Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Dürmək
Dürmək — Azərbaycan milli mətbəxinə daxil olan qəlyanaltı növlərindən biri. Adətən səhər yeyilir. Tez və asan hazırlanması ilə seçilən yeməkdir. == Haqqında == Dürməyin iki forması məlumdur: bükmə dürmək və cibli dürmək. Bükmə dürməkdə yaxma ərzaq (pendir, göyərti, qızardılmış ət, yumurta və s.) yuxanın bir qırağına qoyulur, yuxanı alt tərəfdən bir az içliyin üzərinə büküb dürməkləyirlər. Alt tərəfi də qatlandığı üçün içlik tökülmür. Silindr şəklində bükülmüş, bürmələnmiş bu yemək çox ləzzətli olur. Çox vaxt quymaq, halva, eləcə də pendir, yağ, şor və s. ağartı məhsulları bu qayda ilə dürmək edilərək yeyilir. Azərbaycanın bir çox bölgələrində yas üçün bişirilən halvalar yuxaya bükülərək süfrəyə qoyulur.
Seçmək
Seçmək (ing. choose) – qrafik istifadəçi interfeysində: komandanın çalışdırılmasına səbəb olmaq və ya parametri seçmək. Bu prosedur bir neçə hərəkətdən ibarət ola bilər; məsələn, dialoq boksunda parametrin seçilməsi bir hərəkətlə yerinə yetirilir, ancaq menyudan komandanın seçilməsinə ən azı iki hərəkət lazımdır (öncə ekrana menyunun komandalarının siyahısını çıxarmaq, sonra isə lazım olan komandanı seçmək). Çox zaman bu terminin əvəzinə, onun ingilis sinonimi olan "select" terminindən istifadə olunur, ancaq "choose" daha münasib variantdır, çünki "select" başqa spesifik anlamda işlədilir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Surməq
Surməq-İranın Fars ostanının Abadə şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 3,116 nəfər və 917 ailədən ibarət idi.
Surək
Surək — İranın Mazandaran ostanının şəhərlərindəndir. Həm də Miyandürud şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 8,817 nəfər və 2,377ailədən ibarət idi.
Sümək
Əlçim — yuyulub didilərək təmizlənmiş yunu daranmış yunun asan əyirmək məqsədilə hazırlanan əl içi boyda yun. Yunu daramaq üçün xüsusi daraqdan (yun darağından) istifadə edirdilər. Didilib hazırlanmış yunu yun darağı ilə darıyır, daranma zamanı yun sümək və ya əlçim (əlçək, əlçin) şəklinə salınır.
Sürmə
Sürmə — hansısa bir mebelə aid olan girib-çıxan yeşik. Ən çox evlərdə və ofislərdə işlənilir, balaca əşyaların mühafizəsi və gizliliyi üçündür. Bəzi sürmələr açarla bağlanır. "Sürmə" sözü "sürmək" (sürümək) feilindən yaranıb.
Yumru Sürümçək
Yumru Sürümçək — yaşayış yeri Sirab kəndinin şimal-qərbində, Şorsu çayının sahilində yerləşir. Aşkar edilən keramika məmulatı saman qarışığı olan gildən hazırlanaraq qırmızı rəngdə bişirilmiş kasa və küpə tipli qablardan ibarətdir. Keramika məmulatının əksəriyyəti forma verməyən parçalardan ibarətdir.
Draqutin Surbek
Draqutin Surbek (8 avqust 1946 — 15 iyul 2018) — Xorvatiyanı təmsil edən stolüstü tennisçi. == Karyerası == Draqutin Surbek Xorvatiyanı 1992-ci ildə Barselona şəhərində baş tutan XXV Yay Olimpiya Oyunlarında təmsil edib və cüt turnirdə 9-cu pillənin sahibi olub.
