Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kalsium qlükonat
Kalsium qlükonat (C6H11O7)2Ca - qlükon turşusunun kalsium duzudur. Mr((C6H11O7)2Ca) = 430.373. == Alınması == Preparatı almaq üçün qlükozanı qlükon turşusuna qədər oksidləşdirib, sonra ona kalsium-karbonat vasitəsilə kalsium duzuna çevirilər. Qlükozanı xlorun, bromun təsirindən mikrobioloji üsulla - Penicillium luteim, penicillium citrinum və s. kif göbələklərinin köməyi ilə oksidləşdirmək olar. Sənayedə bu proses elektrokimyəvi üsulla yerinə yetirilir. Bunun üçün tərkibində kalsium-karbonat və kalsium-bromid olan qlükoza məhlullarını elektroliz edirlər. Elektroliz zamanı kalsium-bromiddən sərbəst brom əmələ gəlir, o isə qlükoza oksidləşdirib qlükon turşusuna çevirir, kalsium-karbonat isə onu neytrallaşdırır. == Fiziki - kimyəvi xassələri == Kalsium qlükonat ağ dənəvari və ya kristalik toz olub, iysiz və dadsızdır. Suda həll olur, spirtdə və efirdə praktiki həll olmur.
Qlükoneogenez
Qlükoneogenez — qlükozanın qeyri-karbohidrat maddələrdən sintezi. Bu metabolik yolun çox böyük əhəmiyyəti vardır, çünki bəzi toxumalar və xüsusən beyin, qlükozadan ilkin bir yanacaq kimi yüksək dərəcədə asılıdır. Orqanizmin qlükozaya olan ümumi tələbatının çox hissəsi beynin payına düşür. Əgər qlikoliz- karbohidratların katabolizminin mərkəzi yoludursa, qlükoneogenez – anabolik prosesdir. Insanda, heyvanlarda, bir çox bakteriyalarda monosaxaridlərin və polisaxaridlərin biosintezinin ən mühüm prosesidir. Fotosintez edən orqanizmlərdə o, adətən, ikinci dərəcəli rol oynayır. Qlükozanın əsas qeyri-karbohidrat sələfləri- laktat, aminturşular və qliseroldur. Qlikolizin sürəti trikarbon turşuları tsiklində və tənəffüs zəncirindəki çevrilmələrin sürətindən yüksək olduqda işlək skelet əzələsində laktat əmələ gəlir. Aminturşular qida ilə daxil olan zülallardan, aclıq zamanı isə skelet əzələlərinin zülalların parçalanması nəticəsində yaranır. Triasilqliserolların hidrolizi nəticəsində yağ hüceyrələrundə qliserol və yağ turşuları əmələ gəlir.
Qlikon
Qlikon (q.yun. Γλυκών) — təbabət tanrısı Asklepinin insan başlı ilan və ya at yallı şir şəklində təcəssümü. Qlikon kultu II əsrdə yalançı peyğəmbər Abonotixli Aleksandr tərəfindən təqdim edilmişdir. Arxeoloji tapıntılara əsasən, Antonin Piy və Mark Avrelinin hakimiyyəti illərində Roma imperiyasında Qlikon təsviri olan sikkələr geniş yayılmışdır. Lukianın Aleksandr haqqında yazdıqlarında xristianlar və epikürçülər onun xüsusi düşməni və nifrətinin əsas obyekti kimi təqdim edilmişdir. İctimaiyyətin fikri onun qurduğu kultu ifşa etmək istiqamətində inkişaf edən zaman Aleksandr xalqı qorxutmaq üçün elan vermiş və bildirmişdir ki, "Pont ona qarşı ən mənfur təhqirləri söyləməyə cəsarət edən ateistlər və xristianlarla doludur". Aleksandr əlavə etmişdir ki, "tanrının lütfünü arzulayanlar onları daşqalaq etməlidir".
