Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Dizac-i Səfid (Sərab)
Dizac-i Səfid (fars. ديزج سفيد‎) - İranın Şərqi Azərbaycan ostanının Sərab şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 70 nəfər yaşayır (10 ailə).
Cəzayir-i bəhr-i səfid vilayəti
Cəzayir-i bəhr-i səfid vilayəti — Osmanlı İmperiyası tərkibində, 1864–1912–ci illərdə mövcud olmuş I dərəcəli inzibati–ərazi vahidi. İnzibati mərkəzi Rodos idi.
Səfidab (Ərdəbil)
Səfidab (fars. سفيداب‎) və ya Asbu — İranın Ərdəbil ostanının Xalxal şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 344 nəfər yaşayır (80 ailə).
Səfidan-i Atiq (Təbriz)
Səfidan-i Atiq (fars. سفيدان عتيق‎) — İranın Şərqi Azərbaycan ostanının Təbriz şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 251 nəfər yaşayır (51 ailə).
Səfidkəmər (İcrud)
Səfidkəmər (fars. سفيدكمر‎) — İranın Zəncan ostanı İcrud şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 206 nəfər yaşayır (67 ailə).
Səfidkəmər (Şəbüstər)
Səfidkəmər (fars. سفيدكمر‎) — İranın Şərqi Azərbaycan ostanının Şəbüstər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 648 nəfər yaşayır (189 ailə).
Səfidrud
Səfidrud çayı — Qızılüzən çayının Məncildən sonrakı hissəsinin adı.
Səfidəxan (Təbriz)
Səfidəxan (fars. سفيده خوان‎) — İranın Şərqi Azərbaycan ostanının Təbriz şəhristanı ərazisinə daxil olan kənd. Bu kəndin əski adi İsparaxan ya İsparaxon olmuş. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 2,213 nəfər yaşayır (548 ailə).
Sefid
Sefid Səng — İranın Rəzəvi Xorasan ostanının Fəriman şəhristanının Qələndərabad bəxşində şəhər. Deh Sefid (Əsədabad) — İranın Həmədan ostanının Əsədabad şəhristanının Pir Səlman bəxşinin ərazisinə daxil olan kənd. Hisar Sefid (Bicar) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. Nəft Sefid — İranda, Xuzistan ostanında, Həftkel şəhristanının Rüğeyvə bəxşinin Gəzin dehestanında kənd.
Səfir
Səfir — xarici dövlətdə və ya beynəlxalq təşkilatda dövlətin yüksək çinli diplomatik nümayəndəsi. Səfirlər dövlət başçısı tərəfindən təyin olunur.
Səid
Səid və ya Səyid (ərəb. سعيد‎, Sa‘īd) — kişilərə verilən ərəbcə mənşəli şəxsi ad. Mənası "xoşbəxt", "uğurlu" və ya "mübarək"dir. Adın qadın versiyası Səidədir (ərəb. سعیدة‎). Latınca ekvivalenti "Feliks" və Yunanca ekvivalenti "Makariyos"dur. Bu adı olan məşhur insanlar Səid Səid Nursi — İslam alimi və filosofu. Səid Rüstəmov — Bəstəkar, dirijor, pedaqoq. Səid Ünsizadə — Şamaxı hakimi. Səid Mətinpur — Cənubi Azərbaycanlı insan hüquqları fəalı və jurnalist.
Nəft Sefid
Nəft Sefid (fars. نفت سفيد‎; fars dilində mənası: "Ağ neft") — İranda, Xuzistan ostanında, Həftkel şəhristanının Rüğeyvə bəxşinin Gəzin dehestanında kənd. 2011–ci il siyahıyaalınmasına əsasən kəndin əhalisi 128 ailədə 218 nəfəri kişilər və 258 nəfəri qadınlar olmaqla cəmi 476 nəfərdir.
Sefid Səng
Sefid Səng — İranın Rəzəvi Xorasan ostanının Fəriman şəhristanının Qələndərabad bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 4,894 nəfər və 1,110 ailədən ibarət idi.
Səmid Əliyev
Səmid Xoşbəxt oğlu Əliyev (5 iyun 1998; Corat, Sumqayıt, Azərbaycan — 1 oktyabr 2020; Füzuli, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələri'nin əsgər'i, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Səmid Əliyev 2001-ci il iyul ayının 5-də Coratda anadan olub. 3 bacının bir qardaşı idi. 3 bacının bir qardaşı idi. Corat qəsəbəsində 7 nömrəli tam orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanıb. Daha sonra Beyləqan rayonunda rabitəçi kimi qulluq edib. Nişanlı idi. == Hərbi xidmətləri == 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Səmid Əliyev Füzulinin azad edilməsində savaşıb. Elsevər Əliyev 1 oktyabrda Füzuli rayonunu uğrunda döyüş tapşırığını yerinə yetirərkən şəhid olub. Sumqayıt Şəhidlər Xiyabanında dəfn edilib.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Səmid Əliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Səmid Əliyev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Səyid Human
Səyid Human (1 yanvar 1992) — Pakistanlı xizək yürüşçüsü. Səyid Human Pakistanı 2018-ci ildə Cənubi Koreyada təşkil edilən XXIII Qış Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Səyid Human birinci dəfə Olimpiya Oyunlarına 2018-ci ildə qatıldı. O, Cənubi Koreyada baş tutan XXIII Qış Olimpiya Oyunlarında kişilər 15 km məsafəyə sərbəst üsul yarışlarında iştirak etdi. Human 45:19.1 saniyəlik nəticəsi ilə 119 atlet arasında 108-ci yeri tutdu və medalçılar sırasına düşə bilmədi.
Eduard Səid
Eduard Səid (ərəb. إدوارد وديع سعيد‎ Fələstinli-amerikalı Ədəbi nəzəriyyəçi və fələstinlilərin hüquqları müdafiəçisi idi.O,Kolumbiya Universitetində İngilis dili və Müqayisəli Ədəbiyyat professoru və Müstəmləkəçilik-sonrası nəzəriyyəsinin qurucu şəxslərindən idi.Robert Fisk, onu fələstinlilərin "ən güclü siyasi səsi" kimi təsvir edib. Səid təsirlimədəni tənqidçi və müəllif ki ən yaxşı Şərqşünaslıq (1978) adlı kitabına görə tanınmışdır.Kitab onun Şərqşünaslıqa barə təsirli ideyaların,qəribitədqiq şərqi mədəniyyətlərindəni təqdim edir. == Həyatı == Eduard Səid 1 noyabr 1935-ci ildə Qərbi Qüdsdə xristian ailəsində anadan olub. Uşaq vaxtdı Anqlikan-Protestant kimi vəftiz olunub. Onun atası zəngin iş adamı, Yerusəlimdən olan Vadi Səid, anası isə Nazaretli Hilda Musa olmuşdur. Ailəsi 1947-ci ilin dekabrında Fələstindən Misirə köçüb və Qahirədə məskunlaşıb.Leykoz xəstəliyindən əziyyət çəkən və uzun və ağrılı müalicə kursu keçən Səid 2003-cü il sentyabrın 23-də Nyu-Yorkda vəfat edib. == Təhsili == İlk təhsilini Qahirə Amerika Məktəbində almış, sonra isə Qahirədə Viktoriya Kollecində təhsilini davam etdirmişdir. 1951-ci ildə buradan ayrılıb və ABŞ-nin Massaçusets ştatındakı Mount Hermon məktəbində orta təhsilini başa vurub. Prinston Universitetində bakalavr təhsilini 1953–1957-ci illərdə baçatıb vurmuşdur.1960-I ildə Harvard Universitetində magistr və 1964-cü ildə ingilis ədəbiyyatı üzrə doktorluq dərəcəsini bitirmişdir.
