Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Qəmbuh
Qəmbuh - X əsrdə Şərqi Yava krallarının saray əyləncəsi kimi təşəkkül tapmış Bali tamaşalarının qədim formalarından biri. Qəmbuhun X əsrdə Şərqi Yava krallarının saray əyləncəsi kimi təşəkkül tapdığı söylənilir. Bali kralı Udayananın Kedirili (Şərqi Yavada dövlət) şahzadə xanım Şri Qunapriya Dharmaputra ilə izdivacı Bali ilə Şərqi Yavanın vahid dövlət şəklində birləşməsilə nəticələndi. Bali tarixini əks etdirən lontarlardan (qədimdə Cənubi Asiyanın bir sıra bölgələrində kağızı əvəz edən material; “palma yarpağında yazılmış manuskript” kimi tanınan lontarlar müqəddəs mətnlərin köçürülməsi üçün bu gün də İndoneziya ərazisində istifadə olunmaqdadır) biri “Çandra Senqkala” (1007) kral Udayanın sarayında Qəmbuh tamaşalarının göstərilməsi üçün bale adlanan xüsusi üstüörtülü səhnə quraşdırıldığı barədə məlumat verir. Bu gün Balidə mövcud olan bütün saray komplekslərində bale pa Qəmbuhan adlanan səhnələr möcuddur. Qəmbuh qısa şəkildə başqa iki lontarda da xatırlanır. “Babad Dalem” (1455) lontarında Amad Mohammad haqqında hekayənin tamaşasından danışılır. Bu tamaşa Macapahit imperiyası Balini işğal etdikdən sonra Bali kralı təyin olunan Yava şahzadəsi Şri Dalem Smara Kepakisanın maliyyə dəstəyi ilə hazırlanmışdı. “Panitetalaninq Qəmbuh” (1812) lontarı isə gianyarlı müəllimlər Sabda və Qoya, həmçinin blahbatuhlu Vayan Batubulanın adlarını XIX yüzillikdə “Qəmbuhun qızıl əsri”nin böyük sənətkarları qismində hallandırır. İstənilən halda, Qəmbuhun qədim rəqs-dram olması haqqında yazılı mənbələr danışsa da, bugünkü tamaşaların X əsrdəki tamaşalarla nə dərəcədə eynilik təşkil etməsi məsələsi həllini tapmayıb.
Təmmuz
Təmmuz Xan - türk, şumer və altay mifologiyasında bərəkət ilahı. Tamız (Tamus, Tammus, Tamıs, Dumuz, Dumıs) Xan kimi də deyilir. Şumer mənşəlidir. Türk coğrafiyasının böyük qisimində adı yaz aylarından birinə verilir (iyul); Temmuz, Tamız, Tamıs kimi... Çox vaxt Ahır heyvanlarının və ya çobanların ya da çöl həyatın, əkinlərin və hasadın qoruyucusu olaraq görülər. Damazlıq (Anadoluda "Damızlık") sözü, "Damaz" (Anadoluda "Damız"; ahır) sözü ilə olduğu qədər bu adla də əlaqəlidir və Tamız Xan üçün ayrılan heyvan deməkdir. Şumer mifologiyasında çoban görünüşlü olaraq təsvir edilər. Şumerce adı Dumuzi, 12 Hayvanlı təqvimdə də iştirak edən Donuz (Türkcə "Domuz") ilə əlaqəli ola bilər. Ünü bütün orta şərqə yayılmışdır. (Təm/Tam/Dam) kökündən törəmişdir.
Səmum
Səmum (ərəb. سموم‎) — Ərəbistan yarımadasının səhralarında və Şimali Afrikada böyük qüvvə ilə əsən isti, quru külək. Səmum əsəndə havaya qalxan narın qum və toz temperaturun daha da yüksək olmasına (50 °S), eləcə də havanın rütübətliyinin aşağı düşməsinə (10%) səbəb olur.
Əmmun
Əmunilər, həmçinin Əmmun xalqı, əmmunlular, Ammon övladları və ya ammonlular (əmn.: 𐤏𐤌𐤍 ʻAmān; ivr. ‏עַמּוֹן‏‎ ʻAmmōn; ərəb. عمّون‎) İordan çayının şərqində, indiki İordaniyada yaşamış qədim samidilli xalq. Qeyd edilmiş bir neçə əmuni adları arasında hər ikiis Bibliyadan götürülmüş Nahaş və Hanun mövcuddur. Əmuni dilinin Kənan ailəsinə aid olduğuna inanılır, ivrit və Moav dilləri ilə sıx bağlıdır. Əmuni dili müəyyən arami təsirləri özündə birləşdirmiş olması ehtimal edilir. Əmuni dilində müxtəlif kitabələr məlumdur. Əmunilərin dini haqqında az şey məlumdur. Bu haqda mənbələr əsasən Yəhudi Bibliyası və maddi sübutlardır. Onların dinləri Levant dinləri üçün olduqca tipik idi.
