Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Love In Rewind
Da Da Dam — Bosniya və Herseqovinanı 2011 Avroviziya Mahnı Müsabiqəsində təmsil edən Dino Merlin ifa etdiyi mahnıdır.
Erase/Rewind Official Remix
Erase/Rewind Official Remix – Sabrina Salernonun çıxardığı sonuncu albomdur.
Erase/Rewind Official Remix (albom)
Erase/Rewind Official Remix – Sabrina Salernonun çıxardığı sonuncu albomdur.
Həşcin
Həşcin (həmçinin Heşəcin, Heşiceyin olaraq tanınır) — İranın Ərdəbil ostanının Xalxal şəhristanının Xoreşrüstəm (Xuruşrüstəm) bəxşində şəhər və həmin bəxşin inzibati mərkəzi. == Coğrafiya == Həşcin Xalxaldan 45 və Ərdəbildən 120 kilometr güneydə, dəniz səviyyəsindən 1'579 metr yüksəklidə yerləşir. Burada orta illik yağıntı miqdarı 519 milimetrdir. == Əhalisi == 2006-cı ilin siyahıya alınması əsasında şəhərdə 4,518 nəfər və ya1,199 ailə yaşayırdı. === Milli tərkibi === Əhalisi Azərbaycan türklərindən ibarətdir və Azərbaycan türkcəsində danışırlar. Dini baxımdan əhalinin 55%-ni şiə-cəfəri, 45%-ni isə sünni-şafeilər təşkil edir.
Məscid
Məscid (ərəb. مسجد‎ — "səcdə yeri") — İslam dinində müsəlmanların Allaha kütləvi və tək ibadətləri üçün nəzərdə tutulmuş memarlıq tikilisi. Məscid namaz qılınan məkanı ifadə edir. Xüsusi ərazidə olan günbəzli və minarəli bina üslubunda tikilir. Bir çox hallarda daxili həyətə malik olur. Minarələrin sayı birdən doqquzacan ola bilər. Daxili ibadət zalının divarları təsvirsiz olmalıdır. Ancaq divarlarda Qurandan ərəb dilində sətirlər yazıla bilər. Məscid Məkkə istiqamətində tikilməlidir. İbadət zalında Məkkə istiqamətindəki divarda mehrab adlanan boşluq olur.
Rəşid
Rəşid — Azərbaycanda daha çox işlədilən kişi adı. Rəşid Nurqaliyev — Rusiya Federasiyasının Daxili İşlər naziri, qoşun generalı. Rəşid Səməndər — aktyor. Rəşid Behbudov — Azərbaycan müğənnisi, SSRİ Xalq Artisti.
Rəşqund (Üşnəviyyə)
Rəşqund (fars. شگوند‎) — İranın Qərbi Azərbaycan ostanının Üşnəviyyə şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 208 nəfər yaşayır (37 ailə).
Büllur məscid
Büllur məscid (malay Masjid Kristal) — Malayziyada Trenqanu sultanlığının Kuala Trenqanu şəhərində yerləşən məscid. Məscid Van Man adasında İslam İrsi Parkında yerləşir. Unikallığı ilə çox populyar olan Büllur məscid Malayziyada ən məşhur turizm yerlərindən biri kimi tanınır. Məscid 2006 və 2008-ci illər aralığında tikilib. Məscidin rəsmi açılışı Trenqanudan 13-cü Yanq di-Pertuan Aqonq olan Sultan Mizan Zaynal Abidinin iştirakı ilə 8 fevral 2008-ci ildə keçirilmişdir. Məsciddə eyni vaxtda 1500-dən çox dindar ibadət edə bilər. Büllur məscidin tikintisində polad, büllur, şüşədən istifadə edildiyinə görə belə adlandırılır. Bu unikal struktur mavritan və qotik memarlıq elementlərin tətbiq edildiyi müasir üslubda yaradılıb. Böyük büllur çilçıraq əsas ibadət zalının mərkəzində yerləşir. Gecə vaxtı məscidin günbəz və minarəsi müxtəlif rəngli işıqların təsirindən rəngini dəyişir.
Daş məscid
Daş məscid ― 1325-ci ildə Elxanilər dövründə Şərqi Azərbaycanın, Sərab şəhristanının, Əsnəq kəndində tikilmiş məscid.
