Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Rio-de-Janeyro
Rio-de-Janeyro (port. Rio de Janeiro) — Braziliyanın ikinci böyük şəhəri. O həm də eyni adlı əyalətin paytaxtıdır. Ölkənin cənub şərqində Quanabara buxtasında yerləşir. Adı portuqal dilində "Yanvar çayı" deməkdir, çünki 1502-ci ildə Kaspar de Lemos buxtanı kəşf edərək onu böyük çayın ağzı kimi qəbul edir. Şəhərin admnistraiv ərazisində 6,1 milyon əhali yaşayır. Metropol regionu isə 11,6 milyon əhaliyə malikdir (2007). Rio de Janeiro 1763-ci ildən 1960-ə qədər Braziliyanın paytaxtı olub və sonra yerini Braziliyə şəhərinə verir. San Paulo şəhərindən sonra əsas ticarət və maliyyə mərkəzi olaraq qalır. Şəhərin əhalisi Tupi-Guarani-yə aid olan Tupinamba dilində Kariokasç yəni "Ağ kişinin odası" adlanırlar.
Rio de Janeyro
Rio-de-Janeyro (port. Rio de Janeiro) — Braziliyanın ikinci böyük şəhəri. O həm də eyni adlı əyalətin paytaxtıdır. Ölkənin cənub şərqində Quanabara buxtasında yerləşir. Adı portuqal dilində "Yanvar çayı" deməkdir, çünki 1502-ci ildə Kaspar de Lemos buxtanı kəşf edərək onu böyük çayın ağzı kimi qəbul edir. Şəhərin admnistraiv ərazisində 6,1 milyon əhali yaşayır. Metropol regionu isə 11,6 milyon əhaliyə malikdir (2007). Rio de Janeiro 1763-ci ildən 1960-ə qədər Braziliyanın paytaxtı olub və sonra yerini Braziliyə şəhərinə verir. San Paulo şəhərindən sonra əsas ticarət və maliyyə mərkəzi olaraq qalır. Şəhərin əhalisi Tupi-Guarani-yə aid olan Tupinamba dilində Kariokasç yəni "Ağ kişinin odası" adlanırlar.
Rio-de-Janeyro ştatı
Rio-de-Janeyro (port. Rio de Janeiro) — Braziliya ərazisində yerləşın ştat. İnzibati mərkəzi Rio-de-Janeyro şəhəridir. Ştat əhalisi özlərini «fluminense» (port. fluminense) adlandırırlar. İri şəhərləri: Rio-de-Janeyro, Nova-İquasu, Niteroy, Duki-di-Kaşias, San-Qonsalu. Portuqal koloniyaçıları bölgəyə XVI əsrdə ayaq basmışlar. Bir müddət sonra gəlmə porrtuqallar hindu və qaralarla izdivaca virərək qarışmışlar. İlk portuqalarla yanaşı bura isveçrəlilərdə ayaq basmışlar. Onlar Yeni Friburq şəhərini salmışlar.
Rio-de-Janeyro Federal Universiteti
Rio-de-Janeyro Federal Universiteti (port. Universidade Federal do Rio de Janeiro və ya qısaca UFRJ) — Braziliyanın Rio de Janeiro şəhərində yerləşən dövlət universiteti.
Rio-de-Janeyro Texnoloji Təhsil Federal Mərkəzi
Rio-de-Janeyro Texnoloji Təhsil Federal Mərkəzi (port. Centro Federal de Educação Tecnológica Celso Suckow da Fonseca və ya qısaca Cefet-RJ) – Braziliyanın Rio-de-Janeiro şəhərində yerləşən dövlət universiteti.
Rio-Kuarto
Río Cuarto — Argentina şəhəri. Ərazisi 64,25 km².
