Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Bağçılar
Bağçılar (türk. Bağcılar) — İstanbul ilinin ilçəsi. Bağçılar ilçəsi İstanbul ilçələri arasında ən yüksək əhali sıxlığına malikdir. Son illərdə şərq və cənub-şərq illərindən köçlərin sayı artmışdır. Osmanlı dövründə bu yerdə yunanların çoxluq təşkil etdiyi bir kənd var idi. 1920-ci illərdən etibarən yunan-türk əhalisi mübadiləsindən sonra burada türklər yaşamağa başladılar. Şərqi və cənub-şərqi Anadoludan gur miqrasiya 1970-ci illərdə ərazinin kütləvi qanunsuz qurulmasına və cinayətkarlığın səviyyəsinin yüksəlməsinə gətirib çıxardı. 1975-ci ilə qədər Anadoludan tutmuş İstanbula qədər üzüm bağları və bostan işləri ilə dolanışıq təmin edirdilər. 1992-ci ildən etibarən kəndin statusunun artırılması ilə əlaqədar üzüm bağlarında müasir urbanizasiyaya keçidlə bağlı işlər aparılmış və bu gün infrastruktur problemləri böyük dərəcədə həll edilmişdir. Bağcılar İstanbulun Avropa tərəfində və İstanbul Böyükşəhər Bələdiyyəsinin xidmət sərhədləri içərisində yerləşir.
Bağçalar
Bağçalar — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Başkeçid rayonunun inzibati-ərazi vahidində kənd. 1 yanvar 2010-cu il vəziyyətinə görə İpnari kənd inzibati-ərazi dairəsinə daxildir. Kənd Gədi çayının mənsəbində, rayon mərkəzi Başkeçid şəhərindən 17 km qərbdə yerləşir. Borçalı bölgəsində Bağçalar yaşayış məntəqəsi adına ilk dəfə 1701-ci ilə aid məxəzlərdə rast gəlinmişdir. Tarixən yalnız etnik azərbaycanlılardan ibarət əhalisi olan kənddə 1721-ci ildə 25 ailə, 1870-c ildə 4 ailədə 27 nəfər, 1926-cı ildə 15 ailədə 104 nəfər əhali yaşamışdır. 17-24 yanvar 2002-ci il Ümumgürcüstan əhali siyahıyaalınmasına əsasən kənddə yaşayan 149 nəfər əhali 100 % etnik azərbaycanlılardan ibarətdir. 1 yanvar 2010-cu il tarixinə olan rəsmi təxminə əsasən kənddə 146 nəfər əhali yaşayır. Kənddə ilk dünyəvi məktəb 1926-cı ildə yaradılıb. Hazırda kənddə bir ibtidai məktəb fəaliyyət göstərir. Hazırda məktəbdə 10 şagird təhsil almaqdadır.
Sağçılıq
Sağçılıq — sosial iyerarxiya və ya ictimai bərabərsizliyi qəbul edən və dəstəkləyən siyasi mövqe. Sağ və sol adlı siyasi anlayışlar Fransız inqilabı (1789-1799) zamanında, ayrı fikirdəki siyasətçilərin fransız parlamentinin sağında və ya solunda oturmalarından sonra ortaya çıxmışdır. Parlament sədrinin sağındakı kreslolarda oturanlar, əksəriyyətlə monarxiyaçı Köhnə Rejimin dəstəkçilərindən meydana gəlmişdir.
Atçılar
Atçılar — Qars ilinin Arpaçay ilçəsinin Mərkəz bucağında kənd. Tiflis quberniyasının Axalkalaki qəzasında Troitskoye kəndi 1841-ci ildə salınmışdı. 1882-ci ildə Rusiya imperiyasının Qars vilayətinin Zərişad şöbəsində, Qars çayı sahilində Tiflis quberniyasının Axalkalaki qəzasının Troitskoye kəndindən köçürülmüş duxoborlar tərəfindən Novo-Troitskoye (rus. Ново-Троицкое) kəndi salındı. 1918-ci ildə Qars vilayətinin Osmanlı imperiyasının nəzarətinə qaytarılması ilə 1918–1921-ci illərdə duxoborlar bu kənddə yaşamaqdan imtina edərək hazırkı Rusiya FR-nın Rostov vilayətinin Azov rayonuna köçərək orada Novotroitskoye kəndini saldılar. 1921-ci ildə boş qalmış kənd ərazisinə türklər köçürüldü, kəndin adı isə dəyişdirilərək Atcılar (türk. Atçılar) adlandırıldı. Kənd Qars ilinin inzibati mərkəzi Qars şəhərindən 66 km, Arpaçay ilçəsinin inzibati mərkəzi Arpaçay qəsəbəsindən 24 km uzaqlıqda yerləşir. 31 dekabr 2012-ci il tarixinə olan rəsmi məlumata əsasən kənddə 269 nəfər daimi əhali yaşayır. Kənd əhalisi əsasən kürdlərdən və azərbaycanlılardan ibarətdir.
