Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
MARF
MARF (Modular Audio Recognition Framework) - Java dilində yazılmış səs, danışıq, mətn və NLP alqoritmlərinin toplusundan ibarət açıq kodlu, modulyar tədqiqat framevorkudur. MARF modulyar olduğu üçün yeni alqoritmlər əlavə edilə, mövcüd framevork genişləndirilə bilər.
Sara
Sara (film, 1992)
Sarh
Sarh şəhəri (fr. Sarh) — Sarh köhnə adı ilə Fort-Arçambault Çadın Ncamena və Mundu şəhərlərindən sonra ən böyük üçüncü şəhəridir. Şəhər Moyen-Şari (Mərkəzi Şari) regionunun Barh-Köh şöbəsinin inzibati mərkəzidir. Əhalisi 2012-ci 103270 nəfər olmuşdur. Dəniz səviyyəsindən 353 m yüksəklikdə yerləşən şəhər, Şari çayının sahilində paytaxt Ncamenadan təxminən 550 km cənub-şərqdə yerləşir. Çadla Mərkəzi Afrika Respublikasını birləşdirən avtomobil yolu da bu şəhərdən keçir . Şəhərin adı burada üstünlük təşkil edən Sara etnik qrupunun adından yaranmışdır. Çadın digər böyük şəhərlərindən fərqli olaraq Sarhın iqlimi daha rütubətli (il ərzində bura 969,3 mm yağış düşür) və sərindir. Məhz, iqliminin münbitliyi şəhərin Çadda pambıq sənayesinin mərkəzi olmasını təmin etmişdir. Pambıqçılıqla yanaşı şəhərdə balıqçılıqla da məşğul olurlar.
Sari
Sari — İranın Mazandaran ostanının və Sari şəhristanının mərkəzidir. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 259,084 nəfər və 71,522 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti mazandaranlılardan ibarətdir və mazandaran dilində danışırlar. Mazandaranlılardan əlavə, türkmənlər, ermənilər də az sayda bu şəhərdə yaşayırlar.
Sarı
Sarı – rənglərdən biri. İsti, yüngül, şən rəngdir. O, xoş hisslər yaradır və hərəkətin, sevincin simvoludur. Bu rəng uzun müddət yadda qalır. Lakin başqa rənglərlə qarışdırıldıqda əks emosiyalar yarada bilər. Məsələn, yaşıla çalan sarı yalanı, paxıllığı simvolizə edir. Braziliyada bu rəng ümidsizliyin, bənövşəyi rəng ilə qarışdıqda xəstəliyin, Suriya müsəlmanları üçün isə ölüm rəngidir. Çində isə əksinə, bu rəng imperiyanın simvolu olduğu üçün çox populyardır. Sarı Günəşin rəmzidir. Parlaq sarı ilhamverici xüsusiyyətə malik olsa da, iş otaqlarında istifadəsi məsləhət deyil.
Sar
Əsl sar (lat. Buteo) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinə aid heyvan cinsi.
Bozqır sarı
Çöl sarı (lat. Buteo rufinus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin əsl sar cinsinə aid heyvan növü. (II-EN). Təhlükə altındadır. Məhdud ərazidə qalıb. Qarğadan böyük yırtıcıdır. Qanad lələklərinin dibi ağdır, havada uçarkən aydın görünür. Bel tərəfi açıq-qonur, qarın tərəfi kürəndir. Qanadlarının tinində (əyrisində) tünd rəngli böyük ləkə var (uzaqdan görünür). Avropa, Asiya və Şimali Afrikada yayılıb.
Fərcad Saif
Fərcad Saif (24 iyul 1966) — Pakistanı təmsil edən stolüstü tennisçi. Fərcad Saif Pakistanı 1988-ci ildə Seul şəhərində baş tutan XXIV Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 25-ci pillənin sahibi olub.
