Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Qatıq
Qatıq — yüksək kalorili qida məhsuludur. Qatıq südün mayalanmasından əldə edilir. İnsan sağlamlığı üçün çox faydalı bir qidadır. Xüsusi ilə kalsium cəhətdən zəngindir. Azərbaycanda qatıqdan hazırlanan xörəklər — dovğa, doğramac, ayran aşı, atlama və digər xörəklər hələ qədimlərdən Azərbaycan mətbəxini zənginləşdirmişdir. Azərbaycan mətbəxində qatıq və sarımsaqdan düzəldilən souslardan daha çox istifadə edilir. Suyunu süzərək qatılaşdırlımış qatığdan süzmə alınır. Qurudulmuş süzmədən isə qurut alınır.
Qatır
Qatır — atla uzunqulağı cütləşdirməklə əldə edilmiş, təsərrüfatda mühüm əhəmiyyət kəsb etmiş, əhliləşdirilmiş heyvan. == Qatır nəqliyyat vasitəsi kimi == Azərbaycanın dağlıq və dağətəyi bölgələrində minik vasitəsi kimi hələ qədim zamanlardan qatırdan da geniş istifadə olunmuşdur. Çoxlu yükgötürmə qabiliyyəti, sıldırımlı dağ yoları üçün daha münasibliyi, aclığa və susuzluğa daha davamlı olması onun əhəmiyyətli nəqliyyat vasitələrindən birinə çevrilməsinə şərait yaratmışdır. Qatır Qafqazda ən azı ilk sinifli cəmiyyət dövründən əsas nəqliyyat vasitələrindən biri olmuşdur. Qatırı, atla uzunqulağı cütləşdirməklə də əldə edirdilər. Aşşur və Urartu, həmçinin orta əsr mənbələrinə əsasən, hələ qədim zamanlardan Cənubi Qafqazın dağlıq bölgələrində yük daşımaq üçün qatırdan istifadə edilmişdir. Vaxtilə Azərbaycanda olmuş, X əsr ərəb coğrafiyaşünas səyyahı İbn Hövqəl yazırdı ki, "burada sağlam gövdəli, güclü, dözümlü qatır cinsləri yetişdirilir". Bərdə də yetişdirilən qatır cinsləri o qədər şöhrət qazanmışdılar ki, onları Xorasan, Suriyaya və başqa ölkələrə aparırdılar. Avropa səyyahı L.Çempenin yazdığına görə, hər il 500, bəzən də 1000 baş qatıra yüklənmiş Azərbaycan ipəyi ölkənin sərhədlərində uzaqlara aprılırdı. XIX-XX əsrlərin əvvəllərində Azərbaycanda qatırdan geniş istifad olunması davam edirdi.
Qasım
Qasım — kişi adı. Qasım Qasımov Qasım Qasımov (mühəndis) Qasım Qasımov (siyasətçi) Qasım Qasımov (repressiya qurbanı) Qasım Abdullayev (xanəndə) — xanəndə. Qasım Rzayev — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi. Qasım İsmayılov — Azərbaycan siyasətçisi Xəstə Qasım — XVIII əsr Azərbaycan aşığı.
Abdal Qasım
Abdal Qasım — çoxsayda lətifə yaradıcısı, iştirakçısı kimi tanınan real folklor personajı. Abdal Qasım Qarabağ bölgəsində tanınan şəxslərdən olub. Onun haqqında ən dolğun məlumat Bəylər Məmmədovun "Qarabağın baməzə adamları" kitabında verilmişdir. Həmin məlumatlara əsasən Abdal Qasım (1873-1921) Ağdamın Abdal-Gülablı kəndində anadan olmuşdur. Əvvəl əkinçiliklə, son​ra xırda alış-verişlə məşğul olmuş, gülməli səhnəciklər, əyləncəli sirk oyunları ilə xalqın qarşısında çıxışlar etmişdir. O, hər yerdə zəhmətkeşləri müdafiə etmiş, haqsızlığa, ədalətsizliyə qarşı çıxmışdır. Çox güclü olan Abdal Qasım məqsədinə çatmaq üçün təkcə iti təfəkkürünə arxalanmamış, yeri gələndə fiziki gücündən də istifadə etmişdir. Onun məzəli sözləri, lətifələri xalqın söz yaddaşında qalmış, dildən-dilə keçərək müasir dövrə qədər gəlib çıxmışdır. Abdal Qasım haqqında lətifə və rəvayətləri ən çox nəşr etdirən folklorşünas Təhmasib Fərzəliyev olmuşdur. Abdal Qasımın altı lətifəsi isə B.Məmmədovun kitabında özünə yer almışdır.
