Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Rat (hərf)
𐕙 (səslənməsi /r/, transkripsiyası R, r) — Alban əlifbasının 42-ci hərfi. Matenadaran MS 7117 əlyazmasında hərfin adı erm. Կատ (Kat) kimi verilmişdir. Tədqiqatçı Jost Gippertin fikrincə bu hərfin adı əslində erm. Երատ (Erat) kimi olmuşdur və erməni müəllif əslində hərfi "Rat" kimi ifadə etmək istəmişdir. Buna səbəb kimi isə proteza prosesi göstərilir. Erməni tədqiqatçı Aşot Abramyan bu hərfin ermənicə qarşılığının Ռ (r̄) hərfi olduğunu düşünürdü. Georgi Klimov isə bu hərfi daha çox Ր (r) hərfi ilə bənzətmişdir. Sergey Muravyev isə bu hərfi /q/ və ya /k/ səslərinin dodaqlaşmış versiyası olduğunu deyirdi. Bu hərf Azərbaycan və Udi dillərindəki R hərfinin qarşılığıdır.
Zlatni Rat
Zlatni Rat (xorv. Zlatni rat), həmçinin Qızıl burun və ya Qızıl buynuz ― dil Xorvatiyanın Dalmasiya regionu, Braç adası, Bol şəhərinin 2 km cənubunda, yerləşir. Xvar kanalında Braç və Xvar adalarının arasında, güçlü axınların təsiri ilə meydana gəlmişdir. Ağ qumlardan təşkil olunan dil Adriatik dənizində qərarlaşır. Çimərlik dilin hər iki sahili boyunca 634 m məsafədə uzanır. Dilin sonucu cənub-qərb küləklərinin yəsiri ilə şərqə, nadir hallarda isə qərbə əyilir. Bu külək Corvatiyada Sirroko adlanır. Çimərlikdə uzağa getmək təhlükəlidir. Səbəb axınların bir başa açıq dənizə çıxmasıdır. Buradan əsən qərb küləkləri (Miqstral) Vindsyorfinq vəhəskarlarını bura cəlb edir Dil dövlət tərəfindən geomorfoloji obyekt kimi qorunur.
Zlatnıy Rat
Zlatni Rat (xorv. Zlatni rat), həmçinin Qızıl burun və ya Qızıl buynuz ― dil Xorvatiyanın Dalmasiya regionu, Braç adası, Bol şəhərinin 2 km cənubunda, yerləşir. Xvar kanalında Braç və Xvar adalarının arasında, güçlü axınların təsiri ilə meydana gəlmişdir. Ağ qumlardan təşkil olunan dil Adriatik dənizində qərarlaşır. Çimərlik dilin hər iki sahili boyunca 634 m məsafədə uzanır. Dilin sonucu cənub-qərb küləklərinin yəsiri ilə şərqə, nadir hallarda isə qərbə əyilir. Bu külək Corvatiyada Sirroko adlanır. Çimərlikdə uzağa getmək təhlükəlidir. Səbəb axınların bir başa açıq dənizə çıxmasıdır. Buradan əsən qərb küləkləri (Miqstral) Vindsyorfinq vəhəskarlarını bura cəlb edir Dil dövlət tərəfindən geomorfoloji obyekt kimi qorunur.
RATİ
Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (ing. The Institute for Reporters’ Freedom and Safety) və ya qısaca RATİ (ing. IRFS) — Azərbaycanda söz azadlığının təşviqi ilə məşğul olan müstəqil qeyri-kommersiya təşkilatı. RATİ 2006-cı ildə Beynəlxalq Mətbuat Azadlığı Günündə iki azərbaycanlı jurnalist tərəfindən hökumətin söz və media azadlığını getdikcə daha çox məhdudlaşdırmasına cavab olaraq yaradılıb. RATİ 2007-ci ilin oktyabr ayından Beynəlxalq Söz Azadlığı Mübadiləsi Təşkilatının, 2012-ci ilin noyabrından isə Qlobal Şəbəkə Təşəbbüsü təşkilatının üzvüdür. 2014-cü ilin avqustunda təşkilatın Azərbaycandakı hüquqi fəaliyyəti dayandırılıb. Mehman Hüseynov Obyektiv TV Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu. Rasim Əliyevin Üstü Açılmamış Qətli (PDF). 2016. 29.
Baba Ratan Hindi
Baba Ratan Hindi (ərəb. بِشْرِ بْن بَراء‎; sanskr. बाबा रिटेन तुर्की; v. 1234) — Məhəmməd peyğəmbərin ərəb olmayıb, hind əsilli olması bilinən, varlığı haqqında şayiə edilən bir səhabəsidir. Hindistanın indiki Pəncab əyalətinin Bxatinda şəhərində anadan olmuşdur. O, hind ailəsindəndir. Daha sonra xristian olmuşdur. Bu haqda çox məlumat yoxdur. O, Hindistandan Ərəbistana mal gətirən tacir olmuşdur. Ərəb hədisçisi, fəqih və təfsir alimi İbn Həcər əl-Əsqəlani “El-İsabah fi təmyiz əl Səhabə” əsərində və Əşrəf Cihangir Səmnani “Məktubat Əşrəfi” kitabının 28-ci fəslində ondan bəhs edir.
Collinsia rattanii
Collinsia rattanii (lat. Collinsia rattanii) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin bağayarpağıkimilər fəsiləsinin collinsia cinsinə aid bitki növü.
Emili Ratakovski
Emili Ohara Ratakovski (ing. Emily O'Hara Ratajkowski; 7 iyun 1991, Vestminster, Böyük London) — amerikalı model, aktrisa və yazıçı. Londonda anadan olub ailəsi ilə birlikdə ABŞ-yə köçərək San-Dieqo şəhərində böyüyüb. O, ilk dəfə treats! jurnalının 2012-ci il mart ayı buraxılışının üz qabığında yer aldı və bu da ona Robin Tikin "Blurred Lines" və Maroon 5-in "Love Somebody" video kliplərində yer almasına səbəb oldu. Emili Ohara Ratakovski 7 iyun 1991-ci ildə London şəhərində amerikalı ailənin tək övladı olaraq dünyaya gəlmişdir. Anası Ketlin Enn Balqli və atası Con Devid Ratakovski müəllimdir. O, Kaliforniya ştatının San-Dieqo şəhərində böyümüşdür. Modellik karyerasına başlamazdan əvvəl bir il Los-Anceles Kaliforniya Universitetində təhsil almışdır.
