MƏSCİD

camaatla namazların qılınması, dini mərasimlərin və ictimai yığıncaqların keçirilməsi üçün ayrılmış bir yerdir. Müsəlmanlar məscidlərdə gündəlik, eləcədə də bayram namazlarını qılmaq üçün toplaşırlar. Bundan başqa, orada cəmiyyəti narahat edən ictimai məsələlər həll edilə bilər. Məscidlər təhsil ocaqları kimi də fəaliyyət göstərə bilər. Belə ki, tarixdə məscidlərin nəzdində fəaliyyət göstərən mədrəsələrin mövcudluğunu da bilirik. Məscidlərin əksəriyyəti geniş zalı olan kümbəzli binalardır. Böyük məscidlərin isə minarələri olur. Məscidlərin içində minbər və mehrab qurulur. Orada namazları qıldıran imamlar və müəzzinlər üçün ayrılmış xüsusi yerlər də vardır. Məscidlərdən bir qədər uzaqda tualetlər, dəstəmaz almaq üçün xüsusi yerlər yerləşir. Rəvayətlərə görə ən qədim məscidlərdən biri Qüdsdəki Məscidül-Əqsa məscididir. Bu məscidlərə, eləcə də Mədinədəki Məscidün- Nəbəviyə ziyarətlər edilir. Şiələr və sufilər öz imamlarının və şeyxlərinin dəfn olunduğu yerlərdə tikilmiş məscidləri də ziyarət edirlər. Mədinəyə hicrət etdikdən sonra müsəlmanlar məscidlər tikməyə başlamışdırlar. İlk məscidlərdən biri Mədinə yaxınlığındakı Quba qəsəbəsində tikilmişdir. Təfsirçilərə görə bu məscid haqqında Quranın 9: 108 ayəsi nazil olmuşdur. Sonra ən böyük məscid Mədinədə inşa edilmişdir. İndi onun yerində Məscidün-Nəbəvi kompleksi yerləşir. Sonralar dünyanın müxtəlif yerlərində çox sayda məscidlər tikilmiş və onların tikilməsi bu gün də davam etməkdədir.
MƏRYƏM
MƏSCİDÜD-DİRAR
OBASTAN VİKİ
Göy məscid
Göy məscid (Bakı)
Gödək minarəli məscid
Gödək minarəli məscid — XIX əsrə aid tarix-memarlıq abidəsi. Azərbaycanın Şəki şəhərində Yuxarı Baş Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisində yerləşir. Məscid, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb. 2019-cu il iyulun 7-də "Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi" UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib. Şəki şəhərinin tarixi mərkəzində yerləşən Gödək minarəli məscid də Ümumdünya İrsinə daxildir. Gödək minarəli məscid Şəki şəhərinin Sarı Torpaq məhəlləsində yerləşir. Yuxarı Baş Dövlət Tarix-Memarlıq Qoruğunun tərkibində olan ibadət evi hicri-qəməri təqvimi ilə 1226-cı ildə (miladi 1811) Hacı Abdurrahman bəy və Hacı Sədrəddin bəy tərəfindən tikdirilib. Məscidin inşa tarixini giriş qapısının üstündə olan kitabədən təyin etmək mümkündür. Kitabənin üzərində ərəb dilində yazılıb: Məscid daşdan və kərpicdən inşa edilib, iki otağdan və bir dəhlizdən ibarətdir. Məscidin tavanı şəbəkədəndir.
Göy məscid (Bakı)
Əjdər bəy məscidi — 1912-ci ildə inşa edilmişdir. "İttifaq" məscidi kimi də tanınır. Memarı — Zivər bəy Əhmədbəyovdur. Ötən əsrin əvvəllərində, 1912–1913-cü illərdə tanınmış xeyriyyəçi Əjdər bəy Aşurbəyov tərəfindən Bakı şəhərində tikilib istifadəyə verilmiş məscid Azərbaycanda mötəbər dini ibadət mərkəzlərindən biridir. Bu müqəddəs məbəd müsəlmanların birliyinin rəmzi kimi ilk vaxtlar "İttifaq" məscidi adı ilə tanınmışdır. Bakı müsəlmanlarının ən qədim və iri ibadətgahlarından olan bu məscid Hacı Əjdərbəyin şəxsi büdcəsi hesabına tikilib. O zaman bu ziyarətgah 400 nəfərin ibadəti üçün nəzərdə tutulub. Ancaq sovet hökuməti dağıldıqdan sonra bu məscidə də ziyarətə gələnlərin sayı xeyli artdığından ərazidə böyük sıxlıq yaranırdı. Elə bu səbəbdən də Qafqaz Müsəlmanları İdarəsi məscidin yenidən qurulmasını, ibadət otaqlarının sayını artırmağı qərara alıb. Hesablamalara görə, yenidənqurma işləri başa çatdıqdan sonra burada 2000-ə yaxın dindar ibadət edə biləcək.
Göy məscid (Kazan)
Göy məscid — Kazanda Qədim Tatar qəsəbəsində yerləşən, tatar məbəd memarlığının bir nümunəsi. Adını divarlarının rənginə görə alıb. 1815–1819-cu illərdə klassisizm üslubunda kazanlı tacir Əhməd Aitov-Zamanovun vəsaitinə tikilib. 2 mərtəbəli, 2 zallı və damında 3 pilləli minarəsi olan məscidin memarı məlum deyil. 1864-cü ildə tacir Q. Müstəqimov öz torpaq sahəsini məscidə bağışlayaraq onun binasını dah 3 pəncərə böyütmüş və ətrafında isə memar P. Romanovun layihəsi ilə hasar çəkdirmişdir. 1907-ci ildə tacir Q. İşmuratov məscidin mehrab hissəsini və digər texniki bölmələri böyütmüşdür. Tatarıstan Mərkəzi İcraiyyə Komitəsinin 10 mart 1932-ci il qərarı ilə məscid bağlanmış onun minarəsi isə sökülmüşdür. Sovet dövründə məscid binasından yaşayış evi kimi istifadə olunub. 1993-cü ildən təyinatı üzrə məscidi kimi fəaliyyət göstərməyə başlasa da minarəsi 2009-cu ildə yenidən tikilib. Bu ərazidə ibadətgahın yaranması 1778-ci ilə dayanır.
