Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Akim Latifu
Akim Latifu (16 noyabr 1989 və ya 11 iyun 1992) — Zirə FK klubunda müdafiəçi kimi çıxış etmiş Nigeriyalı peşəkar futbolçudur.
Kuin Latifa
Kuin Latifa (ing. Queen Latifah) — ABŞ müğənnisi və aktrisası. == Həyatı == Dana Eleyn Ouens 18 mart 1970-ci ildə Nyu Cersi ştatının Nyuark şəhərində müəllim və polis ailəsində doğulmuşdur. 8 yaşında ikən "yumşaq", "incə" mənalarına gələn "Latifa" (ərəb. لطيفة‎) ləqəbini götürmüşdür. Kuin Latifanın 10 yaşı tamam olan zaman onun valideynləri ayrılmışdır. 1988-ci ildə Latifa musiqi karyerasına başlamış və 1989-cu ildə ilk "Salamlayıram Kraliça" (ing. All Hail the Queen) adlı albomunu çıxarmışdır. 1995-ci ildə çıxardığı "Qara hakimiyyət" (ing. Black Reign) albomuna daxil olan "U. N. I. T. Y." mahnısına görə Qremmi mükafatına layiq görülmüşdür.
RATİ
Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (ing. The Institute for Reporters’ Freedom and Safety) və ya qısaca RATİ (ing. IRFS) — Azərbaycanda söz azadlığının təşviqi ilə məşğul olan müstəqil qeyri-kommersiya təşkilatı. RATİ 2006-cı ildə Beynəlxalq Mətbuat Azadlığı Günündə iki azərbaycanlı jurnalist tərəfindən hökumətin söz və media azadlığını getdikcə daha çox məhdudlaşdırmasına cavab olaraq yaradılıb. RATİ 2007-ci ilin oktyabr ayından Beynəlxalq Söz Azadlığı Mübadiləsi Təşkilatının, 2012-ci ilin noyabrından isə Qlobal Şəbəkə Təşəbbüsü təşkilatının üzvüdür. 2014-cü ilin avqustunda təşkilatın Azərbaycandakı hüquqi fəaliyyəti dayandırılıb. Mehman Hüseynov Obyektiv TV Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu. Rasim Əliyevin Üstü Açılmamış Qətli (PDF). 2016. 29.
Hatif İsfahani
Seyid Əhməd Hatif İsfahani (fars. سید احمد هاتف اصفهانی‎) — XVIII əsr İran şairi. Əslən Ordubaddan olmuşdur. == Həyatı == Əslən Azərbaycanın Ordubad şəhərindən olan Hatifin ailəsi Səfəvilər dövründə İsfahana köçmüş, özü isə XVIII əsrin birinci yarısında həmin şəhərdə anadan olmuşdur. İsfahanlı Nəsir Təbibdən ənənəvi elmləri, Mir Seyid Əli Müştaq İsfahanidən isə ədəbi sənətləri öyrənmişdir. O, dövrün digər mühüm ədəbiyyat adamları, o cümlədən Səbahi və Azər Bəydili ilə də ünsiyyətdə olmuşdur. İsfahandan başqa bir müddət Kaşanda da yaşamış və son illərini Qumda keçirmişdir. O, farsdilli poeziyada ifrat "hind üslubu" (Səbki-Hindi) hesab etdiyi hərəkatı inkar edən və erkən farsdilli poeziyanın üslub prinsiplərinə daha yaxın olan poetik idomi qəbul edən "bazqəşti ədəbi" adlı "ədəbi qayıdış" hərəkatının nümayəndəsi idi.
