Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Süzərlər
Süzərlər (lat. Certhiidae) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinə aid heyvan fəsiləsi. == Haqqında == Çox xırda quşları birləşdirir. Dimdiyi nazik, uzun, aşağıya əyilmişdir. Lələklənməsi yumşaq, ayaqları gödəkdir. Barmaqları uzun, caynaqları itidir. Ağac gövdələrinə asanlıqla çıxır, qabığın çatlarından əldə etdiyi cücülərlə qidalanır. Azərbaycanda yeganə süzər cinsinin 2 növü vardır: adi süzər və qısabarmaq süzər.
Şumerlər
Şumerlilər və ya şumerlər (özünüadlandırma: şum. sag-gig-ga — «qarabaşlılar») — Cənubi Mesopotamiyanın (indiki İraq ərazisi) qədim əhalisi. Şumer dilində danışırdılar və Şumer dövlətini yaratmışdılar. Sivilizasiyanın yaranması, yazının yaranması, qədim Mesopotamiyanın ilk şəhər və dövlətləri ənənəvi olaraq onlarla əlaqələndirilir. Şumerlərin mənşəyi və dilinin qohumluğu müəyyən edilməmişdir. Hal-hazırda şumer dili heç bir məlum dil ailəsinə aid deyil. Şumerlərin Cənubi Mesopotamiyada olması, yazının icad edildiyi eramızdan əvvəl 4-3-cü minilliklərin başlanğıcından etibarlı şəkildə qeyd olunur. Bununla belə, onların daha əvvəl həmin ərazilərdə, o cümlədən Ubeyd icmaları arasında mövcudluğu ilə bağlı fərziyyələr var. Eyni zamanda, linqvistik məlumatlar göstərir ki, tarixin başlanğıcında şumerlilər müəyyən bir erkən əhali ilə təmasda idilər, onlardan mədəni terminləri, toponimləri, iqtisadi nailiyyətləri və bəzi dini inancları götürmüşdülər. Mesopotamiyada samimənşəli akkad dilinin dialektlərinin yayılması ilə şumer dili tədricən istifadədən çıxmışdır.
Süngərlər
Süngərlər (lat. Porifera) — heyvanlar aləminə aid heyvan tipi. 8000-ə yaxın növü təsnif edilib. Əksər növləri dənizdə yaşasalar da, bəzi nümayəndələri (məsələn, gölsüngəri) Antarktidadan başqa digər materiklərin daxili sularında rast gəlinir. Süngərlər çoxhüceyrəli heyvanların ən ibtidai nümayəndələridir. Bədən iki hüceyrə qatından: xarici-ektoderma və daxili entodermadan ibarətdir. Bu qatlar arasında isə ayrı-ayrı hüceyrələr səpələnmiş, quruluşsuz xüsusi maddələrdən ibarət olan qatmezoqley yerləşir. Süngərlər qadiəsi ilə əşyaya yapışır, ağız isə yuxarı yönəlir. Bədən divarı çoxlu nazik məsamələrə malikdir. Süngərlərin bədəni asanlıqla qırılır və ya ovulur.
Süsənlər
Süsənlər (fr. Les Iris) — məşhur holland rəssamı Vinsent van Qoqun 1889-cu ildə çəkdiyi rəsm əsəri. "Süsənlər" əsəri ölümündən bir il öncə, rəssamın Sen-Remi-de-provans yaxınlığında Mavzoleyli Müqəddəs Pavel klinikasında yaşadığı zaman çəkilmişdir. Van Qoq "Süsənlər"i 1889-cu ilin mayında, ruhi xəstəxanaya gəldikdən sonra, bir həftə ərzində, xəstəxananın bağında naturadan çəkməyə başlamışdır. Rəsm əsərində onun sonrakı işlərində üzə çıxan yüksək gərginlik yoxdur. O, əsəri "xəstəliyim üçün ildırım sipəri" adlandırıb. Çünki hiss edirdi ki, rəsm çəkməyi davam etdirərək xəstəliyindən xilas ola bilər. Tabloda Van Qoqun digər işlərində və həmçinin müasirlərinin də işlərində olduğu kimi Ukiyo-e yapon qravürlərinin təsiri görünür. Bu oxşarlıq, obyektlərin konturlarının ayrılması, qeyri-adi rakurslarda, detallı çəkilmiş ərazilər və reallığa uyğun olmayan tam rənglə dolu sahələrin olması ilə izah olunur. == Rəsmin sahibləri == Rəsmin ilk sahibi tabloya 300 frank vermiş fransalı sənətşünas və anarxist Oktav Mirbo olmuşdur.
