Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Qureyşan
Qureyşan — Türkiyənin Tunceli ilində yaşyan zaza tayfası. Özlərini seyid ocağı hesab edirlər. == Mənşəyi == Qureyşan adının mənası ilə bağlı mənbələrdə müxtəlif məlumatlar var. Müxtəlif mənbələrdə Qureyş adının daş karxanasına adını vermiş Hacı Qureyşdən gəldiyi, Qureyş sözünün isə Xorasan sözünün danışıq dilində əmələ gəlməsindən gəldiyi bildirilir. Qureyşan tayfasının üzvləri öz əcdadlarını islam peyğəmbəri Məhəmmədə bağlasalar da, karxananın adı Məhəmmədin mənsub olduğu Qureyş qəbiləsindən gəlmir. Bu söz Qureyş adına əlavə olunan farsca "-an" cəm şəkilçisi şəkilçisi ilə düzəlmişdir. == İstinadlar == == Xarici keçidlər == - Prof. Dr.
Qureyş
Qureyş, Qüreyş (Ərəb: 'قريش' ) — İslam Dininin peyğəmbəri Hz.Məhəmməd ibn Abdullahın mənsub olduğu, mənası "gəlmələr" adlanan ərəb qəbiləsi. Məkkənin ən güclü qəbiləsiydi. İslam peyğəmbərinin qəbiləsi olmaqla yanaşı, eyni zamanda Müsəlmanların ən çox döyüşdüyü qəbilələrdəndir. Məhəmməd Qureyş qəbiləsinin Haşimoğulları sülaləsinə mənsubdur. Qurucusu Hz.Məhəmmədin ulu babalarından biri Kusay ibn Kilabdır. == Qureyşin ataları == Qureyş qəbiləsi Hz.Məhəmmədin on bir göbəkdən atası Fihr ibn Malikin oğlanlarının nəslindən gələn zadəgan bir qəbilədir. Bəzi tarixçilərə görə Qureyş qəbiləsi, Hz.Nuh peyğəmbərin nəvəsi Hz.İbrahim peyğəmbərin oğlu Hz.İsmayılın oğlu Adnanın soyundan gəlir. Kusay ibn Kilab (Zeyd), Əbdülmuttalibin ulu-babası və Məhəmmədin beşinci göbəkdən əcdadıdır. Kusay Məkkənin ən güclü adamı idi. Kəbədən məsul olan Huzai Qəbiləsindən qız alaraq Kəbənin qoruyuculuğuna qalxmışdır.
Qureyş Surəsi
Qureyş surəsi (ərəb. سورة قريش‎ (oxunuşu: surəh qureyş)) - Quranın 106-cı surəsi. Məkkədə nazil olmuşdur, 4 ayədir.
Züleyxa
Züleyxa — yəhudi mifologiyası və müsəlman yazılarında Potifarın həyat yoldaşına verilən addır ki, Peyğəmbər Yusif ilə ünsiyyətdə olmağa çalışırdı, lakin Yusif paklığını saxladı. Quranda Züleyxanın adı deyilməyibdir və ondan Misir əzizinin həyat yoldaşı kimi yad olunub.
Şah Mahmud Qureyşi
Məhdum Şah Mahmud Qureyşi (ing. Shah Mehmood Qureshi, 22 iyun 1956) — Pakistanın xarici işlər naziri. == Həyatı == 1956-cı il iyunun 22-də Maridə anadan olmuşdur. 1978-ci ildə Pəncab Universitetini bitirmişdir, ixtisasca aqronomdur.1983-cü ildə Kembric Universitetinin magistraturasında təhsil almışdır. 1985-1988, 1988-1990 və 1990-1993-cü illərdə Pəncab əyalət assambleyasına üzv seçilmişdir. 1988-1990-cı illərdə Pəncab əyalətinin Planlaşdırma və İnkişaf Naziri. 1990-1993-cü illərdə Pəncab əyalətinin Maliyyə Naziri. 1993-1996-cı illərdə Pakistan Milli Assambleyasının üzvü seçilmişdir. 1994-1996-cı illərdə Parlament işləri üzrə dövlət naziri olmuşdur. 2002-2007-ci illərdə Pakistan Milli Assambleyasının üzvü seçilmişdir.
