Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Qoça xan
Qoça Xan - türk və altay mifologiyasında bərəkət ilahı. Qosa (Kosa) Xan da deyilir. Özü adına yazda "Qoçaqan/Qoçıqan" adlı bərəkət mərasimi təşkil edilir. Şor türklərində isə bu mərasimin payızda edilən əks olunmasının adı "Paktıqan" olaraq iştirak edər. Bu ad da Baxdı Xanın adından gəlir. Zaman zaman adı Baxdı Xan ilə birlikdə xatırlanar. Bu mərasimdə ev ev gəzib pay toplanar. Kosa mərasimiylə yaxından əlaqədardır. Bu mərasimlərdə şaman bir maska ​​taxar. Akşamüzeri yığdıqlarıyla bir şənlik edər.
Qoca
Qoca — ad, təxəllüs. Qoca Səmədov — Qoca Yasamalski — Qoca Sənan Paşa — Fikrət Qoca — Yaşayış məntəqələri Qoca (Tikantəpə) — Qərbi Azərbaycan ostanının Tikantəpə şəhristanı ərazisinə daxil olan kənd.
Qonca Naxçıvanlı
Qonca Naxçıvanlı (d. 29 iyun 1979) — Türkiyəni təmsil edən həndbolçu. Qonca Naxçıvanlı, Türkiyə yığmasının heyətində 2017-ci ildə baş tutan IV İslam Həmrəyliyi Oyunlarında gümüş medal qazanıb. Qonca Naxçıvanlı, 2017-ci ildə Türkiyə yığması ilə birgə IV İslam Həmrəyliyi Oyunlarına qatıldı. Yarışların həlledici, final görüşündə Türkiyə yığması, gərgin oyunun sonunda Azərbaycan yığmasına 26:28 hesabı ilə məğlub oldu və IV İslam Həmrəyliyi Oyunlarının gümüş medalına sahib oldu.
Akça Qoca
Akça Qoca — Osmanlı Dövlətinin qurucularından, Osman Qazinin silah yoldaşlarından olub, Orxan Qaziyə də lələlik etmişdir. == Həyatı == Təqribən 1320-ci ildə İzmit və ətraf ərazilərinin fəthi ilə vəzifələndirilmişdir. Akça Qoca Sakarya ətrafına və İzmitə etdiyi hücumlarda buralarda bəzi qalaları əldə etmiş Ayan gölü (indi Sapanca gölü) tərəfindəki palankanı (ətrafı xəndəklərlə qazılmış kiçik qala) alaraq özünə qərargah etmiş və daha sonra Ermənibazarı və Kandırını zəbt etmiş və tayfa bəylərindən Qonur Alp ilə birlikdə Aydos və Samandıranı almışdılar. Samandıra qalası Akça Kocaya mülk olaraq verilmişdir. İzmit ilə Üsküdar arasındakı bütün Türk müvəffəqiyyətləri Akça Qoca ilə Abdurrahman Qazinin fəaliyyətləri sayəsində təmin edilmişdir. Akça Qocanın vəfatı 1326-cı ildə sonra olub qəbri Kandırada bir təpə üstündədir. Bunun adına nisbətlə İzmit vilayətinə Kocaeli deyilmişdir. Respublika dövründə Düzceye 50 km məsafədəki Akça şəhərə Akçaqoca adı verilmişdir. Akça Qocanın oğlu Hacı İlyas və nəvəsi Gebze qazısı Fəzlullah, Osmanlı Dövlətində əhəmiyyətli xidmətlər etmişlər.
Ağca Qoca
Akça Qoca — Osmanlı Dövlətinin qurucularından, Osman Qazinin silah yoldaşlarından olub, Orxan Qaziyə də lələlik etmişdir. == Həyatı == Təqribən 1320-ci ildə İzmit və ətraf ərazilərinin fəthi ilə vəzifələndirilmişdir. Akça Qoca Sakarya ətrafına və İzmitə etdiyi hücumlarda buralarda bəzi qalaları əldə etmiş Ayan gölü (indi Sapanca gölü) tərəfindəki palankanı (ətrafı xəndəklərlə qazılmış kiçik qala) alaraq özünə qərargah etmiş və daha sonra Ermənibazarı və Kandırını zəbt etmiş və tayfa bəylərindən Qonur Alp ilə birlikdə Aydos və Samandıranı almışdılar. Samandıra qalası Akça Kocaya mülk olaraq verilmişdir. İzmit ilə Üsküdar arasındakı bütün Türk müvəffəqiyyətləri Akça Qoca ilə Abdurrahman Qazinin fəaliyyətləri sayəsində təmin edilmişdir. Akça Qocanın vəfatı 1326-cı ildə sonra olub qəbri Kandırada bir təpə üstündədir. Bunun adına nisbətlə İzmit vilayətinə Kocaeli deyilmişdir. Respublika dövründə Düzceye 50 km məsafədəki Akça şəhərə Akçaqoca adı verilmişdir. Akça Qocanın oğlu Hacı İlyas və nəvəsi Gebze qazısı Fəzlullah, Osmanlı Dövlətində əhəmiyyətli xidmətlər etmişlər.
Aşıq Qoca
Aşıq Qoca (1900, Yuxarı Bozalqanlı, Tovuz rayonu – 1942) — aşıq, İkinci dünya müharibəsi iştirakçısı. == Həyatı == 1900-cü ildə Tovuz rayonunun Yuxarı Bozalqanlı kəndində anadan olmuşdur. Kiçik yaşlarından aşıqlıq sənətiylə məşğul olmağa başlamışdır. Uzun müddət Aşıq Hüseyn Bozalqanlının şagirdi olmuşdur. Aşıqlıq sənətindəki ustalığına görə də əsasən ona borcludur. Saz və söz məclislərində çalıb-çağırmasıyla çoxlarını arxada qoyurmuş. Şeirlərindən çox az bir qismi günümüzə gəlib çatan Qoca 1942-ci ildə cəbhədə həlak olmuşdur. == Mənbə == Azərbaycan Aşıqları və El Şairləri II, Bakı 1984, 314-320. Hümmət Əlizadə, Azərbaycan Aşıqları II, Bakı 1930, 149.
Elşad Qoca
Elşad Qoca (tam adı: Elşad Qoca oğlu İsayev; 2 may 1959, Yuxarı Körpülü, Noyemberyan rayonu) — yazıçı, publisist, tərcüməçi və tədqiqatçı jurnalist. == Həyatı == Elşad Qoca oğlu İsayev 1959-cu ilin may ayının 2-də Qərbi Azərbaycanın (indiki Ermənistan, Noyemberyan) İncəsu rayonunun Yuxarı Körpülü kəndində müəllim ailəsində doğulub. 1976–1977-ci illərdə Yuxarı Körpülü kəndində fəhlə işləyib. 1966–1976-cı illərdə Yuxarı Körpülü kənd orta məktəbində oxumuşdur. 1977–1982-ci illərdə indiki Bakı Dövlət Universitetinin (keçmiş ADU) jurnalistika fakültəsini bitirib. 1982–1984-cü illərdə leytenant rütbəsində sovetlər birliyinin Sibir və Ural Hərbi Dairələrində vzvod komandiri, rota komandirinin müavini vəzifələrində hərbi xidmət keçib. Bir müddət həmin dairələrin "Boyevoye Znamya" və "Sovetskiy voin" qəzetləri ilə hərbi müxbir kimi yaxından əməkdaşlıq edib. Uzun illər dövlət təhlükəsizliyi orqanlarında xidmət edib. Azərbaycan Vətən müharibəsi veteranıdır. == Jurnalist fəaliyyəti == Əmək fəaliyyətinə "Kənd həyatı" jurnalında (1984–88-ci illər) müxbir kimi başlayıb.
