Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Rahət İsayev
Rahət Rafət oğlu İsayev (26 dekabr 2000, Əliabad, Biləsuvar rayonu – 6 noyabr 2020, Xocavənd rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Rahət İsayev 2000-ci il dekabrın 26-da Biləsuvar rayonunun Əliabad kəndində anadan olub. 2007-2018-ci illərdə M. Piriyev adına Əliabad kənd tam orta məktəbdə təhsil alıb. Sabirabad Dövlət Kollecinin "Arxiv işi və Karguzarlıq" ixtisasına qəbul olsa da, qiyabi təhsili seçib və 2019-cu ildə həqiqi hərbi xidmətə yollanıb. Subay idi. == Hərbi xidməti == Rahət İsayev 2019-2020-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin Göygöl rayonunda "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə idi. Kəşfiyyatçı atıcı idi. Azərbaycan Ordusunun əsgəri olan Rahət İsayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Rahət İsayev noyabrın 6-da Hadrutun azad edilməsi zamanı şəhid olub. Noyabrın 18-də Biləsuvar rayonunda dəfn olunub.
Sahə
Sahə (ölçü parametri) — səthin sahəsini ölçmək üçün kəmiyyət; Sahə (film, 2010) — Nariman Film tərəfindən çəkilmiş tammetrajlı bədii film; Sahə (Fizika) — müəyyən fiziki xassələrə malik boşluq; Yaşayış sahəsi — Yaşayış massivi nəzərədə tutulur; Elm sahəsi — Bir ixtisas daxilində təmərküzləşən elmi təsvir edir; Torpaq sahəsi — Yerin səthinin bir hissəsi; Fəaliyyət sahəsi — bir şəxsin və ya firmanın fəaliyyət göstərdiyi mövzu dairəsi.
Vahə
Vahə — səhra və yarımsəhraların torpaqlarında intensiv əkinçilik rayonları, ağac, kol və ot sahələri. Vahənin əmələ gəlməsinə səbəb sahədə qonşu rayonlara nisbətən rütubətlənmənin (təbii rütubətlənmə yeraltı suların səthə yaxın olması, bulaq sularının təbii çıxışı, çayların vaxtaşırı daşması, süni rütubətlənmə isə çay, göl, kanal və quyu sularından suvarma ilə əlaqədardır) çox olmasıdır. Vahələrin sahəsi (Afrikada Nil çayı dərəsi, Orta Asiyada Fərqanə dərəsi, Amudəryanın aşağı axını və s.) onlarca hektardan on minlərlə km2 -ə qədər olur. Vahələr səhralarda əhalinin məskunlaşdığı, kənd təsərrüfatı ilə məşğul olduğu yerlərdir. Vahələrdə ərzaq bitkiləri, qiymətli texniki bitkilər (xüsusən pambıq), üzüm və s. becərilir. Afrika və Cənubi-Qərbi Asiyadakı vahələrin xarakterik bitkisi xurma ağacıdır.
Abissal sahə
Abissal düzənlik — çökəkliyin dibində zəif maili, akkumulyativ, horizontal səthli, dərin dəniz düzənliyi. Onun yaranması suspenzion axınlar vasi­təsilə dib çöküntülərinin yerdəyiş­məsi prosesi ilə əlaqədardır. Abisal düzənlikləri okean dibinin sahəsinin təqribən 40%-ni əhatə edir və 2,500–5,500 metr dərinlikdə yerləşir. Onlar qitənin ətəyi ilə Orta-Okean silsiləsi arasında yerləşirlər.
Allüvial sahə
Allüvial sahə — çay çöküntülərindən əmələ gəlmiş sahə. == Ədəbiyyat == R.Ə.Əliyeva, Q.T.Mustafayev. “Ekologiya” dərs vəsaiti. Bakı, “Bakı Dövlət Universiteti” nəşriyyatı, 2004, s. 379 – 384.
Daşlıq sahə
Daşlıq səhra – zəif aşınmış ana süxurlar (əsas) üzərində yerləşən, səthi çınqıl və digər daşlarla örtülü, demək olar ki, torpaq – bitki örtüyü olmayan sahədir. .
