Qarğavəng

Qarğavəng — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Əştərək rayonunda kənd.[1][2][3]

Tarixi İrəvan quberniyası əraziləri
Eçmiədzin qəzası

Qafqazın 5 verstlik xəritəsində[4] qeyd edilmişdir.

Toponim qarğa türk etnoniminə[5][6] qədim türk dilində "abidə, daşdan yazılan abidə, daimi abidə, mənasında işlənən bengü > benigü > benü > mengü > menü sözlərinin dəyişməsindən formalaşan vəng (qala) sözünün[7][8] qoşulması ilə əmələ gəlmişdir. Vəng sözünün etimoloji şərhini verib, onun türk mənşəli söz olduğunu Azərbaycan dilçilərindən, ilk dəfə prof. H. Mirzəyev göstərmişdir[9].Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Türk dillərində karqa "buzlaq daşlarının yığını" və vəng - "monastır" (kilsə) sözlərindən ibarətdir.[10]

Kənddə 1897-ci ildə 182 nəfər yalnız azərbaycanlı yaşamışdır[11]. XX əsrin əvəllərində (1905–1906) onlar erməni soyqırımına məruz qalaraq deportasiya olunmuş, İran və Türkiyədən ermənilər köçürülərək burada yerləşdirilmişdir. 1832-ci ildə Azərbaycan türklərindən ibarət əhalisi qovulmuş və ermənilər yerləşdirilmişdir. 1886-cı ilə aid mə'lumata görə kəndin əhalisi erməni idi.

  1. PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 2002, 696 səh. ISBN 5-8066-1452-2
  2. Пагирев Д.Д. Алфавитный указатель к пятиверстной карте Кавказа. Тифлис. 1913.
  3. Меликишвили Г.А. Наири-Урарту. I. Тбилиси. 1954.
  4. Д. Д. Пагиревь. Алфавитный указатель кь пятиверстной картѣ Кавказскaго края, изданiя Кавказскaго Военно–Топографическaго Отдѣла. Записки Кавказскаго отдѣла Императорскаго Русскаго Географическаго общества. Книжка XXX. Тифлись: Типографія К. П. Козловскаго, 1913. s.121
  5. Гейбуллаев Г.А. Топонимия Азербайджана (историкоэтнографическое исследование), Баку, "Элм", 1986. s.63;
  6. Əhmədov T. M. El-obamızın adları, Bakı, "Gənclik", 1984. s.43
  7. Древнетюркский словарь, Л., "Наука", 1969. s.94–95, 341–342
  8. Mirzəyev H. Aşıq poeziyasında yaşayan adlarımız və tariximiz, Bakı, ADPU, 1997. s.208–209
  9. Mirzəyev H. Aşıq poeziyasında yaşayan adlarımız və tariximiz, Bakı, ADPU, 1997. s.208–209
  10. Будагов, Б. Ә.; Гејбуллајев, Г. Ә. Гарғавәнҝ // Ермәнистанда Азәрбајҹан мәншәли топонимләрин изаһлы лүғәти. Бакы: Оғуз ели. 1998. 452 с.
  11. erm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831–1931) Arxivləşdirilib 2020-09-24 at the Wayback Machine. Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831–1931) Arxivləşdirilib 2016-02-29 at the Wayback Machine. Автор: Завен Коркотян. Ереван: Издательство "Мелконян фонд", 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: "Melkonyan fond" nəşriyyatı, 1932. s.22–23