Əbu Həmzə Qureyşi
Əbu Həmzə Qureyşi (ərəb. أبو حمزة القرشي‎ ; v. 3 fevral 2022 və ya 2021, Atme[d], İdlib mühafəzəsi) — İraq Şam İslam Dövlətinin 27 oktyabr 2019-cu ildə Əbu Həsən Muhacirin ölümündən sonra təyin edilmiş rəsmi nümayəndəsi. Onun adı ilk dəfə 31 oktyabr 2019-cu ildə "Furqan Media İstehsalat İnstitutu" media mərkəzinin yaydığı "kim Allahla bağladığı əhdə sadiq olsa, Allah ona böyük bir nemət bəxş edər" başlıqlı rəsmi açıqlamada hallanmışdır. Əbu Həmzə burada "Şeyx Mühacir Əbu Həmzə Qureyşi" kimi təqdim edilmişdir. Əbu Həmzə ilk çıxışında Əbu Bəkr Bağdadinin və qrupun keçmiş spikeri Əbu Həsən Muhacirin ölümünü elan etmiş və sonra İslam Dövləti Şurasının yeni "xəlifə" seçdiyini bildirmişdir. Əbu İbrahim Haşimi Qureyşi "xəlifə" elan edilmiş, Əbu Həmzə isə qrupun bütün tərəfdarlarını “dünyadakı bütün müsəlmanların lideri” olan Əbu İbrahimin adına and içməyə çağırmışdır. O həmçinin, vəd etmişdir ki, İslam Dövləti Bağdadi və Muhacirin ölümünə görə ABŞ-dən qisas alacaq.
Dmitri Quliya körpüsü
Şota Şalikaşvili körpüsü (gürc. შოთა შალიკაშვილის ხიდი) — Gürcüstanın paytaxtı Tiflis şəhərində, Kür çayı üzərində yerləşən avtomobil körpüsü. Körpü paytaxtın Krsaniski və İsani rayonlarını birləşdirir. == Yerləşir == Körpü Dmitri Quliya küçəsinin girəcəyində yerləşir və onu Dodaşvili meydanına birləşdiri. Körpüdən yuxarı axar boyunca 300 araqvinli körpüsü yerləşir. Körpü yaxınlığında Ortaçala avtovağzalı vardır. == Adı == İlk əvvəllər körpü Akvedum körpüsü adlanırdı. Bu körpünün yerləşdiyi kanalizasiya kollektoruna görə verilmişdir. Körpüyə Çağdaş adı isə abxaz yazıçısı Dmitri Quliyanın şərəfinə verilmişdir. == Tarixi == Körpü 1959-1961-ci illərdə inşa edilmişdir.
Geyşa
Geyşa sözünün hərfi mənası – "incəsənət adamı" deməkdir. Geyşalar – milli güllü kimono geymiş, sifəti xüsusi bir formada makyaj olunmuş qadınlara deyilir. Onların sifəti dümağ rənglənir, dodaqlarına qıpqırmızı pomada çəkilir. == Tarixi == Geyşa mədəniyyətinin mərkəzi ilk olaraq Kioto, Osaka və Tokio şəhərləri olmuşdur. Bu şəhərlərdə ilk dəfə geyşalar XVII əsrdə peyda olmuşlar. İlk öncə geyşa vəzifəsini aktyor, musiqiçi kişilər yerinə yetirirdilər. Bu aktyor-musiqiçi kişilər "Kabuki" teatrının işçiləri idilər. Amma sonralar bu işi ancaq qadınlar yerinə yetirirdilər. İndiyədək də “Kabuki” teatrının aktyorları geyşalarla əlaqəni kəsməmişlər. İlk qadın geyşa Kasen olmuşdur.
Güləş
Güləş — iki nəfərin əl-ayaq vasitəsi ilə digərini arxası üstə yıxmağa cəhd etdiyi idman növü. == Ümumi məlumat == Güləş idmanın ən qədim növlərindən biridir. Hələ eramızdan 2500 il əvvəl Misirdə güləş ilə məşğul olurdular. Qədim yunanlar da idmanın bu növünü sevirdilər. O vaxtlar adətən qumla örtülü meydançada güləşirdilər. İdmançıların çılpaq bədənlərinə qum yapışır və onların bədənləri nisbətən az sürüşkən olurdu; bu zaman idmançılar bir-birindən möhkəm yapışa bilirdilər. Pəhləvanlar meydanda dolaşır, elə bil ki, bir-birini başdan-ayağa süzür və birdən hücuma keçirdilər. Hər güləşçinin sevimli bir fəndi vardır[mənbə göstərin]. Biri öz rəqibinin ayağından tutmağa çalışır, o birisi isə onun başını qoltuğu altında sıxırdı. Rəqibinin çiynini, kürəyini və ya dizini üç dəfə yerə vuran güləşçi qalib sayılırdı.
