Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Qoral
Qoral (lat. Naemorhedus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin boşbuynuzlular fəsiləsinə aid heyvan cinsi. Bu canlılar əsasən orta ölçülərə malik olurlar. Yayılmasına gəldikdə isə isə əsasə Cənub-Şərqi Asiya, Şərqi Asiya və Uzaq Şərq bölgələrində yayılmışlar.
Qotaz
Qotaz — türk və altay xalqlarının inancında insanı "kəm göz"lərdən (şər baxışlardan) qoruduğuna inanılan muncuq. Göz muncuğu. Ümumiyyətlə göz muncuqları göz şəklində olar. Gözə eyni zamanda muncuq da deyilməkdədir. Bu məzmunda baxıldığında adamın dünyaya açılan pəncərəsi gözdür və göz hər cür, yaxşı və pis, düşüncələrin ilk çıxış nöqtəsi olaraq qəbul edilir. Buna görə baxışlardan, pis gözlərdən qorunmaq məqsədilə əmici xüsusiyyəti olduğuna inanılan göy rəngli daşlar köhnədən bəri istifadə edilmişdir və son halını günümüzdəki cürbəcür göz muncuqları olaraq almışdır. İndi istər inanc, istər ənənə, istərsə də bəzək əşyası olaraq bir çox adam gözmuncuğunu gündəlik həyatında çox tez-tez istifadə edir. Göz muncuğu edilərkən içinə qurğuşun tökülür. Bunun da yaxşı uğur gətirdiyi deyilər. Tarixdəki türk birliklərində göz muncuğuna Bonçuq, Boncuq, Munçuq, Moncuq, Monşaq, Monçaq, Monçoq, Muyınçaq kimi adlar verilmişdir və bu adlandırmaların bəziləri bu gün də bir sıra xalqların dillərində iştirak etməkdədir.
Abdulla Qoran
Abdulla Goran və ya Abdulla Qoran (kürd. عەبدوڵڵا گۆران) — İraq kürd şairi. Abdulla Goran 1904-cü ildə İraqın Hələbcə şəhərində anadan olmuşdur. O, yerli məktəblərdə və Kərkükdə pedaqoji institutda təhsil almışdır. Goran Kərkükdə müəllim işləyərkən yeni dilləri, türk və Qərb ədəbiyyatını öyrənəmişdir. O, 1930-cu illərdə radikal siyasi və ictimai hadisələrdə iştirak etmiş, 14 iyul 1958-ci il inqilabına qədər tez-tez həbs edilmişdir. Goran iki kürd ləhcəsi olan kurmanc və soranı birləşdirərək vahid kürd ədəbi dili yaratmaq üçün çox səy göstərmişdir. Bundan əlavə, o, tərcüməçi olub, ingilis, fransız, fars və türk dillərindən kürd dilinə mətnləri tərcümə etmişdir. Abdulla Goran 1962-ci ildə Süleymaniyyə şəhərində vəfat etmişdir.
Qoran Draqiç
Qoran Draqiç (6 may 1986[…], Lyüblyana) — Milli Basketbol Assosiasiyası (NBA) klublarından Mayami Hitda forma geyinən sloveniyalı peşəkar basketbolçu. 1.91 metr boya, 86 kiloqram ağırlığa sahib bir guarddır. 2008-ci ildə NBA-yə gəlmədən əvvəl Sloveniyada və İspaniyada basketbol oynamışdır.
Qoran İvanişeviç
Qoran İvanişeviç (13 sentyabr 1971, Split) — Xorvatiyalı tennisçi. 2001-ci ildə vayldkartla Uimbildon turnirinə qatılmış və turnirin qalibi olmuşdur.
Məhəmməd Oraz
Məhəmməd Oraz (16 sentyabr 1969, Nəqədə, Qərbi Azərbaycan ostanı – 7 sentyabr 2003, İslamabad) — İran alpinisti. Everest dağın fəth edən ikinci İranlıdır. Anası azərbaycanlı və atası isə kürd idi.