Göy məscid
Göy məscid (Bakı)
Mədrəsə-məscid
Mədrəsə-məscid — Bakı şəhərinin ən qədim hissəsi İçərişəhərdə yerləşən, artıq mövcud olmayan Came məscidinin hücrə qalıqlarından biri olan və bir müddət mədrəsə-məscid kimi fəaliyyət göstərmiş, indi isə dükan olan tarixi abidə. Son orta əsrlərdə əsasən məscid-mədrəsə kimi fəaliyyət göstərmiş bu abidə İçəri Şəhərdə mövcud olmuş Came məscidinin hal-hazıra qədər qalmış hücrələrindən biridir. Hücrələr XV əsrdə Came həyətində tədris məqsədilə inşa olunmuşdur. İçəri Şəhər Asəf Zeynallı küçəsinin genişlənməsi və yol-tikinti işlərilə əlaqədar XIX əsrin ortalarında Came məscidinin hücrələri dağıdılmış, salamat qalmış hücrələrdən biri məscid mədrəsə kimi istifadə edilmişdir. Məscid mədrəsənin girişinin portalında digər hücrələr ilə əlaqə yaradan çıxıntı ilə bərabər memarlığın əsas prinsipləri – daş üzrə oymalar, geniş naxış palitrası, bədii epiqrafika və s. əks olunmuşdur. Əsasən daş üzərində tikinti və naxış işlərinin keyfiyyəti mükəmməldir. İmamqulu məktəb-məscidi "MƏDRƏSƏ MƏSCİD" (az.). icherisheher.gov.az. 2017-01-19 tarixində orijinalından arxivləşdirilib.
Mədrəsə məscid
Mədrəsə-məscid — Bakı şəhərinin ən qədim hissəsi İçərişəhərdə yerləşən, artıq mövcud olmayan Came məscidinin hücrə qalıqlarından biri olan və bir müddət mədrəsə-məscid kimi fəaliyyət göstərmiş, indi isə dükan olan tarixi abidə. Son orta əsrlərdə əsasən məscid-mədrəsə kimi fəaliyyət göstərmiş bu abidə İçəri Şəhərdə mövcud olmuş Came məscidinin hal-hazıra qədər qalmış hücrələrindən biridir. Hücrələr XV əsrdə Came həyətində tədris məqsədilə inşa olunmuşdur. İçəri Şəhər Asəf Zeynallı küçəsinin genişlənməsi və yol-tikinti işlərilə əlaqədar XIX əsrin ortalarında Came məscidinin hücrələri dağıdılmış, salamat qalmış hücrələrdən biri məscid mədrəsə kimi istifadə edilmişdir. Məscid mədrəsənin girişinin portalında digər hücrələr ilə əlaqə yaradan çıxıntı ilə bərabər memarlığın əsas prinsipləri – daş üzrə oymalar, geniş naxış palitrası, bədii epiqrafika və s. əks olunmuşdur. Əsasən daş üzərində tikinti və naxış işlərinin keyfiyyəti mükəmməldir. İmamqulu məktəb-məscidi "MƏDRƏSƏ MƏSCİD" (az.). icherisheher.gov.az. 2017-01-19 tarixində orijinalından arxivləşdirilib.
Məscid (Qoşaçay)
Məscid (fars. مسجد‎) — İranın Qərbi Azərbaycan ostanının Qoşaçay şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 171 nəfər yaşayır (43 ailə).
Məscid Süleyman
Məscid Süleyman — İranın Xuzistan ostanının şəhərlərindən və Məscid Süleyman şəhristanının mərkəzidir.2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 106,121 nəfər və 22,393 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti bəxtiyarilərdən ibarətdir, bəxtiyari dialektində danışırlar və şiə müsəlmandırlar.