Güləyən qağayı
Güləyən qağayı və ya böyük qarabaş qağayı – qağayıkimilər fəsiləsinə aid quş növüdür. == Təsviri == Olduqca iri ölçülü qağayı növüdür. Uzunluğu 58-67 sm, qanad açıqlığı isə 146-162 sm olur. Qamışlıqlarda, göl adalarında, dəniz sahilində iri koloniyalar halında yerdə 2-4 yumurta qoyaraq yuvalayır. == Ekologiyası == Bu quşlar balıqla, xərçəngkimilərlə, həşərat və hətta kiçik məməlilərlə qidalanır.Güləyən qağayı "Afrika-Avrasiya köçəri su quşunun qorunması haqqında saziş ("AEWA") tətbiq olunan növlərdən biridir.
Züleyxa (ad)
Züleyxa — müsəlman qadın adı. Züleyxa — yəhudi əfsanəsi və müsəlman yazılarında Potifarın həyat yoldaşına verilən ad. Züleyxa Əsədullayeva — ABŞ azərbaycanlısı.
Züleyxa Hacıyeva
Hacıyeva Züleyxa Hacıbaba qızı (d. 25.8.1923, Bakı) - Azərbaycan diktoru, XX əsrdə Azərbaycanın 10 ən görkəmli idmançılarından biri. Azərbaycan Respublikası əməkdar artisti (1979). SSRİ idman ustası (1941). Gimnastika üzrə 7 dəfə Azərbaycan çempionu (1941-48). Azərbaycan Respublikasının Prezidentinin fərdi təqaüdçüsü(2002) == Həyatı == Azərbaycan Sənaye İnstitutunu bitirmişdir (1948). Bakı Şəhər Bədən Tərbiyəsi və İdman Komitəsində sədr müavini (1952-1955) işləmiş, 1942-1992-ci illərdə Azərbaycan radiosunun diktoru olmuşdur. Azərbaycan radiosunda bir çox verilişlərin (Səhər gimnastikası, "Poeziya dəqiqələri", "Axşamınız xeyir" və s.), aparıcısı olmuşdur.
Züleyxa Hüseynova
Züleyxa İsmayıl qızı Hüseynova (29 may 1924, Bakı – 24 may 1996, Bakı) — ictimai və dövlət xadimi, texnika elmləri namizədi, professor, Azərbaycan SSR ali və orta ixtisas təhsili naziri (1965–1970), Azərbaycan Həmkarlar İttifaqı Şurasının sədri (1970–1981), SSRİ Ali Sovetinin (7–8-ci çağırış) deputatı, SSRİ Parlament qrupu Komissiyasının üzvü. == Həyatı == Hüseynova Züleyxa İsmayıl qızı 29 may 1924-cü ildə Bakı şəhərində anadan olmuşdur. İbtidai və orta təhsilini Bakı şəhəri 132 nömrəli məktəbdə almış, daha sonra 1942-ci ildə Azərbaycan Sənaye İnstitutunun neft-mexanika fakültəsinə qəbul olmuşdur. Ali təhsilini başa vurduqdan sonra Züleyxa xanım Yesman adına Energetika İnstitutunun aspiranturasında oxumuşdur. == Fəaliyyəti == O, 1953-cü ildə namizədlik dissertasiyası müdafiə etdikdən sonrakı 6 il ərzində Azərbaycan SSR Elmlər Akademiyasında fəaliyyət göstərib. Daha sonra Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin elm və tədris müəssisələri şöbəsinin müdir müavini təyin edilmişdir. Züleyxa Hüseynova respublikada ali və orta ixtisas təhsili müəssisələrini özündə birləşdirən Ali və Orta İxtisas Təhsili Nazirliyinin yaradılması üçün ardıcıl çalışan ziyalılardan biri idi. O, dəfələrlə Moskvada SSRİ Ali və Orta İxtisas Təhsili Nazirliyinin rəhbərliyi ilə görüşərək müttəfiq respublikalarda müvafiq qurumun yaradılmasının zəruri olduğunu əsaslandırmağa çalışmışdır. Beləliklə, onun səyləri nəticəsində Nazirlər Soveti nəzdində Ali və Orta İxtisas Təhsili Komitəsi yaradılmış, Züleyxa xanım isə komitə sədrinin müavini vəzifəsinə təyin olunmuşdur. Daha sonra 1963-cü ildə isə o, komitənin sədri vəzifəsinə layiq görülmüşdür.
