Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Səmra Rəhimli
Səmra Rəhimli və ya Səmra (20 oktyabr 1994, Bakı)— Azərbaycan müğənnisi. Səmra "O Səs Türkiyə" və "Səs Azərbaycan" layihələrinin iştirakçı olmuşdur. Azərbaycanı 2016-cı ildə Stokholm şəhərində keçirilən 61-ci Avroviziya Mahnı Müsabiqəsində "Miracle" mahnısı ilə təmsil etmişdir və final mərhələsində ölkəyə 17-ci yeri qazandırmışdır. Səmra Rəhimli 20 oktyabr 1994-cü ildə Azərbaycanın Bakı şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbəsi olan Səmra xanım uşaq yaşlarından musiqi ilə məşğul olmağa başlamışdır. Səmra Rəhimli 2014-cü ildə Türkiyənin "TV 8 Televiziyası"nda yayımlanan "O Səs Türkiyə" layihəsində iştirak etmişdir. O ilk mərhələdə "Kör Seçmeler" mərhələsində "Simply The Best" mahnısını ifa etmişdir və 2 münsif Səmra xanım tərəfə çönmüşdür. Səmra xanım isə Hadisənin komandasında yarışmağı seçmişdir. Daha sonra növbəti mərhələdə – "Düellolar" mərhələsində Səmra Rəhimli Ayda Eravcı ilə birgə "I Who Have Nothing" mahnısını ifa etmişdir. Hadisə isə Səmra ilə Ayda arasında seçim etmiş və Səmra Rəhimlini komandasında saxlamışdır.
Səmra Özal
Səmra Özal (türk. Semra Özal; 12 yanvar 1934, İstanbul) — Türkiyənin 8-ci birinci xanımı. O, Türkiyənin 8-ci prezidenti olan Turqut Özalın həyat yoldaşı olub. Onlar 1954-cü ildə evləniblər. Bu evlilikdən onların üç övladı dünyaya gəlib: Əhməd Özal (d. 1955), Zeynəb Özal (d. 1956) və Efe Özal (d. 1967). Səmra Özal Ana Vətən Partiyasının hakimiyyəti zamanı "Türk Qadınını Gücləndirmə və Tanıtma Fondu"na sədrlik edirdi. 1991–1992-ci illər arasında Ana Vətən Partiyasının İstanbul vilayəti təşkilatına sədrlik edib.
Səmra Əliyeva
Səmra Əliyeva (16 sentyabr 1987, Bakı) — azərbaycanlı jurnalist, aparıcı və Azərbaycanın birinci qadın futbol şərhçisi. Səmra Əliyeva 16 sentyabr 1987-ci ildə Bakı şəhərində anadan olub. Atası Ramanadan, anası isə Əmircandandır. 1994-cü ildə Sabunçu rayonunda 80 nömrəli tam orta məktəbin birinci sinifinə gedib və 2005-ci ildə oranı bitirib. 2007-ci ildə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasına (ADRA) qəbul olub və 2012-ci ildə həmin təhsil ocağından "incəsənət əsərlərinin bərpası və ekspertizası" ixtisası üzrə məzun olub. Qiyabi təhsil aldığı illərdə radioda fəaliyətə başlayıb. Səmra Əliyeva 2017-ci ilin sentyabrda AFFA-nın mətbuat xidmətinin rəhbəri Firuz Abdulla ilə ailə həyatı qurdu. 2 övladı var. Səmra Əliyeva qiyabi təhsil alan illərdə "Antenn 101 FM" radiosunun elan elədiyi müsabiqəyə qatılaraq müsabiqənin qalib oldu. 2008–2012-ci illərdə "Radio Enerji 101.1FM" radiosunda prodüser, 2012–2015-ci illərdə isə həmin radioda idman verilişinin aparıcısı olan Səmra Əliyeva, 2013–2015-ci illərdə "İdman Azərbaycan" TV-də "Overtime" verilişin redaktoru oldu.
