Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Səməd
Səməd — Azərbaycanlı kişi adı. Səməd Vurğun — Azərbaycan şairi, Azərbaycanın ilk xalq şairi (1956). Səməd bəy Mehmandarov — Rusiya İmperator ordusunun tam artilleriya generalı.
Sənəd
Sənəd (lat. documentum ) – qeyd edilmiş və zaman, məkan üzrə təyin edilmiş informasiyaya malik material daşıyıcı. Başqa sözlə, sənəd – hər-hansı faktı və ya hüququ təsdiq edən işgüzar məlumatdır. Təyinatına görə sənədlər mətnli, qrafiki və təsviri, audovüzal olurlar: Mətnli sənədlər əlyazması, makina və kompüter, kitab, jurnal, blanklar və s. formada olurlar. Qrafiki və təsviri sənədlər şəkil, sxem, kardioqramalar, planlar və s. formada olurlar. Audovüzal sənədlər səs yazılışları, diopozotivlər, kinofilmlər formasında olurlar. == Sənədlər üzrə təsnifat == Yaradıldığı zamana görə Hazırlanma üsuluna görə Hazırlanma məkanına görə Mövzuya görə Təqdimatına görə Yayımına görə == Sənədlərin növləri == İlkin məlumatların alınması üsullarından biri kimi sosioloji tədqiqatlarda sənədlərin təhlili metodu istifadə olunur. İnsanın xüsusi olaraq yaratdığı, məlumatların ötürülməsi və ya saxlanması üçün nəzərdə tutulmuş vasitə sənəd adlanır.
Möhbəddin Səməd
Əliyev Möhbəddin Səməd oğlu (Möhbəddin Səməd) — publisist, nasir, ssenari müəllifi, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1989), Jurnalistlər Birliyinin üzvü (1975), "Qızıl qələm" mükafatı laureatı (1985), Həsənbəy Zərdabi mükafatı laureatı (2000). == Həyatı == Möhbəddin Səməd 1942-ci il yanvarın 25-də Qərbi Azərbaycanın Noemberyan rayonunun Yuxarı Körpülü kəndində anadan olmuşdur. Burada orta məktəbi bitirmişdir (1948-1958). Əmək fəaliyyətinə Abşeron üzümçülük sovxozunda, sonra isə Bakı Şin zavodunda fəhlə kimi başlamışdır (1959-1966). Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsində təhsil almışdır (1966-1972). "Bakı" axşam qəzeti və "Azərbaycan gəncləri" qəzeti redaksiyalarında (1972-1980) ədəbi işçi, "Kommunist" qəzeti redaksiyasında baş müxbir, ədəbi işçi (1980-1991) olmuşdur. Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətində publisistika şöbəsinin müdiri, radio musiqi şöbəsinin müdiri işləmişdir (1991-1994). Hazırda orada Cənubi Azərbaycan Radio Verilişləri baş redaksiyasının baş redaktoru vəzifəsində çalışır (1994-cü ildən). Bədii yaradıcılığa orta məktəbdə oxuyarkən həvəs göstərmişdir. "Əsli" adlı oçerki 1958-ci ildə "Sovet Ermənistanı" qəzetində dərc olunmuşdur.
Səməd Abdullayev
Səməd Abdullayev (Abdullayev Səməd Həmid oğlu; 1920, Qolqəti, Ərəş qəzası – 5 noyabr 1943, Geroyevskoye) — Sovet İttifaqı Qəhrəmanı (17.11.1943). == Həyatı == Səməd Abdullayev 1920-ci ildə Ağdaş rayonunun Qolqətı kəndində anadan olmuş və şəhərdəki Pedaqoji Texnikumunda təhsilini bitirdikdən sonra hərbi xidmətə çağırılmış, tibbi xidmət üzrə təlim keçərək Şimali Qafqazda hərbi əməliyyatlar aparan 18-ci ordunun tərkibindəki 318-ci dağ-atıcı diviziyasında xidmətə başlamışdır. Tibb xidmət starşinası Səməd Abdullayev, Kerç yarımadasına 1 noyabr 1943-cü il tarixdə desant çıxarılmasında iştirak etmiş, yaralı döyüşçülərə hərbi xidmətlə yanaşı düşmənə qarşı aparılan ağır əlbəyaxa döyüşdə bir neçə faşist əsgərini məhv etmiş və ağır döyüşlərin 5-ci günü həlak olmuşdur. Kerç şəhəri ətrafında dəfn edilmişdir. Sovet İttifaqı Qəhrəmanı adı 17 noyabr 1943-cü ildə verilmişdir. Ağdaşın Qolqətı kənd məktəbinə qəhrəmanın adı verilmişdir. == İstinadlar == == Mənbə == 9may.az. Qəhrəmanlar. Arxivləşdirilib 2010-01-18 at the Wayback Machine Герои боёв за Крым. - Симферополь: Таврия, 1972.