Züleyxa Həsənova
Züleyxa Əsgəralı qızı Həsənova — tütünçü, Sosialist Əməyi Qəhrəmanı (1949), Qəhrəman ana (1965). Züleyxa Məhərrəm qızı Həsənova — dövlət xadimi, Azərbaycan SSR əhaliyə məişət xidməti naziri (1974–1983).
Züleyxa Seyidməmmədova
Züleyxa Mir Həbib qızı Seyidməmmədova (22 mart 1919, Bakı – 10 noyabr 1994, Bakı) — ilk azərbaycanlı qadın hərbi pilot, Azərbaycan SSR dövlət xadimi, İkinci Dünya müharibəsi iştirakçısı. Züleyxa Seyidməmmədova Jukovski adına Hərbi Hava Akademiyasına qəbul olan ilk azərbaycanlı idi. O, İkinci Dünya müharibəsində iştirak etmiş və Marina Raskova tərəfindən yaradılmış 586-cı qırıcı aviasiya alayının şturmanı olmuşdur. Stalinqrad, Kursk, Korsun-Sevçenkovski döyüşlərində iştirak edən Seyidməmmədova 500 döyüş uçuşu keçirmiş və bir neçə alman təyyarəsini vurmuşdu. Seyidməmmədova Azərbaycan SSR Ali Sovetinin II, VI, VII və VIII çağırışları deputatı olmuşdur. O, 1946–1951-ci illərdə Azərbaycan Lenin Kommunist Gənclər İttifaqının Mərkəzi Komtitəsinin katibi, 1952–1974-cü illərdə Azərbaycan SSR ictimati təminat naziri, 1975-ci ildən etibarən isə Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyəti Rəyasət Heyəti sədrinin müavini vəzifəsini icra edib. Züleyxa Seyidməmmədova "Lenin", 2-ci dərəcəli "Vətən müharibəsi", 2 "Qırmızı Əmək Bayrağı" və 2 "Şərəf nişanı" ordeni ilə təltif olunmuşdur. == Həyatı == === Erkən illəri === Züleyxa Seyidməmmədova 22 mart 1919-cu ildə Bakı şəhərində anadan olmuşdur. Onun atası Mir Həbib ağa ilk təhsilini dini məktəbdə almış, daha sonra isə Bakı real məktəbində oxumuşdu. Mir Həbib ağa mühasib idi və Bakı milyonçusu Hacı Zeynalabdin Tağıyevin sağ əli sayılırdı.
Züleyxa İsmayılova
Züleyxa İsmayılova və ya Zuzu (d. 13 iyun 1985, Tallin, Estoniya SSR, SSRİ) — estoniyalı siyasətçi, eko-aktivist, fotoqraf və jurnalist, Tallin şəhərinin keçmiş vitse-meri. == Siyasi karyerası == 2017-ci ilin martında Estoniya Yaşılları partiyasının yeni lideri seçilib. Bu partiyaya 2015-ci ildə üzv olub. Buna qədər isə o, 2005–2012-ci illərdə Sosial-demokrat partiyasının üzvü idi. 2017–2019-cu illərdə Tallin şəhərinin vitse-meri vəzifəsini yerinə yetirib. 2020-ci ilin sentyabrında Estoniya Yaşılları partiyasının həmsədri seçilib və ona ətraf mühitin qorunması məsələləri həvalə edilib. == Şəxsi həyatı == İsmayılovanın atası azərbaycanlı, anası isə estondur. O, atasının vəfatınadək Azərbaycanda yaşayıb, sonra Estoniyaya qayıdıb. İki qız övladı var.