Fikrət Qoca
Fikrət Göyüş oğlu Qocayev (Fikrət Qoca; 25 avqust 1935, Kotanarx, Ağdaş rayonu – 5 may 2021, Ağdaş) — Azərbaycan şairi, Azərbaycan Yazıçılar Birliyinin birinci katibi, Azərbaycan Respublikasınının xalq şairi (1998) == Həyatı == Fikrət Qoca 1935-ci il avqustun 25-də Ağdaş rayonunun Kotanarx kəndində anadan olmuşdur. Əsərləri 1956-cı ildən mətbuatda çap edilir. Azərbaycan Radio və Televiziya Verilişləri Komitəsində, "Azərbaycan gəncləri" qəzetində, "Azərbaycan" jurnalında fəaliyyət göstərmiş, Azərbaycan Yazıçılar Birliyinin beynəlxalq əlaqələr üzrə məsul katibi olmuşdur. 1987-ci ildən "Qobustan" incəsənət toplusunun baş redaktorudur. 1998-ci ildən Azərbaycan Yazıçılar Birliyinin birinci katibidir. Çap etdirdiyi şeir kitablarında vətən məhəbbəti, vətənpərvərlik duyğuları, insan və zaman haqqında düşüncələri öz əksini tapmışdır. Dünyanın bir çox ölkəsində yaradıcılıq səfərlərində olmuş, həmin ölkələrə gedən milli azadlıq hərəkatlarına şeirlər həsr etmiş, o cümlədən Kubanın azadlıq mübarizi Ernesto Çe Gevara ("Ünvansız məktublar"), Qvineya-Bisaunun azadlıq hərəkatı xadimi Amilkar Kabral ("Amilkar Kabral"), Filippinin milli qəhrəmanı Xose Risal ("Xose Risal"), vyetnamlı gənc Li Vi Tom ("Li Vi Tom") və b. haqqında poemalar yazmışdır. 1990-cı illərdə yazdığı "Oddan keçənlər", "İnsan səviyyəsi", "Adi həqiqətlər" və s. poemalarında Azərbaycanda gedən azadlıq mübarizəsindən bəhs olunur.
Hamlet Qoca
Hamlet Göyüş oğlu Qoca (22 dekabr 1942, Ağdaş – 7 may 2019, Bakı) — Azərbaycan yazıçısı, nasir-tərcüməçi, ictimai xadim. SSRİ Yazıçılar İttifaqının və Azərbaycan Yazıçılar Birliyinin üzvü. Fransa Mədəniyyət Nazirliyinin "İncəsənət və ədəbiyyat Komandoru" ordeni və fəxri adı laureatı. == Həyatı == Hamlet Qoca 1942-ci ilin 22 dekabr tarixində anadan olub. Orta təhsil illərindən Avropa dillərini öyrənməyə başlamış, Ağdaş şəhərində 1 saylı tam orta təhsil məktəbini bitirdikdən sonra 1960-cı ildə Azərbaycan Dövlət Xarici Dillər İnstitutunun (indiki ADU) fransız dili və ədəbiyyatı fakultəsinə qəbul olunmuşdur. Təhsil illərində əlaçı olmuş, fransız dili ilə bərabər ingilis dilini də mükəmməl öyrənməyə səy göstərmiş, fransızca səlis, qramatik nitqə və tərcüməçilik qabiliyyətinə malik olmuşdur. 1963-cü ildə Tbilisidə keçirilən Tələbə Elmi Cəmiyyətlərinin Ümumittifaq konfransında fransız dilində məruzəsinə Fransalı nümayəndələr yüksək qiymət vermiş və təhsilinin davamı üçün onu Sarbon universitetinə dəvət etmişdilər, lakin dövrün məlum siyasətinin qoyduğu qadağalar qarşısında o, dəvətdən imtina etməyə məcbur olmuşdur. Hamlet Qoca hələ tələbə ikən 1964–1966-cı illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Tarix institutunda fransız dilində olan elmi-tarixi arxiv materiallarını ana dilimizə çevirməklə iş fəaliyyətinə başlamışdır. İnstitutu əla qiymətlərlə bitirəndən sonra 1966-cı ildə Afrikaya, Mali Respublikasındakı sovet səfirliyinə mütərcim təyinatı alır. 1968-ci ilə qədər burada çalışır və eyni zamanda Malinin tarixi-mədəni, ictimai-sosial, etnik xüsusiyyətlərini araşdırmaqla məşğul olur ki, bu da sənədli memuar tipli ilk əsərinin, "Tam-tamlar ölkəsində" (1971) kitabının yazılmasına imkan yaradır və sonralar bu silsiləni davam etdirərək işlədiyi, ezamiyyətdə olduğu Afrika ölkələrinin özəlliklərini əks etdirən "Afrikada gördüklərim" (1986), "Üç Afrika ölkəsi" (1989) kimi əsərlərini qələmə alır.
Qoca (Tikantəpə)
Qoca (fars. قوجه‎) — İranın Qərbi Azərbaycan ostanının Tikantəpə şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 646 nəfər yaşayır (128 ailə).
Qoca Qorm
Qoca Qorm (dan. Gorm den Gamle, q.skan. Gormr gamli, lat. Gormus Senex) və ya Süst Qorn (dan. Gorm Løge, Gorm den Dvaske; IX əsr – 964, bilinmir[d]) — Danimarka kralı. Qorm Danimarkanın cənubundan gələn hücumların qarşısını almaq üçün, arvadı Trianın təkidi ilə Godfred tərəfindən inşa olunan qalaları bərpa etmişdir. Qorm xaç suyuna salınmamasına baxmayaraq, Xristianlıq dininin yayılmasına müsbət yanaşırdı. Qoca Qormun ölümündən sonra hakimiyyətə oğlu I Harold gəlmişdir.
Qoca Səmədov
Qoca Çərkəz oğlu Səmədov (13 oktyabr 1959, Yevlax – 5 dekabr 2023) — Yevlax Şəhər İcra Hakimiyyətinin 2011–2019 illər arasında başçısı. Qoca Səmədov 13 oktyabr 1959-cu ildə Yevlax şəhərində anadan olmuşdur. 1966–1976-cı illərdə M. Ə. Sabir adına 2 saylı şəhər orta məktəbində təhsil almışdır. 1976–1977-ci illərdə Yevlax şəhər 7№-li Səyyar Mexanikləşmiş dəstədə və Azərittifaqın Yevlax tədarük bazasında fəhlə işləmişdir. 1977-ci ildə Ç. İldırım adına Azərbaycan Politexnik İnstitutunun Gəncə filialına daxil olmuş, 1982-ci ildə Azərbaycan Texnologiya İnstitutunu bitirərək mühəndis–texnoloq ixtisasına yiyələnmişdir. 1982-ci ildə Şəki şəhəri İpək kombinatında sahə ustası kimi əmək fəaliyyətinə başlamışdır. 1982–1984-cü illərdə ordu sıralarında xidmət etmişdir. 1985–1996-cı illərdə Azərittifaqın Yevlax tədarük bazasında tədarükçü, 1996–2004-cü illərdə Yevlax rayonundakı "Qafqaz" Kooperativinin sədri işləmişdir. 2004–2005-ci illərdə Yevlax şəhər 1 saylı Mənzil Təmir İstismar sahəsinin rəisi vəzifəsində çalışmışdır. 2005–2006-cı illərdə Yevlax şəhər İcra Hakimiyyəti Başçısının şəhər təsərrüfatı üzrə müavini, 2006–2011-ci illərdə Yevlax şəhər İcra Hakimiyyəti Başçısının I müavini vəzifəsində işləmişdir.