Səməd Ağaoğlu
Ağaoğlu Səməd Əhməd bəy oğlu (1909 və ya 22 aprel 1909, Bakı – 6 avqust 1982, İstanbul) — yazıçı, publisist və Türkiyənin dövlət və siyasi xadimi olmuşdur. Üç dəfə Türkiyə Böyük Millət Məclisinə deputat seçilmiş, baş nazirin müavini, dövlət naziri olmuşdur. == Həyatı və siyasi fəaliyyəti == Səməd Ağaoğlu 1909-cu ildə Bakıda dünyaya gəlmiş, hələ körpə ikən atasının Türkiyəyə mühacirəti ilə ömrünü, taleyini bu ölkəyə bağlamalı olmuşdur. Ankarada hüquq fakültəsini bitirdikdən sonra bir müddət Strasburqda işləmişdir. Bu illərdə yaradıcılığa başlamış, ilk qələm təcrübələrini sınaqdan keçirmişdir. Sonralar Fransada keçən illərini "Strasburq xatirələri" adlı kitabında əks etdirmişdir. Türkiyəyə döndükdən sonra bir sıra mühüm dövlət işlərində çalışmış, millət vəkili] seçilmiş, nazir vəzifəsi tutmuşdur. Siyasi baxışlarına görə bir müddət həbsdə yatmış, azadlığa çıxdıqdan sonra ömrünün sonlarına qədər bədii-publisistik yaradıcılıqla məşğul olmuşdur. 1960-cı ildə Calal Bayar — Adnan Menderes işinə görə, yəni 1960-cı il, 27 may dövlət çevrilişi ilə əlaqədar ömürlük həbs cəzasına məhkum olunmuş, 1964-cü ildə amnistiyaya buraxılmışdır. Ağaoğlu Səməd Əhmədbəy oğlu 1967-ci ildə ulularının vətəni Azərbaycanı ziyarət etmişdir.
Səməd Behrəngi
Səməd Behrəngi (24 iyun 1939, Təbriz – 31 avqust 1968, Təbriz) — Azərbaycan əsilli iranlı müəllim, tərcüməçi, nasir, publisist, İranda uşaq ədəbiyyatının banisi. Daha çox özünün Balaca qara balıq əsəri ilə tanınıb. Uşaqlar üçün yazdığı əsərləri daha çox sosial problemləri, cəmiyyətdəki haqsızlıqları qabartdığı üçün şah rejimi tərəfindən qadağan edilmişdi. 1957-ci ildən etibarən kənd məktəblərində dərs demiş kitablarla yanaşı çox sayda pedaqoji məqalələr və inşalar yazmışdır. Dostu Bəhruz Dehqani ilə birlikdə Azərbaycan türkləri yaşayan kəndləri gəzmiş burada Azərbaycan folkloruna aid nümunələri toplamışdır. Daha sonra Əhməd Şamlı, Füruğ Fərruxzad kimi müəlliflərin əsərlərini Azərbaycan türkcəsinə tərcümə etmişdir. 1967-ci il avqustun 31-də Xumarlı yaşayış məntəqəsi yaxınlığında Araz çayında müəmmalı şəraitdə boğulub. Fəaliyyətinə görə dəfələrlə təqiblərə məruz qalmağını əsas götürərək bir çox insanlar onun şah rejimi tərəfindən öldürülməsini iddia edirlər. Rəsmi mənbələr isə onun sadəcə çayda batdığını deyirlər. == Həyatı və təhsili == Səməd İzzət oğlu Behrəngi 24 iyun 1939-cu ildə Təbrizin Çərəndab məhəlləsində yoxsul bir ailədə anadan olub.
Səməd Bəşirli
Səməd Əlövsət oğlu Bəşirli (1976) — Azərbaycan Respublikasının iqtisadiyyat nazirinin müavini. == Həyatı == 1976-cı ildə anadan olub. 1994–1998-ci illərdə Türkiyənin Qazi Universitetinin iqtisadiyyat və idaretmə elmləri fakültəsində bakalavr təhsili alıb. 1998–2000-ci ildə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında politologiya ixtisası üzrə magistr təhsili alıb. 2000–2001-ci illərdə müddətli həqiqi hərbi xidmətdə olub. 2007–2008-ci illərdə Böyük Britaniyanın Birminhem Universitetində maliyyə ixtisası üzrə magistr proqramını bitirib. === Əmək fəaliyyəti === 1999–2016-cı illərdə ticarət, iqtisadi inkişaf, iqtisadiyyat və sənaye və iqtisadiyyat nazirliklərində aparıcı məsləhətçi, baş məsləhətçi, sektor müdiri, şöbə müdirinin müavini və şöbə müdiri vəzifələrində çalışıb. 2016–2019-cu illərdə Çində yerləşən Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq (CAREC) İnstitutu beynəlxalq təşkilatında şöbə müdiri vəzifəsində fəaliyyət göstərib. 2020–2022-ci illərdə İqtisadiyyat Naziriyində sənaye şöbəsinin müdiri və nazirin müşaviri vəzifəsində çalışıb. Azərbaycan Respublikasının Prezidentinin 22 iyun 2012-ci il tarixli Sərəncamı ilə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif edilib.