Entertainment Software Rating Board
Entertainment Software Rating Board (ESRB) - ABŞ və Kanadada kompüter video-oyunları və başqa əyləncəli proqram təminatı üçün reytinqlərin qəbul və təyin olunması ilə məşğul olan qeyri-hökumət təşkilatı. 1994-cü ildə Interactive Digital Software Association (indiki adı – Entertainment Software Association) tərəfindən yaradılıb. Oyunun reytinqi məhsulun bağlamasının üzərində çap olunur, onun reklamında yerləşdirilir və saytında göstərilir. İstehsalçı şirkət rəsmi olaraq satışa buraxılmayanadək ona reytinq almağa borclu deyil, çünki işlənib hazırlanma gedişində oyunun məzmunu əhəmiyyətli dərəcədə dəyişilə bilər. Reytinq iki hissədən ibarətdir: reytinq nişanından və məzmunun qısa təsvirindən. Reytinq nişanı, adətən, bağlamanın üz tərəfində sol, yaxud sağ aşağı küncdə yerləşir və oyun üçün ən münasib yaş kateqoriyasını müəyyənləşdirir. Məzmunun təsviri qutunun arxa tərəfində, adətən, sol, yaxud sağ aşağı küncdə yerləşdirilir və oyunun məzmunun bəzi elementlərini sadalayır. ESRB reytinqlərinin loqotipində oyunun tövsiyə olunduğu yaş kateqoriyasının adının başlanğıc hərfləri göstərilir. Hazırda aşağıdakı loqotiplərdən istifadə olunur: • “EC” (“Early childhood”) – “Kiçik yaşlı uşaqlar”; • “E” (“Everyone”) – “Hər kəs”; • “E10+” (“Everyone 10 and older”) – “10 yaşdan yuxarı hər kəs”; • “T” (“Teen”) – “Yeniyetmələr”; • “M” (“Mature”) – “Yetkin yaşlılar”; • “AO” (“Adults Only 18+”) – “Yalnız böyüklər”; • “RP” (“Rating Pending”) – “Reytinq gözlənilir”. Əvvəllər mövcud olmuş “K-A” (“Kids to Adults”) – “Uşaqdan böyüyədək” reytinqi 1998-ci ildə “E” (“Everyone”) ilə əvəz olunub.
Fitch Ratings
Fitch Ratings — reytinq agentliyi kimi tanınan beynəlxalq korporasiya. Əsas fəaliyyəti dünya kredit bazarlarına kredit qabiliyyətinin qiymətləndirilməsinə görə analitik tədqiqatların nəticələrini və məlumatları hazırlamaqdır. Fitch qrupunun tərkibinə aşağıdakılar daxildir: Fitch Ratings Fitch Solutions — Fitch Ratings məhsullarını və xidmətlərini yayan xidmət Algorithmics — şirkətlərin risklərinin idarə edilməsi qərarının verilməsi sahəsində dünya lideri FitchTraining - kredit qabiliyyəti və korporativ maliyyələşmə üzrə treninqlərdə ixtisaslaşıb. Fitch qrupunun səhmlərinin majoritar zərfi Fimalac S.A. şirkətinə məxsusdur (qərargahı Parisdədir). Fitch Ratings Nyu-Yorkda Con Noulz Fitç tərəfindən 24 dekabr 1913-cü ildə Fitch Publishing Company nəşriyyatı kimi yaradılıb. 1924-cü ildə Fitch «AAA»-dan «D»-ya qədər reytinq şkalası dövriyyəyə buraxdı. 1997-ci ildə Fitch ilə IBCA Limited şirkətinin (qərargahı Londondadır) birləşməsi baş verdi və Fitch sahibi Fimalac S.A. holdinq şirkəti oldu. 2000-ci ilin aprelində Fitch qərargahı Çikaqoda olan Duff & Phelps Credit Rating Co-nı aldı. Fitch həmin il Thomson BankWatch şirkətini aldı. 2006-cı ilin oktyabrında Fitch Ratings brinci ixtisaslaşmış Derivative Fitch reytinq şirkətini təsis etdi.
Fridrix Ratsel
Fridrix Ratsel (alm. Friedrich Ratzel‎; 30 avqust 1844[…], Karlsrue – 9 avqust 1904[…]) — Almaniya etnoloqu, sosioloqu və coğrafiyaşünası. Avropada XIX əsrdə formalaşan elmlər içərisində Antropocoğrafiya elminin xüsusi rolu olmuşdur. Bu elmin əsas tədqiqat sahəsi antropoloji etnoqrafik tədqiqatlar əsasında insanların məskunlaşması, yer dəyişməsi, etnosun xarakterinə coğrafi mühitin təsiri, sosial mədəni ideyaların coğrafi mühitlə əlaqəsi və digər məsələlər hesab olunur. XX əsrdə geniş yayılmış coğrafi determinizim nəzəriyyəsi Antropocoğrafiyanın əsas istiqamətini təşkil edirdi. Bu nəzəriyyənin əsas ideyasına görə, coğrafi mühit xalqların mədəni və siyasi inkişafına birbaşa təsir göstərir. Diffuzionizmin ilkin nümayəndələrindən biri olan Fridrix Ratsel (1844–1904) antropocoğrafiya təliminə əsaslanırdı. Almaniyada Rixthofen ilə bir zamanda yaşamış və işləmiş Fridrix Ratsel (1844–1904) antropocoğrafiyanın əsasını qoymuşdur. İxtisasına görə o, təbiətşünas, zooloq, müqayisəli anatomiya və paleontologiya alimi idi. O, mütərəqqi fransız antropocoğraflarından (insan coğrafiyası nümayəndələrindən) fərqli olaraq antropocoğrafiyanı Darvin nəzəriyyəsi ilə bağlamışdır.
