Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Rüstəmabad
Rüstəmabad (Gilan) — İranın Gilan ostanında yerləşən şəhər.
Afaq Rüstəmova
Afaq Rüstəmova — fəlsəfə elmləri doktoru, AMEA Fəlsəfə İnstitutunun “İnformasiya cəmiyyətinin fəlsəfi problemləri” şöbəsinin müdiri, fəlsəfə elmləri doktoru. Afaq Baloğlan qızı Rüstəmova 1 avqust 1949-cu ildə Naxçıvan şəhərində anadan olmuşdur. 1971-ci ildə M.F.Axundov adına APRDƏİ- ni (indiki Bakı Slavyan Universiteti) bitirmişdir. M.F.Axundov adına APRDƏİ-nin nəzdində aspiranturanın qiyabi şöbəsini bitirmiş, 1995-ci ildə “Tərz kateqoriyasının rus dilində məna və formaları, onların Azərbaycan dilində müvafiq ifadə üsulları” (10.02.01 - Rus dili, 10.02.02 - Azərbaycan dili) mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. 2010-cu ildə “Sosial linqvistika və etnodil prosesləri: fəlsəfi təhlil” (09.00.11 - Sosial fəlsəfə) mövzusunda doktorluq dissertasiyası müdafiə etmiş və fəlsəfə elmləri doktoru alimlik dərəcəsi almışdır. 1981-ci ildə Naxçıvan Dövlət Pedaqoji İnstitutunun “rus və xarici dillər” kafedrasında müəllim, sonra isə baş müəllim vəzifəsində çalışmışdır. 1990-cı ildə Azərb. SSRİ Xalqlar Dostluğu Respublika Sarayında kiçik elmi işçi, 1992- ci ilin mart ayında 2002-ci ilədək EA-nın Milli Münasibətlər institutunda şöbə müdiri vəzifəsində çalışmışdır. Hazırda Fəlsəfə və Hüquq İnstitutu Sosial fəlsəfə şöbəsinin baş elmi işçisidir. Ailəlidir, iki övladı var.
Cəmilə Rüstəmova
Cəmilə Rüstəmova (tam adı: Cəmilə Yaşar qızı Rüstəmova; d. 30 dekabr 1968. Bakı, Azərbaycan SSR, SSRİ) — Azərbaycan tarixçisi, tarix elmləri doktoru, BDU-nun Azərbaycan tarixi (humanitar fakültələr üzrə) kafedrasının professoru. == Həyatı == 30 dekabr 1968-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1986-cı ildə Bakı şəhəri 210 № -li orta məktəbi bitirmişdi. 1991-ci ildə Leninqrad Dövlət Universitetinin tarix fakultəsini bitirmişdir. 1992-ci ildən Baki Dövlət Universitetində "Azərbaycanın yeni və ən yeni tarixi" kafedrasında elmi- pedaqoji işə başlamışdı. 2003-cü ildə "Национальная буржуазия в период Азербайджанской Демократической Республики" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. 2012-ci 17 aprel Azərbaycan Respublikasının Prezidenti Yanında Ali Attestasiya Komissiyası qərarı ilə Azərbaycan tarixi (humanitar fakültələr üzrə) kafedrası üzrə dosent elmi adı vermişdir. 2014-cü ildə "Национальная буржуазия Азербайджана в годы I -вой мировой войны" müvzusunda doktorluq dissertasiyası müdafiə etmişdir.
Məsudə Rüstəmova
Rüstəmova Məsudə Hümmət qızı (30 aprel 1932, Qədili, Qubadlı rayonu – 28 yanvar 2011, Bakı) — Qubadlı rayon partiya komitəsinin birinci katibi (15.04.1970-5.01.1980). == Həyatı == Məsudə Rüstəmova 1932-ci ilin aprel ayının 30-da Azərbaycan SSR Qubadlı rayonun Növlu k/s-nin Qədili kəndində qulluqçu ailəsində dünyaya gəlmişdir. Atası Rüstəmov Hümmət Qurban oğlu yoxsul kəndli ailəsindən olmuş, 1920-ci ildən Sovet İKP üzvü sıralarına qoşulmuşdur. 1920-ci ildən 1929-cu ilə qədər Qubadlı rayonunda müxtəlif vəzifələrdə çalışmışdır. 1929-cu ildən 1939-cu ilə kimi Zəngilan, Laçın, Bərdə rayon partiya komitələrində təlimatçı və söbə müdiri işləmişdir. 1939-cu ildən 1948-ci ilə kimi Qubadlı rayonunda kənd təsərrüfat şöbə müdiri və RPK-də təlimatçı olmuşdur. 1948-ci ilin avqust ayında vəfat etmişdir. Anası Rüstəmova Çöhrə Abış qızı 1927-ci ildə Hümmət Rüstəmovla ailə hayatı qurmuş, 1932-ci ildən Eyvazlı N.Nərimanov adına kolxoza üzv yazılmış və həmin kolxozda işləmişdir. 1927-ci ildən Sov. İKP üzvü olmuşdur.