Nağılar
Nağılar (Gədəbəy)
Sarılar
Sarılar (Əhər) — İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. Sarılar (Germi) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. Sarılar yaşayış yeri – Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Şahbulaq kəndinin şimal qərbində arxeoloji abidə.
Tağılar
Tağılar (Bərdə)
Saçlar
Saç və ya tük yaxud qıl — məməlilərin və onların əcdadlarının (terapsidlər) qoruyucu örtüyünün tərkib hissəsi. Filogenetik olaraq dəri örtüklərinin epidermisinin törəməsidir. Heyvanlarda tükdən hazırlanmış sıx örtük xəz və ya yun adlanır. Saçlar statik elektrik toplamaq imkanına malikdir. Saçın xarici örtüyü bir-birinin üstünə yığılan keratin pulcuqlardan yaranıb. Saçların görünən hissəsi sterjen adlanır. Dərinin altında qalan saçın hissəsi isə saç kökü (və ya saç soğanağı) adlanır. Soğanaq follikul adlanan tüklü torbayla əhatə olunmuşdur. Saç tipi follikulun formasından asılıdır: düz saçlar dəyirmi, azacıq qıvrım olan oval, buruq-buruq olan isə böyrəkvarı follikuldan artırlar. Hər tük üç qatdan ibarətdir.
Dağlılar Respublikası
Dağlılar Respublikası (Millətlər Birliyi arxivlərinə görə rəsmi Fransız adı: République de l'Union des peuples montagnards du Caucase;tərcümə: Dağlıq Qafqaz Xalqları Birliyinin Respublikası) — 1917–1922-ci illərdə Şimali Qafqazda mövcud olmuş müstəqil dövlət (konfederasiya). Dağlılar Respublikasının ərazilərinə müasir dövrdə Rusiyanın Çeçenistan, İnquşetiya, Dağıstan və Kabardin-Balkar respublikaları və Qaraçay-Çerkesiya muxtar vilayətləri daxil idi. 16 aprel 1919-cu il tarixində respublikanın rəhbəri Pşemaxo Kosyev Dağıstanın Azərbaycan Demokratik Respublikasının tərkibinə keçməsi barədə qərar qəbul etdi. Amma ki, 18 mayda Dağıstan general Denikinin ordusu tərəfindən tutuldu, bundan sonra Dağlılar Respublikası rəhbərliyi özü özünü buraxdığını və yenidən Tiflisə köçdüyünü elan etdi. Dağlılar Respublikasının ərazisi 407,000 min kvadrat kilometr, əhalisi isə təxminən 11 milyon nəfər olmuşdur. Temirxan-Şura dövlətin əsas şəhəri və paytaxtı olmuşdur. Dağlılar Respublikasının 115 min ordusu vardır. Dağlılar Respublikasının qurucularından biri Şeyx Şamilin nəvəsi Seyid Şamil olmuşdur. Dövlətin ilk rəhbəri isə Tapa Çermoyev seçilmişdir. Şeyx Əli Hacı Akuşa və Heydər Bamat kimi nüfuzlu bəylər dövlətin idarə olunmasında yaxından iştirak etmişdilər.
Mərkəz sağçılıq
Sağ mərkəzçilik və ya mərkəz sağçılıq — cəmiyyətdə tədrici, təkamül xarakterli dəyişikliklərə əsaslanan ictimai-siyasi cərəyan. Siyasətdə sağ mərkəzçilər, onların fikrincə, siyasi spektrin sağ cinahına aid olan, lakin digər sağçılarla müqayisədə mərkəzə daha yaxın olan siyasətçilər və partiyalar hesab edilir. Bu, həm də bəzi məsələlərdə mərkəzçilərlə blokadaya düşən mötədil sağçı siyasi baxışların və sosial transformasiya üsullarının birləşməsi kimi də şərh oluna bilər. Sağ mərkəzçilərə xristian demokratlar, sosial mühafizəkarlar, klassik liberallar, iqtisadi liberallar, mühafizəkar liberallar, liberal mühafizəkarlar, neoliberallar, milli mühafizəkarlar, milli demokratlar və milli liberallar kimi istinad etmək adətdir. 2019-cu ildə aparılan araşdırmaya görə, 2018-ci ildə sağ mərkəzçi partiyalar 21 Qərb demokratiyasında təxminən 27% səs toplamışdır. Bu, 1960-cı ildəki 37%-dən azalma idi.