Rio-Qrande
Rio Qrande (film, 1950)
Rio Ferdinand
Rio Qevin Ferdinand (7 noyabr 1978[…], Kamberuell[d], Böyük London) hazırda BT Sport televiziya kanalında fəaliyyət göstərən keçmiş ingilis futbolçudur. O, daha çox Mançester Yunayted klubundakı çıxışı ilə tanınmışdır. Müdafiəçi mövqeyində çıxış edən Ferdinand İngiltərə milli yığmasının heyətində üç dəfə (2002, 2006, 2010-cı illərdə) Dünya Çempionatlarında iştirak edib. O, İngiltərədə dəfələrlə fərqli mükafatlara layiq görülüb. Ferdinand İngiltərə Premyer Liqasında ilk oyununa Vest Hem Yunayted klubunun heyətində 1996-cı ildə, hələ 18 yaşı olarkən çıxmışdır. O, sonradan öz inamlı oyunu ilə azarkeşlərin sevimlisinə çevrilmiş və Vest Hem klubunda ilin ən yaxşı futbolçusu mükafatına layiq görülmüşdür. Ferdinand milli yığmanın heyətində ilk oyununu isə 1997-ci ildə Kamerun millisinə qarşı keçirmiş və beləliklə, İngiltərə milli komandasının heyətində ilk oyununa çıxan ən gənc müdafiəçi kimi tarixə düşmüşdür. Onun futbol karyerasındakı uğurları Lids Yunayted klubunu cəzb etmiş və bu da Ferdinandın o dövrdə Lids klubu üçün rekord məbləğə-18 milyon funt-sterlinq qarşılığında transfer olunmasına gətirib çıxarmışdır. Ferdinand iki ilini bu klubda keçirdikdən sonra 2001-ci ildə klubun yeni kapitanı vəzifəsinə yüksəlmişdir. O, 2002-ci ilin iyulunda yenə rekord məbləğ olan 30 milyon funt-sterlinq qarşılığında Mançester Yunaytedə transfer olmuşdur.
Rio Grande
Rio Grande , Rio-Qrandi-du-Sul-da yerləşən Braziliya bələdiyyəsi. 2020-ci il siyahıyaalınmasına görə əhalinin sayı 211.965 nəfər idi.
Rio Mau
Riu-Mau (liman. Rio Mau) — Portuqaliyada rayon (freqeziya). Porto dairəsinə daxil olur. Penafiel bələdiyyəsinin tərkib hissəsidir. Köhnə inzibati bölgü üzrə Doru-Litoral əyalətinə daxil olurdu. Şimal regionuna daxil olan Tameqanın iqtisadi-statistik subregionuna daxil olur, Əhalisi 1485 nəfərdir (2001). Sahəsi 5,64 km²-dır. Rayon 1984-ci ildə qurulub.
Rio karnavalı
Rio karnavalı — Braziliyada hər il təşkil olunan əyləncəli tədbir. Dünyada ən böyük küçə şənliyidir.
Koriya-del-Rio
Koriya-del-Rio (isp. Coria del Río) – Sevilya şəhərinin yaxınlığında, Kvadalkvivir çayının sahilində yerləşən bələdiyyə. XVII əsrin əvvəllərində Senday daymyosu Date Masamune Hasekura Tsunenaqanın başçılığı altında Avropaya nümayəndəlik göndərmişdir. Daha sonra 6 samuray Koriya-del-Rioda qalmağa qərar vermişdir. 2003-cü ilin məlumatına görə Koriya əhalisinin 650 nəfəri (24.000 nəfərdən) "Hasekura de Japón" soyadını daşıyır və bu, onların İspaniyaya gələn ilk yaponların törəmələri olduqlarını göstərir. Soyad ilk dəfə bir rəsmi sənəddə 1646-cı ildə peyda olmuşdur. Yaşayış məntəqəsində bəzi uşaqlar asiyalılarda müşahidə olunan əlamətlərlə doğulurlar. 1992-ci ildə Yaponiya hökuməti tərəfindən Koriya-del-Rioda Hasekura Tsunenaqanın heykəli ucaldılmışdır. "Koriya" FK bələdiyyəni təmsil edən yerli futbol klubudur.