Aşıq Qasım
Aşıq Qasım (1867, Qaracəmirli, Yelizavetpol qəzası – 1919, Qaracəmirli, Gəncə quberniyası) — XIX əsr Azərbaycan aşığı. == Həyatı == AŞıq Qasım 1867-ci ildə Şamxorun Qaracəmirli kəndində anadan olub və 1919-cu ildə buradaca dünyasını dəyişib. Şəmkirli Aşıq Hüseynin şagirdi olan Qasım dövrünün məşhur aşıqlarından imiş. Gəraylı, qoşma, təcnis və müxəmməslər yazan Qasım özündən sonra gələn aşıqlara çox böyük təsir göstərmişdir. Saz-söz məclislərindən birində o usta aşıqların bir çoxunu tərifləyəndən sonra müəllimi Şəmkirli aşıq Hüseynin hamıdan bir baş yuxarı olduğunu belə təsvir etmişdir: Aşıq Qasımın çoxlu sayda bənzətmələri də var. Hazırda Şəmkir rayonunun Qaracəmirli və Talış kəndlərində, Şəmkir, Gəncə və Bakı şəhərlərində Aşıq Qasım nəsilinin üzvləri yaşayırlar. Həmin nəsil xalq arasında "Aşıqlı nəsilı" adı ilə məşhurdur. Soyadları isə onun adı ilə bağlı olaraq "Qasımov/Qasımlı" olaraq adlandırılmışdır. == Mənbə == Azərbaycan aşıqları və el şairləri. II cild.
Diskordant yatım
Diskordant (qeyri-uyğun) yatım - təbəqəli süxurların nəinki vəziyyətini, onların qarşılıqlı tarixi münasibətlərini müəyyən edir. Diskordant yatım şəraitində daha cavan çöküntülərlə daha qədim laylar arasında yuyulma səthi və ya çöküntütoplanma fasilələri müşahidə olunur. Diskordant yatım tektonik hərəkətlər nəticəsində Yer qabığının müəyyən sahəsinin əvvəlcə qalxması və denudasiyaya məruz qalması, sonra çökərək yenidən çöküntütoplanma sahəsinə çevriliməsi və onun üzərinə cavan çöküntülərin toplanması səbəb olur. Diskordant yatım uyğunsuzluğu əmələ gətirən tektonik hərkətlərin nisbi yaşını göstərir. Diskordant yatım tektonik hərəkətlərin iştirakı olmadan, su hövzəsinin dib axınları, sualtı sürüşmələr və b. səbəblərdən də yarana bilər. Diskordant yatım sırasına stratiqrafik gizli, bucaq, struktur, azimut və b. uyğunsuzluqlar aid edilir. == Həmçinin bax == Süxurlar Çöküntülər Yer qabığı == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press.
Keit Qasım
Keit Qasım — Hamrin bölgəsində (Mərkəzi Mesopotamiya) eramızdan əvvəl 5-ci minilliyin birinci yarısından başlayaraq üçlü yaşayış təbəqəsinə malik arxeoloji abidə.
Qanım Xan
Ağ oğlanlar (və ya Ağ ərlər) — türk və altay mifologiyasında xeyir tanrıları. Ülgən Xanın oğullarıdırlar. Kıyatlar adı da verilir. Yeddi qardaşdırlar. Yeddi Altay boyunun qoruyucularıdır. Yeddi mərtəbə yeraltını simvollaşdırırlar. Kıyat sözü eyni adlı bir Monqol boyunu ağla gətirər. Monqollarda Kıyat və Kıyan adlı iki qohum boy vardır. Ağ Oğlanların adları bu şəkildədir: Qaraquş Xan: Quşlar tanrısı Qarşıt Xan: Təmizlik tanrısı Pura Xan: At tanrısı. Burça Xan: Rifah tanrısı Yaşıl Xan: Təbiət tanrısı Qanım Xan: İnam tanrısı Baxdı Xan: Lütf tanrısı.
Qasım Abdullazadə
Qasım Abdullazadə (27 iyul 1999; Mərdəkan, Azərbaycan — 14 oktyabr 2020; Füzuli, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Abdullazadə Qasım Əli oğlu 27 iyul 1999-cu ildə Bakının Mərdəkan qəsəbəsində anadan olub. 2005-ci ildə Mərdəkanda yerləşən H.Z. Tağıyev adına 123 nömrəli orta məktəbə təhsil almağa başlamış və 2016-cü ildə təhsilini İsmayıllı rayonu 1 saylı tam orta məktəbdə başa vurmuşdur. == Hərbi xidməti == 2017-ci il iyulun 27-də həqiqi hərbi xidmətə yola düşüb. 2019-cu ildə hərbi xidmətini tamamlamışdır. === İkinci Qarabağ müharibəsində iştirakı === Qasım Abdullazadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpası üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı cəbhənin bir çox istiqamətlərində döyüşlərdə iştirak edərək şücaət göstərmişdir. Qasım 14 oktyabr 2020-ci ildə Füzuli istiqamətində gedən döyüşlər zamanı qəhrəmancasına həlak olmuşdur.