Səmud
Səmud (ərəb. ثَمُوْد‎, Ṯamūd) — şimal-qərb Ərəbistan yarımadasında qədim ərəb qəbiləsi və ya qəbilə konfederasiyası. Onlar ilk olaraq Assuriya mənbələrində təsdiq olunduğu kimi e.ə. VIII əsrin sonlarından b.e. V əsrinə qədər mövcud olmuşdular. Assuriya və Roma mənbələrinə görə Səmud krallığı Ərəbistan yarımadasında mövcud olan ilk krallıq idi. Ərəb ənənəsi Səmud dövlətinin tanrı tərəfindən məhv edildiyini iddia edir. Onun yazılı qanunu yox idi, lakin qəbilə başçısı hökmdar rolunu oynayırdı. Səmudlar çağdaş Mesopotamiya, Antik və ərəb mənbələrində, o cümlədən 160-cı illərdə səmudların özləri tərəfindən tanrı İlah üçün ucaldılmış məbəddəki yazılarda xatırlanır. Onların qədim ərəbcə danışdıqları güman olunur.
Səmih Sancar
Səmih Sancar (7 mart 1911 – 8 dekabr 1984, İstanbul) — Türk əsgəri. Türkiyə Silahlı Qüvvələrinin 16-cı Baş Qərargah rəisi. 1930-cu ildə Kuleli Hərbi liseyini,1932-ci ildə Hərbi Akademiyanı topçu müdavim rütbəsi ilə bitirmişdir. 1934-cü ildə Topçu Sinfi məktəbini bitirmişdir. 1939-cu ilədək müxtəlif artilleriya birliklərində batareya komandiri vəzifəsini icra etmişdir. 1939-cu ildə daxil olduğu Hərbi Akademiyanı 1942-ci ildə bitirib müdavim oldu. 1960-cı ilə qədər müxtəlif qərargah və birliklərin komandanlığı vəzifəsini icra etmişdir. 1960-cı ildə briqada generalı, 1963-cü ildə general-mayor, 1964-cü ildə general-leytenant və 1969-cu ildə ordu generalı rütbəsinə yüksəlmişdir. briqada generalı rütbəsi ilə 4-cü Diviziya komandanı,Baş Qərargah heyəti rəisi və Baş Qərargah əməliyyat rəisi,general-mayor rütbəsi olan Hərbi Akademiyalar komandiri müavini,5-ci Korpus komandirinin müavini və Quru qüvvələri Əməliyyatları baş qərargah başçısının müavini,general-leytenant rütbəsi ilə Quru Qoşunları Təhsil Korpusu komandiri və 9-cu Korpus komandiri vəzifələrini icra etdi. 29 avqust 1969–29 avqust 1970-ci tarixləri arasında jandarma baş komandanlığı və bu tarixdən sonra 28 avqust 1972-ci ilədək 2-ci Ordu komandiri vəzifələrini icra etdi.
Semmyo
Senmyo (宣命) və ya semmyo – yapon dilində yazılmış qədim imperator ediktləri. Nara dövrünə qədər bütün imperator ediktləri yapon dilində yazılırdı. VIII əsrdə Çindən təsirlənərək yaradılmış Ritsuryo sistemindən sonra imperator ediktləri klassik Çin dilində yazılmağa başlamışdır. Çin dilində yazılan imperator ediktləri şoşo və çokuşo adlanırdı. Yapon dilində yazılmış imperator ediktləri üçün "senmyo" terminindən istifadə etmək Heyan dövründə başlamışdır. Senmyolar Mərkəzi İmperiya İşləri Nazirliyi tərəfindən yazılırdı və xüsusi carçı tərəfindən imperatorun adından oxunurdu. Bu carçı adətən yüksək rütbəli şəxs olurdu. Ediktin oxunduğu kütlə dövlət zadəganları və önəmli şəxslərdən ibarət olurdu. Senmyo taxta çıxma, taxta namizədlik, imperator ailəsində ölüm, dövr adı dəyişikliyi, diplomatik missiya, yüksək rütbəli şəxslərin tərifi və ya tənqidi, vəhy kimi hallarda oxunurdu. Senmyo ton baxımından qədim yapon ayin duaları olan noritolara oxşayırdı, çünki şintoizm konsepsiyasına malik idi və imperatorun müqəddəsliyi ideyasına əsaslanırdı, lakin noritodan fərqli olaraq senmyoda buddist və konfusiçi fikirlər də öz əksini tapırdı.
Seymur
Seymur — kişi adı. Bu adı olan tanınmışlar Seymur Məmmədov — Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi şəhidi. Seymur Baycan — yazıçı, publisist. Digər Seymur (Antarktida) — Trimiti yarımadasından şərqdə yerləşən ada.
