Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Qarqar
Qarqar (lat. Caracara) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qızılquşkimilər dəstəsinin qızılquşlar fəsiləsinə aid heyvan cinsi.
Adi qarqar
Adi qarqar (lat. Caracara plancus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qızılquşkimilər dəstəsinin qızılquşlar fəsiləsinin qarqar cinsinə aid heyvan növü.
Qarqar (Dağ)
Qarqar — Xocalı rayonunda dağ silsiləsi. Qarqar dağ silsiləsinin adı Qarabağda yaşamış qarqar tayfasının adını əks etdirir.
Qarqar (Xocavənd)
Qarqar (əvvəlki adı: Herher) — Azərbaycan Respublikasının Xocavənd rayonunun Qarqar kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Xocavənd rayonunun Herher kəndi Qarqar kəndi adlandırılmışdır. 2 oktyabr 1992-ci ildən 10 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Qarqar kəndi Rusiya Sülhməramlı Qüvvələrinin nəzarətinə keçmişdir. 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində yenidən Azərbaycan Respublikasının suverenliyinə qayıtmışdır. X əsrdə Gargar formasında qeydə alınmışdır. Gargar isə qədim Qafqaz Albaniyasında yaşamış qarqar tayfasının adını əks etdirir. Sonralar burada yaşamış ermənilər kəndi Herher kimi rəsmiləşdirmişdilər. 1992-ci ildən kənd Qarqar adlanır. Qarqar kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmışdır: Kənd Qarabağ silsiləsinin ətəyində yerləşir.
Qarqar dağı
Qarqar — Xocalı rayonunda dağ silsiləsi. Qarqar dağ silsiləsinin adı Qarabağda yaşamış qarqar tayfasının adını əks etdirir.
Qarqar vulkanı
Qarqar vulkanı — Azərbaycan və Ermənistan sərhəddində yerləşən yatmış vulkan. Vulkanın hündürlüyü 3584 metr təşkil edir. Son püskürmənin b. e. ə 3000 illərdə baş verməsi ehtimal edilir.
Çığırqan qarqar
Çığırqan qarqar (lat. Milvago) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qızılquşkimilər dəstəsinin qızılquşlar fəsiləsinə aid heyvan cinsi.
Qarqar (dəqiqləşdirmə)
Qarqar bu mənalarda gələ bilər: Qarqar — quş cinsi. Qarqar (Xocavənd) — Xocavənd rayonunda kənd.
Qaudalup qarqarı
Qaudalup qarqarı (lat. Caracara lutosa) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qızılquşkimilər dəstəsinin qızılquşlar fəsiləsinin qarqar cinsinə aid heyvan növü.
Baham qarqarı
Baham qarqarı (lat. Caracara creightoni) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qızılquşkimilər dəstəsinin qızılquşlar fəsiləsinin qarqar cinsinə aid heyvan növü.
Yer qarqarı
Yer qarqarı (lat. Caracara tellustris) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qızılquşkimilər dəstəsinin qızılquşlar fəsiləsinin qarqar cinsinə aid heyvan növü.
Şimal qarqarı
Şimal qarqarı (lat. Caracara cheriway) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qızılquşkimilər dəstəsinin qızılquşlar fəsiləsinin qarqar cinsinə aid heyvan növü.
Qarqarlar
Qarqarlar – Azərbaycanlıların təşəkkülündə mühüm rol oynamış qədim tayfalardan biri. Qarqarlar əsasən Qarabağ ərazisində yaşamışlar. Tarixin müxtəlif dövrlərində bu və ya digər səbəblərdən Qarabağ ərazisi XII–XIII əsrlərə kimi müxtəlif adlar daşımışdır. Bu adlar bəzən paralel olaraq işlənmiş və Qarabağın ayrı-ayrı əyalətlərini əhatə etmişdir. Antik və ilk orta əsrlərdə Qarabağın bir hissəsi Qarqarlar ölkəsi adlanmışdır. Əsasən indiki Qarqar çayı hövzəsində yaşamış qarqar tayfası qədim müəlliflərin verdiyi məlumata görə, Alban tayfa ittifaqına daxil idi. Qarqarlar haqqında məlumat verən müəlliflər, onu Qafqaz Albaniyasının ən qədim və ən iri tayfalarından biri hesab etmiş və ilk orta əsrlərdə onların Mil düzünün bir hissəsinə yayıldığını göstərmişlər. Burada qarqarların özlərinə məxsus eyniadlı şəhər də mövcud olmuşdur. Qarqarların etnik mənsubiyyəti haqqında elmdə bir neçə fikir mövcuddur. Bir sıra tədqiqatçılar qarqarların türkdilli olduğunu qeyd edirlər.