Səməd Canbaxşiyev
Səməd Hüseynzadə
Səməd Kərimli
Səməd Mövləvi
Əbdülsəməd Mirzə Məhəmməd oğlu Mövləvi-Rzalı (20 fevral 1900, Təbriz, Cənubi Azərbaycan – 3 fevral 1962, Naxçıvan) — Azərbaycan teatr aktyoru və rejissoru, Azərbaycan SSR xalq artisti (1960). == Həyatı == Əbdülsəməd Rzalı 20 fevral 1900-cü ildə Təbriz şəhərində yoxsul bir ailədə dünyaya göz açmışdır. Atası Mirzə Məmməd Mövləvi Təbrizdə xalçaçılıq karxanasında işləmişdir. Səməd Mövləvi 8 yaşında ikən atasını itirmiş və böyük qardaşı Əhməd ağanın himayəsində yaşamışdır. O, ilk təhsilini molla məktəbində almış və 1916-cı ildə buranı bitirmişdir. 1921-ci ildə Cənubi Azərbaycanda baş verən siyasi proseslərə görə Naxçıvana köçməyə məcbur olmuşdur. Həmin ildən etibarən Azərbaycanın görkəmli səhnə xadimi Hüseyn Ərəblinski tərəfindən səhnəyə cəlb edilmişdir. SSRİ Xalq artisti Sidqi Ruhulla öz xatirələrində belə yazır: "Mən qastrola gedərkən Təbrizdə Nəriman Nərimanovun "Nadir Şah" faciəsini tamaşaya qoyduğumuz zaman qadın surəti Gülcahanı ifa edən tapılmadı. Mən həmin rolu "Rüşdiyyə" məktəbində təhsil alan gənc tələbə Səməd Mövləviyə tapşırdım. O, heç nədən çəkinmədən çox böyük bir cəsarətlə Gülcahan rolunu ifa etdi".
Səməd Mənsur
Səməd Mənsur (tam adı: Səməd Hacı Əhməd oğlu Kazımov; 31 yanvar 1879, Bakı – 3 yanvar 1927, Bakı) — XX əsrin əvvəllərində yazıb yaratmış şair, publisist, dramaturq, aktyor. XX əsrin əvvəllərində Azərbaycan poeziyasının görkəmli nümayəndələrindən biridir. Milli təəssübkeşliyi, maarif işığını, azad düşüncə tərzini təbliğ edən Səməd Mənsur yaradıcılığının Azərbaycan ədəbiyyatında xüsusi yeri vardır == Həyatı == Səməd Mənsur Hacı Əhməd oğlu Kazımov (Kazımzadə) 1879-cu ildə Bakıda anadan olmuşdur. 10 yaşında ikən balaca İçərişəhərin Hamamçılar Məscidində Molla Səttar və Molla Ağababanın yanında ərəb əlifbasını, Quran surələrini öyrənməyə başlamışdır . İlk təhsilini 1891-ci ildə rus-müsəlman məktəbində almışdır. 1897-ci ildə Səməd Mənsur xəzinədar vəzifəsində çalışmış, 1911-ci ildən Balabəy Aşurovun idarəsində mühasib kimi çalışaraq 1917-ci ilə kimi burada xidmət etmişdir. Şair iki dəfə evlənmiş, birinci nikahı uğursuz nəticələnsə də, ikinci dəfə taleyi üzünə gülmüş, yaxşı ailə qurmağa müvəffəq olmuşdur, həyatının son günlərində Səməd Mənsur "Övladlarıma vəsiyyətim" adlı məktub qoyub getmişdir. O, 1927-ci il yanvarın 3-də Bakıda vəfat etmişdir. == Fəaliyyəti == O, 1910-cu ildə Bakıda düzələn "Səfa" cəmiyyətinin üzvü olmuş, teatr işlərində fəal iştirak etmişdir. Bütün bu illərdə S. Mənsur cəmiyyətin xeyriyyəçilik işlərində yaxından iştirak etmiş, yazdığı və tərcümə etdiyi səhnə əsərləri ilə tamaşalar hazırlamış, müxtəlif mədəni tədbirlərin həyata keçirilməsinə köməklik göstərmişdir.