Xəzərlər
Xəzərlər (ivr. ‏כוזרים‏‎ (kuzarim), ərəb. خزر‎ (xazar), yun. Χαζαροι (xazaroy), q.rus Козаре, lat. Gazari, Cosri) – əsasən Şimali Qafqazda və Volqaboyu ərazidə yayılmış, bir çox türk mənşəli xalqların etnogenezinin formalaşmasında iştirak etmiş qədim türk tayfalarından biri. == Tarixi == Müxtəlif tarixlərdə xatırlanan xəzər boyları haqqındakı məlumatlar min ildən artıq bir dövrü əhatə edir və belə böyük zaman kəsiyində onların yayıldığı ərazilərin zaman-zaman dəyişdiyini nəzərə almayan bəzi Orta əsr salnaməçiləri və son iki əsrdə xəzər məsələsi ilə məşğul olan bəzi alimlər müəyən yanlış fikirlər söyləmişlər. Hətta, vaxtilə ayrı-ayrı alimlər xəzər boylarını abxaz, gürcü, erməni (hay), osetin, fin, rus və başqa xalqlara aid etmişlər, ancaq xəzər problemi dərindən öyrənildikcə tarixi gerçəklikdən uzaq olan belə fikirlər gündəlikdən çıxmışdır, lakin xəzərlərin türk olması artıq şübhə doğurmasa da, onların hansı türk dialektində danışması və ilkin yurdu barədə mübahisələr hələ də davam edir. Xəzər dövləti güclü olduğu dönəmlərdə onun hüdudları indiki adları ilə desək, qərbdə Azov dənizi, Krım və Dnepr çayı, şimalda Kiyev, Kazan şəhəri, şərqdə Volqa çayının şərq sahilləri, cənubda Dağıstan və Qafqaz dağları idi. Bəzi dövrlərdə isə cənubda Azərbaycanın bir çox bölgəsi də Xəzər dövlətinə tabe olmuşdur. Başqa-başqa etnik tərkibli əhalidən ibarət olan belə böyük əraziləri əsrlərlə nəzarət altında saxlamaq olduqca çətin idi, lakin xəzərlərin hərbi manevr bacarığı o qədər qüvvətli idi ki, tabeliyində olmayan xalqlardan da xərac alırdı.
Adi süngərlər
Adi süngərlər (lat. Demospongiae) — heyvanlar aləminin süngərlər tipinə aid heyvan sinfi. == Ümumi xarakteristika == Bu sinifə aid 6000-dən çox növ təsvir edilmişdir. Növün əksər nümayəndələri dənizlədə yaşayır. Haplosclerida dəstəsinə aid növlər, əsasən, şirinsu hövzələrində yaşayır. Onlardan ən geniş tanınan növ göl süngəridir. Göl süngəri sualtı cisimlərin səthində uzunluğu 1 metrə çatan düzgün olmayan formalı və ya ağacabənzər örtülmə şəklində rast gəlinir. Bu süngərlər su hövzələrində filtrator rolunu oynayır. Hündürlüyü 7 sm-ə çatan süngər sutkada 20 litrdən çox su süzə bilir. Yaşıl, sarımtıl, ağımtıl rənglərə çalan göl süngərlərinin skeleti mikroskopik iynələrdən — spikullardan ibarətdir.