I Səfi
I Şah Səfi (tam adı: Şah Səfiəddin əl-Hüseyn əl-Bahadır xan; 1611, İsfahan – 11 may 1642, Kaşan, İsfahan ostanı) — Səfəvilər xanədanlığından olan VI şah (1629–1642). Əsl adı Sam Mirzədir. == Həyatı == Səfəvi dövlətinin altıncı hökmdarıdır. Atasının adı şahzadə Məhəmməd Baqır Mirzə, anasının adı isə Dilarə xanımdır. Şah Səfi, Şah Abbasdan sonra 18 yaşındaykən dövlətin taxtına oturmuşdur. 13 il müddət ərzində dövləti idarə etmişdir. Şah Abbas böyük oğlu şahzadə Məhəmməd Baqır Mirzəni, onu öldürmək istəyini düşünərək öldürmüşdür. Şah Abbas daha sonra digər oğulları və nəvələrindən də şübhələnmiş geri qalanlarını da öldürmüşdür. Yalnız nəvəsi Səfini varisi olaraq saxlamışdır. Şah Səfi 1611-ci ildə doğulmuş, 31 yaşındaykən 12 may 1642-ci ildə vəfat etmişdir.Taxta çıxdığı zaman yaşı az olduğuna görə Sarı Tağı xan ona lələ (atabəy) təyin edilmişdi.
Məhəmməd Səid
Məhəmməd Saed Mərağeyi −1883–1973 — محمد ساعد مراغه‌ای — iki dəfə İranın Baş Naziri, səkkiz dəfə Xarici İşlər Naziri, bir dəfə Daxili İşlər naziri, dörd dəfə xarici ölkələrdə səfir, dörd dəfə Senat Məclisi və bir dəfə Məclisin nümayəndəsi olmuşdur. == Həyatı == Məhəmməd Saed, (Saedülvizarə) Marağada və ya da Tiflisdə anadan olmuşdur. Əslən azərbaycanlı, atası Məhəmmədkazım Qazi idi. Atası və babası Azərbaycanın yüksək səviyyəli münsif və hakimlərindən idi. İsveçrənin Lozann Universitetində təhsil almışdır. Məhəmməd Saidin uşaqlıq və gənclik illəri Zaqafqaziyada keçmiş, diplomatik karyerası burada başlanmışdır. Mart hadisələri zamanı Krasnokrestovskaya küçəsi (Şeyx Şamil) 23 ünvanda yerləşən və 100 nəfərdən çox iranlı təbəələrin və konsulluğun əməkdaşlarının sığınacaq tapdıqları İran konsulluğunun binası erməni silahlı dəstələri tərəfindən tutulmuşdu. M. S. Marağayi konsulluq binasının azad edilməsinə nail olmuş, daha sonra rus hərbçiləri ilə birgə Bakıda yaşayan və işləyən İran vətəndaşlarının da məruz qaldığı qırğınların qarşısının alınmasında fəal iştirak etmişdir. 1994-cü ildə Tehranda nəşr etdirdiyi "Siyasi xatirələr"ində 1918-ci il mart faciələri günlərində şəhərdəki vəziyyəti təsvir etmiş və göstərmişdir ki, şəhər küçələrindən və həyətlərdən ölülərin və yaralıların yığılması və şəxsiyyətlərinin təyin edilməsi üçün hələ yalnız onun yaratdığı komissiya tərəfindən 5000 nəfərdən artıq iranlı və qeyri-iranlı müsəlmanın qətlə yetirildiyi müəyyən olunmuş, bütün bu cəsədlər müsəlman qaydasında dəfn edilmişdir. Qanlı mart hadisələrindən sonra cəmiyyətdə böyük vahimə yaranmış, müsəlman əhalisi şəhəri kütləvi surətdə tərk etməyə başlamışdır.
Nuri Səid
Nuri Səid (ərəb. نوري السعيد‎‎; dekabr 1888 və ya 1888, Bağdad – 15 iyul 1958[…] və ya 1958, Bağdad) — İraq siyasi və dövlət xadimi. 1930–1958-ci illərdə fasilələrlə 8 dəfə İraq hökumətinə başçılıq etmiş, dəfələrlə xarici işlər naziri və hərbi nazir olmuşdur. == Həyatı == Nuri Səid 1888-ci ilin dekabr ayında Osmanlı imperiyası tərkibində olan Bağdad şəhərində anadan olmuşdur. O, hakimiyyət dövründə İraqda İngiltərə ağalığının mənafeyinin qızğın tərəfdarı olmuşdur. Səid Bağdad paktının yaradılmasının təşəbbüsçülərindən idi. O, ölkədə kommunist hərəkatı boğmaq siyasəti yeritmişdir. Səid 1958-ci il İraq inqilabı zamanı, 15 iyulda, 69 yaşında, anadan olduğu Bağdad şəhərində üsyançılar tərəfindən öldürülmüşdür. == Mənbə == === İstinadlar === === Ədəbiyyat === Batatu, Hanna: The Old Social Classes and New Revolutionary Movements of Iraq, al-Saqi Books, London, 2000, ISBN 0-86356-520-4 Gallman, Waldemar J.: Iraq under General Nuri: My Recollection of Nuri Al-Said, 1954–1958, Johns Hopkins University Press, Baltimore, 1964, ISBN 0-8018-0210-5 Lukutz, Liora: Iraq: The Search for National Identity, pp. 256-, Routledge Publishing, 1995, ISBN 0-7146-4128-6 O'Sullivan, Christopher D. FDR and the End of Empire: The Origins of American Power in the Middle East.
Port-Səid
Port-Səid - (ərəb. بورسعيد‎‎‎) - Misirin Port-Səid vilayətinin mərkəzidir. Süveyş kanalının yaxınlığında yerləşmişdir. == Əhalisi == Əhalisi 500 000 nəfərdir.
Qurban Səid
Qurban Səid — ilk dəfə 1937-ci ildə Avstriya naşiri E.P.Tal tərəfindən alman dilində nəşr edilən "Əli və Nino" romanının müəllifinin istifadə etdiyi təxəllüsdür. Romanın hal-hazırda 30-dan çox dildə nəşri mövcuddur. == "Qurban Səid" təxəllüsünün mənası == Romandakı hadisələrin cərəyan etdiyi ölkə olan Azərbaycanda "Kurban" "Qurban" kimi tələffüz olunur. Sözün kökü semit dillərinə – ərəb və ivrit dillərinə gedib çıxır. Yaxın Şərq mədəniyyətləri üçün ortaq sayılan ənənəvi dini anlayış olan bu ifadə "qurban" mənasını verir. "Səid" isə "şən", "xoşbəxt" mənalarını ifadə edir. Lakin türk dillərində olduğu kimi, Azərbaycan dilində də sifət isimdən əvvəl gəlir və onu təyin edir. Buna görə də "xoşbəxt qurban", "şən qurban" mənalarının dəqiqliklə ifadə edilməsi üçün sözlər "Səid Qurban" kimi yerini dəyişməlidir. Bu ideya romanın xoşbəxtlikdən uzaq süjet xətti ilə ziddiyyət təşkil edir. Əvvəlindən sonuna kimi romana qəmgin melanxolik mövzu hakimdir.Yusif Vəzir Çəmənzəminlinin oğlu Orxan Vəzirov da (1928–2010) daxil olmaqla bir sıra insanlar güman edirlər ki, əsl təxəllüsün Qurban Seyid və ya Seyid Qurban olma ehtimalı daha çoxdur.
Sinan Səid
Sinan Səid (1934, Kərkük – 12 iyun 1991, Bağdad) — Türkman əsilli müğənni, alim-pedaqoq, tərcüməçi, jurnalist və publisist. == Həyatı == Sənətçi, şair və jurnalist Sənan Səid 1934-cü ildə Kərkük şəhərində anadan olmuşdur. Nəsilli-köklü bir ailəyə mənsub olan Sinan Səid ibtidai və orta təhsilini Kərkükdə başa vurduqdan sonra pedaqoji instituta qəbul olaraq 1952-ci ildə rəsm müəllimi ixtisasından məzun olub. Həmin ildən Kərkük qalasındakı Tahirə ibtidai məktəbində müəllim vəzifəsində işləməyə başlayıb. Daha sonra Qərbiyyə məktəbinə təyin olunub və 1959-cu ilə qədər orada çalışıb. 1959-cu ildə Beynəlxalq Radionun ərəb şöbəsi fəaliyyətə başlayarkən Sinan Səid müqavilə əsasında Bağdad radiosundan gəlir. 1961-ci ildə SSRİ-yə gedərək Bakı Universitetinin Jurnalistika Fakültəsində magistr təhsili alıb. 1970-ci ilə qədər Bakı Radio və Televiziya Komitəsinin ərəbcə verilişləri şöbəsində çalışmışdır. 1965-ci ildə ADU-nun jurnalistika şöbəsini bitirmiş, 1969-cu ildə Bakıda "İraq-türkman mətbuatı və ədəbi məsələlər" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. Sinan Səid mahir diktor idi, gözəl səsi vardı, onun Nərminə Məmmədova ilə birlikdə “Evlərinin Öbü Yonca”, “Hər Gün Axşam Olu Dallam” və “Qızıl Üzük, Yaşıl Qaş”ı adlı mahnılar ifa edib.