Göy məscid (Təbriz)
Göy məscid (fars. مسجد کبود‎ Məsced-i Kabud) — Təbriz şəhərində yerləşən məşhur tarixi memarlıq abidəsi, Azərbaycan memarlığının ən dəyərli nümunələrindən biri. Abidədə yüzilliklərin yetkinləşmiş bədii memarlıq üslubu, məscid planının ustalıqla hazırlanması, kompozisiya kamilliyi, Azərbaycan memarlığında geniş yayılmış motiv və formaların yüksək bədii tərzdə yaradılması, zəngin memarlıq bəzəyindəki nəfislik əks olunmuşdur. Qaraqoyunlular dövrünün yadigarı, vaxtı ilə böyük və əzəmətli memarlıq kompleksindən ibarət olan bu tikili hazırda xarabalıq şəklindədir. İnşası zamanı 52 metr uzunluğunda olmuş baş fasadın qarşısında geniş həyət vardı. Arkadalı hasara alınmış məscid həyətində hovuz olmuşdur. Mərkəzi günbəzli məscidin özünəməxsus planına, binalarına Azərbaycanın başqa dini binalarında rast gəlinmir. XV əsrdə Təbriz özünün memarlıq – planlaşdırma inkişafının əhəmiyyətli çağlarından birini keçirirdi. Qaraqoyunlu və Ağqoyunlu hökmdarları – Cahanşah Həqiqi (1438–1467), Uzun Həsən (1453–1478) və Sultan Yaqub (1478–1490) bu zaman Azərbaycanın paytaxt şəhərində düşüncə genişliyi ilə seçilən şəhərsalma tədbirləri görürlər. Təbrizdə bir sıra iri memarlıq kompleksləri – Müzəffəriyyə, Qeysəriyyə, Nəsriyyə, Maqsudiyyə, Həşt Behişt saray kompleksi və Baqe Şemal və başqa Azərbaycan memarlığının maraqlı və dəyərli nümunələri olan memarlıq kompleksləri meydana gəlir.
Göy məscid (İrəvan)
Göy məscid, Göy Cami (erm. Կապույտ Մզկիթ; Kapuyt Mzkit, erm. Գյոյ Մզկիթ, Gyoy Mzkit) və ya Hüseynəli xan məscidi — Ermənistanın paytaxtı İrəvanda azərbaycanlılara məxsus islam dini məbədi. 1766-ci ildə İrəvan xanı Hüseynəli xanın əmri ilə tikilmişdir və Azərbaycan memarlıq nümunələrindən biridir. Eni 66 metr, uzunluğu 97.2 metr olan Göy məscid İrəvan məscidləri içərisində ölçüsünə görə ən böyüyü və İrəvan şəhərinin mərkəzi came məscidi idi. Corc Burnutyan məscidin 1762–1783-cü illərdə, Vladimir M. Arutunyan isə 1764–1768-ci illərdə inşa edildiyini bildirir. Çar dövründə İrəvanda azərbaycanlıların dini ibadətlərini etdikləri 8 məsciddən biri idi. Məscid 28 hücrə, kitabxana, ibadətgah və iç həyətdən ibarətdir. Ümumilikdə 7.000 kvadrat metrlik ərazidə yerləşir. İkinci dünya müharibəsindən sonra Sovet hökumətinin radikal dünyəvi siyasətinə uyğun olaraq hündürlüyü 24 metr olan 4 minarədən 3-ü söküldü və 1952-də məscidin bir hissəsi planetariyə, bir hissəsi isə məktəbə döndərilmişdir.
Məscid
Məscid (ərəb. مسجد‎ — "səcdə yeri") — İslam dinində müsəlmanların Allaha kütləvi və tək ibadətləri üçün nəzərdə tutulmuş memarlıq tikilisi. Məscid namaz qılınan məkanı ifadə edir. Xüsusi ərazidə olan günbəzli və minarəli bina üslubunda tikilir. Bir çox hallarda daxili həyətə malik olur. Minarələrin sayı birdən doqquzacan ola bilər. Daxili ibadət zalının divarları təsvirsiz olmalıdır. Ancaq divarlarda Qurandan ərəb dilində sətirlər yazıla bilər. Məscid Məkkə istiqamətində tikilməlidir. İbadət zalında Məkkə istiqamətindəki divarda mehrab adlanan boşluq olur.
Büllur məscid
Büllur məscid (malay Masjid Kristal) — Malayziyada Trenqanu sultanlığının Kuala Trenqanu şəhərində yerləşən məscid. Məscid Van Man adasında İslam İrsi Parkında yerləşir. Unikallığı ilə çox populyar olan Büllur məscid Malayziyada ən məşhur turizm yerlərindən biri kimi tanınır. Məscid 2006 və 2008-ci illər aralığında tikilib. Məscidin rəsmi açılışı Trenqanudan 13-cü Yanq di-Pertuan Aqonq olan Sultan Mizan Zaynal Abidinin iştirakı ilə 8 fevral 2008-ci ildə keçirilmişdir. Məsciddə eyni vaxtda 1500-dən çox dindar ibadət edə bilər. Büllur məscidin tikintisində polad, büllur, şüşədən istifadə edildiyinə görə belə adlandırılır. Bu unikal struktur mavritan və qotik memarlıq elementlərin tətbiq edildiyi müasir üslubda yaradılıb. Böyük büllur çilçıraq əsas ibadət zalının mərkəzində yerləşir. Gecə vaxtı məscidin günbəz və minarəsi müxtəlif rəngli işıqların təsirindən rəngini dəyişir.
Daş məscid
Daş məscid ― 1325-ci ildə Elxanilər dövründə Şərqi Azərbaycanın, Sərab şəhristanının, Əsnəq kəndində tikilmiş məscid.
Mədrəsə-məscid
Mədrəsə-məscid — Bakı şəhərinin ən qədim hissəsi İçərişəhərdə yerləşən, artıq mövcud olmayan Came məscidinin hücrə qalıqlarından biri olan və bir müddət mədrəsə-məscid kimi fəaliyyət göstərmiş, indi isə dükan olan tarixi abidə. Son orta əsrlərdə əsasən məscid-mədrəsə kimi fəaliyyət göstərmiş bu abidə İçəri Şəhərdə mövcud olmuş Came məscidinin hal-hazıra qədər qalmış hücrələrindən biridir. Hücrələr XV əsrdə Came həyətində tədris məqsədilə inşa olunmuşdur. İçəri Şəhər Asəf Zeynallı küçəsinin genişlənməsi və yol-tikinti işlərilə əlaqədar XIX əsrin ortalarında Came məscidinin hücrələri dağıdılmış, salamat qalmış hücrələrdən biri məscid mədrəsə kimi istifadə edilmişdir. Məscid mədrəsənin girişinin portalında digər hücrələr ilə əlaqə yaradan çıxıntı ilə bərabər memarlığın əsas prinsipləri – daş üzrə oymalar, geniş naxış palitrası, bədii epiqrafika və s. əks olunmuşdur. Əsasən daş üzərində tikinti və naxış işlərinin keyfiyyəti mükəmməldir. İmamqulu məktəb-məscidi "MƏDRƏSƏ MƏSCİD" (az.). icherisheher.gov.az. 2017-01-19 tarixində orijinalından arxivləşdirilib.