Səmra Dinçər
Səmra Dinçər (1966, Ankara) — iqtisadçı və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı. Səmra Dinçər 1966-cı ildə Ankara şəhərində anadan olub. Qazi Universiteti İqtisadi bölməsindən məzun olub. İnşaat və turizm sahəsində fəaliyyət göstərən müəssisələrdə maliyyə işləri üzrə rəhbər vəzifələrdə çalışıb. Siyasətə Cümhuriyyət Xalq Partiyasında qoşulub. 2018 və 2020-ci illərdə CHP Məclisinin üzvü seçilib. noyabr 2023-cü ildə CHP İdarə Heyətinin təbiət haqlarından məsul sədr müavini seçilib. 2023-cü ildə Ankaradan Türkiyə Böyük Millət Məclisinin deputatı seçilib. İngiliscə bilir. Evli və 1 uşaq anasıdır.
Səmra Ərən-Nijhar
Səmra Ərən-Nijhar (d. 6 aprel 1967; İstanbul), Türk-alman yazıçı, sosioloq, sənədli film prodüseri, sosial və mədəni şərhçi. Semra Eren-Nijhar 2001-ci ildə Oksford Universitetindən ayrılaraq "SUNCUT Danışmanlık ve Yapımcılık şirkəti"ni qurmuş ve 2001-ci ildən bəri idarəçiliyini etməkdədir. Lordlar Palatasında məsləhətçi kimi fəaliyyət göstərən Eren-Nijhar, otuz üç ildən çoxdur ki, miqrasiya, qadınlar, Avropadakı Türk immiqrasiyası, kimlik, mənsubiyyət, irqçilik və sənət sahələrində çalışmışdır. Eren-Nijhar, sosioloji araşdırmalarını sənət ilə müəyyənləşdirib müxtəlif texnika çərçivəsində təqdim edərək araşdırma nəticələrini daha geniş bir kütləyə çatmasını təmin etdi. Xüsusilə şəxsi portretləri və tərcümeyi-halları üçün fotoşəkil çəkən Semra Eren-Nijhar, İngiltərə, Belçika və Türkiyədə bir foto-sərgi açdı və eyni zamanda bir çox sərginin kuratorluğunu etdi. Eren-Nijhar, İngiltərədəki Türklərin Mədəni, Siyasi və İqtisadi Tarixi, London Turkish Day-London Türk Günü və Turkish Heritage in Europe-Avropada yaşayan Türklərin Mədəni, Siyasi və İqtisadi Tarixi mövzusunda araşdırmalar aparmış və bu işlərin aparılmasında mühüm rol oynamışdır. Eren-Nijhar bir çox mükafatla yanaşı, 2004-cü ildə "Millennium Awards Fellowship" tərəfindən İstedad ve Uğur Mükafatını, 2015-ci ildə Beynəlxalq Avropa Keyfiyyət Zirvəsi Mükafatını və 2018-ci ildə İngilis Türk Dərnəkləri Federasiyası tərəfindən verilən "Achievement" Mükafatını aldı. Kainatın şairi Osman Türkay, Cyprus Turkish Association Publications, 2011 Avropanın İlk Türk Dərnəyi — Kipr Türk Dərnəyi, Cyprus Turkish Association Publications, 2012 Kıpırtı Yazıları, Yar Publishing, 2013 Artıq Qürbət yox! (Mu?) I – There Is No More a Place far from Home!
Səmra Çağlar Gökalp
Səmra Çağlar Gökalp (1988, Bitlis ili) — müəllim və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı. Səmra Çağlar Gökalp 1988-ci ildə Bitlis ilində anadan olub. Van Yüzüncü İl Universiteti İngilis dili və Ədəbiyyatı Bölməsindən məzun olub. Mübadilə proqramı çərçivəsində Birləşmiş Ştatların Texas Universitetində təlimlərdə olub. Merilend Qadınlar Komissiyasında (Maryland Commission for Women) müşahidəçi olub. Van Şəhər Bələdiyyəsində Avropa İttifaqı və Xarici əlaqələr şöbəsində çalışıb. 2019-cu ildə bələdiyyə sədrinin vəzifəsindən uzaqlaşdırılmasından sonra tutduğu vəzifədən azad edilib. İnsan Hüquqları Dərnəyində İdarə Heyətinin üzvü olub. 2023-cü il mayın 14-də Yaşıl Sol Partiyasının namizədi olaraq Bitlis ilindən Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı seçilib. TBMM Müraciətlər Komissiyasının üzvü vəzifəsində təmsil olunub.