Oraz Yağmur
Oraz Yağmur (türkm. Orazdurdu Yağmurov; 15 avqust 1947, Yolötən rayonu[d] – 3 yanvar 2022, Aşqabad) — tanınmış türkmən şairi, yazıçı, publisist Oraz Yağmur 15 avqust 1947-ci ildə qədim Marı vilayətinin Yolötən rayonunun Qanlıbaş kəndində doğulmuşdur. İbtidai və orta təhsilini Mərv şəhərində almışdır. Orta məktəbdə oxuyarkən ehtiyac üzündən kitabxanaçı, traktorçu kimi çalışmışdır. Aşqabadda indiki Məhdimqulu adına Türkmənistan Dövlət Universitetinin filologiya fakültəsində təhsil almışdır (1967–1972). Tələbəlik illərində oxumaqla yanaşı, ibtidai məktəbdə müəllimlik etmişdir. Sonrakı dönəmlərdə müxtəlif işlərdə çalışmış, hətta dövlət katibi vəzifəsinə qədər yüksəlmişdir. Ədəbi yaradıcılıqla yanaşı Türk Dünyasının birliyi, bütövlüyü uğrunda ciddi mübarizə aparmışdır. O, Türkiyə, Quzey Kıbrıs Türk Cümhuriyyəti, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, İran, Hindistan və başqa ölkələrdə keçirilən konfrans, simpozium və forumlara qatılmış, məqalələri çeşidli dərgilərdə yayınlanmışdır. Ömrünün son illəri ciddi nəzarət altında yaşamış, ölkədən çıxışına qadağa qoyulmuşdur.
Qora dialekti
Qora dialekti, Qorani və ya Naşinski (sözün əsl mənası "bizim dilimiz") Cənubi Slavyan dillərinin bir çeşididir ki Kosovo, Albaniya və Makedoniya Respublikası arasında sərhəd sahəsində Qorani xalqı tərərəfindən danışılır. Torlak dialekti qrupunun bir hissəsidir ki, şərqi və qərbi Cənubi slavyan dilləri arasında olan keçid dialektidir. Qora dialekti Qora regionunda danışılır.Kosovada 18 kənddə, Albaniyada 11 kənddə və Makedoniyada 2 kənddə danışılır.
Yasna Qora monastırı
Yasna Qora monastırı (pol. Jasna Góra, Luminous Mount, lat. Clarus Mons) — Polşanın Çenstoxova şəhərində yerləşən Katolik monastırı. Katoliklərin və Ortodoksların ən böyük ibadətgahıdır. Çenstoxovanın Qara Madonnası bu monastırda saxlanılır. Yasna Qora monastırına ilin müxtəlif vaxtlarında ziyarətlər təşkil edilir və ölkənin qədim tarixi abidələrindən biridir. Bu ziyarətlərin təşkil olunmasının əsas səbəbi Polşa xalqının milli birliyini nümayiş etdirməkdir. Yasna Qora monastırı UNESCO-nun Ümumdünya İrsi siyahısına daxil edilib. Yasna Qora monastırının əsası 1382-ci ildə Opole qraflığının cəngavəri Vladislav tərəfindən Macarıstandan dəvət olunan Paulin rahiblərin tərəfindən qoyulmuşdur.
Goran
Goran (Goranboy) — Azərbaycan Respublikasının Goranboy rayonunun inzibati ərazi vahidində qəsəbə. Goran (Pəmbək) — İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Hamamlı (Spitak) rayonunda kənd. Goranlı — Azərbaycan Respublikasının Goranboy rayonunun inzibati ərazi vahidində kənd.
Abdulla Goran
Abdulla Goran və ya Abdulla Qoran (kürd. عەبدوڵڵا گۆران) — İraq kürd şairi. Abdulla Goran 1904-cü ildə İraqın Hələbcə şəhərində anadan olmuşdur. O, yerli məktəblərdə və Kərkükdə pedaqoji institutda təhsil almışdır. Goran Kərkükdə müəllim işləyərkən yeni dilləri, türk və Qərb ədəbiyyatını öyrənəmişdir. O, 1930-cu illərdə radikal siyasi və ictimai hadisələrdə iştirak etmiş, 14 iyul 1958-ci il inqilabına qədər tez-tez həbs edilmişdir. Goran iki kürd ləhcəsi olan kurmanc və soranı birləşdirərək vahid kürd ədəbi dili yaratmaq üçün çox səy göstərmişdir. Bundan əlavə, o, tərcüməçi olub, ingilis, fransız, fars və türk dillərindən kürd dilinə mətnləri tərcümə etmişdir. Abdulla Goran 1962-ci ildə Süleymaniyyə şəhərində vəfat etmişdir.