Səməd Mərdanov
Səməd Həşim oğlu Mərdanov (22 sentyabr 1909, Tiflis – 6 avqust 1939, Bakı) — Azərbaycan kinorejissoru. == Həyatı == 1935-ci ildə Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun rejissorluq fakültəsini bitirmişdir. Sovet kino rejissoru Sergey Eyzenşteynin tələbəsi və peşəkar təhsil almış ilk Azərbaycan kinematoqrafçılarından biri olan Mərdanovun yaradıcılığı milli kino sənətinin inkişafına təsir göstərmişdir. Mərdanov ilk sovet kinokomediyalarından olan "Mavi dənizin sahilində" (quruluşçu rejissor Boris Barnet; "Azərfilm" və "Mejrabpomfilm" (Moskva) kinostudiyalarının birgə istehsalı) filminin rejissorudur. Mərdanovun 1939-cu ildə çəkdiyi "Kəndlilər" (1940-cı ildə ekrana buraxılmışdır) tarixi-inqilabi bədii filmi Azərbaycan kinosunun qızıl fonduna daxildir. == Əlavələr == Aktyor Mustafa Mərdanovun qardaşıdır. == Filmoqrafiya == Köçərilər (film, 1933) Mavi dənizin sahilində (film, 1935) Kəndlilər (film, 1939) == İstinadlar == == Mənbə == Səməd Mərdanov Arxivləşdirilib 2007-05-17 at the Wayback Machine Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987.
Səməd Qurbanov
Səməd Qurbanov (10 iyul 1953, Qazax) — yarımmüdafiəçi mövqeyində çıxış etmiş SSRİ futbolçusu. "Neftçi"nin tarixində xüsusi iz buraxıb. "Jiquli" ləqəbiylə tanınıb. Səməd Qurbanov 1953-cü il iyulun 10-da Qazaxda anadan olub. SSRİ-nin idman ustasıdır. Sol cinah yarımmüdafiəçisi mövqeyində çıxış edib. Futbol oynamağa 1965-ci ildə Qazaxda UGİM-də məşqçi F. İsmayılovun rəhbərliyi altında başlayıb. 1971-ci ildə Azərbaycanın gənclər yığmasının heyətində ümumittifaq "Ümid" kubokunun qalibi olub. 1971-ci ildə Bakının "Neftçi" komandasına qəbul olunub və 19 yaşından karyerasını bitirənədək bu komandanın əsas heyətində çıxış edib. "Neftçi"də, əsasən, 10 nömrəli formanı geyinib və 80-ci illərin əvvəllərində komandanın kapitanı olub.
Səməd Rzayev
Səməd Sabahi
Səməd Sabahi (1914, Bakı – 1978, Tehran) — Azərbaycan və İran rejissoru, aktyoru və ssenaristi. == Həyatı == Səməd Sabahi 1914-cü il Bakıda zəhmətkeş ailəsində doğulub. Bu vaxt ailə yaşadığı Mərənd şəhərinin Miab kəndindən yenicə köçmüşdü. Səmədin böyük qardaşı Gəncəli Sabahi bu ailənin hekayəsini "Mənim günlərim" əsərində yazıb. Bu əsərdə minlərlə köçkün ailənin həyat və taleyi əks olunub. Birinci Dünya Müharibəsi və Böyük Rusiya inqilabı dövründə Səməd hələ uşaq ikən Bakı Konservatoriyasına daxil olur. Bura getməsinə səbəb teatr aşiqi və aktivisti olan böyük qardaşı idi. Oranı uğurla bitirən Səməd öz yolunu Bakı Rəssamlıq Məktəbində davam etdirir. Qısa zaman ərzində şəhərin gənc aktyorları arasında tanınmağa başlayır və Bakı, Gəncə səhnələrində yer alır. İkinci Dünya Müharibəsinin yaxınlaşması ilə hələ sovet vətəndaşlığını qəbul etməmiş iranlı mühacirlərin həyatında da dəyişiklik baş verir.
Səməd Sadıqov
Səməd Qurban oğlu Sadıqov (1903, Qaçağan, Borçalı qəzası – 22 mart 1989, Qaçağan, Marneuli rayonu) — Sosialist Əməyi Qəhrəmanı. Gürcüstan SSR ictimai xadimi. SSRİ-nin "Lenin" və "Qırmızı Əmək Bayrağı" ordenləri laureatı. == Həyatı == Səməd Qurban oğlu Sadıqov 1903-cü ildə Tiflis quberniyası, Borçalı Qəzasının Qaçağan kəndində doğulub. Uşaqlığı və gəncliyi Qaçağan kəndində keçmişdir. 1920–1927-ci illərdə Qaçağan kənd ümüumtəhsil məktəbində oxuyub. Ömrünun sonuna qədər Qaçaəan kəndində yaşamışdır. 22 mart 1989-cu ildə Qaçağan kəndində dünyasını dəyişmiş və 23 mart 1989-cu ildə Qaçaəan kənd məzarlığında dəfn edilmişdir. == Soykökü == == Fəaliyyəti == Səməd Qurbanov əmək fəaliyyətinə 1920-ci ildə başlamış Sovet hakimiyyəti qurulduqdan sonra isə Qaçağanda yardılan kənd təsərüffatı artelində taxıl becərilməsi ilə məşğul olmuşdur. 1930-cu ildən Borçalı Qəzası "Kommunizm" kolxozunda əmək fəaliyyətinə başlamışdır.