Nerit sahə
Nerit sahə — Dünya okeanının dayaz hissəsi. Materik dayazlığında yerləşir. Suyun güclü hərəkətliliyi, temperaturun dəyişgənliyi, günəş işığının xeyli yayılması, bitki və heyvanat aləminin müxtəlifliyi ilə səciyyələnir. Nerit sahədə əsasən, qırıntı materialları (çaqıl daşı, qabıq əhəngdaşı) toplanır. == Nerit çöküntüləri == Dayaz dəniz çöküntüləri. Nerit sahədə əmələ gəlir. Çaqıl daşı, əhəngli lil və qabıq əhəng daşlarından ibarətdir. Nerit çöküntülər kəskin fasial dəyişkənliyi və dəniz dibindəki orqanizm qalıqlarının çoxluğu ilə xarakterizə olunur.
Qırışıq sahə
Qırışıq sahə (rus. складчатая область, ing. fold area) — əsasən geosinklinal sahələrin yerində əmələ gəlmiş mürəkkəb quruluşlu (adətən qırışıqlı qaymalı) və müxtəlif yaşlı (prote-rezoy, baykal, kaledon, hersin və s.) qırışıqlı dağlar. Qırışıq dağlıq ölkələrə uyğun gəlir və o cür də adlandırılır. (Məs: Altay-Sayan qırışıqlıq vilayəti və s.). Sin. qırışıqlıq sistem. == İntruzivləri == Geniş mənada qırışıqlıq vilayətlərinə xas olan və onların inkişaf mərhələlərində yaranan intruzivlərdir. Qırışıqlıq vilayətlərinin intruzivləri məkan etibarilə ensiz üzün qırışılıq zonalarında uzun oxları ilə uzununa, yaxud eninə plutonlar şəklində yerləşir. Tektonik şəraitdən asılı olaraq bu intruzivlər: 1) qırışıqlıqdan qabaq (protektonik); 2) qırışıqlıqla eyni vaxtda (sintektonik) və 3) qırışıqlıqdan sonra (postektonik) üç qrupa ayrılır, mineral və kimyəvi tərkiblərinə görə fərqlənir.
Radə Abbas
Radə Abbas (tam adı: Radə Sabir qızı Abbas; 10 avqust 1962, Ağcabədi rayonu) — "Tərəqqi" medalı təltifçisi, Qarabağ Şəhidi Veteran Qadınlar Təşkilatının rəhbəri, Müharibə Veteranı Qadınlarına Sosial Yardım İctimai Birliyi Türkiyədə fəaliyyət göstərən Engelsiz Dünya Platformunun Azərbaycan təmsilçisi. == Həyatı == Rada Abbas 10 avqust 1962-ci ildə Hacılar kəndində anadan olmuşdur. 1969-1979-cü illərdə Ağcabədi rayon Hacılar kənd orta məktəbini bitirmişdir. 1982-1984-cü illərdə Bakı şəhəri 2 saylı Tibb Texnikom təhsilini almışdır. 2001-2006-cı illərdə Moskva Açıq Unversitetu Bakı filialı Hüquq fakultəsini bitirmişdir. == Fəaliyyəti == === Əmək fəaliyyəti === 1979 - 1982-ci illərdə — Ağcabədi rayon Lenin kolxozu Briqadir köməkçisi 1982-84-cü illərdə — Bakı 2 saylı tibb texnikomunun feldşerlik fakultəsini bitirmişdir. Oxuduğu müddətdən etibarən 1983 - 1992 M.Topçubaşov adına ETKECİ –da Tibb bacısı işləmişdir 1992-ci ildə — könüllü olaraq müharibəyə yollanıb. Müharibə dövrünün hərbi xidməti Ağdam, Tərtər, Ağdərə bölgələrində olub. Müdafiə Nazirinin əmri ilə müxtəlif hərbi hissələrdə hərbi xidmət keçib. 2001-ci ildə — Azərbaycan Respublikası Müdafiə Nazirinin müvafiq əmrinə əsasən, səhhəti ilə əlaqədar hərbi xidmətdən tərxis edilib 2001 - 2005-ci illərdə — AVMVB-nin nəzdində Veteran Qadınlar Təşkilatının sədri 2006-cı il – Müharibə Veteranı Qadınlarına Sosial Yardım İctimai Birliyinin sədri.
Sahə (Fizika)
Sahə — fizikada mühüm anlayışlardan biri. Sahə müəyyən fiziki xassələrə malik olur. Bərk materialla dolu fəza olub ölçülə bilən fizki xassələrə malikdir. Bu fiuzki kəmiyyətlərə sahənin parametrləri deyilir. Sahənin parametrləri çox komponentli ola bilir.