Qlüon
Qlüon və ya Qluon — Güclü qarşılıqlı təsir- nüvə qüvələrinin daşıyıcı zərrəciyi. Qlüon Eynşteyn - Boze sistematikasının zərrəciyidir. Spini- daxili fırlanma momenti vahidə bərabər olan sahə zərrəciyidir. Qlüon bozonlara aid edilir. Onun təsir sahəsi 10−15 metrdir. Qlüon həm zərrəcik, həm də antizərrəcik xassəsi göstərdiyindən onun tədqiqi çətinlik törədir. Qlüon bir vektor bosondur. Qlüon iki qütbləşmə halına malikdir. Bunun səbəbi düzən dəyişməzliyinin eninə qütbləşməni vacib qılmasıdır. Bu qanun kütləsiz zərrəciklərin işıq sürətilə hərəkət etməsi ilə bağlıdır və işıq sürətində hərəkət edən zərrəciklər üçün qütbləşmə vəziyyəti yalnız hərəkət yönünə dik yəni eninə ola bilər.
Qeskon
Kunar — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd.
Qlükaqon
Qlükaqonun molekul kütləsi 3495-dir. 29 aminturşudan təşkil olunub. Əvvəlcə α-hüceyrələrində tərkibində 37 aminturşu qalığı olan proqlükaqon əmələ gəlir. Sonra isə hidrolizə uğrayaraq, aktiv qlükaqona çevrilir. Qlükaqon qanda kalsium kationunun və arginin aminturşusunun miqdarını yüksəldir və qlükoza, somatostatinin miqdarını azaldır. Qlükaqon əzələlərdəki toxumaların membran reseptorları ilə birləşir.
Qlükoza
Qlükoza (yun. γλυκόζη, γλυκύς - dan şirin) və ya üzüm şəkəri və ya dekstroza. şirin dadlı, suda yaxşı həll olan ağ kristal maddədir. Qlükoza bitki və canlı orqanizmlərdə, həmçinin, bir çox meyvə və giləmeyvə şirələrində rast gəlinir. Qlükoza orqanizmin enerji sərfinin yarsını təmin edir Üzvi maddələrə aiddir. Qlükoza müxtəlif iynələrə sistemlərə əlavə olunur. Qlükozanın insana həm xeyiri həmdə ziyanı var. Qlükoza beşatomlu aldehidspirtdir. Qlükoza qiymətli və asan həzm olunan qida maddəsidir. tibbdə qlükozadan qanın konservləşdirilməsində və orqanizmi möhkəmləndirən maddə kimi istifadə olunur.
Qlüten
Qlüten — suda şişərkən xəmirdə əlaqəli elastik kütlə əmələgətirmə qabiliyyətinə malik zülal maddələri kompleksindən ibarətdir. Bu zülallar demək olar ki, bütün taxıl bitkilərinin dənlərində, xüsusən də buğdada miqdarca daha çoxdur. Ona görə keyfiyyətli çörək istehsalı üçün buğda unu əsas xammaldır. ABŞ, Türkiyə, İngiltərə, Fransa, İtaliya və başqa avropa dövlətlərində "qlüten" terminindən, Almaniyada "kleber" terminindən, Rusiyada və onunla qonşu olan respublikalarda "kleykovina" terminindən istifadə edilir. Suda həll olmayan buğda zülallarını ilk dəfə 1728-ci ildə italyan alimi Yakopo Bartolomeo Bekkari ayırmışdır. Qlüteni yaş və quru qlütenə ayırd edirlər. Yaş qlüteni xəmiri su ilə yumaqla, quru qlüteni isə yaş qlüteni qurutmaqla alırlar. Müəyyən miqdar buğda unu və sudan hazırlanan xəmirdən su ilə yuyularaq alınmış yaş qlüten hidratlaşmış hel şəklində olur. Qlütenin kimyəvi tərkibi (quru maddəyə görə %-lə) belədir: zülallar 75–99, nişasta 0,01–2,4, şəkərlər 1,2–2,1, lipidlər 0,7–8,0, mineral maddələr 0,5–2,0. Yaş qlütendə quru maddələrin kütləsinə görə 150-dən 250%-ə qədər su olur.
Ceki Qlison
Ceki Qlison (ing.