Katti Sark
"Katti Sark" (ing. Cutty Sark) — Bu günə qədər də qorunub saxlanılan yeganə və ən məşhur çay kliperlərindən biri. 1869-cu ildə qurulmuşdur. Hal-hazırda Qrinviçdə quru limanında yerləşir. 2007-ci il 21 may tarixində baş vermiş yanğın nəticəsində gəmiyə çox ciddi şəkildə ziyan dəymişdir. Restavrasiyadan sonra təkrar açılışı 2012-ci ildə baş tutmuşdur. Kliper Herkules Linton (Hercules Linton) tərəfindən proektləşmiş və 1869-cu il 23 noyabr tarixində ləqəbi "Ağ silindr" olan kapitan Con Cok Uillisin sifarişi ilə Scott&Linton kompaniyası tərəfindən şotland şəhəri Dambartonda (Dumbarton) çaya buraxılmışdır. Kapitana Çindən çay daşınması üçün dünyada ən sürətli kliper lazım idi. "Katti Sark" şotland dilindən tərcümədə "qısa köynək" mənasını verir. Kliperin gələcək sahibi, kapitan Con Uillis şəkilli qalereyalardan birinə girəndə, bataqlıq üzərindən şabaşa uçan qısa gecə köynəyi geyinmiş cavan əcinnənin təsviri olan bir rəsm əsəri görür.
SARO Çay
Saff Surəsi
61-ci surə əs-Saff (Səf) surəsi (Mədinədə nazil olmuşdur, 14 ayədir). Surə adını 4-cü ayədə işlənən və sıra, cərgə mənasını verən səf sözündən götürmüşdür.
Sara (ad)
Sara — qadınlara verilən addır. Tövratda, Əhdi Ətiqdə və Quranda İbrahimin həyat yoldaşı və İshaqın anasının adıdır. İvrit dilində "Sara" yüksək səviyyəli qadın, xanım deməkdir ki, adətən sadəcə "şahzadə" kimi tərcümə edilir. İsrail, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Küveyt, Liviya, Əlcəzair, Livan, Bosniya və Herseqovina, Xorvatiya, Çernoqoriya, Slovakiya, Şimali Makedoniya kimi ölkələrin ən çox qoyulan adlar sırasında yer alır. Müxtəlif dillərdə Sara, Sarah, Sarra kimi yazıla bilir Sara — İbrahimin həyat yoldaşı və İshaqın anası. Sara Aşurbəyli — alim, tarixçi, şərqşünas. Sara Qədimova — Azərbaycanın xalq artisti. Sara xatun — Şərqdə ilk diplomat qadın, Uzun Həsənin anası. Sara Bernar — teatr aktrisası. Sara Braun — Böyük Britaniyanın baş naziri Qordon Braunun xanımı.
Sara Aşurbəyli
Sara Balabəy qızı Aşurbəyli (27 yanvar 1906, Bakı – 17 iyul 2001, Bakı) — Azərbaycan alimi, tarixçisi və şərqşünası, tarix elmləri doktoru (1966), Azərbaycan SSR əməkdar elm xadimi (1982), Azərbaycan SSR Dövlət mükafatı laureatı (1986). Sara Aşurbəyli 1906-cı il yanvarın 27-də Bakı şəhərində, Balabəy Aşurbəylinin ailəsində anadan olmuşdur. Bakının neft sənayeçilərindən olan Balabəy Aşurbəyli milyonçu Teymur bəy Aşurbəyovun oğlu idi. 1925-ci ildə İstanbulda Müqəddəs Janna d-Ark adına fransız kollecini, 1930-cu ildə Bakı Dövlət Universitetinin şərqşünaslıq, 1941-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun xarici dillər fakültələrini, həmçinin Azərbaycan Rəssamlıq Məktəbini (1941) bitirmişdir. Ali təhsilini başa vurduqdan sonra Azərbaycan Dövlət Universitetində baş müəllim, Azərbaycan Dövlət Pedaqoji İnstitutunda dekan vəzifəsində çalışmışdır. Ali məktəblərdə Azərbaycan tarixi, Qərb və Şərq mədəniyyətləri haqqında mühazirələr oxumuşdur. O, Yaxın və Orta Şərq xalqları tarixinin bilicisi olmaqla yanaşı, həm də rəssam və musiqiçi idi. Ağır təqib illərində yaşamaq üçün bu bilik və bacarıqlarından istifadə etmişdir. Sara xanım dram teatrında rəssam və dekorator, məktəbdə müəllim işləmiş, müəllimi Üzeyir Hacıbəyovun dəvəti ilə 15 il Konservatoriyada xarici dildən dərs demiş, eləcə də öz çəkdiyi rəsm əsərlərini sataraq dolanmışdır. Sərgilərdən birində onun "Göygöl" əsərini Meksika nümayəndələri almışlar.