Səid Aşina
Səid Aşina — Nyu-York Lanqon tibb mərkəzində nevrologiya tibb dosenti və Nyu-York Lüteran Tibb Mərkəzində Baş ağrısı şöbəsinin rəhbəri. == Həyatı == Doktor Aşina tibbi dərəcəsini Danimarkanın Kopenhagen Universitetində qazanmışdır. O, tibbi təcrübəsini Yeni Haven ştatının Yeil Universiteti tibb məktəbinin Müqəddəs Rafael xəstəxanasında almışdır. Səid Aşina nevrologiya rezidensiyasını Albert Eynşteyn tibb kollecində edib. O, Montefior Baş ağrısı mərkəzində və Danimarka Baş ağrısı mərkəzində təhsilini artırmışdır.Doktor Aşina Amerika Psixiatriya və Nevrologiya Şurasının və Nevroloji Müxtəliklərin Vahid Şurasının Baş ağrısı mərkəzində diplomatdır. Beynəlxalq Baş ağrısı Cəmiyyəti Təhsil Komitəsinin üzvüdür. Doktor Aşina həmçinin Baş ağrısı Pozuntularının Beynəlxalq təsnifatının 3-cü nəşri üçün Tension-Type baş ağrısı üzrə Beynəlxalq baş ağrısı cəmiyyətinin baş ağrısı təsnifatı alt komitəsinin üzvüdür. O, Nevrologiya İcmalının redaktoru və Baş ağrısı və Ağrı jurnalının məsləhət şurasının üzvüdür. Səid Aşina Amerika Baş ağrısı Cəmiyyətindən Kliniki Baş ağrısı Yoldaşlıq mükafatı və 2012-ci ildə Avropa Baş ağrısı Federasiyası/Baş ağrısı Tədqiqatları üçün İtaliya Cəmiyyətinin təsis etdiyi Enriko Qreppi mükafatları da daxil olmaqla öz fəaliyyətləri istiqamətində bir sıra mükafatlar əldə etmişdir. Doktor Səid Aşina 2013-2014-cü illərdə Nyu-York Yüksələn Ulduzlar siyahısında Super Həkimlər adına layiq görülmüşdür.
Səid Baduyev
Səid Baduyev (14 sentyabr 1904, Qroznı, Terek vilayəti – 20 dekabr 1943) — Çeçen yazıçısı, Çeçen ədəbiyyatının banilərindən biri. Əsərlərini əsasən çeçen və rus dillərində yazmışdır. == Bioqrafiyası == Said Baduyev 1904-cü ildə Qroznı şəhərində (Çeçenistan) bir tacir ailəsində anadan olmuşdur. O, uşaq ikən yetim qalır. Said Baduyevin atası Süleyman Urus-Martanda dünyaya gəlir. Süleyman Rus-yapon müharibəsinə qatılır və 1914-cü ildə Petroqradda müharibədə aldığı yaralardan dünyasını dəyişir. Anası Ukayev Zaybat Starıye Atağı kəndindəndir. Səid Baduyev Qroznı real məktəbində oxumuşdur. Təhsil haqqını ödəmək üçün pul çatışmazlığı səbəbindən o, məkdəbdən xaric edilir. 1922-ci ildə Vladiqafqazdakı kooperativ kurslarını bitirir.
Səid Bayramov
Səid Eldəniz oğlu Bayramov (20 noyabr 1999, Çöl Ərəb, Kürdəmir rayonu – 1 noyabr 2020, Şuşa rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Səid Bayramov 20 noyabr 1999-cu ildə Kürdəmir rayonunun Çöl Ərəb kəndində anadan olmuşdur. 2006-2017-ci illərdə şəhid Əkbər Şəmiyev adına Kürdəmir rayon Çöl Ərəb kənd tam orta məktəbində təhsil almışdır. Bir müddət kikboksinq ilə məşğul olan Səid Bayramov hərbi xidməti bitirdikdən sonra Bakı şəhərində "Araz" Supermarketdə çalışmışdır. Subay idi. == Hərbi xidməti == Səid Bayramov 2018-2019-cu illərdə Hava Hücumundan Müdafiə Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu olmuşdur. Gəncə şəhərində andiçmə etdikdən sonra Qazax rayonunun Dəmirçilər kəndində yerləşən "N" saylı hərbi hissədə xidmət etmişdir. Azərbaycan Ordusunun əsgəri olan Səid Bayramov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində könüllü kəşfiyyatçı olaraq Xüsusi Təyinatlı Qüvvələrin tərkibində iştirak etmişdir. Füzulinin, Cəbrayılın, Zəngilanın, Xocavəndin, Qubadlının və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Səid Bayramov 1 noyabr 2020-ci ildə Şuşa istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur.
Səid Bilalov
Səid Bilal oğlu Bilalov (12 fevral 1941, Söhüb, Quba rayonu – 1997) — kimyaçı alim, kimya elmləri doktoru, professor. == Həyatı == S.B.Bilalov 1941-ci il fevralın 12-də Quba rayonunun Söhb kəndində kəndli ailəsində anadan olmuşdur. Orta məktəbi Quba rayonunda bitirdikdən sonra, iki il istehsalatda çalışmışdır. 1959-65-ci illərdə Bakı Dövlət Universitetinin kimya fakultəsində təhsil almışdır. 1963-cü ildən Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda laborant və mühəndis vəzifəsində işləmişdir. 1965-ci ildən yeni yaradılmış Aşqarlar Kimyası İnstitutunda baş mühəndis, kiçik və böyük elmi işçi, 1990-cı ildın isə aparıcı elmi işçi vəzifələrində işləmişdir. 1972-ci ildə namizədlik, 1991-ci ildə isə doktorluq dissertasiyasını müdafiə etmişdir. 2001-ci ildə aprel ayının 6-sinda vəfat etmişdir. == Elmi istiqaməti == S.B.Bilalovun əsas elmi-tədqiqat işləri tərkibində azot, kükürd və fosfor saxlayan üzvi birləşmələrin və onların metal törəmələrinin və kompleks birləşmələrinin sintezinə həsr olunmuşdur. Onun tərəfindən ilk dəfə bir molekulda iki akseptor qrupu və hidroksil qrupu saxlayan aminospirtlərdə, alkoksiaminospirtlərdə və alkiltiospirtlərdə molekullar arası və molekuldaxili hidrogen rabitələrinin mövcudluğu İQ-spektroskopiya üsulu ilə tədqiq edilmişdir.