Qamış məscid
Yuxarı Gövhər ağa məscidi və ya Şuşa cümə məscidi — Şuşa şəhərinin mərkəzi Meydanında yerləşən və şəhər ərazisində tikilmiş ən qədim məsciddir. Məscid Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən ölkə əhəmiyyətli tarix-mədəniyyət abidəsi kimi qeydiyyata alınmışdır. Yuxarı Gövhər ağa məscidinin inşası dörd mərhələdə həyata keçirilmişdir. Ərazidə ilk məscid Qarabağ xanlığının və Şuşa qalasının banisi Pənahəli xanın göstərişi ilə Qarabağ xan sarayı ilə paralel təxminən 1750-ci illərdə qamışdan inşa edilmişdir. İbrahimxəlil xan hakimiyyətə gəldikdən sonra 1768–1769-cu illərdə qamış məscidin yerində daşdan yeni məscid tikilmişdir. XIX əsrin I yarısında Gövhər ağanın maddi dəstəyi ilə İbrahimxəlil xanın yararsız hala düşmüş məscidinin yerində qoşa minarəli üçüncü məscid inşa edilmişdir. 1883-cü ildə Gövhər ağanın maddi vəsaiti əsasında üçüncü məscidin yerində Şuşanın dördüncü və sonuncu cümə məscidi inşa edilmişdir. Dövrümüzə yaxşı qorunmuş səviyyədə çatmış dördüncü məscidin memarı Qarabağda bir çox tikililərin müəllifi olan Kərbəlayi Səfixan Qarabağidir. Yuxarı Gövhər ağa məscidinin minarələrinin dekoru və məscid yaxınlığındakı mədrəsənin ikinci mərtəbəsində otaqlardan birinin divar rəsmləri Mir Möhsün Nəvvab tərəfindən işlənmişdir. 1992-ci ildə Şuşa şəhərinin Ermənistan Silahlı Qüvvələrinin nəzarətinə keçməsindən sonra, Yuxarı Gövhər ağa məscinin interyerləri tamamilə dağıdılmış, fasadına ciddi ziyan vurulmuş, minarələrinin minbər hissələri dağıdılmışdır.
Rəşdin (Xudafərin)
Rəşdin (fars. رشدين‎) - İranın Şərqi Azərbaycan ostanının Xudafərin şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 30 nəfər yaşayır (4 ailə).
Taxtalı məscid
Taxtalı məscid (rus. Тахталы-Джами, ukr. Тахтали Джамі, krımtat. Tahtalı Cami, türk. Tahtalı Cami) — Ukraynada, Krımın Bağçasaray şəhərində XVIII əsrə aid məscid. 1707-ci ildə I Səlim Girayın qızı Bəyxan Sultanxani tərəfindən tikilmişdir. İsmayıl Qaspıralı küçəsində yerləşir. Məscidin memarlığında şəhərin köhnə üslubu dominantdır. Bu üslubu köhnə Bağçasarayın demək olar ki, hər yerindən görmək olar. Məscid taxta lövhələrdən tikilmişdir, sonra divarları çəkərkən daş bloklarla örtülmüşdür.
Ulu məscid
Ulu məscid (digər adı İlisu came məscidi) — Azərbaycanın Qax rayonunun İlisu kəndində yerləşən tarixi-memarlıq abidəsi. İlisu kəndində vaxtilə mövcüd olmuş 9 məsciddən 7-si dövrümüzə qədər salamat qalmışdır. Məscidlərin ən böyüyü və qədim tarixə malik olanı Came məscidi olduğu ücün yerli əhali onu Ulu məscid adlandırmışdır.
Uğurbəyli (məscid)
Uğurbəyli məscidi — Bərdənin Uğurbəyli kəndində yerləşən məscid. Uğurbəyli məscidi Azərbaycanın Bərdə rayonunda eyni adlı kənddə tikilmişdir. Məsçidin tikilməsi XIX-XX əsrin əvvəllərinə aiddir. Sovet dövründə məsçid anbar kimi istifadə olundu, sonra uzun müddət qapalı qaldı və yararsız vəziyyətə gəldi. Camaat tərəfindən sökülərək yerində yeni məscid tikilmişdir. 16 dekabr 2009-cu ildə Uğurbəyli məscidinin dini icması Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində qeydiyyatdan keçib (№100109 АЗ-106). Məscid Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi tərəfindən memarlıq abidəsi kimi qeydə alınmışdır. Məscid birmərtəbəlidi. Məscidin minarəsi (hündürlüyü 12 metrdir) bişmiş kərpicdən tikilib. Döşəmə də bişmiş kərpiclə işlənib.