Züleyxa İzmayılova
Züleyxa İsmayılova və ya Zuzu (d. 13 iyun 1985, Tallin, Estoniya SSR, SSRİ) — estoniyalı siyasətçi, eko-aktivist, fotoqraf və jurnalist, Tallin şəhərinin keçmiş vitse-meri. == Siyasi karyerası == 2017-ci ilin martında Estoniya Yaşılları partiyasının yeni lideri seçilib. Bu partiyaya 2015-ci ildə üzv olub. Buna qədər isə o, 2005–2012-ci illərdə Sosial-demokrat partiyasının üzvü idi. 2017–2019-cu illərdə Tallin şəhərinin vitse-meri vəzifəsini yerinə yetirib. 2020-ci ilin sentyabrında Estoniya Yaşılları partiyasının həmsədri seçilib və ona ətraf mühitin qorunması məsələləri həvalə edilib. == Şəxsi həyatı == İsmayılovanın atası azərbaycanlı, anası isə estondur. O, atasının vəfatınadək Azərbaycanda yaşayıb, sonra Estoniyaya qayıdıb. İki qız övladı var.
Züleyxa Əsədullayeva
Züleyxa Əsədullayeva (18 noyabr 1916, Bakı – 20 iyul 2002) — ABŞ azərbaycanlısı. == Həyatı == Azərbaycanda sovet hakimiyyəti qurulandan sonra Züleyxa xanım Əsədullayeva valideynləri ilə birlikdə Türkiyəyə mühacirət edir. 1952-ci ildə amerikalı mühəndislə evlənərək ömrünün sonunadək həyatını ABŞ-də, Vaşinqton ətrafında keçirir. Züleyxa Əsədullayeva 1990-cı ildə Azərbaycana qayıtmışdır. O, jurnalistlər və tələbələr qarşısında etdiyi çıxışında belə demişdir: Bakıya gələn Züleyxa Əsədullayeva humanitar yüklə Sumqayıtdakı uşaq evinə, Sabirabadda qaçqınlar düşərgəsinə, Zaqulbada professor Z. Qindes adına sümük vərəmi dispanserinə gedir. Jurnalistlərlə görüşü zamanı ona verilən "ən güclü uşaqlıq xatirələri" haqqında suala Züleyxa xanım belə cavab vermişdi: Züleyxa Əsədullayevanın 2002-ci ildə ölüb və cənazəsi babası Şəmsi Əsədullayevin qəbri yanında Əmircan qəsəbəsində dəfn olunmuşdur..
Züleyxa Eyvazova
Züleyxa Eylaq qızı Eyvazova (1 aprel 1950, Bakı) – Sovet, Azərbaycan şahmatçısı. Şahmat kompozitoru, "Şahmat kompozisiyalarının kraliçaları" (rus. Королевы шахматной композиции) kitabının müəllifi, Equipment. Technologies. Materials jurnalının Nəşriyyatın Texniki və Resenzent Qrupun Üzvü, Texnika üzrə fəlsəfə doktoru, ADNSU-nun dosenti. == Həyatı == 1950-ci il aprelin 1-də Bakı şəhərində anadan olub. 1957–1967-ci illərdə orta məktəbdə təhsil alıb. 1967–1973-cü illərdə Azərbaycan Neft və Kimya İnstitutunun Neft mexanika fakültəsində təhsil alıb. 1968–1971-ci illərdə Hiproazneft elmi-tədqiqat və layihə konstruktor institutunda texnik vəzifəsində çalışıb. 1972–1974-cü illərdə AzİNMAŞ elmi-tədqiqat və layihə konstruktor institutunda mühəndis vəzifəsində çalışıb.
Amerikan güləşi
Peşəkar güləş (ingiliscə professional wrestling) toxumları Avropada atılmış, sonra isə ABŞ-yə qədər gedib çıxmış ən çox Amerikan güləşi və ya Pankreas güləş kimi tanınan idman növü. Günümüzün ən çox tanınan peşəkar güləş federasiyası WWE yəni; World Wrestling Entertainmentdir. Peşəkar güləş, digər güləş növlərinin əksinə bir "əyləncə idmanı"dır yəni, şoudur. Edilən matçların, yaşanan hadisələrin, danışmaların hamısı, çox ağıllıca hazırlanmış bir ssenarinin məhsuludur və nəticələri güləşçilər, ssenari qrupu və bəzi vəzifəlilər xaricində kimsə bilməz. İdmançılar ümumiyyətlə çox çalışqan şəxsiyyətlərdir və həftənin böyük bir hissəsinini ring içində tətbiqləri lazım olan hərəkətləri, ssenariləri çalışmaq üçün keçirərlər.WWE-in xaricində ən tanınmış güləş federasiyaları; Total Nonstop Action, Ring of Honor kimi ABŞ əsaslı güləş quruluşlarıdır. Hər idmançının bir gimmicki yəni; xarakteri vardır. Buna ən yaxşı nümunə, əfsanə ad Undertakerdir. Undertaker, ring içində Dead Man(Ölü adam) xarakterinə malikdir amma əslində o da hər kəs kimi normal bir insandır. Mikrofon performansı, karizma və ring içi qabiliyyəti, bu idman da müvəffəqiyyət üçün lazımlı olan ən əhəmiyyətli meyarlardır.