Altışüalı süngərlər
Altışüalı süngərlər (lat. Hexactinellida) — heyvanlar aləminin süngərlər tipinə aid heyvan sinfi. Tipik okeanlarda yaşayan orqanizmlərdir. Adətən okeanın 100 m-dən çox dərinliyində yaşayırlar. Bədənlərinin hündürlüyü 2 m-ə çatır. Bədəninin forması kisə, çəllək, yaxud qədəhşəkillidir. Skeleti altışüalı silisium iynələrdən ibarətdir. Şüalar 3 qarşılıqlı perpendikulyar olan müstəvilər üzərində yerləşir. İynələrin bəzilərində bir və ya bir neçə şüa reduksiyaya uğrayıb. 500-ə yaxın növü var.
Kirəcli süngərlər
Kirəcli süngərlər (lat. Calcarea) — heyvanlar aləminin süngərlər tipinə aid heyvan sinfi.
Kosmik sürətlər
== I kosmik sürət == Yer səthindən üfüqi istiqamətdə atılmış cismə (cismin ölçüsü Yerin radiusuna nisbətən çox kiçikdir) hansı sürət vermək lazımdır ki, o Yerin süni peykinə çevrilsin? Bu suala cavab vermək məqsədilə məsələni tərsinə həll edək. Fərz edək ki, üfüqi istiqamətdə atılmış cismə elə v 1 {\displaystyle v_{1}} sürəti verilmişdir ki, həmin cisim Yerin səthi yaxınlığında r = R Y {\displaystyle r=R_{Y}} radiuslu çevrə boyunca Yer ətrafinda fırlanır . Havanın sürtünmə qüvvəsi nəzərə alınmadıqda bu cisim yalnız Yerin cazibə qüvvəsinin təsiri ilə hərəkət edir. Bu halda cismə təsir edən mərkəzəqaçma qüvvəsini yaradan səbəb Yerin cazibəsidir, başqa sözlə, Yerin cismi cəzbetmə qüvvəsi mərkəzə- qaçma qüvvə rolunu oynayır. Ondan sonra: m v 1 2 R Y = γ m M Y R Y 2 {\displaystyle {\frac {mv_{1}^{2}}{R_{Y}}}=\gamma {\frac {mM_{Y}}{R_{Y}^{2}}}} (1) v 1 = γ M Y R Y {\displaystyle v_{1}={\sqrt {\gamma {\frac {M_{Y}}{R_{Y}}}}}} (2) γ {\displaystyle \gamma } , M Y {\displaystyle M_{Y}} və R Y {\displaystyle R_{Y}} -in qiymətlərini (2)-də nəzərə alsaq, v 1 ≅ 8 k m s a n {\displaystyle v_{1}\cong 8{\frac {km}{san}}} . Deməli, üfüqi istiqamətdə atılmış cismə ən azı 8 {\displaystyle 8} k m / s a n {\displaystyle km/san} sürət vermək lazımdır ki, o Yerin süni peykinə çevrilsin. Bu sürət birinci kosmik sürət adlanır. Dünyada ilk dəfə (12 aprel 1961-ci il) Yer ətrafında gəmi-peykdə səyahət edən o zamankı sovet kosmonavtı Y. A. Qaqarin olmuşdur. Daşıyıcı raket gəmi-peyk sisteminə üfüqi istiqamətdə 8 {\displaystyle 8} k m ∖ s a n {\displaystyle km\backslash san} sürəti verərək ondan ayırır.