Sahə (dəqiqləşdirmə)
Sahə (ölçü parametri) — səthin sahəsini ölçmək üçün kəmiyyət; Sahə (film, 2010) — Nariman Film tərəfindən çəkilmiş tammetrajlı bədii film; Sahə (Fizika) — müəyyən fiziki xassələrə malik boşluq; Yaşayış sahəsi — Yaşayış massivi nəzərədə tutulur; Elm sahəsi — Bir ixtisas daxilində təmərküzləşən elmi təsvir edir; Torpaq sahəsi — Yerin səthinin bir hissəsi; Fəaliyyət sahəsi — bir şəxsin və ya firmanın fəaliyyət göstərdiyi mövzu dairəsi.
Sahə qaydası
Sahə qaydası — təyyarələrin dizaynındakı bir qaydadır, bu səsə yaxın və ya supersonik sürətində dalğa müqavimətini azaltmağa imkan verir. Bu sürət aralığı müasir mülki və hərbi təyyarələr arasında ən çox istifadə olunur. == Təsvir == Səsə yaxın uçuş sürətində hava axınının yerli sürəti, axının təyyarənin struktur elementləri ətrafında getdiyi yerlərdə, səs sürətinə çata bilər. Bu davranışın müşahidə olunduğu sürətin dəyəri təyyarənin dizaynından asılı olaraq dəyişir və kritik Max sayı adlanır. Belə yerlərdə yaranan şok dalğaları güclü sürətlə böyüyən bir müqavimətə malikdir. Bu müqavimət dalğa müqaviməti adlanır. Zərbə dalğalarının gücünü azaltmaq üçün təyyarənin kəsişmə sahəsi təyyarənin gövdəsi boyunca mümkün qədər rəvan şəkildə dəyişməlidir. Sahə qaydasında deyilir ki, kəsişən ərazinin eyni uzunlamasına paylanması olan iki təyyarə, bu sahənin eninə füzelyaj istiqamətində paylanmasından asılı olmayaraq eyni dalğa empedansına malikdir (yəni, füzelyajın özündə və ya qanadlarında). Üstəlik, güclü şok dalğalarının meydana gəlməməsi üçün bu paylama hamar olmalıdır. Bu qaydanın tətbiq edilməsinə bir nümunə, təyyarənin qaynaq hissəsinin qanadlarla qovşağında enməsi, kəsişən sahənin dəyişməməsi.
Sultan Rahi
Sultan Rahi, Məhəmməd Sultan (24 iyun 1938, Pəncab[d], Britaniya Hindistanı, Ravalpindi, Hindistan və ya Britaniya Hindistanı, Britaniya Hind okeanı əraziləri – 9 yanvar 1996, Qucranvala, Pəncab, Pəncab, Pakistan və ya Pakistan) — aktyor, prodüser, yazıçı.
Valunlarsız sahə
Valunlarsız sahə – (rus. безвалунная область, ing. driftless area) Pleystosen örtük buzlaş­masının sərhədlərində buzlaq çö­kün­tüsü olmayan ərazi, bu əra­zilərin buzlaqla örtülmədiyini gös­tərir.
Vüqar Rahi
Fərmanov Vüqar Xankişi oğlu (Vüqar Rahi) — şair. == Həyatı == Vüqar Rahi 13 avqust 1979–cu ildə Sumqayıt şəhərində müəllim ailəsində doğulmuşdur. 1986–cı ildə Sumqayıt şəhər 27 saylı orta məktəbində orta təhsilə başlamış, 1990–cı ildə məktəbin iki hissəyə bölünərək bir hissəsinin 37 saylı orta məktəbə çevrilməsi səbəbindən təhsilini orda davam etdirmiş, 1996 – cı ildə həmin məktəbdə orta təhsilini bitirmişdir. Eyni ildə dövlət imtahanlarını müvəffəqiyyətlə verib Sumqayıt Dövlət Universitetinin “İqtisadiyyat” fakultəsinə qəbul olmuşdur. 2000–ci ildə Sumqayıt Dövlət Universitetində ali təhsilini “bakalavr” dərəcəsi almaqla uğurla başa vurmuşdur. İlk illərdə “Azpetrol Neft Şirkəti”ndə, daha sonra özəl mühafizə şirkətlərində çalışmışdır. == Yaradıcılığı == Bədii yaradıcılığa orta məktəb illərində ədəbiyyata olan xüsusi marağı sayəsində gəlmişdir. Uşaqlıqdan rəssam, və ya heykəltaraş olmağı arzulasa da özünün yaradıcı keyfiyyətini və düşüncələrini yazdığı şeirlərdə daha yaxşı ifadə etməsi bədii ədəbiyyatın nəzm forması ilə ciddi məşğul olması və şair kimi formalaşmasına səbəb olur. Tədricən təhsil aldığı orta məktəbin divar qəzetlərindən dövri mətubatın bir sıra qəzetlərinə qədər şeirləri çap olunmağa başlayan yeniyetmə Vüqarın ədəbiyyata olan marağı get–gedə ailəsinin onu iqtisadçı görmək maraqlarını üstələyir. Ali təhsil aldığı illərdə – 3 – cü kursda oxuyarkən ailə qurması ədəbi yaradıcılığında da həyatında olduğu kimi yeni bir mərhələnin başlanğıcı olur.