Qoca Yasamalski
Qoca Yasamalski (tam adı: Əlibala Həmidov) — kriminal aləmin tanınmış oğrularından biri Əlibala Həmidov 1972-ci ildə Bakı şəhərində anadan olub. Kriminal aləmdə "Qoca Yasamalski" ləqəbi ilə tanınıb. İlk dəfə Azərbaycanda 1992-ci ildə 14 il azadlıqdan məhrum edilib və 2000-ci ildə azadlığa çıxıb. 2009-cu ilin martında keçirilən əməliyyat zamanı "Qoca" sxodkada saxlanılıb. Sxodkada həmçinin "Masallı Mamed", "Dadaş Novxaninski" və "Yusif Bakinski" saxlanılıb. O narkotiklərin qanunsuz dövriyyəsilə bağlı cinayətlərə görə dövlətlərarası axtarışda olub. Qoca Yasamalski 18 avqust 2013-cü ildə Türkiyədə qətlə yetirilib. Onun meyitinin gətirilməsi kriminal aləmdə tanınan sima olan Adəm Avarskinin müşayiəti ilə həyata keçirilib. Cənazə 30-a yaxın avtoritetin müşayiəti ilə Bakı hava limanında qarşılanıb və Yasamal rayonu Şərifzadə küçəsinə gətirilib. Avqustun 20-də axşam məşhur avtorirtet Qoca Yasamalski həmin ünvandan son mənzilə yola salınıb.
Qoca xalçaları
Qoca xalçaları — Şuşa şəhərinin əski xalçaçıları Qarabağ tipinə aid olan xovlu xalça. Şuşa şəhərinin əski xalçaçıları Qarabağ tipinə aid olan bu xalçalara "Qoca" adını vermişlər. Tədqiqatların nəticələri göstərir ki, əvvəllər onlar "Xocavənd" adlanırdı, XVIII əsrdən onlar "Xocan", XIX əsrdən isə Şuşada geniş yayılaraq, "Qoca" adı ilə məşhurlaşmağa başladı. Qeyd edək ki, Xocavənd əvvəllər Bərdə əyalətinə daxil olan qəsəbə idi, hazırda isə o, Qarabağda ayrıca bir rayondur. Haqqında danışılan xalçanın adlanması bir zamanlar "Xocavənd" kəndinin adı ilə bağlı olmuşdur. Qeyd edək ki, "Xoca" – Təbrizdə xalçaçılıq məntəqələrindən birinin adıdır. "Qoca" xalçasının orta sahəsi məhz bu xalçaya aid olan xeyli sayda böyük əsas elementlərin mürəkkəb kompozisiyasından ibarətdir. Şübhəsiz, inkar etmək olmaz ki, xalça XVII əsrdə Qarabağın Bərdə şəhərində yaranmışdır və XIX əsrdə Şuşanın, Ağdamın və digər şəhərlərin xalçaçılıq məktəblərinə də keçmişdir. Lakin Bərdəni "Qoca"nın yarandığı yer hesab etmək düzgün olmaz. Nə üçün sualına cavab vermək üçün əsrlərə baş vurmaq lazım gəlir: XVI əsrdə Təbriz xalçaçıları "Şahabbası" adlanan yeni tip kompozisiyaya malik olan xalça yaratdılar.
Qoca xalçası
Qoca xalçaları — Şuşa şəhərinin əski xalçaçıları Qarabağ tipinə aid olan xovlu xalça. Şuşa şəhərinin əski xalçaçıları Qarabağ tipinə aid olan bu xalçalara "Qoca" adını vermişlər. Tədqiqatların nəticələri göstərir ki, əvvəllər onlar "Xocavənd" adlanırdı, XVIII əsrdən onlar "Xocan", XIX əsrdən isə Şuşada geniş yayılaraq, "Qoca" adı ilə məşhurlaşmağa başladı. Qeyd edək ki, Xocavənd əvvəllər Bərdə əyalətinə daxil olan qəsəbə idi, hazırda isə o, Qarabağda ayrıca bir rayondur. Haqqında danışılan xalçanın adlanması bir zamanlar "Xocavənd" kəndinin adı ilə bağlı olmuşdur. Qeyd edək ki, "Xoca" – Təbrizdə xalçaçılıq məntəqələrindən birinin adıdır. "Qoca" xalçasının orta sahəsi məhz bu xalçaya aid olan xeyli sayda böyük əsas elementlərin mürəkkəb kompozisiyasından ibarətdir. Şübhəsiz, inkar etmək olmaz ki, xalça XVII əsrdə Qarabağın Bərdə şəhərində yaranmışdır və XIX əsrdə Şuşanın, Ağdamın və digər şəhərlərin xalçaçılıq məktəblərinə də keçmişdir. Lakin Bərdəni "Qoca"nın yarandığı yer hesab etmək düzgün olmaz. Nə üçün sualına cavab vermək üçün əsrlərə baş vurmaq lazım gəlir: XVI əsrdə Təbriz xalçaçıları "Şahabbası" adlanan yeni tip kompozisiyaya malik olan xalça yaratdılar.
Qоca tarzən
Qоca tarzən — 1922-ci ildəazərbaycanlı yazıçı və dramaturq Əbdürrəhim bəy Haqverdiyev tərəfindən yazılmış hekayə. Ədəbiyyatşünas Kamran Məmmədovun sözlərinə görə, "Qоca tarzən" hekayəsinin qəhrəmanı olan tarzən Cavad, Haqverdiyev tərəfindən yazılmış başqa bir hekayə qəhrəmanı “Mirzə Səfərin” xarakterini xatırladır. O da yaltaqlığın nə olduğunu bilmir. Tarzən Cavad, sənətinin ölməyəcəyini və gənc nəslin simasında qayıdacağını görəndən sonra sevinir. Ədəbiyyatşünas Ə.Məmmədovun sözlərinə görə, Haqverdiyevin "Qоca tarzən" və C.Məmmədquluzadənin "Kəmança" hekayəsi azərbaycanlı yazıçılarının musiqiyə olan sevgisi haqqında rəvayət edir. Kamran Məmmədov. Əbdürrəhimbəy Haqverdiyev. Seçilmiş əsərləri. I. Bakı: Lider. Əziz Güləliyеv (redaktor).
Vasili Qoca
Vasili Qoca (rum. Vasile Ioan Godja, d. 1955, Buxarest, Rumıniya) — Rumıniyalı futbol məşqçisidir. Onun şöhrəti, 1991-ci ildən 1994-cü ilə qədər Təbrizin Traktor Sazi klubunda uğurlu məşqçiliyi ilə qayıdır. Vasili Qoca hələ də Təbriz və Güney Azərbaycan xalqı arasında adlım və popular adamlar arasındadır.