Mahaşiva Ratra
Mahaşiva Ratra (Şiva allahının böyük geçəsi) - Hindistanda Şiva allahının şərəfinə keçirilən bayram. Mahaşiva Ratra bayramı hər il (yanvar-fevral) ayında yeni ayın görünməsi ilə keçirilir. 2017-ci ildə Hindistanda Mahaşiva Ratra bayramı 24-25 fevralda keçirilmişdir. Bayram, adətən yerli vaxtla günəşin batdığı andan başlayır. Bayramla eyni zamanda Şivanın şərəfinə oyaq qalma və oructutma gecəsi başlayır. Buna görə də bayram Şivaratra (maha-böyük deməkdir) bayramı da adlanır. Oruc tutanlar gündüz vaxtı özlərini yeməklə "mükafatlandırırlar", çünki bundan sonra oruc mərasimi başlayır. Bu bayram qadınlar üçün xüsusi əhəmiyyət kəsb edir. Onlar Parvatiyə (Əfsanəyə görə Şivanın arvadıdır) onlara uğurlu ailə həyatı, gözəl uşaqlar bəxş etməsi üçün dua edirlər. Dindarlar "katha"-Şiva haqqında tarixi oxuyur, onun şərəfinə həsr olunmuş himnləri ifa edirlər.
Mala Strana ratuşası
Mala Strana çardağı (çex. Malostranská beseda) — Praqanın mərkəzində, Mala Strana meydanı № 21-də yerləşən neo-renessans üslublu köhnə ratuşa binasıdır. Son iki il şəhər sakinləri onu "Malostrankadakı inşaat körpülərinin aşağısındakı bina" adlandırır. Keçmiş ratuşa binası artıq uzun illərdir ki, sosial klub və konsert zalı qismində istifadə edilir. Bura Mala Strananın mədəni mərkəzlərindən biridir — belə ki, Barıt qülləsindən başlayan, Köhnə Şəhər meydanı və Karl körpüsündən keçməklə Praqa qəsrinə aparan turistik marşrutun əsas mərkəzi məhz bu bina hesab olunur. 1257-ci ildə Prjemısl II Ottakar Praqa qəsrinin yamacında Yeni şəhərin əsasını qoyur. O, burada qədim zamanlardan bəri məskunlaşmış yunan əhalisini zorla çıxararaq, alman kolonistlərini buraya dəvət etmişdi. İmperator IV Karl Vltava çayının sağ sahilində daha bir "Yeni şəhərin" əsasını qoyduqdan sonra, buranın adı, nisbətən kiçik ərazi ölçülərinə görə "Mala Strana" (yəni Kiçik yarımhissə) adlandırlımışdı. Əvvəlcə şəhər hakimiyyəti müqəddəs Nikolay kilsəsində toplanırdı, lakin daha sonra onlar bazar meydanında ilk ratuşa binasını inşa etmişdilər (buna dair sənədləşdirilmiş ilk hesabat 1407-ci ildə təqdim olunmuşdu). 12 ildən sonra, yəni qusçu hərəkatı zamanı, kralın əsgərləri tərəfindən ratuşada saxlanılan və tarixi məlumatları əks etdirən şəhər kitabları biryolluq məhv edilmişdi.
Nant-an-Ratye
Nant-an-Ratye (fr. Nantes-en-Ratier) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Matezin-Triyev kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38273. Kommunanın 1999-cu il üçün əhalisi 389 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 587 ilə 1 975 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 510 km cənub-şərqdə, Liondan 120 km cənub-şərqdə, Qrenobldan 30 km cənubda yerləşir.
Ori-an-Ratye
Ori-an-Ratye (fr. Oris-en-Rattier) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Matezin-Triyev kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38283. Kommunanın 1999-cu il üçün əhalisi 83 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 371 ilə 540 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 450 km cənub-şərqdə, Liondan 50 km cənub-şərqdə, Qrenobldan 50 km şimal-qərbdə yerləşir.
Ponticola ratan
Nordman xulu (lat. Neogobius ratan) — Ponticola cinsinin bir nümayəndəsidir. Qara, Azov və Xəzər dənizlərində yayılmışdır. Xəzərdə 3 yarımnöv: Gebel xulu - Neogobius ratan goebeli (Kessler), Boqdanov xulu - Neogobius ratan bogdanowi (Kessler), Türkmən xulu -Neogobius ratan turkmenicus (Rahimov) yaşayır. Başı böyürlərdən sıxılmışdır. Eni demək olar ki,hündürlüyünə bərabərdir. Üst dodağı kənarlarda enlənməmişdir. İkinci bel üzgəcinin xüsusən ortası hündürdür. Quyruq gövdəsi gödəkdir və yanlardan çox sıxılmışdır. Bədənin ən az hündürlüyü quyruq gövdəsinin uzunluğundan ya bir qədər çoxdu, ya da ona bərabərdir.
Qdansk ratuşası
Əsas Şəhər ratuşası (pol. Ratusz Głównego Miasta, alm. Das Rechtstädtische Rathaus‎) — Polşanın şimalındakı Pomeraniya voyevodalığının paytaxtı olan keçmiş alman şəhəri Dansiqin (indiki Qdansk şəhərinin) mərkəzində yerləşən qədim ratuşa binasıdır. Bina şəhərin Qluvne Myasto (pol. Główne Miasto) rayonunun mərkəzində yerləşir və bir qədər şimaldakı Köhnə şəhərdən daha qədim ərazi hesab edilir (XVI əsrdə Köhnə şəhərdə daha bir ratuşa binası inşa edilmişdir). Şəhərin ən gözəl əraziləridən biri hesab edilən Dluqa küçəsində (almanlar bu küçəni ənənəvi olaraq Langgase adlandırırlar) yerləşən ratuşa binası həmçinin yaxınlıqdakı uzun bazar meydanında və şəhərin ümumi mənzərəsində hakim mövqeyə malikdir. Turist axını nəticəsində uzun bazar meydanının olduqca izdihamlı əraziyə çevrilməsi səbəbindən, şəhər idarəetmə orqanın başqa yerə köçürülməsi, köhnə ratuşa binasında isə Qdansk Tarix Muzeyinin təsis edilməsi barəsində qərar qəbul edilmişdir. Qdansk Əsas Şəhər ratuşa binası şəhərin mərkəzi hissəsindəki Dluqa küçəsinin və uzun bazar meydanının (pol. Długi Targ) kəsişməsində yerləşir; ölkə əhəmiyyətli qədim abidələrin böyük qismi şəhər mərkəzinin bu hissəsində cəmləşdirilmişdir. Şəhərin qərb səmtində yerləşən Müqəddəs Georgi qardaşlığının həyətindən məşhur Yaşıl darvazalara kimi uzanan Dluqa küçəsi və bazar meydanı tamamilə piyadaların xidmətinə verilmiş və öz impozant görünüşünə görə qeyri-rəsmi olaraq "Kral yolu" (pol.