Qasım Amanjolov
== Həyatı == XX əsrdə türk xalqlarının ədəbiyyatı coşqun bir vüsətlə inkişaf etmişdir. Bu əsrin gətirdiyi böyük inqilablar, sosial təlatümlər, milli çalxantılar, ikinci dünya savaşı xalqların və ədəbiyyatların taleyinə öz silinməz damğasını vurmuşdur. Bizim bucaqdan baxdıqda, üç qitədə ucsuz-bucaqsız torpaqlara hakim olan, dünyanın super qüvvələrindən biri sayılan böyük Osmanlı imperiyasının tənəzzülü dünya türkləri tərəfindən milli bir fəlakət kimi qəbul edilmişdir. Eynən Osmanlı kimi ərazicə azman, əhalicə çoxmillətli Rusiya imperiyası da I dünya müharibəsində məğlub olmuş, torpaqlar itirmiş, üstəlik, amansız vətəndaş müharibəsi yaşamış, lakin Osmanlı kimi parçalanmamışdır. Ruslar bolşevik inqilabı sayəsində öz imperiyalarını qoruyub saxlaya bilmiş, "on beş respublikanın könüllü birliyi" şəklində, Sovet İttifaqı adı altında ehya etmişlər. Sovet rejimi türk xalqlarını imkan daxilində bir-birindən ayırmağa, yadlaşdırmağa çalışdı. Bunun üçün çoxlu süni ideyalar icad etdi, hər türk ləhcəsini ayrı ədəbi dilə çevirdi, əlifbaları dəyişdirdi, dilləri bir-birindən uzaqlaşdırdı, nəhayət, milli şüurun daşıyıcısı olan türk ziyalılarını fiziki cəhətdən məhv etdi. Türk xalqlarının yeganə qazancı isə orta və ali məktəblərin yaranması, kütləvi savadlanma, yeni ziyalı zümrəsinin meydana çıxması, saysız-hesabsız eybəcər sapıntılara baxmayaraq öz milli mədəniyyətini, o cümlədən ədəbiyyatını inkişaf etdirmək oldu. XX əsrin birinci yarısında sovet türk respublikalarında bir-birindən parlaq ədəbi simalar yetişdi. Səməd Vurğun, Süleyman Rüstəm, Rəsul Rza, Qafur Qulam, Aybək, Zülfiyyə, Berdi Kerbabayev, Qara Seyitliyev, Muxtar Övezov … kimi nəhəng sənətkarlar ortaya çıxdı.
Qasım Gül
Qasım Kazım oğlu Gül (31 dekabr 1909, Şamaxı – 30 may 1972, Bakı) — görkəmli coğrafiyaşünas, Azərbaycanda okeanologiya məktəbinin banisi, coğrafiya elmləri doktoru, professor, Azərbaycan SSR Elmlər Akademiyasının müxbir üzvü, həm də şturman, kapitan, pedaqoq, elm və təhsil təşkilatçısı, ictimai xadim. 50-dən artıq kitab, monoqrafiyanın müəllifi və həmmüəllifi və yüzlərlə jurnal, qəzet məqaləsinin müəllifi olan Qasım Gül Xəzər dənizinin ekologiyası və balıq ehtiyatlarının ehtiraslı müdafiəçisi kimi də xüsusi nüfuz qazanıb. == Həyat və yaradıcılığı == Qasım Gül 31 dekabr 1909-cu ildə Şamaxı şəhərində anadan olmuşdur. Tam adı Ağaqasım Kazım oğlu Güləhmədovdur və ata tərəfindən şəcərəsi Şirvan hakimi olmuş (1792- -1820)) Mustafa xana gedib çıxır. 1918-ci ildə ermənilər tərəfindən xarabaya çevirmiş Şamaxıdan qaçqın düşən Güləhmədovlar ailəsi 1919-cu ildə Bakıya gəlir və balaca Ağaqasım Xəzər dənizçiliyinin yunqa məktəbində (1920–1923) təhsil alır. 1924-cü ildə Ağaqasım Güləhmədov Bakı dəniz texnikumuna daxil olur. Bakı dəniz texnikumunu bitirdikdən sonra o, bir müddət öz doğma dənizçilər məktəbində rəis müavini vəzifəsində işləmiş (artıq Gül soyadı ilə) və Xəzər dənizçiliyinin "Yakov Zevin", "Çiçerin" gəmilərində, "Port Pəhləvi" (İran balığı) paroxodunda, Sovet ticarət donanmasının Qara dənizdəki "Lus" paroxodunda kapitan köməkçisi vəzifəsində üzüb. 1930-cu ildə Gül Leninqrad Dəniz Nəqliyyatı Mühəndisləri İnstitutuna göndərilir və o, bu sahədə respublikamızın yeganə nümayəndəsi olur. Gəmi sürücülüyü üzrə mühəndis-pedaqoq əla diplomu ilə geri dönür və 24 yaşında Bakı dəniz texnikumuna (indiki Azərbaycan Dövlət Dəniz Akademiyası) ilk azərbaycanlı (o zamanlar türk) rəis təyin edilir. Özünün gənc olmasına baxmayaraq qısa müddət ərzində Q.Gül çox böyük uğurlar qazanır, milli dəniz kadrlarının hazırlanması üçün müəssisəsinin tarixində ilk dəfə türk (Azərbaycan) dilində tədris qrupunu yaradır.