Qarqarçay
Qarqarçay - Kürün sağ qoludur. Şuşa, Xankəndi, Ağdam və Ağcabədi rayonları ərazizsindən axır. Uzunluğu 115 km, hövzəsinin sahəsi 1490 km²-dir. Qarabağ silsiləsinin şərq hissəsindən axan Kərkicahan, Xəlfəli və Zarıslı çaylarının birləşməsindən əmələ gəlir. Çayın mənsəbi Kür çayının sağ sahilində olan Ağgöl bataqlıqlarındadır. Sağdan Badara (uzunluğu 32 km) və Quşçular (uzunluğu 12 km), soldan isə Ballıca (uzunluğu 24 km) çaylarını qəbul edir. Xankəndi (uzunluğu 33 km) və Kərkicahanı (uzunluğu 28 km) iki yerə ayırır. Çayın illik axımının 45%-i yağış, 27%-i qar, 38%-i isə yeraltı sulardan əmələ gəlir. Axıncaçayın orta illik su sərfi 3,15 kub m/san-dir. Axımın 50%-i yazda, 25%-i yayda, 15%-i payızda, 10%-i isə qışda keçir.
Qarqarçay kanyonu
Qarqarçay kanyonu — Kanyon cənub-qərbdən şi­mal-şərq istiqamətində Qarabağ yaylasını kəsən, Şuşa şəhəri rayonunda üst yura əhəngdaşıları massivinə dərin nüfuz edən eyniadlı çayın orta axınında yerləşir və uzunluğu 5 km-dən çoxdur.
Hayk Qarqaryan
Hayk Avetisoviç Karkaryan (erm. Հայկ Ավետիսովիչ Կարկարյան; 4 sentyabr 1904, Şavşeti[d], Batum vilayəti – 1988) — Azərbaycan-sovet dövlət xadimi, Azərbaycan SSR yeyinti sənayesi naziri (1949–1953), Azərbaycan SSR təmli məhsullar sənayesi naziri (1947–1949), Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin üçüncü katibi (1939–1941), Dağlıq Qarabağ Muxtar Vilayəti Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsinin sədri (1937–1939). == Həyatı == Hayk Avetisoviç Karkaryan 1904-cü ildə keçmiş Batum vilayətinin Şavşeti kəndində dəmirçi ailəsində anadan olmuşdur. Erkən yaşda valideynləri vəfat etdiyi üçün uşaq evinə verilmiş, burada komsomol yığıncaqlarına qoşulmuşdur. 1924-cü ildə komsomol sıralarına qatılmış, 3 ildən sonra isə komsomol təşkilatı tərəfindən işçi fakültəsinə oxumağa göndərilmişdir. 1931-ci ildən ÜİK(b)P üzvü olmuşdur. 1934-cü ildə işçi fakültəsindən məzun olduqdan sonra o, yeni açılmış Beriya adına mədənə (Zığ mədəni) işləməyə göndərilmişdir. O, burada qazma qrupunda həmkarlar ittifaqı komitəsinin sədri, sonra isə rayon mədən komitəsinin sədri vəzifələrində işləmişdir. Beriya adına mədəndən sonra qısa müddət ərzində Azərbaycan Kommunist Partiyası Kaqanoviç Rayon Komitəsində, sonra isə Qafqaz Neft Mədən İşçiləri Həmkarlar İttifaqının Mərkəzi Komitəsi aparatında işləmişdir. Kaqanoviç rayon partiya komitəsi plenumunun üzvü olmuşdur.
