Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Ueyn Runi
Mark Runi (ing. Wayne Mark Rooney; 24 oktyabr 1985, Liverpul) — İngiltərə futbolçusu. İngiltərənin Everton" klubunun oyunçusu və İngiltərə milli futbol komandasının kapitanıdır. Runi, futbola 10 yaşındaykən Liverpool Schoolboys adındakı yerli bir klubda başladı. 1996-cı ildən 2002-ci ilə qədər karyerasına Everton-un futbol məktəbində davam etdi. 2002-ci ildə ilk peşəkar matçına çıxdı. 17-ci doğum günündən 5 gün öncə Premyer Liqada atdığı ilk qol, onu liqa tarixində qol atan ən gənc futbolçu etdi. Qısa zamanda komandasının dəyişilməz oyunçularından oldu və klubu ilə 2 sezon keçirdi. 2004-05 sezonu başlamadan öncə Mançester Yunaytedə 25.6 milyon £ qarşılığında transfer oldu. Mançester Yunayted forması ilə beş Premyer Liqa, bir UEFA Çempionlar Liqası, iki İngiltərə Liqa Kuboku, üç FA Community Shiled və bir Dünya Klublar Kuboku çempionluğu ilə bərabər həmçinin iki dəfə Premyer Liqa və Çempionlar Liqası ikinciliyi qazandı.
Runi Eva
Runi Eva (25 dekabr 1996, Duala) — Azərbaycan Premyer Liqasında çıxış edən Turan-Tovuzun futbolçusu.
Runiz
Runiz – İranın Fars ostanının İstəhban şəhristanının Runiz bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 5,991 nəfər və 1,466 ailədən ibarət idi.
Neoseiulella runiacus
Neoseiulella runiacus (lat. Neoseiulella runiacus) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin neoseiulella cinsinə aid heyvan növü.
Ruzi
Ruzi Nəzər
Rumi
Şəxslər
Cek Rubi
Cek Rubi (ing. Jacob Leon Rubenstein) — ABŞ-nin 35-ci prezidenti Con Kennedinin qatili Li Harvi Osvaldı qətlə yetirmiş polşa əsilli gecə klubu sahibi.
Cəlaləddin Rumi
Mövlana Cəlaləddin Bəlxi (fars. مولانا جلال الدین محمد رومی‎ Mevlānā Celāl-ed-Dīn Muhammed Balkhi; 30 sentyabr 1207 – 17 dekabr 1273[…], Konya, Rum Səlcuqlu dövləti) — İslam və təsəvvüf dünyasından olan fars şair, mövləvi yolunun öncülü, vəhdəti-vücud (panteizm) fəlsəfəsinin nümayəndəsi. Molavi, Mövlana və Rumi kimi tanınan Cəlaləddin Məhəmməd Bəlxi (6 Rəbiul-əvl 604 – 5 Cümadi əl-Sani 672 h.) İran farsdilli şairdir. Onun tam adı "Məhəmməd bin Məhəmməd bin Hüseyn Hüseyni Xətibi Bəkri Bəlxi"dir və sağlığında "Cəlaləddin", "Xodavəndgər" və "Mövlana Xədvəndgər" titulları ilə çağırılıb. Sonrakı əsrlərdə (görünür, IX əsrdən) onun üçün “Mülvi”, “Mulana”, “Mülvi Rumi” və “Mula Rumi” titullarından istifadə edilmişdir. Əsl adı Muhamməd Cəlaləddindir. Xudavəndiyar, Sultanul-Aşiqin (aşiqlər sultanı), Sultanul-Muhibbin (sevgililər sultanı) ləqəbləri ilə də tanınmışdır. Mövlana ləqəbi isə ona hələ gənc yaşlarında ikən Konyada dərs verməyə başladığı zamanlarda verilmişdir. Mövlana ləqəbini ilk dəfə ona Şeyx Sədrəddin Konyəvi vermişdir. Mövlana Cəlaləddin Rumi ("Rumi" ləqəbi ona Anadoluya (o vaxtlar Anadolu "Diyari Rum" adlanırdı) yerləşib orada yaşadığı üçün, "Ağa" mənasına gələn "Mövlana" ləqəbi isə ona qarşı duyulan böyük hörmətin əlaməti olaraq verilmişdir) İranın Xorasan vilayətinin (indiki Əfqanıstanın ) Bəlx şəhərində anadan olmuşdur.
Euseius pruni
Euseius finlandicus (lat. Euseius finlandicus) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin euseius cinsinə aid heyvan növü.
Huni (gəmi)
Huni, əlavə və gəminin əsas göyərtəsində hazırlanmış bir başlıq, verilmiş dizayndır. Bu qazan və ya motor işlənmiş qazların his və tüstü aradan qaldırılması üçün istifadə olunur. O, həmçinin adətən baca adlanır. Gəmi hunisinin əsas funksiyası gəminin strukturunu və göyərtəsini çirkləndirməmək və ekipajın işləmə qabiliyyətini pozmamaq üçün mühərriklərdən və digər mexanizmlərdən işlənmiş qazları dağıtmaq üçün egzoz borularının və ya egzozların hündürlüyünü artırmaqdır. öz funksiyalarını yerinə yetirirlər.
