. == Toponimi == Toponim qədim türk tayfalarından biri olan qaşqay etnonimi əsasında əmələ gəlmişdir. "Qaşqa" qaşqay etnoniminin fonetik formasıdır. 1728-ci ilə aid mənbədə Kaşka kimidir [170, 15]. Ehtimal ki, İranda yaşayan Kaşkay türk tayfasının adını əks etdirir. Kaşkayların mənşəyi qaranlıqdır. Ehtimal ki, xakaslarda Kaska və Aq Kaska tayfaları tayfaları ilə eyni mənşəlidir.
Sarqa
Saqra (isp. Sagra) — İspaniyada yerləşən bələdiyyə. Bələdiyyə Marina-Alta ərazisinin 5,60 km² hissəsini əhatə edir. 2010-cu ildə hesablamalara görə əhali 465 nəfərə çatmışdır. Əyalət paytaxt şəhərindən 88 km uzaqlıqda yerləşir.
Varqa
Varqa - 1728-ci ildə İrəvan əyalətinin Sisyan nahiyəsində kənd adı.
Qarqan
Qarqan-i Ülya (Mahnişan) — İranın Zəncan ostanının Mahnişan şəhristanı ərazisinə daxil olan kənd. Qarqan-i Süfla (Mahnişan) — İranın Zəncan ostanının Mahnişan şəhristanı ərazisinə daxil olan kənd.
Qaqa
Qaqa (lat. Somateria) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinə aid heyvan cinsi.