Qasım Hacıyev
Qasım Əhəd oğlu Hacıyev — Azərbaycan MEA A. A. Bakıxanov adına Tarix İnstitutu Qarabağ tarixi şöbəsinin müdiri, tarix üzrə elmlər doktoru == Həyatı == Qasım Əhəd oğlu Hacıyev 1950-ci ildə Bərdə rayonunun Hacallı kəndində anadan olmuşdur. O, 1970–1974-cü illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki ADPU) Tarix fakültəsini bitirmişdir. Q. Ə. Hacıyev 1974–1983-cü illərdə Bərdə rayonunun 1 saylı Hacallı kənd məktəbində müəllim, direktor müavini işləmişdir. Qasım Hacıyev 1984–1987-ci illərdə Azərbaycan Elmlər Akademiyası Tarix İnstitutunun aspiranturasında təhsil almışdır. O, 1990-cı ildə Kemerovo Dövlət Universitetinin İxtisaslaşdırılmış Müdafiə Şurasında "Şabran şəhərinin şüşə məmulatı (IX–XVII əsrlər)" mövzusunda namizədlik dissertasiyası müdafiə edərək tarix elmləri namizədi alimlik dərəcəsi almışdır. == Fəaliyyəti == Qasım Hacıyev 1990–1997-ci illərdə Tarix İnstitutunun Arxeologiya və Etnoqrafiya Sektorunda elmi işçi, baş elmi işçi və aparıcı elmi işçi vəzifələrində çalışmışdır. O, 1997-ci ildən Tarix İnstitutunda aparıcı elmi işçi, 2003-cü ildən isə "Qarabağ tarixi" şöbəsinin müdiri şöbə müdiri vəzifələrində işləmişdir. Qasım Hacıyev 2000-ci ildə "Bərdə şəhərinin tarixi (e.ə. III-b.e. XVIII əsri)" adlı monoqrafiyasını yazıb nəşr etdirmişdir.
Qasım Hüseynov
Qasım Hüseynov (kimyaçı)
Qasım Kərimov
Kərimov Qasım Məmməd oğlu (10 may 1930, Gəncə, Gəncə dairəsi – 18 may 2016, Moskva) — Tarix elmləri doktoru, professor. Rusiya Federasiyasının Prezidenti yanında Dövlət Qulluğu Akademiyasının dinşünaslıq kafedrasının professoru. == Həyatı == Kərimov Qasım Məmməd oğlu 1930-cu il mayın 10-da Azərbaycan Respublikasının Kirovabad (indiki Gəncə) şəhərində anadan olub. Orta məktəbi bitirib, 1948-ci ildə Azərbaycan Dövlət Universitetinə (indiki Bakı Dövlət Universiteti) daxil olub. Hələ yeniyetmə vaxtında Şərq ölkələrinin tarixinə və mədəniyyətinə böyük maraq göstərib. Atası oğlunun təkidli xahişlərini nəzərə alıb ona ərəb dilinin əsaslarını öyrədib. Bunun nəticəsində gənc tələbə universitetin iki fakültəsini seçib: günün birinci yarısında filologiya (ərəb, fars və ingilis dillərini öyrənib), axşamlar isə şərqşünaslıq fakültəsinin məşğələlərinə gedib. Xarici dillərə, hər şeydən əvvəl ərəb və fars dillərinə maraq az qala Q.Kərimovun peşə taleyində xəyalına gətirmədiyi dönüş nöqtəsi olacaqdı: hələ üçüncü kursda oxuyarkən onu Moskvada Xarici Dillər Hərbi İnstitutuna keçməyə və Sovet Ordusunun peşəkar zabiti olmağa yönəldirdilər. Universiteti bitirdikdən sonra Q.Kərimov həqiqi hərbi xidmətə çağırılıb, orada gənc leytenant-poliqlot iki il əvəzinə beş il xidmət edib. 1959-cu ildə sovet ordusunun hərbi qulluqçularının sayı 1 milyon 200 min nəfər azaldılmasaydı, onun xidmətdə hələ nə qədər qalacağını demək çətindir.