Süngərlər tipi
Sürətlər qutusu
Sürətlər qutusu — müxtəlif tipli sənaye mexanizmlərinin və transmissiyalarının dişli çarxlardan ibarət avadanlığı. Nəqliyyatda tətbiq olunan sürətlər qutusu mühərrikdən gələn dövrlər sayının və momentin böyük diapazonda dəyişdirilməsi üçün tətbiq olunur. Bunlar çox da çevik olmayan daxili yanma mühərrikidirlər. Buxar və elektrik ilə işləyən mühərriklər adətən sürətlər qutusuz hazırlanırlar. Ona görə ki, bu mühərriklər müxtəlif dövrlər sayını alınan enerjinin köməyi ilə böyük həddə tənzim edə bilirlər. Bundan əlavə sürətlər qutusu nəqliyyatın arxaya hərəkətini mümkün edir. Metalkəsən və başqa dəzgahlarda sürətlər qutusu optimal kəsmə rejimlərini təmin etmək üçün tətbiq olunurlar. Alətin və ya hissənin fırlanması (məsələn, torna və ya burğulama dəzgahında) tənzim olunur. ==== Təsnifatı ==== Sürətlər qutusu bir neçə əlamətinə görə təsnifatlaşırlar. Güc ötürmə üsuluna görə: Mexaniki qutular, burada adətən dişli ötürmələrdən istifadə olunur.
Adi süngərlər (Demospongia)
Dukerlər
Dukerlər (lat. Cephalophinae) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin boşbuynuzlular fəsiləsinə aid heyvan yarımfəsiləsi.
Muzeylər adası
Muzeylər adası (alm. Museumsinsel‎) — Almaniyanın paytaxtı Berlinin Mitte inzibati dairəsindən keçən Şpree çayının üzərindəki kiçik bir adanın şimal hissəsində sahəsi 1 kvadrat kilometr olan muzeylər kompleksi. 1990-cı ildə Almaniyanın birləşməsi ilə 1945-ci ildən bəri şərq və qərbə bölünən kolleksiyanı yenidən birləşdirmək imkanı yarandı. Muzeylər adası 1999-cu ildən YUNESKO-nun Ümumdünya irsi siyahısındadır. Adanın şimalında yerləşən beynəlxalq səviyyədə tanınan 5 muzeydən ibarət kompleksin muzeyləri: Köhnə muzey (Altes): 1830-cu ildə Karl Fridrix Schinkelin sifarişi ilə tamamlandı. Yeni muzey (Neues): Friedrich Avqust Stülerin planlarına görə 1859-cu ildə tamamlandı. İkinci Dünya Müharibəsində dağıdılmış muzey Devid Çipperfild tərəfindən yenidən qurulmuş və 2009-cu ildə yenidən açılmışdır. Köhnə Milli Qalereya (Alte Nationalgalerie): 1876-cı ildə tamamlanan muzey, Fridrix Avqust Stüler tərəfindən qurulmuşdur. Bode muzeyi: Adanın şimalında yerləşən muzey 1904-cü ildə açılmış və sonradan Kaiser Friedrich muzeyi adlandırılmışdır. Heykəltaraşlıq kolleksiyalarını, qədim antik dövrləri və Bizans sənət əsərləri nümayiş olunur.
Muzeylər gecəsi
Muzeylər gecəsi — Beynəlxalq Muzeylər Gününə həsr olunmuş beynəlxalq tədbirdir. Bu müddət ərzində muzey eksponatlarına gecədən səhərədək baxa bilərsiniz. Bu gecə, bir çox muzey günbatımından sonra demək olar ki, səhərə qədər ziyarətçilər üçün açıq olur. Aksiyanın əsas məqsədi müasir muzeylərin resurslarını, imkanlarını, potensialını göstərmək, gəncləri muzeylərə cəlb etməkdir. == Tarixi == "Muzeylər gecəsi" ilk dəfə 1997-ci ildə Berlində keçirilib. 1999-cu ildən etibarən Fransa Mədəniyyət və Rabitə Nazirliyinin təşəbbüsü ilə “Muzeylərin baharı” adlı tədbir keçirilməyə başlanmış, 2001-ci ildə artıq bu aksiyada Avropa və Amerikadan 39 ölkə iştirak etməyə başlamışdır. 2005-ci ildə "Muzeylərin baharı" "Muzeylər gecəsi"nə çevrildi. 2009-cu ildən etibarən Azərbaycan muzeyləri də bu aksiyaya qoşulur.