Qlükoza (müğənni)
Qlükoza (7 iyun 1986, Moskva) və ya əsl adı ilə Natalya İlyiniçna Çistyakova-İonova — Rusiya müğənnisi, aktrisası, teleaparıcısı, MTV EMA 2003 premiyasının qalibi. Debüt albomu olan "Qlükoza Nostra" (2003) ona beynəlxalq məşhurluq qazandırmışdır. Natalya İlyiniçna Çistyakova-İonova 7 iyun 1986-cı ildə Moskva şəhərində anadan olmuşdur. 1993-cü ildə yeddi yaşı olanda Uşaq Musiqi Məktəbinin fortepiano sinifinə qəbul edilib, səkkiz yaşında isə oranı tərk etib. Uşaq yaşlarında bir çox dərnəklərdə iştirak edib: sahmatdan başlayaraq baletə qədər. Moskvada 308 nömrəli məktəbdə oxuyub. 2001-ci ildə isə 10 və 11 sinifləri Moskva 17 saylı axşam məktəbinə bitirmişdir. İlk film təcrübəsi uşaq kinojurnalı olan "Yeralaş"dakı fəaliyyəti idi. Həyat yoldaşı, biznesmen Aleksandr Nikolayeviç Çistyakov (doğ. 25 yanvar 1973) qızı Lidiya (doğ.
Qaskon dili
Qaskon dili Fransanın Qaskoniya regionunda danışılan Latın dillərindən biri olan Oksitan dilinin ləhcəsidir. Təxmini olaraq 254 min nəfər insanın danışdığı bu Oksitaniya ləhcəsinin dörd alt ləhcəsi mövcuddur. 1982-ci ildə Berndə aparılmış olan bir anket nəticəsində məlum olmuşdur ki, insanların 51%-i Qaskon dilində danışır.
Geskon
Geskon — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 169 nəfərdir. == Toponimiyası == Oykonim Talış dilində kek/kok (Azərbaycan dilindəki goy sözü) və honi (Talışca "bulaq") sözlərindən ibarət toponim kimi "goybulaq" mənasında izah olunur. Kəndin adını "birəli bulaq" kimi izah edənlər də var. Hər iki halda kənd ərazisindəki bulağın adı ilə adlandırılmışdır. == Tarixi == 29 mart 2005-ci ildə Azərbaycan Respublikasının Milli Məclisinin qərarı ilə Osyedərə kənd inzibati ərazi dairəsi tərkibindəki Keskon kəndi Geskon kəndi adlandırılmışdır.
Pluton
Pluton (134340 Pluto; simvolı: , və ya ) — Günəş ətrafında dövr edən ən kiçik cırtdan planetlərdən biri. Kəşf edildiyi 1930-cu ildən 2006-cı ilədək planet kimi qəbul edilən Pluton, hal-hazırda Koyper qurşağında Eridadan sonra ikinci böyük obyekt hesab edilir. 1930-cu ildən 2006-cı ilədək Pluton Günəş sistemində doqquzuncu planet kimi qəbul edilirdi. Ancaq XX əsrin sonları və XXI əsrin əvvəllərində Günəş sistemində plutonsayağı xeyli səma cismi kəşf edildi. Onlardan Erida kütlə baxımından Plutondan 27% böyükdür. 24 avqust 2006-cı ildə Beynəlxalq Astronomiya İttifaqı özünün XXVI assambleyasında ilk dəfə olaraq "planet" anlayışına tərif verdi. Pluton bu tərifdə deyilən əsaslara uymadığından o planet kateqoriyasından kənarda qaldı. NASA 19 yanvar 2006-cı ildə Plutonun kəşfi üçün "New Horizons" adlı qurğunu kosmosa göndərdi. Həmin qurğu 9 il sonra yəni, 14 iyul 2015-ci ildə Plutona 12000 km yaxınlaşaraq planetin fotosunu çəkib. Xatırladaq ki, Plutonun fotosu dünyadan 5 milyard km uzaqda çəkilib.
Luton
Luton (ing. Luton [ˈluːtən]) — Böyük Britaniyada, İngiltərədə şəhər.
