QORXUSUZ (heç bir şeydən qorxmayan) Şığıyıb şimşək kimi qayalar arasından; Qorxusuz keçib gedir qüdrətli dağ qartalı (R.Rza); BİBAK (kl.əd.) Hər bir nəfəri bir işdə çalak; Hər digəri bir əməldə bibak (M.Ə.Sabir); BİVAHİMƏ [Vəzir:] Amma sənin qardaşın oğlu Teymur ağa gör necə səndən bivahimədir ki, günün günortasında mənim kimi kişinin evinə giribdir ki, övrətimə el uzatsın (M.F.Axundzadə); XOFSUZ, VAHİMƏSİZ.