Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Bərəsər
Bərəsər — İranın Gilan ostanında yerləşən şəhər. Bərəsər əhalisinin əksəriyyətini tatlar təşkil edir.
Pərəsər
Pərəsər — İranın Gilan ostanında yerləşən şəhər. Pərəsər əhalisinin çoxluğunu Azərbaycanlılar və Talışlar təşkil edir. Burada yaşayan etnik Talışlar əsasən islamın sünni-şafei qoluna etiqad edirlər; Azərbaycanlılar isə əsasən şiə-cəfəri inanclıdır.
Ələsgər
Ələsgər — Azərbaycanda ən çox istifadə edilən kişi adı. Aşıq Ələsgər — Azərbaycan aşığı. Ələsgər Ələkbərov Ələsgər Ələkbərov (aktyor) — Aktyor, SSRİ xalq artisti Ələsgər Ələkbərov (arxeoloq) — arxeoloq, etnoqraf, ölkəşünas Ələsgər Məmmədov Ələsgər Məmmədov (həkim) — həkim. Ələsgər Məmmədov (şərqşünas) — şərqşünas. Ələsgər Əliyev — Azərbaycan jurnalisti. Ələsgər İbrahimov — azərbaycanlı aktyor. Ələsgər Məmmədoğlu — Azərbaycan teatr və kino aktyoru Ələsgər Muradxanlı — aktyor. Ələsgər Novruzov — Azərbaycanın Milli Qəhrəmanı Ələsgər Həsənzadə — Ələsgər Talıboğlu — Yaşayış məntəqələri Ələsgər (Zaqatala) — Azərbaycan Respublikasının Zaqatala rayonunun inzibati ərazi vahidində kənd.
Mirəsgər Seyidov
Mirəsgər Seyidov (6 fevral 1970, Qaraxanbəyli, Naxçıvan rayonu – 14 iyun 1992, Yuxarı Buzqov, Naxçıvan Muxtar Respublikası) — Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi şəhidi. 6 fevral 1970-ci ildə Babək rayonunun Qaraxanbəyli kəndində anadan olmuşdur. 1987-ci ldə Naxçıvan şəhər 39 saylı orta məktəbini bitirmişdir. 1988-1990-cı illərdə Sovet Ordusunda hərbi xidmətdə olmuşdur. "Dənizdən-dənizə böyük Ermənistan" xülyası ilə yaşayan erməni millətçilərinin işğalçılıq siyasəti Naxçıvanda da yan keçmədi. Ermənilərin bu xülyasından narahat qalan Mirəsgər könüllü olaraq Babək rayonunun Yuxarı Buzqov kənd özünümdüdafiə batalyonunda vuruşurdu. Cəsur döyüşçü qaynar döyüşlərə girər, erməni yaraqlılarının xeyli canlı qüvvəsini məhv edərdi. Dəfələrlə döyüşçü dostlarını mühasirədən çıxaran Mirəsgər 1992-ci il 14 iyun döyüş meydanında qəhrəmancasına həlak oldu. Subay idi. Azərbaycan Respublikası prezidentinin 18 dekabr 1992-ci il tarixli 367 saylı fərmanı ilə Seyidov Mirəsgər Mirabdulla oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.
Dədə Ələsgər
Aşıq Ələsgər (Ələsgər Alməmməd oğlu; təq. 22 mart 1821, Ağkilsə – 7 mart 1926[…], Ağkilsə, Yeni Bəyazid qəzası) — azərbaycan türkü olan aşıq. == Həyatı == Aşıq Ələsgər 1821-ci ildə Göyçə mahalının Ağkilsə kəndində anadan olmuşdur. Atası Alməmməd kəndin hörmətli şəxslərindən sayılırdı; əsas məşğuliyyəti dülgərlik idi. Eyni zamanda, bədahətən söz demək, şeir qoşmaq istedadı vardı. Ara-sıra qoşma, bayatı, gəraylı söyləyərdi. Alməmməd kişinin ailəsi böyük idi: dörd oğlu, iki qızı vardı. Uşaqlarını saxlamaq üçün o, Cavanşir mahalının meşələrindən quru ağac, odun daşıyır, Göyçə mahalının kəndlərində satır, 8 nəfər külfətini bir qarın ac, bir qarın tox dolandırırdı. Uşaqları böyüdükcə Alməmməd kişinin qayğıları da çoxalırdı. Artıq o, ailəsinin ehtiyaclarını ödəyə bilmir, tez-tez maddi çətinlik qarşısında qalırdı.