Qasım Mustafayev
Qasım Mustafayev - Azərbaycan alimi, fizika-riyaziyyat elmləri namizədi. == Həyatı == Mustafayev Qasım Əli oğlu Qərbi Azərbaycanın Ağbaba mahalının Güllübulaq kəndində dünyaya gəlmişdi. Qasım Mustafayevin çoxillik pedaqoji fəaliyyəti vardı. Onun müəllimlik fəaliyyəti Azərbaycan Dövlət Püdaqoji Universiteti və Naxçıvan Dövlət Universiteti ilə bağlıdır. 1965-ci ildə dissertasiya müdafiə edib fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsi aldı. 1972-ci ildə Xankəndində Pedaqoji İnstitutut yaradılan kimi orada dərs deməklə bərabər, riyazi analiz kafedrasının müdiri işləyirdi. O, yeganə alim idi ki, riyazi analizdən üç dildə (Azərbaycan, rus və erməni) mühazirələr oxuyurdu. Elmi fəaliyyəti geniş idi. O, bununla bərabər “orta məktəblərdə riyaziyyat” televiziya-tədris proqramının uzun müddət aparıcısı olmuşdu. Qasım Mustafayev altı ilə yaxın Naxçıvan Dövlət Universitetinin prorektoru, 1984-1987-ci illərdə rektor əvəzi işləmişdir.
Qasım Qasımov
Qasım Qasımov (mühəndis)
Qasım Qasımzadə
Qasım Qasımzadə (şair) (1923—1993) — şair, tənqidçi, ədəbiyyatşünas, tərcüməçi, 1950-ci ildən Azərbaycan Yazıçılar İttifaqının üzvü, Azərbaycan SSR Dövlət mükafatı laureatı (1984), filologiya elmləri doktoru (1985), Azərbaycan Milli Yaradıcılıq Akademiyasının müxbir üzvü (1991). Qasım Qasımzadə (dövlət xadimi) (1889—1959) — Bakı Şəhər İctimai Özünüidarəsinin sədri, Bakı Şəhər Dumasının deputatı, Nicat Cəmiyyətinin sədri, İran Senatının senatoru, İranın Xarici İşlər Nazirliyinin hüquq müşaviri, hüquq elmləri doktoru.
Qasım Rzayev
Qasım Qara oğlu Rzayev (5 may 1970, Əlibəyli, Tovuz rayonu – 14 may 1992, Tovuz rayonu) — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi. == Həyatı == 5 may 1970-ci il Tovuz rayonunun Əlibəyli kəndində anadan olmuşdur. 1987-ci ildə burada məktəbi bitirən Qasım sürücülük peşəsinə yiyələnir. 1988-ci il hərbi xidmətə çağırılır. Ukrayna Respublikasında artilleriya hissəsində xidmət edən Qasım dəfələrlə mükafatlandırılmışdı. 1990-cı ildə xidmətini başa vuran Qasım Vətənə dönür. Könüllü özünümüdafiə batalyonlarından birinə yazılır, == Döyüşlərdə iştirakı == Beləliklə, həmin gündən Qasım Rzayevin döyüş yolu başlayır. Sonra Milli Ordunun ilk əsgəri kimi Muncuqlu, Ağdam, Hacallı kəndlərinin müdafiəsində mərdliklə vuruşmuşdu. Qasım idarə etdiyi avtomobilə mərmiatan qurğu qoşaraq düşmənin başına od ələyirdi. Qasımın bu qəhrəmanlığı hamını heyrətləndirmişdi.
Reqressiv yatım
Reqressiv yatım (rus. залегание регрессивное, ing. regressive bedding) — dənizin geriyə çəkilməsi şəraitində toplanan süxur laylarının yatımı. R. y. üçün fasiyaların ərazi üzrə və şaquli kəsilişdə nisbətən dərin dəniz çöküntülərindən dayaz dəniz çöküntülərinə doğru qanunauyğun dəyişilməsi səciyyəvidir.
Sultan Qasım
Sultan Qasım (v. 1501, Mardin) — Ağqoyunlu hökmdarı. Uzun Həsənin qardaşı Cahangir Mirzənin oğlu. == Hakimiyyəti == Gödək Əhmədin ölümündən sonra müstəqil hakimiyyətə başlamışdır. Haqqında məlumat azdır. 24 mart 1497-ci ildə İsfəndiyar bəy adlı bir əyana iqta verdiyi haqqında sənəd mövcuddur. Onun dövründə Mardində Qasimiyyə mədrəsəsi ucaldılmışdır. Özünü sultan adlandırmışdır.