Eynşteyn sahə tənlikləri
Eynşteyn sahə tənlikləri — qravitasiyanın, əslində fəza-zamanın kütlə və enerji tərəfindən əyilməsi ilə meydana çıxan anlayış olduğunu riyazi şəkildə göstərən 10 tenzorial tənlikdən ibarət sistemdir. Eynşteyn tenzoru ilə ifadə olunan fəzazamandakı lokal əyriliyi həmin sahədə yerləşən və gərginlik-enerji tenzoru ilə ifadə olunan maddə ilə əlaqələndirən bu tənliklər, 1915-ci ildə Albert Eynşteyn tərəfindən Ümumi Nisbilik Nəzəriyyəsində irəli sürülmüşdür. Sahə tənlikləri bu formada olub, G μ ν {\displaystyle G_{\mu \nu }} — Eynşteyn tenzorunu, Λ {\displaystyle \Lambda } — Kosmoloji sabiti, g μ ν {\displaystyle g_{\mu \nu }} — metrik tenzoru T μ ν {\displaystyle T_{\mu \nu }} — Gərginlik-enerji tenzorunu, G {\displaystyle G} və c {\displaystyle c} isə uyğun olaraq Qravitasiya Sabiti və işıq sürətini göstərir. Beləcə 4 ölçülü fəza-zamanda hər μ {\displaystyle \mu } və ν {\displaystyle \nu } komponenti üçün 4 tənlik olmaqla cəmi 16 tənlik olmalıdır. Lakin tənlikdəki bütün tenzorlar simmetrik olduğundan( X μ ν = X ν μ {\displaystyle X_{\mu \nu }=X_{\nu \mu }} ) eynicinsli tənlikləri çıxmaqla bir-birindən ayrı 10 tənlik qalır. === Eyşteyn tenzoru === Eynşteyn tenzoru Riemann tenzorunun 2 indeksi üzrə cəmlənməsindən( R μ ν = R μ λ ν λ {\displaystyle R_{\mu \nu }=R_{\;\mu \lambda \nu }^{\lambda }} ) əmələ gələn Rikki tenzoru üzərində qurulur və enerji-impuls tenzoru ilə mütənasib olub fəza-zaman əyriliyini xarakterizə edən tenzor olaraq Eynşteyn tərəfindən gətirilib: G μ ν = R μ ν − 1 2 R g μ ν , {\displaystyle G_{\mu \nu }=R_{\mu \nu }-{\tfrac {1}{2}}R\,g_{\mu \nu },} burada R μ ν {\displaystyle R_{\mu \nu }} — Rikki tenzoru, R {\displaystyle R} — Rikki skalyarıdır( R = R α β g α β {\displaystyle R=R_{\alpha \beta }g^{\alpha \beta }} ). Eynşteyn tenzorunun Rikki tenzorundan əsas fərqləndirici xüsusiyyəti, onun gərginlik-enerji tenzoru kimi konservativ olmasıdır: ∇ μ G μ ν = 0 {\displaystyle \nabla ^{\mu }{G_{\mu \nu }}=0} . Eynşteyn tenzorunun açılışını nəzərə alsaq, sahə tənliklərişəklində ifadə olunar. == Kosmoloji sabit == Sahə tənlikləri ilk dəfə kosmoloji sabit faktoru olmadan, bu şəkildə yazılmışdı: G μ ν = 8 π G c 4 T μ ν . {\displaystyle G_{\mu \nu }={8\pi G \over c^{4}}T_{\mu \nu }.} Daha sonra Eynşteyn, Ümumi Nisbilik Nəzəriyyəsini kainatı modelləşdirmək üçün tətbiq etdikdə mövcud tənliklər, kainatın ya daima genişlənəcəyinə, ya da tək bir sinqulyar nöqtəyə çökməli olduğuna dəlalət edirdi.