Sara Baykina
Sara Baykina (tatar. Сара Нәбиулла кызы Байкина; 14 dekabr 1895, Həştərxan – 1972, Həştərxan) — Rus və sovet aktrisası, Krım Muxtar Sovet Sosialist Respublikasının əməkdar artisti, RSFSR-nın əməkdar artisti (5.11.1940). Məşhur tatar aktyoru, rejissor, müəllim Cəlal Muxametzyanoviç Baykinin (1886-1954) həyat yoldaşı. Sara Baykina 14 dekabr 1895-ci ildə Həştərxan şəhərində anadan olmuşdur. Teatr səhnə fəaliyyəti 1912-ci ildə Həştərxan Tatar teatr truppasında başlayır. 1913-1914-cü illərdə Səyyar, 1916-cı ildə Şirkat truppasında çalışır. Oktyabr İnqilabından sonra, 1919-cu ildə Həştərxan Tatar teatr studiyasında oxuyur. 1922-ci ildə Kazandakı Birinci Tatar Nümayiş Teatrında çıxış edir. 1928-1929-cu illərdə Kamal Tatar Akademik Teatrında çalışır, 1930-cu illərdə Bakıdakı Tatar teatrında, daha sonra Simferopoldakı Krım Tatar teatrında fəaliyyətini davam etdirir. Sara Baykina teatrla birlikdə Özbəkistana sürgün edilir.
Sövməə Sara
Sövməə Sara — İranın Gilan ostanında yerləşən şəhər. Sövməə Sara əhalisinin çoxluğunu giləklər və talışlar təşkil edir. Şəhərdə 2006-cı il siyahıya alınmaya görə 36,522 nəfər yaşayır (10,070 ailə).
Vint Serf
Vinton Qrey Serf (ing. Vinton Gray Cerf; 23 iyun 1943, Nyu-Heyven[d], Konnektikut, ABŞ) – amerikalı internet pioneri və "İnternetin ataları"ndan biri. O, bu adı TCP/IP yaradıcılarından biri olan Robert Elliot Kan ilə paylaşır. O, Milli Texnologiya Medalı, Türinq mükafatı, Prezident Azadlıq medalı, Markoni mükafatı və Milli Mühəndislik Akademiyasına üzvlük kimi fəxri dərəcələr və mükafatlar alıb. Vinton Qrey Serf 23 iyun 1943-cü ildə Konnektikut ştatının Nyu-Heyven şəhərində anadan olub. Serf Con Postel və Stiv Kroker ilə birlikdə Van Nuys Liseyində təhsil alıb. Orta məktəbdə olarkən Cerf altı ay boyunca Rocketdyne-də Apollo proqramı üzərində işləmiş və F-1 mühərriklərinin dağıdıcı olmayan sınaqları üçün statistik analiz proqramlarının yazılmasına kömək etmişdir. Serf Stenford Universitetində riyaziyyat üzrə bakalavr dərəcəsi almışdır. Kollecdən sonra Serf iki il IBM-də QUIKTRAN-ı dəstəkləyən sistem mühəndisi kimi çalışıb. Los-Anceles Kaliforniya Universitetində aspiranturada oxumaq üçün IBM-dən ayrılmış və burada 1970-ci ildə elmlər doktoru, 1972-ci ildə isə fəlsəfə doktoru dərəcəsini qazanmışdır.