Lola Del Rio
Lola Del Rio — Rockstar Games tərəfindən hazırlanan Grand Theft Auto IV seriyasının reklam üzüdür. Liberty (Nyu-York) şəhərində keçən açıq dünya, aksion-macəra oyununda bir çox insanın maraqla axtardığı Lolayı hələ də heç kim tapa bilməyib. Lola bir fahişədir və siz onun adını LCPD(Liberty City Police Department) bazasında görə bilərsiniz. O, ilk dəfə əxlaqsızlığa Star Junction küçəsində başlayıb daha sonra isə fərqli bölgələrdə bu işi davam etdirdiyi düşünülür. Lola demək olarki həmişə qırmızı lollipop əmzikli halda görülüb. Polis bazasında belə Lolanın haqqında çox az məlumat var. Oyundakı bəzi qəzetlər Lola Del Rionu tapan şəxsə mükafat verəcəklərini bəyan ediblər. GTA IV oyununun orijinal versiyasında Lolanı hələ də sübut etmək mümkün olmayıb. Hətta birçox form və fan səhifələrdə Lolanı axtarma təşkilatı belə qurulub. Beləliklə lolipop qız Liberty şəhərinin küçələrində hələ də kəşf edilməyi gözləyir.
Rio-Antirio körpüsü
Rio-Antirio körpüsü (yun. Γέφυρα Ρίου-Αντιρρίου) – Yunanıstanın Rio və Antirio şəhərlərini birləşdirən, 2880 metr uzunluğunda körpü. Körpü rəsmi olaraq Yunanıstanın keçmiş baş naziri Xarilaos Trikupisin (yun. Χαρίλαος Τρικούπης) adını daşıyır. 19-cu əsrdə yaşamış Xarilaos Trikupis Rio və Antirio şəhərləri arasında körpünün tikilməsini təklif edən ilk şəxsdir. Layihənin ümumi dəyəri 630 milyon avro təşkil eləmişdir. Körpünün tikilməsinin 10%-ni özəl şirkətlər, 45%-ni Yunanıstan dövləti, 45%-ni də Avropa İttifaqı maliyyələşdirmişdir. 19 iyul, 1998-ci ildə Yunanıstan baş naziri Kostas Simitisin və Yunanıstan prezidenti Kostis Stefanopulos iştirakı ilə Rio – Antirio körpüsünün təməli atıldı. 2004-cü il avqustun 12-də, layihə müddətindən 4 ay tez, eyni zamanda 2004 Yay Olimpiya Oyunları açılış ərəfəsində körpü tamamlandı.
Rio Qrande Respublikası
Rio Qrande Respublikası (Ispanca: República del Río Grande) Mərkəziyyətçi Meksika hökumətinə qarşı olan üsyançıların şimali Meksikada yaratmaq istədikləri müstəqil bir dövlət idi. Rio Qrande Respublikası yalnız Texas İstiqlal müharibəsi, Zakatekas Respublikası və Yukatan Respublikası da daxil olmaqla Santa Anna hökuməti altında bir sıra Meksika müstəqillik hərəkatları, idi. üsyan 1840-cı ilin yanvarın 17-sindən noyabrın 6-sına qədər dəvam etdi. On illərlə davam edən fitnədən sonra, Meksika 1821-ci ildə İspaniya Krallığından müstəqilliyini qazandı. Monarxiyanı müvəffəqiyyətsiz bir cəhddən sonra Meksika, yeni bir konstitusiya olan 1821 Konstitusiyasını qəbul etdi. Bu yeni konstitusiya federal bir respublika olaraq Estados Unidos Mexicanos ya da "Birləşmiş Meksika Ştatları"nı qurdu. Müstəqillik müharibəsi müddətində bir çox üsyançı Koahuila və Nuevo León'a sürüldü və bu inqilabçı zehniyyət xalqın ürəklərini və zehinlərini qazandı. 1833-cü ildə General Antonio López de Santa Anna, prezident olaraq ilk vəzifəyə seçildi və seçki zamanı federal respublikaya dəstək verdi. Ancaq bəzi hökumət üzvləri Santa Anna siyasi müttəfiqlərinə əsəbləşdirdiqdən sonra Santa Anna mərkəzi bir hökumətə başlamağa qərar verdi. Santa Anna konstitusiyanı təxirə almış, Qurultaya paylamış və özünü Meksikadakı iqtidar mərkəzi halına gətirmişdir.