Məşədi Ələsgər
Ələsgər Hacıgülməmməd oğlu (1860, Xızı – 1917, Bakı) — xeyriyyəçi, tacir. Məşədi Ələsgər Hacıgülməmməd oğlu Bakının sayılıb-seçilən tacirlərindən idi. Bərməki sülaləsinin nümayəndəsi idi. 1860-cı ildə Xızıda, ortabab mülkədar ailəsində doğulmuşdu. Mollaxana təhsili alandan sonra atasının təsərrüfat işləri ilə məşğul olmuş, ticarətin sirlərinə yiyələnmiş, gənc yaşlarında Xızıdan Bakıya köçmüşdü. Nəriman Nərimanovun heykəlindən bir qədər yuxarıda, 4-cü Sovet küçəsində, Dağlı Musa ilə qonşuluqda ikimərtəbəli bir imarət tikdirmişdi. Şəhərin bütün ərazilərində onun geniş ticarət şəbəkəsi var idi, Rusiya, İran, Türkiyə və digər ölkələrdən mal-qara alıb təkcə Bakıda deyil, Azərbaycanın digər bölgələrində satdırırdı. Bakıda yerləşən Qəssab bazarında süd məhsulları satan dükanların əksəriyyəti onun ixtiyarında idi. O, az müddətdə məhəllədə zəhmətkeş, ədalətli, xeyirə-şərə yarayan, kasıblara əl tutan adam kimi ad çıxarmışdı. Azərbaycanlı uşaqların təhsili üçün xeyli pul xərcləyirdi.
Çopur Ələsgər
Çopur Ələsgər (tam adı:Ələsgər Mikayıl oğlu Tağıyev; d. 1930, Bozalqanlı, Tovuz rayonu – ö. 23 oktyabr 2014) — Azərbaycan aşığı və şairi. "Çopur Ələsgər" ləqəbi ilə tanınan Aşıq Ələsgər 1930-cu ildə Tovuz rayonunun Bozalqanlı kəndində anadan olub. Ömrünü aşıq sənətinə həsr etmiş ustad aşıq bu sənətin sirlərini aşıqlar Hüseyn Rzayev və Əkbər Cəfərovdan öyrənib. 30-dan artıq məhəbbət və qəhrəmanlıq dastanı bilən aşıq Çopur Ələsgər özü də uzun illər sənətinin sirlərini özündən sonra gələn nəslə öyrətmmişdir. 23 oktyabr 2014-cü ildə vəfat etmişdir. 20 aprel 2013-cü ildə "Beynəlxalq Avrasiya Araşdırmalar İnstitutu" İctimai Birliyin dəstəyi ilə Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında ustad aşıq Ələsgər Tağıyevin yaradıcılıq gecəsi keçirilib. Gecədə deputat Qənirə Paşayeva, Aşıqlar Birliyinin sədri Zəlimxan Yaqub, filologiya elmləri doktoru, professor Qəzənfər Paşayev, AMEA-nın Ədəbiyyat İnstitutunun direktor müavini, filalofiya elmləri doktoru, professor Məhərrəm Qasımlı, filologiya elmləri doktoru, professor Nəsir Əhmədli və başqa siyasi-ictimai xadimlər iştirak edirdilər. Tədbirin aparıcısı AMEA-nın Folklor İnstitutunun “Aşıq yaradıcılığı” şöbəsinin müdiri, filologiya elmləri namizədi Elxan Məmmədli idi.