Karla Bruni
Karla Bruni (23 dekabr 1967, Turin, İtaliya) — İtaliya mənşəli fotomodel və müğənni. Fransa Respublikasının keçmiş birinci xanımıdır. Fransa Prezidenti Nikolya Sarkozinin üçüncü arvadıdır.
Kruni buxtası
Kruni buxtası (bolq. залив Круни, ‘Zaliv Kruni’ \'za-liv 'kru-ni\) — 900 m uzunluğu olan və Antarktidanın Cənubi Şetland adalarının Robert adası sahillərindən 1.15 km şərqdə yerləşmişdir. Qaliçe qayasından, Somovit burnundan şimalda, Kitçen burnundan cənubda yerləşmişdir. Buxta şimal-şərqi Bolqarıstanda yerləşən qədim Frakiya şəhəri olan Kruninin adını daşıyır. Kruni buxtası 62°23′34″ c. e. 59°21′20″ q. u. koordinatlarında yerləşmişdir. Bolqarıstan xəritəsinə 2009-cu ildə daxil edilmişdir.
Leonardo Bruni
Leonardo Bruni (və ya Leonardo Aretino ; 1369 və ya 1370, Arezzo, Toskana – 1444, Florensiya) — italyan humanist, tarixçi və dövlət xadimi, tez-tez erkən İntibah dövrünün ən mühüm humanist tarixçisi kimi tanınırdı. Onu ilk müasir tarixçi adlandırırlar. O, tarixə üç dövr baxışından istifadə edərək yazan ən erkən insan idi: Antik, Orta əsrlər və Müasir dövr. Bruninin dövrləri müəyyən etmək üçün istifadə etdiyi tarixlər müasir tarixçilərin bu gün istifadə etdikləri tam olaraq deyil, lakin o, tarixin üçtərəfli bölünməsi üçün konseptual zəmin qoyub. Leonardo Bruni təxminən 1370-ci ildə Toskana əyalətinin Arezzo şəhərində anadan olub. Bruni siyasi və mədəni lider Coluccio Salutatinin şagirdi idi, o , Florensiyanın kansleri vəzifəsini yerinə yetirdi və onun himayəsi altında vətəndaş humanizmi ideyasını inkişaf etdirdi. O, həmçinin dörd papanın (1405–1414) apostol katibi vəzifəsində çalışmışdır. Bruninin kansler olduğu illər, 1410–1411 və yenidən 1427-ci ildən 1444-cü ildə ölümünə qədər müharibə ilə üzləşdi. Ən yüksək siyasi vəzifələrdən birini tutmasına baxmayaraq, Bruni Albizzi və Mediçi ailələri ilə müqayisədə nisbətən gücsüz idi. Tarixçi Artur Field, Brunini 1437-ci ildə Kosimo de' Mediciyə qarşı açıq-aşkar bir sui-qəsdçi kimi müəyyən etdi.
Sebastian Rudi
Sebastian Rudi (28 fevral 1990-cı ildə anadan olub) — Bundesliqa təmsilçilərindən olan Bayern Münhen klubunda və Almaniya milli futbol komandasında yarımmüdafiəçi kimi çıxış edən peşəkar alman futbolçusu. Rudi 2003-cü ildə Ştutqart klubunun gənclər akademiyasına qəbul olmuşdur. O, peşəkar karyerasına 2007-ci ildə klubun reserv komandası ilə yarıpeşəkar liqa sayılan Regionalliqa Süd liqasında başlamışdır. O, peşəkar karyerasında debütünü 2 avqust 2008-ci ildə 3. Liqada Yunion Berlin klubuna qarşı oyunda etmişdir. 2008-ci ilin yay fəsli ərzində Rudi Ştutqart klubunun əsas komandası ilə peşəkar müqavilə imzalamışdır. Rudi əsas komanda ilə debütünü 10 avqust 2008-ci ildə Almaniya Kubokunun ilk mərhələsində Hansa Lüneburq klubuna qarşı oyunda etmişdir. 15 yanvar 2017-ci ildə Rudi Bayern Münhen klubu ilə müqavilə imzalamışdır. O, 1 iyul 2017-ci ildə kluba qoşulmuşdur. Rudi Almaniya milli futbol komandası ilə debütünü 13 may 2014-cü ildə Polşa millisinə qarşı oyunda etmişdir.
