Əhməd Ratib Paşa

Əhməd Ratib Paşa (d. 1711 - ö. 23 avqust 1758) — Osmanlı sultanı I MahmudIII Osman dönəmlərində müxtəlif vəzifələrdə xidmət etmiş dövlət xadimi.

Əhməd Ratib Paşa
Şəxsi məlumatlar
Doğum tarixi
Vəfat tarixi
Atası Topal Osman Paşa
Həyat yoldaşı Ayşə Sultan
Uşaqları İsmayıl Paşa
Müdərris Osman Paşa
Asəf Mehmed Paşa
Əli bəy
Naşid bəy
Cavid bəy
Şəmsəddin bəy
Əbdürrəhman bəy
Cavid bəy
Ruqiyə xanım Sultan

Sultan Mahmud dönəminin sədrəzəmlərindən Topal Osman Paşanın oğlu olub, təxminən 1711-ci ildə dünyaya gəlmişdir. Mükəmməl ərəbcəfarsca ilə yanaşı, dövrün mühüm xəttatlarından hüsnxət dərsləri almışdır. Gözəl əlyazısı və hüsnxətdəki bacarığı səbəbilə Ratib (farsca sıraya qoyan, düzən mənasında) ünvanı almışdır.

Atasının 1733-cü ildə Səfəvilərlə döyüşdə şəhid düşməsinin ardından onun mülklərini və paşa ünvanını almışdır. 1740-cı ilin iyulunda Rumeli bəylərbəyi təyin edilmiş, həmin il Sultan Əhmədin qızlarından Ayşə Sultanla nişanlanmışdır. Cütlüyün nigahı 1742-ci ilin dekabrında bağlanmış, ardından Əhməd Ratib Paşa 1743-cü ildə kaptan-ı dərya təyin edilmişdir. Daha sonra Hanya, Əyriboz, Rumeli, Aydın, Vidin, Yanya kimi əyalətlərdə xidmət göstərmişdir. Moreya valisi ikən 1758-ci ildə vəfat etmişdir.

Ayşə Sultandan öncə bir neçə dəfə evlənən Əhməd Ratib Paşanın 10 övladı olmuş, bunlar müxtəlif dövlət vəzifələrində xidmət etmişdir. Oğlu Əbdürrəhman bəy (ö. 1790) Əndərunda yetişərək, III Səlimin şahzadəlik illərində lələsi olmuşdur.[1] Digər oğlu Əli bəy (ö. sentyabr 1808) isə qapıçıbaşılığa qədər yüksəlmişdir. Digər oğlu Şəmsəddin bəy isə məşhur Osmanlı şairi və ədibi Namiq Kamalın babasıdır. Digər oğlu Müdərris Osman Paşa (ö. 20 aprel 1775) müdərris, ardından vəzirliklə Bosniya valisi (1772) və Rumeli bəylərbəyi (1773) vəzifələrində çalışmışdır. Ayşə Sultandan oğulan qızı Ruqiyə xanım Sultan (ö. 1789) isə gələcəkdə Lələzadə Nuri bəylə evləndirildi.

  • Sicill-i Osmani IV cild, səh. 334
  1. Sicill-i Osmani I cild, səh. 100