Səid Cəfərov
Səid Zəfər oğlu Cəfərov (4 fevral 1993; Xol Qarabucaq, Neftçala rayonu, Azərbaycan — 9 noyabr 2020; Şuşa rayonu, Azərbaycan) — Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının baş çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Səid Cəfərov 1993-cü il fevralın 4-də Neftçala rayonunun Xol Qarabucaq kəndində anadan olub. 1999-2010-cu illərdə İ. Səfərov adına Mürsəqulu kənd tam orta məktəbində təhsil alıb. == Hərbi xidməti == Səid Cəfərov 2011-2012-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2013-cü ildən isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi. 2013-2014-cü illərdə Daxili Qoşunların Gəncə şəhərində yerləşən "N" saylı hərbi hissəsində, 2014-2017-ci illərdə Qazax rayonunda yerləşən "N" saylı hərbi hissəsində, 2017-ci ildən isə Bakı şəhərində yerləşən "N" saylı hərbi hissəsində xidmət edirdi. Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının baş çavuşu olan Səid Cəfərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə, həmçinin Cəbrayılın, Füzulinin, Xocavəndin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Səid Cəfərov noyabrın 9-da Şuşanın azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Səid Cəfərov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Səid Cəfərov ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Səid Cəfərov ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Səid Cəfərov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Səid Cəfərov ​ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Səid Cəfərov ​ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Səid Dimayev
Səid Öməroviç Dimayev (çeç. СаьӀид Ума́рович Димаев; 24 avqust 1939, Qroznı – 28 mart 2005 və ya 29 mart 2005, Qroznı) — Çeçen musiqiçisi, bəstəkar, dirijor, Rusiya Bəstəkarlar İttifaqının üzvü, Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikası Mədəniyyət nazirinin müavini (1986-1991), Çeçenistan Respublikası Başçısının mədəniyyət və incəsənət müşaviri (1994- 1995), Ömər Dimayevin oğlu. == Həyatı == Səid Dimayev 24 avqust 1939-cu ildə Qroznıda məşhur çeçen musiqiçisi Ömər Dimayevin ailəsində anadan olub. 1957-ci ildə Çeçen-İnquş Musiqi Məktəbinə SSRİ-nin Əməkdar İncəsənət Xadimi, dosent L.M.Şarqorodskinin sinfində bəstəkarlıq fakültəsinə daxil olmuş və 1963-cü ildə onu bəstəkar-nəzəriyyəçi kimi bitirmişdir. Elə həmin il Moskva Dövlət Musiqili-Pedaqoji İnstitutunun musiqi-nəzəri şöbəsinə daxil olub. Lakin sonra fakültəni dəyişərək, bəstəkarlıq fakültəsinə keçib. O, professor Oleq Konstantinoviç Eygesin sinfində bəstəkarlıq təhsili alıb. Sovet bəstəkarı Aram İliç Xaçaturyanın ustad dərsində iştirak etmişdir. 1968-ci ildə institutu bitirdikdən sonra iki il musiqi nəzəri fənləri müəllimi işləmiş, eyni zamanda Qroznı Musiqi Məktəbində polifoniya, harmoniya və forma təhlilindən dərs demişdir.1970-ci ildə Səid Dimayev Dövlət Çeçen-İnquş Filarmoniyasının bədii rəhbəri oldu. Onun iştirakı ilə milli folklor və estrada qrupları - "Zama" ansamblı, "Şən saat" qrupu, "Ulduzlar" uşaq qrupu və s.
Səid Hüseynov
Səid Şahin oğlu Hüseynov — Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin Mərkəzi Aparatında 2013-cü ildə yaradılmış İctimaiyyətlə əlaqələr şöbəsinin ilk rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının KİV-lərdə kütləvi təbliğinin ilk təşkilatçısı, Azərbaycanda elmi jurnalistikanın yaradılmas ının ilk təşəbbüskarı. == Həyatı == Səid Şahin oğlu Hüseynov — 1980-ci il noyabrın 30-da Bakıda ziyalı ailəsində anadan olub[1]. 1997-ci ildə Bakı şəhərində 144 nömrəli orta məktəb i bitirib, 2003-cü ildə isə Bakı Dövlət Universitetinin Tarix fakültəsində ali təhsilini başa vurub. 1998-ci ildən jurnalistika ilə məşğul olan S.Hüseynov son 18 ildə "Hər gün", "Gülüstan" və “Xalq qəzet i” qəzetlərində çalışıb, "Sara" televiziyasında təcrübə keçib. O, “İctimai TV”də yayımlanmış palçıq vulkanlarına dair sənədli filmin müəllifi və aparıcısıdır. S.Hüseynov 2004-cü ilin fevral ayından etibarən AMEA Geologiya (hazırkı Geologiya və Geofizika İnstitutunun) İctimaiyyətlə əlaqələr şöbəsində çalışaraq institutun KİV-lərlə əlaqələrini qaydaya salıb və xeyli genişləndirib. O, adıçəkilən şöbənin rəhbəri kimi çalışdığı dövrdə institutun tədqiqatlarını yalnız yerli deyil, xarici mediada da geniş məqalələrlə təbliğ edib. Onun elmlə bağlı məqalələrinin dərc olunduğu nəşrlər sırasında ölkəmizin “Azərbaycan”, “Xalq qəzeti”, “Respublika” və Rusiyanın “Poisk” qəzetləri, ABŞ-nin “Natural History”, "Azerbaijan International" və İngiltərənin “New Scientist” jurnallarını qeyd etmək olar. O, xarici mətbuatda Azərbaycanın yalnız elmi tədqiqatlarını deyil, elm siyasətini və ətraf mühitin mühafizəsi istiqamətindəki islahatlarını da işıqlandırıb. S.Hüseynov Azərbaycan elmini xarici mətbuatda ardıcıl işıqlandıran ilk jurnalistdir.
Seyid Sultan Səfi piri
Seyid Sultan Səfi piri — Ordubad rayonunun Düylün kəndində ziyarətgah. Pir Orta əsr qəbiristanlığının yanındadır. Vaxtilə pir dördkünc formada möhrədən inşa edilmiş binadan ibarət olmuşdur. Hazırda pirin binası müasir üslubda bərpa edilmişdir. Dördkünc formalı böyük salondan ibarət olan pir binasının mərkəzi hissəsində bir müsəlman qəbiri var. Axtarışlar zamanı pirin ətrafından Orta əsrlərə aid şirli və şirsiz keramika məmulatı aşkar olunmuşdur. Pirin qarşısında qoyulan daş qoç fiquru da əhali tərəfindən müqəddəs hesab edilərək ziyarət edilir. Arxeoloji materiallara əsasən piri XIV–XVI əsrlərə aid etmək olar.
Səid Həccariyan
Səid Həccariyan Kaşani(fars. سعید حجاریان‎, 1954, Tehran) - İran islahatçı siyasi strateq, jurnalist,, demokratiya fəalı və keçmiş kəşfiyyatçı.
Səid Həsənov
Səid Sarbala oğlu Həsənov (10 noyabr 1992; Cəlilabad rayonu, Azərbaycan — 12 sentyabr 2022; Kəlbəcər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, Vətən müharibəsi veteranı. == Həyatı == Səid Həsənov 1992-ci il noyabrın 10-da Cəlilabad rayonunun Əsədli kəndində anadan olub. == Hərbi xidməti == Səid Həsənov 2020-ci ilin sentyabrın-noyabr aylarında Vətən müharibəsi zamanı Cəbrayıl, Füzuli və Şuşa istiqamətində gedən döyüşlərdə savaşıb. Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən "Döyüşdə fərqlənməyə görə" medalı, "Cəbrayılın azad olunmasına görə" medalı, "Füzulinin azad olunmasına görə" medalı və "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edilib. Səid Həsənov 2022-ci il sentyabrın 12-də Ermənistan Silahlı Qüvvələri tərəfindən törədilən genişmiqyaslı təxribatın qarşısının alınması zamanı şəhid olub.
Səid Koçxyurski
Səid Koçxyurski (1767 – 1812) — Ləzgi şairi, aşıq. Əsərlərini ləzgi və Azərbaycan dillərində yazmışdır. Amansız feodal zülmünə qarşı səsini qaldırmağa cürət etdiyi üçün kor edilmişdir. == Bioqrafiyası == Səid Koçxyurski 1767-ci ildə indiki Qürah rayonunun Koçxyur kəndində anadan olmuşdur. Həyatını ehtiyac içində yaşaması məlumdur. Uzun illər Şirvanda işləyir. Səid Koçxyurski hər zaman yerli xanların feodal zülmünə və qəzəbinə qarşı çıxır. Şirvanda işləyərkən Səid Koçxyurski tez-tez Azərbaycanın məşhur aşıqları ilə görüşür. Bunun sayəsində mahnıları qoşma şəklində bəstələnən populyar bir müğənni olur. Həm doğma ləzgi dili ilə yanaşı, eləcə də Azərbaycan dilində eyni dərəcədə yaxşı yazmağı bilirdi.
Səid Maruf
Mir Səif Maruf Lakrani və ya Səid Maruf - İran azərbaycanlılarından olan voleybolçu. O, voleybol üzrə İran yığma komandasının kapitanıdır. O, 2014-cü il Dünya çempionatının, 2008, 2012, 2016-cı il Olimpiya oyunlarının seçmə mərhələsinin ən yaxşı oyunqurucusu seçilmişdir. O, həçmçinin 2013-cü il Asiya çempionatının ən dəyərli oyunçusu da seçilmişdir. O, 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən Olimpiya oyunlarında iştirak etmişdir. İran təqvimi üzrə 2015-2016-cı illər mövsümünün ən yaxşı idmançısı seçilmişdir. == Həyatı == Səid Maruf 1985-ci ilin 20 oktyabrında Qərbi Azərbaycan ostanının Urmiya şəhərində anadan olmuşdur. Marufun ailəsi İranda voleybolun inkişafı tarixində xüsusi seçilən ailədir. Onun dayıları Cahangir Seyid Abbasi, Nobəxt Seyid Abbasi, Xoşbəxt Seyid Abbasi və onun keçmiş komanda yoldaşı Vahid Seyid Abbasi İranın ən tanınmış voleybolçularından olmuşdurlar.O, məktəb vaxtları qaçışla, basketbolla, həndbolla da məşğul olmuşdur. === Sosial fəaliyyəti === Maruf Əli Dayi, Həmid Sourian, Behdad Səlimi kim məşhur idmançılarla birlikdə yoxsulluğa və aclığa qarşı mübarizə aparan Dünya Ərzaq Proqramının köməkçiləridirlər.