Səməd Seyidov
Seyidov Səməd İsmayıl oğlu (18 yanvar 1964, Bakı) — Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycan Respublikasının Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri, psixologiya elmləri doktoru, professordur, Azərbaycan Dillər Universitetinin rektoru (2000–2015), Beynəlxalq Psixoloqlar Assosiasiyasının üzvü. == Həyatı == Səməd Seyidov 1964-cü il yanvarın 18-də Bakı şəhərində anadan olmuşdur. 1981–1986-cı illərdə Leninqrad Dövlət Universitetinin (indiki Sankt-Peterburq Dövlət Universiteti) Psixologiya fakültəsində təhsil almışdır. 1986-cı ildə Leninqrad Dövlət Universitetinin psixologiya fakültəsini fərqlənmə diplomu ilə bitirmiş, 1989-cu ildə doktorluq dissertasiyasını müdafiə etmişdir və Leninqrad Dövlət Universitetində fəlsəfə doktoru elmi dərəcəsi almışdır. 1986-cı ildən Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunda laborant, baş laborant, müəllim, baş müəllim, tədris işləri üzrə prorektor vəzifələrində çalışmışdır. 1994-cü ildə Psixologiya Doktoru elmi dərəcəsinə və daha sonra professor elmi dərəcəsinə yüksəlmişdir. 1998–2000-ci illərdə Azərbaycanın təhsil sistemini Avropa Şurasında təmsil etmişdir. 1999-cu ildən Azərbaycan Dillər Univesitetinin psixologiya kafedrasının professorudur. Müasir dövrün tələbləri səviyyəsində yazılmış 150-dən çox elmi əsər, dərslik, dərs vəsaiti və monoqrafiyanın, həmçinin psixologiya dərsliyinin, "Menecment psixologiyası", "Yaradıcılığın fenomenologiyası" və s. kitabların da müəllifidir.
Səməd Səfərov
Səməd Səfərov — aktyor, rejissor assistenti. == Həyatı == Səməd Səfərov 1957-ci ildə Salyanda anadan olub. 1980-cu ildə ÜİRT-nun Televiziya texnikası və radiorele rabitəsi fakultəsini bitirib. İstehsal avadanlıglarının programlaşdırılması və elektromexaniki ekspulatsiya mühəndisidir. Elektronika sahəsində 3 işinə müəlliflik şəhadətnaməsi alıb. 1990-ci il 20 yanvarda AZTV-nin enerji bloku partladıldıqdan sonra 22 yanvar tarixindən gizlin televiziya efiri yaradaraq 7 gun 40-50 km radiusda 8-ci kanal ilə hadisələrlə əlaqədar informasiyalar yaydığına görə SSRİ DTK-sının axtarışında olub. Lütfizadə haqqında 1 monoqrafiyası mətbuatda çap olunub. AZTV-də filmlərin cəklişləri ilə də məşgul olur. Tanınmış rejissor Məhərrəm Bədirzadənin filmlərində prodüser, rejissor assisenti və aktyor kimi fəalliyyət göstərir.
Səməd Səmədov
Səməd Səmədov (17 sentyabr 1946, Aşqabad – 24 iyul 2021, Bakı) — Azərbaycan estrada müğənnisi, xalq artisti. == Həyatı == 1946-cı il sentyabrın 17-də Aşqabadda anadan olub. 1948-ci ildə zəlzələ nəticəsində ailəsi ilə birlikdə Bakıya, İçərişəhər məhəlləsinə köçür. Müslüm Maqomayev, Fərhad Bədəlbəyli, Polad Bülbüloğlu kimi musiqi xadimləri ilə birgə Bülbül adına musiqi məktəbinin skripka sinfini bitirdikdən sonra A.Zeynallı adına Musiqi Məktəbinin nəzəriyyə sinfinə daxil olur. 1988-ci ildən Səməd Səmədov toylarda çıxış edir. Müğənniyə əsas popularlıq 1992-ci il tarixdə, Eldar Mansurovun Piruz Dilənçinin "Qızlar" adlı şerinə bəstələdiyi mahnını ifa etdikdən sonra gəlib. 2000-ci ildə əhali arasında aparılan sorğunun nəticələrinə görə Səməd Səmədov rəsmi olaraq "Toylar Kralı" adını qazandı. Ona bu adı Azərbaycan estradasının korifeyi Mirzə Babayev verib. Səməd Səmədov xalqın məhəbbətini özünün ən böyük uğuru hesab edir. O, Müstəqil 'Qrant' Milli İctimai Mükafatının ikiqat sahibi, 150 müxtəlif mahnının, 5 albomun, 20 klipin ifaçısıdır.
