Uilyam Şarp

Vilyam Şarp (ing. William Forsyth Sharpe; 16 iyun 1934[1][2], Boston və ya Kembric, Massaçusets) — amerikalı iqtisadçı. Harri MarkovitsMerton Millerlə birlikdə 1990-cı ildə İqtisadiyyat üzrə Nobel mükafatına layiq görülmüşdür. Maliyyə varlığının qiymətləndirmə modelini (ing. Capital Asset Pricing Model) meydana gətirənlərdən biridir. Riskə görə tənzimlənmiş investisiyaların qabiliyyətinin analizi üçün Şarp nisbətini meydana gətirmiş və seçim dəyərləndirilməsində istifadə olunan iki terminli seçim metodunun təkmilləşdirilməsində xidməti olmuşdur.

Vilyam Şarp
ing. William Forsyth Sharpe
Doğum tarixi 16 iyun 1934(1934-06-16)[1][2] (90 yaş)
Doğum yeri
Milliyyəti ABŞ ABŞ
Elm sahəsi iqtisadiyyat
İş yerləri Vilyam Şarp Assosasiyası, Stanford Universiteti, Kaliforniya Universiteti İrvin, Vaşinqton Universiteti, RAND Kooperasiyası
Təhsili
Elmi rəhbərləri Armen Alçiyan, Harri Markovits (qeyri-rəsmi)
Tanınmış yetirməsi Hovard Sosin
Tanınır Maliyyə varlığı qiymətləndirmə modeli, Şarp nisbəti
Mükafatları Nobel mükafatı 1990 İqtisadiyyat üzrə Nobel mükafatı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Vilyam Şarp 16 iyun 1934-cü ildə Boston şəhərində anadan olub.[3] 1951-ci ildə Berkli Kaliforniya Universitetinin tibb fakültəsinə qəbul olunsa da, təhsilinin ilk ilində fikrini dəyişdirərək Los Anceles Kaliforniya Universitetinə keçdi. Mühasibata qarşı marağı olmayan Vilyam Şarp iqtisadiyyat üzrə təhsil almağı qərarlaşdırdı. Universitetdə təhsil alarkən iki professordan təsirləndi: Armen Alçiyan və maliyyə professoru J. Fred Ueston.

Vilyam Şarp məzun olduqdan sonra 1956-cı ildə RAND Kooperasiyasında işləməyə başladı. Eyni zamanda Los Anceles Kaliforniya Universitetində Armen Alçiyanın elmi rəhbərliyində doktorluq dissertasiyasını müdafiə etmək üçün hazırlaşmağa başladı. Vilyam Şarp 1961-ci ildə Təhlükəsizlik bazarı xətti (ing. Security Market Line) növlərindən biri olan qiymətli kağızların tək faktorlu modeli nəzəriyyəsi ilə doktorluq dərəcəsinə yüksəldi.

  • 1963 — Portfel analizi üzrə sadələşdirilmiş model. İdarə elmi. 9 (2): 277–93.
  • 1964 — Kapital qiymətləri: Risk şəraitində bazarda tarazlıq nəzəriyyəsi. Maliyyə jurnalı. XIX (3): 425–42.
  • 1970 — Vilyam Şarp. Portfel nəzəriyyəsi və kapital bazarı. (2000 təkrar çap) ISBN 0-07-135320-8.
  • 1987 — Aktiv ayrılma alətləri. Elmi nəşriyyat.
  • 1999 — İnvestisiya. (Qordon J. Aleksandr və Cefri Beyli ilə birlikdə). ISBN 0-13-010130-3.
  • 2000 — İnvestisiyaların əsasları. (Qordon J. Aleksandr və Cefri Beyli ilə birlikdə). ISBN 0-13-292617-2.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. 1 2 William Forsyth Sharpe // Brockhauz Ensiklopediyası (alm.).
  2. 1 2 William F. Sharpe // Munzinger Personen (alm.).
  3. William F. Sharpe, "Autobiography" Arxivləşdirilib 2013-06-10 at the Wayback Machine, in The Nobel Prizes 1990, Editor Tore Frängsmyr, Nobel Foundation, Stockholm, 1991