Goran (Goranboy)
Goran — Azərbaycan Respublikasının Goranboy rayonunun Boluslu kənd inzibati ərazi dairəsində qəsəbə. Goran qəsəbə və dəmir yolu stansiyası düzənlikdədir. Yaşayış məntəqəsi öz adını dəmir yolu stansiyasından, stansiya isə yaxınlığındakı çaydan almışdır. 220 nəfər əhali mövcuddur. Qadınlar üstünlük təşkil edir.
Goran (Pəmbək)
Goran (Qoqaran) — İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Hamamlı (Spitak) rayonunda kənd. 1918–1919-cu illərdə kəndin azərbaycanlı əhalisi qovulmuş və Türkiyədən gəlmə ermənilər yerləşdirilmişdir. 1946-cı ildə kənd ermənicə Qoqaran adlandırılmışdır. Goran tayfasının adındandır.Toponim şahsevən türk tayfasından olan goran etnonimi əsasında əmələ gəlmişdir. N.Bəndəliyev goran tayfasını kolanı tayfasından olduğunu göstərir. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Erm. SSR AS RH-nin 26. IV. 1946-cı il fərmanı ilə adı dəyişdirilib Qoqaran qoyulmuşdur.
Goran (Xudabəndə)
Goran (fars. گوران‎) - İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 375 nəfər yaşayır (68 ailə).
Goran dili
Gorani dili və ya qorani dili (Goranî) — İranın Kürdüstan və Kirmanşah ostanları və İraqda danışılan dil. Bir çox gorani dilinə danışanların dini qruplaşdırılması Yarsanizm dininə məxsusdur. İran–İraq sərhədindəki Oraman dağlarında danışılan bu di, olduqca zəngin bir keçmişə sahibdir. İndiki dövrdə çoxu sünni olan bir qismi isə yarsan olan, təxminən 300 min adam bu dildə danışır. Gorani dilinə ən yaxın dillər: Zaza dili, Mazandaran dili və Gilan dili. Bu dil həmçinin məhv olmaqda olan dillər siyahısında daxildir.
Kiyos Goran
Kiyos Goran Orimi (maz. کیوس گوران) (fars. کیوس گوران‎) — Iranın Mazandaranlı şair, yazıçı, müğənni və jurnalist. Mazandaran və fars dillərində şeirlər yazıb.
Quşçu Göran
Quşçu (əvvəlki adları: Quşçu Armavir (? – 29 dekabr 1992); Quşçu Göran (29 dekabr 1992 – 5 oktyabr 1999)) — Azərbaycan Respublikasının Göygöl rayonunun Qarabulaq kənd inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Xanlar rayonunun Quşçu Armavir kəndi Quşçu Göran kəndi, Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Xanlar rayonunun Qarabulaq kənd inzibati-ərazi vahidi tərkibindəki Quşçu Göran kəndi Quşçu kəndi adlandırılmışdır. 1992-ci ilədək kəndin adı Quşçu Armavir olmuşdur. Oykonim "Goran yaxınlığındakı Quşçu kəndi" mənasındadır. Erməni-Azərbaycan hadisələri 1989-cu ildən kəskinləşməyə başlamışdır. Ermənistandan gələn qaçqınlarla Xanlarda yaşayan ermənilər arasında danışıqlar gedir, qarşılıqlı köçmələr razılaşdırılırdı. Qarabağ hadisələri başlayandan ötən 2 il ərzində Mirzik, Zurnabad, Qarakeşiş, Əbləh, Kuşi Armavir (indiki Quşçu) kəndləri və Göygöl şəhərinin erməni sakinləri sakit şəkildə Ermənistana köçdülər. Ermənistandan gələn qaçqın azərbaycanlılar isə həmin kəndlərə yerləşdirildi. Kənd Kürəkçayın sahilində, Kəpəz dağının ətəyində yerləşir.