Qaraqar
Qarqay
Qarqay — Azərbaycan Respublikasının Zaqatala rayonunun inzibati ərazi vahidində kənd. Əli Bayramlı, Əzgilli və Qalal kəndləri ilə birlikdə Əli Bayramlı bələdiyyəsinin tərkibindədir. İbrahim Əzizov — Azərbaycan alimi. Əhalisi Saxurladan ibarətdir.
Qaşqar
Qaşqar, Kaşkar və yaxud Kaşğər (uyğ. قەشقەر) — ÇXR-in Sincan-Uyğur Muxtar Rayonunun Kaşqar şəhər rayonunda şəhər. Çinin ən qərb şəhərlərindən biridir, Əfqanıstan, Qırğızıstan, Tacikistan və Pakistanla sərhədə yaxındır. 500.000-dən çox əhalisi olan Qaşqar 2000 ildən artıqdır ki, Çin, Yaxın Şərq və Avropa arasında Böyük ipək yolu üzərində ticarət məntəqəsi və strateji əhəmiyyətli şəhər kimi xidmət edib və bu onu dünyanın ən qədim davamlı məskunlaşan şəhərlərindən birinə çevirib. Çox müxtəlif mədəniyyətlərin və imperiyaların kəsişmə nöqtəsində Qaşqar Çin, Türk, Monqol və Tibet imperiyalarının hakimiyyəti altında olmuşdur. Şəhər həm də müxtəlif köçəri xalq qrupları arasında bir sıra döyüşlərin yeri olmuşdur. Hazırda mahal səviyyəli vahid kimi idarə olunan Qaşqar 162.000 km² (63.000 kv mi) ərazisi və 2010-cu ilə qədər təxminən 4 milyon əhalisi olan Qaşqar bölgəsinin inzibati mərkəzidir. Şəhərin özünün 506,640 əhalisi var və şəhər ərazisi 15 km² (5,8 kv mi) əhatə edir, baxmayaraq ki, inzibati ərazisi 555 km² (214 kv mi) sahəni tutur. Şəhər 2010-cu ildə Xüsusi iqtisadi zonaya çevrilib və Çinin qərbində bu statusa malik yeganə şəhərdir. Qaşqar həm də yeni qurulan çoxmilyardlıq Çin-Pakistan İqtisadi Dəhlizinin əsas hissəsi hesab edilən Qaraqorum şossesinin son nöqtəsini təşkil edir.
Qarqan
Qarqan-i Ülya (Mahnişan) — İranın Zəncan ostanının Mahnişan şəhristanı ərazisinə daxil olan kənd. Qarqan-i Süfla (Mahnişan) — İranın Zəncan ostanının Mahnişan şəhristanı ərazisinə daxil olan kənd.
Qaqar
Qaqar (lat. Gavia) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qaqarkimilər dəstəsinin qaqarlar fəsiləsinə aid heyvan cinsi. 5 növü var.
Qaradöş qaqar
Qaradöş qaqar (lat. Gavia arctica) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qaqarkimilər dəstəsinin qaqarlar fəsiləsinin qaqar cinsinə aid heyvan növü.
Qarqa (Sərab)
Qarqa (fars. قارقا‎) — İranın Şərqi Azərbaycan ostanının Sərab şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 398 nəfər yaşayır (73 ailə).
Qırmızıdöş qaqar
Qırmızıdöş qaqar (lat. Gavia stellata) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qaqarkimilər dəstəsinin qaqarlar fəsiləsinin qaqar cinsinə aid heyvan növü.
Ağboyun qaqar
Ağboyun qaqar (lat. Gavia pacifica) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qaqarkimilər dəstəsinin qaqarlar fəsiləsinin qaqar cinsinə aid heyvan növü.
Ağdimdik qaqar
Ağdimdik qaqar (lat. Gavia adamsii) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qaqarkimilər dəstəsinin qaqarlar fəsiləsinin qaqar cinsinə aid heyvan növü.