Şəkili Ələsgər
Ələsgər Abdullayev və ya Şəkili Ələsgər (1866, Nuxa – 1 aprel 1929, Bakı) — Azərbaycan xanəndəsi. Ələsgər Abdullayev 1866-cı ildə Şəkidə anadan olmuşdur. Uşaq yaşlarından bənnalıq edərək pul qazanmışdır. Keştazlı Həşim Şəkidə olarkən təsadüfən Ə. Abdullayevlə tanış olur. O, Şəkidə olduğu müddətdə ona muğam dərsləri keçmiş, xanəndə kimi formalaşmasında böyük rol oynamışdır. Ə. Abdullayevin digər müəllimi həvəskar xanəndə Bakı taciri Ağa Səid oğlu Ağabala olub. Şəkili Ələsgər 1902–1903-cü illərdə Bakıda keçirilən 1-ci, 2-ci və 3-cü "Şərq konsertləri"-ndə iştirak etmiş, "Çahargah", "Şüştər", "Bayatı-Şiraz" muğamlarını ifa etmiştir. O, eyni zamanda Bakıda verilən teatr tamaşalarının fasilələrində, "Nicat" cəmiyyətinin təşkil etdiyi "Şərq gecələri"-ndə yaxından iştirak edib. 1912–1918-ci illərdə Orta Asiya, İran və Türkiyənin müxtəlif şəhərlərində Ə. Abdullayevin konsertləri baş tutmuşdur. İran məclislərinin birində ifasına görə şah tərəfindən medalla mükafatlandırılmışdır.
Ələsgər (Zaqatala)
Ələsgər — Azərbaycan Respublikasının Zaqatala rayonunun inzibati ərazi vahidində kənd. Əhalisi əsasən Saxurladan ibarətdir.Əhalinin əsas məşğuliyyəti taxılçılıq, tütünçülük, fındıqçılıq, tərəvəzçilik, bağçılıq və maldarlıqdır.
Ələsgər Abdullayev
Ələsgər Abdullayev və ya Şəkili Ələsgər (1866, Nuxa – 1 aprel 1929, Bakı) — Azərbaycan xanəndəsi. Ələsgər Abdullayev 1866-cı ildə Şəkidə anadan olmuşdur. Uşaq yaşlarından bənnalıq edərək pul qazanmışdır. Keştazlı Həşim Şəkidə olarkən təsadüfən Ə. Abdullayevlə tanış olur. O, Şəkidə olduğu müddətdə ona muğam dərsləri keçmiş, xanəndə kimi formalaşmasında böyük rol oynamışdır. Ə. Abdullayevin digər müəllimi həvəskar xanəndə Bakı taciri Ağa Səid oğlu Ağabala olub. Şəkili Ələsgər 1902–1903-cü illərdə Bakıda keçirilən 1-ci, 2-ci və 3-cü "Şərq konsertləri"-ndə iştirak etmiş, "Çahargah", "Şüştər", "Bayatı-Şiraz" muğamlarını ifa etmiştir. O, eyni zamanda Bakıda verilən teatr tamaşalarının fasilələrində, "Nicat" cəmiyyətinin təşkil etdiyi "Şərq gecələri"-ndə yaxından iştirak edib. 1912–1918-ci illərdə Orta Asiya, İran və Türkiyənin müxtəlif şəhərlərində Ə. Abdullayevin konsertləri baş tutmuşdur. İran məclislərinin birində ifasına görə şah tərəfindən medalla mükafatlandırılmışdır.
Ələsgər Cabbarov
Ələsgər Cavadov
Ələsgər Gəngərlinski
Ələsgər Gəngərlinski — praporsik, Azərbaycan səfirliyinin hərbi attaşesi vəzifəsində çalışıb. ADR-in Gürcüstanda hərbi attaşesi yanında tapşırıqlar üzrə sabiq ober-zabit, 1921-ci ilin iyul ayından isə Azərbaycanın Türkiyədəki hərbi attaşesi Ələsgər Əsgərov Azərbaycan Xalq Cümhuriyyətinin tərəfdarı olub, sovetləri sevməyib. Onun Türkiyədən Bakıya göndərilməsi tələb olunub, məqsəd də həbs etmək imiş. 1922 Samsun şəhərind yoxsa şıxmışdır.