Rata Pin
Ratatuy
Ratatuy (fr. ratatouille) — Nitsadan başlanan ənənəvi fransız Provans li pörtlədilmiş tərəvəz yeməyidir. Ratatuy Fransada ilk dəfə olaraq XVIII əsrdə qazan xörəklərinə verilmiş ad, adətən yoxsul kəndlilərin yeməyi sayılırmış. Tərəvəz qalıqları bir yerdə qaynadılar və yeyilərmiş. XX əsrdə (1930-cu ildən) Niçça regionunda yay möhsümündə təzə tərəvəzlərdən hazırlanan yemək kimi məşhurlaşır. Orijinal reseptə çukkini, bibər, pomidor, soğan və sarımsaq daxildir. Müasir dövrdə buraya badımcan da əlavə olunur. (fr. rata = muyd; fr.
Ratatuy (animasiya, 2007)
Ratatuy (fr. Ratatouille) — Pixar tərəfindən istehsal olunmuş 2007-ci ilin komediya-dram janrındakı cizgi filmi. Studiyanın sayca səkkizinci filmidir. Rejissor Bred Börd bu filmdə Yan Pinkavanın orijinal ideyasını böyük ekrana gətirib. Filmin adı həm fransız mətbəxinə aid olan yeməyə, həm də siçovul olan əsas personajın növünə istinad edir. Parisdə keçən film “Auguste Gusteau's” adlı restoranda aşpaz olmaq arzusunda olan istedadlı siçovul Remi haqqında ürəkaçan hekayə təqdim edir. Filmdə Remi həmin restoranda qab yuyan kimi çalışan səriştəsiz gənc oğlan Linqvini ilə tanış olur. İkisi dostlaşır və bir-birlərinə kömək edərək ləzzətli yeməklər hazırlamağı və uğurlu aşpaz olmağı bacarırlar. “Ratatuy” filminin yaradılması üzərində işlər 2000-ci ildə Yan Pinkava film üçün ilk konsepsiyaları hazırlayanda başladı. O, layihənin ilkin mərhələlərində iştirak etsə də, son nəticədə filmin rejissoru olmamışdır.
Ratchet & Clank
Ratchet & Clank (azərb. Retçet və Klenk‎) — aksiya platformer və üçüncü şəxs atıcı videooyunları seriyasıdır. Franşiza Insomniac Games tərəfindən yaradılmış və hazırlanmışdır və Sony Interactive Entertainment tərəfindən PlayStation 2, PlayStation 3, PlayStation 4 kimi PlayStation 5 konsolları üçün nəşr edilmişdir. və PlayStation 5 tərəfindən hazırlanmış Size Matters və Secret Agent Clank istisna olmaqla. PlayStation Portable üçün Yüksək Təsirli Oyunlar. Serial Sony platformaları üçün eksklüzivdir və intellektual mülkiyyət Sony Interactive Entertainment-ə məxsusdur. cizgi filmi adaptasiyası 29 aprel 2016-cı ildə buraxıldı. Oyunlar elmi fantastika şəraitində baş verir və Ratchet (Lombax kimi tanınan pişik insanoid sərgüzəştlərini izləyir., mexanik) və Clank (kiçik, həssas Zoni "qüsurlu" robot) kainatı şərdən xilas edərək səyahət edərkən onu ardıcıl olaraq təhdid edən qüvvələr. Seriya bir çox ekzotik, unikal və ən yüksək səviyyəli silah və qadcetləri daxil etməsi ilə diqqəti cəlb edir, bu konsepsiya Insomniac Games-in digər oyunlarına da genişləndi. Serialın əsas personajları Veldin planetindən olan Lombax mexanik Ratchet və onun robotyaxşı dostu, guya nasaz bir maşın tərəfindən yaradılmış Klankdır.
Ratel (PDM)
"Ratel" ("ratel" — bal porsuğu) — 1968-ci ildə Cənubi Afrika şirkəti Sandock-Austral tərəfindən yaradılmış piyadanın döyüş maşını. Gövdəsi 6 ilə 20 mm qalınlığında olan polad zireh plitələrindən hazırlanır. Zirehli gövdənin alt hissəsi V-şəkillidir.
Raterford Heys
Raterford Börçard Heys (ing. Rutherford Birchard Hayes; 4 oktyabr 1822[…], Delaver[d], Ohayo – 17 yanvar 1893[…], Fremont[d], Ohayo) — Amerika Birləşmiş Ştatlarının 19-cu prezidenti (1877–1881). Onun prezident seçilməsi ABŞ tarixində ən "çirkin" prezident seçkiləri nəticəsində mümkün olmuşdur. 1876-cı ilin noyabrında keçirilən seçkilərdə Demokrat Partiyasının namizədi Nyu-York ştatının qubernatoru Semuel Tilden Raterford Heysi 250 min səslə üstələyərək qələbə çalır. Lakin prezident Uliss Qrant hakimiyyəti öz təmsil etdiyi partiyanın nümayəndəsinə təhvil verə bilmək üçün Semuel Tildenin qalib gəldiyi 4 ştatda – Florida, Luiziana, Şimali Karolina və Oreqonda səslərin yenidən sayılmasına nail olur. İlk üç ştata ordu hissələri yeridilir. Səslərin yenidən sayılması nəticəsində Heysin qalib gəldiyi elan edilir. Vaşinqtonda baş verən iğtişaşların qarşısını almaq üçün buraya da qoşun yeridilir.