Radif Akçurin
Radif Qaley oğlu Akçurin (rus. Радиф Галеевич Акчурин; 1 iyun 1985) — kureş güləşi üzrə dünya çempionu. Başqırdıstan Respublikasının Fyodorvski rayonunda anadan olmuşdur. "Batır" yeniyetmələr klubunun şagirdi, rəhbərlərindən biri atası Qaley Zaynulloviç Akçurin olmuşdur. Radif rayonlar arası keçirilən sabantuy yarışlarının bir neçə dəfə qalibi olmuşdur. 28 iyun 2008-ci ildə 90 kq-dan yuxarı çəki dərəcəsində Başqırdıstan Respublikası kureş milli güləşi üzrə turnirin qalibi olmuşdur, turnir "Batır-2008" sabantuy yarışlarının rayon və şəhər qalibləri arasında keçirilirdi. 16 aprel 2010-cu ildə Başqırdıstan kənd idman oyunları hesabat yarışlarında birinci yeri tutmuşdur. 24 aprel 2010-cu ildə Ufada keçirilən Böyük Vətən Müharibəsi Qələbəsinin 65-ci ildönümünə həsr olunmuş kureş milli güləş üzrə açıq respublika turnirində birinci yeri tutmuşdur. 12 İyun 2010-cu ildə Başqırdıstan Respublikasının İşimbay rayonunda keçirilən Salavat Yiynı bayramında kureş güləşçiləri arasında mütləq çempion adını qazandı.
Raqif Abbasov
Raqif Abbasov (tam adı: Abbasov Raqif Arif oğlu) — Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi, Milli Olimpiya Komitəsinin üzvü, Azərbaycan Respublikasının Fəxri Bədən Tərbiyəsi və İdman İşçisi (2021). Abbasov Raqif Arif oğlu 22 noyabr 1976-cı ildə Cəlilabad rayonu, Göytəpə şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1993-cü ildə Bakı şəhəri 151 saylı orta məktəbi bitirmişdir. Azərbaycan Texniki Universiteti 1993–1997-ci illərdə (mühəndis) əyani, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası 1999–2003-cü illərdə (Bədən Tərbiyəsi və İdman) qiyabi, Azərbaycan Respublikası Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyası 2005–2007 (Dövlət və Bələdiyyə) müdavim əyani, Elm və Təhsil Mərkəzi Təfəkkür Universiteti 2000–2002-ci illərdə (nəqliyyatın istismarı) magistr əyani bitirmişdir. Türk, Rus, İngilis dillərini bilir. Ehiyatda olan zabitdir. Ailədir, üç övladı var. 1997–1998-ci illərdə Azərbaycan Ticarət Səhmdar Cəmiyyəti aparıcı məsləhətçi işləyib. 1999–2001 Gənclər və İdman Nazirliyi baş məsləhətçi işləmişdir. 2002–2005 Gənclər və İdman Nazirliyi sektor müdiri, 2005–2007 Gənclər və İdman Nazirliyi Mətbuat katibi-şöbə müdiri işləyib.
Raqif İsrayılov
Raqif İbadulla oğlu İsrayılov (11 mart 1975, Şamaxı rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin polkovniki. İkinci Qarabağ müharibəsinin iştirakçısı, Vətən Müharibəsi Qəhrəmanı. İsrayılov Raqif İbadulla oğlu 1975-ci il mart ayının 11-də Şamaxı rayonunun Qurdtəpə kəndində anadan olub. 1981-ci ildə Qurdtəpə kənd orta məktəbinə daxil olub, 1991-ci ilə qədər həmin məktəbdə təhsil alıb. 1993-cü il aprelin 20-də Şamaxı rayon hərbi komissarlığından Azərbaycan Respublikası Ordu sıralarına çağırılıb və aprel ayının 20-dən N saylı hərbi hissədə həqiqi hərbi xidmətə başlayıb. 1993-cü il avqustun 12-də Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinin xüsusi fakültəsinə daxil olub və 1997-ci il iyulun 17-də həmin məktəbi taktiki mühəndis qoşunları komandiri ixtisası üzrə bitirib. Azərbaycan Respublikası müdafiə nazirinin 31.07.1997-ci il tarixli əmri ilə hərbi rütbəsi verilib. Ailəlidir, 2 qız, 1 oğlan övladı var. 1997-ci il iyulun 31-dən 1998-ci il mayın 16-na kimi hərbi hissənin ponton-keçid bölüyünün ponton-keçid taqımının komandiri, 1998-ci il mayın 16-dan 1999-cu il fevralın 6-nadək hərbi hissənin mühəndis-istehkam bölüyünün maneəqurma taqımının komandiri, 1999-cu il fevralın 6-dan 2000-ci il iyunun 26-na kimi hərbi hissənin mühəndis-istehkam bölüyünün komandiri olub. 1999-cu il fevralın 1-də hərbi hissənin ərazisində Sovet ordusu tərəfindən basdırılmış minaların çıxarılması zamanı mina partlayışı nəticəsində yaralanıb.