Raziyyə Rüstəmova
Raziyyə Əli qızı Rüstəmov— ( 14 iyul 1936-cı il, Noraşen rayonu) — Sosialist Əməyi Qəhrəmanı (1966), əmək qabaqcılı. == Həyatı == 1936-cı il iyul ayının 14-də, keçmiş Noraşen rayonunun (Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasının hazırkı Şərur rayonu) Qarahəsənli kəndində anadan olmuşdur. Əmək fəaliyyətinə 1955-ci ildə İlyiçevski rayonunun "SSRİ-nin 50 illiyi" (daha əvvəl "Şura" kolxozu) adlı kolxozunda sıravi kolxozçu kimi başlamışdır. Daha sonra manqa başçısı olmuşdur. 1972-ci ildən həmin kolxozda üzümçü kimi işləmişdir. 1965-ci ildə pambıqçılıq sahəsində yüksək əmək göstəricilərinə nail olmuşdur. Hazırda pensiyaçıdır. == Mükafatlar == 1966-cı il aprel ayının 30-da SSRİ Ali Sovetinin Rəyasət Heyətinin qərarı ilə Rüstəmova Raziyyə Əli qızı xam pambıq istehsalının genişləndirilməsində əldə edilən nailiyyətlərə görə Sosialist Əməyi Qəhərəmanı adına layiq görülmüşdür. O, eyni zamanda "Lenin ordeni", "Çəkic və Oraq" qızıl medalı ilə mükafatlandırılmışdır. 2002-ci il oktyabrın 2-də Azərbaycan Respublikasının prezidentiin sərəncamı ilə Azərbaycanın elm və təhsil, mədəniyyət və icəsənət, iqtisadiyyat və dövlət idarəçiliyi sahələrindəki böyük xidmətlərinə görə Rüstəmova Raziyyə Əli qızı Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülmüşdür.
Raziyə Rüstəmova
Raziyyə Əli qızı Rüstəmov— ( 14 iyul 1936-cı il, Noraşen rayonu) — Sosialist Əməyi Qəhrəmanı (1966), əmək qabaqcılı. == Həyatı == 1936-cı il iyul ayının 14-də, keçmiş Noraşen rayonunun (Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasının hazırkı Şərur rayonu) Qarahəsənli kəndində anadan olmuşdur. Əmək fəaliyyətinə 1955-ci ildə İlyiçevski rayonunun "SSRİ-nin 50 illiyi" (daha əvvəl "Şura" kolxozu) adlı kolxozunda sıravi kolxozçu kimi başlamışdır. Daha sonra manqa başçısı olmuşdur. 1972-ci ildən həmin kolxozda üzümçü kimi işləmişdir. 1965-ci ildə pambıqçılıq sahəsində yüksək əmək göstəricilərinə nail olmuşdur. Hazırda pensiyaçıdır. == Mükafatlar == 1966-cı il aprel ayının 30-da SSRİ Ali Sovetinin Rəyasət Heyətinin qərarı ilə Rüstəmova Raziyyə Əli qızı xam pambıq istehsalının genişləndirilməsində əldə edilən nailiyyətlərə görə Sosialist Əməyi Qəhərəmanı adına layiq görülmüşdür. O, eyni zamanda "Lenin ordeni", "Çəkic və Oraq" qızıl medalı ilə mükafatlandırılmışdır. 2002-ci il oktyabrın 2-də Azərbaycan Respublikasının prezidentiin sərəncamı ilə Azərbaycanın elm və təhsil, mədəniyyət və icəsənət, iqtisadiyyat və dövlət idarəçiliyi sahələrindəki böyük xidmətlərinə görə Rüstəmova Raziyyə Əli qızı Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülmüşdür.