Dö-Sevr
Dö-Sevr (fr. Deux-Sèvres, hərfən — «iki Sevra») — Fransanın qərbində yerləşən, Yeni Akvitaniya regionun departamentlərindən biri. Sıra nömrəsi — 79. İnzibati mərkəzi — Niort. Əhalisi — 380.569 nəfərdir (departamentlər arasında 65-ci yer, 2010-cu ilin məlumatları). == Coğrafiyası == Ərazisi — 5999 km². Departamentin ərazisində Sevr-Nantez və Sevr-Nyortez çayları axır. Departamentə 3 rayon, 33 kanton və 307 kommuna daxildir. == Tarixi == Dö-Sevr — 1790-ci ilin mart ayında Böyük Fransa İnqilabı zamanı yaradılan departamentlərdən biridir. Keçmiş Puatu əyalətinin ərazisində yerləşir.
Dö-Şez
Dö-Şez (fr. Deux-Chaises) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Le-Monte kantonuna daxildir. Kommunanın dairəsi — Mulen. INSEE kodu — 03099. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 416 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 262 nəfər arasında (15-64 yaş arasında) 191 nəfər iqtisadi cəhətdən fəal, 71 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici - 72,9%, 1999-cu ildə bu 68,7%). Fəal 191 nəfərdən 182 nəfəri (96 kişi və 86 qadın), 9 nəfəri işsiz (2 kişi və 7 qadın) idi. Aktiv olmayan 16 nəfər arasında şagird və ya tələbə, 23 nəfər təqaüdçü, 32 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Antr-dö-Qye
Antr-dö-Qye (fr. Entre-deux-Guiers) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Şartryoz-Qye kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38155. Kommunanın 2007-cu il üçün əhalisi 1477 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 373 ilə 1420 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 460 km cənub-şərqdə, Liondan 80 km cənub-şərqdə, Qrenobldan 28 km şimalda yerləşir.
Kristof dö Marjeri
Kristof de Marjeri (fr. Christophe de Margerie, tam adı Christophe-Gabriel-Jean-Marie Jacquin de Margerie; 6.8.1951–20.10.2014) — fransız iş adamı, "Total" neft şirkətinin baş icraçı direktoru və sədri. De Marjeri 2014-cü ilin oktyabrında Moskvanın Vnukovo-3 hava limanında təyyarə qəzasında həlak olmuşdur. Onun içində olduğu təyyarə yerdən qalxarkən qar təmizləyən maşınla toqquşmuşdur. == Həyatı == 1974-cü ildə Parisdə Ali kommersiya məktəbini (École supérieure de commerce) bitirmişdir. Təhsilini bitirdikdən sonra "Total" şirkətində işləməyə başlamışdır. Şirkətin maliyyə departamentində və karbohidrogenlərin kəşfiyyatı və hasilatı bölməsində vəzifələr tutmuşdur. 1995-ci ildə şirkətin Yaxın Şərq bölməsi olan "Total Middle East"in rəhbəri, 1999-cu ildə isə "Total" şirkətinin karbohidrogenlərin kəşfiyyatı və hasilatı bölməsinin rəhbəri təyin edilmiş və idarəetmə komitəsinin üzvü seçilmişdir. 2000-ci ildə baş vitse-prezident, 2002-ci ildə yeni yaradılmış "TotalFinaElf" konserninin kəşfiyyat və hasilat üzrə prezidenti vəzifəsini tutmuşdur. 12 may 2006-cı ildə səhmdarların ümumi yığıncağında de Marjeri idarə heyətinin üzvü, 14 fevral 2007-ci ildə idarə heyətinin sədri seçilmişdir.
O-dö-Sen
O-de-Sen (fr. Hauts-de-Seine, — «Yuxarı Sena») — Fransanın mərkəzinin şimalında yerləşən, İl-de-Frans regionun departamentlərindən biri. Sıra nömrəsi — 92. İnzibati mərkəzi — Nanter. Əhalisi — 1 590 749 nəfər (departamentlər arasında 5-ci yer, 2010-ci ilin məlumatları). Ərazisi — 176 km². Departamentin ərazisində Sena çayı axır. Departament 3 rayondan Antoni, Bulon-Biyankur və Nanter, 45 kanton və 36 kommunlardan ibarətdir O-de-Sen 1968-ci ildə keçmiş Sena və Sena və Uaza departamentlərinin ərazisində yerləşir. Rayon La Defans 231 metr yüksəklikdəki Tour First, Avropanın ən hündür binalar siyahısında (Rusiya daxil olmaqla), AB-də ən yüksək binaların siyahısında 8-ci yerdədir və Fransanın ən yüksək binasıdır. (tikinti kimi ).