Rasif Məmmədov
Rakif Babayev
Raqif Nazimoğlu
Raqif Əsgərov — Azərbaycan yazıçısı və fəlsəfə doktoru. 5 may 1981-ci ildə "Qızıl qələm" mükafatı təqdim olunub. 1 may 1957-ci ildə Ağsu rayonunun Xasıdərə kəndində anadan olub. 1972-ci ildə Ağsu rayonunun Sanqalan kəndində (keçmiş Leninabad kəndində) 8 illik məktəbi, daha sonra 1974-cü il də Bakı şəhər Nizami rayonu (keçmiş Şaumyan rayonu) 109 saylı tam orta məktəbi bitirərək, 1975–1977-ci illərdə Arxangeliski vilayətində həqiqi hərbi xidmətdə yollanıb. 1978–1984-cü illər də Voronej Dövlət Unverstetinin Filologiya fakültəsində qiyabi təhsil alıb. 1980-ci il də SSRİ Jurnalistlər İttifaqının üzvü olub. 1980–1981-ci illər də Şamaxı rayonunda dərc olunan "Yeni Şirvan" və "Novi Şirvan" qəzetlərində şöbə müdri olaraq işləyib. 1984–1988-ci illərdə Jurnalist Sənətkarlıq İnistitunda təhsilini davam etdirib. 1986–1988-ci illərdə Ağsu rayonunun "1 may" adlı sovxozunda müxtəlif vəzifələrdə işləyib. 1992-ci ildən "Murovdağ", "Babadağ","Çənlibel", "Həqiqətlər və faktlar","Real Press" və Azərbaycan Respublikası Ali məhkəməsinin orqanı "Paklıq" qəzetlərində baş redaktor olaraq işləyib.
Əhməd Ratib Paşa
Əhməd Ratib Paşa (d. 1711 - ö. 23 avqust 1758) — Osmanlı sultanı I Mahmud və III Osman dönəmlərində müxtəlif vəzifələrdə xidmət etmiş dövlət xadimi. Sultan Mahmud dönəminin sədrəzəmlərindən Topal Osman Paşanın oğlu olub, təxminən 1711-ci ildə dünyaya gəlmişdir. Mükəmməl ərəbcə və farsca ilə yanaşı, dövrün mühüm xəttatlarından hüsnxət dərsləri almışdır. Gözəl əlyazısı və hüsnxətdəki bacarığı səbəbilə Ratib (farsca sıraya qoyan, düzən mənasında) ünvanı almışdır. Atasının 1733-cü ildə Səfəvilərlə döyüşdə şəhid düşməsinin ardından onun mülklərini və paşa ünvanını almışdır. 1740-cı ilin iyulunda Rumeli bəylərbəyi təyin edilmiş, həmin il Sultan Əhmədin qızlarından Ayşə Sultanla nişanlanmışdır. Cütlüyün nigahı 1742-ci ilin dekabrında bağlanmış, ardından Əhməd Ratib Paşa 1743-cü ildə kaptan-ı dərya təyin edilmişdir. Daha sonra Hanya, Əyriboz, Rumeli, Aydın, Vidin, Yanya kimi əyalətlərdə xidmət göstərmişdir.