Mirzəzadə Seyid Mehmed Səid Əfəndi
Mirzəzadə Seyid mehmed Səid Əfəndi (1710 – 19 fevral 1775, Konstantinopol) — Osmanlı alimi və şeyxülislamı. Atası I Mahmud dönəminin şeyxülislamlarından Mirzəzadə Şeyx Mehmed Əfəndi, anası isə II Süleyman və II Mustafa dönəmlərinin şeyxülislamlarından Seyid Feyzullah Əfəndinin qızıdır. == Həyatı == 1710-cu ildə dünyaya gəldi. Atası I Mahmud dönəminin şeyxülislamlarından Mirzəzadə Şeyx Mehmed Əfəndi, anası isə II Süleyman və II Mustafa dönəmlərinin şeyxülislamlarından Seyid Feyzullah Əfəndinin qızıdır. 1721-ci ildə ailəsinin nüfuzundan istifadə edərək müdərrislik rüyusu aldı. Patrona Xəlil üsyanının ardından şeyxülislamlığa yüksələn atasının istəyilə Süleymaniyə mədrəsəsinə müdərris təyin olundu. Atasının vəzifədən istehfa etməsinə baxmayaraq 5 il boyunca bu vəzifədə xidmət etdi. Ardından 1732-ci ildə İzmir, 1743-cü ildə isə Bursa qazılığına və Məkkə qazılığının namizədliyinə yüksəldi. 1748-ci ildə İstanbul qazısı, 1758-ci ilin aprelində Anadolu qazəsgəri, 1760-cı ilin iyununda və 1763-cü ilin oktyabrında isə 2 dəfə Rumeli qazəsgəri təyin edildi. 1761-ci ilin avqustunda naqibüləşraflığa gətirildi.
Seyid
Seyid (seyyid) (ərəbcə: سيد) — Ərəbistanda islamiyyətə qədər tayfa rəhbərinə deyilirdi. Müsəlman dünyasında Məhəmmədin nəslindən olub onun nəvəsi Hüseynlə bağlı adamların fəxri təxəllüsüdür. Şəriflərlə birlikdə seyidlər müsəlman cəmiyyətinin sosial strukturunda möhtərəm təbəqələrdən birini təşkil etmiş, dindarlar arasında böyük nüfuza malik olmuşlar və indi də qismən belə bir nüfuz sahibidirlər. İranda Seyyid mənşəli ailələr Mir ya da Mirzə olaraq da xatırlanar. Şərqin bir çox ölkələrində seyid termini öz xüsusi mənasını itirmişdir və sadəcə olaraq "cənab" kimi işlədilir. Cənubi Asiyada milyonlarla insan Haşimin enişini iddia edir. 1901-ci ildə Seyyid sayı İngilis Hindistan 1,339,734 olaraq sayıldı. Son təxminlər Cənubi Asiyadakı çox on beş milyon Seyyid olduğunu göstərir; səkkiz milyon Pakistanda, yeddi milyon Hindistanda, bir milyondan çox Banqladeş və yetmiş min ətrafında Nepal == Mənbə == İslam (qısa məlumat kitabı). Azərbaycan Sovet Ensiklopediyasının Baş Redaksiyası. Bakı: 1989, səh.101.
Şəhid
Şəhid — yüksək amal, məslək, əqidə, yurd, vətən, din və ya inanc uğrunda ölən, canını fəda edən şəxs. Şəhid olma hadisəsinə "şəhadət" deyilir. == İslam dinində şəhidlər == İslamda şəhidlərlə bağlı aşağıdakı müddəalar yer alır: "Allah yolunda öldürülənlərə (şəhid olanlara) "ölü" deməyin. Əksinə, onlar (Allah dərgahında) diridirlər, lakin siz bunu dərk etmirsiniz." (Bəqərə surəsi, 154-cü ayə). "Allah yolunda öldürülənləri (şəhid olanları) heç də ölü zənn etmə! Əsl həqiqətdə onlar diridirlər. Onlara Rəbbi yanında ruzi (cənnət ruzisi) əta olunur." (Ali-İmran surəsi, 169-cu ayə).Məhəmməd peyğəmbər şəhidlər haqda: "Şəhid cənnətdədir, Allah qatında xeyirli bir mərtəbədə ikən, heç bir qul bir daha dünyaya qayıtmaq istəməz. Ancaq şəhidlər bundan müstəsnadır. Çünki şəhidlər şəhid olmanın necə üstün mərtəbə olduğunu bildikləri üçün yenidən şəhid olmaq üçün can atarlar".
Məcid Seyid Əhməd
Məcid Seyid Əhməd (ərəb. ماجد السيد أحمد‎; Suriya) — Suriya Silahlı Qüvvələrindən Azad Suriya Ordusuna fərarilik edən polkovnik-leytenant. Cənub Cəbhəsi üzrə Əməliyyat Administrasiyasının rəhbəri vəzifəsini daşıyır və eyni zamanda Quta Komandolar Briqadasının başçısıdır. O, hal-hazırkı vəzifəsinə 2012-ci ilin dekabrında Türkiyədə keçirilən bir konfrans zamanı seçilmişdir.
Deh Sefid (Əsədabad)
Deh Sefid (fars. ده‌سفید‎) - İranın Həmədan ostanının Əsədabad şəhristanının Pir Səlman bəxşinin ərazisinə daxil olan kənd. == Etimologiyası == Deh Sefid sözü, fars dilində Ağkənd deməkdir. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 207 nəfər yaşayır (66 ailə).
Hisar Sefid (Bicar)
Hisar Sefid (fars. حصارسفيد‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 288 nəfər yaşayır (60 ailə). Əhalisini kürdlər təşkil edir.
Seyid (ad)
Seyid (seyyid; ərəbcə: سيد‎) — Ərəbistanda islamiyyətə qədər tayfa rəhbərinə deyilirdi. Günümüzdə ad və təxəllüs kimi də işlədilir.
Seyid (dəqiqləşdirmə)
Seyid (seyyid; ərəbcə: سيد‎) — Ərəbistanda islamiyyətə qədər tayfa rəhbərinə deyilirdi. Günümüzdə ad və təxəllüs kimi də işlədilir.
Seyid Hüseyn
Seyid Hüseyn Sadiq (tam adı: Hüseyn Mir Kazım oğlu Sadıqzadə; 25 yanvar 1887, Bakı – yanvar 1938, Bakı) — yazıçı, tənqidçi, pedaqoq. == Həyatı == Seyid Hüseyn 1887-ci il yanvarın 25-də Bakı şəhərində anadan olmuşdur. Beş yaşında atasını itirən Seyid babası Mirsadiq Mirhəsənin himayəsində böyüyüb tərbiyə almışdır. O, əvvəl mollaxanada, sonra dövrünün görkəmli maarif xadimlərindən olan Mahmud bəy Mahmudbəyovun müdir olduğu rus-tatar məktəbində dörd ilə yaxın təhsil almışdır. Azərbaycan, rus, fars dillərini mükəmməl öyrənmişdir. 1904-cü ildə – babasının vəfatından sonra ailənin qayğısı S. Hüseynin üzərinə düşmüşdür. O, "Kaspi" mətbəəsində işə girir və 1912-ci ilə kimi orada mürəttiblik edir. 1913–1914 illərdə "İqbal"ın baş redaktoru idi. 1920-ci ildən "Kommunist" qəzeti redaksiyasında ədəbi işçi kimi fəaliyyət göstərmiş, Bakının orta məktəb və texnikumlarında müəllimlik etmiş, ömrünün son illərində isə Azərnəşrin bədii ədəbiyyat şöbəsinin redaktoru olmuşdur. O, bədii yaradıcılığa 1907-ci ildə başlamışdır.