Gənc Qaşqar Partiyası
Gənc Qaşqar Partiyası — uyğurların türk millətçiliyini müdafiə edən partiyası. == Haqqında == Gənc Qaşqar Partiyası 1933-1934-cü illərdə mövcud olmuş və türk millətçiliyini müdafiə etmişdir. O, Şərqi Türkistan İslam Respublikasının yaradılmasında mühüm rol oynamışdır. Partiya mahiyyət etibarilə anti-Çin, anti-Çin müsəlmanları olmuşdur. Uyğur hərbi komandanı olan Timur Bəy və Xotan əmirləri Məhəmməd Əmin Buğra, Abdulla Buğra və Nur Əhməd Can Buğra Gənc Qaşqar Partiyası ilə ittifaq qurmuşdular. Partiya 40 nəfərdən ibarət parlament quraraq, Birinci Şərqi Türkistan Respublikasının prezidenti Niyazi Xocaya iki nəfərlik nümayəndə heyəti göndərmişdi. Partiya bir digər türk millətçisi təşkilat olan Milli İnqilab Komitəsi ilə yaxın əlaqələrə sahib idi.
Mohammad Şaker Karqar
Mohammad Şaker Karqar — Əfqanıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri (2012-2014).
Qaşqar döyüşü (1933)
Qaşqar döyüşü (1933) (çin. 喀什戰役) — 1933-cü ildə Kumul üsyanı zamanı Qaşqar şəhərinin uyğur və qırğız üsyançıları tərəfindən ələ keçirmək cəhdi zamanı baş vermiş döyüş. Şəhər Çin Respublikası, Çin İnqlab Ordusunun 36-cı Diviziyasının huey və han əsgərlərindən ibarət qarnizon tərəfindən qorunurdu. Üsyançılar döyüş sonrası şəhərə daxil olsa da, Qaşqar ağır döyüşdən sonra huey və han çinlilərin nəzarətində qaldı. Sincan əyalətinin valisi Sin Şurenin Şərqi Türkistandakı muxtar Kumul və Turfan xanlıqlarını ləğv etməsi və mürtəce siyasət yürütməsi Hacı Niyazi Xocanın rəhbərliyi ilə 1931-ci il fevralın 20-də uyğur üsyanın başlamasına səbəb oldu. Əvvəlcə üsyan Komul bölgəsini əhatə etdi, sonra Mahmud Muhitinin rəhbərlik etdiyi Turfana da yayıldı. Demək olar ki, paralel olaraq, Məhəmməd Əmin Buğra və Sabit Damollanın rəhbərliyi ilə Xotanda üsyana qoşuldu. Qısa müddət sonra Şərqi Türkistanın digər bölgələrini də: Qaşqar və Külçəni də üsyan alovu bürümüşdür. Üsyana uyğurlarla yanaşı qırğız, qazax, monqol və hueylərdə qoşulmuşdu. Lakin üsyanın sonrakı gedişində hueylər Çin Respublikasının tərəfinə keçməyə başladılar.
Qarğa
Qarğa (lat. Corvus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin qarğalar fəsiləsinə aid heyvan cinsi. Bədəninin uzunluğu 22–23 sm, kütləsi 150–200 q-dır. Düz və iri dimdikləri var. Bədən ölçülərinə nisbətən iri beyni var. Bu nisbət insan və insan beyni nisbətindən bir az aşağıdır. Tükü yumşaqdır. Rəngi metal parıltılı qara, döşü bozumtul-qara, ağ və ya qara olur. Boynunda yarımhəlqəvi ağ zolaq var. Adi dolaşa Avropa, Asiya və Şimal-Qərbi Afrikada yaşayır.
Garvar (Sərdəşt)
Garvar (fars. ‎گرور‎‎) — İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 234 nəfər yaşayır (40 ailə). == Turizm == Hər il İranın digər bölgələrindən və başqa ölkələrdən bura çoxlu sayda turist gəlir.