Atif Zeynallı
Atif Əbdülbaqi oğlu Zeynallı (20 mart 1927 – 28 yanvar 1991) — Azərbaycan şairi, ədəbiyyatşünas, Azərbaycan Yazıçılar Birliyinin üzvü. == Həyatı == Atif Zeynallı ədəbiyyata 1947-ci ildə "Azərbaycan gəncləri" qəzetində çap olunmuş "Azərbaycan" adlı şeirlə gəlmiş, ömrünün sonuna qədər on dörddən artıq şer kitabı dərc edilmişdir. Yeddinci sinfəcən Bakıdakı 132 saylı orta məktəbdə oxumuşdur. Böyük Vətən müharibəsi başlanandan sonra ailəsi aclığa görə Mərdəkandakı bağ evinə köçmüşdür. Alim ömrünün son illərini də bu evdə yaşadı. 1944-1949-cu illərdə ADU-nun Ş\şərqşünaslıq fakültəsində təhsil almışdır. Əmək fəaliyyətinə Cəlilabadda müəllim kimi başlamış, sonra Mərdəkandakı 156 saylı axşam məktəbində (vaxtilə burada 8-10-cu sifləri oxumuşdu) müəllimlik etmişdir. Müəllimliklə yanaşı, gündüzlər "Azərnəşr"də redaktor kimi çalışmışdır. Özünü ədəbiyyatda şair kimi görmək istəyən Atif Zeynallı 1953-cü ildə Moskvada SSRİ EA Şərqşünaslıq İnstitutunun aspiranturasına daxil olur. 1956-cı ildə Azərbaycan EA Ədəbiyyat İnstitutunda işə girir.
Nabil Atif
Nabil Atif, Mərakeş aktyoru, 1972-ci ildə Kasablankada anadan olub. Bir sıra Mərakeş filmlərində və seriallarında iştirak etmişdir.
Raif gölü
Raif gölü — Tatarıstanın Zelenodolski rayonu ərazisində yerləşən göl. Volqa-Kamsk qoruğu ərazisində yerləşir. Göl ərazisindən Sumka çayı axır. Gölün sahilində Raif monastrı və Mesteçko Raifa adlı yaşayış məntəqəsi yerləşir. Ən dərin yeri 18,9 metrdir.
Raif Əmirov
Raif Kadim oğlu Əmirov (rus. Амиров Раиф Кадимович, başq. Әмиров Рәиф Ҡәҙим улы, d. 3 noyabr 1941, Najar, Baltas rayonu, Başqırd MSSR, SSRİ) — Başqırd əsilli SSRİ, Rusiya və Belarus yazıçısı, elmi-ədəbi tənqidçisi, Filologiya elmləri doktoru (1986), professoru (1987), SSRİ Yazıçılar İttifaqının üzvü (1981), Belarus Respublikasının əməkdar elm xadimi (1991). Raif Kadim oğlu Əmirov 3 noyabr, 1941 tarixində, Başqırd MSSR-in inzibat bölgüsü Baltas rayonunda yerləşən Najar kəndində, bir kəndli ailəsində anadan olmuşdur. Atası Kadim kollektiv fermada traktor sürücüsü olaraq işləyirdi. Böyük Vətən müharibəsi zamanı, Baltikyanı ölkələrdə döyüşərkən, 26 yaşında vəfat etmişdir. Anası Zamiqa, tək qadın olaraq Raifi və 2 qardaşı qızını böyütmüşdür. Raif Əmirov, Najar kəndində ibtidai təhsilini bitirmiş, Başqırdıstan Respublikasının Baltas rayonunda yerləşən Jiləzekul kəndində 7 il təhsil almış, Yuxarı Qarış kəndində isə, orta təhsilini bitirmişdir. Raif Əmirov məktəbə getməkdən əlavə olaraq, kollektiv fermada da işləyirdi.
