QORXULU (müxtəlif mənalarda) Keçdi günlər, gecələr; Qorxulu, həyəcanlı (Ə.Cəmil ); BAĞIRYARAN Çoban ..çomağı başına çırpdı və özü bağıryaran bir səslə qıy vurub, irəli şığıdı (M.Rzaquluzadə); DƏHŞƏTLİ, QORXUNC Tufanı andıran; O dəhşətli, qorxunc; İllərini hələ də; Lənətlə danlayıram (Ə.Cəmil); XOFLU Yaxşı deyiblər: xain xoflu olar (M.İbrahimov); MƏHABƏTLİ (köhn.) Bilməm, bu dağlar, bu məhabətli fırtına.. (A.Şaiq); MÜDHİŞ Yox, sən rahətlik sevməyən atəşsən; Əriyəcək qəhrinlə müdhiş düşmən (A.Şaiq); VAHİMƏLİ [Qara bulud] yer üzünə vahiməli bir kölgə saldı (B.Bayramov); VƏHMƏLİ Evdə nəyinsə intizarını çəkən vəhməli bir sükut vardı (Ə.Əbülhəsən); VƏHŞƏTLİ Eşitdikcə bu vəhşətli sözləri; Əsdi bədəni, qızardı gözləri (A.Səhhət).