Gora bölgəsi
Gora — tarixi-coğrafi bölgə. Bölgə Kosovo ərazisinin Albaniya və Makedoniya ilə kəsişdiyi bölgədə, dəhliz formasında cənuba uzanır. Gora Kosovonun Metoxiya regionun cənubunda yerləşir. Bölgənin yerli əhalisi goralılardı. Goralılar slavyan-müsəlmanlar hesab olunur. 1992-1999-cu illər arası Gora ayrıca inzibati bölgə idi. Gora hal-hazırda Draqaş munisipalitetinin tərkibinə daxildir. Gora adı slavyan dillərində eyni məna daşıyır və rus dilində olan «Гора» sözünü ifadə edir. Gora toponimi ilk dəfə 1348-ci ildə Stefan Uroş IV Duşanın sərəncamında Serbiya çarlığının regionu kimi göstərilib. Sənddə Goranın yeddi kənddən ibarət olması və bu kəndlərin Duşan tərəfindən Prizren yaxınlığında olan müsəddəs Arxanqel kilsəsinə hədiyyə verilməsində danışılır.
Boran
Boraq
Boragh ya da Boraq (fa: نفربر براق) İran istehsalı zirehli transportyordur. Boragh tranportyorunun, Çinin Type 86 (BMP-1) modelinin əksinə mühəndislik ilə tərtib edilmiş və təkmilləşdirilmiş versiyası olduğuna inanılır. Yeniləmələrə çəkidə azalma, daha yüksək yol sürəti və daha güclü zireh daxildir. Avtomobil tamamilə amfibidir və NBC müdafiə sistemi və infraqırmızı gecə görmə avadanlığı ilə təchiz edilmişdir. Dayandırılması burulma çubuğu ilədir. Əməliyyat mənzili 550 km, maksimum sürəti yolda 65 km/saat, yolsuzluq şəraitində isə 45 km/s təşkil edir. İran Müdafiə Sənayesi Təşkilatının (DIO) Vasitə və Avadanlıq Qrupu (VEIG) tərəfindən üç əlavə variantının istehsal edildiyi 2002-ci ilin may ayında bildirildi. Bunlar 120 mm-lik bir minaatan daşıyıcısı, bir sursat tədarükü vasitəsi və inkişaf etmiş silahlarla təchiz olunmuş zirehli transportyordur. Boragh tırtıl əlavə edilmiş bir APC-dir. Asfatltanmış yollarda yola dəyəcək zərəri azaltmaq üçün onun tırtıllarına rezin elementlər əlavə olunmşdur.
Boğaz
Boğaz — İnsan orqanı. Boğaz (coğrafiya) — iki quru hissəni bir birindən ayıran və iki su hövzəsini bir-biri ilə birləşdirən, nisbətən ensiz su sahəsi.
Corab
Corab, ayaqlara geyilən və tez-tez topuq və ya baldırın bir hissəsini örtən geyimdir. Ayaqqabı və ya çəkmələrin bəzi növləri adətən corabın üstündən geyilir. Qədim dövrlərdə corablar dəri və ya tutqun heyvan tükündən hazırlanırdı.
Corat
Corat — Azərbaycan Respublikasının Sumqayıt şəhər inzibati-ərazi vahidində qəsəbə. Sumqayıtın Xəzər sahilində yerləşən qəsəbəsidir. Corat qəsəbəsi Bakıdan 35 km şimal-qərbdə, Xəzər dənizin qərb sahilində, düzənlikdə yerləşir. Mənbələrə əsasən Corat kəndi eramızın V-VII əsrlərində meydana gəlmişdir. Hal-hazırda qəsəbənin ərazisi 225,6 ha-dır, amma keçmişdə ərazisi çox böyük olmuşdur. Orta temperatur yanvarda 3,1C, avqustda 24,9C-dir. Havanın ən aşağı temperaturu -13C yanvar ayında müşahidə olunub, ən isti temperaturu isə +40C avqust ayında qeydə alınıb. İllik yağıntının miqdarı 185 mm-dir. Corat qəsəbəsi üçün şimal küləyi – xəzri və cənub küləyi – gilavar xarakterlidir. 2008-ci ilin aprelin 1-i vəziyyətinə görə Corat qəsəbəsinin əhalisi 8,8 min nəfərdir.