Sanrılar ensiklopediyası
Sanrılar ensiklopediyası: İnanılmaz faktlar, təəccüblü kəşflər və təhlükəli inanclar toplusu (ing. The Skeptic's Dictionary: A Collection of Strange Beliefs, Amusing Deceptions, and Dangerous Delusions) — Robert Todd Kerrollun skeptik esselər toplusu, http://www.skepdic.com/ saytında dərc edilmiş və kitab şəklində nəşr edilmişdir. Sayt 1994-cü ildə açılıb və bu gün 800-dən çox esse var; Kitab 2003-cü ildə nəşr olunub və 400-ə yaxın essedən ibarətdir. Yalançı elmi, paranormal və okkult mövzular üzrə skeptik məlumatlar üçün hərtərəfli bircildlik bələdçidir və biblioqrafiyada daha ətraflı məlumat üçün təxminən yeddi yüz istinad var. Kitabın arxa üz qabığına əsasən, onlayn versiya ayda təxminən 500.000 baxış əldə edir. Sanrılar ensiklopediyasının ön sözünə görə, geniş gizli və paranormal ədəbiyyata kiçik bir əks çəki olmaq üçün nəzərdə tutulmuşdur; gizli subyektlərə balanslaşdırılmış bir baxış təqdim etmir.
İfrat sağçılıq
İfrat sağçılıq — radikal sağ və ya ekstremist sağ, sağçı siyasətdə sağçılığın ən yüksək formasını göstərir. İfrat sağ siyasət cəmiyyətdəki sosial iyerarxiyanı dəstəkləyir və hələ doğuşdan bəzi insanların aşağı, digərlərinin üstün olduğu düşüncələrini ehtiva edir. Müəyyən şəxslərin və ya qrupların üstünlüyünü dəstəkləyir. Bu tip siyasət geniş avtoritarizmi dəstəkləyir və anti-kommunizm istiqamətli olur. Ümumiyyətlə ifrat sağçılıq termini arzuolunmaz qruplara qarşı immiqrasiya və uyğunlaşma əleyhinə mövqeyi, sosial-mədəni formada təzyiqlər, milli ayrı-seçkilik; irqi və dini qrupların digərlərindən üstün olmasına və qloballaşmaya qarşı münasibətlər kimi fikirlər irəli sürürlər. Başqa sözlə, konsepsiya həddindən artıq millətçi, ksenofob, irqçi, fundamentalist və ya reaksionist fikirləri olan insanları və ya qrupları təsvir etmək üçün istifadə olunur. Əsasən iki fərqli qrupda öyrənilir: "ifrat millətçilik ilə irqçilik" və "fundamentalizm". İfrat sağ görüşlü ultra-millətçilər sosial həmrəyliyə əsaslanan və milli birlik əsaslı totalitar hakimiyyət altında cəmiyyətin birliyini tələb edirlər. Öz millətlərinin birliyini və güclərini digər millətlərin birliyinə və gücünə qarşı müdafiə edərkən, millətçiliyə və millət anlayışına qarşı çıxan ifrat solçuluq cərəyanına da qarşı çıxırlar. İfrat millətçilər öz millətlərində zərərli olaraq təyin etdikləri və ya həqiqətən zərərli olan düşüncələrə qarşı mübarizə aparmağı hədəfləyirlər və eyni zamanda epik elementlərlə bəzədilmiş tarixi ünsürlərdən faydalanırlar.
Nağılar (Gədəbəy)
Nağılar — Azərbaycan Respublikasının Gədəbəy rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 24 iyun 2005-ci il tarixli, 954-IIQ saylı Qərarı ilə Gədəbəy rayonunun Nağılar kəndi Əliismayıllı kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Daryurd kəndi mərkəz olmaqla, Daryurd kənd inzibati ərazi dairəsi yaradılmışdır. Kəndin keçmiş adı Cinqaralı olmuşdur. Kəndin adı bəzən Nağdalılar variantında da qeydə alınmışdır. Yerli məlumata görə, yaşayış məntəqəsini vaxtilə Kiçik Qaramurad kəndindən çıxmış nağılar (digər adı cinqaralı) nəslinə mənsub ailələr salmışlar. Kənd Şahdağ silsiləsinin ətəyində yerləşir. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 311 nəfər əhali yaşayır. Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı — əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Nağılar (Şuşa)
Nağılar — Azərbaycan Respublikasının Şuşa rayonunun Qaybalı kənd inzibati ərazi dairəsində kənd. 1992-ci ildən 10 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Nağılar kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində Azərbaycan Respublikasının nəzarətinə qayıtmışdır.
Sarılar (Germi)
Sarılar (fars. ساري لار‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 128 nəfər yaşayır (25 ailə).
Sarılar (Əhər)
Sarılar (fars. ساري لار‎‎‎‎‎‎‎) - İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 24 nəfər yaşayır (7 ailə).
Tağılar (Bərdə)
Tağılar — Azərbaycan Respublikasının Bərdə rayonunun inzibati ərazi vahidində kənd.