Ratevani
Ratevani (gürcücə: რატევანი) — Gürcüstan Respublikasının Bolnisi rayonunda kənd.
Rathakit Manathat
Rathakit Manathat — Tailandın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri (2012-ci ildən)
Volfqanq Ratke
Volfqanq Ratke (tam adı: Volfqanq Ratke; alm. Wolfgang Ratke‎; 18 oktyabr 1571 – 27 aprel 1635 və ya 17 aprel 1635, Erfurt) — alman təhsil islahatçısı, pedaqoq. Volfqanq Ratke 1571-ci ildə Holşteyn əyalətinin Vilster qəsəbəsində anadan olmuşdur. Atası Andreas Ratkeni çox erkən yaşında itirmiş, anası Marqaret Rost isə 19 may 1613-cü ildə 66 yaşında vəfat etmişdir. Volfqanq Ratke Yohan Akademik Məktəbində və Rostok Universitetində təhsil alıb. Hollandiyada yaşayarkən (1603-11) dilləri tez bir zamanda öyrətmək üçün yeni bir üsul hazırladı. Onun təhsil sistemi Frensis Bekonun fəlsəfəsinə əsaslanırdı: prinsipi əşyalardan adlara, xüsusidən ümumiyə və ana dilindən xarici dillərə doğru irəliləmək idi. Ratkenin təməl ideyası belə idi ki, Bekonun induksiya nəzəriyyəsi də təbiəti izləyir, yəni beyin biliyi əldə edərkən xüsusidən ümumiyə doğru hərəkət etdiyindən təbii ardıcıllıq baş verir. O, hər şeydən əvvəl, bütün fənlərə yanaşmaq üçün müvafiq vasitə kimi yerli vasitələrdən istifadəni müdafiə edir və Latın məktəbi əsasında yerli məktəb yaradılmasını tələb edirdi. 1618-ci ildə Auqsburq və başqa yerlərdə məktəblər açdı.
Yuliya Ratkeviç
Yuliya Ratkeviç (d. 16 iyul 1985; Minsk, Belarus) — Azərbaycanı təmsil edən Belarus əsilli qadın güləşçi. Yuliya Ratkeviç 2012-ci ildə baş tutan Olimpiya Oyunlarında bürünc medal qazanıb. 2011-ci ildə Avropa çempionu olan Yuliya Ratkeviç, habelə Dünya Çempionatlarında bir qızıl, iki gümüş və iki bürünc medala layiq görülüb. 2015-ci ildə Azərbaycanı I Avropa Oyunlarında təmsil edən Yuliya Ratkeviç "Tərəqqi" medalı ilə təltif edilib. Yuliya Ratkeviç 16 iyul 1985-ci ildə Belarusun paytaxtı Minsk şəhərində anadan olub. Yuliya Ratkeviç 2002-ci ilin iyulunda Bolqarıstanın Albena şəhərində baş tutan gənclər arasında Avropa Çempionatında mübarizə apardı və turniri on idmançı sırasında doqquzuncu pillədə başa vurdu. 2003-cü ilin avqustunda isə Yuliya Ratkeviç İstanbul şəhərində baş tutan yeniyetmələr arasında Dünya Çempionatında mübarizə apardı. Yuliya Ratkeviç birinci mərhələdə Hindistan nümayəndəsi Səxavət Manjunu (4:0), növbəti mərhələdə isə Bolqarıstan nümayəndəsi Tzvenetxa Alexsovanı (6:0) məğlub eləsə də, üçüncü mərhələdə Rusiya nümayəndəsi Mariya Smolyaxovaya (1:8) məğlub oldu və çempionatı beşinci pillədə başa vurdu. 2004-cü ilin aprelində Yuliya Ratkeviç Avropa Çempionatlarında debüt elədi.
Yəhudi ratuşası
Yəhudi ratuşası (çex. Židovská radnice, alm. Jüdisches Rathaus‎) – Praqanın ən kiçik torpaq-kadastral vahidi olan Yozefov (çex. Josefov, ivr. ‏יוספוב‏‎, alm. Josephstadt‎) adlı qədim yəhudi məhəlləsində yerləşən barokko üslublu, mansardalı binadır. Praqanın yəhudi icmasının özünüidarəetmə orqanı, eləcə də şura iclaslarının keçirilmə mərkəzi kimi xidmət göstərmiş ikimərtəbəli bucaqlı bina, Praqa asanasiyası dövründə genişləndirilmiş Mayzelova (çex. Maiselova) və olduqca dar Çervena (çex. Červená) küçələrinin kəsişməsində yerləşməklə, qonşuluqda olan Vısoka və Staronova sinaqoqları ilə birlikdə Praqa yəhudiliyinin mərkəzini formalaşdırmışdır. Yəhudi Ratuşası Mayzelova 18 (Maiselova) döngəsində, yəni Köhnə-Yeni Sinaqoqanın qarşısında və keçmiş yəhudi məhəlləsinin mərkəzində yerləşir Yaxınlıqdakı Yüksək sinaqoqa keçmişdə onunla bitişik idi və məhz buna görə də çox əlverişli yerə sahib olduğu hesab olunurdu.