Kristal sahə nəzəriyyəsi
Kristal sahə nəzəriyyəsi — mahiyyətcə kimyəvi rabitənin klassik nəzəriyyəsinə yaxın olub, kompleksəmələgətirici ilə liqandlar arasında yalnız elektrostatik qarşılıqlı təsiri qəbul edir. Kristal sahə nəzəriyyəsinin riyazi hesablamaları ilk dəfə 1929-cu ildə alman alimi Bete tərəfindən aparılmışdır. == İzahı == Klassik təsəvvürlərdən fərqli olaraq, kristal sahə nəzəriyyəsində liqandların kompleksəmələgətiricinin elektronlarına təsiri nəzərdə tutulur. başqa sözlə, kristal sahə nəzəriyyəsi kompleksəmələgəlmə prosesi ilə əlaqədar olaraq bütün hadisələri kompleksəmələgətiricinin sərbəst ionlarının (məsələn, Co3+, Fe2+ və s.) liqandların elektrostatik sahəsinə düşməsi zamanı elektron təbəqələrində gedən dəyişikliklə izah etməyə çalışır. Müəyyən edilmişdir ki, kompleks birləşmələrdə liqandların elektrostatik sahəsi, bərk maddələrin kristal şəbəkələrini təşkil edən ionların yerləşdiyi elektrostatik sahə ilə tamamilə oxşardır. Məsələn, [Fe(CN)6]4--də Fe2+ ionu altı liqandın elektrostatik sahəsi təsirində olduğu kimi, NaCl-in kristal şəbəkəsində Na+ ionu da altı Cl- ionun elektrostatik sahəsində yerləşir. Həm də hər iki halda fəza mərkəzində müsbət yüklü ion yerləşən oktaedr əmələ gəlir. Beləliklə, kompleks birləşmələrdə kompleksəmələgətirici ionun vəziyyəti ilə kristal şəbəkələrində müsbət ionların vəziyyəti arasında belə oxşarlığın mövcudluğuna əsasən kompleks birləşmələrin tədqiqi ilə məşğul olan bu nəzəriyyə kristal sahə nəzəriyyəsi adını almışdır. Liqandların yaratdığı sahə qüvvətli olduqda Δ qiyməti də böyük olur. Liqandların sahəsi ilə Δ qiymətinin arasındakı emprik asılılıq aşağıdakı kimidir: I− < Br− < S2− < SCN− < Cl− < NO3− < N3− < F− < OH− < C2O42− < H2O < NCS− < CH3CN < py < NH3 < en < bipy < phen < NO2− < PPh3 < CN− < CO Δ qiyməti artır.
Rah Danə (Sulduz)
Rah Danə (fars. اهدانه‎) - İranın Qərbi Azərbaycan ostanının Sulduz şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 681 nəfər yaşayır (177 ailə).
Matyu Ben Rahu
Matyu Ben Rahu (11 dekabr 1995) — Mərakeşli üzgüçü. Matyu Ben Rahu Mərakeşi 2019-cu ildə XVIII Su idman növləri üzrə Dünya Çempionatında təmsil etdi. == Karyerası == Matyu Ben Rahu birinci dəfə Dünya Çempionatına 2019-cu ildə qatıldı. O, Kvanjuda baş tutan XVIII Su idman növləri üzrə Dünya Çempionatında kişilər 5 km məsafəyə açıq hovuz üzgüçülüyü yarışlarında iştirak etdi. 53:59.9 saniyəlik nəticə ilə 39-cu yeri tutdu və yarışı başa vurdu.
Sahə (film, 2010)
Sahə — rejissor İlqar Safatın quruluşunda hazırlanan bədii film. == Məzmun == Məşhur fotoqraf və nişanlısı mübahisə edərkən yol-nəqliyyat qəzasına düçar olduqlarından polis SAHƏ-sinə düşürlər. Burada, nişanlısına olan inamsızlığa istinad edərək fotoqraf öz daxilində uşaqlıqda qazanılan bir fobiyanı aşkar edir. Uzun illər boyu onun qəlbində qadınlara qarşı qorxu hissi yaşayır. Bu SAHƏ-dən sağ-salamat çıxmaq üçün, o, burada öz qorxularını qoymalıdır. == Film haqqında == Film Azərbaycan (Narimanfilm) və Gürcüstanın (Georgiafilm, Bagirafilm) birgə işidir. Çəkilişlər 16 sentyabr 2008-ci ildə başlamış və 25 noyabr 2008-ci ildə başa çatmışdır. Film bütünlüklə Azərbaycanda 35 mm. kino lentinə çəkilmişdir. Film layihəsi Kler Douns (ssenari müəllifi, Böyük Britaniya) və Cedomir Kolar (prodüser, Fransa) məsləhətləri əsasında İFA-SC treyninq proqramı çərçivəsində işlənib hazırlanmışdır.