Şəmmar
Şəmmar (ərəb. شمر‎) — ərəb qəhtani qəbilə konfederasiyası. Bəni Tay ərəb qəbilə birliyinə mənsubdur. Şəmmar qəbiləsinin Bəni Tay qəbiləsindən olan əcdadları II əsrdə Yəməndən köçüb Nəcd yaylasının şimalında məskunlaşaraq Bənu Əsəd və Bənu Təmim qəbilələrini oradan sıxışdırıb çıxarmışdılar. 630-cu ilin iyulunda Bəni Tay qəbiləsi Məhəmməd peyğəmbərin tərəfdarları tərəfindən tabe edilmiş və islamlaşdırılmışdır. Şəmmar etnonimi tarixi mənbələrdə XIV əsrdən tapılmış və tayfanın şərəfinə Əcə və Səlma əkiz dağları yeni ad almışdır – Cəbəl-Şəmmar. XII əsrdə Şammar qəbiləsinin əhəmiyyətli bir hissəsi Ərəbistandan İraqa köçərək onun Mosula qədərşimal bölgələrini işğal etmiş, qəbilənin Ərəbistanda qalan hissəsi isə Həil ərazisində yaşayırdı. Şəmmar qəbiləsinə uzun müddət əl-Əli qəbiləsindən olan şeyxlər və əmirlər rəhbərlik edirdi. XIX əsrin əvvəllərində mərkəzi Həil şəhərində olan Cəbəl-Şəmmar əmirliyi qurulmuşdur. 1835-ci ildə Ər-Rəşid sülaləsi əmirliyi və qəbiləni ələ keçirmişdi.
Məmduh Şövkət Esendal
Məmduh Şövkət Esendal (29 mart 1883, Çorlu — 16 may 1952, Ankara) — Türk yazıçısı, diplomat, siyasətçi, Türkiyənin Azərbaycanda ilk səfiri. Azərbaycan—Türkiyə münasibətlərindən söz açarkən "ilk" epitetinə tez-tez müraciət etmək lazım gəlir. Cümhuriyyət elanından bir həftə sonra 1918-ci il iyunun 4-də Azərbaycanla Osmanlı imperatorluğu arasında dostluq və qarşılıqlı yardım haqqında müqavilə imzalanmışdı. Bu müstəqil dövlət kimi Azərbaycanın imzaladığı ilk beynəlxalq hüquqi-diplomatik sənəd idi. 1991-ci il noyabrın 11-də, keçmiş SSRİ-nin de-fakto mövcudluğu şəraitində siyasi iradə və qətiyyət nümayiş etdirərək hələ müttəfiq sovet respublikalarından biri sayılan Azərbaycan SSR-nın müstəqilliyini tanıyan ilk dövlət Türkiyə Cümhuriyyəti olmuşdu. Maraqlıdır ki, 1920–22-ci illərdə hələ müstəqilliyin müəyyən atributlarına malik olan Azərbaycan SSR-lə diplomatik münasibətlər quran və Bakıya öz təmsilçisini göndərən ilk dövlət yenə də Türkiyə, bu dəfə milli müstəqillik uğrunda Qurtuluş Savaşına başlamış Mustafa Kamal Türkiyəsi idi. Azərbaycan Cümhuriyyətinin süqutundan 5 gün sonra, 1920-ci il mayın 3-də qurulan Ankara hökuməti həmin il avqustun 12-də özünün ilk xarici təmsilçisini başqa bir ölkəyə deyil, məhz Azərbaycana göndərmişdi. Yeni Türkiyəni sovet Bakısında təmsil edən ilk türk diplomatı isə tanınmış yazıçı və ictimai-siyasi xadim Məmduh Şövkət Esendal (1883–1952) olmuşdu. O, patriarxal Osmanlı əyalətlərindən birində – Tekirdağın Çorlu ilçəsində, əkinçi ailəsində doğulmuşdu. Ailəsinin yoxsulluğu üzündən ardıcıl və sistemli təhsil ala bilməmişdi.
Seymur (Antarktida)
Seymur adası (ing. Seymour Island)) — Trimiti yarımadasından şərqdə yerləşən ada. Ada 20 km uzunluğa və 9 km enə malikdir. Ən yaxın adalar Snou-Hill və Ceyms-Rossdur. Ada ilk dəfə 6 yanvar 1843-ci ildə Ceyms Ross tərəfindən Antarktikaya Terror və Erebus gəmilərində səyahət zamanı aşkarlanmışdır. Ceyms Ross Seymur burnu adlandırdığı coğrafi obyekti kontr-admiral Corc Frensis Seymurun şərəfinə adlandırmışdır. Adanın ilk araşdırmalar norveçli Karl Anton Larsen tərəfindən həyata keçirilmişdir (1892—1893 və 1893—1894). O, ilk dəfə bu coğrafi obyektin burun deyil ada olmasını müəyyən etmişdir. 1969 ildən ada da il boyu Argentinaya məxsus olan Marambio qütb stansiyası fəaliyyət göstərir. Antarktida tarixində ilk eniş-uçuş zolağı məhz burada inşa edilmişdir.