Puni (En)
Sen-Jan-de-Qonvil (fr. Chavornay) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Şampan-an-Valrome kantonuna daxildir. Kommunanın dairəsi — Belle. INSEE kodu — 01097. Kommuna Paris şəhərinin 420 km cənub-şərqində, Lion şəhərindən 70 km şərqdə yerləşir və Burk-an-Bres şəhərindən 55 km cənub-şərqdə yerləşir. 2010-ci ildə əhalinin sayı 199 nəfər təşkil edirdi. 2010-cu ildə əmək qabiliyyətli 131 nəfər (15-64 yaş arasında) 93 nəfər iqtisadi cəhətdən, 38 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi 71.0%, 1999-cu ildə 68.8%). Fəaliyyət göstərən 93 sakindən 90 nəfəri (40 kişi və 50 qadın), 3 nəfər işsiz (3 kişi və 0 qadın) idi.
Quni (Urmiya)
Quni (fars. قوني‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 898 nəfər yaşayır (140 ailə).
Rani Mukerci
Rani Mukherci (ing. Rani Mukerji və ya Rani Mukherjee) — əslən Hindistanlı film aktrisası. Mukherci-Samart ailəsində anadan olan Rani aktyorluq sahəsində hələ məktəbdə oxuyarkən Biyer Phool (1996) filmi ilə debüt etmişdir. Bollivudda əsas karyerasına 1997-ci ildə çəkildiyi Mənim kralım gələcək filmi ilə başlayıb. Növbəti il isə Karan Coharın rekordlar qıran və romantika janrında olan Nəsə baş verir filmində rol alıb. Bu filmdəki performansına görə Filmfare Ən Yaxşı Köməkçi Aktrisa Mükafatına layiq görülüb. 21 Aprel 2014 Rani və Aditya Çopra ilə evlənib. Rani Mukherci 21 mart 1978-ci ildə Qərbi Benqaliyanın Kəlkütə şəhərində anadan olmuşdur. Mukherci ailəsi özünə görə çox tanınmış ailə sayılır. Raninin atası Ram Mukherci tanınmış rejissor, anası isə müğənnidir.
Rani Mukherci
Rani Mukherci (ing. Rani Mukerji və ya Rani Mukherjee) — əslən Hindistanlı film aktrisası. Mukherci-Samart ailəsində anadan olan Rani aktyorluq sahəsində hələ məktəbdə oxuyarkən Biyer Phool (1996) filmi ilə debüt etmişdir. Bollivudda əsas karyerasına 1997-ci ildə çəkildiyi Mənim kralım gələcək filmi ilə başlayıb. Növbəti il isə Karan Coharın rekordlar qıran və romantika janrında olan Nəsə baş verir filmində rol alıb. Bu filmdəki performansına görə Filmfare Ən Yaxşı Köməkçi Aktrisa Mükafatına layiq görülüb. 21 Aprel 2014 Rani və Aditya Çopra ilə evlənib. Rani Mukherci 21 mart 1978-ci ildə Qərbi Benqaliyanın Kəlkütə şəhərində anadan olmuşdur. Mukherci ailəsi özünə görə çox tanınmış ailə sayılır. Raninin atası Ram Mukherci tanınmış rejissor, anası isə müğənnidir.
Roni Blekli
Roni Blekli (ing. Ronee Blakley, 24 avqust 1945, Aydaho, ABŞ) — ABŞ aktrisası, rejissoru, prodüseri, ssenaristi və müğənnisidir. Roni Blekli 1945-ci ildə ABŞ-nin Aydaho şəhərində Don Blekli və Kerolun ailəsində dünyay gəlmişdi. Onun atası mühəndis olmuşdur. Orta təhsili bitirdikdən sonra Stanford Universitetinin Culyard məktəbində təhsil almışdır.Bu məktəbdə mədəniyyət haqqında öyrənmişdir. 1970-ci illərdə bir sıra albomlar çıxarmışdır. 1975-ci ildə çəkilən qara komediya "Neşvill" filminə görə Oskar, Qızıl Qlobus mükafatı, Qremmi mükafatı və BAFTA mükafatına layiq görülmüşdür. Bu film onun ilk rol aldığı film olmuşdur. 1984-cü ildə ABŞ rejissoru Ues Kreyven tərəfindən çəkilən Qarağac küçəsində qarabasma filmində Marc Tompson rolunda oynamışdır. Bu film də ona böyük uğur gətirmişdir.
Rubi Rouz
Rubi Rouz Langenheym (20 mart 1986, Melburn) – avstraliyalı model, DJ, sənətkar, aktrisa, tele aparıcı və Meybelline NewYork-un tanınmış siması. Rose əvvəlcə "Suite For Fleur" ilk performansı ilə 2008-ci ildən etibarən aktrisalığa davam etdi. "Around The Black" adlı dramada kiçik bir rol almışdır. Ruby Katia Langenheim adlı 20 yaşındaki sənətkar ve subay bir qadının qızı olmuşdur. Rose 12 yaşında lezbiyen olduğunu açıqladı. Buna görə dostları ve mekteb yoldaşları tərəfindən sözlü və fiziki tacize məruz qalıb. Belə bir halda Ruby tez-tez intihar etmək qərarını alıb. Həmçinin bir yaxını tərəfindən uşaq təcavüzünə məruz qalmışdır. Ruby-nin bipolar və klinik depressiyası vardır. Uşaqlıqda cinsiyyətini dəyişdirib oğlan olmaq istədiyine görə pul yığdığını deyib, lakin sonra fikrini dəyişmişdir.