Xeyrəddin Qoca
Xeyrəddin Sayəddin oğlu Qoca (29 yanvar 1950, Qulbəndə, Ağdaş rayonu) — Azərbaycan yazıçısı, nasir, dramaturq, tənqidçi, dövlət və siyasi xadim. Azərbaycan Respublikası Milli Məclisinin I çağırış deputatı, Türkiyə Cümhuriyyətinin İstanbul şəhərində Azərbaycan Respublikasının sabiq baş konsulu, Yeni Azərbaycan Partiyasının yaradıcılarından biri və "91-lər"in üzvü, 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni və "Şöhrət" ordeni ilə təltif edilmişdir. Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü. Xeyrəddin Qoca 29 yanvar 1950-ci ildə Ağdaş rayonunun Qulbəndə kəndində müəllim ailəsində anadan olmuşdur. 1967-ci ildə rayonun Qəsil kənd orta məktəbini bitirdikdən sonra N. Tusi adına Pedaqoji Universitetə qəbul olunmuş, 1971-ci ildə ali məktəbi bitirmişdir. 1975–1977-ci illərdə Jurnalist Sənətkarlığı İnstitutunda təhsil almışdır. 1971-ci ildə ordu sıralarında xidmət etdikdən sonra uzun müddət qəzet-jurnal redaksiyalarında, Dövlət Televiziya və Radio Verilişləri Şirkətində müxtəlif vəzifələrdə işləmişdir. "Politexnik" qəzetində müxbir (2.03.1974–03.1977), Dövlət Televiziya və Radio Verilişləri Komitəsində ştatdankənar müxbir (30.03.1977–08.1978, 26.07.1982–2.10.1985), Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin "Sosialist qanunçuluğu" jurnalında böyük redaktor (9.08.1978–6.07.1982), "Dan ulduzu" qəzetində baş redaktor (25.03.1987–29.03.1991), "Mədəniyyət" qəzetində baş müxbir (29.03.1991–08.1991), "Şeytan" jurnalında müxbir (1.08.1991–04.1992, 1.02.1993–04.1993), "Açıq söz" qəzetində redaktor müavini (10.04.1992–1.11.1992), "Mozalan" qəzetində redaktor müavini (1.11.1992–02.1993), "Yeni Azərbaycan" qəzetində baş redaktor (1.04.1993–12.1997) vəzifələrində çalışmışdır. Jurnalistikanın müxtəlif janrlarında minlərlə yazısı Azərbaycanda və xaricdə çıxan 100-dən çox müxtəlif adda qəzet və jurnalda dərc edilmişdir. Xaricdə və Azərbaycanda televiziya və radio efirində yüzlərlə verilişi, sujeti və çıxışları səslənmişdir.
Şəmsi Qoca
Şəmsi Adilxan oğlu Qocayev (27 aprel 1961, İlanlı, Amasiya rayonu) — Azərbaycanlı şair, publisist, pedaqoq. Azərbaycan Yazıçılar Birliyinin üzvü. Şəmsi Qoca 27 aprel 1961-ci ildə Qərbi Azərbaycanın Ağbaba mahalının Amasiya rayonunun Çaybasar (İlanlı) kəndində anadan olub. 1982-ci ildə Gəncə Dövlət Universitetinin tarix fakültəsini bitirib. 1982–2005-ci illərdə Saatlı rayonunun məktəblərində müəllim, direktor müavini, məktəb inspektoru, RTŞ-nin müdir müavini vəzifələrində işləyib. 2006-cı ildən 30 yanvar 2013-cü ilə qədər Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Strateji təhlil, planlaşdılrma və kadrların idarəolunması sektorunda aparıcı məsləhətçi vəzifəsində işləmişdir. Müntəzəm olaraq dövri mətbuatda elmi-metodik, publisistik, ədəbi-tənqidi və pedaqoji məqalələrlə çıxış edir. "Qızıl qələm" və "Məmməd Araz" mükafatları laureatıdır. 2011-ci ildə "Qabaqcıl təhsil işçisi" adına layiq görülmüşdür. Bir sıra dərs vəsaitlərinin, tarix proqramlarının dərsliklərin və şeir kitablarının müəllifidir.
Kopra
Kopra (malayalam dili koppara) — kokos palmaları qozlarının qurudulmuş yağlı növü.
Korça
Korça — Albaniyanın cənub-şərqində yerləşən şəhər. Eyniadlı vilayətinin inzibati mərkəzidir.Əhalisi- 86 min nəfərdir. Bu şəhər ən azı XV əsrdən mövcuddur. Korçada aqrar sənayesi ciddi şəkildə inkişaf oldu.Habelə burada bir neçə təhsil ocağı var. Yerli futbol klubu ''Skanderbeu'' artıq dalbadal üçüncü dəfədir ki, Albaniya çempionudur- (2011, 2012, 2013).
Dolça
Dolça — su qabı; əsasən, misdən hazırlanır. Adətən təkqulplu olur. Şərq ölkələrində geniş yayılmışdır. Qabın səthi zərif həndəsi və nəbati naxışlarla bəzədilir. Azərbaycanda Qarabağ, Gəncə, Naxçıvan, Şamaxı, Lahıc, Təbriz ustalarının hazırladıqları nəfis dolçalar xaricdə də şöhrət qazanmışdır. Naxçıvan bürünç dolçası (1190, Luvr, Paris) orijinal forması və bəzəkləri ilə diqqəti çəlb edir.
Mopla
Mopla və ya Mapilla — Cənubi Hindistanda Mədrəs əyalətinin Malabar mahalında yaşayan malayali xalqının dini müsəlman olan icması. Mopla IX əsrdə yaranmışdır. Dini və inzibati mərkəzi Psani şəhəridir. Moplanın əsas dini təhsil müəssisəsi də buradadır. Маппила // Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т. и 4 доп.). СПб.. 1890–1907. Mopla // Большая советская энциклопедия: [в 30 т.] (3-е изд.). М.: Советская энциклопедия.
Qopuz
Qopuz — türk milli simli çalğısı. Ola bilsin, "qopuz" sözünün etimologiyası qop qədim türkcədə "ucalıq", "yüksəklik", uz isə "avaz", "sehrli musiqi ahəngi" mənasını verir. Sözün başqa etimoloji açıqlamaları da olmuşdur: Bang W. kop- (durmaq, qalxmaq) köküylə bağlayır. Ramstedt G. J. monqol qugur, qırğız qobuz və b. çin hu (tel, sim) sözləri arasında yaxınlıq görürdü; Joki A. J. bu baxışın tutarsız olduğunu göstərmişdir. Qopuzun yaranma tarixi eramızdan çox-çox əvvəllərə aid edilir. Alət haqqında ilk məlumata uyğur Koço dövlətinə elçi göndərilmiş Vanyen-Tenin (982 il) kitabında rast gəlirik. Onun yazdıqlarına görə, uyğurların mahnı oxuyarkən çaldıqları əsas musiqi aləti qopuzdur. ABŞ arxeoloqlarının 1960-cı ildə Cənubi Azərbaycanın Şuşdağı ətəyində yerləşən Cığamış qədim insan məskənində apardıqları qazıntılar zamanı e.ə. VI minilliyə aid edilən nadir mədəniyyət nümunələri aşkar edilmişdir.
Qorçu
Qorçu (rütbə) — Səfəvilər dövründə şahın seçmə, xas qvardiyasının üzvü qorçu adlanırdı. Qorçu (Laçın) — Azərbaycan Respublikasının Laçın rayonu inzibati ərazi vahidində kənd.