Seyid Həşim
Seyid Həşim — XIX əsr və XX əsrin əvvəllərində seyid kimi tanınmış biri. == Həyatı == Seyid Həşim Seyid Qara Məhəmməd oğlu təxminən 1858-ci ildə Şuşa şəhərində anadan olmuşdur. Seyid Həşim yeniyetmə yaşda olarkən atası Seyid Qara Məhəmməd dünyasını dəyişmişdir. Seyid Həşim atasının ölümündən çox illər sonra Kərbəlaya ziyarətə getmiş və oranın Şeyxi ilə görüşmüşdür. Kərbəladakı Şeyx Seyid Qara Məhəmmədin paltarını eləcə də səfər zamanı əlində tutduğu əsaya sancılan tünd rəngli saçağı ona təqdim etmişdir. Şeyx Seyid Qara Məhəmmədin məzarına yığılmış nəzirləri özü ilə aparmağı təklif etsə də, Seyid Həşim bundan imtina etmiş, nəzirlərin yoxsullara, kimsəsizlərə, xəstələrə paylanmasını istəmişdir.Seyid Həşim Seyidli kəndinin, Qazılı soyunun adlı-sanlı bəyi Məhəmmədalı bəyin (1828–1873) kiçik qızı Mələk xanımla (…– 1941) ailə həyatı qurmuşdur.Sovet Rusiyasının hərbi müdaxiləsi nəticəsində Azərbaycan müstəqilliyini itirdikdən sonra ölkədə kütləvi repressiyalar aparıldı, neçə-neçə dəyərli insanlar incidildi, təqib edildi. Hər zaman tutulmaq təhlükəsi ilə yaşayan dəyərli insanlar sırasında Seyid Həşim də var idi. O, 1931-ci ilin mart ayının əvvəllərində dünyasını dəyişmişdir. Öz istəyi ilə Ağdamın "Qarağaacı" qəbirstanlığında torpağa tapşırılmışdır. Müsəlman qaydalarına görə qəbrinin itməsini vəsiyyət etmişdir.Seyid Həşimin Seyidə, Ayna, Əziz adlı üç qızı, Talıb, Qayıb, Talıb adlı üç oğlu olmuşdur.
Seyid Mahmudlu
Seyidmahmudlu – Azərbaycan Respublikasının Füzuli rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Seyidmahmudlu оymağı Cavanşir elinin qоludur. 1727-ci ilə bağlı Оsmanlı qaynağında Seyidmahmudlu оymağı ilə əlaqəli məlumat var. Cavanşir tayfasının Seyid Mahmudlu оymağı Bu оymaq Arazbar sancağında qışlayır, Naxçıvan sancağında, Sisyan adlı yerdə yaylayır, Dizaq nahiyəsində, Gülbar adlı arxın kənarında əkinçiliklə məşğul оlur, üşr və bəhrəni tоrpaq saHibinə verir. Оymağın gəliri 39.000 ağça idi. XVIII yüzilin önlərində Seyidmahmudlu оymağının başçısı Lütfəli ağa Heydərxan оğlu idi. Seyidmahmudlu оbası Seyidmahmudlu oymağından yaranıb. Seyidmahmudlu оbası XVIII yüzilin ikinci yarısında yaranıb. Cavanşir-Dizaq mahalına bağlı idi. Xəzinə (divan) mülkü sayılırdı.
Seyid Mirbabayev
Seyid Mir Tağı Mirbabayev (1867, Bakı – 1953, Tehran) — XIX əsrin sonu - XX əsrin əvvəli Azərbaycan xanəndəsi, neft sənayeçisi. Seyid Mirbabayevin prototipi bəstəkar Cahangir Cahangirovun "Xanəndənin taleyi" (1978) operasında yaradıb. == Həyatı == Seyid Mirbabayevin əsl adı Mir Tağı idi. 1867-ci ildə mərsiyəxan ailəsində doğulub, atası və böyük qardaşları kimi mərsiyəxanlıqla məşğul olurdu. Sonralar xalq məclislərində xanəndə kimi şöhrət qazanıb; 1910-cu ilə kimi Bakının musiqi həyatında mühüm rol oynayırdı. Teatr tamaşalarının fasilələrində və Şərq konsertlərində mahir müğənni kimi yaxından iştirak edir və 1906-cı ildə "Qrammofon" şirkəti tərəfindən Riqaya səsinin vala yazılması üçün dəvət almışdı.Xanəndə toylarda da oxumuşdu. Toyların birində Seyid Mirbabayev elə oxumuşdu, ki ona "Bala Şoranlıq" deyilən yerdə neft quyusu hədiyyə eləmişdilər. Tezliklə Mirbabayevin "Bala Şoranlıq" quyudan neft fontanı vurdu və xanəndə millionçu oldu. Neft sənayesinin nümayəndələri və milyonerlərdən biri olan Mirbabayev musiqi fəaliyyətindən uzaqlaşır. Varlanan xanəndə əvvəlki peşəsindən utanır, və Varşavada səsi salınmış valları bir-bir baha qiymətə alır sındırır.
Seyid Mürtəza
Seyid Mürtəza (d:rəcəb 355 - v:?) əqli yanaşmaya üstünlük verən İslam alimlərindən biri hesab edilir. O, özünün “Əl-Muqni fil-Ğeybət” adlı kitabının müqəddiməsində İmam Mehdinin (ə.f) varlığını çətinlik çəkmədən bir neçə cümlə ilə isbat edir. Bu müqəddimədən istifadə edərək, İmam Mehdinin (ə.f) varlığını sübut etmək üçün Seyidin gətirdiyi əqli dəlilləri nümunə göstərək. İmamətin zəruri olduğu, yer üzünün heç bir zaman imamsız olmayacağına dair ağılın çoxlu sayda dəlilləri vardır. Diqqətlə düşünsək görərik ki, bir imamın olmaması bəşəriyyətin fəlakəti deməkdir. Əgər imam olmasa, bizim şəri öhdəçilik vəzifəmiz yerlə-yeksan olar və təkbaşına, müstəqil şəkildə bütün bunların öhdəsindən heç cür gələ bilmərik. İkinci əqli dəlil isə budur ki, haqqında danışdığımız imam səhv və xətalardan uzaq olmalıdır. İsmət sifəti hal-hazırda yalnız İmam Mehdiyə (ə.f) məxsus əlamət və xüsusiyyətdir. Ondan savayı şəxslər bu kimi xüsusiyyətdən uzaqdır. Bu iki dəlili bir yerə cəm etdikdə İmamiyyə şiələrinin İmam Mehdi (ə.f) barədə olan etiqadları özünü sübuta yetirir.
Seyid Məmiş
Seyid Məmiş — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Keşişkənd (Yeğeqnadzor) rayonu ərazisində kənd. == Tarixi == Seyid Məmiş kəndi rayondan 1920 km şiaml-qərbdə, Səlim çayının sahilində, rayondakı Ağkənd kəndinin yaxınlığında yerləşirdi. Toponim seyid nəsil adı ilə Məmiş şəxs adı əsasında yaranmışdır. «Seyid nəslindən olan Məmişin kəndi» mənasını bildirir. Antorpotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Seyid Məmiş kəndi 1919-cu ildə əhalisi qovulduqdan sonra kənd dağıdılmışdır. Kənd oradakı "Seyid Məmiş piri"nin adı ilə adlandırılmışdır.