Yunus Sarı
Yunus Sarı (21 yanvar 1991) — Türkiyəli taekvondoçu. Yunus Sarı Türkiyəni 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarında təmsil etdi. Yunus Sarı birinci dəfə İslam Həmrəyliyi Oyunlarına 2017-ci ildə qatıldı. O, Bakıda baş tutan IV İslam Həmrəyliyi Oyunlarında kişilər 80 kq çəkidə, 1/4 final mərhələsində Əfqanıstanın nümayəndəsi Kafayatullah Geyase üzərində 17:10 hesabı ilə qalib gələrək, yarmfinala yüksəldi. Yarımfinalda Sarı Özbəkistanın nümayəndəsi Maksim Rafaloviç ilə üz-üzə gəldi və rəqibinə 7:5 hesabı ilə qalib gəldi. Final qarşılaşmasında Sarı Azərbaycanın nümayəndəsi Milad Beigi ilə üz-üzə gəldi və rəqibinə 5:9 hesabı ilə məğlub oldu. Sarı yarışlarda gümüş medalın sahibi oldu.
Yusuf Sarı
Yusuf Sarı (20 noyabr 1998, Martiq[d]) — Türk futbolçusu. "Trabzonspor" klubunun Yarımmüdafiəçisidir.
Sara Bağırova
Sara Bernar
Sara Bernar (fr. Sarah Bernhardt) — dünya şöhrətli teatr aktrisası. Xüsusilə, 1870-ci illərdə Avropada məşhurlaşmış və ardından qısa müddətdə ABŞ-də tanınmış bir şəxsə çevrilmişdir. Parisdə, Rosine Bernar olaraq doğulan Bernar; "Youle" adıyla tanınan Jüli Bernar adında yəhudi əsilli Hollandiyalı bir həyat qadınının həyatda qalan, evlilik xarici ən böyük qızı idi. Dolanışığını təmin edə bilmək üçün, aktrisalıq və həyat qadınlığı ilə məşğul olurdu–bu zamanlarda, hər iki peşə bir baxıma skandal idi, ancaq həyat qadınlığı ictimai dairələrdə daha üstün peşə sayılırdı və təhsilli olmaları vəziyyətində bərabər olaraq görülməkdəydilər. Bu vəsilə ilə, həyat qadınlığı bəzi hallarda daha hörmət edilən bir peşə, əlavə iş ola bilirdi. Duc de Morny sponsorluğunda 1859-ci ildə teatr təhsili üçün Convervatoire də Musique et Declamation oxuduldu. Səhnə karyerası 1862-ci ildə başlayan Sara, məşhur fransız məktəbi olan "comédie Francaise"da bir şagird idi. Şöhrəti də 1870-ci illərdə Avropaya yayıldı və ABŞda Nyu-Yorka qədər uzandı. Qısa bir müddət sonra dramatik aktrisa olaraq böyük şöhrət qazandı və nəticədə "Müqəddəs Sara" ləqəbini qazanaraq dünya teatr və incəsənət tarixində silinməz, eyni zamanda özünəməxsus iz buraxdı.
Sara Braun
Sara Braun (31 oktyabr 1963) — Böyük Britaniyanın baş naziri Qordon Braunun xanımı. Sara Braun 1963-cü ilin oktyabrın 31-də anadan olub. Braun Bristol Universitetinin psixologiya fakültəsini bitirib. O, 2000-ci ildə Britaniyanın baş naziri Qordon Braunla ailə həyatı qurub. Onların Con və Ceyms Fraser adlı iki övladı var. 2001-ci ildə doğulan ilk övladı Cenifer Con isə dünyasını dəyişib. Braun ədəbiyyatla maraqlanır. O, yazıçı C.K. Rovlinqin yaxın dostudur.