Qoxua
Qoxua (Çin dilində:milli boyakarlıq) — XX əsrin əvvəllərində meydana gələn və müasir Çin boyakarlığını ifadə edən termin. Qoxua termini ipək parça və kağız üzərində sulu boyalarla, əsasən, tuşla işlənən ənənəvi Çin boyakarlığını Avropa boyakarlığından fərqləndirmək məqsədilə yaradılmışdır. E.ə. III–II əsrlərdə özünə məxsus texniki və janr xüsusiyyətləri, eləcə də spesifik təsvir metodu olan milli boyakarlıq ənənələrinin bərpası və yeniləşdirilməsində qoxua mühüm rol oynamışdır. Qoxuada işləyən ilk rəssamlar (Jen Bo-nyan, Tsi Bayşi və b.) ənənəvi metodları zənginləşdirmək üçün naturaya müraciət etmişlər. Sonralar, milli boyakarlıq iki istiqamətdə -ənənəvi bədii ifadə vasitələrindən istifadə və Avropa boyakarlığı nailiyyətlərinin qoxua prinsiplərinə birləşdirmək yolu ilə inkişaf etmişdir. 1940–50-ci illərdə qoxua sujet etibarilə daha da müxtəlifləşir, müasir mövzularda lirik və məişət kompozosiyaları yaranır. "Azərbaycan sovet ensiklopediyası", Bakı, 1979.
Qoçan
Kuçan — İranın Rəzəvi Xorasan ostanının şəhərlərindən və Qoçan şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 96,953 nəfər və 25,066ailədən ibarət idi. Əhalisinin əksəriyyəti tatlar, kurmanclar və Xorasan türklərindən ibarətdir. Az sayda türkmənlər, ermənilər, mazandaranlılar, bəluclar, ərəblər və azərbaycanlılarda bu şəhərdə yaşayırlar.
Qoşma
Qoşma (ədəbiyyat janrı) — ədəbiyyatda janr. Qoşma (köməkçi nitq hissəsi) — 5 köməkçi nitq hissəsindən biri.
Qılça
Qıç və ya qılça — aşağı ətraflar olub, ağırlıq daşıyan və hərəkəti təmin edən bədən üzvüdür. Bir çox heyvanda ayaq qıçın son hissəsində pəncələr və ya dırnaqlardan təşkil olunmuş, bir və ya daha çox seqment və ya sümükdən ibarət olan orqandır.
Qıpçaq
Qıpçaq (Qax) — Azərbaycanın Qax rayonunun inzibati ərazi vahidində kənd. Qıpçaq bələdiyyəsi — Qax rayonunda bələdiyyə. Qıpçaq (Şörəyel) — Şörəyel mahalının inzibati ərazi vahidində (indiki Ermənistanın Şirak mərzində) kənd. Qıpçaq (Qoşaçay) — İranın Qərbi Azərbaycan ostanının Miyandoab (Qoşaçay) şəhristanında kənd. Qıpçaq (Üskü) — İranın Şərqi Azərbaycan ostanının Üskü şəhristanında kənd. Qıpçaq (Bostanabad) — İranın Şərqi Azərbaycan ostanının Bostanabad şəhristanında kənd. Qıpçaq (Həmədan) — İranın Həmədan ostanının Həmədan şəhristanında kənd. Qıpçaq (Əlborz) — İranın Əlborz ostanının Nəzərabad şəhristanında kənd. Qıpçaq (Tehran) — İranın Tehran ostanının Mələrd şəhristanında kənd. Qıpçaq (Qaqauziya) — Moldovanın Qaqauz Muxtar Regional Torpağında kənd.
Sopka
Müxtəlif mənada işlənən termindir.
Topçaq
Topçaq düzü — Cəbrayıl rayonunun ərazisində yerləşir. Vaxtı ilə "Topçaq" düzü haqqında bir yazımızda bu adın "topa yer", dəyirmi yer" mənalarını verdiyini göstərmişdik. Bu fikri hörmətli xalq yazıçımız Sabir Əhmədliyə istinadən şərh etmişdik. Bu düzün təsvirini "Azığa doğru" romanında verən yazıçı yazır ki, babaların dediyinə görə, Topçaq vaxtı ilə müharibə meydanı olub. Bu el- obada Topçaq kimi tamaşalı yer olarmı? Bir düzdü, bir meydandı, məcməyi kimi dəpdəyirmidi. Toponimik, etnonimik araşdırmalar göstərir ki, T o p ç a q\\Topçak\\ Tobıçak bir etnosun adıdır. İ. N. Berezin orta yüzilliklərə aid olan "İqor knyaz Severskiy" adlı kitaba yazdığı rəydə T o p ç a k \\ T o b ı ç a k adlı tayfa birliklərindən də bəhs etmiş, həmin adın "kök at"; mənasını göstərmişdir. "qüvvətli, gözəl at"; 2) "girdə", "dairəvi", "yumru" mənalarındadır. F. E. Korş t o p ç a k sözünün "xüsusi növ at " mənasında olduğunu göstərmişdir.
Topçu
Topçu (İsmayıllı)
Xonça
Xonça — bayramlarda və hərhansı təntənəli mərasimlərdə hazırlanmış hədiyyə topıusudur. Xonçanın işində qiymətli bəzək əşyalarından tutmuş meyvə və şirniyyata qədər ola bilər. Nişan xonçası — Bir sıra bölgələrimizdə bu xonçaları "rıişanbaxtı / nişanbəxti" adlandırırlar. Nişan — elçilikdən və həridən sonra qızın verilməsinin bəlli edilməsi üçün təşkil edilən mərazismdir. Bu mərasimdə oğlan evindən qız evinə nişan xonçaları gətirilir. Bu xonçalar arasında nişan üzüyü və qırmızı şal yerləşdirilmiş üzük xonçası, paltar xonçası, mövsümə görə meyvə xonçası, şirniyyat və qız adamlarına ayrılmış hədiyyələr olan xonçalar yer alır. Xonça gətirmə — Nişandan sonra qız kimin toyuna, şaxına getsə onun adına xonça gətirirlər. Burada qızlar oturur bir tərəfdə. Bu zaman qaynana əlində xonça oynaya – oynaya girir məclisə. Gəlir gəlinin qabağına.
IV Qoca Hakon
IV Qoca Hakon və ya IV Hakon Hakonsson (q.skan. Hákon Hákonarson, norv. Håkon Håkonsson) — 1217–1263-cü illərdə Norveç kralı (konunq). Onun hakimiyyəti 46 il davam etmişdir. Bu isə I Haralddan sonra Norveçdəki ən uzunmüddətli hakimiyyət idi. O, Hakon Sverressonun və Varteyqli İnqanın övladı idi. Hakon Norveçin iğtişaşlı vətəndaş müharibəsi dövründə anadan olmuşdu. 1217-ci ildə birkebeynerlər kralı olmuşdur. Onun hakimiyyəti dövründə vətəndaş müharibəsi və digər daxili münaqişələr sona çatmışdır. Birkebeynerlər fraksiyasının kralı olaraq, Hakonsson son baqler taxt iddiaçısı olan Siqurd Ribbunqun 1227-ci ildə qaldırdığı üsyanı yatırmışdır.