Ələsgər Hüseynov
Ələsgər Nurəli oğlu Hüseynov (10 yanvar 1928, Bakı – 3 may 1976, Bakı) — Azərbaycan memarı, SSRİ və Azərbaycan SSR Dövlət mükafatları laureatı. Ələsgər Nurəli oğlu Hüseynov 1928-ci il yanvar ayının 10-da anadan olmuşdur. 1953-cü ildə Azərbaycan Politexnik İnstitutunu bitirmiş, 1953–1967-ci illərdə "Azərdövlətlayihə" institutunda və Sənaye Tikintisi Nazirliyində müxtəlif vəzifələrdə işləmişdir. 1968–1971-ci illərdə Bakının Baş rəssamı, 1971–1975-ci illərdə Bakı Şəhər İcraiyyə Komitəsinin sədr müavini, 1975–1976-cı illərdə isə Sumqayıt Şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri olmuşdur. Bakı metrosunun "Qara Qarayev" stansiyasının (1972, Hənifə Ələsgərovla) və s. tikililərin layihələrini vermişdir. Xidmətlərinə görə keçmiş SSRİ (1972) və Azərbaycan SSR (1976) Dövlət mükafatları, "Oktyabr inqilabı" ordeni və medallarla təltif edilmişdir. Hüseynov Ələsgər 1976-cı il may ayının 3-də vəfat etmişdir.
Ələsgər Həsənzadə
Ələsgər Həsənzadə - "Ginnesin rekordlar kitabı"na düşmüş azərbaycanlı Lənkəran rayonu Aşağı Nüvədi kəndinin sakini Ələsgər Rəhim oğlu Həsənzadə dünyada ilk azyaşlı "Ginnesin rekordlar kitabı"na düşən şəxsdir. O, 1 saat 45 dəqiqə ərzində barmaqlarının ucu ilə sinəsini yerə vurmamaq şərti ilə 3 min dəfə qalxıb enib. Qeyd edək ki, onun adı rekordçuların siyahısına 7 yaşı olanda düşüb.
Ələsgər Muradxanlı
Muradxanlı Ələsgər Cəlal oğlu — azərbaycanlı aktyor. Ələsgər Muradxanlı 10 iyul 1964-cü ildə Ağdam rayonu Gülablı kəndində anadan olub. 1993-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncsənət Universitetinin Mədəni-maarif fakültəsini bitirmişdir. 1993-cü ilin sentyabr ayının 1-dən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında truppa müdiri vəzifəsində çalışır. 10 dekabr 2018-ci il tarixində "Tərəqqi" medalı ilə təltif edilmişdir.