Mədrəsə məscid
Mədrəsə-məscid — Bakı şəhərinin ən qədim hissəsi İçərişəhərdə yerləşən, artıq mövcud olmayan Came məscidinin hücrə qalıqlarından biri olan və bir müddət mədrəsə-məscid kimi fəaliyyət göstərmiş, indi isə dükan olan tarixi abidə. Son orta əsrlərdə əsasən məscid-mədrəsə kimi fəaliyyət göstərmiş bu abidə İçəri Şəhərdə mövcud olmuş Came məscidinin hal-hazıra qədər qalmış hücrələrindən biridir. Hücrələr XV əsrdə Came həyətində tədris məqsədilə inşa olunmuşdur. İçəri Şəhər Asəf Zeynallı küçəsinin genişlənməsi və yol-tikinti işlərilə əlaqədar XIX əsrin ortalarında Came məscidinin hücrələri dağıdılmış, salamat qalmış hücrələrdən biri məscid mədrəsə kimi istifadə edilmişdir. Məscid mədrəsənin girişinin portalında digər hücrələr ilə əlaqə yaradan çıxıntı ilə bərabər memarlığın əsas prinsipləri – daş üzrə oymalar, geniş naxış palitrası, bədii epiqrafika və s. əks olunmuşdur. Əsasən daş üzərində tikinti və naxış işlərinin keyfiyyəti mükəmməldir. İmamqulu məktəb-məscidi "MƏDRƏSƏ MƏSCİD" (az.). icherisheher.gov.az. 2017-01-19 tarixində orijinalından arxivləşdirilib.
Məscid (Qoşaçay)
Məscid (fars. مسجد‎) — İranın Qərbi Azərbaycan ostanının Qoşaçay şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 171 nəfər yaşayır (43 ailə).
Məscid Süleyman
Məscid Süleyman — İranın Xuzistan ostanının şəhərlərindən və Məscid Süleyman şəhristanının mərkəzidir.2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 106,121 nəfər və 22,393 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti bəxtiyarilərdən ibarətdir, bəxtiyari dialektində danışırlar və şiə müsəlmandırlar.
Qamış məscid
Yuxarı Gövhər ağa məscidi və ya Şuşa cümə məscidi — Şuşa şəhərinin mərkəzi Meydanında yerləşən və şəhər ərazisində tikilmiş ən qədim məsciddir. Məscid Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən ölkə əhəmiyyətli tarix-mədəniyyət abidəsi kimi qeydiyyata alınmışdır. Yuxarı Gövhər ağa məscidinin inşası dörd mərhələdə həyata keçirilmişdir. Ərazidə ilk məscid Qarabağ xanlığının və Şuşa qalasının banisi Pənahəli xanın göstərişi ilə Qarabağ xan sarayı ilə paralel təxminən 1750-ci illərdə qamışdan inşa edilmişdir. İbrahimxəlil xan hakimiyyətə gəldikdən sonra 1768–1769-cu illərdə qamış məscidin yerində daşdan yeni məscid tikilmişdir. XIX əsrin I yarısında Gövhər ağanın maddi dəstəyi ilə İbrahimxəlil xanın yararsız hala düşmüş məscidinin yerində qoşa minarəli üçüncü məscid inşa edilmişdir. 1883-cü ildə Gövhər ağanın maddi vəsaiti əsasında üçüncü məscidin yerində Şuşanın dördüncü və sonuncu cümə məscidi inşa edilmişdir. Dövrümüzə yaxşı qorunmuş səviyyədə çatmış dördüncü məscidin memarı Qarabağda bir çox tikililərin müəllifi olan Kərbəlayi Səfixan Qarabağidir. Yuxarı Gövhər ağa məscidinin minarələrinin dekoru və məscid yaxınlığındakı mədrəsənin ikinci mərtəbəsində otaqlardan birinin divar rəsmləri Mir Möhsün Nəvvab tərəfindən işlənmişdir. 1992-ci ildə Şuşa şəhərinin Ermənistan Silahlı Qüvvələrinin nəzarətinə keçməsindən sonra, Yuxarı Gövhər ağa məscinin interyerləri tamamilə dağıdılmış, fasadına ciddi ziyan vurulmuş, minarələrinin minbər hissələri dağıdılmışdır.
Taxtalı məscid
Taxtalı məscid (rus. Тахталы-Джами, ukr. Тахтали Джамі, krımtat. Tahtalı Cami, türk. Tahtalı Cami) — Ukraynada, Krımın Bağçasaray şəhərində XVIII əsrə aid məscid. 1707-ci ildə I Səlim Girayın qızı Bəyxan Sultanxani tərəfindən tikilmişdir. İsmayıl Qaspıralı küçəsində yerləşir. Məscidin memarlığında şəhərin köhnə üslubu dominantdır. Bu üslubu köhnə Bağçasarayın demək olar ki, hər yerindən görmək olar. Məscid taxta lövhələrdən tikilmişdir, sonra divarları çəkərkən daş bloklarla örtülmüşdür.
Ulu məscid
Ulu məscid (digər adı İlisu came məscidi) — Azərbaycanın Qax rayonunun İlisu kəndində yerləşən tarixi-memarlıq abidəsi. İlisu kəndində vaxtilə mövcüd olmuş 9 məsciddən 7-si dövrümüzə qədər salamat qalmışdır. Məscidlərin ən böyüyü və qədim tarixə malik olanı Came məscidi olduğu ücün yerli əhali onu Ulu məscid adlandırmışdır.
Uğurbəyli (məscid)
Uğurbəyli məscidi — Bərdənin Uğurbəyli kəndində yerləşən məscid. Uğurbəyli məscidi Azərbaycanın Bərdə rayonunda eyni adlı kənddə tikilmişdir. Məsçidin tikilməsi XIX-XX əsrin əvvəllərinə aiddir. Sovet dövründə məsçid anbar kimi istifadə olundu, sonra uzun müddət qapalı qaldı və yararsız vəziyyətə gəldi. Camaat tərəfindən sökülərək yerində yeni məscid tikilmişdir. 16 dekabr 2009-cu ildə Uğurbəyli məscidinin dini icması Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində qeydiyyatdan keçib (№100109 АЗ-106). Məscid Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi tərəfindən memarlıq abidəsi kimi qeydə alınmışdır. Məscid birmərtəbəlidi. Məscidin minarəsi (hündürlüyü 12 metrdir) bişmiş kərpicdən tikilib. Döşəmə də bişmiş kərpiclə işlənib.
Yanıq məscid
Yanıq məscidi (digər adı Ərəb Məscidi) — Türkiyənin Ərdəhan şəhərinin Xəlil Əfəndi məhəlləsində məscid. Məscidin nə vaxt və kim tərəfindən inşa edildiyi dəqiq bilinmir. "93 hərbi" kimi tanınan 1877-1878 Osmanlı-Rus Müharibəsində və bundan sonrakı erməni işğalı illərində məscid yağmalanaraq xarab hala gətirilmişdir. 3 yanvar 1917-ci ildə isə erməni quldurları məscidə toplanan 373 müsəlman-türkü məscidlə birlikdə diri-diri yandırmışlar.