Pən dö kəmpəniy
Pən dö kəmpəyn (fr. Pain de Campagne — kənd çörəyi) — Fransada biçirilən böyük dəyirmi çörək növüdür.
Pən dö kəmpəyn
Pən dö kəmpəyn (fr. Pain de Campagne — kənd çörəyi) — Fransada biçirilən böyük dəyirmi çörək növüdür.
Pən dö kəmpəyny
Pən dö kəmpəyn (fr. Pain de Campagne — kənd çörəyi) — Fransada biçirilən böyük dəyirmi çörək növüdür.
Pən dö mi
Pən dö mi (fr. pain de mie - İç çörək,qırıntı çörəyi) Fransada şirin, dilimlənmiş və qablaşdırılmış çörək növüdür.Bu çörək, xırtıldayan qabığının olmamasına görə və yumşaq xarakteri ilə səciyyələnir. Bu çörək ən çox sandviç çörəyinə bənzəyir və Fransada klub adlı sandviçin hazırlanması üçün əsas dəstəkdir.
İl dö Frans
İl-de-Frans (fr. Île-de-France [il də fʁɑ̃s] — hərfi mənası "Fransa adası"; frankca "liddle Franke" sözündən əmələ gəlmişdir "kiçik Fransa" deməkdir.) Sena, Marna, Uaza çaylarının hövzələrinə aid mərkəzi Paris olan tarixi Fransa vilayəti. Eləcə də 1715–1814-cü illərdə Mavriki adası İl-dö-Frans adlandırılırdı. İl-de-Frans bölgəsi Paris və onun ətraf ərazilərini əhatə edir. Bura 8 departament: Paris, Sena vä Marna, İvelin, Eson, O de Sen, Sen-Sen Deni, Val de Marn, Val d`Uaz daxildir. Region ölkənin ümumi ərazisinin 2%-ni təşkil edir. Geniş meşə massivlərinə: Fantenblo, Alatte, Şantili, Ermenonvilya, Rambuye park və bağlara: Versal, Şantili, Vo le Vikonta malikdir. Regionun məclisi 209 vəkillə təmin olunur.
Rio de Janeiro
Rio-de-Janeyro (port. Rio de Janeiro) — Braziliyanın ikinci böyük şəhəri. O həm də eyni adlı əyalətin paytaxtıdır. Ölkənin cənub şərqində Quanabara buxtasında yerləşir. Adı portuqal dilində "Yanvar çayı" deməkdir, çünki 1502-ci ildə Kaspar de Lemos buxtanı kəşf edərək onu böyük çayın ağzı kimi qəbul edir. Şəhərin admnistraiv ərazisində 6,1 milyon əhali yaşayır. Metropol regionu isə 11,6 milyon əhaliyə malikdir (2007). Rio de Janeiro 1763-ci ildən 1960-ə qədər Braziliyanın paytaxtı olub və sonra yerini Braziliyə şəhərinə verir. San Paulo şəhərindən sonra əsas ticarət və maliyyə mərkəzi olaraq qalır. Şəhərin əhalisi Tupi-Guarani-yə aid olan Tupinamba dilində Kariokasç yəni "Ağ kişinin odası" adlanırlar.
Pires do Rio
Pires do Rio — şəhər Braziliyanın Qoyas ştatında yerləşən müstəqil bələdiyyədir . Şəhər sürətli inkişaf edir və əsas olaraq quşçuluq məhsullarının istehsalı məkanı kimi məşhurdur.
Nansi Maneyro
Rio-de-La-Plata
Rio de la Plata (İspan Gümüş Çayı) Cənubi Amerika çayları Rio Paraná və Rio Uruguay tərəfindən meydana gələn Atlantik Okeanının 290 km uzunluğunda və 220 km genişliyində. Şimal-şərqdə Uruqvayın paytaxtı Montevideo və cənub-qərbdə Argentinanın paytaxtı Bueno Aires şəhərləri var. Cənubi Amerikadakı ən əhəmiyyətli dəniz ticarət limanlarına ev sahibliyi edir.