Sahə (ölçü parametri)
Sahə — düz səth, konkret sərhədlərlə məhdudlaşmış səthin bir hissəsi, həndəsi fiqurların düz səthlərini xarakterizə etmək üçün işlədilən kəmiyyət parametri. == Müəyyən edilməsi == Aşağıdakı şərtləri yerinə yetirənlər sahə adlanırlar : o sıfırdan çoxdur. o ölçülə biləndir. o düz səthlidir. onun ilkin ölçü vahidi kvadratla götürülür.Fiqurun səthi düz olmadıqda , o kiçik düz sahələrə bölünərək ölçülür.
Sahə (ölçü vahidi)
Sahə — düz səth, konkret sərhədlərlə məhdudlaşmış səthin bir hissəsi, həndəsi fiqurların düz səthlərini xarakterizə etmək üçün işlədilən kəmiyyət parametri. == Müəyyən edilməsi == Aşağıdakı şərtləri yerinə yetirənlər sahə adlanırlar : o sıfırdan çoxdur. o ölçülə biləndir. o düz səthlidir. onun ilkin ölçü vahidi kvadratla götürülür.Fiqurun səthi düz olmadıqda , o kiçik düz sahələrə bölünərək ölçülür.
Maddə və sahə zərrəcikləri
Maddə və sahə zərrəcikləri aşağıdakılardır: Maddə və sahə zərrəcikləri - maddəni təşkil edən əsas zərrəciklər elektronlar, protonlar və neytronlardır. Elektron - təbiətdə ən kiçik sükunət kütləsinə (9,1·10-31kq) və mənfi elektrik yükünə malik zərrəcikdir. Elektronu 1897-ci ildə ingilis alimi C.Tomson kəşf etmişdir. Proton - müsbət yüklü zərrəcik olub (onun yükü mütləq qiymətcə elektron yükünə bərabərdir və 1,6·10-19Kl-dur) atom nüvəsini təşkil edən zərrəciklərdən biridir. Protonun sükunət kütləsi elektronun kütləsindən ≈1836 dəfə böyük olub 1,673·10-27kq-dır və 1919-cu ildə ingilis alimi E.Rezerford kəşf etmişdir. Neytron - elektrik cəhətdən neytral zərrəcik olub, kütləsi elektronun sükunət kütləsindən ≈1839 dəfə böyükdür(1,675·10-27kq)və nüvəni təşkil edən zərrəciklərdən biridir. Atom nüvəsi - güclü qarşılıqlı təsir hesabına protonlarla neytronlar arasında yaranan və atomun kütləsini əsasən özündə saxlayan əlaqəli sistemdir. Atom - müsbət yüklü nüvədən və onun ətrafında hərəkət edən mənfi yüklü elektronlardan ibarət mürəkkəb əlaqəli sistemdir. İon - elektron itirmiş(və ya əlavə olaraq qazanmış)atomdur. Molekul - maddənin kimyəvi xassələrini özündə saxlayan ən kiçik hissəcik olub, iki və daha çox atomdan ibarət mürəkkəb əlaqəli sistemdir.
Ahe
Ahe (fr. Ahe) — Tuamotu arxipelaqına daxil olan kiçik atoll (Fransa Polineziyası). Manihi atolundan 15 km qərbdə, Taitidən 450 km şimal-şərqdə yerləşir. == Coğrafiya == Atollun uzunluğu 20 км, eni — 10 km, quru sahəsi isə 12 km²-dir. Daxilində böyük laqun vardır. Laqunun sahəsi 138 km²-dir. Laqun okeanla adanın qərbində yerləşən boğazla birləşir. == İnzibati bölgüsü == İnzibati baxımından Manihi kommunasına daxildir. == Tarixi == Ada 6 sentyabr 1839-cu ildə amerikalı Çarlz Vilks tərəfindən kəşf edilir. O, adanı Pikok (ing.