Entertainment Software Rating Board
Entertainment Software Rating Board (ESRB) - ABŞ və Kanadada kompüter video-oyunları və başqa əyləncəli proqram təminatı üçün reytinqlərin qəbul və təyin olunması ilə məşğul olan qeyri-hökumət təşkilatı. 1994-cü ildə Interactive Digital Software Association (indiki adı – Entertainment Software Association) tərəfindən yaradılıb. Oyunun reytinqi məhsulun bağlamasının üzərində çap olunur, onun reklamında yerləşdirilir və saytında göstərilir. İstehsalçı şirkət rəsmi olaraq satışa buraxılmayanadək ona reytinq almağa borclu deyil, çünki işlənib hazırlanma gedişində oyunun məzmunu əhəmiyyətli dərəcədə dəyişilə bilər. Reytinq iki hissədən ibarətdir: reytinq nişanından və məzmunun qısa təsvirindən. Reytinq nişanı, adətən, bağlamanın üz tərəfində sol, yaxud sağ aşağı küncdə yerləşir və oyun üçün ən münasib yaş kateqoriyasını müəyyənləşdirir. Məzmunun təsviri qutunun arxa tərəfində, adətən, sol, yaxud sağ aşağı küncdə yerləşdirilir və oyunun məzmunun bəzi elementlərini sadalayır. ESRB reytinqlərinin loqotipində oyunun tövsiyə olunduğu yaş kateqoriyasının adının başlanğıc hərfləri göstərilir. Hazırda aşağıdakı loqotiplərdən istifadə olunur: • “EC” (“Early childhood”) – “Kiçik yaşlı uşaqlar”; • “E” (“Everyone”) – “Hər kəs”; • “E10+” (“Everyone 10 and older”) – “10 yaşdan yuxarı hər kəs”; • “T” (“Teen”) – “Yeniyetmələr”; • “M” (“Mature”) – “Yetkin yaşlılar”; • “AO” (“Adults Only 18+”) – “Yalnız böyüklər”; • “RP” (“Rating Pending”) – “Reytinq gözlənilir”. Əvvəllər mövcud olmuş “K-A” (“Kids to Adults”) – “Uşaqdan böyüyədək” reytinqi 1998-ci ildə “E” (“Everyone”) ilə əvəz olunub.
Leyli və Məcnun (Hatifi)
"Leyli və Məcnun" — Hatifinin "Xəmsə" toplusuna daxil olan üçüncü əsəridir. == Məzmunu == Əsərin başlanğıcında oğulsuz atanın iztirabları və Məcnunun doğulması göstərilir. Burada Məcnun doğulduğu gündən aşiqdir. Məcnun böyüyür, məktəbə gedir və Leyli ilə sevişir. Leylinin anası işdən xəbər tutub qıza nəsihət verir: Leyli inkar edir və onu daha məktəbə buraxmırlar. Məcnun ayrılıqdan fəryad edib məktəbi tərk edir. O, hiylə ilə sevgilisinin görüşünə gəəlir, bir gün libasını dəyişib gözlərini bağlayır, Leylinin qapısında yıxılıb əlindən tutmaq üçün yalvarır, Leyli onu tutub qaldırır, bir gün dilənçi libasında gedib ondan pay alır. Artıq eşqi məlum olub Məcnun adı ilə çağırılır. Atası, Leyli evdədir deyə onu gətirir, anası ilə görüşür, nəsihət edirlər. Məcnun bu işdə ürəyi müqəssir olduğunu söyləyir və yenə evdən qaçır.