Yeni Məscid
Yeni Məscid və ya Validə Sultan Məscidi — İstanbulda 1597-ci ildə Sultan III Muradın həyat yoldaşı Safiyə Sultanın əmri ilə əsası qoyulan və 1663-cü ildə dövrün padşahı IV Mehmedin anası Turhan Xədicə Sultanın böyük səyləri və ianələri ilə başa çatdırılıb ibadətə açılan məsciddir. Memar Davud Ağa tərəfindən inşasına başlanmış, Memar Dalğıc Əhməd Ağa davam etdirmiş, ancaq inşaatın başlanğıcından 66 il sonra dövrün memarbaşı Mustafa Ağa tərəfindən IV Mehmed dövründə bitirilmişdir. Memar Sinanın Şahzadə Məscidində və Sedefkar Memar Mehmed Ağanın Sultanəhməd Məscidində etdiyi qübbə planını təkrar edir. Ancaq qübbənin piramidası xatırladır şəkildə yüksəlməsi özünə xas bir xüsusiyyətdir. Yeni Məscid ətrafında Validə Sultan Türbəsi, Səbil, Misir Bazarı arastası var. Məscidin memarlıq üslubu, günbəzdəki yüksəklik vurğusu və yan cəbhə aşırımıdır. Vəqflər Baş İdarəsi tərəfindən məscid və əlavələrində hazırda bərpa işləri aparılır.
İkiqibləli məscid
İkiqibləli məscid (ərəb. المسجد القبلتین‎) — Mədinədə məscid. Qiblənin dəyişdirilməsi barədə ayə nazil bu məsciddə olarkən Peyğəmbərə nazil olduğuna görə, məscidin adı hadisədən götürülmüşdür. Bəqərə surəsinin 144-cü ayəsi Məhəmməd peyğəmbərə bu məsciddə nazil olub. "(Ya Rəsulum!) Biz sənin üzünün göyə tərəf çevrildiyini görürük, ona görə də səni razı olduğun qibləyə tərəf döndərəcəyik. İndi üzünü Məscidül-Hərama tərəf çevir! (Ey müsəlmanlar!) Harada olsanız (namaz vaxtı) üzünüzü oraya döndərin! Kitab verilmişlər bunun öz Rəbbi tərəfindən bir həqiqət olduğunu yaxşı bilirlər.
Məscid və məscid həyəti ibadət yeri
1990-1993-cü illər Qız qalasının ətrаfındаkı dini kompleksin daha dəqıq öyrənilməsi məqsədilə аrxeolоq F.İbrаhimоv tərəfindən qаzıntı işləri аpаrılmış və qаlаnın şimаlındа IX əsrə aid edilən məscid аşkаr оlunmuşdur. Bu ərаzidə 1998-ci ildə аpаrılаn qısаmüddətli аrxeоlоji qаzıntılаr 2 оtаğın da vаrlığını аşkаr etmişdir. Bunlаrdаn böyük оtаğın döşəməsində qаzıntı dаvаm edilən zаmаn qərb divаrının cənub-qərb küncünə yахın hissədə üstü tаğ fоrmаlı tахcа içərisində yerləşdirilmiş mehrаb аşkаr оlundu. Mehrаbın üstündə iki kəlmədən ibаrət qədim ərəb əlifbаsı ilə kufi xətli yаzı vаr. Həmin yаzını epiqrafçı alim Məşədiхаnım Nemət охumuşdur. Yаzının məzmunu belədir: "Hаkimiyyət Аllаhа məxsusdur". Tədqiqatçılar müqаyisəli təhlilə və xətt xüsusiyyətinə görə bu yаzını VIII-IX əsrə аid edir. Məscid, оnunlа yаnаşı tikilmiş оtаqlаr və sırаtаğlı аbidə оnlаrın vаhid kоmpleksə dахil оlduğu ehtimаlını yаrаdır. Şəhərin kаrvаn-ticаrət yоlu üzərində yerləşdiyini nəzərə аlıb bu ərаzidə хаnəgаhın оlduğu ehtimаlını dа söyləmək olar. Tаrixçi-аrxeоlоq F.İbrаhimоv bu məscidin, оnun tikildiyi dövrdə yаşаmış görkəmli ruhаni аlim və din хаdimi, əslən bаkılı оlаn Baba Kuhi Bakuvinin məscidi оlduğunu ehtimаl edir.
Həzar Məscid dağları
Həzar Məscid dağları (fars. رشته‌کوه هزارمسجد‎) — İranda dağ silsiləsi. Kopetdağ silsiləsinin cənub-şərq hissəsini təşkil edir. İranın Rəzəvi Xorasan ostanında, Dərgəzdən təxminən 20 kilometr (12 mil) şərqdə və Məşhəddən 70 kilometr (43 mil) şimalda yerləşir. Dağ silsiləsi ölkənin ucqar şimal-şərq hissəsində yerləşir. Hündürlüyü 3,040 metr olan Həzar Məscid dağı qrupun ən yüksək zirvəsidir və dağ silsiləsinin demək olar ki, mərkəzi hissəsində yerləşir. "Həzar Məscid" fars dilindədir və iki sözdən ibarətdir. Bunlar "min" mənasını verən "həzar" və "məscid"dir. Odur ki, . "Həzar Məscid" adı "min dənə məscid" deməkdir.
Mirvari məscid (Dehli)
Mirvari Məscid — (Hindi dili: मोती मस्जिद, Urdu dili: موتی مسجد, tərcüməsi: Mirvari Məscid) — 1659-1660-cı illərdə Dehlidə, Sultan Övrəngzeb tərəfindən tikdirilmiş məscid. Moti Masjid Arxivləşdirilib 2008-05-07 at the Wayback Machine Koch, Ebba, 1991, Mughal Architecture, Munich: Prestel, 121-122. Tillotson, GHR. 1990. Mughal India San. Francisco: Chronicle books, 81-81.
Mədrəsə-məscid (İçərişəhər)
Mədrəsə-məscid — Bakı şəhərinin ən qədim hissəsi İçərişəhərdə yerləşən, artıq mövcud olmayan Came məscidinin hücrə qalıqlarından biri olan və bir müddət mədrəsə-məscid kimi fəaliyyət göstərmiş, indi isə dükan olan tarixi abidə. Son orta əsrlərdə əsasən məscid-mədrəsə kimi fəaliyyət göstərmiş bu abidə İçəri Şəhərdə mövcud olmuş Came məscidinin hal-hazıra qədər qalmış hücrələrindən biridir. Hücrələr XV əsrdə Came həyətində tədris məqsədilə inşa olunmuşdur. İçəri Şəhər Asəf Zeynallı küçəsinin genişlənməsi və yol-tikinti işlərilə əlaqədar XIX əsrin ortalarında Came məscidinin hücrələri dağıdılmış, salamat qalmış hücrələrdən biri məscid mədrəsə kimi istifadə edilmişdir. Məscid mədrəsənin girişinin portalında digər hücrələr ilə əlaqə yaradan çıxıntı ilə bərabər memarlığın əsas prinsipləri – daş üzrə oymalar, geniş naxış palitrası, bədii epiqrafika və s. əks olunmuşdur. Əsasən daş üzərində tikinti və naxış işlərinin keyfiyyəti mükəmməldir. İmamqulu məktəb-məscidi "MƏDRƏSƏ MƏSCİD" (az.). icherisheher.gov.az. 2017-01-19 tarixində orijinalından arxivləşdirilib.