Rio De Qrande Respublikası
Rio Qrande Respublikası (Ispanca: República del Río Grande) Mərkəziyyətçi Meksika hökumətinə qarşı olan üsyançıların şimali Meksikada yaratmaq istədikləri müstəqil bir dövlət idi. Rio Qrande Respublikası yalnız Texas İstiqlal müharibəsi, Zakatekas Respublikası və Yukatan Respublikası da daxil olmaqla Santa Anna hökuməti altında bir sıra Meksika müstəqillik hərəkatları, idi. üsyan 1840-cı ilin yanvarın 17-sindən noyabrın 6-sına qədər dəvam etdi. On illərlə davam edən fitnədən sonra, Meksika 1821-ci ildə İspaniya Krallığından müstəqilliyini qazandı. Monarxiyanı müvəffəqiyyətsiz bir cəhddən sonra Meksika, yeni bir konstitusiya olan 1821 Konstitusiyasını qəbul etdi. Bu yeni konstitusiya federal bir respublika olaraq Estados Unidos Mexicanos ya da "Birləşmiş Meksika Ştatları"nı qurdu. Müstəqillik müharibəsi müddətində bir çox üsyançı Koahuila və Nuevo León'a sürüldü və bu inqilabçı zehniyyət xalqın ürəklərini və zehinlərini qazandı. 1833-cü ildə General Antonio López de Santa Anna, prezident olaraq ilk vəzifəyə seçildi və seçki zamanı federal respublikaya dəstək verdi. Ancaq bəzi hökumət üzvləri Santa Anna siyasi müttəfiqlərinə əsəbləşdirdiqdən sonra Santa Anna mərkəzi bir hökumətə başlamağa qərar verdi. Santa Anna konstitusiyanı təxirə almış, Qurultaya paylamış və özünü Meksikadakı iqtidar mərkəzi halına gətirmişdir.
Rio dos Sedros
Rio dos Sedros (port. Rio dos Cedros) — Braziliyanın Cənub regionunun Santa-Katarina ştatında yerləşən bələdiyyədir. 2006-cı il məlumatlarına əsasən bələdiyyənin əhalisi 9159 nəfərdir. Ərazisi 555,654 кm²-dir. Əhalinin sıxlığı 16,5 nəfər/кm²-dir. Bələdiyyə 19 dekabr 1961-ci ildə yaradılmışdır.
Çarlz Anri Rio
Çarlz Piyer Anri Rio (fr. Charles Pierre Henri Rieu; 8 iyun 1820-19 mart 1902) — İsveçrəli şərqşünas, London və Kembric universitetlərində ərəb dili üzrə professordur. == Həyatı == O, Cenevrədə anadan olmuşdur. Bonn Universitetində oxumuş və 1843-cü ildə doktorluq dərəcəsi almışdır. 1847-ci ildə Britaniya muzeyində işə götürülmüş və iyirmi illik xidmətdən sonra əlyazmaların mühafizəsi ilə məşğul olmuşdur.
Vanessa del Rio
Vanessa del Rio (31 mart 1952, Nyu-York, Nyu-York ştatı) — əslən kubalı olan ABŞ pornoaktrisasıdır. Əsl adı Anna Marya Sançesdir. 197 pornofilmdə çəkilmişdir. "AVN" (Adult Video News) jurnalında ən yaxşı pornoaktrisalar sırasında 8-ci yeri tutur. 1976. China Doll. 1976. Come with Me My Love. 1979. Tigresses… and Other Man-Eaters!
Beyra-Rio stadionu
Beyra-Rio stadionu (port. Estádio José Pinheiro Borda) — Braziliyanın Porto Aleqre şəhərində yerləşən stadion. Tamaşaçı tutumu 50,128 nəfərdir. "İnternasional" klubu ev oyunlarını bu stadionda keçirir. == Tarixi == Açılışı 6 aprel 1969-cu ildə olmuşdur. == Beynəlxalq matçlar == Bu stadionda bir sıra beynəlxalq futbol matçları keçirilmişdir.