Tağılar (Kəlbəcər)
Tağılar (əvvəlki adı: Qaragüney) — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Comərd kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Kəlbəcər rayonunun Kilsəli kənd Sovetindən Qaragüney kəndi Comərd kənd Sovetinin tərkibinə verilmişdir. 29 may 2015-ci ildə Comərd kənd inzibati ərazi dairəsi tərkibindəki Qaragüney kəndi Tağılar kəndi adlandırılmışdır. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 25.11.2020-ci ildə Azərbaycana qaytarılıb. Kəndin keçmiş adı Comərd Qaragüneyi olmuşdur. Yerli əhalinin məlumatına görə, yaşayış məntəqəsini Comərd adlı şəxs Qaragüney adlı ərazidə saldığı üçün belə adlandırlmişdir. Qara güney, yəni qara torpağı olan güney deməkdir. Qara torpaq məhsuldar olur, güney isə cənub, isti olan yerdir. Kəlbəcər rayonunun ərazisində iki Qaragüney kəndi olub.
Tağılar bələdiyyəsi
Bərdə bələdiyyələri — Bərdə rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis edilib. Bərdə rayonunda fəaliyyət göstərən Bərdə (şəhər) bələdiyyəsi və Türkiyə Respublikası İstanbul şəhəri Beykoz bələdiyyəsi arasında 11 oktyabr 2021-ci il tarixində qardaş şəhər protokolu imzalanmışdır. İmza mərasimində VI çağırış Milli Məclisin deputatı Fatma Yıldırım, Beykoz bələdiyyəsinin başçısı Murat Aydın, Bərdə şəhər bələdiyyəsinin sədri Sadiq Xəlilov və Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının icraçı katibi Tofiq Həsənov iştirak etmişdir. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Saqaylar
Saqaylar (xak. саға́й) — xakasların etnoqrafik qrupu. Əsasən Abakan çayının vadisində Uybat çayından başlayaraq yuxarı qollarına qədər olan ərazidə yaşayırlar. Onlar xakas dilinin saqay dialektində danışanlar. İndiki mərhələdə saqay subetnosu üstünlük təşkil edir, onlar xakasların ümumi sayının 70%-dən çoxunu təşkil edirlər. Ehtimal olunur ki, onlar ilk dəfə Fəzlullah Rəşidəddinin monqol istilaları haqqında yazılarında xatırlanır. Tədqiqatçılar saqayları kereyt tayfa birliyinə daxil olan sakay tayfası ilə eyniləşdirməyi mümkün hesab edirlər. Потапов, Леонид Павлович, Из поездки к «сагайцам» // Краткие сообщения Института этнографии им. Н.Н. Миклухо-Маклая АН СССР. — Вып. IV. — М.-Л.: Издательство АН СССР, 1948.
Yaycılar
Yaycılar — qədim türkdilli tayfalardan biridir. Mənşəcə oğuz tayfalarından hesab olunurlar. Bir qismi XII-XIII əsrlərdə Azərbaycana gəlmiş, əsasən Naxçıvan ərazisində yaşamışlar. Culfa rayonunda Yaycı kəndinin onlarla bağlı olduğu ehtimal olunur. ASE, V cild, Bakı, 1981, səh.
Dağlılar Respublikası bayrağı
Dağlılar Respublikasının bayrağı — 1917-ci il tarixində tanınmamış Dağlılar Respublikası tərəfindən qəbul edilmiş bayraq.
Avcılar
Ovçular (türk. Ovçular) — İstanbul ilinin ilçəsi. İlçənin şərqində Kiçikçəkməcə gölü və Kiçikçəkməcə ilçəsi, cənubda isə Mərmərə dənizi yerləşir. İstanbul mərkəzə olan məsafə 27 km-dir. TEM avtomobil yolu, E-5 (D-100) şossesi ilçənin sərhədlərindən keçir. XX əsrin ikinci yarısına qədər Ovçular kiçik bir kənd olaraq qalmışdı, artım yalnız 1980-ci illərdə başlamışdır. 27 may 1992-ci ildə Kiçikçəkməcə ilçəsindən ayrıca rayon olaraq ayrılmışdır. Hazırda bu ilçədə İstanbul Universitetinin kampuslarından biri yerləşir. 1999-cu ildə baş vermiş zəlzələ zamanı xeyli zərər çəkmişdir. 1992 ilində Avcıların Bakırköy ilçəsindən ayrılmaqla Tahsin Salihoğlu müvəqqəti seçilmişdir.