Luzon
Luson adası (taqal Luzon, isp. Luzón) — Filippin adaları arasında ərazisinə görə ən böyük ada. Adaların dünyada sahəsinə görə sıralamasında 15-ci yerdə gedir. Adanın sahəsi 109 964,9 km² təşkil edir. Burada 52 990 000 nəfər (2015) yaşayır. Adanın cənubunda Filippinin ən böyük iki şəhəri yerlışir: Manila və Keson. Manila ölkənin paytaxtıdır. Keson isə ölkədə ən çox əhalisi olan şəhərdir. Qədim xəritələrdə adanın adı Lusoniya və ya Yeni Kastilya olmuşdur. Adada yaşıyanlara hər zaman Lusonlular deyilirdi.
Yukon
Yukon — Kanadada ərazi. Mərkəzi Vaythors şəhəridir. Yukon (Kanada fransızcası: [juˈkõ]; əvvəllər Yukon Ərazisi və ya the Yukon adlanırdı) Kanadanın üç ərazisi içində ən kiçik və ən qərbində yerləşir. Bura 2024-cü ilə qədər əhalisi 45,750 nəfər olmaqla Kanadada üçüncü ən az məskunlaşılan əyalət və ya ərazidir. Bununla belə, ərazi paytaxtı Uaythors üç ərazi içində ən böyük yaşayış məntəqəsidir. Yukon Şimal-Qərb Ərazilərindən 1898-ci ildə Yukon Ərazisi adı ilə ayrıldı. 2002-ci il martın 27-də krallıq təsdiqi alan federal hökumətin Yukon Aktı ilə Yukon Ərazisi adı hələ də populyar istifadədə olsa da, ərazinin rəsmi adı olaraq "Yukon" təyin edildi. “Canada Post” ərazinin beynəlxalq təsdiq edilmiş poçt abbreviaturası kimi YT-dən istifadə edir. 2021-ci ildə ərazi hökumətinin siyasəti "The Yukon" adının rəsmi ərazi hökumət materiallarında istifadə üçün tövsiyə edilməsi yönündə dəyişdirildi. Rəsmi olaraq ikidilli (ingilis və fransız) olmasına baxmayaraq, Yukon hökuməti İlk Millətlərin dillərini tanıyır.
Luiza Qlük
Luiza Qlük (ing. Louise Glück; 22 aprel 1943, Nyu-York, Nyu-York ştatı – 13 oktyabr 2023, Kembric, Massaçusets) — amerikalı şairə və esseist. 2020-ci ildə "sadə gözəlliklə individual mövcudluğu universallaşdıran qüsursuz poetik səsinə görə" Ədəbiyyat üzrə Nobel mükafatı laureatı olub. == Həyatı == Amerikalı şairə Luiza Qlük 1943-cü il aprelin 22-də ABŞ-nin Nyu-York ştatında Avstriya-Macarıstan əsilli yəhudi ailəsində anadan olub. O, ABŞ Filosoflar Cəmiyyətinin üzvü olub. 1971-ci ildə Vermontdakı Goddard Kollecində poeziya professoru oldu. O, kollec həmkarı J. Dranow ilə görüşməyə başladı, 1973-cü ildə bir oğlu oldu. 1984-cü ildə Massaçusetsdəki Williams Kollecində ingilis dili kafedrasında baş müəllim oldu. Daha sonra o, Stanford, Boston və Ayova universitetlərində qonaq professor olub. == İstinadlar == == Xarici keçidlər == Louise Glück Online resources from the Library of Congress (ing.) Louise Glück Papers.
Pluton (dəqiqləşdirmə)
Pluton — Günəş ətrafında dövr edən ən böyük cırtdan planetlərdən biri. Həmçinin bu mənaları da ifadə edə bilər: Pluton (mifologiya) — Roma mifologiyasında yeraltı dünyanın tanrısı. Plutos — Qədim yunan mifologiyasında var-dövlət tanrısı. Plutonium — Aktinoidlər qrupundan olan radioaktiv kimyəvi element. Pluton cırtdan planetinin şərəfinə adlandırılmışdır.
