Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Balxaş
Balxaş gölü (köhnə Türkcə: Terinğ köl; qaz. Balqaş Köli) Cənub-şərq Asiyada Balxaş-Alakul çökəkliyində yerləşən göl. Cəmi su hövzəsi 413,000 km²dir. Qazaxıstan sərhədləri içərisində olan, maksimum uzunluq 605 km, maksimum genişlik isə şərqdə 74 km, qərbdə 19 kmdir. Sahə 16.996 km²dir. Ən dərin nöqtəsi 25,6 metr ikən ortalama dərinlik 5,8 metrdir. Cəmi sahillərinin uzunluğu 2.385 kmdir. Dənizdən yüksəkliyi 341,4 metrdir. Balxaş gölü iki hissəyə ayrılır. Qərb hissəsi dayaz və enli, sahilləri çox parçalanmışdır.
Saldaş
Saldaş — Azərbaycan Respublikasının Qubadlı rayonunun Çərəli kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub. == Toponimikası == Saldaş kəndi Hərtiz dağının cənub-qərbində, dağətəyi ərazidədir. Kəndin ərazisi əvvəllər sofülu tayfasına məxsus qışlaq yeri olmuş və Saldaşlıq adlanmışdır. Sonralar yaşayış məntəqəsinə çevrilən qışlaq Saldaş kimi rəsmiləşdirilmişdir.
Sarxan
Sarxan — türk, altay və macar mifologiyasında əjdaha ilahı. Sarhan şəklində də deyilir. Sarıqan Xan, Sarıxan (Saruhan) və ya Sarıq Xan olaraq da bilinər. Əjdahaları idarə edər. Əlində mis bir dəyənəklə yeraltının doqquzuncu qatında yaşayır. Macar mifologiyasındakı əjdahanın adı Sarkanydır. == Macar mədəniyyətində == Çox başlı əjdaha (Sarkany) macar xalq əhvalatlarında mənfi xüsusiyyətlər daşıyan bir varlıqdır. (Avropa və İran mifologiyasında da əjdaha insanlara düşmən ikən Çin mədəniyyətində ejderhalar, ümumiyyətlə yaxşı xasiyyətli varlıqlardır.) Xristian mədəniyyətində ejderhalar Satan (Şeytan) və ya onun xidmətçiləri kimi görünür. "Sarkany" sözü macar nağıllarında qasırğa mənasını da saxlayır çünki "Sarkany" tez-tez qasırğalarla (və ya qasırğa kimi) gəlir. Bu xüsus qıpçaq qəbilələri vasitəsilə gələn və digər türk dillərində də bənzər söyleyişlerle iştirak edən kimi sözlərdə də görülməkdədir və "Sarkany" sözünün yağış, fırtına, qasırğa mənalarını ağıla gətirir.
Saylar
Say — əşyanın sırasını və ya miqdarını bildirən əsas nitq hissəsi. "Neçə?", "nə qədər?", "neçənci?" suallarından birinə cavab verir. Məsələn: iki (uşaq), beş (kitab), birinci (sinif) və s. Sıra sayları — əşyanın sırasını bildirən, neçənci?, bəzən də hansı? sualına cavab olan saylardır. Sıra sayları samitlə bitən müəyyən miqdar saylarının sonuna -ıncı⁴, saitlə bitənlərin sonuna -ncı⁴ şəkilçisi artırmaqla düzəlir. Məs: beş-inci, altı-ncı və s. Əvvəl, axır, son, filan tipli sözlər də -ıncı⁴ şəkilçi qəbul edərək sıra məzmunu ifadə edə bilir. Məs: axır-ıncı (adam), əvvəl-inci (şəkil) və s. Sıra sayları bəzən "hansı?" sualına da cavab verir.
Saypan
Saypan (ing. Saipan) — Şimali Marian adalarının paytaxtı; ada-şəhər. == Əhalisi == Ada-şəhərin əhalisi 62,4 min nəfərdir (2000), bu ölkə əhalisinin dörddə üçü deməkdir. Əsas ünsiyyət kkimi ingilis dilindən istifadə edilir. Məişətdə yerli xalqın dili olan çamorro geniş yayılıb. Şəhərdə Çin, Banqladeş, Filippin, Tailand, Vyetnam, Kamboca, yaponiya və Koreyadan gələnlər çox saydadırlar.