Məscid Süleyman şəhristanı
Məscid Süleyman şəhristanı — İranın Xuzistan ostanının şəhristanlarından biri. Şəhristanın inzibati mərkəzi Məscid Süleyman şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 117,796 nəfər və 24,776 ailədən ibarət idi.
Cənnə Böyük məscidi
Cənnə Böyük məscidi (fr. Grande mosquée de Djenné, ərəb. الجامع الكبير في جينيه‎) Sudan-Sahel memarlıq üslubunun ən böyük nailiyyətlərindən biri və çoxlu memarların təxəyülünün məhsulu olan böyük çiy kərpic tikilisidir. Məscid Malinin Cənnə şəhərində Bani çayının çaybasar hissəsində yerləşir. Bu yerdə ilk məscid 13-cü əsrdə tikilib, lakin hazırkı struktur 1907-ci ilə təsadüf edir. Eləcə də, Cənnə icmasının mərkəzi olan bu yer Afrikanın ən məşhur memarlıq abidələrindən biridir. Cənnənin Qədim şəhər hissəsi ilə yanaşı bu tikili 1988-ci ildə YUNESKO tərəfindən Dünya irsi siyahısına əlavə olunub. Cənnədə birinci məscidin tikilməsinin dəqiq tarixi məlum deyil, ancaq tarix kimi 1200-cü ilin əvvəlləri və 1330-cu illərin sonu göstərilir. Məscidin mövcudluğunu bildirən ən qədim sənəd on yeddinci əsrin ortalarında mövcud olmuş ehtimal ki, şifahi ənənələrdən ilk tarixi məlumatı verən Abd əl-Sadinin Tarix əl-Sudan gündəliyidir. Bu gündəlikdə Sultan Kunburunun müsəlman olması və öz sarayını sökdürərək, yerində məscid inşa etdirməsi göstərilir.
Dondarlı məscidi
Çöl məscidi və ya Dondarlı məscidi — Qubadlı rayonu, Dondarlı kəndi ərazisindı yerləşən Arran memarlıq məktəbi üslubunda tikilmiş məscid. Məscidin üzərində olan dörd yumru xanadakı yazılardan bəlli olur ki, dini ibadət yeri XIX əsrin ortalarında inşa edilib. Giriş qapısı üzərində olan yarım dairəvi tağbəndə ki, yazıda hicri təqvimi ilə 1281-ci il qeyd edlib. Bu da miladi tarixi ilə 1860-cı il hesab olunur. Həmcinin bu kitabədə qeyd olunur: Sahibul cəmaətul Dondarlı, yəni onun sahibi Dondarli caamatıdır. Məscidin üzərində daha bir kitabədə isə binanın hicri 1081-ci ildə tikildiyi yazılıb. Bu da miladi tarixlə 1670-ci il hesab olunur. Bu yazılarda aydın olur ki, Dondarli kənd məscidi bir dəfə uçulduqdan sonra, yenidən tikilib. Məsciddə xidmət edən nəsl şəcərəsi 1916-cı ilə kimi həmin məscid də fəaliyyətini davam etdirmişdir. Sovet hökuməti tərəfindən rerpessiya olunmuş Azərbaycanın tanınmış ziyalısı Bəhlul Əfəndi (Bəhlul Behçət) bu nəsildəndir.
Dərbənd Cümə məscidi
Cümə məscidi — Rusiya Federasiyasının Dağıstan Respublikasının Dərbənd şəhərində yerləşən məscid. Bu, müsəlmanların ibadəti üçün tikilmiş ən qədim məscid olmaqla yanaşı, həm də İslam aləmində ən qədim məscidlərdən biridir. Sasanilər İmperiyası tərəfindən möhkəmləndirilmiş Dərbənd Yaxın Şərqdə qədim şəhərlərdən biri sayılırdı. VIII əsrdə Məsləmə ibn Əbdülmalikin başçılığı ilə ərəblərin Qafqaza birinci yürüşləri zamanı şəhər işğal olundu. Ərəblər Dərbəndə xüsusi diqqət yetirmiş, hətta onu Bab-əl Əbvab – yəni "Qapılar qapısı" adlandırmışlar. Ərəb sərkərdəsi xilafətin Azərbaycan canişini Məsləmə ibn Əbdülmalik Suriyadan Dərbəndə 24000 əsgər köçürərək şəhəri 4 hissəyə və ya məhəllələrə ayırdı. Hər məhəllənin öz məscidi inşa olunmaqla yanaşı eyni zamanda hicri tarixi ilə 115-ci ildə (miladi 733-734-cü il) ümumşəhər Cümə məscidi inşa olundu. Geniş bir meydanda Şərqdən Qərbə doğru istiqamətlənərək düzbucaqlı daş hasarla (67x17m) əhatə olunmuş Cümə məscidinin plan strukturu sütun düzülüşü ilə kvadrat formalı 3 nefə ayrılıb. Məscid şimaldan cənuba doğru istiqamətlənmiş mərkəz xəttin oxvarı daş günbəzlə örtülmüş kvadrat formalı zalla tamamlanır. Plan strukturu baxımından məscidin birbaşa analoqu olmayan daxili hissəsi eni istiqamətində çoxsaylı hissələrə bölünərək nəhəng memarlıq orqanizminə dinamik xarakter verir.
Ermənistan ərazisində azərbaycanlılara məxsus məscid və dini abidələrin siyahısı
Ermənistan ərazisindəki Azərbaycan mədəni irsinə aid abidələrin siyahısı — İrəvan xanlığı, indiki Ermənistan ərazisində islam dini VII əsrdən etibarən yayılmışdır. Bu ərazidə yüzlərlə məscid və digər dini ibadət yerləri mövcud olmuşdur. Bu bölgədə mövcud olan dini abidələr haqqında İrəvanda olmuş səyyahların əsərlərində kifayət qədər məlumat əldə etmək mümkündür. Ümumiyyətlə, 1912-ci ilə qədər Qərbi Azərbaycan (indiki Ermənistan) ərazisində İrəvan qəzasında 42, Eçmiədzin qəzasında 33, Zəngəzur qəzasında 35 məscid fəaliyyət göstərmişdir Abbas Mirzə məscidi — Tamamən dağıdılmışdır. Əxi Təvəkkül zaviyəsi Ərgəz məscidi Dəmirbulaq məscidi (1909–1990) — Tamamən dağıdılmışdır. Göy məscid (1776) — Ermənilər məscidi "Fars məscidi" kimi təqdim edirlər. Xudabəndə məscidi Hacı Cəfər bəy məscidi (XVIII əsr) — Tamamən dağıdılmışdır. Novruzəli bəy məscidi — Tamamən dağıdılmışdır. Rəcəb Paşa məscidi (1725–1828) — 1930-cu illərdə tamamən dağıdılmışdır. Sərdar məscidi (1510–1918) — Sovet Ermənistanı dövründə Sərdar məscidi hissə-hissə sökülərək onun yerində yaşayış evləri tikimişdir.