Miracle (Səmra Rəhimli mahnısı)
Miracle (azərb. Möcüzə‎) — Azərbaycanın 2016 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. Səmra Rəhimli "Miracle" mahnısı ilə Azərbaycanı İsveçin Stokholm şəhərində keçirilən Avroviziya 2016-da təmsil etmişdir. Mahnı İsveçli bəstəkarlar Amir Ali, Yakob "Jakke" Eriksson və Henrik Vikström tərəfindən bəstələnmişdir.
Sədra
Sədra (fars. شهر جدید صدرا‎) — İranın Fars ostanında və Şiraz şəhərinin yaxınlıqında yeni şəhər.
Səhra
Səhra — bitki örtüyünün və heyvanlar aləminin kasadlığı ilə səciyyələnən düzən səthli landşaft növüdür. Çox quraqlıq, isti havanın gündəlik və illik temperaturu kəskin fərqlənən, illik yağıntısı 250 mm-dən aşağı, buxarlanma yağıntıdan xeyli çox, güclü külək əsən, daimi axan çayları olmayan, çox seyrək bitki örtüyü olan ərazi. Səhraların iki növü mövcuddur: Qum səhraları və buz səhraları. Qum səhralarında vahələrə (oazislərə) də rast gəlinir. Vahələr suyun səthə yaxın yerlərdə toplanmasından əmələ gəlir. Bitkilər bu yerlərdə bitir, bunu nəticəsində vahə yaranır. Səhranın əmələ gəlməsinin ən başlıca səbəbi yağıntının buxarlana biləcək sudan 7–30 dəfə az olmasıdır. Səhranın özünəməxsus iqlimi vardır. Göy üzü aylarla buludsuz olur. Maksimum temperatur +49,5°, +58°-yə çatır, gün altında qumun səthi 90° qızır, illik temperatur amplitudası 90°, gündəlik 30°-yə qalxır.
Səma
Səma — Yer səthindən yuxarıya doğru maneəsiz bir görünüş. Buraya atmosfer və kosmik fəza daxildir. O həm də yerlə kosmos arasındakı bölgə kimi də hesab olunur, buna görə də kosmosdan fərqlidir. Astronomiya sahəsində səmaya göy sferası da deyilir. Bu, Günəş, Ay, planetlər və ulduzların sürükləndiyi Yerə konsentrik olan mücərrəd sferadır. Göy sferası ənənəvi olaraq bürclər adlanan təyin olunmuş ərazilərə bölünür. Adətən "göy üzü" termini qeyri-rəsmi bir şəkildə Yer səthindən baxış bucağı kimi başa düşülür, amma mənası və istifadəsi fərqli ola bilər. Yer kürəsindəki bir müşahidəki gündüzlər gecəyə görə daha düz görünən bir günbəzə bənzəyən (bəzən göy kasası da deyilir) göy üzünün kiçik bir hissəsini görə bilər. Bəzi hallarda, məsələn, hava haqqında danışarkən, səma atmosferin yalnız aşağı, daha sıx təbəqələrini ifadə edir. Gündüz səması mavi görünür, çünki hava molekulları günəş işığının daha qısa dalğa uzunluqlarındakını daha uzun olanlara (qırmızı işıq) nisbətən daha çox səpələyir.