Qoca-Əbilxeyr xan
Kart-Əbülxair Xan ( 1687 - 1730 ) — Böyük Sifət xanı ( 1717 - 1730 ). Əbülxeyr 1687-ci ildə anadan olub . Əbülxeyr gənc ikən atası Aytək Sultanın ölümündən sonra o, kiçik qardaşı Yolbarislə birlikdə Abdolla Binin əlində idi. Cunqar istilasından sonra Abdullahi Bi öldü. Əbilxeyr və Yolbarış 1710-cu ildə keçirilən Qaraqum yığıncağında iştirak etdilər. 1715-ci ildə Tauke xan getdi və Orta Yüz xanı oldu. Əbülxeyr və onun kiçik qardaşı Yolbaris taxtda oturmaq istəyirlər. Amma Küsrau sultanın oğlu Xəyib oturur. 1717-ci ildə Ayagöz döyüşündə Ulu Yüz xanı Tursin həlak oldu. Əbülxeyr Böyük Yüzün növbəti xanı olacaq .
Qoca Davud Paşa
Qoca Davud Paşa (XV əsr, Albaniya – 20 oktyabr 1498, Dimetoka) — II Bəyazid səltənətində sədrəzəm olmuş Osmanlı dövlət adamı. Qəti olaraq Alban əsillidir. Macarıstan və Venesiya torpaqlarında aparılan hücumların uğurlarına görə Ankara Sancaqbəyliyinə, ardından da Anadolu Bəylərbəyliyinə gətirildi (1473). Otluqbeli Döyüşündə qabaqcıl qüvvələrə nəzarət etdi. 1477'də aparılan Dunay Boyu səfərinə qatıldı və top gülləsiylə yaralandı. Eyni il Rumeli Bəylərbəyliyinə təyin edildi. 1478'də İşkodra səfərində Jebyak'ı ələ keçirdi. Yenə eyni il Bosniya sancaqbəyliyinə təyin edildi. II. Bəyazidin taxta çıxışından sonra təkrar Rumeli Bəylərbəyliyinə təyin edildi. 1483'də təkrar Anadolu hakimi təyin edildi və əvvəl vəzir, sonra İshaq Paşanın yerinə sədrəzəm oldu və macarlara qarşı Rumeli'ni müdafiə etməklə vəzifələndirildi.
Qoca Musa Paşa
Qoca Musa Paşa (ö. 22 yanvar 1647) — IV Murad və Sultan İbrahim səltənətlərində müxtəlif vəzifələrdə xidmət edən Osmanlı dövlət xadimi, Misir bəylərbəyi. Doğum tarixi haqqında məlumat yoxdur. Əndərundakı təlim-tərbiyəsi tamamlandıqdan sonra Sultan Muradın silahdarlığına gətirildi. Ardından 1630-cu ildə vəzir rütbəsiylə Misir bəylərbəyi olsa da, bir il sonra paytaxta çağırıldı və divan vəziri oldu. 1636-1637 və 1639-1644-cü illərdə Budin bəylərbəyi olaraq xidmət etdi. Ardından 1644-cü ilin martında Silistrə sancaqbəyi oldu. 1645-ci ildə kaptan-ı dərya olsa da, elə həmin il Əyriboz yaxınlığındakı dəniz döyüşündə şəhid düşdü. Cənazəsi Üsküdara gətirilərək dəfn edildi. Sicill-i Osmani IV, səh.
Qoca Mustafa Paşa
Qoca Mustafa Paşa (v. 1512, Bursa) — II Bəyazid və I Səlim dönəmində 6 yanvar 1512 - 23 noyabr 1512 tarixlərində ümumilikdə 10 ay 17 gün Osmanlı imperiyasının sədrəzəmi olmuş dövlət adamıdır. Həyatının ilk illəri və saraya necə alındığı haqqında məlumat yoxdur. II Mehmed dönəmində Şahzadə Bəyazidin xidmətinə alınmış, Şahzadə Bəyazid taxta çıxdıqdan sonra isə xəzinədarlığa gətirilmişdir. 1487-ci ildə qapıçılar kəndxudası, iki il sonra isə qapıçıbaşı təyin olunmuşdur. Bu vəzifədə ikən Fransadan Romaya göndərilən Cem Sultan üçün ödəniləcək məbləği Papa VIII İnnokentə çatdırmaq üçün vəzifələndirilmişdir. Rodos cəngavərlərinin də köməkliyi ilə 30 noyabr 1490 tarixində İtaliyaya çatan Mustafa ağa II Bəyazidin Papaya və Cem Sultana yazdığı məktubları çatdırdıqdan sonra geri döndü. 1492-ci ildə Ohri sancaqbəyi seçilən Mustafa bəy bu vəzifəsində ikən Sultan Bəyazidin qızlarından Qəmərşah Sultanla nigahlandı. Cem Sultan məsələsi ilə maraqlandı. Hətta kiçik bir donanma ilə İtaliya sahillərinə hücum etdiyi və 80 nəfər əsirlə geri döndüyü bilinir.
Qoca Sənan Paşa
Qoca Sənan Paşa (d. 1520 - ö. 3 aprel 1596) - Sultan III Murad və III Mehmed dönəmlərində 5 dəfə - ümumilikdə 8 il 5 ay müddətinə sədrəzəm olmuş Osmanlı dövlət adamıdır. Dörd padşahın dövründə müxtəlif vəzifələrdə xidmət göstərən Sənan Paşa, I Süleyman dönəmində çaşnigarbaşı, Malatya sancaqbəyi, ardından isə Ərzurum və Hələb bəylərbəyi təyin edildi. II Səlim dönəmində isə Misir bəylərbəyi, qübbəaltı vəziri, Yəmən və Tunis Fatehi, III Murad dönəmində isə İran səfəri sərdarı və 1580-ci ildə sədrəzəm təyin olundu. İsrafçılığın, rüşvətin və yolsuzluğun son həddə çatdığı bir dönəmdə uzun müddət sədarətdə qalan Sənan Paşa Osmanlı tarixinin ən qüdrətli sədrəzəmlərindən biridir. Ancaq buna baxmayaraq bəzi tarixçilərə görə, Sənan Paşanın xidmətləri qədər dövlətə ziyan bir çox qərarları da olmuşdur. Belə ki, 1593 tarixində başlayan və 13 il davam edən Avstriya müharibəsini sırf "Vyana Fatehi" təxəllüsünü almaq məqsədilə başlatdığı qəbul edilir. Rəqibləri Lələ Mustafa Paşa və Fərhad Paşa ilə apardığı siyasi mübarizə o dönəmə damğasını vurmuş, xüsusilə də Fərhad Paşa ilə aralarında gedən mübarizə səbəbilə Osmanlı ordusunda yeniçəri və sipahi qüvvələri arasında parçalanmalar baş verdi. Vəfatının ardından şəxsi xəzinəsində 600 min qızıl sikkə, milyonlarca gümüş sikkə, sandıqlarla dolu zinət əşyaları, 600 samur kürk aşkara çıxdı.
Foça
Foça (türk. Foça) — İzmir ilinin ilçəsi. İzmirin şimalında yer alır. İl mərkəzinə uzaqlığı 43 km-dir. İlçənin şərqində Əliağa, cənubunda Menəmən ilçələri, qərbində və şimalında isə Egey dənizi yerləşir. İlçənin sahəsi 251 km2-dir. 2019-cu ilin statistikasına əsasən ilçə əhalisi 32,264 nəfərdir.