Zaza-Goran dili
Zaza dili — Hind-Avropa dil ailəsinin İran dil qrupunun şimal-qərbi İran qoluna mənsub dildir. Türkiyədə yaşayan Zazalar arasında yayılmışdır. Bu dildə əsasən Şərqi Anadoluda, Fərat və Dəclə çaylarının mənsəbləri arasındakı ərazilərdə, Tuncəli, Ərzincan, Bingöl, Sivas, Ərzurum, Varto, Elazığ, Diyarbəkir, Sivərək, Adıyaman vilayətlərində, eləcə də müəyyən qədər Malatyanın, Mardinin, Mutkinin, Ağsarayın kəndlərində danışırlar. Qrammatika, genetika, dilçilik və lüğət tərkibinə görə Zaza dilinə ən yaxın dillər Xəzər dənizi sahillərində danışılan talış, tat, simnan, səngsər, gilək və mazandaran dilləridir. Zaza dili ilə bağlı ilk tədqiqatlar 19-cu əsrin ikinci yarısında başlamışdır. Dilçi Peter I. Lerch Krım müharibəsi zamanı ruslara əsir düşən Osmanlı əsgərlərinin saxlandığı Roslouya gedərək oradakı zaza əsilli Osmanlı əsgərləri arasında zazaca bəzi kompozisiyalar aparıb. 1856-cı ildə Lerx heç bir linqvistik təhlil olmadan rus və alman dillərində zaza cümlə siyahıları və hekayələr toplularını nəşr etdi. Daha sonra Robert Qordon Latham, Dr. O, 1856 və 1860-cı illərdə H. Sandwith tərəfindən tərtib edilmiş zaza lüğətinin siyahısını nəşr etdi. 1862-ci ildə Wilhelm Strecker və Otto Blau tərəfindən Dersim Zazasına dair bəzi qeydlər nəşr olundu.
Lısa-Gora dağı
Lısa-Gora (pol. Łysa Góra) — Polşa ərazisində dağ. Dağ Sventokşiski massivində yerləşir. Hündürlüyü 594 metrdir. Zirvə bu massivdə hündürlüyünə görə ikincidir (Lısisa - 612 m). Dağın zirvəsinə və yamaclarına müxtəlif istiqamətdə piyada cığırları salınmış. Dağ zirvəsində paqanizmə məxsus müqəddəs məkanın qalıqları var. Bundan başqa ərazidə XI əsrə məxsus Müqəddəs Xaç Benediktinski monastrı mövcuddur. Diqqət çəkən tikililərdən biri də "Sventı-Kşij" teleqülləsidir. Dağla bağlı həmçinin yerli əfsanələr mövcuddur.
Aqora
Aqora (q.yun. ἀγορά) — qədim yunan polislərində bazar meydanı, həmçinin, keçirildiyi yerə görə "aqora" adlandırılan şəhər miqyaslı yığıncaqlar üçün yer. Adətən şəhərin mərkəzində yerləşən aqorada şəhər bazarı və rəsmi idarələr fəaliyyət göstərirdi. Həmçinin aqoranın ətrafını sənətkarların emalatxanaları və məbədlər əhatə edirdi. Bəzənsə, aqoranın perimetri boyunca heykəllər qoyulurdu. Bir sözlə, aqora şəhərin, dini, inzibati və iqtisadi mərkəzi idi və burada şəhərin mövcud qanunları, vacib sənədlər və rəsmi qərarlar asılırdı. Vikianbarda Aqora ilə əlaqəli mediafayllar var.
Horan.
Pavel Qoryaninov (rus. Павел Федорович Горянинов 1796[…], Mogilyov – 1865[…], Sankt-Peterburq) — Rus təbiətşünası, botaniki, həkim.