Şurçeh döyüşü
19 may 1912-ci ildə Salarüddövlə və ya tam adı ilə Əbülfət mirzə Qovanlı-Qacar və Yeprem xan arasında baş vermiş döyüş. == Döyüşdən əvvəl == Yeprem xan zamanında Səttarxanı ağır yaralamış erməni idi, Qacarlara qarşı harada üsyan çıxsa onu yatırmaqla məşğul idi. Əbülfət Salarüddövlə isə keçmiş şahın qardaşı idi və 1911-ci ildə Kirmanşahda hakimiyyətə üsyan etmişdi. O, Sənəndəc şəhərini tutdu. Xəbəri alan mərkəzi hakimiyyət, bəxtiyariləri onu məğlub etməsi üçün bir ərazidə yerləşdirdi.1911-ci ilin sentyabr ayında hadisədən xəbər tutan Yeprem xan əraziyə gəldi. Yepremin polisləri, ermənilər və bəxtiyarilər Əbülfəti məğlub etdi. Beləliklə, ilk yürüş Yepremin qələbəsi ilə başa çatdı. == Döyüş == 1912-ci ildə Şahrud ve Damğandakı köhnə Şahın qüvvələrinə və Kirmanşah sahəsindəki Əbülfət mirzə Qovanlı-Qacar qüvvələrinə qarşı ikinci bir yürüş hazırlandı. Yeprem xan tərəfindən köhnə şaha qarşı üç qrup döyüşçü göndərildi və Şah İranı tərk etməyə məcbur edildi. Lakin 19 may 1912-ci ildə, Əbülfətin qüvvələrinə qarşı qələbə qazanmışkən, Yeprem, dostunun cəsədini almaya çalışarkən öldürüldü.
Sürtmə (emal növü)
Sürtmə - yağ içərisində narın abrazivlər vasitəsilə çox nazik metal qatı götürnəklə aparılan tamamlama əməliyyatıdır. Emal olunan səth və sürtücü alət kontur boyu bir-biri üzrə hərəkət etdirilir. Bu zaman sürtücü və səth arasında yerləşən abraziv dənəciklər diyirlənərək verilmiş istiqamətdə yönəlirlər. Dənəciklər sürtmə aralığında pəstah və alət gövdəsi arasındakı nisbi hərəkətə uyğun olaraq diyirlənirlər. Hərəkət eyni zamanda yağlayıcı mayenini təsrindən daha da güclənir. Dənəciklərin diyirlənməsi zamanı emal alət və pəstah arasında bir çox deformasiya, ayrılma, kəsmə prosesləri ilə müşayiət olunur. Burada uyğun abarziv material seçimi ilə material kəsilməsini minimallaşdırmaq olur. Sürtmədə tətbq olunan abarziv materialın dənəvərliyi çox kiçik olduğundan sürtkü qatışığında (pasta) vahid həcmə düşən dənəciklərin sayı həddən çox olur. Nəticədə kiçik bir səth çoxlu sayda dənəcik təsirinə məruz qalır. Dənəciyin təsirinin belə yüksək tezliyində səth bərkiyir və onun deformasiyaya qarşı müqaviməti artır.
Yumru Sürümçək yaşayış yeri
Yumru Sürümçək — yaşayış yeri Sirab kəndinin şimal-qərbində, Şorsu çayının sahilində yerləşir. Aşkar edilən keramika məmulatı saman qarışığı olan gildən hazırlanaraq qırmızı rəngdə bişirilmiş kasa və küpə tipli qablardan ibarətdir. Keramika məmulatının əksəriyyəti forma verməyən parçalardan ibarətdir.
Levçay sürmə yatağı
Levçay sürmə yatağı — yatağın mərkəz hissəsində filiz kütləsi silisiumlaşmış, əhəng daşlarında civəli kütlələrlə yanaşı sürmə filizləşməsinində kifayət qədər olması müəyyənləşdirilmişdir. Filizdə sürmənin miqdarı 0,4-11,6 %, orta miqdarı isə 1,1%. təşkil edir. Yatağın öyrənilmiş hissəsində sürmənin ehtiyatı 2 min. ton olduğu müəyyən edilir.