Səməd Sərdariniya
Səməd Sərdarniya — Azərbaycanın tanınmış tarixçi və tədqiqatçısı, bir neçə tarixi kitabın müəllifi. == Həyatı == Səməd Sərdariniya 1947-ci il mayın 11-da Təbrizin Əmirxiz məhəlləsində anadan olub. Orta təhsilini başa vurduqdan sonra Təbriz Universitetinin tarix fakültəsini bitirib. Salmas şəhərində 2 il hərbi xidmətdə olduqdan sonra Milli Radiotelevizya Təşkilatında işə qəbul olur və Tehrana köçür. Tehrana köçdükdən sonra Tehranda Milli Universitetdə hüquq ixtisası üzrə təhsil almağa başlayır. 1979-cu ildə də buranı bitirərək diplom alıb. == Fəaliyyəti == Tehran televiziyasında, Təbriz radiosunda çalışıb. 1979-cu il İran islam inqilabından sonra, professor Həmid Nitqi, Məhəmmədəli Fərzanə, Kərim Məşrutəçi (Sönməz), Mənzuri Xamneyi, Qulamhüseyn Beqdeli, Həsən Məcidzadə Savalan və Tehranda nəşr olunan Varlıq jurnalının təsisçisi Cavad Heyət ilə birlikdə həmin jurnalın işıq üzü görməsində böyük rolu olmuşdur. Jurnalın ən fəal yazarlarından olan Səməd Sərdariniyanın məqalələri xalqımızın tarixini təhrif edənlərə, dilimizi dananlara elmi baxımdan əsaslandırılmış, tutarlı cavablar kimi səslənib. Son on beş il ərzində Səməd Sərdariniya öz yaradıcılığında qeyri-adi məhsuldarlıq nümayiş etdirərək, bir-birinin ardınca dəyərli kitablar yazmışdı.
Səməd Sərdarniya
Səməd Sərdarniya — Azərbaycanın tanınmış tarixçi və tədqiqatçısı, bir neçə tarixi kitabın müəllifi. == Həyatı == Səməd Sərdariniya 1947-ci il mayın 11-da Təbrizin Əmirxiz məhəlləsində anadan olub. Orta təhsilini başa vurduqdan sonra Təbriz Universitetinin tarix fakültəsini bitirib. Salmas şəhərində 2 il hərbi xidmətdə olduqdan sonra Milli Radiotelevizya Təşkilatında işə qəbul olur və Tehrana köçür. Tehrana köçdükdən sonra Tehranda Milli Universitetdə hüquq ixtisası üzrə təhsil almağa başlayır. 1979-cu ildə də buranı bitirərək diplom alıb. == Fəaliyyəti == Tehran televiziyasında, Təbriz radiosunda çalışıb. 1979-cu il İran islam inqilabından sonra, professor Həmid Nitqi, Məhəmmədəli Fərzanə, Kərim Məşrutəçi (Sönməz), Mənzuri Xamneyi, Qulamhüseyn Beqdeli, Həsən Məcidzadə Savalan və Tehranda nəşr olunan Varlıq jurnalının təsisçisi Cavad Heyət ilə birlikdə həmin jurnalın işıq üzü görməsində böyük rolu olmuşdur. Jurnalın ən fəal yazarlarından olan Səməd Sərdariniyanın məqalələri xalqımızın tarixini təhrif edənlərə, dilimizi dananlara elmi baxımdan əsaslandırılmış, tutarlı cavablar kimi səslənib. Son on beş il ərzində Səməd Sərdariniya öz yaradıcılığında qeyri-adi məhsuldarlıq nümayiş etdirərək, bir-birinin ardınca dəyərli kitablar yazmışdı.
Səməd Tağızadə
Səməd Əmiraslan oğlu Tağıyev (Tağızadə) (1907, Nuxa – 17 noyabr 1978, Kirovabad) — Azərbaycan teatr aktyoru, Azərbaycan SSR əməkdar artisti (1943). == Həyatı == Səməd Tağıyev (Tağızadə) 1907-ci ildə Nuxada (hazırkı Şəki) anadan olmuşdur. Aktyorluq fəaliyyəti 1920-ci illərin sonunda bu şəhərdə başlamışdır. Aktyorun fəaliyyəti, əsasən, 1933–1955-ci illərdə Gəncə Dövlət Dram Teatrı ilə bağlıdır. Gəncədə işləyə-işləyə Şəki Dövlət Dram Teatrının da eyniadlı əsərlərin tamaşalarında Otello, Aydın, Oqtay Eloğlu, Vaqif rollarını ifa etmişdir. Dəvətlə Şəmkir, Qazax və Ağdaş teatrlarında da rollar oynamışdır. 1955-ci ildə səsi tutulan aktyor səhnəyə çıxmasa da, teatrda truppa müdiri işləyib. 17 noyabr 1978-ci ildə Kirovabadda (hazırkı Gəncə) vəfat etmişdir. == Təltif və mükafatları == "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 17 iyun 1943 == İfa etdiyi əsas rollar == Gəncə Dövlət Dram Teatrında == İstinadlar == == Ədəbiyyat == İlham Rəhimli. Azərbaycan Teatr Ensiklopediyası (3 cilddə).
