Solmaz Rüstəmova-Tohidi
Solmaz Əli qızı Rüstəmova-Tohidi (d. 20 fevral, 1953) — Azərbaycan alimi, tarix elmləri doktoru, professor, AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun əməkdaşı. İranın tarixi və iqtisadiyyatı şöbəsinin aparıcı elmi işçisi.
== Həyatı ==
Solmaz Rüstəmova-Tohidi 1953-cü ildə Bakı şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetini bitirmişdir. 1995-ci ildən Niderlandın Sosial Tarix İnstitutunun Qafqaz üzrə, 2010-cu ildən Qafqaz və Orta Asiya üzrə nümayəndəsidir.
== Elmi fəaliyyəti ==
Elmi tədqiqat istiqamətləri: ХХ əsrin birinci yarısında Qafqazın, Azərbaycanın, İranın və Türkiyənin siyasi tarixi, bu ölkələrdə nəşr tarixi, ideologiya tarixi, Komintern tarixi, milli-azadlıq hərəkatlarının tarixi, Qafqazda repressiya, deportasiya tarixi və onun nəzəri aspektləri, miqrasiya tarixi, İran cəmiyyəti tarixi.
Elmi işləri Azərbaycanda, Rusiyada, İranda, Türkiyədə, İngiltərədə, Niderlandda, Avstriyada, Gürcüstanda, Özbəkistanda, Qazaxıstanda müxtəlif dillərdə: Azərbaycan, rus, ingilis, türk, fars dillərində nəşr edilmişdir. Son 10 ildə 21 beynəlxalq konfransda iştirak etmişdir.
27 noyabr 2018-ci ildə Azərbaycan tarixinin tədqiqi sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə "Əməkdar elm xadimi" fəxri adı ilə təltif edilib."Əsas elmi naliyyətləri: Beynəlxalq kominternşünaslıq və iranşünaslıq sahəsində Fundamental monoqrafiya və digər tədqiqatlar Azərbaycan kitabxana və arxivlərində saxlanılan dövrü mətbuatı (ərəb əlifbasında, 18 dildə, 1050 adda)
Ümumi Kataloqları – 3 kitab (Bakıda, Londonda vəTehranda nəşr olunmuşdur)
1918-ci il azərbaycanlıların soyqırımını əks etdirən "Azərbaycan Xalq Cümhuriyyəti Fövqəladə Təhqiqat Komissiyasının sənədləri" silsiləsindən sənədlər toplularının ilk dəfə nəşri (14 kitab) və təhqiqatı (3monoqrafiya)
== Əsas elmi işləri ==
6 kitabın, 50 məqalə və 100-dən çox elmi nəşrlərin (referat, rəy və s.) müəllifidir.