Sayqak
Sayqak (lat. Saiga tatarica) – Qazaxstan, Özbəkistan, Türkmənistan, Rusiya və Monqolustanda yaşayan cütdırnaqlı bir heyvandır. Hal hazırda iki yarımnövü mövcuddur – əsl sayqak (lat. Saiga tatarica tatarica) və monqol sayqakı (lat. Saiga tatarica mongolica). == Görünüşü == Məhv olma həddindədir. Bədənin uzunluğu 110–116 sm. Peysərdə hündürlüyü 60–67 sm. Quyruğun uzunluğu 8 sm. Gövdəsi uzunsovdur.
Sayram
Sayram (qaz. Сайрам) — Qazaxıstanda tarixi kənd. == Ümumi məlumat == Çimkəndin 10 km şəeqində, Sayramsu çayının sahilində yerləşir. Əhalisi 40 mindən çoxdur. Əhalinin 95 faizini özbəklər təşkil edirlər.. Eləcə də qazaxlar və başqa millətin nümayəndələri yaşayırlar. == Tarixi == == Sayram və Əhməd Yəsəvi == Əhməd Yəsəvi Qərbi Türküstanın Çimkənd şəhəri yaxınlığındakı Sayram qəsəbəsində dünyaya gəlmişdir. Orta Asiya türkləri arasında İslamı yayan, Anadolunun türkləşməsində və müsəlmanlaşmasında böyük rolu olan Əhməd Yəsəvinin doğum tarixi dəqiq bilinmir. Əhməd bin İbrahim bin İlyas Yəsəvi — Pir Sultan, Xoca Əhməd, Kul Xacə Əhməd kimi də tanınmışdır. O, ilk təlim və tərbiyəsini Yəsi şəhərində almış və bu şəhərin adını özünə təxəllüs götürmüşdür.
Sayğaq
Sayqak (lat. Saiga tatarica) – Qazaxstan, Özbəkistan, Türkmənistan, Rusiya və Monqolustanda yaşayan cütdırnaqlı bir heyvandır. Hal hazırda iki yarımnövü mövcuddur – əsl sayqak (lat. Saiga tatarica tatarica) və monqol sayqakı (lat. Saiga tatarica mongolica). == Görünüşü == Məhv olma həddindədir. Bədənin uzunluğu 110–116 sm. Peysərdə hündürlüyü 60–67 sm. Quyruğun uzunluğu 8 sm. Gövdəsi uzunsovdur.
Xaşxaş
Xaşxaş (lat. Papaver) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin xaşxaşkimilər fəsiləsinə aid bitki cinsi. == Haqqında == Xaşxaş ildə bir dəfə, mart və ya apreldə çiçək açar. Soğanlı bitkilərdən olub zanbaqgillər ailəsindəndir. Çoxaldılması toxum ilə deyil bala soğanları ilə olur. Toxum ilə çıxarmaq son dərəcə çətindir, bu üsula yalnız yeni növlər əldə etmək üçün müraciət edilir. Əksəriyyətlə bir soğan bir çiçək açır, amma bir soğanda iki və ya üç çiçək çıxaran xaşxaşlar da vardır. Bir və ya birdən çox olsa belə ildə bir dəfə çiçək açarlar. Çoxlu çiçək açan xaşxaşları çiçəkləri birdən birə ardınca ıçarlar. Əgər yalnız bir çiçək varsa bu il bir daha çıxarmayacaq deməkdir.
Ayxal
Ayxal (saxa Айхал; mənası – şöhrət) — Rusiyada, Saxa Respublikasının Mirni ulusunda şəhər tipli qəsəbə. Udaçnı şəhərindən 60 km cənubda yerləşir. 1961-ci ildə Ayxal kimberlit borusunun kəşfi ilə əlaqədar yaranmışdır. 2021-ci ildə əhalisi 13,725 nəfər olmuşdur. == Coğrafiya == Qəsəbə Soxsolox çayının sol sahilində üzərində salınmışdır. Əfsanəyə görə, buzla örtülü çayda hərəkət edən marallar suda boğularaq ölmüşdür. Müasir Ayxal iki hissəyə bölünür: yuxarı və aşağı yaşayış məntəqələri. Aşağı qəsəbə köhnə hissəsidir, taxta evlər var. Yuxarı qəsəbə beton beşmərtəbəli binalardan təşkil olunmuşdur. == Tarixi == Qəsəbənin əsası 1961-ci ildə Ayxal borusunun kəşfi ilə əlaqədar Amakinskaya geoloji-kəşfiyyat ekspedisiyasının geoloqları tərəfindən qoyulmuşdur.