Qardaş şəhərlər
Qardaşlaşmış şəhərlər — coğrafi olaraq bir-birindən uzaq olan yaşayış məskənlərinin, mədəni və ticari əlaqələri ilə ortaya gətirdikləri birlikdir. Dünyada ilk qardaşlaşmış şəhərlər Böyük Britaniyanın Keighley şəhəri ilə Fransanın Poix-du Nord şəhəri olmuşdur. Bu iki şəhər arasında müqavilə 1920-ci ildə imzalanmışdır. == Terminin tarixi == 1944-cü ildə İngiltərədəki Coventry şəhərinin sakinləri 830 Koventri qadınları və Lady Mayoressa xanım Emily Smithin nişanlandığı Stalingradyalılar üçün süfrə hazırlamışdılar. Bunun üzərinə "böyük təəssüflərdən daha az kömək" sözləri işlənmişdir. Sovet İttifaqının Londondakı səfirliyi vasitəsilə toplanan pulla birlikdə Coventry masa örtüsü Almanlar və onların müttəfiqləri tərəfindən məhv edilmiş Stalingrada köçürüldü. Bu gün bu Koventri süfrəsi "Stalinqrad müharibəsi" muzey-qoruğunda saxlanılır. 2008-ci ildə Volqoqrad sakinləri iki şəhər arasında qardaş şəhər əlaqələrinin 65 illik yubileyi şərəfinə Koventriyə köçmək üçün Stalinqrad Masa örtüsünü yaratdılar. 1957-ci ildə əkiz şəhərlərin nümayəndələri Dünya Bacı Şəhərlər Federasiyasının (WUFG) yaradıldı. 1964-cü ildə SSRİ-nin əkiz şəhərləri Sovet və Xarici Şəhərlər Əlaqələri Birliyində birləşdi.
Qardaşlaşmış şəhərlər
Qardaşlaşmış şəhərlər — coğrafi olaraq bir-birindən uzaq olan yaşayış məskənlərinin, mədəni və ticari əlaqələri ilə ortaya gətirdikləri birlikdir. Dünyada ilk qardaşlaşmış şəhərlər Böyük Britaniyanın Keighley şəhəri ilə Fransanın Poix-du Nord şəhəri olmuşdur. Bu iki şəhər arasında müqavilə 1920-ci ildə imzalanmışdır. == Terminin tarixi == 1944-cü ildə İngiltərədəki Coventry şəhərinin sakinləri 830 Koventri qadınları və Lady Mayoressa xanım Emily Smithin nişanlandığı Stalingradyalılar üçün süfrə hazırlamışdılar. Bunun üzərinə "böyük təəssüflərdən daha az kömək" sözləri işlənmişdir. Sovet İttifaqının Londondakı səfirliyi vasitəsilə toplanan pulla birlikdə Coventry masa örtüsü Almanlar və onların müttəfiqləri tərəfindən məhv edilmiş Stalingrada köçürüldü. Bu gün bu Koventri süfrəsi "Stalinqrad müharibəsi" muzey-qoruğunda saxlanılır. 2008-ci ildə Volqoqrad sakinləri iki şəhər arasında qardaş şəhər əlaqələrinin 65 illik yubileyi şərəfinə Koventriyə köçmək üçün Stalinqrad Masa örtüsünü yaratdılar. 1957-ci ildə əkiz şəhərlərin nümayəndələri Dünya Bacı Şəhərlər Federasiyasının (WUFG) yaradıldı. 1964-cü ildə SSRİ-nin əkiz şəhərləri Sovet və Xarici Şəhərlər Əlaqələri Birliyində birləşdi.