Luçu güləşi
Luçu güləşi — Mazandaranın yerli idmanlarındandır. == Tarixçə == Luçu güləşi Mazandaranın ənənəvi və pələvanlıq idmanıdır.Hər il 19 iyulda bir mərasimdə ki ölülər bayramına məşhurdur,Mazandaranlılar qəbristanlıqlarda şənlik edərlər və yerli qidaların və şirnilərin pişirib və yeyərlər.Bu mərasimdə luçu güləşidə keçirilər.Luçu, Mazandaran dilində taxta kenarı deməkdir.Bu söz İspan dilində ki Luça və Luça libre sözlərinə ki mübarizə və sərbəst güləş anlamındadırlar, oxşarlığı var.
Qol güləşi
Armrestinq və ya qol güləşi Bir neçə əsr bundan əvvəl əsasən dənizçilər arasında, pablarda yaranan qol güləşdirməsi və ya armrestli bir idman növü kimi 100 ilə yaxındır ki tanınır. Məşhur Amerika yazıçısı Ernest Heminquey özünün “Qoca və dəniz” əsərində armrestlinq haqqında söhbət açmışdır. İlk dünya çempionatı isə yalnız 1962-ci ildə keçirilmişdir. Amerikada ona oxşar idman növləri – hendrestlinq və ristrestlinq də mövcuddur. == Qaydalar == Hələ indiyədək armrestlinq yarışları müxtəlif qaydalarla keçirilir. Bu növün banisi Bill Soberanus ayaqüstü yarışmağın tərəfdarı olsa da, oturan yerdə, sol və ya sağ əllərlə mübarizə etməyin tərəfdarları da tapılır. Azərbaycanda bu yarışlar ancaq ayaqüsü keçirilir. İdmançılar bir-birinin biləyindən yapışır, hakimin hərəkətindən sonra rəqibin əlini stola endirməyə çalışırlar. Əgər idmançılardan hansısa əlini qaçırırsa, onda hakim onların hər ikisinin biləyini qayışla bağlayır.
Çimərlik güləşi
Çimərlik güləşi ― Rəsmi olaraq 2005-ci ildən yarışları keçirilən güləş növü. == Tarixi == İlk dəfə 2004-cü ildə Beynəlxalq Birləşmiş Güləş Növləri Federasiyası (FİLA) dövründə çimərlik güləşi güləş növü kimi qeydiyyata alınıb. Çimərlik güləşi həm kişilər həm də qadınların iştirak edə bildiyi idman növüdür. İdmançılar diametri 7 metr olan daxili qumla doldurulmuş çevrədə yarışırlar. Bu güləş növündə iştirak edən idmançılar yarışda güləş geyimi yox çimərlik geyimi geyinirlər. Bundan başqa onlar spandeks və ya idman şortlarından da istifadə edə bilərlər. 2015-ci ildə Beynəlxalq Birləşmiş Güləş Növləri Federasiyası (FİLA) beynəlxalq qaydalarda düzəlişlər etdi. Yeni qaydalara əsasən güləşçilər rəqibi yerə yıxaraq, dairədən kənara çıxararaq, və ya kürəyi üstə yıxaraq xallar əldə edə bilərlər. İllik Dünya Çimərlik Güləş Çempionatlarına əlavə olaraq, çimərlik güləşi Gənclərin Olimpiya Oyunları, Asiya Oyunları, Aralıq Dənizi Oyunları və 2019 Dünya Çimərlik Oyunlarında yer almışdır. Çimərlik güləşi üzrə Dünya Çempionatı seriyalar halında ilk dəfə 2019-cu ildən etibarən keçirilməyə başlamışdır.