Qafqaz
Qafqaz — Asiya və Avropada coğrafi region. Qafqazın şərq sərhəddinin Xəzər dənizi, qərbinin isə Qara dəniz olduğu qəbul edilir ancaq şimali və cənubi sərhədləri haqqında konsensus yoxdur. Şimalda fiziki-coğrafi sərhəd Kuma-Manıç çökəkliyi, hazırkı inzibati bölgüyə görə isə Krasnodar və Stavropol vilayətlərinin və Dağıstanın şimal sərhədləri hesab edilir. Bəzən Qafqaza şərti olaraq Kalmıkiya da daxil edilir. Şimali Qafqazın böyük hissəsinin tarixi-etnoqrafik olaraq rus çöllərinə və Aşağı Volqaboyuna daha yaxın olduğu nəzərə alındıqda isə Qafqazın şimal sərhəddini Kuban çayı boyunca, Kuma, Malke və Tereka təpərindən keçirmək olar. Beləliklə Krasnodar vilayətinin cənubu, Adıgey, Qaraçay-Çərkəz, Kabardin-Balkar, Şimali Osetiya, İnquşetiya, Çeçenistan və Dağıstanın böyük bir bölümü bu bölgəyə daxil olur. Cənub sərhədlərini siyasi olaraq Azərbaycan, Ermənistan və Gürcüstan ilə İran və Türkiyənin sərhədləri təşkil edir. Azərbaycan Qafqaz ölkəsidir çünki, böyük və kiçik qafqaz dağları həmçinin böyük zirvələri Azərbaycanda yerləşir. Azərbaycan Qafqaz ölkəsidir, lakin əhalisi türklərdir, azərbaycanlıların əcdadları Orta Asiyadan gəlib. Roma tarixçisi Qay Yuli Solin özünün "Dünya möcüzələri haqqında" əsərində yazır ki, skiflər Qafqaz dağlarını "Kroukas" adlandırır, və bu, skifcə "qardan ağaran" deməkdir.
Qalqan
Qalqan (fr. Galgan, oks. Galganh) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Monbazan kantonuna daxildir. Kommunanın dairəsi — Vilfranş-de-Ruerq. INSEE kodu — 12108. Kommuna təxminən Parisdən 490 km cənubda, Tuluza şəhərindən 120 km şimal-şərqdə, Rodezdən isə 36 km şimal-qərbdə yerləşir. 2008-ci ildə əhalinin sayı 349 nəfər təşkil edirdi. 2007-ci ildə 192 yaşda olan (15-64 yaş arasında) 145 nəfər iqtisadi fəal, 47 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 75.5%, 1999-cu ildə 70.7%).
Qamqam
Qam-qam — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Qamqam oyk., sadə. Quba r-nunun Rustov i.ə.v.-də kənd. Çağacıq çayının sahilində, Baş Qafqaz silsiləsinin ətəyindədir. Rustov kəndinin keçmiş məhəllələrindən birinin adı olmuşdur. Kənd keçmişdə Rustov kəndinə məxsus mal-qara saxlanılan yer əsasında yaranmışdır. Məntəqə yerin adını qəbul etmişdir. Oykonimi fars dilindəki qamə (dayanacaq yeri, məskən) və kam (dərə, çökəklik, keçid, kiçik çay dərəsi) sözlərindən ibarət “kiçik çay dərəsində məskən” kimi izah edirlər. Kənd iki yamacın ətəyində, Qamqam çayının sahilindədir. Əslində kəndin adı çayın adından alınmışdır.
Qamsar
Qəmsər – İranın İsfahan ostanının Kaşan şəhristanının Qəmsər bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 3,566 nəfər və 1,048 ailədən ibarət idi.
Qanqal
Qanqal (lat. Cirsium) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. Çoxillik, az hallarda ikiillik otlardır. Çiçəkləri boruşəkilli olub, səbətcik formalı çiçək qrupunda yerləşir. Çiçək sarığı və yarpağının kənarı tikancıqlı, toxumları uçağanlıdır. Şimal yarımkürəsində 200, Qafqazda 60, Azərbaycanda isə 32 növü yayılmışdır. Şotlandiyanın milli gülüdür. Gövdəsinin hündürlüyü 50—130 sm, yarpaqları oturaqdır. Şaquli kökləri 3–5 m dərinliyə gedir, yan köklər yaruslarla yerləşir. Toxumla və vegetativ yolla çoxalır.