Dəhnə (səhra)
Dəhnə və ya Kiçik Nefud (ərəb. صحراء الدهناء‎) — Yaxın Şərqdə, Ərəbistan yarımadasının mərkəzində yerləşən səhra. Səhra ensiz (20–70 km) və uzunsov formada yayılmışdır. 1200 km şimaldan cənub-şərqə uzanır. Şimaldan Böyük Nefud səhrası və cənub-şərqdən isə Rub-əl-Xali səhrası ilə birləşir. Qərbdən Tuvayk dağları ilə əhatələnir. Şərqdən Əl-Xasa səhrasına keçir. 100 qərbdə Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhəri yerləşir.
Gilli səhra
Kolorado (səhra)
Kolorado (isp. Colorado) — ABŞ ərazisində yerləşən Sonora səhrasının şimal-qərb hissəsini təşkil edən səhra. Meksika-ABŞ sərhəddində qərarlaşır. Səhra Kaliforniya ştatının cənub-qərbində, Meksikanın isə şimal-şərq hissəsini əhatə edir. Sahəsi 40,000 km²-dir. Kolorado çayının şərqində qərarlaşır və öz adını buradan almışdır. Səhranın mərkəzində Solton-Si gölü yerləşir.
Molla Sədra
Sədrəddin Şirazi və ya Molla Sadra (1571, Şiraz – 1641, Bəsrə) — müsəlman filosofu. Molla Sadra (Sədrəddin Şirazi) varlı fars ailəsində anadan olmuşdur. Onun dövrü I şah Abbasın hakimiyyəti illərinə təsadüf edir. Həmin dövrdə şiəlik hakimiyyəti şəriət qanunlarının nufuzu dini fəlsəfə və teologiyanın populyarlığı öz apogeyinə çatmışdı. Molla Sadra özünü intellektual fənlərin, o cümlədən İbn Sinanın, Şihabəddin Yəhya Sührəvərdinin, neoplatoniklərin, xüsusilə İbn əl-Ərəbinin fəlsəfəsini öyrənməyə həsr etmişdir. Onun fəlsəfəyə olan güclü marağı bəzi ortodoksal əhval–ruhiyyəli qüdrətli siyasi hakimiyyətə malik və fəlsəfəni təriqətçi məşğələ hesab edən fakihləri qıcıqlandırırdı. Düşmənçilik edən bəzi ortodokslara görə bu sahədəki nailiyyətlərini (o nəinki fəlsəfəni öyrənirdi, həm də uğurla onu tədris edirdi) buraxaraq elmlə məşğul olduğu İsfahanı tərk edərək Qum şəhəri yaxınlığındakı kəndlərindən birinə köçməli olur. Burada Molla Sadra 12 il yaşamış düşüncələrə dalmış askez praktikasını dadmışdır. Bu isə öz növbəsində onun intellektual intiusiyasının kəskinləşməsinə gətirib çıxarmışdır. Molla Sadra bir sıra səbəblərə görə islam fəlsəfəsi tarixində mühüm yer tutur.
Monte (səhra)
Мontе (isp. Monte) — Argentina ərazisində yerləşən, 460 000 km² sahəyə malikdir. Səhra And dağlarından şərqdə yerləşir. Pataqoniya səhrası ilə cənubdan birləşir. Monte səhrası Atakama səhrası ilə Pataqoniya arasında yerləşir. Səth baxımından Pataqoniya səhrasına bənzəyir. Belə ki, səthi vulkanik suxurlarla örtülüdür. And dağlarının silsilələri ilə əhatələnməsi onun ərazisinə yaıntıların az düşməsinə səbəb olur. İl ərzində 80–300 mm arası yağıntı düşür. Pataqoniya və Atakama səhralarından fərqli olaraq soyuq cərəyanların təsirinə az məruz qalır.
Moxave (səhra)
Moxave (isp. Mojave yerli Moxave tayfasının adı ilə) — Amerika Birləşmiş Ştatlarının cənub-qərbində səhra. Cənubi Kaliforniyanın böyük hissəsini tutur. Yuta ştatının cənub-qərbində, Nevada ştatının cənubunda və Arizona ştatının şimal-qərbində yerləşir. Səhranın sahəsi 35 000 km²-dən yuxarıdır. Səhra şimal-şərqdə Texaçapi dağ massivi ilə (ing. Tehachapi Mountains), cənubda isə San-Qabriyela və San-Bernardino dağ silsilələri ilə məhdudlaşmışdır. Dağların sərhədləri kifayət qədər aydın seçilir, çünki bu dağlar iki böyük geoloji sınma ilə ayırılmışdır: San-Andreas və Qarlok. Böyük Hövzənin axını olmayan sahəsi səhranın şimalıboyu, cənubda daha isti Sonora səhrası istiqamətində uzanır. Əsas bitkisi ağacaoxşar Yucca brevifolia palmasıdır.