Səlim Rəfiq Rəfioğlu
Səlim Rəfiq Rəfioğlu (türk. Selim Refik Refioğlu; 1905, Yelizavetpol – 4 aprel 1980, İstanbul) – Azərbaycan mühacirət ədəbiyyatının görkəmli nümayəndəsi, ədəbiyyatşünas, tənqidçi, publisist. == Həyatı və təhsili == Səlim Rəfiq Rəfioğlu 1905-ci ildə Azərbaycanın Gəncə şəhərində doğulub. Gəncənin məşhur Rəfibəylilər ailəsinə mənsub olan Səlim Rəfiqin babası Hacı Məmmədhüseyn Rəfiyev (1846–1920) yaxşı təhsil görmüş, şeir və ədəbiyyatla məşğul xeyirxah bir tacir olmuşdur. Səlim Rəfiq Rəfioğlunun atası Məşədi Əli Məmmədhüseyin oğlu Rəfiyev 1 iyul 1880-ci il tarixində Gəncədə doğulmuş, Türkiyə Cümhuriyyəti vətəndaşlığını qəbul etmişdır. Səlim Rəfiq ailənin üçüncü övladıdır. İbtidai və orta təhsilini doğulduğu Gəncədə tamamlayan Səlim Rəfiq Rəfioğlu, 1927-ci ildə Gəncə Pedaqoji Texnikumunu bitirir. Atası Məşədi Əli bəy oğlu Səlim Rəfiqi yanına çağırmış, ancaq Sovet idarəçiləri buna izin vermədiyindən o, atasının üzvü olduğu Müsavat Partiyasının yardımı ilə İrana, daha sonra Türkiyəyə getmişdir. Səlim Rəfiq Rəfioğlu 1930-cu ildə İstanbul Universiteti Ədəbiyyat fakültəsinə, paralel olaraq Yüksək Müəllim Məktəbinə daxil olur. İstanbul Universitetində türkologiyanın məşhur simalarından dərs alan gələcək ədibin müəllimlərindən biri Azərbaycanın mühacir alimi, professor Əhməd Cəfəroğlu olmuşdur.
Seyid Rəzi
Seyid Rəzi və ya Əbulhəsən Məhəmməd ibn Əbi Əhməd (ləqəbi: Şərif Rəzi; 970 və ya təq. 970, Bağdad – 27 iyun 1015 və ya 1016, Bağdad) — alim, fəzilət sahibi və ədib, İraq seyyidlərinin nəcib və böyüklərindən və Əbu Talib nəslinin ən yaxşı şairlərindən. == Həyatı == O, on yaşından şer deməyə başlayıb və otuz yaşında çox az bir müddət ərzində Quranı əzbərləyib. Çox çalışqan və pak nəfsli insan olub. Heç kəsdən hədiyyə və mükafat qəbul etməzmiş. Bütün elm və yaxşılıqlardan paya malik olub. Seyid Rəzi və onun Ələmulhüda ləqəbi ilə tanınan qardaşı Əbulqasim Əli Mürtəza uşaqlıqlarından şiənin böyük fəqih və alimlərin- dən Şeyx Müfidin tərbiyəsi altında olublar. Şeyx Müfidin bu iki qardaşın tərbiyəsini öz öhdəsinə götürməsinin maraqlı bir tarixçəsi var və İbn Əbil-Hədid onu öz şərhində belə nəql edir: “Şeyx Müfid ləqəbi ilə tanınan məşhur böyük şiə alimi Əbu Abdullah Məhəmməd ibn Nöman bir gecə yuxusunda görür ki, Bağdadın Kərx məhəlləsində olan məscidin- də oturub və birdən Həzrət Peyğəmbərin (səlləllahu əleyhi və alih) qızı Fatimə əleyhas-salam uşaqlıq yaşlarında olan iki oğlu – Həsənlə Hüseynin əlindən tutub məscidə daxil oldu və salam verdikdən sonra buyurdu: “Ey Şeyx, bunlara fiqh öyrət”! Şeyx Müfid tam heyrət içində yuxudan oyanır. Həmin gecənin səhərisi günü Seyid Rəzi ilə Mürtəzanın anası Fatimə binti Hüseyn öz oğlanlarının əllərindən yapışmış və yanında kənizlər olan halda məscidə daxil olur və salam verdikdən sonra deyir: “Ey Şeyx, bu iki oğlumu sənin yanına gətirmişəm ki, onlara fiqh öyrədəsən”.
Seyid Səbri
Seyid Səbri Əsədli — 20-ci əsrin əvvəllərində fəaliyyət göstərmiş azərbaycanlı maarifçi-alim, “Naxçıvanı Tədqiq və Tətəbbö Cəmiyyəti”nin fəal üzvü, Naxçıvan Muxtar Respublikasının ictimai-siyasi, elmi və mədəni mühitində özünəməxsus iz buraxmış elm xadimi; == Həyatı == Seyid Səbri 7 avqust 1896-cı ildə Naxçıvan şəhərində yoxsul bir ailədə anadan olmuşdur. Atası Mirsadıq Əsədli özü təhsilsiz olsa da, oğlu Səbri yeddi yaşına çatanda onu Naxçıvan şəhər məktəbinə qoymuşdur. Səbri məktəbdə oxuya-oxuya həm də qəzet-jurnal satmaqla məşğul olurmuş. 15 yaşında atasını itirmiş və bir sıra çətin işlərdə işləmək məcburiyyətində qalmışdır. Arxiv sənədlərindən aydın olur ki, 1920-ci ildə Naxçıvanda sovet hakimiyyəti elan olunduqdan sonra Seyid Səbri Naxçıvan Xalq Maarif Komissarlığında kuryer (1920-1922), Naxçıvan Şəhər Məhkəməsində iş icraçısı (1922-1923), Naxçıvan şəhər Duzdağ mədəni işçiləri məktəbində müəllim (1924-1925), Naxçıvan MSSR Mərkəzi Statistika İdarəsində iqtisadçı (1925-1927) vəzifələrində işləmişdir. === Təhsili === 1927-ci ildə Seyid Səbri Bakı Dövlət Universitetinə təhsil almağa göndərilir. 1931-ci ildə buranı bitirən Seyid Səbri 1931-1932-ci illərdə ikiillik Bakı Plan İqtisad İnstitutunun İqtisad-maliyyə fakültəsində təhsilini davam etdirərək mühasib-iqtisadçı ixtisasına yiyələnir. Ali təhsil aldıqdan sonra S.Səbri artıq bir mütəxəssis kimi əmək fəaliyyətinə başlayır. Arxiv sənədlərində onun institutu bitirdikdən vəfatınadək müxtəlif idarə və təşkilatlarda inspektor, iqtisadçı, mühasib, baş mühasib, müfəttiş vəzifələrində işləməsi göstərilmişdir. Seyid Səbri 1974-cü ildə 80 yaşında vəfat etmişdir.
Seyid Yusifli
Seyid Yusifli (əvvəlki adı: Canavarlı) — Azərbaycan Respublikasının Bərdə rayonunun Mehdixanlı inzibati ərazi vahidində kənd. == Tarixi == Bərdə Azərbaycanın cənub-qərb bölgəsində, paytaxt Bakıdan 340 km. məsafədə yerləşir. Seyid Yusif bu kənddə yaşayıb və xeyirxah bir insan olub. Ona görə də kənd sakinləri kəndə Seyid Yusifin adının verilməsini istəyiblər. Azərbaycan Respublikasının Milli Məclisinin qərarı ilə Azərbaycan Respublikasının Bərdə rayonunun Mehdixanlı kənd inzibati ərazi dairəsi tərkibindəki Canavarlı kəndi Seyid Yusifli kəndi adlandırılmışdır. Kəndin adı 25 aprel 2008-ci ilə qədər Canavarlı adlanıb.Qarabağ düzündədir. Kəndin ərazisi keçmişdə meşəlik olmuşdur. Güman edildiyinə görə, ərazidə çoxlu canavar olduğundan kənd bu adı almışdır. Zootoponimdir.
Seyid Şuşinski
Seyid İbrahim oğlu Şuşinski (12 aprel 1889, Horadiz, Cəbrayıl qəzası, Yelizavetpol quberniyası – 1 noyabr 1965, Horadiz, Cəbrayıl qəzası, Yelizavetpol quberniyası) — Azərbaycan xanəndəsi, Şuşa xanəndəlik məktəbinin nümayəndəsi, Azərbaycan SSR xalq artisti (1956). Cabbar Qaryağdıoğlu tərəfindən "Şərq musiqisinin incisi" adlandırılıb. == Həyat və yaradıcılığı == Seyid Şuşinski 1889-cu ildə indiki Füzuli rayonunun Horadiz kəndində anadan olmuşdur. Nadir və gözəl səsə malik Seyid Şuşinski xanəndəlik sənətinin sirlərinə yiyələnmək üçün ən əvvəl iki il Mir Möhsün Nəvvabın yanında oxumuşdu. Sonrakı müəllimi Cabbar Qaryağdıoğlu olmuşdu. Seyid Şuşinski ifa üçün mürəkkəb muğam olan "Çahargah"ı xüsusilə böyük məharətlə oxuyardı, özü də həmişə onu "mayə"dən yox, "Mənsuriyyə"dən başlayardı, zildə böyük ustalıqla zəngulələr vuraraq, sonra "mayə"yə enərdi. Maraqlıdır ki, həyatının son illərində, yaşı artıq 74 ötmüş Seyid "Mənsuriyyə"ni eyni şövqlə oxuyurdu. Seyid Şuşinski yaradıcılığında Hafiz Şirazi, Məhəmməd Füzuli, Seyid Əzim Şirvani qəzəllərilə yanaşı, Hüseyn Cavidin və Mirzə Ələkbər Sabirin şeirlərinə də müraciət edirdi. Sabirin "Millət necə tarac olur-olsun, nə işim var" şerini "Müxalif"də oxuyardı. Seyid Şuşinski siyasi-ictimai mövzuda şeir və qəzəl oxuyan, xalqı mübarizəyə çağıran ilk xanəndə olmuşdur.