İtmiş şəhərlər
İtmiş şəhərlər (ing. Lost city) - əvvəllər mövcud olmuş, lakin sonradan mövcud olduğu ərazidə olmayan və ya harada mövcud olduğu haqqında dəqiq məlumat olmayan şəhərlərə verilən ad. Kabus şəhər anlayışına yaxın olan İtmiş şəhər ifadəsi yazıçılar tərəfindən geniş istifadə edilmişdir. Bəzi tarixi qaynaqlarda əhalisinin sayı 25 - 30 min arasında olan, stratrji baxımdan böyük önəm daşıyan şəhərlərin adları qeyd edilmiş, lakin həmin şəhərlərin dəqiq olaraq harada yerləşdiyi haqqında məlumat əldə edilməmişdir. == Bəzi itmiş şəhərlər == Ubar - Şəhərlərin tərk edilmə səbəbləri müxtəlifdir. Əsas səbəblər kimi xəstəliklərin geniş formada yayılması, müharibələrin aramsız şəkildə davam etməsini və ya karvan yolların dəyişməsini göstərmək olar. Ərəb Xilafəti dövründə mövcud olmuş Ubar şəhəri haqqında son zamanlarda məlumat tapılmışdır. Aparılmış araşdırmalardan sonra məlum olmuşdur ki, Ubar səhrada yerləşən və dövrünə görə əhalisi çox olan şəhərlərdən idi. İçməli su qaynaqlarının anidən tükənməyə başlaması, şəhər əhalisinin şəhəri tərk etməsinə səbəb olmuşdur. Ərəb tarixi rəvayət və ya nağıllarında Ubar adlı şəhərin adı tez-tez qeyd edilir.
Azərbaycandakı şəhərlər
Bu məqalə Azərbaycandakı şəhərlərin siyahısını və əlaqəli məlumatları ehtiva edir.
Beynəlxalq Muzeylər Günü
Beynəlxalq Muzeylər Günü — Beynəlxalq Muzeylər Şurasının (İCOM) təşəbbüsü ilə 1977-ci ildən etibarən 18 may tarixində qeyd edilir. Bu bayram bir qayda olaraq xalqlar arasında mədəni mübadilə və əməkdaşlığın inkişafına kömək şüarı ilə keçirilir. Muzeylər mənəvi dəyərləri toplayan, qoruyan və təbliğ edən müəssisələrdir. Respublika muzeylərində bu baxımdan çox böyük iş aparılır. Həmin gün bütün muzeylərimizdə bu peşə bayramı qeyd edilir. == Tarixi == Bu günün məqsədi muzeylərin cəmiyyətin həyatında nə dərəcədə mühüm rol oynadığını göstərməkdir. Bu bayram qədim tarixə və zəngin mədəniyyətə malik Azərbaycanda da geniş miqyasda qeyd edilir. Eramızdan əvvəl XVI əsrdə Krit, XIII–XII əsrlərdə Çin, III əsrdə Qədim Roma və Yunanıstanda estetik dəyərə malik əşyaların, əsərlərin, sənədlərin saxlandığı məkanların müasir muzeylərin sələfləri hesab olunduğunu nəzərə alaraq, ölkəmiz ərazisində qurulmuş Atropatena və Albaniya dövlətləri hökmdarlarının saraylarını da belə yerlər kimi qeyd etmək yerinə düşər. Erkən və orta əsrlərdə isə Azərbaycanda hakim sülalələr tərəfindən kolleksiyaçılıq ənənələrinə maraq güclənib, qiymətli əşyalar xəzinələrdə, saray kitabxanalarında mühafizə edilib. Azərbaycanın ictimai-siyasi, mədəni həyatında XIX əsrin ikinci yarısından etibarən sürətlə cərəyan edən proseslər muzey işinin təşkilinə təkan verib.