Təhlükəli sahə (Cənubi Çin dənizi)
Təhlükəli sahə — Cənubi Çin dənizinin cənub-şərq hissəsində çoxlu alçaq adalar və çaylar, batmış qayalıqlar və atolllar ilə səciyyələnən geniş ərazi. Burada riflər adətən okeanın 1,000 metr (3,300 ft) çox dərinlikdən qalxır. Ərazi zəif planlaşdırılmışdır, bu da onu naviqasiya üçün olduqca təhlükəli edir – əsas Sinqapurdan Honkonqa marşrutlar ərazinin qərbinə və şərqinə doğru gedir. Admirallıq Səfər İstiqamətləri bu sahədə naviqasiya ilə bağlı aşağıdakı xəbərdarlığı verir: Su adətən yaşılımtıl-mavi rəngdədir və aydın günlərdə 24–42 metr (79–138 ft) dərinliyə qədər şəffafdır.Bir çox adaların suverenliyi iqtisadi iddialar kimi mübahisəlidir.
Rade Kruniç
Rade Kruniç (Bosnian pronunciation: [râːde krǔːnitɕ] ; 7 oktyabr 1993[…], Foça, Bosniya Serb Respublikası) — Bosniyalı peşəkar futbolçu. İtaliyanın "Milan" klubu və Bosniya və Herseqovina milli komandasında yarımmüdafiəçi kimi çıxış edir. == Karyera == Kruniç peşəkar karyerasına 2011-ci ildə "Sutjeska Foçada" klubunda başlayıb. Daha sonra 2013-cü ildə "Donji Srem" klubuna keçir. Futbolçu 2014-cü ildə "Hellas Verona" klubuna transfer edilir və həmin ilin sonunda onu "Donji Srem" klubuna icarəyə verilir. 2015-ci ildə "Borats Çaçaka" klubuna keçir. Həmin ilin sonunda Kruniç "Empoli" klubu ilə müqavilə imzalayır. O, 2019-cu ildə "Milan"a transfer olunub.
Rade qonurdişi
Tixo Brahe
Tyge Ottesen Brahe (14 dekabr 1546[…] – 24 oktyabr 1601[…], Praqa, Bohemiya, Müqəddəs Roma imperiyası) — Danimarkalı kimyagər, astronom və münəccim. Zadəgan ailəsində dünyaya gələn Tixonun atasının qalası var idi və çox nüfuzlu biri idi. Dünyaya gəlməsindən əvvəl atası onu əmisi Jorgenə verəcəyini demişdi amma, dünyaya gələndən sonra tası bu fikrindən daşınır. Danimarka donanmasında zabit olan əmisi Tixonu qaçırdır. == Universitet illəri və astronomiya ilə ilk tanışlıq == Tixonun həyatı 21 avqust 1560-cı ildə dəyişdir. O Kopenhagen universitetində olarkən günəş tutulmasının şahidi olur və bu onda böyük maraq oyadır. Əmisi onu Danimarkada önəmli siyasi xadim etmək fikridə olduğu üçün 1562-ci il fevralda onu Leypsiq (Leipzig. Germany) Universitetində hüquq oxumağa göndərdi. Səhərlər hüquq oxuyan Tixo gecələri astronomiya ilə məşğul olur, müşahidələr aparırdı. Leypsiq Universitetində Tixo ilk müşahidələrinin qeydlərini aparmağa başladı.
Şahe Əcəmyan
Şahe Əcəmyan (erm. Շահե Աճեմյան; 24 iyul 1926, Hələb – 13 iyul 2005, İrəvan) — Erməni Həvari kilsəsinin arxiyepiskopu. O, Yerusəlimdəki kilsənin maliyyəsini idarə etmişdir. İsrailəmeylli hesab edilən Əcəmyan şəhərin meri Teddi Kolleklə yaxşı münasibət saxlamış və Yerusəlimdəki torpaqları İsrail hökumətinə satmışdır. 1986-cı ildə o, İsrail Daxili İşlər Nazirliyinin rəsmisi Rafael Levi ilə birlikdə qaçaqmalçılıq və rüşvət qalmaqalında olmuşdur. 2005-ci ildə vəfat etmişdir.