Ermənistanda olan məscidlər
1915-ci ildə Zəngəzur və İrəvan quberniyasının ərazisində 382 şiə məscidi, 9 sünni məscidi fəaliyyət göstərib. İrəvan quberniyasında məscidlərin artma dinamikası 1904-cü ildə 201, 1911-ci ildə 342, 1915-ci ildə 382 şəklində olub. Bu artım dinamikası bölgədə müsəlman əhalisinin sürətlə artmasından və bu ərazidə müsəlman ruhanilərinin güclü mövqeyindən xəbər verir. Məhəllə məscidləri Zəngəzurun Şəki, Vaqudi, Mərdhuz, Qarraq, Saldaş, Karkyal, Ağbəs, Ağbağ, Hacıəmi, Ballıqaya, Karkas, Çaralı, Xardcmaqlı, Dəstəkərd, Qalacıq, Cicimli 1, Cicimli 2, Qaroaçalı, Seydlər, Mollalar, Təzə Kilsə, Nərcan, Zor, Əfəndilər, Pasan, Xurtekes, Hacıqəmbər, Qarabağlar, Dəmirçilər, Dondarlı, Kurdaluq, Ulaclı, Saraclı, Dərzili, Oxçi, Kaqlar kəndlərində fəaliyyət göstərib. Ümumilikdə İrəvan quberniyasının Eçmiədzin uyezdində 36 məhəllə məscidi, Sürməli uyezdində 47 məhəllə məscidi, Şərur-Dərələyəz uyezdində 63 məhəllə məscidi, Novobayəzed uyezdində 14 məhəllə məscidi, İrəvan uyezdində 54 məhəllə məscidi fəaliyyət göstərib. Bu məscidlərdə quberniyada anadan olanların, ölənlərin, evlənənlərin, boşananların qeydiyyatı aparıb. Hər məhəllənin mollası qubernator tərəfindən təyin olunub. İrəvan şəhərinin özündə isə XX əsrin əvvəlinə kimi Qədim Şəhər, Çame, Hacı Novruzəlibəy, Hacı İmamverdibəy, Mirzə Səfibəy, Hacı Cəfərbəy məscidləri fəaliyyət göstərib. İrəvanın Came məscidi kompleksində iri mədrəsə binası da mövcud olub. Bu tarixi abidələrin əksəriyyəti ermənilər tərəfindən vəhşicəsinə məhv edilib, yaxud mənşəyi dəyişdirilib.
Ermənistandakı məscidlərin siyahısı
1915-ci ildə Zəngəzur və İrəvan quberniyasının ərazisində 382 şiə məscidi, 9 sünni məscidi fəaliyyət göstərib. İrəvan quberniyasında məscidlərin artma dinamikası 1904-cü ildə 201, 1911-ci ildə 342, 1915-ci ildə 382 şəklində olub. Bu artım dinamikası bölgədə müsəlman əhalisinin sürətlə artmasından və bu ərazidə müsəlman ruhanilərinin güclü mövqeyindən xəbər verir. Məhəllə məscidləri Zəngəzurun Şəki, Vaqudi, Mərdhuz, Qarraq, Saldaş, Karkyal, Ağbəs, Ağbağ, Hacıəmi, Ballıqaya, Karkas, Çaralı, Xardcmaqlı, Dəstəkərd, Qalacıq, Cicimli 1, Cicimli 2, Qaroaçalı, Seydlər, Mollalar, Təzə Kilsə, Nərcan, Zor, Əfəndilər, Pasan, Xurtekes, Hacıqəmbər, Qarabağlar, Dəmirçilər, Dondarlı, Kurdaluq, Ulaclı, Saraclı, Dərzili, Oxçi, Kaqlar kəndlərində fəaliyyət göstərib. Ümumilikdə İrəvan quberniyasının Eçmiədzin uyezdində 36 məhəllə məscidi, Sürməli uyezdində 47 məhəllə məscidi, Şərur-Dərələyəz uyezdində 63 məhəllə məscidi, Novobayəzed uyezdində 14 məhəllə məscidi, İrəvan uyezdində 54 məhəllə məscidi fəaliyyət göstərib. Bu məscidlərdə quberniyada anadan olanların, ölənlərin, evlənənlərin, boşananların qeydiyyatı aparıb. Hər məhəllənin mollası qubernator tərəfindən təyin olunub. İrəvan şəhərinin özündə isə XX əsrin əvvəlinə kimi Qədim Şəhər, Çame, Hacı Novruzəlibəy, Hacı İmamverdibəy, Mirzə Səfibəy, Hacı Cəfərbəy məscidləri fəaliyyət göstərib. İrəvanın Came məscidi kompleksində iri mədrəsə binası da mövcud olub. Bu tarixi abidələrin əksəriyyəti ermənilər tərəfindən vəhşicəsinə məhv edilib, yaxud mənşəyi dəyişdirilib.
Eyyub ağa məscidi
Əyyub ağa məscidi — Ağstafa rayonun Dağ Kəsəmən kəndində yerləşən məscid. Məscidinin imamı və dini icmasının sədri Hüseyn Hüseynovdur. Məscid Əyyub ağa tərəfindən tikdirilmişdir. Məscid binası öz ilkin variantını qoruyub saxlamışdır. Divarları başdan-başa bişmiş kərpiclə hörülmüşdür. Məscidin hündürlüyü 30 metrə yaxındır. Günbəzi dörd tağ üzərində dayanmışdır. Mehrabının hündürlüyü 3,5 metrdir, tağvari formadadır. Döşəməsi bişmiş kərpiclə işlənmişdir. Məscidin bir giriş qapısı və altı pəncərəsi vardır.