Ovayxi (səhra)
Ovayxi səhrası (ing. Owyhee) — ABŞ ərazisində yerləşən quraq ərazi və böyük hissəsi səhra olan bölgə. Kolumbiya platosunun cənub qutaracağında, Oreqon, Aydaho və Nevada ştatları ərazisində yerləşir. Səhranın sahəsi 24 280 km², səthinin hündürlüyü isə 1600 metrdir Səhranın böyük qismi ABŞ dövlətinin ali federal orqanının nəzarətindədir.
Qübbətüs-Səhra
Qübbətüs-Səxrə (ərəb. قُبَّة الصَّخْرَة‎ – Qaya günbəzi; "səxrə" (صخرة qaya) sözü ərəb dilindəki "səhra" (صحراء çöl) sözü ilə səhv salınmamalıdır) — Müasir dövrümüzə qədər gəlib çıxan ən qədim İslami tikililərdən biri. Bəzilərinin yanlış olaraq əl-Əqsa kimi bildiyi məscid, əslində Qübbətüs-Saxra məscididir. əl-Əqsa məscidi isə bu abidənin qiblə istiqamətində yerləşən, ondan daha böyük və geniş başqa bir abidədir. Bu tikili müsəlmanlar arasında məsciddən çox ziyarətgah kimi tanınır. İnanca görə məscidin ortasındakı qaya parçası boşluqda asılı durmuşdur. Peyğəmbər meraca yüksələrkən qorxmamaq üçün Allah tərəfindən ona boşluqda duran qaya parçası göstərilmişdir. Məhz bu əlamətlərinə görə bəziləri bu daşı müqəddəs sayırlar. Qübbət-üs-Səxrə 685-691-ci illərdə Əməvi xəlifəsi Əbdülməlik ibn Mərvan tərəfindən inşa etdirilmişdir. Müsəlman memarların ilk dəfə olaraq Qübbə formasında inşa etdikləri bu məscid səkkizguşəlidir.
Qərbi Səhra
Qərbi Böyük Səhra (ərəb. الصحراء الغربية‎ əs-Səhra' əl-Ğərbiyyə, İspan : Sahara Occidental, Bərbəricə : Taneẓroft Tutrimt), Afrika qitəsinin şimal-qərbində yerləşən və 1975-ci ildə koloniya ölkəsi İspaniya tərəfindən tərk edildikdən sonra Mərakeş tərəfindən haqq iddia edilən və hal-hazırda da üçdə ikisini həqiqətən idarə etdiyi bölgədir. Bütöv bölgə üzərində 1976-ci ildə müstəqilliyini elan edən Səhravi Ərəb Demokratik Respublikasının bu elanı Mərakeş tərəfindən qəbul edilmədi. Bölgəyə qonşu ölkələr şimalda Mərakeş, şimal-şərqdə Əlcəzair, şərq və cənubda Mavritaniyadır. Bölgənin qərbində Atlantik okeanı yerləşir. Bölgənin cəmi sahib olduğu 2.049 km sərhədin 41 km-i Əlcəzair , 1.564 km-i Mavritaniya və 444 km-i isə bölgənin üçdə ikisini ilhaq edərək əlində saxlayan Mərakeşilədir. Bundan başqa ölkənin Atlantik okeanı ilə 1.110 km-lik sahil xətti də var. Cəmdə 266.000 km² bir sahəyə sahib olsa da, bunun yalnız 50.000 km² nəzarət edə bilir. Qərbi Səhrada sahildən içərilərə doğru irəlilədikcə yüksəkliklər 400 m-yə çatır. Bölgənin ən yüksək nöqtəsi Əlcəzair ilə sərhədinə yaxın mövqedə yerləşən və hər hansı bir adı olmayan 805 m-lik nöqtədir.