Seyid Əhmədli
Yuxarı Seyidəhmədli
Fərid Məmmədov (şəhid)
Fərid Eyvaz oğlu Məmmədov (12 oktyabr 2000, Şımıxlı, Kürdəmir rayonu – 15 oktyabr 2020, Suqovuşan, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Fərid Eyvaz oğlu Məmmədov 12 oktyabr 2000-ci ildə Kürdəmir rayon Şıxımlı kəndində anadan olub. 2006-cı ildə Vüqar Qurbanov adına Köhnəbazar kənd tam orta məktəbin 1-ci sinfinə gedib. 2017-ci ildə həmin məktəbdən məzun olub. Bəzi övladlar kiçik yaşdan həyatın yükünü çiyinlərində daşımağa məcbur olur. Fərid də məhz o övladlardan biri idi ki, hələ 7-ci sinifdə oxuyarkən bazarda işləməyə başlayıb. Bəziləri soyuq qış gecələrində isti yorğan altda yatarkən Fərid sübh tezdən oyanıb ailəsinə dəstək ola bilmək üçün iş dalınca gedərdi. Fəridin uşaqlıq arzusu idi Hərbidə işləmək, 8-ci sinifdə Naxçıvanskiyə daxil olmaq istəsə də sənədləri qəbul olunmayıb. == Hərbi xidməti == 11-ci sinfi bitirəndən sonra əsgərliyə gedib və əsgərliyi Tərtər rayonunda xidmət etməklə keçirib. Hərbi xidmətdə fəallığı ilə seçilən igidimiz müddətdən artıq hərbi xidmətdə olaraq 2020-ci ildən Maxe kimi xidmətinə davam edib.
Fərid Əhmədov (şəhid)
Fərid Güloğlan oğlu Əhmədov (19 yanvar 1986, Cəlilabad rayonu – 4 sentyabr 2010, Çiləbürt, Tərtər rayonu) — Azərbaycan zabiti, "İgidliyə görə" medalı ilə təltif edilib (ölümündən sonra). == Həyatı == Fərid Əhmədov 1986-cı il yanvarın 19-da Cəlilabad rayonunda anadan olub. 2003-cü ildə Cəlilabad şəhərində Nizami adına 1 saylı orta məktəbi bitirib. Həmin il Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi daxil olub. 2007-ci ildə oranı leytenant rütbəsi ilə bitirib. 2007–2008-ci illərdə Təlim-Tədris Mərkəzində təkmilləşdirmə kursu keçib. 2008–2009-cu illərdə Gəncədə zabit kimi hərbi xidmət keçib. 2010-cu il sentyabrın 3-dən 4-nə keçən gecə Tərtərin Çiləbürt kəndi yaxınlığındakı döyüşdə şəhid olub. Birbaşa döyüş xəttində həlak olduğu üçün Fərid Əhmədovun meyiti düşmən tərəfdə qalıb və yalnız noyabrın 6-da Ermənistan və Azərbaycan tərəflərinin razılaşmaları nəticəsində qaytarılıb. == Təltif və mükafatları == 2010-cu il noyabrın 7-də Prezident İlham Əliyev baş leytenant Fərid Güloğlan oğlu Əhmədovun "İgidliyə görə" medalı ilə təltif edilməsi (ölümündən sonra) haqqında sərəncam imzalayıb.
Rəşid Abdullayev (şəhid)
Rəşid Abdulla oğlu Abdullayev (tam adı: Rəşid Abdulla oğlu Abdullayev; 23 mart 2002; Samux, Azərbaycan — 7 noyabr 2020; Şuşa, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Rəşid Abdullayev 2002-ci il martın 23-də Samux rayonunda anadan olub. 2008-2019-cu illərdə Samux rayonunda İnstitut qəsəbə tam orta məktəbində təhsil alıb. == Hərbi xidməti == Rəşid Abdullayev 2019-cu ildə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətə başladı. Azərbaycan Ordusunun əsgəri olan Rəşid Abdullayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Xocavəndin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Rəşid Abdullayev noyabrın 7-də Şuşanın azad edilməsi zamanı şəhid olub. Samux rayon İnstitut qəsəbəsində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Rəşid Abdullayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Rəşid Abdullayev ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Şəhid Şahid Hüseynov
Hüseynov Şahid Güləhməd oğlu (10 dekabr 1971, Qoşaqışlaq – 24 mart 1993, Qaradağlı, Ağdam rayonu) — şəhid. == Həyatı == 10.12.1971-ci ildə Bakı şəhəri Əzizbəyov Rayonu Qışlaq kəndində anadan olub. 1978-ci ildə Bakı şəhəri Əzizbəyov ra yonu 231-nömrəli məktəbə daxil olub, 1986-cı ildə həmin məktəbi bitirib 101-nömrəli Binə peşə məktəbində sürücülük oxuyub, 1989-cu ildə bitirib. İlk hərbi xidmətə 1989-cu ildə Əzizbəyov rayon Hərbi Komisarlığı tərəfindən Sovet ordusuna çağrılıb. Xidmətinin ilk 6 ayını Gürcüstan Respublikasında, qalan 1 il 6 ayını Azərbaycan Respublikasının Gəncə şəhərində başa vurub. Hərbi xidməti 1991-ci il may ayında bitirib 1992-ci ilin Sentyabr ayından Daxili Qoşunlara Hərbi qulluqçu kimi daxil olub. 1992-ci ilin Noyabr ayından N-nömrəli Hərbi hissə Kapitanı Nağıyevin batalyonunda Ağdərə, Ağdam, Qaradağlı və Xındırıstan uğrunda gedən döyüşlərdə iştirak edib. 21 mart 1993-cü ildə Qalayçılar yaşayış məntəqəsi uğrunda gedən döyüşlərdə yaralanmış, Ağdam rayon Qaradağlı hərbi səhra hospitalına göndərilmişdir. 24 mart 1993-cü ildə həmin hospitalda Şəhidlik zirvəsinə ucalmışdır.
Bəla və səbir (Şəhid Sani)
Bəla və səbir (tam adı: "Musəkkinul fuad ində fiqdil əhibba vəl-ovlad"; tərc.: "Övlad və yaxınların itkisi zamanı qəlbə təskinlik verən") — Şəhid Saninin kitabı. Şəhid Sani adı ilə məşhur olan böyük alim Zeynuddin ibn Əli Amilinin “Musəkkinul fuad ində fiqdil əhibba vəl ovlad” adlı əsərini, əsasən, övlad və yaxın adamların ölümü zamanı müsibət görmüş insanlara təskinlik vermək üçün yazmışdır. Bu cəhətdən kitabda gətirdiyi hədisləri və bəhsləri də övlad itkisinə aid etmişdir. Bütün kitabı bu məsələyə həsr etmişdir. Bu kitaba indiyə qədər yüzə yaxın şərhlər yazılmışdır. == Yazılma səbəbi == Bu kitabı yazmağının səbəbi Şəhidin keçdiyi çətin həyat yolu olmuşdur. Tarixdən də göründüyü kimi, o, həyatı boyu çoxlu müsibətlərlə qarşılaşmışdır. O, bu kitabı həm özü üçün bir təskinlik, həm də bəlalarla qarşılaşanlar üçün bir ürək-dirək, qəlblərinə rahatlıq vermək üçün yazır. Şəhid çox fəqir bir vəziyyətdə yaşamışdır. Onun sağlığında bütün övladları vəfat edir, yalnız bir övladı sağ qalır.