Rudi Xiden
Rudolf Hiden (9 mart 1909 və ya 19 mart 1909, Qras – 11 sentyabr 1973, Vyana) — Avstriya futbolçu 1931-ci il mayın 16-da Vyanada olmuş hadisəni o zaman idman aləmində görünməmiş sensasiya kimi qəbul etdilər. Həmin gün Avstriyanın milli futbol komandası Şotlandiya yığması ilə üz-üzə gəldi. Görüş başlamamışdan qabaq stadiona gələnlər arasında bir nəfər də olsun oyunun avstriyalıların qələbəsi ilə qurtaracağını ağlına gətirməmişdi. Çünki Britaniya adalarından gəlmiş rəqib çox güclü idi. Bununla belə, Avstriya komandası 5:0 hesabı ilə qalib gəldi. Həmin gün Avstriya yığmasının "Vundertim" - "möcüzə komanda" adını almış məşhur komandanın doğum günü sayılır. Doqquz gün sonra isə mayın 25-də təzəcə yaranmış möcüzə-komanda Berlində Almaniya yığmasını 6:0 hesabı ilə darmadağın etdi. Vyana şəhərində nəşr olunan "Arbayter-tsaytunq" qəzeti matçdan sonra avstriyalıların qapçısı Rudi Xiden haqqında belə yazmışdı: "Qapıçı Xiden əsl möcüzə göstərdi. Onun oyunu sirkdə göstərilən tryukları xatırladırdı. Alman futbolçular avstriyalıların qapısına yaxınlaşanda Xiden onları cəsarətlə qarşılayırdı.
Ruhi Bağdadi
Ruhi Bağdadi — şair. XVI əsr şairlərindən biri olan Bağdadlı Ruhinin əsl adı Osmandır. Onun Sultan Qanuninin ordusunda Bağdada gedən anadolulu bir əsgərin oğlu olduğu məlumdur. Divanındakı şeirlərindən də özünün bir sipahi olduğu aydınlaşır. Ruhi Bağdadi təzkirəçi Əhdi, Füzulinin oğlu Fəzli, eləcə də başda Bağdad şairləri olmaqla övrünün bir çox dövlət xadimi, alim və şairi ilə dostluq və yoldaşlıq etmişdir. Onun yaradıcılığına Füzulinin böyük təsiri olmuşdur. Sosyal, Orhan, Eski Türk Edebiyatı Metinleri, Millî Eğitim Basımevi, İstanbul 2002.
Ruhi Tuna
Ruhi Tuna (23 dekabr 1965, Məlikan, Şərqi Azərbaycan ostanı – 30 oktyabr 2021, Toronto) ― azərbaycanlı heykəltaraş, rəssam. O, 7 il İranda həbsdə olduqdan sonra Türkiyəyə getmiş, 8 il burada fəaliyyət göstərdikdən sonra isə Kanadaya köçmüşdür. Bütün fəaliyyəti boyunca onlarla tarixi şəxsiyyətə həsr edilmiş yüzlərlə heykəl düzəldib. Təkcə Türkiyədə Atatürkə qoyulmuş 300-dən çox heykəl və büstün müəllifidir. Ruhi Tuna 23 dekabr 1965-ci ildə Məlikkəndidə anadan olub. Kiçik yaşlarından rəssamlıqla məşğul olub. Azərbaycanın muxtariyyət istəyini simvollaşdıran bir karikatura çəkdiyi üçün həbs edilir. 7 il İran həbsxanalarında məhbus həyatı yaşayıb. İlk dəfə Qoşaçayda həbsdə olduğu müddətdə heykəltaraşlıqla məşğul olmağa başlayıb. Həbsdən çıxdıqdan sonra da heykəltaraş kimi fəaliyyətini davam etdirib.