Fateh məscidi
Fateh məscidi (İstanbul)
Fateh məscidi (Tirilye)
Fateh məscidi (türk. Fatih Camii) ― Türkiyənin Bursa ilinin Tirilye (Zeytinbağı) məhləsində məscid. Bina əvvəlcə 8-ci və ya 9-cu əsrlərdə Bizans kilsəsi olaraq inşa edilmiş və daha sonra XVI əsrdə müsəlmanların ibadət yerinə çevrilmişdir. Tikili 1920-ci ildən 1922-ci ilə qədər 1923-cü ildə yenidən məscidə çevrilənə qədər yenidən Yunan pravoslav kilsəsi olaraq xidmət etmişdir. Orijinal tikili 720–730-cu illər (və ya Robert Ousterhota əsasən 9-cu əsrin əvvəllərində) arasında inşa edilmiş ola bilər və böyük ehtimalla ya Məsih və Müqəddəs Ruhani Stefan kilsəsi, ya da Müqəddəs Teodor kilsəsi olaraq bilnirdi. Osmanlılar Anadolunu fəth etdikdən sonra Bizans kilsəsi məscidə çevrildi və Fateh məscidi adlandırıldı. 1920-ci ildə Bursa Yunan qüvvələri tərəfindən qısa müddətli işğal edildi və tikili yenidən pravoslav kilsəsi olaraq xidmət etməyə başladı. 1923-cü ildə tikili yenidən məscidə çevrildi. Tikilinin bölgədəki ən qədim Bizans binası olduğu düşünülür və qorunan statusa malikdir. Bu, eyni zamanda Yunan xaçı formalı kilsələrin bilinən ən qədim nümunələrindən biridir və ilk illərdə tikiliyə bitişik kiçik kilsə mövcud idi.
Fateh məscidi (İstanbul)
Fateh məscidi — İstanbulun Fateh ilçəsində Fateh Sultan Mehmet tərəfindən inşa edilmiş olan məscid və külliyyədir. Külliyyədə 16 ədəd mədrəsə, xəstəxana, Qonaq evi, imarətxana, kitabxana, hamam yerləşir. Şəhərin yeddi təpəsindən birində inşa edilmişdir. Məscid 1766-cı il zəlzələsində uçduqdan sonra təmir edilərək 1771-ci ildə bugünkü halını Almışdır. 1999-cu ildə Gölcük zəlzələsi zamanı bünövrəsində çatlar təspit edilən məsciddə 2008-ci ildə Vakıflar Genel Müdürlüyü tərəfindən yenidənqurma işləri başladılmış və 2012-ci ildə ibadətə açılmışdır. Bizans dövründə məscidin yerləşdiyi təpədə I Konstantinin dönəmində inşa edilən Havariyyun kilsəsi vardı. Bizans imparatorlarının bu təpədə basdırıldığına inanılır. Constantinusun o zamanlar şəhərin kənarında qalan bu təpədə basdırıldığı bilinməkdədir. İstanbulun fəthindən sonra bu bina Patrikxana kilsəsi olaraq istifadə edilmişdir. Fateh Sultan Mehmet buraya məscid və külliyyə insa etmək istəyincə patrikxana Pammakaristos manastırına köçürülmüşdür.
Fəthiyə məscidi
Teodoks Pammakaristos Monastırı (Yunanca: Θεοτόκος ἡ Παμμακάριστος, azərb. “Həzrəti Məryəm ana”‎) və ya Fəthiyyə Məscidi İstanbulun Fateh regionunun Çarşamba ərazisində yerləşən bir məsciddir. Əslində, XIII əsrin sonlarında Bizansın tanınmışlarından biri olan Mihail Glabas Tarkaniotes tərəfindən kilsə kimi inşa edilmişdir. Konstantinopolun tutulmasından sonra 1454-cü ildən başlayaraq patriarxlıq olaraq istifadə edilmişdir. 1601-ci ildəki İran müharibələri zamanı Gürcüstan və Azərbaycanın işğalından sonra işgalın xatirəsi olaraq məscidə çevrilmişdir. Fəthiyyə məscidi məscidə çevrilərkən kilsənin apsisi dağıdılaraq qiblə istiqamətində bir mehrabla əvəzlənmiş, minarə və mədrəsə tikilmişdir. Respublika dövründə bir muzeyə çevrildi, içindəki mozaika və fresklər 1955-ci ildə Amerika Bizans İnstitutu tərəfindən tapıldı və sonradan tikilən tağ sökülmüş və əvvəlki vəziyyətinə uyğun olaraq sütunlarla əvəz edilmişdir. 1960-cı illərdə yenidən məscid kimi açılmışdır. Məscidin divarları daş və kərpic qarışığıdır. Yunan yazıları xarici divarlarda və binanın içindəki mozaikalarda müşahidə olunur.
Giləhli məscidi
Giləhli məscidi və ya Gileyli məscidi — Şəki şəhərində yerləşən, XVIII əsrdə inşa edilmiş tarixi məsciddir. Gilək məscidi 1749-cu ildə Şəki xanı Hacı Çələbi xan tərəfindən tikdirilmişdir. 1805-ci ildə həmin məscidin yerində Hacı Şəmsəddin bəy yeni məscid tikdirir. Bundan sonra məscid xalq arasında "Hacı Şəmsəddin bəy məscidi" adı ilə tanınmağa başlayır. Məscid, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb. 2019-cu il iyulun 7-də "Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi" UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib. Şəki şəhərinin tarixi mərkəzində yerləşən Giləhli məscid də Ümumdünya İrsinə daxildir. 20-ci əsrin əvvəllərində Gilək məscidinin yaxınlığında, torpaq altından onun kitabəsi tapılıb. Sonradan kitabə məscidin yaxınlığında bulağın üstünə quraşdırılıb. 1936-cı ildə isə Ələsgərzadə bu kitabəninin foto şəkilini çəkərək, onun haqqında jurnalda yazıb.Sonralar da həmin xəbər və foto-şəkil bir neçə dəfə elmi nəşrlərdə dərc olunub.
Gövhər ağa məscidi (Aşağı)
Aşağı Gövhər ağa məscidi — Şuşa şəhərinin Qapan meydanında yerləşən cümə məscididir. Məscid Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən ölkə əhəmiyyətli tarix-mədəniyyət abidəsi kimi qeydiyyata alınmışdır. Şuşa şəhərində iki cümə məscidinin olması E. Avalov tərəfindən şəhərdə iki islam icmasının fəaliyyət göstərməsi ilə izah edilir. Məscid ilk dəfə Şuşanın 1855-ci ilə aid baş planında yaxınlıqda yerləşən mədrəsə ilə birlikdə qeyd edilir. Avalov 60 Şəhərin ikinci cümə məscidi olan Aşağı Gövhər ağa məscidi həm Aşağı məscid, həm də Kiçik məscid adları ilə tanınmışdır. 1874-1875-ci illərdə Yuxarı məscid kimi, Aşağı məscid kompleksində də əsaslı yenidənqurma işləri aparılmışdır. Yeni məscidin inşası memar Kərbəlayi Səfixan Qarabaği tərəfindən Gövhər ağanın maddi dəstəyi əsasında həyata keçirildiyinə görə, sonradan Aşağı məscid həm də Aşağı Gövhər ağa məscidi adı ilə tanınmağa başlamışdır. İki yaruslu məscidin əsas – şimal fasadında üç tağlı arkadalı eyvan yerləşir. Aşağı Gövhər ağa məscidinin orta tağı yarımdairəvi olan yan tağlardan fərqli olaraq oxvaridir. Yan tağlar üstündə əsas fasad boyunca yüksələn həmin tağ məscidin parad girişini vurğulayır.