Rüstəmabad (Gilan)
Rüstəmabad — İranın Gilan ostanında yerləşən şəhər.
Rüstəmabad (Kövsər)
Rüstəmabad (fars. رستم اباد‎) — İranın Ərdəbil ostanının Kövsər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 27 nəfər yaşayır (6 ailə).
Səlimə Rüstəmova
Səlimə Rüstəm qızı Rüstəmova (1923, Xıdırlı, Ağdam rayonu – 16 avqust 1998, Bakı) - maarif xadimi, müəllimə, Azərbaycan SSR Ali Sovetinin deputatı == Həyatı == Səlimə Rüstəm qızı Rüstəmova 1923-cü ildə Ağdam rayonunun Xıdırlı kəndində anadan olmuşdur. İlk təhsilini Xıdırlı kənd məktəbində almışdır. O, 1938-1940 illərdə Ağdam pedaqoji məktəbdə oxumuş, 1948-1950 illərdə Ağdam Dövlət Müəllimlər İnstitutunda təhsil almışdır. Səlimə Rüstəmova 1940-cı ildən pedaqoji fəaliyyətlə məşğul olmuşdur. O, Ağdam şəhər 1 nömrəli orta məktəbdə, Ağdam şəhər 8 nömrəli orta məktəbdə ibtidai sinifdən dərs demişdir. Səlimə Rüstəmova 1948-ci ilin yanvar ayında Ağdam şəhər zəhmətkeş deputatları Sovetinə deputat seçilmişdir. O, 1951-ci ildə Boyəhmədli seçki dairəsindən Azərbaycan SSR Ali Sovetinə deputat seçilmişdir. Səlimə Rüstəmova 16 avqust 1998-ci ildə Bakıda vəfat etmişdir. == Ailəsi == Atası - Rüstəm Qulu oğlu Rüstəmzadə (1906-1943) Azərbaycan Respublikası Kommunist Partiyası Mərkəzi Komitəsində, Füzuli rayon Partiya Komitəsində məsul vəzifələrdə çalışmış və 1941-1943 illərdə Ağdam rayon Partiya Komitəsinin ikinci katibi işləmişdir. Anası - Gülxar Əliyeva-Rüstəmzadə (1908-16.03.1986) ötən əsrin əvvəllərində "Əbilov adına klub"da təşkil edilən "Savad kursu"nda təhsil almışdır.
Tamilla Rüstəmova
Tamilla Səid qızı Rüstəmova (1936, Bakı – 23 iyul 2020, Moskva) — Azərbaycanlı aktrisa və pianoçu. == Həyatı == Tamilla Rüstəmova Azərbaycanın görkəmli bəstəkarı Səid Rüstəmovun ailəsində anadan olmuşdur. 1959-cu ildə Qnesinlər adına Musiqi institutunun "fortepiano" ixtisası üzrə bitirmişdir. Həmin il institutun tələbəsi olan vokalçı Olgerd Krastınşa ərə gedərək Riqaya köçmüşdür. Bir neçə bədii filmdə yadda qalan obrazlar yaratmışdır. Onun ən yaddaqalan obrazları "Ulduz" filmində Ulduz və "Böyük dayaq" filmində Maya bacı rollarıdır. 2020-ci ildə Moskvada vəfat etmişdir. Moskva şəhərində dəfn edilib.