Ayxan
Ayxan — Kişi adı.
Ayxax
Ayxax (alm. Aichach‎) — Almaniyada, Bavariya federal torpağında şəhər, rayon mərkəzi.
Savaş
Müharibə — dövlətlər, tayfalar və siyasi qruplar arasında onların hərbi birləşmələri arasında hərbi əməliyyatlar formasında gedən münaqişə. Müharibə bir tərəfin digər tərəfə öz möqeyini zorla qəbul etdirmək cəhdidir. Digər sözlə, «müharibə siyasətin başqa formada davam etdirilməsidir». Albert Eynşteyn müharibə haqqında demişdir : == Ədəbiyyat == Война и армия. Философско-социологический очерк. М.: Воениздат, 1977. Война и мир в земледельческих предклассовых и ранних классовых обществах // Перщиц А. И., Семенов Ю. И., Шнирельман В. А. Война и мир в ранней истории человечества. Т. 2. М., Институт этнологии и антропологии РАН. 1994. С.7-127.
Sayad
Sayad (Xaçmaz)
Sayan
Şərqi Sayan Sayan dağları Sayan dağı — Ağsu rayonu ərazisində dağ. Hündürlüyü 1146 m.
Sayda
Pollachius virens (lat. Pollachius virens) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin treskakimilər dəstəsinin treskalar fəsiləsinin pollachius cinsinə aid heyvan növü.
Sayka
Sayka (lat. Boreogadus saida) — Arktikanın soyuq sularında yayılmış, Treskakimilər dəstəsinin, Treskalar fəsiləsinə daxil olan. Öz cinsinin yeganə nümayəndəsidir. == Təsviri == Maksimal uzunluğu 40 sm, adətən isə 25 sm olur. Orta ömür müddəti 7 ildir. Quyruğa doğru bədən kiçilir. Bığı kiçikdir. Başı isə əksinə böyükdür. Alt çənəsi nisbətən irəlidir. Başının üzəri və beli boz-qəhvəyidir.
Sayqa
Sayqak (lat. Saiga tatarica) – Qazaxstan, Özbəkistan, Türkmənistan, Rusiya və Monqolustanda yaşayan cütdırnaqlı bir heyvandır. Hal hazırda iki yarımnövü mövcuddur – əsl sayqak (lat. Saiga tatarica tatarica) və monqol sayqakı (lat. Saiga tatarica mongolica). == Görünüşü == Məhv olma həddindədir. Bədənin uzunluğu 110–116 sm. Peysərdə hündürlüyü 60–67 sm. Quyruğun uzunluğu 8 sm. Gövdəsi uzunsovdur.
Sayra
Sayra (lat. Cololabis saira) — Sayralar cinsinə daxil olan dəniz balığı. Mühüm sənaye əhəmiyyəti vardır. == Təsviri == Uzunsov formaya malikdir. Pulcuqları kiçik ölçülüdür. Alt çənəsi üst çənəyə nisbətdə uzundur. Beli tünd-yaşıl və ya mavi-yaşıldır. Böyür nahiyəsi gümüşüdür. Bədəninin maksimal uzunluğu 40 sm, çəkisi isə 180 q. Orta ömür müddəti 5—6 ildir.
