Bu məqalənin sonunda mənbə siyahısı var, lakin mətndaxili mənbələr heç və ya kifayət qədər istifadə edilmədiyi üçün bəzi məlumatların mənbəsi bilinmir. |
Qoca Davud Paşa (XV əsr, Albaniya – 20 oktyabr 1498, Dimetoka) — II Bəyazid səltənətində sədrəzəm olmuş Osmanlı dövlət adamı.
Qoca Davud Paşa | |
---|---|
Əvvəlki | İshaq Paşa |
Sonrakı | Herseqli Əhməd Paşa |
Şəxsi məlumatlar | |
Doğum tarixi | XV əsr |
Doğum yeri | |
Vəfat tarixi | 20 oktyabr 1498 |
Vəfat yeri | |
Dəfn yeri | |
Fəaliyyəti | siyasətçi |
Dini | Sünni, İslam |
Qəti olaraq Alban əsillidir. Macarıstan və Venesiya torpaqlarında aparılan hücumların uğurlarına görə Ankara Sancaqbəyliyinə, ardından da Anadolu Bəylərbəyliyinə gətirildi (1473). Otluqbeli Döyüşündə qabaqcıl qüvvələrə nəzarət etdi. 1477'də aparılan Dunay Boyu səfərinə qatıldı və top gülləsiylə yaralandı. Eyni il Rumeli Bəylərbəyliyinə təyin edildi. 1478'də İşkodra səfərində Jebyak'ı ələ keçirdi. Yenə eyni il Bosniya sancaqbəyliyinə təyin edildi.
II. Bəyazidin taxta çıxışından sonra təkrar Rumeli Bəylərbəyliyinə təyin edildi.[1] 1483'də təkrar Anadolu hakimi təyin edildi və əvvəl vəzir, sonra İshaq Paşanın yerinə sədrəzəm oldu və macarlara qarşı Rumeli'ni müdafiə etməklə vəzifələndirildi. Eyni il Məmlüklər üzərinə göndərildi. Adana və Tarsus geri alındı və Turgutoğulları'nı Osmanlı Dövlətinə bağladı. 1492-ci ildə Alban üsyankarları üzərinə göndərildi və bir çox əsirlə geri döndü.
1497'də on dörd il davam etdirdiyi sədrəzəmlik vəzifəsindən alınaraq 300 min axça maaşla Dimetoka'da məcburi iqamətə göndərilib. Dimetoka'da 20 oktyabr 1498-ci ildə öldükdən sonra 1 milyon düka qədər böyük bir sərvətin sahibi olması qeyd edilir. İstanbulda tikdirdiyi "Davud Paşa Məscidi" və Külliyyəsi içində olan Davud Paşa türbəsində basdırılmışdır.