Şirin və Xosrov (Hatifi)
"Şirin və Xosrov" — Hatifinin "Xəmsə" toplusuna daxil olan ikinci əsəridir. Əsərin məzmunu, tərkib hissələri, quruluşu təxminən Nizaminin “Xosrov və Şirin” məsnəvisində olduğu kimidir. Şair Nizaminin qoyduğu məsələləri bir növ ixtisara salıb, həm də onlarda öz zövq və səliqəsinə uyğun bəzi dəyişikliklər əmələ gətirmişdir. Hatifi əsərini o yerdən başlayır ki, artıq Xosrov böyüyüb ova çıxmışdır. Əsas hadisələr Nizami əsərində olduğu kimi təkrar olunsa da, Hatifi əsərdə müəyyən yeniliklərə, bəzi artırıb-əksiltmələrə yol vermişdir. Hatifi də Nizami kimi hökmdarları ədalətli olmağa çağırıb, Hürmüzün dilindən, üzünü hökmdarlara tutaraq xalqa sədaqətlə xidmət etməyi məsləhət görür. Hatifi mövzunun ana xəttini saxlamaqla, bəzi hadisələri ixtisara salmış, ya da ki, bir sıra yeni hadisə və epizodları orijinalın məzmununa artırmışdır. Bəzilərinin isə yerlərini və adlarını dəyişmiş, yaxud bir sıra yeni məkanların adlarını əsərinə daxil etmişdir. O, Mədain ətrafında təşkil olunan əyləncələrin birində Şapur Şirin haqqında söz açıb fikir söylədikdə, onun Nizaminin təsvir etdiyi kimi, Bərdədə yox, Dərbənd ətrafında yaşayan bir gözəl adlandırır: Hatifi əsərinin Nizami əsərindən əsas fərqi budur ki, Hatifi bəzən reallıqdan uzaqlaşaraq fantaziyaya yol verir və fövqəltəbii hadisələrin baş verdiyini tərənnüm edir. Məsələn, elə ki, Şapur tapşırığı yerinə yetirməkdən ötrü gəlib Dərbəndə yetişir, Şirinin özünü görməyə müvəffəq ola bilmir.
Rıtıy burnu
Rıtıy burnu (bur. Хээрэ Хушуун, (rus. Рытый) — Baykal gölünün şimal-qərb sahilində yerləşən burun. İrkutsk şəhərindən 310 km şimal-şərqdədoir. Burada geniş otlaqlar vardır. Burun Baykal gölünün daxilinə 2 km məsafədə uzanır. Onu Olxon adasından asanlıqla görmək mümklkündür. Ritıy çaylarının vadisi geoloji çatlar üzərində yerləşir. Rıtıy burnundan Barquzin çayının vadisinə qədər Baykalıq sahili ilə səkkiz iri təpə uzanır. Geoloji düzülüşdə alt proterozoy erasının dağ suxurları üstünlük təşkil edir.
Məhməd Atıf Atəşdağlı
Mehmet Atıf Atəşdağlı (türk. Mehmet Atıf Ateşdağlı) (d. 1876, Krit - ö. 3 dekabr 1947, İstanbul, Türkiyə) — Türk əsgəri. Mehmet Atıf Atəşdağlı 1876-cı ildə Kritdə anadan olmuşdur. İsa Nuri Bəyin oğludur. 18 mart 1896-cı ildə Hərb Akademiyasına qəbul olmuşdur. 13 yanvar 1899-cu ildə hərbi akademiyanı bitirərək "leytenant" rütbəsi almışdır. Həmin gün 5-ci Ordu 29-cu Süvari Alayı 3-cü Bölük Taqım Komandiri vəzifəsinə təyin olunmuşdur. 23 avqust 1904-cü ildə "baş leytenant" rütbəsi almışdır.
Mehmet Atıf Atəşdağlı
Mehmet Atıf Atəşdağlı (türk. Mehmet Atıf Ateşdağlı) (d. 1876, Krit - ö. 3 dekabr 1947, İstanbul, Türkiyə) — Türk əsgəri. == Həyatı == Mehmet Atıf Atəşdağlı 1876-cı ildə Kritdə anadan olmuşdur. İsa Nuri Bəyin oğludur. == Hərbi xidməti == 18 mart 1896-cı ildə Hərb Akademiyasına qəbul olmuşdur. 13 yanvar 1899-cu ildə hərbi akademiyanı bitirərək "leytenant" rütbəsi almışdır. Həmin gün 5-ci Ordu 29-cu Süvari Alayı 3-cü Bölük Taqım Komandiri vəzifəsinə təyin olunmuşdur. 23 avqust 1904-cü ildə "baş leytenant" rütbəsi almışdır.