Seymur Abasov
Seymur Abbasov
Seymur Allahverdiyev
Seymur Alızadə
Seymur Baxışov
Seymur Baycan
Seymur Baycan (22 aprel 1976, Füzuli) — yazıçı, publisist. Ən yeni dövr Azərbaycan Ədəbiyyatının II mərhələsinin, müstəqillik dövrü yazıçılarındandır. Bir çox romanı, əsəri ilə məşhurdur. Seymur Baycan 22 aprel 1976-cı ildə ildə Füzuli rayonunda anadan olub. C.Naxçıvanski adına hərbi məktəbi bitirib. Qafqaz universitetinin "Dövlət və bələdiyyə idarəetməsi” fakültəsində oxuyub.Universiteti yarımçıq qoyub. Hekayələri rus, gürcü, erməni, ukrayna, qazax və s. dillərə çevrilmiş və çap olunmuşdur. "Ət və ət məhsulları" romanı ilə Dünya ədəbiyyatına skelet-roman anlayışını gətirmişdir.[mənbə göstərin] Digər çap olunmuş romanları: “18.6 cm”, “Körpüsalanlar”, “Quqark”. Publisistik fəaliyyəti dönəmində "Reytinq", "Milli yol", "Gündəlik Azərbaycan" və digər qəzetlərlə əməkdaşlıq etmişdir.
Seymur Bəylərov
Seymur Cabbarov
Seymur Fətəliyev
Seymur Həbib oğlu Fətəliyev (19 iyul 1973) — Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri, UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının Baş katibi, filologiya üzrə fəlsəfə doktoru. 19 iyul 1973-cü ildə anadan olmuşdur. 1990–1995-ci illərdə Azərbaycan Dillər Universitetinin fransız dili fakültəsində, 1997–2001-ci illərdə isə Bakı Dövlət Universitetinin hüquq fakültəsində təhsil almışdır. 1995-ci ildə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində əmək fəaliyyətinə başlayıb. 1999–2005-ci illərdə Azərbaycan Respublikasının Fransadakı Səfirliyində, daha sonra 2006–2009-cu illərdə Azərbaycan Respublikasının UNESCO yanında Daimi Nümayəndəliyində çalışıb. 2009–2012-ci illərdə Xarici İşlər Nazirliyinin Dövlət Protokolu İdarəsinin rəis müavini vəzifəsinə təyib edilib. 2012–2017-ci illərdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsi müdirinin müavini olaraq fəaliyyətini davam etdirmişdir. 2018–2021 ci illərdə Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AİDA) rəisi vəzifəsində çalışıb. 2021-ci il avqust ayında xüsusi tapşırıqlar üzrə səfir — UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının Baş katibi vəzifəsinə təyin olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2014-cü il tarixli, 580 saylı Sərəncamı ilə S. Fətəliyev "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif edilmişdir.
Seymur Hüseyn
Seymur Hüseynoğlu
Seymur Hüseyn (20 oktyabr 1993, Şəhriyar, Naxçıvan Muxtar Respublikası – 26 noyabr 2020, Bakı) — Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. Seymur Hüseyn 1993-cü il oktyabrın 20-də Ordubad rayon Şəhriyar qəsəbəsində anadan olub. 2011-2015-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb. Seymur Hüseyn 2015-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidmət edirdi. Azərbaycan Ordusunun baş leytenantı olan Seymur Hüseyn 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin və Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Seymur Hüseyn oktyabrın 16-da Cəbrayılın azad edilməsi zamanı ağır yaralanıb. Noyabrın 26-da Bakı şəhərində müalicə aldığı Respublika Neyrocərrahiyyə Xəstəxanasında şəhid olub. II Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Seymur Hüseyn ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Seymur Hüseyn ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Seymur Həbibov
Seymur Həsənli
Seymur Krey
Seymur Rojer Krey (ing. Seymour Roger Cray; 28 sentyabr 1925 – 5 oktyabr 1996, Kolorado Sprinqs, Kolorado) — amerikalı mühəndis və alim, superkompüterin yaradıcısı. İlk dəfə superkompüter 1975-ci ildə Seymur Krey tərəfindən “CRAY - 1” adı altında yaradılmışdır. Qiyməti 8,8 milyon ABŞ dolları olan bu superkompüter 8 Mbayt əməli yaddaş həcminə malik olmaqla, saniyədə 160 milyon əməliyyat yerinə yetirirdi.
Seymur Mehdiyev
Seymur Musayev