Sara Braytman
Sara Braytman — ingilis soprano, aktrisa, bəstəkar və rəqqasə. Sara Braytman dünyada ilk 66 milyon CD və 2 milyon DVD satışına nail olan sopranodur.
Sara Danius
Sara Maria Danius (5 aprel 1962 – 12 oktyabr 2019[…], Stokholm) — keçmiş Nobel ədəbiyyat komitəsi üzvü, tənqidçisi, akademik, pedaqoq və estetikdir. Sara Danius 5 aprel 1962-ci ildə İsveçin Tabi şəhərində anadan olub. Södertörn Universitetində estetika professoru, Uppsala Universitetinin Ədəbiyyat kafedrasında müəllim və Stokholm Universitetində Ədəbiyyat Elmləri professoru olmuşdur. Danius, İsveç Akademiyasının daimi üzvü və ilk qadın katibi idi. 2018-ci ildəki sui-istifadə məsələlərində əsas adlardan biri olan Nobel Ədəbiyyat Mükafatı 2018-ci ildə ləğv edildi və Akademiya yenidən quruldu. İsveçli tənqidçi, akademik, estetik və pedaqoq olan Sara Danius, 12 oktyabr 2019-cu ildə Stokholmda 57 yaşında, döş xərçəngindən vəfat etdi. Försök om litteratur, Stockholm: Bonnier, 1998. ISBN 9789100567569. Prousts motor, Stockholm: Bonnier, 2000. ISBN 9789100571061.
Sara Dudni
Sara Dudni(ing. Sarah Doudney, 15 yanvar 1841 və ya 1843 – 8 dekabr 1926 və ya 1926, Oksford) — Sarah Doudney (15 yanvar 1841, Portsmouth, Portsmouth, Hampshire - 8 dekabr 1926, Oxford) İngilis yazıçı və şair idi. Ən çox uşaq ədəbiyyatı və ilahiləri ilə tanınır. Dudninin atası şam və sabun istehsalına sahib idi. Əmilərindən biri İncil jurnalının redaktoru Evanqelist keşiş David Alfred Dudni və Old Conatan idi. Dudni fransız qızlar məktəbində təhsil aldı və uşaqlıqdan şeir və nəsr yazmağa başladı. 15 yaşında yazdığı Anqlikan kilsəsi ailə jurnalında (1864) nəşr olunan "Su dəyirmanının dərsi" mahnısı İngiltərə və ABŞ-da geniş yayılmışdır. Dudni, 30 yaşına qədər valideynləri ilə Katerinqton yaxınlığında yaşamağa davam etdi. Dudninin ilk romanı "Boz Divarların Altında" 1871 -ci ildə çıxdı. Uğur 1872 -ci ildə üçüncü Arçinin köhnə masası ilə gəldi.
Sara Errani
Sara Errani (d. 1987, İtaliya) — tenisçi. Sara Errani 2012-ci ilin oktyabr ayında dünya reytinqində 6-cı yerə çıxması karyerasında zirvədir və yeni mövsümə də həmin nəticə ilə yollandı. Digər tərəfdən, təkcə fərdi deyil, qoşa yarışlarda da nailiyyətlər əldə etdi. Cütlərin “Böyük dəbilqə” turnirinin Fransa və ABŞ mərhələlərində qalib gəlməklə dünya sıralamasında birinci yerə çıxdı. Tofiq Vəziroğlu, "Onun adı Viktoriya", "New Baku Post" qəzeti, №49(49), 08.12.2012. səh.14.