Hoçaz
Hoçaz — Azərbaycan Respublikasının Laçın rayonunun Hoçaz kənd inzibati ərazi dairəsində kənd. Kəndin qərbində Hocazdaşı adlı dağ da var. Kənd öz adını eyniadlı çaydan almışdır. 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir. Kəndi işğal etdikdən sonra kəndin təqribən 50%-dən çox yaşayış evləri dağıdılmışdır. Kənd 1 dekabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir. Kənd Hocaz çayının sahilində, Qarabağ yaylasındadır. Azərbaycan Nazirlər Kabineti yanında Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki itki və tələfatların qiymətləndirilməsi üzrə İşçi Qrupun eksperti Faiq İsmayılovun məlumatına görə, kəndin əhalisi bütün dövrlərdə azərbaycanlılardan ibarət olmuşdur.
Kolaz
Kolaz — Azərbaycanda əsasən bir sahildən digərinə insan, yük, heyvan və s. keçirmək məqsədilə işlədilən qədim su nəqliyyatı vasitəsi. Azərbaycanda eni 70-80 sm, hündürlüyü 26-30 sm-ə çatan, yonma üsulu ilə hazırlanmış, ən böyüyünün uzunluğu 7–8 m, ən kiçiyininki isə 3-4 metr olan qayıqlardan daha çox istifadə olunurdu. Təknəvari quruluşa malik olan belə qayıqlar Azərbaycanda kolaz adlanırdı. Kolaz bir çox xalqların dillərində də qayıq mənasında işlədilmişdir. XIX əsrin altmışıncı illərindən başlayaraq kolazın daha da təkmilləşdirilmiş formasından istifadə edilmişdir. Əvvəlkindən fərqli olaraq yeni kolaz qurama üsulu ilə hazırlanırdı. Belə kolazın oturacağı düz olduğundan ona bəzən "düz dibli kolaz" da deyilirdi. Kolazı hazırlamaq üçün əvvəlcə ağacdan qabırğa adlanan hissələr düzəldilir, həmin qabırğalara oturacaq və yan taxtaları vurulurdu. Kolazın iriliyindən asılı olaraq qabırğaların sayı 6-dan 14-ə qədər olurdu.
Loğaz
Loğaz — əsasən xalq satirası ilə bağlı termin. Satirik ruhlu əsərlərdə müəyyən bir hadisənin, yaxud şəxsin bilavasitə onun öz dili ilə lağa qoyulması loğaz adlanır. "Azərbaycan dilinin izahlı lüğəti"ndə loğaz həm də "istehza", "rişxənd", "masqara", "ələ salma" və "ağzına gələni danışma", "boş-boş danışma", "uydurma, yalan söyləmə" kimi qeyd edilir. "Loğaza qoyulmaq" isə "ələ salınmaq", "masqaraya qoyulmaq" kimi verilir. Məsələn: Loğazdan XX əsrin əvvəllərində — satirik şairlərimizin yaradıcılığında xüsusən geniş istifadə edilmişdir. Məsələn, Sabir xalqı geriyə sürükləyənləri, hər vasitə ilə milli intibaha mane olanları onların öz dili ilə ifşa edərək satiralarında loğazın klassik nümunələrini yaratmışdır: Elçin. Seçilmiş əsərləri. 10 cilddə. IX cild. Bakı: ÇİNAR-ÇAP, 2005, 509 səh.
Moran
Moran Germi şəhristanının bəxşlərindən biridir.bu bəxşin mərkəzi Zahra kəndində yerləşir.Germinin doğusunda yerləşən bu diyar quzey Azərbaycan sınırına yanaşiıdır.gözəl iqlimi var,meşələr,dağlar,gurultulu çaylar ,sərin sulu bulaqlar və sair.50dən artıq kənd bu bəxşə tabe`dir.
Koaraz
Koaraz (fr. Coaraze) — Provans-Alp-Kot-d'Azür regionunun, Fransanın cənub-şərqində yerləşən kommun, Dənizkənarı Alplar departamenti, Nitsa dairəsi, Kont kantonu . Mart 2015-ci ilə qədər kommun inzibati olaraq ləğv edilmiş Qiyom kantonunun (Nitsa dairəsi) bir hissəsi idi. Kommunanın sahəsi — 17,14 km², əhalisi — 712 nəfərdir (2006) artım tendensiyası ilə: 783 nəfər (2012), əhalinin sıxlığı 45,7 nəfər / km²-dir. 2011-ci ildə əhalinin sayı — 759 nəfər təşkil edirdi, 2012-ci ildə isə — 783 nəfər.