Massinyo-de-Riv
Massinyö-de-Riv (fr. Massignieu-de-Rives) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Şampan-an-Valrome kantonuna daxildir. Kommunanın dairəsi — Belle. INSEE kodu — 01097. == Coğrafiyası == Kommuna Paris şəhərinin 420 km cənub-şərqində, Lion şəhərindən 70 km şərqdə yerləşir və Burk-an-Bres şəhərindən 55 km cənub-şərqdə yerləşir. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 199 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2010-cu ildə əmək qabiliyyətli 131 nəfər (15-64 yaş arasında) 93 nəfər iqtisadi cəhətdən, 38 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi 71.0%, 1999-cu ildə 68.8%). Fəaliyyət göstərən 93 sakindən 90 nəfəri (40 kişi və 50 qadın), 3 nəfər işsiz (3 kişi və 0 qadın) idi.
Rio-de-Janeyroda daşqın və sürüşmə (2011)
Rio-de-Janeyroda daşqın və sürüşmə (2011) — təbii fəlakət 2011-ci ilin yanvar ayında baş vermişdir. Rio-de-Janeyro ştatının Terezopolis, Nova-Friburqu, Petropolis və Sumidoru şəhərləri fəlakətdən daha çox zərər görmüşdü. Daşqın və sürüşmə zamanı ən azı 893 nəfər həlak olmuşdur. Nova-Friburqu rayonunda 424 nəfər, Terezopolisdə 373 nəfər, Petropolisdə 71 nəfər, Sumidoruda 21 nəfər, San Xose do Vale do Rio Pretoda 4 nəfər, Bom Cardimdə 1 nəfər. Braziliya Prezidenti Dilma Rusef ölkədə üç günlük matəm elan etmişdir. Qiymətləndirməyə görə bölgəyə dəyən zərərin 2 milyard Braziliya dolları dəyərində zərər dəymişdir. Fəlakətin əsas səbəbi El-Ninyo hadisəsi olmuşdur.
Ramon Pineyro
Ramon Pineyro (d. 31 may 1915, Lankara — ö. 27 avqust 1990, Santiaqo de Kompostela) — qalisiyalı yazıçı, filosof və siyasətçi. 2009-cu ildə Qalisiya Ədəbiyyat Günü (17 may) ona həsr olunmuşdur. Fernandes Lopes və Salvador Pineyro Qarsiya cütlüyünün 3-cü oğlu kimi Qalisiyada anadan olmuşdur. 6 yaşına qədər ancaq Qalisiya dilini bilmişdir. 6 yaşında məktəbə gedəndə ispan dilini bilmədiyindən təhsil həyatının ilk illərində çətinliklər çəkmişdir. Liseydə qanunsuz Qalisiya Partiyasına qatılmışdır. Santiaqo de Kompostelada fəlsəfə təhsili almışdır. Qalisiya əyalət komissiyasında Qalisiya Muxtariyyət Əsasnaməsi üzərində işləmişdir.
Ronni Ceyms Dio
Ronnie James Dio (10 iyul 1942, Portsmut (Nyu-Hempşir), Nyu-Hempşir – 16 may 2010[…], Hyuston, Texas) — Rok musiqisinin amerikalı əfsanəsi Ronnie James Dio (Ronald James Padavona) 1942-ci il iyulun 10-da ABŞ-nin Nyu Hempşer ştatının Portsmut şəhərində anadan olmuş, lakin Nyu York-da, Kortland-da böyümüşdür. Padavona ailəsi dinə yaxın ailə olmuşdur, Ronnie katolik din ruhunda böyümüş, lakin sırf qatı katolik olmamışdır. Uşaqlıqda Ronnie-nin sevdiyi məşğuliyyətlər kitab oxumaq, idman və musiqi olmuşdur. Ronnie beysbolla məşğul olmaq istəyirdi və bir dəfə atasına beysbol yarasası almasını istəmişdi, atası isə onun musiqi təhsili almağını istəyirdi və evə truba gətirdi. Bundan sonra Ronnie hər gün 4–5 saat musiqi dərsləri alırdı. Tezliklə o, bu dərslərdən imtina etdi. İllər sonra Ronnie bunu belə əsaslandırırdı: "Boru — çox asan alətdir, buna görə bu mənə sıxıcı gəldi. Bundan başqa, mən adi boru ifaçısı olacaqdım. Mexanizmin kiçik detalı olmaq istəmirdim. Yaxşı ki, Rock'n'Roll-la tanış oldum." Ronnie 7 yaşından oxumağa başlamışdır.