Sərraf Qasım
Sərraf Qasım (31 dekabr 1939, Aşağı Qışlaq, Şahbuz rayonu – 9 fevral 2018, Aşağı Qışlaq, Naxçıvan Muxtar Respublikası) — Azərbaycanlı şair və haqq aşığı, Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun alimi, çağdaş Naxçıvan aşıq məktəbinin banisi == Həyatı == === Uşaqlıq illəri === Rüstəmli Sərraf Qasım Əyyub oğlu (əvvəlki adı: Rüstəmov Qasım Əyyub oğlu) 31 dekabr 1939-cu il tarixdə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Aşağı Qışlaq kəndində zəhmətkeş bir kəndli ailəsində anadan olmuşdur. Şahbuz rayonunda məskunlaşmış yerli Azərbaycan tayfalarından biri sayılan "Hacı Əhmədlilər" tayfasına mənsub olan Sərraf Qasım, uşaqlıq və yeniyetməlik illərini öz doğma kəndində ailəsinin yanında yaşamışdır. Sərraf Qasım 8 yaşına çatanda atasını itirmiş və bundan sonra o, yetkinlik yaşına çatanadək anasının və böyük qardaşı Müslümün himayəsində böyümüşdür. === Təhsili === Sərraf Qasım 1947–1955-ci illərdə Aşağı Qışlaq kənd orta məktəbində (1–8-ci siniflərdə), 1955–1957-ci illərdə isə Kolanı kənd orta məktəbində (9–10-cu siniflərdə) təhsil almış və 10 illik orta məktəb təhsilini müvəffəqiyyətlə başa çatdırmışdır. 1959–1961-ci illərdə Naxçıvan Kənd Təsərrüfatı Texnikumunun heyvandarlıq ixtisasında təhsil almışdır. 1962-ci ildə isə Gəncədə yerləşən Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun (indiki Azərbaycan Dövlət Aqrar Universitetinin) heyvandarlıq fakültəsinə qəbul olunmuş, 1967-ci ildə tam ali təhsilini müvəffəqiyyətlə başa vuraraq, zootexnika ixtisası üzrə alimlik dərəcəsi əldə etmişdir. Sərraf Qasım bir çox digər rəsmi ixtisasartırma, təkmilləşdirmə və idarəçilik kurslarında da iştirak edərək, həmin kursları müvəffəqiyyətlə başa vurmuşdur. Sərraf Qasım, Gəncədə təhsil aldığı dövrdə orada tanış olduğu müxtəlif sənət adamlarından, ustadlardan və alimlərdən öz rəsmi ixtisası ilə yanaşı, həm saz-söz sənətini, həm də elmi, ədəbi, dini və ictimai bilikləri dərindən öyrənmişdir. Beləliklə də Gəncə mühiti Sərraf Qasımın hərtərəfli savadlı bir alim və əsl bir saz-söz sənətkarı kimi yetişməsinə səbəb olmuşdur. === Əmək fəaliyyəti === Sərraf Qasım ali təhsilini başa vurduqdan sonra 1967–1970-ci illərdə ali təhsilli bir mütəxəssis kimi Sabirabad rayonuna təyinat alaraq üç ilə yaxın orada işləmişdir.
Qasım Süleymani
Qasım Süleymani (fars. قاسم سلیمانی‎‎; 11 mart 1957, Qənati-Məlik, Kirman ostanı, Pəhləvilər İranı[d] – 3 yanvar 2020[…], Bağdad Beynəlxalq Hava Limanı[d], İraq) — İranın İslam İnqilabı Keşikçiləri Korpusunun General-mayoru. 1998–2020-ci illər aralığında ölkə xaricində keçirilən gizli hərbi əməliyyatlar icra edən xüsusi hərbi birləşmə olan Qüds qüvvələrinin komandiri olub. Hərbi karyerasına 1980-ci illərdə İran-İraq müharibəsinin başlanğıcında 41-ci Tarallah divizionunun (bəzən Sarallah da deyilir) komandiri olaraq başlamışdır. İraqda Səddam əleyhdarı olan şiə və kürd qruplaşmalarına, daha sonra Livanda təşkilatlanan Hizbullah və Fələstinli hərbiləşdirilmiş təşkilat Həmasa hərbi dəstək verən əməliyyatlarda iştirak edib. 2012-ci ildə Suriyada vətəndaş müharibəsi əsnasında İranın müttəfiqi kimi Suriya hökumətini dəstəklədi. Süleymani 2014–15-ci illərdə İŞİD-ə qarşı vuruşan birləşmiş İraq hökuməti və yerli Şiə qüvvələrinə (Həşdi Şabi qruplaşması) dəstək verdi. Onun üsulları ittifaqa və hərbi-strateji diplomatiyaya hərbi və maliyyə yardımının birləşməsinə gətirib çıxarıb. == Keçmişi == Qasım Süleymani 1957-ci ilin 11 mart tarixində Kirman ostanının Rabor şəhristanında yerləşən Qənati-Məlik kəndində anadan olub. Məktəbi bitirdikdən sonra Kirman şəhərinə köçmüş və atasının borcunu ödəmək üçün tikinti işçisi olmuşdu.