Hacılar
Hacılar (Gədəbəy) — Azərbaycan Respublikasının Gədəbəy rayonunun inzibati ərazi vahidində kənd. Hacılar (Laçın) — Azərbaycan Respublikasının Laçın rayonunun inzibati ərazi vahidində kənd. Hacılar (Tovuz) — Azərbaycan Respublikasının Tovuz rayonunun inzibati ərazi vahidində kənd. Hacılar (Xaçmaz) — Azərbaycan Respublikasının Xaçmaz rayonunun inzibati ərazi vahidində kənd. Hacılar (Ağdaş) — Azərbaycan Respublikasının Ağdaş rayonunun inzibati ərazi vahidində kənd. Hacılar (Ağcabədi) — Azərbaycan Respublikasının Ağcabədi rayonunun inzibati ərazi vahidində kənd. Hacılar (Bərdə) — Azərbaycan Respublikasının Bərdə rayonunun inzibati ərazi vahidində kənd.
Sacilər
Sacilər — Ərəb əsarətinə qarşı mübarizə dövründə Azərbaycanda yaranmış güclü dövlətlərindən biri idi. Sacilər dövləti Azərbaycanı, İranı, qismən Türkiyə və İraq ərazilərini əhatə etmiş dövlətdir. Dövlətin əsasını 889-ci ildə Məhəmməd İbn Əbu Sac qoymuşdur. Sacilər dövləti - Məhəmməd ibn Əbu Sac tərəfindən əsası qoyulmuş dövlətin paytaxtları müxtəlif vaxtlarda Marağa və Ərdəbil şəhərləri olmuşdur. Dövlət 941-ci ildə süqut etmişdir. Sacilər dövlətini Sacilər yaratmışlar. Sacilər mənşəcə Mərkəzi Asiyanın Əşrusən vilayətindən idilər. Azərbaycan mənbələrində onların türk mənşəli, Qərb mənbələrində isə soqd mənşəli olduğu qeyd edilir. Mənbələrin məlumatına görə, Əbu Sac Divdad Afşin titullu türk əmirləri nəslindən olan adlı-sanlı sərkərdə idi. M.X.Şərifli qeyd edir ki, bu dövlətin tarixi son vaxtlaradək ətraflı öyrənilmirdi.
Sarılar yaşayış yeri
Sarılar yaşayış yeri – Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Şahbulaq kəndinin şimal qərbində arxeoloji abidə. Yaşayış yerinin salamat qalan hissəsinin sahəsi 12400 metrdir. Araşdırmalar göstərir ki, yaşayış yerinin bir qismi indiki Şahbulaq kəndinin altında qalmışdır. Yaşayış binalarının yalnız dağılmış qalıntıları saxlanmışdır. Onların bünövrəsi daşdan, yuxarı qismi isə möhrədən tikilmişdir. Bəzi binaların yerində dördkünc formalı çalalar vardır. Araşdırmalar zamanı toplanan yerüstü materiallar əsasən çəhrayı, bəzən isə boz rəng- də bişirilmiş keramika məmulatından ibarətdir. Çəhrayı rəngdə bişirilmiş keramika məmulatının bir qismi cilalanmışdır. Onlar küpə, kasa, çölmək tipli qabların parçalarından ibarətdir. Arxeoloji materiallara və tikinti qalıqlarına əsasən demək olar ki, yaşayış yerində həyat uzun müddət davam etmişdir.
Dağlılar Dövlət Aqrar Universiteti
Dağlılar Dövlət Aqrar Universiteti — Şimali Osetiyanın paytaxtı Vladiqafqazda dövlət ali təhsil müəssisəsi. Böyük kənd təsərrüfatı tədqiqat mərkəzidir. Universitet 1918-ci ildə yaradılmışdır. Şimali Qafqazın ən qədim universitetidir. Universitet Moskva Dövlət Universitetinin təşəbbüsü ilə 1918-ci ildə dosent V.F.Razdorski tərəfindən açılmışdır. İnstitutun ilk rektoru İosif Qavriloviç Esman (1918-1922) olmuşdur. İnstitutun yaranmasında alimlərdən - Razdorski V.F., Günter A.R., Pankov A.P., Ryazantsev N.V., Dzokaev K.X., İosifov İ.M., Tarnoqradski D.A., Dzanaqov X.B., Qutiyev M.N., Salamov A.B., Rubil E.V., Trofimenko K.İ., Qrabovski İ.S., Smolski Y.V., Djanayev G.G., Kaloyev A.V., Stoyuşkin İ.A., Tsabolov R.G., Kulçiyev B.X., Tsoqoyev N.D., Kizinov F.İ., Xilkeviç N.M., Xilkeviç N.M. və s. xidmətləri olmuşdur. Fəaliyyət göstərdiyi illər ərzində universitet qırx səkkiz mindən çox mütəxəssis hazırlayıb. Universiteti bitirənlər arasında tanınmış kənd təsərrüfatı rəhbərləri, elm, dövlət və ictimai xadimlər var ki, bu dövrdə məzunlardan 20 nəfəri Sosialist Əməyi Qəhrəmanı, biri isə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb.