Təhminə Rüstəmova
Təhminə Rüstəmova — () Bakı Dövlət Universitetinin müəllimi, professor[mənbə göstərin] == Həyatı == 24 avqust 1927-ci ildə anadan olmuşdur. 1949-cu ildə ADU-nun Şərqşünaslıq fakültəsini bitirərək, Elmi Şuranın qərarı ilə fars dilçiliyi ixtisası üzrə aspiranturada saxlanılmışdır. 1954-cü ildə namizədlik, 1990-cı ildə doktorluq dissertasiyası müdafiə etmiş, 1991-ci ildə professor elmi adı almışdır. Fakültə Tədris-metodiki Şurasının sədri, vaxtilə Təhsil Nazirliyinin nəzdində Şərq dilləri Elmi-metodiki Şurasının üzvü, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında Şərq dilləri ilə bağlı seminar rəhbəri kimi ictimai işlərdə fəaliyyət göstərmişdir. 160-dan çox əsasən fars dilçiliyinə, qismən də ərəb və Azərbaycan dilçiliyinə aid elmi məqalələri müxtəlif jurnallarda çap olunmuşdur. Orta və ali məktəblər üçün 22 adda dərslik və dərs vəsaitinin müəllifidir. "Tərəqqi" medalı ilə təltif olunmuş, Əməkdar müəllim fəxri adına layiq görülmüşdür. Ailəlidir, bir övladı var. == Təhsili == 1934–1944-cü illərdə 7 saylı Şəki şəhər orta məktəbdə oxuyub. 1944–1949-cu illərdə ADU-nun Şərqşünaslıq fakültəsinin fars şöbəsində təhsil alıb.
Xalidə Rüstəmova
Rüstəmova Xalidə Ədalət qızı — "İlin ən yaxşı müəllimi", "İlin ən yaxşı fənn kabinəsi" müsabiqələrinin qalibi == Həyatı == 1981–ci ildə Azərbaycan Pedaqoji Xarici Dillər Universitetinin ingilis dili fakültəsini bitirmişdir. 1994-cü ildən 290 saylı məktəbdə ingilis dili müəllimi, Suraxanı rayon RTŞ-nin ştatdankənar metodistidir. 1996-ci ildən Az.ETA(Azerbaijan English Teachers’ Association) Az. Ing. dilli müəllimləri birliyinin üzvüdür. Bir sıra Beynəlxalq və ümumittifaq konfransların, seminarların istirakçisı olmuş, respublikamızı layiqincə təmsil edərək çoxlu sayda sertifikatlara və diplomlara layiq görül müşdür. "Methodology", "Hornby Trust" , "Step by Step" , "RWCT" proyektləri üzrə Təlimci Müəllim və "Müəllimlər Müəllimi"adını qazanmışdır. O eyni zamanda beynəlxalq proqramların, xüsusi ilə ABŞ dövlətinin maaliyyələşdirdiyi 2003-cü ildə Təhsil və Dillər öyrənilməsi üzrə Amerika əməkdaşlıq Şurası (ACCELS) və ABS Dövlət Departamentinin Təhsil və Mədəniyyət üzrə Bürosunun təşkil etdiyi "TEA", "PIE" proqramlari üzrə finalist olmuş, 2 aylıq Amerikaya təcrübə mübadiləsinə göndərilmişdir. Dəfələrlə "Ilin ən yaxşı müəllimi", "Ilin ən yaxşə fənn kabinəsi" müsabiqəsində qalib olaraq, məktəbin adını Azərbaycanın bütün bölgələrində tanıtmışdır. Göstərdiyi xidmətlərə görə məktəb rəhbərliyi ,RTŞ- nin və Rayon Icra Hakimiyyətinin təşəkürünə, pul mükafatına və fəxri fərmanlarına layiq görülüb.Xalidə müəllimə siniflər üzrə bir neçə test kitabcalarının və "Mektəblinin Lüğəti" müəlliflərindəndir.
Xasiyyət Rüstəmova
Xasiyyət Rüstəmova (özb. Xosiyat Rustamova, 19 mart 1971, Nəməngan) — özbək şairə, tərcüməçi, Özbəkistan Respublikasının "Şöhrət ordeni" laureatı . == Həyatı == Xasiyyət Rüstəmova 1971-ci il mart ayının 19-da Özbəkistanın Namanqan şəhərində anadan olmuşdur. Ali təhsilini Özbəkistan Milli Universietinin jurnalistika fakültəsində , daha sonra isə 2001-2004-cü illərdə Ali Ədəbiyyat Universitetində almışdır. Xasiyyət Rüstəmova 1993-1997-ci illərdə "Dan ulduzu" qəzetində çalışmışdır. 2015-ci ildən "Kitab dünyası" qəzetinin baş redaktoru vəzifəsini icra etməkdədir. == Fəaliyyəti == İlk şeirlərini hələ tələbəlik illərindən çap etdirən Xasiyyət Rüstəmovanın şeirləri dövrü mətbuat orqanlarında dərc edilmişdir. İlk kitabı "Göydəki ev" 1997-i ildə çapdan çıxmışdır. Daha sonra “Nicat” (2003), “Ölüm libası” ( 2004), “Divar” (2006), “Avqust” (2008), “İşğal” (2011), “40:0” (2011) kitablarını nəşr etdirmişdir. Bir çox əsərləri xarici dillərdə tərcümə edilən şairin " Sabahsız günlər" (2008) əsəri türk dilində, "Qorxunc " şeirlər toplusu isə azərbaycan dilində işıq üzü görmüşdür.