Boeing–Sikorsky RAH-66 Comanche
RAH-66 Comanche, Amerika Ordusu üçün hazırlanmış Boeing/Sikorsky ilə ortaq olaraq 4 yanvar 1996-cı ildə sınaq uçuşunu yerinə yetirən bir hücum/patrul helikopteridir. AH-64 Apacheni əvəz edəcəyi gözlənilirdi. Radarda görsənməyəcək bir texnologiya ilə təchiz edilmişdi. Lakin, yüksək xərcinə görə, proqram 2004-cü ildə ləğv edildi. Bu günə qədər 2 prototip istehsal edilmişdir. 14 metr uzunluğundadır və 3.37 metr hündürlükdədir. Onun maksimal sürəti 324 km-dir. Dolu yanacaqla 485 km mənzilə sahibdir. Amerikalıların fikrincə, ABŞ-nin F-22 ilə İraq müharibəsindən sonrakı ən böyük israfçılığı olacaqdı. Xüsusi texnologiyaya sahib olmasına baxmayaraq, AH-64 Apachelər bu helikopterin radarlarda tutulmamaqdan başqa demək olar ki, bütün xüsusiyyətlərinə malik idi.
Derek Rae
Derek Rae (1967, Aberdin) — Şotlandiya televiziya aparıcısı və idman şərhçisi. == Həyatı == === Erkən illəri === Gənc yaşlarında şərhləri üzərində işləmək üçün lent yazıçısı ilə futbol matçlarına gedirdi.
Adaptive Multi-Rate
AMR (Adaptive multi rate) — dəyişən sürətli kodlaşdırma. Danışıq diapazonundakı tezliklərin xüsusi olaraq nəzərdə tutulmuş siqnal səs fayllarının kodlaşdırılma standartı. ETSI (European Telecommunications Standards Institute) standartı. AMR - böyük həcmli şəbəkələrdə nitqin ötürülməsini təmin edir. AMR nitq kodlaşdırma/dekodlaşdırması müxtəlif tezlik sürət dəstlərinə malikdir. Şəraitdən və ya şəbəkənin yükləməsindən asılı olaraq müxtəlif rejimlərə keçməyə imkan verir. İstənilən şəraitdə səsin təmiz ötürülməsini təmin edir. Aşağıda AMR kodekinin 14 rejimi göstərilmişdir, onlardan 8-ində tam sürət tam mümkündür (full rate, FR) və 6-sında tam sürətli kanal mövcuddur (half rate, HR): == AMR-NB == AMR-NB (Adaptive multi rate narrow band) — AMR-in ensiz zolaqlı variantı olan səsli kodek. 4,5-12,2 kbit/san-ə qədər məlumat axınının sürət dəyişkənliyinə imkan verir. == AMR-WB == AMR-WB (Adaptive multi rate wide band) — AMR-ın genişzolaqlı variantı.
Human Race (mahnı)
Human Race (azərb. İnsan yarışı‎) – Kanadanın Three Days Grace rok musiqi qrupu tərəfindən ifa olunmuş sinql. 23 mart 2015-ci ildə qrupun "Human" adlı beşinci studiya albomunun üçüncü sinqlı kimi buraxılmışdır. Billboard Mainstream Rock Songs hit-paradından üçüncü yerə qədər yüksələ bilmişdir. == Musiqili video == Mahnının sözlər videosu 23 mart 2015-ci ildə YouTube kanalında buraxılmışdır.Musiqili videosu isə 14 may 2015-ci ildə buraxılmışdır. Rejissoru Mark Pellinqtondur.
Badə
Badə — haqq aşıqlarına və dastan qəhrəmanlarına röyada müqəddəslərin əli ilə ərməğan olunan rəmzi məcazi içki. İnanışa görə, üzərində ilahi aləmin nəzəri olan gənc bir adam (yetim bir oğlan, çoban, tacir oğlu, əkinçi və s.) yatıb yuxuya gedir və röyada ağ libaslı dərviş, Xızır və ya Həzrət Əli ona mey dolu badə təklif edir. Gənc adam əvvəlcə badədən imtina edib onun haram buyrulduğunu bildirir. Badə verən onu inandırır ki, bu, haram badələrdən deyildir. Gənc badəni içdikdən sonra badə verən müqəddəs ona haqq aşiqliyi verildiyini söyləyib qeyb olur. Gənc oğlan yuxudan ayılıb özünün başqa bir adama çevrildiyini görür. O, bədahətən söz demək, saz çalmaq, qayibdən xəbər söyləmək istedadı qazanır. Beləcə, haqq aşığına çevrilir və ona verilmiş butanın arxasınca yollanır.
Banə
Banə- İranın Kürdüstan ostanının şəhərlərindən və Banə şəhristanının mərkəzidir.2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 69,635 nəfər və 15,857 ailədən ibarət idi.
Cahi
Cahi (zərdüştilik) — zərdüştilikdə "şəhvət" iblisi. Cahi (Qədim Misir) — Qədim Misirdə "Retcenu"nun cənub vilayəti üçün istifadə edilən ad.