Qırmızı-Saqallar
Qırmızı Saqqallar — Azərbaycan Respublikasının Tərtər rayonunun Borsunlu kənd inzibati ərazi dairəsində kənd. Kənd Goranboy rayonunun Tap Qaraqoyunlu kəndinin bir neçə yüz metrliyində, Talış kəndi ilə Tap Qaraqoyunlu kəndi arasında yerləşir. Bu kəndə burada yaşayan tayfaya görə Qazaxlar da deyilir. XX əsrin 60-cı illərinə qədər bu kənddə 40-dan çox ailə yaşayırdı. Qonşuluqda olan Ağdərə rayonunun (keçmiş Dağlıq Qarabağın Mardakert rayonu) Talış kəndində yaşayan ermənilər çoxluqlarından istifadə edərək, bu kəndə həmişə təziqlər göstərmiş, nəticədə hazırda həmin kənddə əhali yaşamır. Qırmızı Saqqallar kənd inzibati ərazisi 2 aprel 2016-cı il tarixinədək erməni təcavüzkarları tərəfindən işğal altında saxlanılmışdır. Tərtər rayonunun tərkibinə 1992-ci ildə verilib. Hazırda ermənilərin mövqeyi xalq arasında "Ağuçuq", "Yaltaxıl" adlanan ərazidə yüksəklikdə yerləşdiyinə görə bütün ətraf kəndləri atəş altında saxlayırlar. 5 iyul 2000-ci ildə Borsunlu kəndi Sarov kənd inzibati ərazi vahidi tərkibindən ayrılaraq həmin kənd mərkəz olmaqla Borsunlu kənd inzibati ərazi vahidi yaradılıb. Sarov kənd inzibati ərazi vahidinin Qırmızı Saqqallar kəndi Borsunlu kənd inzibati ərazi vahidinin tərkibinə verilib.
Bacılar adaları
Bacılar adaları (ing. Sisters' Islands, malay Pulau Subar Laut, çin. 姐妹岛, tam. சகோதரிகள் தீவு) — Sinqapur dövlətinin tərkibinə daxil ola, iki adadan ibarət olan adalar qrupu. Dinqapur adasının cənubunda, Sinqapur körfəzində yerləşir. Malay dilində Subar-Laut (Böyük bacı adası) və Subar-Darat (Kiçik Bacı adası) olaraq adlandırılırlar. Ensiz ancaq dərin kanalla bir-birindən ayrılar. Adaya bərə vastəsi ilə gəlmək mümkündür. Subar-Laut 39 km², Subar-Darat 17 km² sahəyə sahibdir. Əfsanəyə görə Sinqapur adasında bir dul qadın və iki qızı vardı.
Hacılar (Ağcabədi)
Hacılar — Azərbaycan Respublikasının Ağcabədi rayonunun Hacılar kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Ağcabədi rayonunun Hacılar kəndi Boyat kənd inzibati-ərazi vahidi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla Hacılar kənd inzibati-ərazi vahidi yaradılmışdır. Əhalisi 560 nəfər. Yaşayış məntəqəsi qızılbaşların zülqədər tayfasının hacılar tirəsinə mənsub ailələrin məskunlaşması nəticəsində yarandığı üçün belə adlandırılmışdır. Etnotoponimdir. Bu baxımdan Azərbaycanın bir çox bölgələrində, Gədəbəy, Laçın, Tovuz, Xaçmaz, Ağdaş, Ağcabədi, Bərdə rayonlarında "Hacılar" yaşayış məntəqəsi mövcuddur. Kənddə eneolit dövründən qalan abidələr və qədim qəbristanlıq var. Qəbristanlıq YUNESKO tərəfindən tarixi abidə kimi qeydə alınmışdır.
Hacılar (Ağdaş)
Hacılar — Azərbaycan Respublikasının Ağdaş rayonunun Yuxarı Nemətabad kənd inzibati ərazi dairəsində kənd. Yaşayış məntəqəsi qızılbaşların zülqədər tayfasının hacılar tirəsinə mənsub ailələrin məskunlaşması nəticəsində yarandığı üçün belə adlandırılmışdır. Etnotoponimdir. Bu baxımdan Azərbaycan Respublikasının bir çox bölgələrində, Gədəbəy, Laçın, Tovuz, Xaçmaz, Ağcabədi, Bərdə rayonlarında Hacılar yaşayış məntəqəsi mövcuddur.
Hacılar (Bərdə)
Hacılar — Azərbaycan Respublikasının Bərdə rayonunun inzibati ərazi vahidində kənd. Yaşayış məntəqəsi qızılbaşların zülqədər tayfasının hacılar tirəsinə mənsub ailələrin məskunlaşması nəticəsində yarandığı üçün belə adlandırılmışdır. Etnotoponimdir. Bu baxımdan Azərbaycan Respublikasının bir çox bölgələrində, Gədəbəy, Laçın, Tovuz, Xaçmaz, Ağdaş, Ağcabədi, rayonlarında Hacılar yaşayış məntəqəsi mövcuddur.