Ağlar-Güləyən (1988)
Ağlar-güləyən qısametrajlı sənədli-bədii filmi rejissor Rauf Nağıyev tərəfindən 1988-ci ildə ekranlaşdırılmışdır. Film "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Tədris filmində böyük satirik şair Mirzə Ələkbər Sabirin yaradıcılığının əsas cəhətlərindən söhbət açılır. Əyani dərs vəsaiti kimi yaradılmış bu filmdə qızı Səriyyənin atası barədə xatirələri, şairin müasirlərinin onun haqqında söylədikləri fikirlər səslənir. Filmdə bədii səhnələrdə Məlik Dadaşov, Mikayıl Mirzə, Əbdül Mahmudov, Sirus Zindadel, Həsən Adıgözəlzadə və Alim Aslanov çəkilmişlər. == Məzmun == Tədris filmində böyük satirik şair Mirzə Ələkbər Sabirin yaradıcılığının əsas cəhətlərindən söhbət açılır. Əyani dərs vəsaiti kimi yaradılmış bu filmdə qızı Səriyyənin atası barədə xatirələri, şairin müasirlərinin onun haqqında söylədikləri fikirlər səslənir.
Güleymar mineral bulağı
Güleymar mineral bulağı — Culfa rayonu ərazisində, Güleymar (Köləhmər) kəndindən 1,5 km aralıda, Əlincəçayın sol qolunun məcrasında, okean səviyyəsində 1820 m yüksəklikdə bir neçə yerdən çıxır. Həmin bulaqlar ərazidəki zəlzələ hadisəsindən sonra yeraltı süxurların çatlamasınsdan yaranmışdır. Mineral suyun tərkibi indiyədək elmi şəkildə öyrənilməsə də, suyun arxında dəmir oksidinin qalıqlarını bildirən tünd narıncı rəngli çöküntü vardır. Mineral bulaqdan axan suyun Debütü (D) 120 m³/gün, T 18 Cº-dir. Daxili xəstəliklərin və tənəffüs orqanlarının müalicəsində sutkada 0,5 litr içilməsi əhəmiyyətlidir. == Mənbə == Bağırov, Feyruz Abdulla oğlu. Naxçıvanın təbii sərvətləri- Naxçıvan, 2008.
Yusif və Züleyxa
Yusif və Züleyxa (ərəbcə: يوسف زلیخا) Quran ayələrində bir ibrət olaraq verilmiş Yusif və Züleyxanın (Kitabi-i Müqəddəsdə Putifarın həyat yoldaşı kimi tanınan və burada adı verilməyən şəxs) hekayəsidir. Müsəlmanların danışdığı bir çox dildə, xüsusən də fars və urdu dillərində saysız-hesabsız deyilmiş və izah edilmişdir. Bu hekayənin ən məşhur versiyası Molla Məscidi tərəfindən fars dilində yazılmış Yusif və Züleyxanın məsnəvisidir. Sonradan hekayənin çox təfərrüatlara sahib olan və Züleyxanın Yusifə olan həsrətinin ruhun Tanrı axtarışını təmsil etməsi istiqamətində sufi təfsiri meydana gəlmişdir. Bu mövzuda uzun bir şeir var. Yusif və Züleyxa adlandırılan Onuncu və on birinci əsrin Fars şairi Firdovsiyə aid edilən əsəri, alimlər kitabın keyfiyyətsiz olmasından və Firdovsinin ömrünün xronikasına uyğun olmadığından rədd etmişdirlər..
Züleyxa Bajbeuk-Məlikyan
Züleyxa Bajbeuk-Məlikyan (erm. Զուլեյկա Բաժբեուկ-Մելիքյան; 16 oktyabr 1939, Tbilisi) — Ermənistan rəssamı. O, Aleksandr Bajbeuk-Məlikyanın qızıdır. Onun əsərləri 16 sentyabr 2016-cı ildə Ermənistan Milli Qalereyasında atası və bacıları ilə birlikdə Marqarita Xaçatryanın kuratorluğu ilə nümayiş etdirilmişdir. Bajbeuk-Məlikyanın rəssamlıq üslubu Gürcüstanın Tbilisi Dövlət Rəssamlıq Akademiyasının ənənəsi ilə davam edir və yetmişinci illərin təsviri sənəti əsasında formalaşmışdır. Onun teatral və romantik ruhla təcəssüm olunmuş çoxqatlı və nöqtəli metodu parlaqlığı ifadə edir; Onlar həm emosional, həm də musiqilidirlər. Bajbeuk-Məlikyan "əlində fırçası olan musiqiçi" adlandırılmışdır.