Ruhi institutu
Ruhi İnstitut ruhani-mənəvi təhsil institutudur və onun təqdim etdiyi təhsil 50 il əvvəl Kolumbiyada bu ölkənin əhalisi üçün hazırlanmışdır. İnstitut ikili məqsəd daşıyır. Bu, bir tərəfdən cəmiyyətin rifahı və çiçəklənməsi, digər tərəfdən isə, kursu keçən insanlara bilik qazanmaqda, ruhani keyfiyyətlərini və qabiliyyətlərini inkişaf etdirməkdə, öz ətraflarına xidmət etmək bacarıqları əldə etməkdə onlara kömək etmək məqsididir. İlk silsilə kurslar 7 kitabdan ibarətdir Birinci kitab Ruhun həyatı haqqında düşüncələr adlanır. Bu kursda iştirakçılar ruhun təbiəti, insana bəxş edilmiş qabiliyyətlər, habelə gündəlik həyatlarında göstərə biləcəkləri məziyyətlər haqqında öyrənir, həyatın mənası, öz taleləri və həyat məqsədləri üzərində düşünür, dua və onun insan həyatında necə bir mühüm təsirə malik olması barədə öyrənirlər. Kursun gedişatı zamanı iştirakçılar aldıqları bilikləri praktikada tətbiq edir, bu bilikləri başqaları ilə bölüşür, dostları və yaxınları üçün həyatın ən müxtəlif hallarına aid dualar oxunan görüşlər keçirməyi öyrənirlər. İkinci kitab Bu kitabda iştirakçılar daha çox inam əldə edir, öz ətraflarını nəzərə almaqla xidmət mövzusunu daha dərindən öyrənir və öz biliklərini bölüşmək üçün ziyarətlər etmək qabiliyyəti əldə edirlər. Üçüncü kitab Bu kitab 5–7 yaşlı uşaqların ruhani tərbiyəsinə həsr olunmuşdur. İştirakçılar uşaqlar üçün sadə məşğələlər aparmağı öyrənir və ruhani keyfiyyətlərini inkişaf etdirməkdə onlara kömək edirlər. Dördüncü kitab Təlimləri ilə bəşəriyyətin həyatında yeni epoxanın əsasını qoyan iki xüsusi Şəxsiyyətin, Allahın Elçilərinin həyatı ilə tanış olur və Bu Günün(yeni vəhy dövrünün) əhəmiyyəti barədə anlayış əldə edirlər.
Ruhi xəstəxana
Ruhi xəstəxana və ya dəlixana — ruhi-əsəb xəstəliklərindən əziyyət çəkən şəxslərin saxlanıldığı və onların müalicəsi üçün nəzərdə tutulmuş xəstəxana. Baş verən ruhi-əsəb (depressiya, şizofreniya, bipolyar pozuntu və ağıl xəstəliyi) xəstəliklərinin növündən aslı olaraq ruhi xəstəxanaların təyinatı dəyişə bilər. Bəzi xəstəxanalar qısa müddətlik müalicə və reablitasiya xidmətləri üçün nəzərdə tutulsada, bir digər növ xəstəxanalarda isə ruhi xəstəliklərdən əziyyət çəkən şəxslər həyatlarının sonlarına kimi saxlanılırlar. Ruhi xəstəxanaların tarixi şərq ölkələrindən başlanır. Ruhi xəstəxana tipli ilk mərkəz 705-ci ildə Bağdad şəhərində açılmışdır. VI Əməvi xəlifəsi I Vəlidin öndərliyi ilə açılan xəstəxana ruhi-əsəb xəstəliklərindən əziyyət çəkən şəxslərin bir yerdə toplanması və saxlanılması üçün nəzərdə tutulmuşdu. Növbəti bu tip xəstəxana da 800-cü ildə Qahirə şəhərində açılmışdır. 1270-ci ildə Dəməşq şəhərində isə ruhi-əsəb xəstəliklərindən əziyyət çəkən şəxslərin vəziyyətlərinin öyrənilməsi məqsədilə ilk institut yaradılır. Dəməşqdə açılan xəstəxana daxili imkanlarına görə əvvəlkilərə nisbətən daha böyük və geniş olmuşdur. Şərq tibb dünyasında ruhi xəstələrin meditasiya, musiqi terapiyası və dərmanlarla sağaldıda biləcəyinə inanılırdı.
Typhlodromus pruni
Typhlodromus pruni (lat. Typhlodromus pruni) — phytoseiidae fəsiləsinin typhlodromus cinsinə aid heyvan növü. Typhlodromus pruni Catalogue of Life saytında Mites GSDs: PhytoseiidBase.
Rüi
Rüi və ya Rüi-Monso (fr. Ruy-Montceau) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Burquen-Jalyö kantonuna daxildir. Kommunanın dairəsi — La-Tur-dü-Pen. 4 avqust 2015-ci ildə kommunanın adı Ryuydan Ryuy-Monsoya dəyişilmişdir. INSEE kodu — 38348. Kommunanın 1999-cu il üçün əhalisi 1810 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 244 ilə 505 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 430 km cənub-şərqdə, Liondan 45 km cənub-şərqdə, Qrenobldan 55 km şimal-qərbdə yerləşir.