Hacılar (Gədəbəy)
Hacılar — Azərbaycan Respublikasının Gədəbəy rayonunun inzibati ərazi vahidində kənd. Yaşayış məntəqəsi qızılbaşların zülqədər tayfasının hacılar tirəsinə mənsub ailələrin məskunlaşması nəticəsində yarandığı üçün belə adlandırılmışdır. Etnotoponimdir. Gədəbəy rayonunun Hacılar kəndi. Dağətəyi ərazidədir. Yerli məlumata görə, yaşayış məntəqəsinin İmamverdi oğlu Hacı Həzrətqulu adlı şəxs saldığı üçün belə adlanır. Hacının babası Qüdrətqulu xan iranın Güney kəndindən gəldiyi üçün kəndin adı el arasında Güneykənd kimi də işlədilir. Hacılar oyk., sadə. Ağdaş r-nunun Yuxarı Nemətabad i.ə.v.-də kənd. Şirvan düzündədir; Ağcabədi r-nunun Boyat i.ə.v.-də kənd.
Hacılar (Kayseri)
Hacılar (türk. Hacılar) — Kayseri ilinin ilçəsi.
Hacılar (Laçın)
Hacılar — Azərbaycan Respublikasının Laçın rayonu Hacıxanlı kənd inzibati ərazi dairəsində kənd. 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 1 dekabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir. Kənd Qarabağ yaylasındadır. XIX əsrdə Qarıqışlaq kəndinin binə yerlərindən biri olan bu ərazidə Hacı qəbri adlanan yer də var. Yaşayış məntəqəsi qızılbaşların zülqədər tayfasının hacılar tirəsinə mənsub ailələrin məskunlaşması nəticəsində yarandığı üçün belə adlandırılmışdır. Etnotoponimdir. Bu baxımdan Azərbaycan Respublikasının bir çox bölgələrində, Gədəbəy, Tovuz, Xaçmaz, Ağdaş, Ağcabədi, Bərdə rayonlarında Hacılar yaşayış məntəqəsi mövcuddur. Əsas təsərrüfatı heyvandarlıq idi.
Dağlılar Muxtar Sovet Sosialist Respublikası
Dağlılar Muxtar Sovet Sosialist Respublikası (DMSSR) – 1921–1924-cü illərdə keçmiş Terek vilayəti və Kuban (Qaraçay) vilayətinin bir hissəsində yaşayan xalqların RSFSR tərkibində muxtariyyəti. Sahəsi 73 min km2, əhalisi təqribən 786 min nəfər idi. Əhalinin milli tərkibi əsasən çeçenlər, inquşlar, osetinlər, kabardalar, balkarlar, qaraçaylılar, ruslardan ibarət idi. Paytaxtı Vladiqafqaz şəhəri idi. Dağlılar Muxtar Sovet Sosialist Respublikası Terek vilayətinin xalqlarının qurultayında (1920, 17 noyabr) elan edilmişdi. DMSSR-in 1-ci Sovetlər qurultayında (1921, 16–22 aprel) DMSSR yaradılması haqqında Ümum Rusiya Mərkəzi İdarəetmə Komitəsin 1921-ci il 20 yanvar tarixli dekreti elan olundu. Qurultay dövlət hakimiyyəti və idarəetmə orqanları sistemini, DMSSR-in inzibati-ərazi quruluşunu müəyyənləşdirdi, torpaq, ərzaq, xalq maarifi, şəriət məsələləri haqqında qərarlar qəbul etdi. Dağlılar Muxtar Sovet Sosialist Respublikası Mərkəzi İdarəetmə Komitəsii seçdi. 1921-ci ildə DMSSR MİK iki inzibati ərazi vahidinin formalaşmasına qərar verdi: 1) Diqorski dairəsi — osetinlər və diqorlar üçün. 2) Sunjenski kazak dairəsi — Sujen kazakları üçün.