Şərf
Şərf — geyim növü və aksessuarı Şərfin yaranma tarixi çox qədimdir. Arxeoloqlar belə hesab edirlər ki, şərfdən ilk dəfə 2.000 il bundan əvvəl bəzək əşyası kimi istifadə edirmişlər. 1974-cü ildə Çində böyük bir qəbiristanlıq aşkar edilmişdir. Bura - hərbçi qəbiristanlığı imiş. Burada dəfn olunanların qəbirlərindən 7.000-dən çox boynuna şarf dolanmış hərbçi fiqurları tapılmışdır. Bu səbəbdən də tarixçilər hesab edirlər ki, şərfın vətəni - Çindir. Neçə əsrlər bundan əvvəl Çin imperatoru Çen döyüşçülərin hansı səviyyəyə aid olduğunu ayırd etmək üçün döyüşçülərin boynuna şərflar bağlatdırırdı. İmperator Çenin yüksək səviyyəyə məxsus döyüşçüləri boyunlarına – ipək şarf, adi döyüşçülər isə boyunlarına – pambıq şərflar dolayırdılar. Qədim Misirdə ipək şarflar - sosial status və avtoritet əlaməti hesab edilirdi. Qədim şəkillərdən məlum olur ki, çariça Nefertitinin şarfları ipəkdən hazırlanırmış.
Şarl
Şarl (fr. Charles Fransızca tələffüz: [ʃaʁl]) — fransız kişi adı.
Bilyard şarı
Bilyard şarı - Bilyard oyununda istifadə olunan iri toplar.Oyunda çəhrayı,qara,qırmızı,qəhvəyi,yaşıl,sarı şarlar olur.Qara şar 7 bal,qəhvəyi,sarı və yaşıl şarlar 3 bal ,çəhrayı şarlar 5 bal ,Qızmızı şarlar 1 bal qazandırır.Bu şarlar (Qəhvəyi,çəhrayı,sarı,yaşıl və qara)sadəcə oyunda xal qazanmaqçündür.Onları səbətə atanda top yenidən stola qoyulur və oyunçunun xalı artır.(çoxballı şarı iki səfə təkrar səbətə atmaq olmaz.)Rəngli şarların hərəsindən bir dənə,Qızmızı şarlar isə 5 dənə olur.Qızmızı şarlar bitəndə digər şarlar səbətə düşsə belə qalır.Ən sonda (şarlar bitəndə) balı çox olan qazanır. XIX əsrdə Avropada və ABŞ-də bilyard oyunu çox populyar olmuşdur. Bu oyunun kütləviliyinə əngəl olan yeganə amil onun şarları idi. Çünki bilyard şarları əvvəllər fil sümüyündən hazırlandığı üçün çox baha idi. 1860-cı illərdə bilyard şarlarının düzəldilməsi üçün fil sümüyünə alternatıv bir material icad edənə 10 min dollar dəyərində mükafat da ayrılmışdı. Bu məbləğ, o dövrlər üçün çox nəhəng bir məbləğ idi. Fil sümüyünə alternativ olan bir material dedikdə, bu material bilyard şarlarının bütün əlamət və keyfiyyətlərini özündə əks etdirməli idi. Belə ki, həmin material bərk və ağır, nəmə və zərbələrə qarşı davamlı, sığallı və bir az da elastik olmalı idi. 10 min dollarlıq mükafatı amerikalı ixtiraçı D. Hayett almışdır. O, 1869-cu ildə ilk dəfə olaraq çox ucuz bilyard şarları hazırlamışdır.
Hava şarı
Hava şarı və ya aerostat — isidilmiş hava, yaxud helium və ya hidrogen kimi yüngül qazlarla doldurulan və nəticədə havadan yüngül olduğu üçün uça bilən nəqliyyat vasitəsi. Jozef Mişel Monqolfe və Jak Etyen Monqolfe yaşadıqları Annonay kəndində, diametri 10.5 metr olan torbanın içərsinə isti su dolduraraq, ilk qeyri-rəsmi uçuşu həyata keçirmişdilər. Həmin uçuş zamanı hava şarı 450 metr hündürlüyə qədər yüksəlmiş, 10 dəqiqə ərzində 2 kilometr məsafə yol getmişdir. Bütün təlimlərdən sonra, Monqolfe qardaşları şəhər mərkəzində, uçuş həyata keçirmək qərarına gəlirlər. 19 sentyabr 1783-cü ildə kütlə qarşısında, ilk uçuş icra edilir. Kütlənin arasında məşhur diplomat Bencamin Franklin də vardı. Uçuş Paris şəhərində, uğurla icra edilmişdir. Uçuş əsnasında, hava şarının səbətinə, bir xoruz, bir ördək və bir qoyun qoyulmuşdur. İki ay yarımdan sonra 27 avqust 1783-cü ildə professor fizik Jak-Aleksandr-Sezar Şarlın hava şarı start verdi, hansı ki, Monqolfe qardaşlarının şarı kimi isti hava ilə deyil hidrogenlə doldurulmuşdu. Qeyd etmək lazımdır ki, Monqolfe qardaşlarının hava şarı kəşfi praktiki olaraq təsadüfü olmuşdur: uçan aparatı yaratmaq fikri onlara istifadə olunmuş kağızların ocaqda yanarkən yanmış hissələrinin uçması nəticəsində yaranmışdır.