Bat-bat
Batbat (lat. Hyoscyamus) — bitkilər aləminin quşüzümüçiçəklilər dəstəsinin quşüzümükimilər fəsiləsinin batbat cinsinə aid bitki növü. İkiillik, 30-80 sm hündürlükdə, yumşaq tüklü, vəzili, pis qoxulu, gövdəsi düz, budaqlı, bəzən sadə, düzdayanan, yuxarısı qövsvari əyilmiş, sıx yarpaqlanmış bitkidir. Yarpaqlarının uzunluğu 4-25 sm, eni 1,5-11 sm, aşağıda saplaqlı, uzunsov-yumurtavari, oyuqvari lələkvari dilimlidir, gövdə yarpaqları, gövdəyə sarılmış, yumurtavari və ya uzunsov, kənarları oyuqlu iri dişli, bəzən bütövdür. Çiçəkləri iri, oturaq, meyvəyanı kasacıqları 25–30 mm uzunluqda, zanbaqvari, bərk, dibi tüklü-yapışqanlıdır. Tac 25-45 mm uzunluqda, çirkli-açıq-sarı və ya çirklisarı, bənövşəyi damarcıqlarla örtülmüşdür. Toxumları 1-1,5 mm uzunluqda, böyrəkvari və ya yumru-böyrəkvari, boz-qonurdur. BQ qərbi, BQ şərqi, BQ Quba sahəsi, Samur-Dəvəçi və Xəzər sahili ovalıqların rayonlarında arandan orta dağ qurşağına kimi yayılmışdır. Ruderal yerlərdə, bəzən alaq kimi bostanlarda, bağlarda və əkinlərdə bitir. Ağ batbat (Hyoscyamus albus L.) Qızılı batbat (Hyoscyamus aureus L.) Hyoscyamus desertorum (Asch.
Arat
Bat
Bat (İngiltərə)
Cat
Cat — faylın içindəkiləri göstərmək üçün istifadə olunan *nix alətidir.
FAT
Fələstin Azadlıq Təşkilatı ( FAT ) (منظمة التحرير الفلسطينية) ya "Munəzzəmət əl-Təhrir əl-Filəstiniyyəh" , Ərəb Birliyi vasitəsilə 1964-cü ildə qurulmuşdur, Fələstinin azadlığı uğrunda, Qəzzə və Qərb sahili üzərində fəaliyyət göstərən bir təşkilatdır. Fələstin Azadlıq Təşkilatı (FAT) bir neçə fələstinli qrupları öz qanadı altına yığan bir qurumdur. Bütün fraksiyalardan həcmcə böyük olanı “Fəttah” qrupudur.
Hat
Hat — Azərbaycan Respublikasının Qubadlı rayonunun Başarat kənd inzibati ərazi dairəsində kənd. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub. Hat kəndi Qarabağ silsiləsinin ətəyindədir. Keçmiş adı Böyük Hat olmuş, yaxınlığındakı Kiçik Hat kəndinin əhalisi buraya köçürüldükdən sonra, böyük komponenti ixtisara uğramışdır. Yaşayış məntəqəsini əliyanlı tayfasına mənsub ailələr salmışlar. Tədqiqatçılara görə, oykonim həd (kənar, qıraq) sözündəndir.
Lat.
Latın dili — Hind-Avropa dillərinə daxil dillərdən biri. Qədim Roma ərazisində işlədilmişdir. Əksər elmi terminlər bu dildən götürülmüşdür. Məsələn, "hydro" — su, "ferrium" — dəmir, "vita" — həyat deməkdir. Hazırda Vatikanda latın dili dövlət dilidir. Latın dili hind-avropa dil ailəsinin italyan dil qrupunun bir üzvüdür. Latın dilinin əlifbası qədim italyan əlifbası əsasında yaranıb və kökləri daha qədimə yunan və finikya əlifbasına qədər gedir. Latin dilinin tarixi bizim eradan öncəsinə aiddir və Tiber çayı ətrafındakı Latium bölgəsinin əsas istifadə etdiyi dil olub. Eyni zamanda Latium bölgəsi hazirdada böyük bir coğrafiyada öz təsirini göstərən roman sivilizasiyasının (Cənubi Avropa, Latın Amerikası və.s) ilk inkişaf etdiyi bölgə olub. Günü gündən Romada elit təbəqənin istifadə etdiyi dilə çevrilən latin dili b.e.ə I və b.e I əsrləri arasinda şimaldan gallarin, etruryalıların, liquriyalıların, venediklilərin və cənubdan yunan dilli xalqların təsiri ilə latin xalqı tarix səhnəsindən çixmis və bununlada bu dilin məişət həyatında istifadəsi mümkünsüz olmuşdur.
RAM
Əməli yaddaş qurğusu (ing. random-access memory – RAM) — ixtiyari müraciətə malik yaddaş olub, kompüter və digər qurğularda informasiyanın oxunması və yazılmasını təmin edən yaddaş. Kompüter söndürüldükdə ƏYQ-də saxlanılan informasiya (verilənlər) silinir. Əməli yaddaş kompüterdə iş prosesində lazım olan verilənləri özündə saxlayır. Bu verilənlər həm oxuna, həm də yazıla bilir. Əməli yaddaşa müraciət diskə müraciətdən daha tez olduğundan informasiyanın oxunması və yazılması xeyli sürətlənir. Əməli yaddaş adlandırılması da onun sürətlə işlədiyindən xəbər verir. Baxmayaraq ki, əməli yaddaşın həcmi disklərin həcmindən müqayisə olunmayacaq dərəcədə azdır, ona müraciət sürətli olduğundan əməli yaddaş kompüterdə əvəzolunmaz bir mikrosxemdir. Kompüteri yandırdıqda ilk saniyələrdə daimi yaddaşda yazılmış proqramlar vasitəsilə xarici yaddaşda, yəni sərt diskdə saxlanılan əməliyyat sisteminin proqramları əməli yaddaşa yazılır, eləcə də bizim sonradan daxil etdiyimiz verilənlər də əməli yaddaşa yazılır. Lakin işin axırında kompüteri söndürdükdə əməli yaddaşdakılar pozulur.
RAİ
RAİ (Radiotelevisione Italiana) - İtaliyanın hökumətə bağlı milli kanalı. Ayrıca iki böyük müstəqil televiziya kanalı (Mediaset (sahibi Silvio Berluskoni) və Sky Italia) ilə rəqabət edən İtaliyanın ən böyük televiziya kanalıdır.