Aşot Süni
Aşot Süni – 892 – 909 – cu illərdə hakimiyyətdə olmuş Sünik knyazı. Sünik sülaləsindən olan Aşot Süni Vasak İşxanikin qardaşı və varisi olmuşdur. Aşot 891-ci ildə Ermənistan hökmdarı I Smbatın tacqoymasında iştirak etmişdir. 895 – 906 – cı illərdə o, II Qriqor Supan və şahzadə Cagikin köməkliyi ilə Tatev monastırını inşa etdirmişdir. Onun dörd oğlu olmuşdur – Smbat, Saak, Vasak və Babgen. Təxminən 909 – cu ildə taxtda onu oğlu Smbat Süni əvəz etmişdir. Daha sonra isə nəvəsi I Smbat Süni (Saakın oğlu) hakimiyyətə gəlmişdir. Aşot Süni Tatev monastırında dəfn edilmişdir.. Erməni tarixçisi Hovanes Drasxanakertçi onun haqqında yazır: “...İncə qəlbli və xalqın sevimlisi, bütün ömrü boyu Tanrıya yaxın olan xeyirxahlıq yolunu tutmuş Sisakan işxanı Vasakın ölməsi və əcdadlarının yanında dəfn edilməsindən sonra taxta onun qardaşı, onun kimi xalqı sevən, dindar və qəlbində Tanrı qorxusunu yaşadan Aşot gəldi və hər şey atasının hakimiyyəti dövründə olduğu kimi çox yaxşı oldu.” Aşot Süni 909 - cu ildə vəfat etmişdir. Moisey Kalankatlı bu haqda yazır: "Sonra erməni katolikosu Qeorq və Sünik knyazı Aşot öldülər və onlar üçün ağıçə qadınlar bu sözləri deyirdilər: “Qoy insanlar nə qədər dünyada var, belə il heç vaxt yer üzünə gəlməsin!” Bütün bunlar erməni təqviminin üç yüz qırx altıncı ilində olub.
Saak Süni
Saak Süni — 821-831/832 - ci illərdə Qeqarqunik hakimi. Sünik knyazı Vasakın kiçik oğlu olan Saak atası Vasakın ölümündən sonra Sünikin şimal-qərb ərazisində yerləşən Qeqarqunik ərazisində və Göyçə gölünün ətrafında hakimiyyətə gəlmiş və Sünik sülaləsinin bir qolu olan Qeqarqunik Haykazunları nəslinin əsasını qoymuşdur. 831-832-ci illərdə ərəblərə qarşı Zəngiçay sahilində Kavakert döyüşündə öldürülmüş və nəşi katolikos II David Kakagetsi tərəfindən dəfn edilmişdir. Ölümündən sonra taxta oğlu I Qriqor Supan keçmişdir. “Kavakert dastakerti qarşısında Xurastan çayı sahilində böyük ərlər onları qarşıladılar. Hulun onların üzərinə hücum əmri verməsindən sonra tərəflər arasında vuruşma başlandı və bir çoxlarının qanı töküldü. Öldürülənlər arasında Sünik teri (zadəganı) Saak da var idi. Smbat və Sevada isə qaçaraq canlarını qurtara bildilər. Hul yenidən Dvinə döndü. Sünik teri Saakın cəsədi böyük patriarx David tərəfindən müqəddəs patriarxlıq evinə gətirilərək müqəddəs məbəd yaxınlığında dəfn edilmişdir.
Süni ağırlıq
Süni ağırlıq (kosmosda) — kosmik gəmi heyəti üçün Yerdəkinə yaxın həyat şəraitinin yaradılmasını təmin edən süni ağırlıq. Uzunmüddətli kosmik uçuşlar üçün böyük əhəmiyyətə malikdir. Qısamüddətli süni ağırlıq gəminin kütlə mərkəzinə təcil verən reaktiv mühərriklər vasitəsilə yaradılır; uzunmüddətli süni ağırlıq üçün kosmik gəmi (və ya onun tərkib hissələri) öz oxlarından birinin ətrafında fırladılır. Bir-birinə trosla birləşdirilmiş iki kosmik gəmidə süni ağırlıq yaratmaq üçün onlar ümumi kütlə mərkəzi ətrafında fırlandırılmalıdır. Bu halda birləşdiriçi tros uzunluğunun dəyişdirilməsi yolu ilə süni ağırlığı tənzim etmək olur.
Süni dil
Süni dil — təbii dildən fərqli olaraq məqsədli surətdə yaradılan sistem. Belə dillər mindən çoxdur və yenilərinin yaradılması prosesi davam edir. Süni dillərin aşağıdakı növləri vardır: Proqramlaşdırma dilləri və kompüter dili İnformasiya dili Formal dil Mövcud olmayan xalqların ədəbiyyatda və kinematoqrafiyada yaradılmış dilləri. http://stra.teg.ru/library/strategics/7 Arxivləşdirilib 2004-06-06 at the Wayback Machine İsskustvennıye yazıki // Linqvistiçeskiy ensiklopediçeskiy slovar.
Süni dillər
Süni dil — təbii dildən fərqli olaraq məqsədli surətdə yaradılan sistem. Belə dillər mindən çoxdur və yenilərinin yaradılması prosesi davam edir. Süni dillərin aşağıdakı növləri vardır: Proqramlaşdırma dilləri və kompüter dili İnformasiya dili Formal dil Mövcud olmayan xalqların ədəbiyyatda və kinematoqrafiyada yaradılmış dilləri. http://stra.teg.ru/library/strategics/7 Arxivləşdirilib 2004-06-06 at the Wayback Machine İsskustvennıye yazıki // Linqvistiçeskiy ensiklopediçeskiy slovar.