Qasım bəy
Qasım bəy və ya sadəcə Qasım — Azərbaycanda kişilərə verilən şəxs adı. == Bu adı olan tanınmış insanlar == Qasım bəy Zakir — görkəmli Azərbaycan şairi. Qasım bəy Camalbəyov — Azərbaycan Demokratik Respublikası parlamentinin üzvü, Naxçıvanın İranda konsulu. Qasım bəy Hacılı-Cavanşir – Mahal naibi, məmur, şair Əsəd bəy Vəzirin atası, şair Qasım bəy Zakirin qaynatası. Qasım bəy Hacıbababəyov — memar. Qasım bəy Misirxanov — Qarabağ bəyi, çar zabiti, praporşik Qasım bəy Qasımbəyov — Bəsirət qəzetinin redaktoru Qasım bəy Heydərov == Bu adda olan abidələr == Qasım bəy hamamı — İçərişəhərdə yerləşən və ölkə əhəmiyyətli abidə olan hamam. Qasım bəy məscidi (Həzi Aslanov küçəsi) — Yasamal rayonu Həzi Aslanov küçəsində yerləşən və ölkə əhəmiyyətli abidə olan məscid. Qasım bəy məscidi (Bəşir Səfəroğlu küçəsi) — Yasamal rayonu Bəşir Səfəroğlu küçəsində yerləşən və ölkə əhəmiyyətli abidə olan məscid.
Qasım tatarları
Qasım tatarları (tatar. qasıym tatarları, касыйм татарлары, özlərini кәчим татарлары adlandırırlar) — tatar xalqının, xüsusən də Volqa-Ural tatarlarının qruplarından biri. Onlar Ryazan vilayətinin Kasimov şəhərində və Kasimovski rayonunda yaşayırlar. Onlar həmçinin Sankt-Peterburq, Moskva, Ryazan, Kazan, Daşkənd və başqa şəhərlərdə də məskunlaşıb. == Dil və din == Mişar ləhcəsinin müəyyən təsirinə məruz qalmış tatar dilinin orta dialektinin xüsusi ləhcəsində danışırlar. Qasım tatarları pravoslav xristianlarıdır, kiçik bir qrup isə sünni müsəlmanlardır. == Tarix == Etnik qrupun adı Qasım xanlığının paytaxtının - Qasım şəhərinin (digər adı Meşçerski şəhəri) adından gəlir. O da öz növbəsində təxminən 1445-ci ildən Meşçerski şəhərciyinin hakimi Qazan xanı Uluq Məhəmmədin oğlu Qasım xanın şərəfinə adlanıb. Qasım xanlığının əsas əhalisini Rusiya dövlətinin daxili işlərində fəal iştirak edən xidmətçi tatarlar təşkil edirdi. XVII əsrin son rübündə xanlığın ləğvi tatarların sosial və iqtisadi həyatında kəskin pisləşməyə səbəb oldu.
Qasım xanlığı
Qasım xanlığı (tatar. Qasím xanlığı/Касыйм ханлыгы, tatar. Qasím patşalığı/Касыйм патшалыгы, rus. Касимовское ханство / Qasimov xanlığı, rus. Касимовское царство / Qasimov çarlığı; 1452–1681), Oka çayının şimal sahilində Ryazan şəhəri yaxınında bugünkü Kasimovda Moskva knyazlığınin himayəsi altında Qasım xan tərəfindən qurulmuş türk dövləti. Xanlıq adını ilk xanı olan Qasım xandan almışdır. == Xanlar == 1445–1681 illəri arasında mövcud olan dövlət müxtəlif xanədanlara mənsub olan xanlar tərəfindən idarə olundu. Dövlət 1506-cı ildən bəri Rusiyaya tabe idi. 1679-cu ildə sonuncu xan Seyyid Burhanın ölümündən sonra iki il Fatma Sultan Bikə tərəfindən idarə olunsa da onun ölümü ilə xanlıq tamamilə Rusiya tərəfindən ilhaq edildi. Sözügedən dövlətin xanları, aid olduqları xanədanlar ilə birlikdə aşağıda təqdim olunur: Kazan xanları xanədanı: Kasım (1445–1468) Danyal (1468–1486) (Osmanlı dövlətinə tabe) Krım xanları xanədanı: Nur Devlet (1486–1491) Satılgan (1491–1506) Canbay (1506–1512) Qızıl Orda xanları xanədanı: Seyyid Evliya (1512–1516) Şah Əli (1516–1519) Can Əli (1519–1532) Şah Əli (yeniden, 1532–1567) Sayın Bulat (1567–1573) Mustafa Əli (1573–1600) Qazax xanədanı: Uraz Məhəmməd — 1600–1610 Sibir xanları xanədanı: Alp Arslan (1610–1627) Seyyid Burhan (1627–1679) Fatma Sultan Bikə (1679–1681) == Mənbə == Вельяминов-Зернов В. В. Исследование о касимовских царях и царевичах.