RNT
Ribonuklein turşusu, RNT — hüceyrədə informasiyanın genlərdən zülala ötürülməsi yəni transkripsiya və translyasiya proseslərində, eləcə də genetik ifadə prosesinin tənzimlənməsində birbaşa iştirak edən DNT kimi nukelotidlərdən ibarət makromolekul. RNT nuklein turşusu olub əsas üç növə bölünür: t-RNT m-RNT və r-RNT. Əksər canlıların irsi maddəsi DNT olsa da bəzi viruslarınki (retroviruslar) RNT-dir. Eynilə DNT (deoksiribonuklein turşusu) kimi RNT hər bir keçidin bir nukleotid adlandığı uzun bir zəncirdən ibarətdir. Hər bir nukleotid azot əsasları,riboza şəkər və fosfat qrupundan ibarətdir. Nukleotid ardıcıllığı RNT-yə genetik məlumatları kodlamağa imkan verir. Bütün hüceyrə orqanizmləri protein sintezini proqramlaşdırmaq üçün RNT (MRNT) istifadə edir. Hüceyrə RNT-ləri transkripsiya adlanan bir proses zamanı meydana gəlir,yəni DNT matrisində RNT sintezi,xüsusi fermentlər — RNT polimerazları tərəfindən həyata keçirilir. Bundan sonra MRNT prosesdə,translyasiya (biologiya) adlanan,iştirakı qəbul edir. Translyasiya — transkripsiya nəticəsində yaranan MRNT-lərdəki koda uyğun olaraq ribosomlarda reallaşdırılan polipeptit sintezi prosesidir. Transkripsiyadan sonra digər RNT-lər kimyəvi dəyişikliklərə məruz qalırlar,ikincili və üçüncülü quruluşların meydana gəlməsindən sonra RNT növündən asılı olaraq funksiyaları yerinə yetirirlər.
Rap
Rep — repçi tərəfindən ifa edilən danışılan və ya oxunan qafiyələşmiş lirikadır. "Rep" musiqisi 1970-ci illərdə Amerikada yaranmışdır. Ağdərililər tərəfindən qəbul edilməyən bu musiqi növü sıxışdırılıraq tənqid olunurdu. O vaxtın musiqi mütəxəssisləri repin zəncilərin öz içlərində böyüyüb elə öz içlərində də məhv olacağını söyləyirdilər. Lakin bütün bunlara baxmayaraq, qısa bir zaman çərçivəsində rep bütün Avropada yayılmağa başladı.
Rast
Rast – Azərbaycan musiqisində 1) yeddi ladlarından (məqamlarından) biri, 2) əsas Azərbaycan muğam dəstgahlarından biri. Bütün müsəlman ölkələrində mövcuddur. "Rast" sözü farsca "düz, dürüst, müstəqim, düzgün" deməkdir. Orta əsr musiqi elmində Rast ən birinci və bütün digər muğamların əsası sayılır. Musiqişünaslar Rastı "muğamların anası" adlandırmışlar. Rast Yaxın Şərq xalqlarının şifahi – peşəkar musiqisində 12 əsas muğamdan biridir. Baxmayaraq ki, 12 klassik muğamdan bəziləri şöbə halına keçmiş, bəziləri isə kiçik həcmli muğam əhəmiyyətini kəsb etmişdir, qədim zamanlardan 12 muğamdan Rast öz əvvəlki mahiyyətini bu günədək qoruyub saxlamışdır. Üzeyir Hacıbəyov "Azərbaycan xalq musiqisinin əsasları" kitabında muğamların dəyişikliyə uğradığını söyləyir. O, Rastı "indiyədək zamanın və hadisələrin sarsdıcı təsirinə qarşı möhkəm duran yeganə muğam" adlandırmışdır. Bakı, Şamaxı, Şuşanın özünəməxsus "muğam məktəbləri"ndə Rast dəstəgahının şöbə və guşələrinin həm say, həm də ardıcıllıq etibarilə müqayisə nəticəsində belə qənaətə gəlmək olur ki, əgər Bakı musiqi məclisində Rast dəstgahı 15, Şuşa məclisində 18, Şamaxıda 21-ə çatır: Rast ailəsinə bir sıra muğamlar aiddir.
Ratt
Ratt — 1983-cü ildə Robb Crosby (gitara) və Stephen Pearcy (vokal) tərəfindən qurulmuş və daha sonra gitarist Warren DeMartini, bas gitarist Juan Croucier və vurma alət ifaçısı Bobby Blotzer'in də iştirakı ilə tam heyət olaraq qrupla eyni adı daşıyan ilk albomlarını çıxarmışdılar. 1984-cü ildə çıxardıqları "Out of the Cellar" albomu ticari olaraq böyük müvəffəqiyyət qazanmış və Billboard siyahısında 7-ci sıraya qədər yüksəlmişdir. 1985-ci ildə çıxan "Invasion of Your Privacy", 1986-cı ildə çıxan "Dancing Undercover" və 1988-ci ildəki "Reach for the Sky" eyni müvəffəqiyyəti davam etdirmiş və Ratt-i konsertlərdə headliner səviyyəsinə çıxarmışdır. Ancaq 1990-cı il tarixli "Detonator", əvvəlki albomlar kimi müvəffəqiyyət əldə etməmiş və sonunda qrup 1992-ci ildə dağılmışdır. Qrup 1997-ci ildə Crosby'siz olaraq təkrar bir araya gəldi və "Collage" və 1999-cu ildə də ikinci "Ratt" albomlarını çıxardı amma çox yaxşı bir müvəffəqiyyət əldə edə bilmədi.
Ray
Ray — L'Arc~en~Ciel qrupunun albomudur.
Raz
Raz- İranın Şimali Xorasan ostanının Bocnurd şəhristanının Raz və Cərgəlan bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 4,735 nəfər və 1,282 ailədən ibarət idi.