Koça
Dəşti-Qıpçaq
Dəşt-i Qıpçaq (fars. دشت قپچاق‎ Dašt-i Qipčaq), tam adı — Dəşt-i Qıpçaq və Kuman — Qıpçaq çölü — Qıpçaqların yaşadığı tarixi ərazi və eyniadlı imperiya. == Tarixi == Hunların, göytürklərin, xəzərlərin ardınca qıpçaqlar Avrasiya çöllərinin hakiminə çevrildilər. Bu günə qədər "qıpçaq" etnoniminin işləndiyi ilk mənbə 759-cu ilə aid olan "Selenq kitabəsi" hesab olunur. Gürcü mənbələri onları "yeni" və "əski" qıpçaqlara bölür. Orta əsr tarixçisi Fəzlullah Rəşidəddin qıpçaqları Oğuz xaqanın başçılıq etdiyi türk ulusunun beş qolundan biri hesab edir. Tarixdə "Dəşti Qıpçaq" (Qıpçaq çölü) adlanan ərazi Qara dənizin şimalını və Qafqazları əhatə edirdi. XI–XV yüzillərdə Tyan Şanın qərb ətəklərindən Dunaya qədər torpaqlar türkdilli qıpçaqların (rus mənbələrində-polovəslər) adını daşıyırdı. Qıpçaq ölkəsi dedikdə, ilk növbədə Şimali Qafqaz və Şimali Qaradəniz çöllərini əhatə edən ərazi başa düşülür. Bəzi tədqiqatçılar Attilanı qıpçaq kökənli hesab edirlər.
Força Sindical
Força Sindical (port. Força Sindical) və ya qısaca FS — Braziliyanın ən irimiqyaslı və aparıcı həmkarlar ittifaqı təşkilatlarından biri. Qurumun baş qərargahı San-Pauloda yerləşir. == Tarixi == Força Sindical 1991-ci ildə Latın Amerikası Əməkçiləri Birliyinin 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə keçirdiyi konqresdə təsis olunub. Həmin konqresdə qitənin aparıcı həmkarlar ittifaqlarının 2 500 nəfərə yaxın lideri və fəalı iştirak edirdi. FS qısa müddətdə ətrafına böyük sayda üzv toplayır. == Fəaliyyəti == Qurumun əhali arasında qazandığı nüfuz onun bütün aktual məsələləri hər zaman gündəmdə saxlaması ilə bağlıdır. İşçilərin bütün yaş qruplarının gündəlik həyatında baş verən sosial məsələlərə böyük diqqət göstərir; baş qaldıran problemlərin həlli istiqamətində bacardığını edir. Son zamanlar təşkilat öz siyasətində hüquqi resursların qorunması sahəsində fəaliyyyətini gücləndirib. Bununla yanaşı, iş yerlərində diskriminasiyanı aradan qaldırmaq məsələsi də təşkilatın gündəmindədir.
Fransisko Qoyya
Fransisko Xose de Qoyya (30 mart 1746[…] – 16 aprel 1828[…], Bordo) — ispan rəssamı. == Həyatı == 1746-cı il mart ayının 30-da İspaniyada dünyaya göz açıb. İspan rəssamları içərisində romantiklərindən hesab edilən Qoyyanın yaratdığı əsərlərdə Pikassonun üslubunu görmək mümkündü. Rənglərdən ustalıqla istifadə və özündən əvvəlki sələflərinin üslubunu peşəkarcasına mənimsəmək bacarığı onun yaradıcılığının başlıca xüsusiyyətidir. Uşaqlığını İspaniyada keçirən rəssam ailəsi ilə birgə 1749-cu ildə Saraqosa şəhərində aldığı evə köçür. Ehtimallara görə, onun bu qədər savadlı olmasının əsas səbəbi, yaşadığı yerdə keçilən rəsm dərslərində onun fəal iştirak etməsidir. == Yaradıcılığı == Rəssam 14 yaşında Xose Luzan ilə birlikdə təhsil alır. Onun çəkdiyi rəsm əsərləri Anton Rafael tərəfindən bəyənilir. Bu isə öz növbəsində onlar arasında dostluq münasibəti yaradır. Məşhur rəssamın ozamankı eskizləri elə də tanınmırdı.
Klyoçevskaya Sopka
Klyuçevskaya Sopka (Klyoçevskoye vulkanı) — Kamçatka ərazisində fəaliyyətdə olan vulkandır. Hündürlüyünə görə bütün Avrasiya materikinin ən hündür vulkanıdır. Vulkanın yaşı tərqibi olaraq 7000 il hesablanır. Onun hündürlü 4750 – 4850 m arasında dəyişir. 15 avqust 2013-cü ildə sonuncu partlayışdan öncə onun hündürlüyü 4835 metr təşkil edirdi. Klyoçevskaya Sopka Rusiyanın Qafqazda yerləşən zirvələri istisna olaraq ən hündür zirvəsidir. == Aktivliyi == Aktivlik baxımından son illərdə yalnız Karim Sopkasından qalır. Gücü baxımından isə Avrasiyanın ən güclü vulkanıdır. Tarixə düşmüş məşhur püskürmələr: −1737 il., −1932 il., −1938 il., −1944–1945 illər., −1946 il., −1951 il., −1953 il., −1956 il., −1966 il., −1980 il., −1983 il., −1984 il., −1987 il., −1988–1989 illər., −1993 il., −1994 il., −2002 il., −2004–2005 il., −2008 il., −2009 il., −2012 il. −2013 il, 2023 === 1932 il === Adətən il ərzində 5–6 püskürmə baş verir.
Konça Buyka
Konça Buyka (isp. Concha Buika, 11 may 1972, Palma-de-Malyorka) — ispan müğənnisi, yaradıcılığı flamenko, caz, soul, tanqo, rumba kimin müxtəlif janrları əhatə edən ən parlaq və orijinal ifaçılardan biridir. Onun “Niña de Fuego” albomu 2008-ci ildə İlin Ən Yaxşı Alvomu nominasiyasında Latın Qremmi Mükafatını qazanmış, “La Noche Mas Larga” albomu isə 56-cı Qremmi Mükafatlarının təqdim edilməsi məqasimində Ən Yaxşı Latın Caz Albomu nominasiyasında mükafata namizəd göstərilmişdir. Pedro Almodovarın İçində yaşadığım dəri filmində ifa edilmiş iki mahnının müəllifi və ifaçısıdır. == Bioqrafiyası == Konça Buyka 11 may 1972-ci ildə İspaniyanın Balear adalarının paytaxtı olan Palma şəhərində dünyaya gəlmişdir. O, yazıçı Xuan Balboa və Honorina Buykanın övladıdır və valideynləri hazırda Mayami, Florida, ABŞ-da yaşayır. Buyka şair, bəstəkar, musiqi prodüseri olmaqla yanaşı, “analıq” vəzifəsini də yerinə yetirir. O, ispan, katalan, ingilis, fransız və portuqal musiqiçiləri ilə iş birliyində olub. Onun əməkdaşlıq elədiyi şəxslər arasında Anuşka Şankar, Çik Korea, Nina Jozel, Mariza, Bebo Çuço Valdes, Luz Kasal, İvan Lyuis, Daniel Murihed, Cus Lui Perales, Seal, Armando Manzanero, Nelli Furtado və Xavier Limon kimi musiqiçilər var. Buyka bir neçə filmin musiqisini ifa etmişdir.