Səməd Vurğun
Səməd Vurğun (doğum adı: Səməd Yusif oğlu Vəkilov; 21 mart 1906, Yuxarı Salahlı, Qazax qəzası – 27 may 1956, Bakı) — Azərbaycan şairi, dramaturq, tərcüməçi, ədəbiyyatşünas, tənqidçi, Azərbaycanın ilk xalq şairi (1956), 2 dəfə "Stalin" mükafatı laureatı (1941, 1942) və 2 dəfə "Lenin" ordeni laureatı, Azərbaycan Yazıçılar İttifaqının sədri (1941–1948), Azərbaycan SSR Ali Sovetinin deputatı, Azərbaycanın Xarici Ölkələrlə Mədəni əlaqə Cəmiyyətinin sədri, Azərbaycan SSR EA-nın akademiki (1945) və vitse-prezidenti (1954–1956). Azərbaycan Elmlər Akademiyasının təsisçilərindən biridir. == Həyatı == Səməd Yusif oğlu Vəkilov 21 mart 1906-cı ildə Qazax rayonunun Yuxarı Salahlı kəndində anadan olmuşdur. Şair uşaqlıq illərini doğma kəndində keçirmiş, ibtidai təhsilini kənddəki rus-tatar məktəbində almışdır. Onun 6 yaşı olarkən anası Məhbub xanım 28 yaşında vəfat etmiş, atası Yusif ağanın və ana nənəsi Aişə xanımın himayəsində böyümüşdür. Şairin ana babası Mehdixan ağa Köhənsal təxəllüsü ilə tanınan el şairi idi. Şairin ana nənəsi Aişə xanım görkəmli Azərbaycan şairi və dövlət xadimi Molla Pənah Vaqifin nəslindən idi. 1918-ci ildə Firudin bəy Köçərli Qori müəllimlər seminariyasının Azərbaycan şöbəsini Qazaxa köçürərək, Qazax müəllimlər seminariyasını təşkil edir. Məktəbə qəbul olunan kənd uşaqları arasında Səməd və Mehdixan Vəkilov da var idi. Mehdixan Vəkilov Səmədin böyük və yeganə qardaşı olmuşdur.
Səməd ağa
Səməd ağa Vəli ağa oğlu Nəsibbəyov və ya Səməd ağa Kəsəmənli (1868, Zod, Yeni Bəyazid qəzası – 2 may 1918, Basarkeçər) — Göyçənin varlı bəylərindən, xeyriyyəçi. == Həyatı == Səməd ağa Vəli ağa oğlu Kəsəmənli 1868-ci ildə Göyçə mahalının Zod kəndində anadan olub. Atası Vəli ağadaan təsərrüfat işlərini öyrənmiş böyük var dövləti, geniş əraziləri olmuşdur. Böyük Məzrədən başlamış ta Kəlbəcərin Dəmirçidam kəndinə qədər və Dərə kəndi onun ixtiyarında olmuşdur. Göyçə mahalında elmə və təhsilə diqqət yetirən qabaqcıl adamlar sırasında Səməd ağanın xüsusi yeri vardır. O, yüksək mədəniyyətə malik olan bir şəxs kimi xalqın maariflənməsinə daim maraq göstərən, istedadlı və bacarıqlı uşaqların Avropanın böyük şəhərlərində təhsil almasına şərait yaradan, maddi köməklik göstərən adlı-sanlı bir tarixi şəxsiyyətdir. O, Avropanın məşhur təhsil ocaqlarında təhsil görmüş və beş dili mükəmməl bilən Mirzə Bəylərin və Mirzə Əsgərin təşəbbüsü ilə 1885-ci ildə Zod kəndində məktəb açır və məktəbin xərclərini öz üzərinə götürür. O həm də Mirzə Bəylərin və Hacı Əliş ağanın vasitəçiliyi ilə “Molla Nəsrəddin” jurnalının Göyçədə yayılmasına geniş imkan yaradanlardan biri olmuşdur. Daşnak generalı Sulikovun öldürülməsi tədbirinin təşkilatçısı olmuşdur. 2 may 1918-ci ildə Daşnak generalı Sulikovun başçılıq etdiyi terror qrupu zodlu (Göyçə mahalı) Səməd ağanı qətlə yetirirlər.