Ələsgər Əlizadə
Ələsgər İsmayıl oğlu Əlizadə (29 noyabr 1929, Gəncə, Gəncə dairəsi – 23 oktyabr 2016) — Azərbaycan sovet partiya və dövlət xadimi, Kirovabad (Gəncə) Şəhər Partiya Komitəsinin birinci katibi (1966–1970), Azərbaycan SSR Ali Sovetinin VII çağırış deputatı. 1929-cu il noyabrın 29-da Gəncə şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1948-ci ildə Gəncədə orta məktəbi bitirdikdən sonra Ələsgər Əlizadə Azərbaycan Dövlət Univcrsitetinin hüquq fakültəsinə daxil olmuşdur. 1952-ci ildə, hələ Universitetin 4-cü kursunda oxuyarkən, o, Azərbaycan Lenin Kommunist Gənclər İttifaqının Caparidze Rayon Komitəsinin 2-ci katibi, sonra isə 1-ci katibi seçilir. 1954-cü ildən komsomolun Bakı Komitəsinin katibi vəzifəsində çalışır, 1955-ci ildə Moskvaya Mərkəzi Komsomol məktəbinə oxumağa göndərilir, həmin ilin dekabrında isə Azorbaycan Lenin Kommunist Gənclər İttifaqının Mərkəzi Komitəsinin katibi seçilir. 1957-ci ildə Ələsgər Əlizadə VII Ümumidünya Gənclər festivalında Azərbaycan nümayəndələrinin rəhbəri kimi iştirak etmişdir. 1960-cı ilin yanvarında Ələsgər Əlizadə Azərbaycan Kommunist Partiyasının Kirovabad (Gəncə) Şəhər Komitəsinin 2-ci katibi seçilir. 1962–1966-cı illərdə o Kirovabad Şəhər İcraiyyə Komitəsinin sədri, 1966–1970-ci illərdə isə şəhər Partiya Komitəsinin 1-ci katibi vəzifəsində çalışır. 1960–1970-ci illərdə Ələsgər Əlizadənin rəhbərliyi altında Gəncədə geniş quruculuq və abadlıq işləri aparıhr, yeni parklar, meydanlar və küçələr salınır, bir çox yaşayış və məişət binaları tikilir, şəhər partiya və icraiyyə komitəsinin binası, Gəncə mehmanxanası tikilib istifadəyə verilir. Əhməd İsayev.
Ələsgər Ələkbərov
Ələsgər Ələkbərov (aktyor) — Aktyor, SSRİ xalq artisti
Ələsgər Ələsgərli
Ələsgər Ələsgərli (1968, Quba) — "XXI əsr Türkiyə İnstitutu"nun Rusiya-Slavyan Araşdırmaları Mərkəzinin rəhbəri, Karabük Universitetinin İqtisadiyyat və İdarə Elmləri Fakültəsinin Beynəlxalq Münasibətlər kafedrasının sədri, professor Ələskər Ələskərli 1968-ci ildə Quba rayonunun Alpan kəndində anadan olub. 1986-1993-cü illərdə Azərbaycan Texniki Universitetində, 1993-1997-ci illərdə isə Bakı Dövlət Universitetinin hüquq fakültəsində təhsil alıb. 2000-ci ildə Mərmərə Universitetində ümumi dövlət hüququ sahəsində magistr dərəcəsinə yiyələnib. 2006-cı ildə Ankara Universitetində "Postsovet ölkələrində siyasi rejim dəyişmələri" mövzusunda doktorluq dissertasiyası müdafiə edib. 1987-89-cu illərdə Cənubi Qafqaz (Zaqafqaziya) Hərbi Dairəsində hərbi xidmətdə olub. 1992-ci ildə Qarabağdakı döyüş əməliyyatlarında iştirak edib. Rusiya, Mərkəzi Asiya, Qafqaz, habelə türk dünyası ilə bağlı araşdırma və məqalələri Türkiyənin elmi və strateji analiz məcmuələrində dərc edilir. 2021-ci ildə professor adına layiq görülüb. Dünyada mövcud olan konstitusiyaların türkcəyə tərcümə etməsi səbəbi ilə Əli Əsgərə 2019-cu ildə Hüquq Ensiklopediyası Özəl Mükafatı verilmişdir.