Konça Kallexa
Konça Kallexa (isp. Concha Calleja, 10 iyul 1964, Barselona) — ispan jurnalisti və yazıçısıdır. Əsas fəaliyyəti jurnalistikada, tarixi və məşhur simaların həyatında, yazdığı kitablara əsasən çəkilmiş filmlərin və serialların ssenariyasında cəmləşir. == Həyatı və fəaliyyəti == O, UNED-də "Coğrafiya və tarix" ixtisası üzrə bakalavr, həmçinin "Protokol və institusional əlaqələr" ixtisası üzrə təhsil alıb. Kriminologiya, məhkəmə psixologiyası və kriminal profilləmə sahəsində məhkəmə mütəxəssisidir. Kembric Universitetinin "Məsləhət psixologiyası" üzrə magistr dərəcəsini alıb. Fəaliyyətinin ilk addımlarından biri Gava Arxeologiya Muzeyi (Barselona) tərəfindən aparılan arxeoloji qazıntılar üzərində işlərdir ki, onu mətbuat dünyasına gətirib çıxardır. Sonradan La Vanguardia, El Periódico, El Mundo, Mundo Científico, La Clave, Cuadernos de Pedagogía, Historia y Vida e Historia kimi kütləvi informasiya vasitələrində çalışmışdır. Onun kitablarından ikisinin "Cayetana", "Duquesa de Alba" və "El álbum privado de la Duquesa de Alba" üzərində "La duquesa" serialı çəkilmişdir. Bundan başqa, "La mujer morena" əsəri Sur televisión kanalında yayımlanan eyniadlı sənədli film üçün ssenari mənbəyi olmuşdu.
Focca
Focca (it. Foggia) — İtaliyanın Puglia regionunda bir şəhər, bələdiyyə vahidi və Focca vilayəti adını daşıyan vilayətin mərkəzidir. İtaliyanın ana buğda yetişdirmə sahəsi olan Tavoliere ovasındaki ən əhəmiyyətli şəhər olub bu səbəblə ümumiyyətlə əkinçiliyə əsaslanan bir məskunlaşma mərkəzidir. Focca şəhəri Katolik Kilsəsi başpiskoposluk mərkəzidir. 1999-cu ildə yeni olaraq 7 fakültəli bir dövlət universiteti "Üniversità degli Studi di Foggia" qurulmuşdur və bu anda 10.000 şagirdi olmuşdur.
Gotcha
Gotcha – “qoça” - proqramda, sistemdə istənilən kimi işləməyən nəsnə. C dilində “qoça”ya klassik nümunə: if (a=b) code; sintaktik cəhətdən düzgündür. O, b dəyişəninin qiymətini a-ya mənimsədir və sonra a sıfır deyilsə, code hesablanır. Əslində isə, proqramçı, yəqin ki, bunu nəzərdə tutmuşdu: if (a==b) code; yəni, əgər a və b dəyişənlərinin qiymətləri bərabərdirsə, code hesablansın. Müasir kompilyatorlar belə konstruksiyaya rast gəldikdə, xəbərdarlıq edir. Bu “qoça”dan qaçmaq üçün bəzi proqramçılar konstatları müqayisə işarəsinin solunda saxlamağı, məsələn, х == 42 deyil, 42 == х yazmağı tövsiyə edir. Beləliklə, == operatorunun əvəzinə = operatorundan istifadə olunması kompilyator xətasına səbəb olur. Başqaları isə belə yazılışın kodun oxunuşunu çətinləşdirdiyini hesab edir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Göycə
Göyçə mahalı — Qərbi Azərbaycanın (indiki Ermənistan Respublikası) ərazisində, Göyçə gölü ətrafında olan tarixi mahal. Göyçə mahalı Qərbi Azərbaycanda 1988-ci ilə qədər azərbaycanlıların kompakt yaşadığı ərazilərdən biri olmuşdur. 1747–1828-ci illərdə İrəvan xanlığının mahalı olmuşdur. == Tarixi == Mahal Göyçə gölünün sahilləri boyu geniş bir ərazini əhatə edir. Bu ərazi Rusiyaya müharibə ilə birləşdirilənə qədər İrəvan xanlığının, sonralar isə İrəvan quberniyasının tərkibində olub. Sovet hakimiyyəti illərində Ermənistan SSR rayonlaşdırılarkən Göyçə mahalı süni surətdə beş inzibati rayon arasında bölünüb: Çəmbərək rayonu, Basarkeçər rayonu, Aşağı Qaranlıq rayonu, Kəvər rayonu və Yelenovka rayonu. Geniş otlaqlara malik olan Göyçə mahalında yaşayan əhali daha çox əkinçilik, maldarlıq, arıçılıq, bağçılıq, xalçaçılıq və balıqçılıqla məşğul olmuşdur. Göyçə Azərbaycan aşıq sənətinin beşiklərindən biri hesab edilir. Bölgə Azərbaycan ədəbiyyat və mədəniyyət tarixinə Aşıq Alı, Aşıq Ələsgər, Şair Məmmədhüseyn, Aşıq Əsəd, Aşıq Qurban kimi məşhur ustad saz və söz sənətkarlarını bəxş etmişdir. Azərbaycan Xalq Cümhuriyyəti yaradıldıqda Göyçə mahalı tarixi Azərbaycan torpağı kimi onun tərkibində olub.
Göyçay
Göyçay — Azərbaycan Respublikasında şəhər, Göyçay rayonunun inzibati mərkəzi. XIX əsrdən şəhərdir. Göyçay şəhəri əsəsən Narı, çinar və küknar ağacları ilə məşhurdur. == Tarixi == Göyçay şəhəri Bakı-Qazax magistral yolunun 216 kilometrliyində, Ucar dəmiryolu stansiyasından 18 kilometr məsafədə yerləşir. "Göyçay" türk sözü olub, sahilində yerləşdiyi Göyçay çayının adından götürülmüşdür. Çayın suyu həddindən artıq şəffaf olduğuna və göy rəngə çaldığına görə belə adlandırılmışdır. == Qardaş şəhərlər == Valmontone, İtaliya Lida şəhəri, Belarus Respublikası == Əhali == AzStat-ın yayımladığı 13 – 22 aprel 2009-cu il tarixinə olan ümumölkə əhali siyahıyaalınmasının yekunlarına əsasən şəhərdə 36.786 nəfər yaşayır. === Tanınmışları === Əli Kərim (1931–1969) — şair, tərcüməçi, Azərbaycan Yazıçılar Birliyinin üzvü Ənvər Məmmədxanlı (1913–1991) — Azərbycanın xalq yazıçısı Məmməd Quliyev (1936–2001) — görkəmli bəstəkar, əməkdar incəsənət xadimi, pedaqoq, ictimai musiqi xadimi. Şövqi Göyçaylı — AMEA-nin üzvü, coşrafiyaşünas alim Yuri Kovalyov — Azərbaycanın Milli Qəhrəmanı Sadiq bəy Ağabəyzadə — Azərbaycan Demokratik Respublikasının daxili işlər nazirinin müavini, general — mayor Şəfahət İmranov — ədliyyə general mayoru Əjdər Xaspoladov — SSRİ-nin ilk ədliyyə geneallarından biri Oqtay Maqsudov — Ədliyyə general-mayoru, Azərbaycan Respublikasinın əməkdar hüquqşünası Şahin Sultanov — Azərbaycan Respublikası Hərbi Dəniz Qüvvələrinin keçmiş komandanı, kontr-admiral Telman İsmayılov — AST şirkətlər qrupunun rəhbəri (Rusiya), Fərhad Əhmədov — Rusiyanın "Nortqaz" kompaniyasının prezidenti Rauf Hüseynov (alim)- AMEA Riyaziyyat və Mexanika İnstitutunun Riyazi fizika tənlikləri şöbəsinin müdiri, Fizika-riyaziyyat elmlər doktoru, professor, AMEA-nın müxbir üzvü (2007).