Rəngli səhra
Rəngli səhra (ing. Painted Desert) — Şimali Amerikanın Kolorado platosu ərazisində, Arizona ştatının şimalında yerləşən səhra. Səhranı əhatə edən təpələr Litl Kolorado çayının şimal sahillərinə qədər uzanır. Səhranın uzunluğu 240, eni isə 25–80 km arasında dəyişir. Sahəsi — 19,4 min. km² təşkil edir. Bölgənin hündürlüyü 1370 – 1980 m arasında dəyişir. Səhranın şərqi Petrifayd-Forest milli parkı ərazisinə daxildir. Səhra bütünlüklə «Navaho milləti» rezervasiya bölgəsinə aiddir. Əraziyə ilk dəfə adı 1858-ci ildə leytenant Cosef İvson vermişdir.
Simpson (səhra)
Simpson (ing. Simpson Desert) — Avstraliyanın mərkəzində yerləşən, Şimal Əraziləri, Kvinslend və Cənubi Avstraliya ştatları ərazilərini əhatə edən qumlu səhra. Ərazisi 143 min. km² təşkil edir. Qərbdən Finke çayı, şimaldan Mak-Donnel silsiləsi və Plenti çayı, şərqdən Mulliqan və Dayamantina çayları, cənubdan Eyr gölü Səhra ilk dəfə Styort Çarlz tərəfindən 1845-ci ildə, digər hissəsi isə Qriffit Teylor tərəfindən 1926-cı ildə kəşf edilir. 1929-cu ildə geoloq Sesil Mediqan təyyarə ilə ərazini müşahidə etdikdən sonra Allen Simpsonun şərəfinə adlandırmışdır. Belə ehtimal vardır ki, səhranı ilk dəfə Mediqan 1939-cu ildə dəvə ilə keçmişdir. Ancaq 1936 ildə Edmund Albert Kolons səhraya ekspedisiya təşkil etmişdir. 1960—80-ci illərdə səhrada nəticəsiz neft axtarışları aparılmışdır. XX əsrin sonlarından etibarən səhraya turistlər cəlb edilir.
Sonora (səhra)
Sonora (ing. Sonoran Desert; isp. Desierto de Sonora, bəzən Hila səhrası adlandırılır) — daşlı-qumlu səhra Şimali Amerikada, ABŞ-Meksika sərhədində qərarlaşır. İinzibati cəhətdən isə ABŞ-nin Arizona və Kaliforniya, Meksikaın isə Aşağı Kaliforniya və Sonora ştatları ərazisində qərarlaşır. Kaliforniya körfəzinin şimal sahillərinə qədər uzanır. Sonora Şimali Amerikanın ən isti və ən böyük səhralarından biridir. Müxtəlif hesablamalara görə səhranın sahəsi 260,000 km²-355,000 km² arasında dəyişir. Onun tərkibinə Yuma, Yuxa, Kolorado, Leçugilla, Tule, Altar səhraları daxildir. Yağıntının miqdarı 75–380 mm arasında dəyişir. Yağıntı əsasən qış-yaz mövsümündə düşür.
Səhra qızılquşu
Səhra qızılquşu (lat. Falco naumanni) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qızılquşkimilər dəstəsinin qızılquşlar fəsiləsinin qızılquş cinsinə aid heyvan növü. Azərbaycanda təhlükədə olan quşlar siyahısına daxil edilmişdir. Kiçikboylu qızılquşlardan biridir. Erkəyin bel tərəfi qırmızımtıl-kərpic rənglidir (naxışsız), amma başı tünd-göydür. Quyruğunun ucunda köndələn qara zolaq var. Caynaqları ağımtıl-samanı rənglidir. Dişisi yaxın qohumu olan muymulu qızılquşa ("tinnunclus") oxşayır, təbiətdə fərqləndirmək çətindir. Amma erkəyi aydın fərqlənir. Avropa, Asiya və Şimal-Qərbi Afrikada yayılıb.