Gövhərşad məscidi
Gövhərşad məscidi— İranın Xorasan əyalətində, Məşhəd şəhərində Teymurlular dönəminə aid məscid. Gövhərşad məscidi 1418-ci ildə İranın Xorasan əyalətində, Məşhəd şəhərində Teymurlular hökmdarı Şahrux mirzənin arvadı Gövhərşad bəyimin əmri ilə tikilmişdir. Tikintinin memarı Qəvaməddin Şirazidir. Bu tarixi bina müqəddəs hərəmin cənub tərəfində yerləşir və Darül Səyadə və Darül Hifaz tağlarına birləşir. Məscidin kaşıları Teymurlular dövrünün şah əsərləridir. Məscidin günbəz şəkilli tağları və onun xüsusi bəzəyə malik minarələri qabarıq üsulla bəzədilmiş, həmçinin divarın naxış və xətləri gips üzərində Teymurilər dövrünün ən yaxşı kaşıları bu binaya təkrarolunmaz gözəllik vermişdir. Bu qədim bina İran incəsənətinin kamil və seçilmiş nümunələrindən sayılır və qədim memarlığın bütün xüsusiyyətləri burada işlədilmişdir. Teymurlular dövrünün ən yaxşı süls xətti ustalarından olan Baysanqurun (Gövhərşadın oğlu) tarixi və gözəl kitabəsi gözəl süls xətti ilə eyvanda gözə çarpır və məscidin tarixi naxışları damara oxşayan kaşı üzərində bu kitabədə yazılmışdır. Mehrab mərmər daşından olub oyma, bəzək və kitabə ilə o dövrlərin memarlığının göstəricisidir. Eyvan mehrabının yanında yerləşən Sahibəzzaman (ə.c) minbəri qədim olması baxımından mühümdür.
Göy məscid (Məzari-Şərif)
Göy məscid (Məzari-Şərif) — Əli Məqbərəsi və Həzrət Əlinin ziyarətgahı adları ilə də tanınır - Əfqanıstanın Bəlx vilayətinin mərkəzi olan Məzari-Şərif şəhərindəki cümə məscidi və məqbərədir. Məzari-Şərif və Bəlx vilayətinin əsas simvolu və vizit kartıdır. Bəzi məlumatlara görə, Məhəmməd peyğəmbərin kürəkəni və əmisi oğlu, son saleh xəlifə Əlinin dəfn olunduğu ehtimal edilən yerlərdən biridir. Bəzi tarixi məlumatlara görə, Əli öldürüldükdən və nəşi Bağdad yaxınlığındakı Nəcəfdə dəfn edildikdən az sonra bəzi ardıcılları onun cəsədinin düşmənlər tərəfindən murdarlanacağından narahat olub, cəsədi gizlətməyə qərar veriblər. Cəsədi dəvənin üstünə qoyub, dəvə yıxılana qədər bir neçə həftə getdilər. Bundan sonra cəsədin dəvənin yıxıldığı yerdə basdırılması qərara alınıb. Dəfn yeri sonralar müqəddəsin məzarı kimi — farsca “Məzari-şərif” adı ilə tanınmağa başladı. Sonralar dəfn yerinin - Məzari-Şərifin (fars. مزار شریف‎) ətrafında eyni adlı şəhər yarandı. Rəvayətə görə, qəbir təsadüfən aşkar edilib və qəbrin üzərində ilk ziyarətgahı Səlcuq imperiyasının sonuncu sultanı Əhməd Səncər tikdirib.
Göylər məscidi
Göylər məscidi — Azərbaycanın Şamaxı rayonunun Göylər kəndi ərazisində yerləşən tarixi-memarlıq abidəsi. XII-XIII əsrlərdə inşa edilən məscid Şamaxı rayon mərkəzindən 16 km cənub–qərbdə yerləşir. Üslub xüsusiyyətlərinə görə binanın tikilmə tarixi XII əsrə aid edilir. Qədim qəbristan, karvansara kompleksi və Pirmərdəkan türbəsi məscidin ətrafında yerləşir.
Hadum Məscidi (Kosovo)
Hadum Məscidi (alb. Xhamia e Hadumit, serb. Хадум џамија у Ђаковици) — Kosovonun Qyakova bələdiyyəsindəki XVI əsrin (1594 ya da 1595) son on ilində Memar Sinan tərəfindən inşa edilmişdir. Binası məscidin adını açıqlayan Hadum Süleyman Əfəndi — Hadum Ağa tərəfindən maliyyəyə edildi. Məscid Ceyk Vulanın mülkiyyətində inşa edilmişdir və Köhnə Bazarda yerləşir. Düzbucaq planlı, günbəz ilə örtülmüş struktur, İslami-Kosovolu tərzdəki məscidin klassik formalarına aiddir. Məscidin ətrafında yonulmuş bəzəkləri olan türbələr köhnə Osmanlı dilində əsərlərlə bəzədilmişdir. Türbələr Qyakovadakı ən hörmətli ailələrə aid idi. Eyni zamanda bir hamamı da var idi, ancaq İkinci dünya müharibəsi əsnasında məhv edilmişdir. Girişlər, çiçəkli cədvəllər, həndəsə formalar, Qurandan sitatlar və naxışlarla örtülüdür.
Hadum məscidi
Hadum Məscidi (alb. Xhamia e Hadumit, serb. Хадум џамија у Ђаковици) — Kosovonun Qyakova bələdiyyəsindəki XVI əsrin (1594 ya da 1595) son on ilində Memar Sinan tərəfindən inşa edilmişdir. Binası məscidin adını açıqlayan Hadum Süleyman Əfəndi — Hadum Ağa tərəfindən maliyyəyə edildi. Məscid Ceyk Vulanın mülkiyyətində inşa edilmişdir və Köhnə Bazarda yerləşir. Düzbucaq planlı, günbəz ilə örtülmüş struktur, İslami-Kosovolu tərzdəki məscidin klassik formalarına aiddir. Məscidin ətrafında yonulmuş bəzəkləri olan türbələr köhnə Osmanlı dilində əsərlərlə bəzədilmişdir. Türbələr Qyakovadakı ən hörmətli ailələrə aid idi. Eyni zamanda bir hamamı da var idi, ancaq İkinci dünya müharibəsi əsnasında məhv edilmişdir. Girişlər, çiçəkli cədvəllər, həndəsə formalar, Qurandan sitatlar və naxışlarla örtülüdür.
Harran Ulu məscidi
Harran Ulu məscidi (digər adı Firdevs Məscidi) — Türkiyənin Harran şəhərində məscid. Əməvi hökmdarı II Mərvan tərəfindən tikilmişdir. 1269-cu Monqollar tərəfindən dağıdılmışdır. Xarab vəziyyətdə olan məscid 800 ildən sonra 2019-cu ildə restavrasya olunmağa başlanmışdır.

Значение слова в других словарях