Züleyxa Həsənova (tütünçü)
Züleyxa Əsgəralı qızı Həsənova (31 yanvar 1927, Gəyəçöl – 1 dekabr 2011, Masallı rayonu) — Sosialist Əməyi Qəhrəmanı, Qəhrəman ana (1965). == Həyatı == Züleyxa Həsənova 1927-ci il yanvarın 31-də Masallı rayonunun Gəyəçöl kəndində anadan olub. 1943-cü ildən əmək fəaliyyətinə başlayan Z. Həsənova 1949-cu ildə əməkdə fərqləndiyinə görə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülüb. 1965-ci ildə 7-si qız, 4-ü isə oğlan olmaqla 11 uşaq sahibi olan Z. Həsənovaya həm də "Qəhrəman ana" fəxri adı verilib. 1971-ci ildə Azərbaycan SSR Ali Sovetinin deputatı seçilib. 2002-ci ildə Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə Prezidentin fərdi təqaüdünə layiq görülüb. Z. Həsənova həm Sosialist Əməyi Qəhrəmanı, həm də Qəhrəman ana olan yeganə qadın idi. O, uzun müddət astma xəstəliyindən əziyyət çəkirdi.
Əbu Ibrahim Əl-həşimi Əl-Qureyşi
Əbu İbrahim əl-Haşimi əl-Qureyşi (Əmir Məhəmməd Əbdurrəhman əl-Mövlü əs-səlbi, Ərəbcə: أمير محمد عبد الرحمن المولى الصلبي; ən tezi 1 oktyabr 1976 və ən geci 5 oktyabr 1976, Mosul – 3 fevral 2022, Atme[d], İdlib mühafəzəsi) — 2020-ci il yanvar ayında İŞİD'in Əbu Bəkr əl-Bağdadidən sonra elan edilən ikinci xəlifəsi. == Həyatı == 1976-cı il Təlafər şəhərində anadan olmuşdur. O Mosul şəhərində təhsilini bitirdikdən sonra universtitetdən məzun olaraq BƏƏS İraqında ordu sıralarında xidmət etmişdir. 2003 ABŞ'ın İraq işğalından sonra isə Əl-Qaidə'yə qoşuldu. 2004-cü ildə Əbu Bəkr Əl-Bağdadi ilə tanış oldu. Sonda İraq'ın cənubundakı Bucca deyilən həbsxanaya göndərildi. Həbsxanadan naməlum bir vaxta sərbəst buraxıldıqdan sonra yenidən Əl-Qaidə'yə yaxınlaşdı. 2014-cü ildə Əl-Haşimi Əl-Qaidə'dən ayrıldı və İraq Şam İslam Dövləti'nə qoşuldu və ona bağlılığını elan etdi. O Mosulun İŞİD tərəfindən işğalında çox böyük rol oynamışdır. İŞİD'ə görə, Əl Haşimi, çox dindar və təcrübəli bir döyüşçü olub.
Əbu İbrahim Əl-Haşimi Əl-Qureyşi
Əbu İbrahim əl-Haşimi əl-Qureyşi (Əmir Məhəmməd Əbdurrəhman əl-Mövlü əs-səlbi, Ərəbcə: أمير محمد عبد الرحمن المولى الصلبي; ən tezi 1 oktyabr 1976 və ən geci 5 oktyabr 1976, Mosul – 3 fevral 2022, Atme[d], İdlib mühafəzəsi) — 2020-ci il yanvar ayında İŞİD'in Əbu Bəkr əl-Bağdadidən sonra elan edilən ikinci xəlifəsi. == Həyatı == 1976-cı il Təlafər şəhərində anadan olmuşdur. O Mosul şəhərində təhsilini bitirdikdən sonra universtitetdən məzun olaraq BƏƏS İraqında ordu sıralarında xidmət etmişdir. 2003 ABŞ'ın İraq işğalından sonra isə Əl-Qaidə'yə qoşuldu. 2004-cü ildə Əbu Bəkr Əl-Bağdadi ilə tanış oldu. Sonda İraq'ın cənubundakı Bucca deyilən həbsxanaya göndərildi. Həbsxanadan naməlum bir vaxta sərbəst buraxıldıqdan sonra yenidən Əl-Qaidə'yə yaxınlaşdı. 2014-cü ildə Əl-Haşimi Əl-Qaidə'dən ayrıldı və İraq Şam İslam Dövləti'nə qoşuldu və ona bağlılığını elan etdi. O Mosulun İŞİD tərəfindən işğalında çox böyük rol oynamışdır. İŞİD'ə görə, Əl Haşimi, çox dindar və təcrübəli bir döyüşçü olub.