Pluton (mifologiya)
Pluton – Roma mifologiyasında yeraltı dünyanın tanrısı. Mifologiya ilə əlaqədar olan bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Pyotr Qluxov
Serafim Veçkanov (tam adı: Pyotr Semyanoviç Qluxov, rus. Серафим Емельянович Вечканов; 26 dekabr 1897 və ya 13 (25) dekabr 1897, İrçe Çarmas[d], Buinsk qəzası[d], Simbirsk quberniyası[d], Rusiya imperiyası – 7 fevral 1979, Maqnitoqorsk, Çelyabinsk vilayəti) — erzyan əsilli SSRİ yazıçısı, Mordoviyanın ilk jurnalistlərindən biri. Mordoviya pedaqoqlarından Makar Yevseyevin bacısı oğlu. Pyotr Qluxov 26 dekabr 1898-ci ildə Simbirski vilayəti, Buinski qəzası, Malıe Markalı kəndində (indiki Çuvaşıstan Respublikası, Batırevski rayonu) kəndli ailəsində anadan olmuşdur. Beş yaşında ikən atası tif xəstəliyindən həyatını itirir. Anasının qardaşı Makar Yevseyev erkən öyrənməyə maraq göstərən oğlanın təhsilini öz üzərinə götürür. Pyotr Qluxov Kazandakı Müəllimlər Seminariyasının Mordva məktəbində təhsil almağa başlayır. 1916-cı ildə isə Kazan Müəllimlər Seminariyasını bitirir. Bir müddət sonraimperator ordusuna çağrılır. Dörd ay artilleriya qüvvələrində xidmətdən sonra ağır yaralanır.
Seylor Pluton
Seylor Pluton (セーラープルート, Sērā Purūto) — Naoko Takeuçi tərəfindən yaradılmış "Seylor Mun" manqasından personaj. Əsl adı Setsuna Meyo (冥王 せつな, Meiō Setsuna) olan Seylor Pluton Günəş sistemini qorumaq üçün yaradılmış Seylor döyüşçüləri komandasının üzvüdür. Seylor Pluton digərlərindən fərqli olaraq əsas vəzifəsi Məkan-zaman darvazasının keşiyində durmaq, bu darvazadan icazəsiz keçmək istəyənləri dayandırmaqdır. Buna görə də Məkan-zaman darvazasını heç vaxt tərk etmir. Gücləri məkan, zaman, yeraltı dünya və qaranlıq ilə əlaqələndirilir. Seylor Pluton "Seylor Mun R" seriyasının axırlarına qədər görünməmişdir. O, zaman darvazalarında keşik çəkən qoruyucudur. Seylor Pluton ilk dəfə Luna-P vasitəsilə Çibiusa ilə əlaqə saxlayarkən görünmüşdür. Seylor Pluton Çibiusaya Balaca Leydi kimi müraciət edir. Çibiusa Seylor Plutonu "Puu" (ingilis versiyasında "Plu") kimi çağırır.
Viktor Qluşkov
Viktor Mixayloviç Qluşkov (rus. Ви́ктор Миха́йлович Глушко́в; 24 avqust 1923, Rostov-na-Donu, RSFSR, SSRİ – 30 yanvar 1982, Moskva, RSFSR, SSRİ) – 24 avqust 1923-cü ildə görkəmli sovet riyaziyyatçısı və kibernetik Viktor Mixayloviç Qluşkov anadan olmuşdur. Onun rəhbərliyi altında 1966-cı ildə mühəndis hesablamaları üçün nəzərdə tutulmuş "МИР-1" fərdi kompüteri yaradılmışdır. 1998-ci ildə, ölümündən sonra, Qluşkov rəqəmli avtomatlar nəzəriyyəsinin və çoxprosessorlu makrokonveyer tipli super EHM-lərin yaradılmasına görə, Ukrayna Elmlər Akademiyasının Kibernetika İnstitutunu yaratdığına görə beynəlxalq "IEEE Computer Society" təşkilatı tərəfindən "Computer Pioneer" medalı ilə təltif edilmişdir. Mükafat onun ailəsinə təqdim edilmişdir. Əliquliyev R., Salmanova P. "İnformasiya cəmiyyəti: Maraqlı xronoloji faktlar", 2013, "İnformasiya Texnologiyaları" nəşriyyatı, 169 s.