Sepedi
Şimali Soto dili — Cənubi Afrikanın rəsmi dillərindən biridir ki, Qautenq, Limpopo və Mpumalanqa əyalətlərində 4.208.980 nəfər (2001 Census) tərəfindən danışılır.
Seqed
Seqed (mac. Szeged) — Macarıstanın Çonqrad əyalətində yerləşən ən böyük üçüncü şəhəri. Bunda başqa əyalətin ən böyük regional mərkəzidir. == Coğrafi mövqeyi == Seqed, Macarıstanın cənub sərhəddinin yaxınlığında, Maros çayının mənsəbindən cənubda, Tisa çayının hər iki tərəfində, Karpat hövzəsinin mərkəzində yerləşir. == Tarixi == Seqed şəhəri antik dövrlərdən yaşayış məskəni olmuşdur. Ptolomey öz əsərində qədim şəhər olan “Partiskum” adlı şəhərinin adını çəkmişdir. Ehtimal olunur ki, o zamanlar bu ərazidə Qərbi Hun hökmdarı Atilla məskunlaşmışdı. Seqed adına ilk dəfə Kral III Belanın hakimiyyəti dövrünə aid bir sənəddə rast gəlinir (1183). Monqolların Avropaya hücumu nəticəsində xarabalığa çevrilən şəhər sonralar yenidən inşa edilmişdir. I Luisin hakimiyyəti illərində Cənubi Macarıstanın ən əhəmiyyətli şəhəri olan Seqed coğrafi mövqeyi baxımdan osmanlıların diqqət mərkəzində idi.
Sered
Sered (slovak. Sereď, mac. Szered) — Slovakiyanın qərbində, Vaq çayının sahilində yerləşən şəhər. Əhalisi 17 min nəfərə yaxındır. === Şəhər rayonları === Aşağı Çepen Orta Çepen Yuxarı Çepen Novı Mayer == Əhali == === Əhalinin etnik mənsubiyyətinə görə === Əhalinin ümumi sayı 12.726 nəfərdir (100%) Slovaklar – 96,16 % Macarlar – 1,32 % Çexlər – 0,95 % Qaraçılar – 0,65 % Rusinlər – 0,03 % Almanlar – 0,03 % Ukraynalılar – 0,02 % və digərləri === Əhalinin konfessional mənsubiyyətinə görə === roma-katolikləri 72,52 % ateistlər 20,77 % protestantlar 1,97 % yunan-katolikləri 0,15 % pravoslavlar 0,14 % və digərləri == İqtisadiyyat == Sered şəhərində bir sıra əhəmiyyətli şirkətlər yer alıb ki, bunlar içərisində: Slovenské Cukrovary Hubert J.E. Semmelrock SEDITA B.M. Kávoviny ZIPP FM Logistic ALFUN və s. şirkətlərin adlarını qeyd etmək olar.
Karen Şeperd
Karen Şeperd (ing. Karen Sheperd; d. ABŞ) — ABŞ döyüş ustası, film və televiziya aktrisasıdır. Karate üzrə 1978-1980-cı illərdə qadınlar arasında 1-ci yeri tutmuşdur. 1997-ci ildə "Qara kəmər" jurnalında qadın mükafatçılar arasında 1-ci yerə layiq görülmüşdür. Həmçinin, Karen Kunq-fu, Ciu-citsu, Kenpo, Cüdo və digər döyüş sənətləri ilə məşğul olub.
Speed Demon
Speed Demon — Maykl Ceksonun mahnısı.
Speed Metal
Spid-metal (ing. Speed metal) — Soyuq müharibə vaxtı, heavy metalın anti-sosial və anarxist hardkor pank ilə birləşməsindən yaranıb. Qruplar adətən 1970-ci illərin proqressiv metal janrından bəhrələnərək, hardkor musiqisini dəyişərək daha sürətli, amma idarə edilə bilən, daha çox musiqi texnikası işlədərək ərsəyə gətirdilər. Mahnılar adətən müharibə, çirklilik, nüvə silahları və suverenlik haqqındadır. Spid-metal, treş-metal ilə qarışdırılsa da, daha melodik və daha az pank əlamətlərini özündə cəmləşdirən Heavy metal alt qoludur. İlk qrup Judas Priest sayılır. 1990-cı ildə çıxardıqları "Painkiller" albomundakı qısa, amma sürətli riffləri, uzun gitara soloları, gitara duelləri və Rob Halfordun əla vokalı Speed metal`ı tanıtdırmaq üçün əla nümunə ola bilər. Spid-metal, əksər insanlar tərəfindən metal musiqisinin sürətli növü kimi ağılda qalmışdı. Bir çox qruplar bu tərz üzərində işləyərək, özlərini tanıtdırmağa çalışırdılar. Motorhead bacarıqlı olanlardandır.