Jak Şarl
Jak Şarl (fr. Jacques Charles; 12 noyabr 1746[…], Bojansi[d] – 7 aprel 1823, Paris, Fransa) — Fransız alim, ixtiraçı və riyaziyyatçı. Jak Şarl 1746-cı ildə Beogensi şəhərində anadan olmuşdur. O, hava şarı ilə ilk uçuşunu 1783-cü ilin 27 avqust tarixində etmişdir. Jak Şarl 1783-cü ilin 1 dekabr tarixində, Alin Roberts ilə birlikdə La Charlière adlı hava şarı ilə 550 metr hündürlüyə yüksəlmişdir.
Uilyam Şarp
Vilyam Şarp (ing. William Forsyth Sharpe) (d. 16 iyun 1934) — amerikalı iqtisadçı. Harri Markovits və Merton Millerlə birlikdə 1990-cı ildə İqtisadiyyat üzrə Nobel mükafatına layiq görülmüşdür. Maliyyə varlığının qiymətləndirmə modelini (ing. Capital Asset Pricing Model) meydana gətirənlərdən biridir. Riskə görə tənzimlənmiş investisiyaların qabiliyyətinin analizi üçün Şarp nisbətini meydana gətirmiş və seçim dəyərləndirilməsində istifadə olunan iki terminli seçim metodunun təkmilləşdirilməsində xidməti olmuşdur. Vilyam Şarp 16 iyun 1934-cü ildə Boston şəhərində anadan olub. 1951-ci ildə Berkli Kaliforniya Universitetinin tibb fakültəsinə qəbul olunsa da, təhsilinin ilk ilində fikrini dəyişdirərək Los Anceles Kaliforniya Universitetinə keçdi. Mühasibata qarşı marağı olmayan Vilyam Şarp iqtisadiyyat üzrə təhsil almağı qərarlaşdırdı.
Vilyam Şarp
Vilyam Şarp (ing. William Forsyth Sharpe) (d. 16 iyun 1934) — amerikalı iqtisadçı. Harri Markovits və Merton Millerlə birlikdə 1990-cı ildə İqtisadiyyat üzrə Nobel mükafatına layiq görülmüşdür. Maliyyə varlığının qiymətləndirmə modelini (ing. Capital Asset Pricing Model) meydana gətirənlərdən biridir. Riskə görə tənzimlənmiş investisiyaların qabiliyyətinin analizi üçün Şarp nisbətini meydana gətirmiş və seçim dəyərləndirilməsində istifadə olunan iki terminli seçim metodunun təkmilləşdirilməsində xidməti olmuşdur. Vilyam Şarp 16 iyun 1934-cü ildə Boston şəhərində anadan olub. 1951-ci ildə Berkli Kaliforniya Universitetinin tibb fakültəsinə qəbul olunsa da, təhsilinin ilk ilində fikrini dəyişdirərək Los Anceles Kaliforniya Universitetinə keçdi. Mühasibata qarşı marağı olmayan Vilyam Şarp iqtisadiyyat üzrə təhsil almağı qərarlaşdırdı.