Mavi səhra
Mavi səhra və ya Sinay sülh qovşağı — Sinay səhrasının Müqəddəs Ketrin yaxınlığındakı ərazisi.Burada bir sıra qayalar mavi rəngə boyanmışdır. Bu sənət əsəri 1980-ci ildə, 1979-cu ildə İsrail–Misir sülh müqaviləsinin imzalanmasından sonra belçikalı rəssam Jan Veramın sülh xətti çəkmək üçün Sinaya səfəri zamanı yaradılmışdır. Veram Misir prezidenti Ənvər Sədatın icazəsini almıış və Birləşmiş Millətlər Təşkilatından on ton boya qrant almışdır.
Səhra aslanı
Səhra aslanı (ing. Lion of the Desert) — Liviyanın xalq qəhrəmanı Ömər Muxtarın İtaliya müstəmləkəçiliyinə qarşı mübarizəsindən bəhs edən 1981-ci il ABŞ-Liviya birgə istehsalı dramatik döyüş filmi. Prodüserliyini və rejissorluğunu ərəb əslli ABŞ-lı kinematoqraf Mustafa Akkadın etdiyi filmin əsas rollarında Anthony Quinn, Oliver Reed, Irene Papas, Rod Steiger, John Gielgud və Raf Vallone oynamışdır. Filmin əsas musiqisi Maurice Jarreyə aiddir. Gerçək hadisələrə əsaslanan bu bioqrafik, epik filmdə 1929-cu ildə İtaliyada iqtidarda olan faşist diktator Benito Mussolininin Böyük Roma İmperiyasını yenidən qurma planlarının bir parçası olaraq Liviyanı müstəmləkələşdirmək üzrə bu Şimali Afrika ölkəsinə göndərdiyi güclü ordularının, Ömər Muxtar liderliyindəki Liviya xalqının inadkar müqaviməti qarşısında heç gözləmədikləri ağır itkilərə uğramaları izah edilməkdədir. Filmi Liviya lideri Muəmmər Qəddafi maliyyəyələşdirmişdir. Tərcümə edildikdən bir il sonra dövrün İtaliya baş naziri Giulio Andreotti filmin İtalyan ordusunun qürurunu zədələyici fraqmentlər ehtiva etdiyini ifadə etmiş və bunun üzərinə film 1982-ci ildə İtaliyada qadağan edilmişdi. 1988-ci ildən etibarən filmin İtaliyada bəzi festivallarda qeyri-qanuni olaraq göstərilməsinə hökumət tərəfindən göz yumulmuşdu. Filmin rejissoru 1930-cu ildə Hələbdə (Suriya) doğulan Mustafa Akkad uzun illər ABŞ-da prodüserlik və rejissorluq etmişdir. Hellovin filmlərinin babası olaraq da xatırlanan Akkad 2005-ci ildə İordaniyada məruz qaldığı bombalı terror hücum nəticəsində həyatını itirmişdir.
Səhra dənizi
Səhra dənizi — Böyük Səhrada yerləşən endoreik hövzələri Atlantik okeanı və ya Aralıq dənizindən gələn sularla doldurmağı təklif edən hipotetik makromühəndislik layihəsi. Bu həyata keçirilməmiş layihənin məqsədi Böyük Səhranın dəniz səviyyəsindən aşağıda yerləşən əhəmiyyətli sahələrini əhatə edəcək, rütubətli hava, yağış və kənd təsərrüfatını səhranın dərinliklərinə gətirəcək daxili dəniz yaratmaq idi. Belə bir layihənin mümkünlüyü XIX əsrin sonu və XX əsrin əvvəllərində müxtəlif alim və mühəndislər tərəfindən bir neçə dəfə qaldırılmışdır. Su basmış Böyük Səhra anlayışı dövrün romanlarında da yer alırdı. Səhra dənizi anlayışı ədəbiyyatda bir neçə dəfə, xüsusən də Jül Vernin son romanı olan "Dənizə hücum"da birbaşa Ruder və de Lessepsin planına istinad etmişdi. Su basmış Sahara səhrası ideyası Con Vindemin "Gizli xalq" əsərində də cərəyan edir. 2018-ci ildə çəkilmiş "Akvamen" filmində Böyük Səhra bir vaxtlar Atlant qəbiləsinin yaşadığı dəniz idi.