SAT
SAT (Türkiyə)
Tat
Tatlar — İrandilli etnoslardan biri. Azərbaycan və Rusiya ərazisində yaşayırlar. Tarixi məlumata görə bu qədim xalq təqribən 2000 il bundan qabaq Sasanilər İmperiyası hakimiyyəti zamanı şimaldan gələn türklərin qarşısını almaq məqsədilə Cənubi Qafqaz ərazisinə köçürülmüşdür. Qədim ari tayfalarından olan tatlar ərəb işğalından sonra islam dinini qəbul etmişlər. 1810-cu ildə Bakı və Abşeronun ətraf kəndlərinin komendantı general İvan İvanoviç Repin Bakı haqqında yığdığı məlumatlarda qeyd olunurdu ki, şəhərin özündə və müvafiq olaraq Bakı xanlığına aid olmuş ərazilərdə 2235 nəfər yaşayırdı. Azsaylı rus, erməni, yəhudilər(81 nəfər) istisna olmaqla əhalinin böyük əksəriyyəti - 2155 nəfər şiə tatlar təşkil edirdi. İran dillərindən biri olan Tat dilində danışırlar. Tatların əksəriyyəti İslam dininə etiqad edir. Tatların bir qismi isə yəhudidir. Azərbaycan dilində danışan tatlar əsasən Bakıda, Quba , Şabran[, Siyəzən, Şamaxı, Gəncə, Şəmkir, Xızı,Gədəbəy və Dərbənd rayonlarında tarixən sıx olaraq məskunlaşıblar.
Raf
Raf (əsl adı Raffaele Ryefoli, it. Raffaele Riefoli; 29 sentyabr 1959, Marqerita di Savoia[d], Apuliya) — İtaliya müğənnisi. Raf 29 sentyabr 1959-cu ildə İtaliyada dünyaya gəlib. Raf 1984-cü ildə buraxdığı "Raf" adlı ilk albomu ilə solo karyerasına start verir. Albomdan olan "Self Control" adlı ilk sinql nəinki İtaliya, bütün Avropada böyük hitə çevrilir. Elə həmin il mahnı amerikan müğənnisi Lora Breniqan tərəfindən yazdırılır. Onun versiyası Avstriya, Kanada, Almaniya və İsveçrə kimi ölkələrdə 1-ci, həmçinin ABŞ-ın Billboard Hot 100-də 4-cü yeri tutur. "Self Control" 1980-lərin əsas mahnılarından birinə çevrilir. 1993-cü ildə müğənni Riki Martin də mahnının uğurlu kaverini buraxır. 1987-ci ildə Avroviziya Mahnı Müsabiqəsində Raf Umberto Totsi ilə birlikdə İtaliyanı "Gente di mare" mahnısı ilə təmsil edirlər.
Ran Ran Şou
Ran Ran Şou və ya Şao Jenlen (d. 19 noyabr, 1907, Tsin imperiyası – ö. 7 yanvar, 2014, Honkonq, Çin) — Honkonq mediamaqnatı, milyarder, mesenat, Ran Ran Şou mükafatının təsisçisi. 19 noyabr 1907-ci ildə anadan olub. Şou adlı qardaşı ilə Shaw Organisation adlı beynəlxalq media şirkətini təsis edib və 1958-ci ildə onu Shaw Brothers adlı aparıcı Asiya kinostudiyasına çevirib. 1967-ci ildə dünyada ən iri teleşirkət olan TVB-ni yaradıb. Mesenatlıqla məşğul olmuş, xeyriyyə, tibbi və təhsil təşkilatlarına kömək etmişdir. 2002-ci ildə öz adına təsis etdiyi nüfuzlu elmi mükafatı "Asiyanın Nobel mükafatı" da adlandırırlar. Mükafatın həcmi bir milyon dollardır və riyaziyyat, astronomiya və tibb sahəsi üzrə verilir.
Bazalt qat
Bazalt — normal cərgəli effuziv dağ süxuru, ən çox yayılan kaynotip süxurları. Bazaltlar püskürmə suxurların əsas kütləsini təşkil edir. Onlar müasir okeanların diblərini təşkil etməklə yanaşı, quru sahələrdə də geniş əraziləri tutur. Məsələn, Mərkəzi Sibirdə çox böyük ərazi qalın bazalt layları ilə örtülmüşdür."Bazalt" həbəş dilində "bazal" (dəmirsaxlayan daş) sözündən törəmişdir və ilk dəfə Böyük Plini tərəfindən işlədilmişdir. Liparitlərdən fərqli olaraq bazaltlar qara rəngdə olur. Bazalt maqması daha duru olduğuna görə nazik axınlar yaradır və bu səbəbdən də daha tez soyuyur. Ona görə də bazaltların petroqrafik tərkibində vulkan şüşəsi çox olur. Maqmadan ayrılan qazların hesabına bazalt suxurları, adətən məsaməli olur. Bazalt maqması soyuyarkən çox vaxt bazalt suxurlarının içərisində seolit və kalsit kristallarının yelpikvari formaları əmələ gəlir. Bazalt suxurlarının içərisindəki boşluqlarda bəzən aqat mineralının nazik zolaqlım kristallarına rast gəlinir.
Blu-ray
Blu-ray Disc və ya qısaca BD (ing. blue-ray göy şüa və disc — disk; blue yerinə blu yazılır) — yüksək sıxlığa və dəqiqliyə malik yazı, video və digər rəqəmsal məlumatların saxlanılması üçün istifadə edilən optik daşıyıcı formatı. Blu-ray standartı BDA konsorsiumu ilə birgə hazırlanmışdı. Yeni daşıyıcının ilk prototipi 2000-ci ilin oktyabrında təqdim edilmişdi. Müasir variantı isə 2006-cı ilin yanvarında keçirilən Consumer Electronics Show (CES) - istehlak elektronikasının beynəlxalq sərgisində təqdim edilmişdir. Blu-ray formatı bazara 2006-cı ilin yazında çıxarılmışdır. Blu-ray (mənası "göy şüa") - adı, yazılış və oxuma üçün istifadə edilən qısadalğalı (405 nm) göy (texniki olaraq göy-bənövşəyi) lazerə uyğun adlandırılmışdır. "e" hərfi qəsdən "blue" sözündən çıxarılmışdır, çünki "blue ray" ifadəsi tez-tez istifadə ediləndir və əmtəə nişanı olaraq qeydə alınması ehtimalı böyükdür. Daha böyük məsafələrdə daha qısa fokus uzunluğu vacibdir. Harda ki DVD drayver obyektivləri təxminən 40 dəfə böyükdür, CD drayver obyektivləri 20 dəfə daha çox böyükdür.