Beynəlxalq Muzeylər Şurası
Beynəlxalq Muzeylər Şurası — (ing. International Council of Museums, ing. ICOM) 1946-cı ildə Parisdə (Fransa) yaradılmış qeyri-hökumət beynəlxalq təşkilatdı. ICOM — dünya təbii və mədəni irsinin, maddi və qeyri-maddi irsin qorunması, inkişafı və cəmiyyətnən qarşılıqlı əlaqələri yaradılması ilə məşğul olan muzey və muzey mütəxəssislərinin beynəlxalq təşkilatıdır. 137 ölkədən təxminən 35,000 üzvü olan ICOM, muzey və mirasla əlaqəli müxtəlif intizam daxilində fəaliyyət göstərən muzey işçilərin şəbəkəsidir. == ICOM-un məqsəd və vəzifələri == Nizamnaməyə əsasən, ICOM-un məqsəd və vəzifələri aşağıdakılardır: bütün dünyada muzey işinin inkişafının təşviqi; mirasın qorunması və mədəni mülkiyyətdə qanunsuz ticarətlə mübarizə; muzey işçilərin təlimi və peşəkar standartlarına uyğun təkmilləşdirilməsi; muzey və muzey işçilərinə kömək göstərilməsi; muzey təşkilatları və müxtəlif ölkələrin mütəxəssisləri arasında əməkdaşlığın qurulması. == Ümumi məlumat == 1946-cı ildə təsis edilmiş ICOM, UNESCO ilə rəsmi əlaqələri davam etdirən və Birləşmiş Millətlər Təşkilatıının İqtisadi və Sosial Şurası ilə məsləhətçi statusu olan qeyri-hökumət təşkilatıdır. ICOM həmçinin, beynəlxalq mülki xidmət missiyalarının yerinə yetirilməsi məqsədilə Ümumdünya Əqli Mülkiyyət Təşkilatı, INTERPOL və Ümümdünya Gömrük Təşkilatı kimi təşkilatlarla əməkdaşlıq edir. Mədəni əmlakın qanunsuz dövriyyəsi ilə mübarizə və təbii və ya texnogen fəlakətlər zamanı dünya mədəni irsinin qorunması üçün risklərin idarə edilməsinə və fövqəladə hallara hazırlığa kömək etmək ICOM-un missiyasına daxildir. == Etik davranış kodeksi == ICOM 1986-cı ildə muzeylər üçün ICOM Etik davranış kodeksi qəbul etdi və təşkilatın bütün üzvlərinə riayət etməsi lazım olan təcrübə standartlarını təyin etdi.
Kuzenlər (film, 2019)
Kuzenlər — 2019-cu il Braziliya filmi. == Süjet == Lukas təkdir. Sadəcə tanrı üçün yaşayan xalası Lourdes ilə birlikdə kirayədə yaşayır. Demək olar ki, hər gün başda Culia (Lukası sevir) olmaqla başqalarına musiqi və kilsə xoru dərsləri verməklə xalasına kömək edir. Bir gün Lourdes Lukasa qohum Marionun sabah gələcəyini və qarşılamaq üçün ona inandığını deyir. Bu qonaq təzəlikcə həbsdən çıxan uzaq qohum (kuzen) idi. Ertəsi gün Lourdes işləriylə əlaqədər bir neçə günlük evdən gedir. Kuzenlər tez bir zamanda dost olurlar və aralarında tezliklə ilk səmimi duyğular başlayır. == İstehsal == 2018-ci ildə Tiaqo Sazado filmin ssenarisini 20 günə yazdı.
Qardaşlaşmış Şəhərlər (1970)
Qardaşlaşmış şəhərlər (film, 1970)
Şəhərlər haqqında mahnıların siyahısı
Bu məqalədə şəhərlər haqqında mahnıların siyahısı qeyd olunub. İnstrumental parçalar "(İ)" ilə qeyd olunmuşdur. Siyahıya daxildir: Şəhəri və ya şəhərinin hər hansı bir yeri və ya məkanı haqqında mahnılar. Sözləri şəhərdə əsaslanan mahnılar. Siyahıya daxil deyl: Şəhərinin sadəcə qısa adı qeyd olunan mahnılar.