Seara
Seara (port. Ceará) — Braziliyanın şimal-qərbində yerləşən ştat. İnzibati mərkəzi Fortaleza. Ştatın Atlantik okean sahili əraziləri əsasən düzənlik relyefə malikdir. Şimal-şərqi isə Braziliya alcaq dağlığıdır. Sahəsi 148 920,5 km² təşkil edir. Ştatın əhalisi 1970-ci ildə əhalisi 4,5 milyon, 2010-cu ildə isə əhalinin sayı 8,5 milyon nəfərə qədər artmışdır. Qarışıq əhali ştatın 60 % təşkil edir. Qaralar cəmi 3 %, ağlar isə 37 %-dir. Portaleza şəhərinin əhasili əsasən qara dərililərdən və onların hindularla qarışığından ibarətdir.
Şəqra
Şəqra (Qətər)
Semra Eren-Nijhar
Səmra Ərən-Nijhar (d. 6 aprel 1967; İstanbul), Türk-alman yazıçı, sosioloq, sənədli film prodüseri, sosial və mədəni şərhçi. Semra Eren-Nijhar 2001-ci ildə Oksford Universitetindən ayrılaraq "SUNCUT Danışmanlık ve Yapımcılık şirkəti"ni qurmuş ve 2001-ci ildən bəri idarəçiliyini etməkdədir. Lordlar Palatasında məsləhətçi kimi fəaliyyət göstərən Eren-Nijhar, otuz üç ildən çoxdur ki, miqrasiya, qadınlar, Avropadakı Türk immiqrasiyası, kimlik, mənsubiyyət, irqçilik və sənət sahələrində çalışmışdır. Eren-Nijhar, sosioloji araşdırmalarını sənət ilə müəyyənləşdirib müxtəlif texnika çərçivəsində təqdim edərək araşdırma nəticələrini daha geniş bir kütləyə çatmasını təmin etdi. Xüsusilə şəxsi portretləri və tərcümeyi-halları üçün fotoşəkil çəkən Semra Eren-Nijhar, İngiltərə, Belçika və Türkiyədə bir foto-sərgi açdı və eyni zamanda bir çox sərginin kuratorluğunu etdi. Eren-Nijhar, İngiltərədəki Türklərin Mədəni, Siyasi və İqtisadi Tarixi, London Turkish Day-London Türk Günü və Turkish Heritage in Europe-Avropada yaşayan Türklərin Mədəni, Siyasi və İqtisadi Tarixi mövzusunda araşdırmalar aparmış və bu işlərin aparılmasında mühüm rol oynamışdır. Eren-Nijhar bir çox mükafatla yanaşı, 2004-cü ildə "Millennium Awards Fellowship" tərəfindən İstedad ve Uğur Mükafatını, 2015-ci ildə Beynəlxalq Avropa Keyfiyyət Zirvəsi Mükafatını və 2018-ci ildə İngilis Türk Dərnəkləri Federasiyası tərəfindən verilən "Achievement" Mükafatını aldı. Kainatın şairi Osman Türkay, Cyprus Turkish Association Publications, 2011 Avropanın İlk Türk Dərnəyi — Kipr Türk Dərnəyi, Cyprus Turkish Association Publications, 2012 Kıpırtı Yazıları, Yar Publishing, 2013 Artıq Qürbət yox! (Mu?) I – There Is No More a Place far from Home!
Senecio serra
Senecio serra (lat. Senecio serra) — mürəkkəbçiçəklilər fəsiləsinin xaçgülü cinsinə aid bitki növü.