Azərbaycan Xalq Cümhuriyyəti-Dağlılar Respublikası müqavilələri
AXC ilə Dağlılar Respublikası arasında bağlanan müqavilələr — Azərbaycan Xalq Cümhuriyyətinin Şimali Qafqaz Dağlı Xalqları İttifaqı Respublikasına (qısaca Dağlılar Respublikası) maliyyə, iqtisadi və hərbi yardım göstərməsi haqqında sənədlər. Azərbaycanın qabaqcıl ziyalıları, ictimai xadimləri, əvvəlki dövrlərdə olduğu kimi, 1917–1918- ci illərdə də Şimali Qafqazın dağlı xalqlarının milli azadlıq mübarizəsini rəğbətlə izləyir və bütün vasitələrlə onlara yardım edirdilər. Zaqafqaziya seyminin müsəlman fraksiyasına daxil olan deputatlar 1918-ci ilin mart ayında dağlı nümayəndəliyinin Zaqafqaziya seyminə qatılmaq və bolşevik təhlükəsinə qarşı birlikdə mübarizə aparmaq haqqında müraciətini dəstəklədilər. Lakin seymin erməni və gürcü nümayəndələri həmin təklifin əleyhinə çıxdıqları üçün bu iş nəticəsiz qaldı. Belə olduqda, müsəlman fraksiyası üzvləri Şimali Qafqazdan gəlmiş nümayəndələrlə ikitərəfli münasibətlər yaratmaq üçün Fətəli xan Xoyski, Nəsib bəy Yusifbəyli, Aslan bəy Səfikürdski, Məhəmməd Qazi Dibirov, Bammat Heydər, Əbdülməcid Çermoyevin daxil olduqları xüsusi komissiya yaratdılar. Məhz seymdəki azərbaycanlı ictimai xadimlərin səyi nəticəsində dağlı nümayəndələrinin Trabzon sülh danışıqlarında iştirakı mümkün oldu. Həmin danışıqlar uğursuzluqla bitdikdən sonra dağlı nümayəndələri İstanbula gedib Osmanlı dövləti ilə əlaqə yaratdılar və Şimali Qafqaz Dağlı Xalqları İttifaqı Respublikasının yaradılması haqqında bəyannamə qəbul etdilər (1918-ci il 11 may). Mayın 24-də isə Gəncədə Əbdülməcid Çermoyevin başçılığı ilə Dağlılar hökuməti təşkil olundu. Azərbaycan Xalq Cümhuriyyəti yarandığı ilk günlərdən Dağlılar Respublikası ilə əlaqələri mökəmləndirməyə başladı. 1918-ci ilin sentyabr-oktyabr aylarında Osmanlı və Azərbaycan Xaql Cümhuriyyəti hökumətlərinin yardımı ilə Dərbənd və Dağıstanın xeyli hissəsi azad edildi.
Azərbaycan Xalq Cümhuriyyəti–Dağlılar Respublikası müqavilələri
AXC ilə Dağlılar Respublikası arasında bağlanan müqavilələr — Azərbaycan Xalq Cümhuriyyətinin Şimali Qafqaz Dağlı Xalqları İttifaqı Respublikasına (qısaca Dağlılar Respublikası) maliyyə, iqtisadi və hərbi yardım göstərməsi haqqında sənədlər. Azərbaycanın qabaqcıl ziyalıları, ictimai xadimləri, əvvəlki dövrlərdə olduğu kimi, 1917–1918- ci illərdə də Şimali Qafqazın dağlı xalqlarının milli azadlıq mübarizəsini rəğbətlə izləyir və bütün vasitələrlə onlara yardım edirdilər. Zaqafqaziya seyminin müsəlman fraksiyasına daxil olan deputatlar 1918-ci ilin mart ayında dağlı nümayəndəliyinin Zaqafqaziya seyminə qatılmaq və bolşevik təhlükəsinə qarşı birlikdə mübarizə aparmaq haqqında müraciətini dəstəklədilər. Lakin seymin erməni və gürcü nümayəndələri həmin təklifin əleyhinə çıxdıqları üçün bu iş nəticəsiz qaldı. Belə olduqda, müsəlman fraksiyası üzvləri Şimali Qafqazdan gəlmiş nümayəndələrlə ikitərəfli münasibətlər yaratmaq üçün Fətəli xan Xoyski, Nəsib bəy Yusifbəyli, Aslan bəy Səfikürdski, Məhəmməd Qazi Dibirov, Bammat Heydər, Əbdülməcid Çermoyevin daxil olduqları xüsusi komissiya yaratdılar. Məhz seymdəki azərbaycanlı ictimai xadimlərin səyi nəticəsində dağlı nümayəndələrinin Trabzon sülh danışıqlarında iştirakı mümkün oldu. Həmin danışıqlar uğursuzluqla bitdikdən sonra dağlı nümayəndələri İstanbula gedib Osmanlı dövləti ilə əlaqə yaratdılar və Şimali Qafqaz Dağlı Xalqları İttifaqı Respublikasının yaradılması haqqında bəyannamə qəbul etdilər (1918-ci il 11 may). Mayın 24-də isə Gəncədə Əbdülməcid Çermoyevin başçılığı ilə Dağlılar hökuməti təşkil olundu. Azərbaycan Xalq Cümhuriyyəti yarandığı ilk günlərdən Dağlılar Respublikası ilə əlaqələri mökəmləndirməyə başladı. 1918-ci ilin sentyabr-oktyabr aylarında Osmanlı və Azərbaycan Xaql Cümhuriyyəti hökumətlərinin yardımı ilə Dərbənd və Dağıstanın xeyli hissəsi azad edildi.