Yanıq məscid
Yanıq məscidi (digər adı Ərəb Məscidi) — Türkiyənin Ərdəhan şəhərinin Xəlil Əfəndi məhəlləsində məscid. Məscidin nə vaxt və kim tərəfindən inşa edildiyi dəqiq bilinmir. "93 hərbi" kimi tanınan 1877-1878 Osmanlı-Rus Müharibəsində və bundan sonrakı erməni işğalı illərində məscid yağmalanaraq xarab hala gətirilmişdir. 3 yanvar 1917-ci ildə isə erməni quldurları məscidə toplanan 373 müsəlman-türkü məscidlə birlikdə diri-diri yandırmışlar.
Yeni Məscid
Yeni Məscid və ya Validə Sultan Məscidi — İstanbulda 1597-ci ildə Sultan III Muradın həyat yoldaşı Safiyə Sultanın əmri ilə əsası qoyulan və 1663-cü ildə dövrün padşahı IV Mehmedin anası Turhan Xədicə Sultanın böyük səyləri və ianələri ilə başa çatdırılıb ibadətə açılan məsciddir. Memar Davud Ağa tərəfindən inşasına başlanmış, Memar Dalğıc Əhməd Ağa davam etdirmiş, ancaq inşaatın başlanğıcından 66 il sonra dövrün memarbaşı Mustafa Ağa tərəfindən IV Mehmed dövründə bitirilmişdir. Memar Sinanın Şahzadə Məscidində və Sedefkar Memar Mehmed Ağanın Sultanəhməd Məscidində etdiyi qübbə planını təkrar edir. Ancaq qübbənin piramidası xatırladır şəkildə yüksəlməsi özünə xas bir xüsusiyyətdir. Yeni Məscid ətrafında Validə Sultan Türbəsi, Səbil, Misir Bazarı arastası var. Məscidin memarlıq üslubu, günbəzdəki yüksəklik vurğusu və yan cəbhə aşırımıdır. Vəqflər Baş İdarəsi tərəfindən məscid və əlavələrində hazırda bərpa işləri aparılır.
İkiqibləli məscid
İkiqibləli məscid (ərəb. المسجد القبلتین‎) — Mədinədə məscid. Qiblənin dəyişdirilməsi barədə ayə nazil bu məsciddə olarkən Peyğəmbərə nazil olduğuna görə, məscidin adı hadisədən götürülmüşdür. Bəqərə surəsinin 144-cü ayəsi Məhəmməd peyğəmbərə bu məsciddə nazil olub. "(Ya Rəsulum!) Biz sənin üzünün göyə tərəf çevrildiyini görürük, ona görə də səni razı olduğun qibləyə tərəf döndərəcəyik. İndi üzünü Məscidül-Hərama tərəf çevir! (Ey müsəlmanlar!) Harada olsanız (namaz vaxtı) üzünüzü oraya döndərin! Kitab verilmişlər bunun öz Rəbbi tərəfindən bir həqiqət olduğunu yaxşı bilirlər.
Mişari Rəşid
Mişari bin Rəşid Al-Afasi (ing. Mishary bin Rashid Al-Afasy, ərəb. مشاري بن راشد العفاسي‎; 5 sentyabr 1976, Küveyt) — məşhur Quran qarisi. Onun səsi, həmçinin quran qiraəti xüsusi avazı və orijinallığı ilə fərqlənir. 10 cür qiraəti mükəmməl bilməkdədir. Mişari Rəşid Mədinə İslam Universitetində Müqəddəs Quran fakültəsi və İslam elmləri üzrə təhsil alaraq, Quranın 10-cür oxunma və tərcüməsi üzrə ixtisaslaşmışdır. Mişari Rəşid hal-hazırda Küveyt şəhərində yerləşən Məscid Al-Kəbirdə imam kimi fəaliyyət göstərir və Ramazan vaxtı həmin məsciddə Təravih namazlarını qıldırır. 2007-ci ildə ABŞ-yə gedərək orada 3 məscidə səfər etmişdir — İrvin Kaliforniya İslam Mərkəzi, Oranj dairəsi Kaliforniya İslam İnstitutu və Detroit İslam Mərkəzi Miçiqan. Onun Quran oxumaq yazıları Qatar Hava Yollarının uzun uçuşlarında media faylları içərisində sərnişinlərə təqdim olunur. "Sheikh Mishary" yazmaqla Youtube-da onun qiraətini dinləmək olar.