Solmaz Rüstəmova-Tohidi
Solmaz Əli qızı Rüstəmova-Tohidi (d. 20 fevral, 1953) — Azərbaycan alimi, tarix elmləri doktoru, professor, AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun əməkdaşı. İranın tarixi və iqtisadiyyatı şöbəsinin aparıcı elmi işçisi. == Həyatı == Solmaz Rüstəmova-Tohidi 1953-cü ildə Bakı şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetini bitirmişdir. 1995-ci ildən Niderlandın Sosial Tarix İnstitutunun Qafqaz üzrə, 2010-cu ildən Qafqaz və Orta Asiya üzrə nümayəndəsidir. == Elmi fəaliyyəti == Elmi tədqiqat istiqamətləri: ХХ əsrin birinci yarısında Qafqazın, Azərbaycanın, İranın və Türkiyənin siyasi tarixi, bu ölkələrdə nəşr tarixi, ideologiya tarixi, Komintern tarixi, milli-azadlıq hərəkatlarının tarixi, Qafqazda repressiya, deportasiya tarixi və onun nəzəri aspektləri, miqrasiya tarixi, İran cəmiyyəti tarixi. Elmi işləri Azərbaycanda, Rusiyada, İranda, Türkiyədə, İngiltərədə, Niderlandda, Avstriyada, Gürcüstanda, Özbəkistanda, Qazaxıstanda müxtəlif dillərdə: Azərbaycan, rus, ingilis, türk, fars dillərində nəşr edilmişdir. Son 10 ildə 21 beynəlxalq konfransda iştirak etmişdir. 27 noyabr 2018-ci ildə Azərbaycan tarixinin tədqiqi sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə "Əməkdar elm xadimi" fəxri adı ilə təltif edilib."Əsas elmi naliyyətləri: Beynəlxalq kominternşünaslıq və iranşünaslıq sahəsində Fundamental monoqrafiya və digər tədqiqatlar Azərbaycan kitabxana və arxivlərində saxlanılan dövrü mətbuatı (ərəb əlifbasında, 18 dildə, 1050 adda) Ümumi Kataloqları – 3 kitab (Bakıda, Londonda vəTehranda nəşr olunmuşdur) 1918-ci il azərbaycanlıların soyqırımını əks etdirən "Azərbaycan Xalq Cümhuriyyəti Fövqəladə Təhqiqat Komissiyasının sənədləri" silsiləsindən sənədlər toplularının ilk dəfə nəşri (14 kitab) və təhqiqatı (3monoqrafiya) == Əsas elmi işləri == 6 kitabın, 50 məqalə və 100-dən çox elmi nəşrlərin (referat, rəy və s.) müəllifidir.
Tamilla Rüstəmova-Krastınş
Tamilla Səid qızı Rüstəmova (1936, Bakı – 23 iyul 2020, Moskva) — Azərbaycanlı aktrisa və pianoçu. == Həyatı == Tamilla Rüstəmova Azərbaycanın görkəmli bəstəkarı Səid Rüstəmovun ailəsində anadan olmuşdur. 1959-cu ildə Qnesinlər adına Musiqi institutunun "fortepiano" ixtisası üzrə bitirmişdir. Həmin il institutun tələbəsi olan vokalçı Olgerd Krastınşa ərə gedərək Riqaya köçmüşdür. Bir neçə bədii filmdə yadda qalan obrazlar yaratmışdır. Onun ən yaddaqalan obrazları "Ulduz" filmində Ulduz və "Böyük dayaq" filmində Maya bacı rollarıdır. 2020-ci ildə Moskvada vəfat etmişdir. Moskva şəhərində dəfn edilib.