Hubert Lukot
Hubert Lukot (1935 - 18 Yanvar 2017) — Fransalı şair və metaalətlər yazarı. Lukot 60-dan çox kitabın müəllifidir. == Həyatı == Hubert Lukot 1935-ci ildə Parisdə anadan olmuşdur. == Karyerası == Lukot ədəbi yaradıcılığına şeirlə başlamışdır. 1960-cı illərdə düz yazı və meta fantastikanı ehtiva edən kitablar yazmağa başlamışdır. Ömrü ərzində Lukot 60-dan çox kitab nəşr etdirmişdir. == Ölümü == Lukot 18 yanvar 2017-ci ildə vəfat etmişdir.
Luson adası
Luson adası (taqal Luzon, isp. Luzón) — Filippin adaları arasında ərazisinə görə ən böyük ada. Adaların dünyada sahəsinə görə sıralamasında 15-ci yerdə gedir. Adanın sahəsi 109 964,9 km² təşkil edir. Burada 52 990 000 nəfər (2015) yaşayır. Adanın cənubunda Filippinin ən böyük iki şəhəri yerlışir: Manila və Keson. Manila ölkənin paytaxtıdır. Keson isə ölkədə ən çox əhalisi olan şəhərdir. Qədim xəritələrdə adanın adı Lusoniya və ya Yeni Kastilya olmuşdur. Adada yaşıyanlara hər zaman Lusonlular deyilirdi.
Luzon adaları
Luzon adaları (taqal Luzon) — Filippin arxipelaqına daxil olan üç əsas qrupdan biri olaraq, arxipelaqın şimalında yerləşir. Luzon adalarına, Luzon adası, onun şimalında Batan və Babuyan adalar qrupları, şərqdə Polilo adaları, cənubda Katanduanes, Marinduke və Mindoro adaları daxildir. Həmçinin, Masbate, Palavan və Romblon adaları da Luzon adalarında daxildir, baxmayaraq ki, bu üç ada bəzən digər arxipelaq olan Visayla qruplaşdırılır. == Coğrafiyası == Adalar qrupuna daxil olan əsas adalar: Luzon — 109 965 km², Palavan — 12 189 km², Mindoro — 10 572 km², Babuyan arxipelaqı — 620 km². Palavan adası bu qrupa daxil olması bir çox alimlər tərəfindən inkar edilir, onu həm Luzon həm də Viday adalar qrupuna daxil edilir. == Əhalisi == 2010-ci il sıyahıya alınmasına görə adalarda 52 363 492 nəfər insan yaşayır.
Luzon boğazı
Luzon boğazı - Sakit okeanına daxil olan Cənubi Çin dəniziilə Filippin dənizini birləşdirir. Tayvan adasını Filippin adalarından daxil olan Luzon adasından ayırır. Boğazın eni 250 km təşkil edir. Burada iki qrup adalar vardır: Betan və Bobuyan. Betan adaları Batanes vilayətinə, Bobuyan adası isə Katayan vilayətinə aiddir. Boğazda bir neçə xırda keçidlər vardır: Babuyan keçidi (Luzon adasını Babuyan adasından), onu da Betan adasından ayıran Balitanq, Betan adalarını Tayvan adasından başı keçidi ayırır. Amerikadan gələn və Şərqi Asiya istiqamətində əsas gəmi yolu məhz bu boğazdan keçir. Boğazdan adalara materikdən gələn çoxlu sayda telekommunikasiya xətləri keçir. Buradan Çin, Honqkonq, Yaponiya və Cənubi Koreya istiqamətində olan telefon xətləri keçir.
Mariano Lukov
Mariano Domuşiyev (2 aprel 1958) — Bolqarıstanı təmsil edən stolüstü tennisçi. == Karyerası == Mariano Domuşiyev Bolqarıstanı 1988-ci ildə Seul şəhərində baş tutan XXIV Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 33-cü pillənin sahibi olub.