Bədii obraz
Bədii obraz — gerçəkliyin yalnız incəsənətə məxsus spesifik inikas və idrak üsulunu səciyyələndirən estetik kateqoriya. Bədii əsərdə yaradıcılıqla təcəssüm etdirilən hər şey (insan surətləri, xalq, müharibə, təbiət obrazları və s.) bədii obraz adlandırılır. Bədiiliyin əsas meyarlarından biri, gerçəkliyi estetik ideal mövqeyindən əks etdirməyin forması olan bədii obraz bədii ümumiləşdirmənin nəticəsi kimi meydana çıxır. Bədii obraz fərdi, keçici, təsadüfi hallarda dəyişməz və əbədi mövcud olan ümumi mahiyyətin təzahürünü əks etdirən obrazlı təfəkkürün əsasında dayanır. Ədəbiyyat və incəsənətdə bədii obraz ümumiliyin fərdi, həm də konkret təzahür forması kimi reallaşır. Onun üçün fərdiləşdirmə, tipikləşdirmə mühüm şərtdir. Bədii obraz sənətin idraki funksiyası ilə bağlı olub, gerçəkliklə sənətkar arasında özünəməxsus dialoqdur, sənətkar fantaziyası, duyum, ilham və s. subyektiv amillərlə də bilavasitə əlaqədardır. Bədii obraz yaradılması üç mərhələni (sənətkar — əsər -oxucu; musiqidə dinləyici, teatrda və təsviri sənətdə tamaşaçı və s.) birləşdirir. Bədii obraz təcəssümün formasından asılı olaraq, təsviri, əyani və s.
Corat bələdiyyəsi
Sumqayıt bələdiyyələri — Sumqayıt şəhərində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Corat qutabı
Corat qutabı — Azərbaycan milli mətbəxinə aid yeməklərdən biri. Ələnmiş una su və duz qatılıb xəmir yoğrulur. 40 qramlıq kündələr hazırlanır. Sonra kündədən yuxa yayılır. Dəvə ətindən hazırlanmış qiymə yuxanın içinə qoyularaq qatlanır. Qutabın kənarları bərkidilir. Sonra soba qabının içinə qoyularaq üzərinə az miqdarda kərə yağı və ya su vurulur. 170-200 dərəcədə bişilirir. Yaymanın qızarması bişməsinə dəlalət edir. Süfrəyə verilən zaman qutabın üstünə sumaq və ya nar dənəsi səpilir.
Gogan
Gogan — İranın Şərqi Azərbaycan ostanının Azərşəhr şəhristanının Gogan bəxşində yerləşən bir şəhərdir. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 10,949 nəfər və 3,109 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və Azərbaycan dilində danışırlar.
Gərab
Gərab (Luristan)
Gəray
Gəray — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Quba rayonunun Alpan kənd Sovetindən Gəray kəndi Susay kənd Sovetinin tərkibinə verilmişdir. Kəndin keçmiş adı Girey olmuşdur. Keçən əsrin 20-ci illərinə qədərki ədəbiyyatlarda Gerey variantına da təsadüf olunur. Tədqiqatçılara görə, oykonim türk dillərindəki girə (əkilən, şumlanan yer) sözündəndir. Əslində, oykonim gəraybəyli nəslinin adını əks etdirir, etnotoponimdir. 1886-cı ildə ailələr üzrə aparılmış siyahıyaalmaya əsasən Bakı quberniyası, Quba qəzası, Qusar şöbəsi, Susay kənd cəmiyyəti tərkibinə daxil olan Gəray kəndində 16 evdə sünni etiqadlı müsəlman tatarlardan (azərbaycanlılardan) ibarət 244 nəfər (117 nəfəri kişilər, 127 nəfəri qadınlar) əhali yaşayırdı. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 149 nəfər əhali yaşayır. Kənd Qusar maili düzənliyində yerləşir. Kənddə Gəray kənd məscidi dini icması fəaliyyət göstərir.