Qaralar
Azərbaycanda Qaralar (Qubadlı) — Azərbaycanın Qubadlı rayonunda kənd. Qaralar (Saatlı) — Azərbaycanın Saatlı rayonunda kənd. Qaralar (Sabirabad) — Azərbaycanın Sabirabad rayonunda kənd. Qaralar (Tovuz) — Azərbaycanın Tovuz rayonunda kənd. Qaralar (Şəmkir) — Azərbaycanın Şəmkir rayonunda kənd. Yuxarı Qaralar — Azərbaycanın İmişli rayonunda kənd. Yeni Qaralar — Azərbaycanın Ağdərə rayonunda kənd. Qaralar — Oğuz rayonu ərazisində dağ. Ermənistanda Qaralar (Vedibasar) — Qərbi Azərbaycanın Vedibasar mahalında kənd. Qaralar — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Paşalı (Əzizbəyov, Vayk) rayonu ərazisində kənd.
Qara qarğa
Qara qarğa (lat. Corvus corone) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin qarğalar fəsiləsinin qarğa cinsinə aid heyvan növü. Qara qarğa ilk olaraq Karl Linney tərəfindən XVIII əsrdə "Systema Naturae" işi çərçivəsində növ olaraq qeydə alınmışdır. Bu gündə növün lanın adı ilkin variantını qoruyur. Latın adı olan Corvus corone lat. corvus "quzğun" və q.yun. κορώνη "qarğa" sözlərinin birləşməsindən əmələ gəlmişdir. Boz qarğalar kimi Qara qarğalarda ayrıca yarımnövlərə sahibdir. Bununla belə bir mübahisə yaranır ki, Avrasiyanın şərqində yaşayan qarğalarla, avropanın qərbinmdə yaşayanlar arasında nə fərq vardır. Bəzən boz və qara qarğaları eyni növə aid edirlər.
Qarğa (Həştrud)
Qarğa (fars. قارقا‎) — İranın Şərqi Azərbaycan ostanının Həştrud şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 285 nəfər yaşayır (48 ailə).
Qarğa (bürc)
Qarğa (lat. Corvus) — göyün cənub yarımkürəsində bürc.
Karrar
Karrar (Kürdəmir) — Kürdəmir rayonunun inzibati ərazi vahidində qəsəbə. Karrar (tank) — İran tankı.
Marqara
Marqara — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Sərdarabad (Oktemberyan) rayonunda kənd. == Tarixi == Orta əsrlərdə Naxçıvan ərazisinə daxil olmuş Marqara ərazisində şəhərin və yaxud şəhərtipli yaşayış məntəqəsinin mövcud olduğu haqqında alman səyyahı İohan Şiltberqer "Səyahət kitabı"nda məlumat vermişdir. İ.Şiltberqerin məlumatlarının dəqiq tərcüməsi belədir: “Burda üç şəhər də var, biri Maraqara (Maragara), digəri Hilat (Gelat) və üçüncüsü Kırna (Kirna) adlanır”. Qeyd olunan ilk şəhər – Maraqara və ya Maqara adlı ərazinin adı 1722-1736-cı illərin hadisələrindən bəhs edən “Anonim xronika”da da qeyd olunmuşdur. Nadirqulu xanın Talış ərazisindən Arpaçay yaxınlığında yerləşən Maraqaraya tərəf hərəkət etdiyini göstərən mənbədə Maraqaranın Arpaçay yaxınlığında yerləşdiyi göstərilir. Xronikanı türk dilindən rus dilinə tərcümə edən və qeydlər yazan akademik Z.Bünyadov Maraqara vadisinin Arpaçayın sol sahilində Ani şəhəri ətrafında yerləşdiyini qeyd etmişdir.