Ələsgər Sadıqov
Ələsgər Həsən oğlu Sadıqov (Sadıxov) (23 sentyabr 1946, Naxçıvan) — Azərbaycan dövlət xadimi, Naxçıvan Muxtar Respublikası Baş nazirinin birinci müavini (1991–2001), Naxçıvan MR meliorasiya və su təsərrüfatı naziri (1990–1991), Naxçıvan MSSR Nazirlər Soveti sədrinin birinci müavini (1989–1990), Naxçıvan Şəhər XDS İcraiyyə Komitəsinin sədri (1983–1988). Ələsgər Həsən oğlu Sadıqov 23 sentyabr 1946-cı ildə Naxçıvan MSSR-in Naxçıvan şəhərində anadan olmuşdur. 1962-ci ildə Naxçıvan şəhər 2 №-li orta məktəbi bitirmiş, 1962-ci ildə Azərbaycan Politexnik İnstitutuna daxil olaraq 1967-ci ildə həmin institutu mühəndis-hidrotexnik ixtisası üzrə başa vurmuşdur. Əmək fəaliyyətinə fəhləliklə başlamış, 1968-ci ildən 6 saylı Tikinti-Quraşdırma İdarəsində usta, iş icraçısı, baş mühəndis, idarənin rəisi olmuşdur. 1977–1983-cü illərdə Naxçıvan MSSR Su Təsərrüfatı İdarəsinin rəisi və Naxçıvan MSSR meliorasiya və su təsərrüfatı nazirinin müavini vəzifələrində işləmişdir. Ələsgər Sadıqov 1983-cü ildə Naxçıvan Şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri seçilmiş, 1988-ci ildən Naxçıvan "Aqrartikinti" trestinin rəisi, 1989-cu ildən Naxçıvan MSSR Nazirlər Soveti sədrinin birinci müavini, 1990-cı ildən Naxçıvan Muxtar Respublikasının meliorasiya və su təsərrüfatı naziri vəzifələrində çalışmışdır. 1991–2001-ci illərdə Naxçıvan Muxtar Respublikası Baş nazirinin birinci müavini olmuşdur. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin I çağırış deputatı seçilmişdir. Ailəlidir, 3 övladı var.
Ələsgər Sadiqov

Ələsgər Sadıxov

Ələsgər Muxtarov
Ələsgər Faiq oğlu Muxtarov — Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının mayoru, "Əqrəb" Xüsusi Təyinatlı Dəstəsinin Komandiri, İkinci Qarabağ müharibəsi qazisi. Mayor Ələsgər Muxtarov Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının "Əqrəb" Xüsusi Təyinatlı Dəstəsinin Komandiridir. Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının mayoru olan Ələsgər Muxtarov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın, Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlər zamanı Ermənistan Silahlı Qüvvələrinin canlı qüvvələrinin məhv edilməsində fərqlənib. Ələsgər Muxtarov döyüşlər zamanı Xocavənd rayonunun Qırmızı Bazar istiqamətində yaralanıb. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Ələsgər Muxtarov "Qarabağ" ordeni ilə təltif edildi. Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Ələsgər Muxtarov "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.
Ələsgər Məmmədli
Dos. Ələsgər Əhməd oğlu Məmmədli (24 may 1968, Quzanlı, Ağdam rayonu) — azərbaycanlı hüquqşünas, media hüququ üzrə ekspert, Beynəlxalq Tədqiqat və Mübadilə Şurasının (IREX) Azərbaycan Yeni Media Layihəsinin (ANMP) rəhbəri (2005–2014), Media Hüququ İnstitutunun həmtəsisçisi (2002), "Sivil Toplum Platforması"nın qurucu üzvü (2016), "Toplum" TV-nin təsisçisi (2016); 2002-ci ildən hüquqşünaslar və jurnalistlər üçün yüzlərlə təlimlərin aparıcısı olmuş, 2002–2014-cü illərdə Internews və IREX təsisatlarında çalışmışdır. 2024-cü il martın 8-də Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq) maddəsi ilə həbs edilmiş, yerli və beynəlxalq insan hüquqları təsisatları tərəfindən siyasi məhbus olaraq qəbul edilmiş, onun azadlığa buraxılması üçün beynəlxalq insan hüquqları təsisatları tərəfindən Azərbaycana çağırışlar edilmişdir. Hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətininin İstintaq Təcridxanasında saxlanılır. Ələsgər Məmmədli 1968-ci il mayın 24-də Ağdam rayonunun Quzanlı qəsəbəsində müəllim ailəsində anadan olub. 1985-ci ildə Ağdam rayon Quzanlı qəsəbə tam orta məktəbini bitirib. 1991-ci ildə İstanbul Universitetinin Hüquq bölməsinə daxil olub və 1996-cı ildə oradan məzun olub. 1999–2001-ci illərdə isə Ankarada Türkiyə və Yaxın Şərq İdarəçilik Akademiyasında (TODAİE) hüquq və idarəetmə ixtisası üzrə magistr dərəcəsi alıb. Könüllü olaraq 1993-cü ildə təhsilini yarımçıq qoyaraq bir qrup tələbə dostları ilə Birinci Qarabağ müharibəsi zamanı Kəlbəcərin müdafiəsi uğrunda gedən döyüşlərdə olmuşdur. Bir müddət sonra təhsilini davam etməsi üçün dövlət onları geri qaytarmışdır.