Qatil
Qatil — qətli törədən cinayətkar şəxsə verilən addır. Öldürən, adam öldürən, cani deməkdir.
Mark Qatis
Mark Qatis (d. 17 oktyabr 1966, İngiltərə) — ingilis aktyor, ssenari müəllifi. The League Of Gentlemen adlı komediya klubunun üzvüdür. Doktor Kim, "Şerlok" və "Drakula" seriallarında həm aktyor, həm də ssenari müəllifidir.
Seriyalı qatil
Seriyalı qatil — bir aydan artıq müddət ərzində bir neçə cinayət törədən şəxs. Seriyalı qatillər öz qurbanlarını çox vaxt eyni üsula qətlə yetirir və cəsədlərin üzərinə özlərinə məxsus işarə və ya yazılar yazırlar. Bu tip qatillər ilk qətlini törətdikdən bir həftə sonra ikinci qətli törədirlər. Qətillər arasında çox zaman böyük oxşarlıq olur. Əsas oxşarlıqlar qurbanın cinsi, yaşı, xarici görünüş təşkil edir. XX əsrin əvvələrində Albert Fiş, ortalarında isə Andrey Çikatilo tərəfindən törədilən silsilə qətillər bütün dünyada geniş əks səda doğurmuşdur. == Ümumi sinifləndirmə == Psixoz xəstəsi olan şəxslərin seriyalı qatil kimi fəaliyyət göstərməsinə nadir hallarda rast gəlinir. Seriyalı qatillərdə ən çox Şizofreniya xəstəliyi aşkarlanmışdır. Psixi durumu ağır olan insanlar qətil törətmək riski yüksəkdir. Seriyalı qatillər çox vaxt normal insan təsiri bağışlayır.
Qalib Qadir
Qalib Əhmədov — publisist, Azərbaycan Jurnalistlər Birliyinin üzvü (1984), Azərbaycan Fəlsəfə Cəmiyyətinin üzvü (1986). "Dünyaya pəncərə" qəzetinin təsisçisi və baş redaktoru. == Həyatı == 1949-cu il iyunun 1-də Azərbaycanda Qəbələ rayonunun Sileyli kəndində anadan olmuşdur. Hacallı kənd orta məktəbini bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin tarix fakultəsinə daxil olmuş (1966), sonra təhsilini filologiya fakultəsində davam etdirmişdir (1967-1972). 2020-ci il iyunun 16-da vəfat etmişdir. == Karyerası == Əmək fəaliyyətinə Qəbələ rayonunda müəllim kimi başlamış, sonra Sumqayıtda 49 saylı orta texniki-peşə məktəbində tərbiyyəçi, müəllim, tədris hissə müdiri vəzifələrində işləmişdir (1973-1980). Azərbaycan Dövlət Universitetinin Azərbaycan ədəbiyyatı tarixi ixtisası üzrə aspiranturaya daxil olmuşdur (1979). Azərbaycan Elmlər Akeademiyasının Fəlsəfə və Hüquq İnstitutunun dissertantı kimi ictimai şüur, ünsiyyət, siyasi mədəniyyət və digər problemlərə dair bir sıra elmi məqalələrlə çıxış etmişdir (1983-1987). "İflas: səbəblər və nəticələr" (1991) kitabında cari ictimai-siyasi hadisələr haqqında elmi araşdırmaları toplu halda nəşr olunmuşdur. "Təşviqatçı", "Dialoq" jurnallarında elmi-nəzəri şöbənin müdiri (1980-1990), "Azərbaycan kommunisti" və "Dirçəliş" jurnallarında ideologiya şöbəsinin müdiri, "Ayna" qəzetində tərcüməçi (1990-1993), Bakının Nərimanov rayonunda Əmək və Məşğulluq Mərkəzinin direktoru (1993-1995), "Xalq qəzeti", "Yeni Azərbaycan" qəzetlərində ədəbi işçi, şöbə müdiri, redaktor müavini (1996-1998) "Respublika" (2004-2006), "Azərbaycan" (2006-2008) qəzetlərində müxbir, bölgə müxbiri vəzifələrində işləmişdir.