Süni intellekt
Süni intellekt (Sİ; ing. artificial intelligence, abr. AI) — insanların və ya heyvanların intellektindən fərqli olaraq maşın və ya proqram təminatının intellekti. Süni intellekt tətbiqlərinə qabaqcıl veb axtarış mühərrikləri (Quql axtarış sistemi), tövsiyə sistemləri ("YouTube", "Amazon" və "Netflix" tərəfindən istifadə olunur), virtual assistentlər ("Siri" və "Alexa" kimi), özügedən avtomobillər ("Waymo"), generativ və ya yaradıcı alətlər ("ChatGPT" və süni intellekt incəsənəti), strateji oyunlarda (şahmat və Qo kimi) ən yüksək səviyyədə yarışmaq daxildir. Süni intellekt 1956-cı ildə akademik fənn kimi təsis edilmişdir. Bu sahə optimizm dövrlərindən keçmiş, sonradan məyusluq və maliyyə itkisi yaşamış, lakin 2012-ci ildən sonra dərin öyrənmə bütün əvvəlki süni intellekt üsullarını üstələmiş, beləliklə bu sahədə maliyyələşmə və maraqda böyük artım müşahidə edilmişdir. Süni intellekt tədqiqatının müxtəlif alt sahələri xüsusi məqsədlər və xüsusi alətlərdən istifadə ətrafında cəmlənir. Süni intellekt tədqiqatının ənənəvi məqsədlərinə əsaslandırma, biliyin təqdim edilməsi, planlaşdırma, öyrənmə, təbii dilin emalı, qavrayış və robototexnikaya dəstək aiddir. Ümumi intellekt (ixtiyari problemi həll etmək bacarığı) sahənin uzunmüddətli hədəfləri arasındadır. Bu problemləri həll etmək üçün süni intellekt tədqiqatçıları axtarış və riyazi optimallaşdırma, formal məntiq, süni neyron şəbəkələri və statistika, ehtimal və iqtisadiyyata əsaslanan metodlar daxil olmaqla geniş spektrli problem həlli üsullarını uyğunlaşdırıb və inteqrasiya etmişdilər.
Süni mayalandırma
İn vitro (İVF) mayalandırma dedikdə yumurtahüceyrələrin orqanizmdən kənarda mayalandırılması nəzərdə tutulur. Əvvələr mayalandırma sınaq şüşələrində aparılırdı, indi isə, Petri kasalarında aparılır. Spermanın keyfiyyətindən asılı olaraq mayalandırma ənənəvi İVF üsulu ilə və ya mikromayalındarmanın köməyi (İKSİ) ilə aparılır. Hər iki halda qadın hormonal hazırlıq keçməlidir. İn vitro mayalandırma sonsuzluğun müalicəsinin effektif üsuludur. Hormonal müalicə və ya stimulyasiya Müalicəyə başlamaq qərarı verildikdən sonra Sizin üçün stimulyasiya planı hazırlanır. Follikulların stimulyasiyası hormonal müalicədir. Bu müalicənin köməyi ilə bir menstrual tsikl müddətində yumurtalıqlarda bir neçə follikul və yumurtahüceyrə inkişaf edir. Müasir hormonal preparatlardan istifadə etmək çox asandır. Bunlar gündəlik olaraq inyeksiyalar şəklində qarın ya bud nahiyəsində dəri altına yeridilən hazır məhlullardır.
Süni mayalanma
İn vitro (İVF) mayalandırma dedikdə yumurtahüceyrələrin orqanizmdən kənarda mayalandırılması nəzərdə tutulur. Əvvələr mayalandırma sınaq şüşələrində aparılırdı, indi isə, Petri kasalarında aparılır. Spermanın keyfiyyətindən asılı olaraq mayalandırma ənənəvi İVF üsulu ilə və ya mikromayalındarmanın köməyi (İKSİ) ilə aparılır. Hər iki halda qadın hormonal hazırlıq keçməlidir. İn vitro mayalandırma sonsuzluğun müalicəsinin effektif üsuludur. Hormonal müalicə və ya stimulyasiya Müalicəyə başlamaq qərarı verildikdən sonra Sizin üçün stimulyasiya planı hazırlanır. Follikulların stimulyasiyası hormonal müalicədir. Bu müalicənin köməyi ilə bir menstrual tsikl müddətində yumurtalıqlarda bir neçə follikul və yumurtahüceyrə inkişaf edir. Müasir hormonal preparatlardan istifadə etmək çox asandır. Bunlar gündəlik olaraq inyeksiyalar şəklində qarın ya bud nahiyəsində dəri altına yeridilən hazır məhlullardır.