Qaçaq Rəşid
Qaçaq Rəşid (1885, Yağlıvənd, Cəbrayıl qəzası – 1918, Qaryagin) — Azərbaycan el qəhrəmanı, qaçaq. Murad Nəcəfqulu oğlu 1885-ci ildə Cəbrayıl qəzasının Yağləvənd obasında doğulmuşdu. Olduqca qoçaq, qorxmaz, qeyrətli olduğundan el içində "Rəşid" adlanmışdı. Qardaşını tutmaq istəyən çar məmurlarını öldürüb qaçaq olmuşdu. Qaçaq Süleymanın dəstəsinə qoşulmuş, dəstəbaşının sağ əlinə çevrilmişdi. Onunla bağlı el içində xeyli əhvalat var. Həmin əhvalatlardan gülləmələr. * * Keçən çağlarda Nikolay hökumətinin uryadnikləri Rəşidi tutub gətirib salırlar Qaryagin qazamatına. Qəza məhkəməsi Rəşidə ölüm hökmü kəsir. Yağləvənd obası içinə ün düşür.
Rəşid Abdullayev
Rəşid Abdullayev (idmançı)
Rəşid Atamalıbəyov
Rəşid Səlim oğlu Atamalıbəyov (13 iyul 1932 – 30 avqust 2012) — Azərbaycan kinorejissoru.[mənbə göstərin] 1956-cı ildə ÜDKİ-nin rejissorluq fakültəsini bitirdikdən sonra, həmin ildən kinoda çalışmağa başlamışdır.
Rəşid Axriyev
Rəşid (Bəy) Çaxoviç Axriyev (1893-1942) — Şimali Qafqaz xalqlarının ilk pilotu; Tacikistanın "Aviasiya Pioneri"; İnquşetiyanın ilk pilotu. Xüsusi eskadronun tərkibində hərbi vəzifəsini yerinə yetirərkən 1942-ci ildə vəfat edir. 1893-cü ildə Rusiya imperiyası, Terek vilayəti, Nazran rayonu, Furtouq kəndində - indi İnquşetiya Respublikasının Ceyraxski rayonunda anadan olub. Mənşəcə inquş olan Rəşidin atası rus etnoqraf və pedaqoqu Çax Axriyev, anası isə Aişa Bazorkina idi. Gimnaziyada təhsil alır, sonra 1914-cü ildə Tiflis hərb məktəbinə daxil olur və oranı bitirir. I Dünya müharibəsində iştirak edən Rəşid iki dəfə yaralanıb. Çap olunmuş mənbələrə görə, müharibə illərində 10 bombardmançı İlya Murometsdən ibarət Rusiya İmperiyası Hava Qüvvələrinin hava bölməsində xidmət etmişdir. O, rus aviasiyasının hərbi əməliyyatlarına qatılaraq alman qoşunlarını bombalayır (rabitə, anbarlar və s). Birinci Dünya müharibəsinə 27 iyul 1917-ci il tarixində qatıldı və Qatçina Hərbi Aviasiya Məktəbini (Farman IV və Moran Parasol təyyarələrində ixtisaslaşmış) müvəffəqiyyətlə başa vurur və Rusiya İmperiyası Hava Qüvvələrinin zabit-aviatoru olur. 9 avqust 1917-ci il tarixində qərargah kapitanı R.Axriyev Cənub-Qərb cəbhəsi Aviasiya Müfəttişinin sərəncamına verilir.
Rəşidə Rəşid
Rəşidə Rəşid (tam adı: Rəşidə Rəşid qızı Behbudova) — Azərbaycan opera müğənnisi. Müğənni Rəşid Behbudov və Ceyran Behbudovanın qızıdır. Azərbaycan Respublikasının Əməkdar artisti. Space TV'nin sabiq rəhbəri Kamil Şahverdiyevin həyat yoldaşıdır.