Ələsgər Məmmədov
Ələsgər Məmmədov (həkim) — həkim. Ələsgər Məmmədov (şərqşünas) — şərqşünas.
Seringer fəvvarəsi
Seringer fəvvarəsi (alm. Zähringerbrunnen‎) — İsveçrənin Bern şəhərinin Kramqasse döngəsində və Sitqlogge saat qülləsinin yaxınlığında yerləşir. XVI əsrə aid məşhur Bern fəvvarələrindən biri sayılır və 1983-cü ildə Bern Köhnə şəhərinin tərkib hissəsi olaraq UNESCO-nun Dünya Mədəniyyət Mirasları siyahısına daxil edilmişdi. Fəvvarənin layihəsi Hans Ginq tərəfindən 1535-ci ildə tərtib edilmişdir. Fəvvarənin indiki adı şəhərin əsasını qoyan Bertold fon Serengenin şərəfinə XIX əsrdə adlandırılmışdır. Buna baxmayaraq, fəvvarə həmçinin "Finstergesslibrunnen" və ya "Berenbrunnen" adları ilə də tanınır. Fəvvarə qırmızı kəmərinə iki qılınc, başına isə dəbilgə taxan ayını ifadə edir. Ayı sağ pəncəsində bayraq, sol pəncəsində isə qalxan saxlayır. Gerb və qalxanda fon Seringer sülaləsinin rəmzi — qırmızı fon üzərində qızıl aslan təsvir edilib. Böyük ayının ayaqları arasında üzüm yeyən ayı balası oturub.
Sərşəhər məscidi
Sərşəhər məscidi — Azərbaycan Respublikasının Ordubad şəhərinin Sərşəhər məhəlləsində yerləşən məscid və tarix-memarlıq abidəsi. XVIII əsrə aid olan məscid Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb. Məscidlərlə zənginliyi cəhətdən nəinki Naxçıvan bölgəsində, bütövlükdə Azərbaycanda əvvəlinci yerlərdən birini tutan Ordubad şəhərinin əsas məscidlərindən biri də Sərşəhər məscididir. Şəhərin böyük və əsas məhəllələrindən biri olan Sərşəhər məhəlləsinin mərkəzində yerləşdiyi üçün məscid belə adlanır. “Sərşəhər” sözü “şəhərin başı, mərkəzi” mənasındadır. Bu məhəllədə qədim tikililərə daha çox təsadüf olunur. XVIII əsrin əvvəllərində Naxçıvan sancağının Azadciran nahiyəsinə daxil olan Ordubad qəsəbəsinin məhəllələrindən birinin adı indi olduğu kimi Sərşəhər məhəlləsi olmuşdur . Sərşəhər məscidi məhəllənin mərkəzi meydanının şimal tərəfində yerləşir. Bünövrəsi çay daşı, yuxarı hissəsi isə çiy kərpicdən tikilmiş, fasadı bişmiş kərpiclə üzlənmişdir. Sərşəhər məscidi planda kvadrat şəkilli olub, iki mərtəbədən ibarətdir.
Sərəşbar (Xudabəndə)
Sərəşbar (fars. سرشبار‎) - İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 273 nəfər yaşayır (49 ailə).