Süni neyron
Süni neyron — bioloji neyronun modeli kimi irəli sürülən riyazi funksiyadır. Süni neyronlar süni neyron şəbəkədə təsisedici bölmədir. Onlar istifadə olunmuş xarakterik modeldən asılı olaraq yarımxətti hissəli, Nv neyron, ikilik neyron, xətti hüdud funksiyası və Makkallok-Pitts neyronu kimi adlandırıla bilər. Süni neyron bir və ya daha çox girişdən (dendriti təsvir edir) qəbul edir və çıxışı (neyronun aksonunu təsvir edir) hasil etmək üçün onları cəmləyir. Adətən hər bir qovşağın cəmi onların çəkisi olur və cəm aktivləşdirmə funksiyası və ya ötürmə funksiyası kimi məlum olan qeyri-xətti funksiya kimi verilir. Ötürmə funksiyası adətən siqmoid formasında olur , ancaq onlar həmçinin hissə-hissə müəyyən olunmuş xətti funksiyalar , keçid funksiyaları və ya digər xətti funksiyalar formasında verilə bilər. Onlar həmiçinin monoton artan, fasiləsiz, differensial və məhdud funksiyalarla verilə bilər. Süni neyronların ötürmə funksiyaları xətti sistemlərin ötürmə funksiyaları ilə qarışdırılmamalıdır. Süni neyronların riyazi modeli ilk dəfə 1943-cü ildə Uorren Makkallok və Volter Pitts tərəfindən təklif edilib. Bu model xüsusi olaraq, beyində "sinir şəbəkələrinin" hesablama modeli kimi düşünülmüşdü.
Süni peyk
Süni peyk — yerin ətrafında pilotsuz uçan kosmik aparat. Yerin ətrafında hərəkət etmək üçün aparat birinci kosmik sürətdən bir az artıq sürətə malik olmalıdır. Onlar 150–160 km-dən bir neçə min km məsafədə olan hündürlükdə uçurlar. Uçma hündürlüyünün aşağı həddi atmosferdə yarana biləcək dayandırma halından qaçma ilə təyin olunur. Peykin orbit üzrə hərəkəti bir neçə saat ilə bir neçə gün arasında yerləşir. Süni peyklər elmi tədqiqatlar üçün geniş tətbiq olunur (məsələn, hərbi peyklər, meteroloji peyklər, naviqasiya peykləri, rabitə peykləri və s.). Süni peykin ən əsası insanların kosmosda uzun müddət qalması üçün tətbiq olunandır. Dünyada ilk süni peyk SSRİ tərəfindən buraxılmış Sputnik 1-dir. İlk ABŞ peyki 1 fevral 1958-ci ildə, ilk Britaniya peyki 26 aprel 1962-ci ildə, ilk Kanada peyki 29 sentyabr 1962-ci ildə, ilk Fransa peyki 26 noyabr 1965-ci ildə və ilk Avstraliya peyki 29 noyabr 1967-ci ildə kosmosa buraxılmışdır. Bu ölkələr süni peykin raket daşıyıcısını özləri istehsal edirlər.
Süni seçmə
Süni seçmə və ya seleksiya(lat. seligere — seçmək) — xüsusilə bəzi canlılar tərəfindən digər canlılar üzərində şüurlu olaraq tətbiq olunan seçməyə deyilir. Süni seçmə bir canlının, bir digər canlının törəməsini və həyatda qalmasını (canlılığın iki təməl zərurilikləri) öz istəkləri daxilində məhdudlaşdıraraq və ya istiqamətləndirərək, müəyyən funksiyaların nəsillər ərzində seleksiyası nəticəsində, seçən növ tərəfindən ən "istənilən" fərdlərin əldə edilməsini hədəfləyir. Bunun ən sadə və ən fundamental nümunəsi insanın öz məqsədləri istiqamətində digər növləri əhilləşdirib dəyişdirərək yeni növlər əldə etməsidir. Təbii seçmə təbiətdəki müxtəliflik daxilində mühitə adaptasiya olmaq baxımından ən üstün fərdlərin seçilib artaraq özlərindəki bu üstün genləri balalarına köçürməsi deməkdir. Bu, süni yollarla, seçici faktor təbiət şərtləri olmadan, bir növün tam istəkləri və ya məqsədlərinə uyğun olaraq da edilə bilər. Bu üsulla növlərin dəyişilməsinə səbəb olan təbiət qanununa Süni seçmə deyilir. Süni seçmə əvvəlcə müəyyən bir xüsusiyyətin bir canlı qrupunda istənilməsi ilə başlayır. Təbii ki, arzulanan bu özəlliyin ən azından ilkin bəzi xüsusiyyətlərinin populyasiyanın "genetik hovuzu"'' içərisində meydana gəlməsi gözlənilir. Bir inəyi uçma funksiyası qazanma üçün seçməyə tabe tutsaz, demək hədəf uçma məqsədli bir Süni seçmədir.