Balxaş gölü
Balxaş gölü (köhnə Türkcə: Terinğ köl; qaz. Balqaş Köli) Cənub-şərq Asiyada Balxaş-Alakul çökəkliyində yerləşən göl. Cəmi su hövzəsi 413,000 km²dir. Qazaxıstan sərhədləri içərisində olan, maksimum uzunluq 605 km, maksimum genişlik isə şərqdə 74 km, qərbdə 19 kmdir. Sahə 16.996 km²dir. Ən dərin nöqtəsi 25,6 metr ikən ortalama dərinlik 5,8 metrdir. Cəmi sahillərinin uzunluğu 2.385 kmdir. Dənizdən yüksəkliyi 341,4 metrdir. Balxaş gölü iki hissəyə ayrılır. Qərb hissəsi dayaz və enli, sahilləri çox parçalanmışdır.
Kaylaş Satyarti
Kaylaş Satyarti (hind कैलाश सत्यार्थी, ing. Kailash Satyarthi; d. 11 yanvar 1954-cü il, Vidişa, Madxya-Pradeş, Hindistan) — uşaq hüquqları uğrunda Hindistan fəalı, Nobel sülh mükafatı laureatı (2014). O, Baçpan Baçao Andolan, Uşaq Əməyinə Qarşı Qlobal Yürüş, Təhsil üçün Qlobal Kampaniya və Kaylaş Satyarti Uşaq Fondu da daxil olmaqla bir çox ictimai fəal təşkilatların təsisçisidir. Kaylaş və onun Baçpan Baçao Andolandakı komandası Hindistanda 86 mindən çox uşağı uşaq əməyindən, köləlikdən və insan alverindən azad edib. 1998-ci ildə Satyarti uşaq əməyinin ən sərt formalarına qarşı qlobal tələbi irəli sürmək üçün 103 ölkəni əhatə edən 80.000 km (təqribən 49.710 mil) uzunluğundakı Uşaq Əməyinə Qarşı Qlobal Yürüş təşkil etdi və ona rəhbərlik etdi. Bu, istismar edilən uşaqlar adına indiyə qədər ən böyük ictimai hərəkatlardan birinə çevrildi. Uşaqların və gənclərin də daxil olduğu yürüş iştirakçılarının tələbləri (xüsusən də məcburi əmək üçün insan alverindən, istismardan, cinsi zorakılıqdan, qanunsuz orqan transplantasiyasından, silahlı münaqişədən və s. qurbanlar) uşaq əməyinin ən pis formaları haqqında BƏT-in 182 saylı Konvensiyasının layihəsində öz əksini tapmışdır. Növbəti il Konvensiya BƏT-in Cenevrə Konfransında yekdilliklə qəbul edildi.
Salxab Məmmədov
Səlhab (Salxab) İsa oğlu Məmmədov (4 yanvar 1943, Nuxa) — Azərbaycan rəssamı, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının prorektoru, Azərbaycan Rəssamlar İttifaqı sədrinin birinci müavini, professor, Azərbaycan Respublikasının xalq rəssamı (2006). == Həyat və yaradıcılığı == Məmmədov Səlhab İsa oğlu 1943-cü ildə Şəki şəhərində anadan olmuşdur. 1962–1968-ci illərdə Tbilisi Dövlət Rəssamlıq Akademiyasında təshil almışdır. Səlhab Məmmədovun yaradıcılığı Azərbaycan incəsənətinin 1970-ci illərdə formalaşmışdır. Rəssamın saxsı və metalda işlənən relyef kompozisiyalarından "Xoş gəlmisiniz!" (1969, Panno "İnturist" binasının ön tərəfindədir), "İnturist" binasının interyeri üçün hazırlanmış "Şərq motivləri" silsiləsi, metalda işlənmiş "Şərq melodiyası", "İçəri şəhər", "Qarabağ melodiyaları" kimi pannolar, "Bakı-Neft şəhəri" mövzusunda bir sıra rəsmlər və vitraj, "Naxçıvan" mehmanxanasının parlaq vitrajları, Qobustana həsr edilmiş 16 kompozisiya, "İçəri şəhər" dekorativ ləyən formasında plastik metal kompozisiya, Almaniyanın Vuppertal şəhərində özəl kolleksiyada saxlanılan "Dostluq" relyefi, Azadlıq rəmzi" və digər əsərləri misal çəkmək olar. Almaniyanın Berlin şəhərində ucaldılmış "Xocalı" abidəsinin, Roma şəhərindəki "Villa Borghese" parkında ucaldılmış Nizami Gəncəvinin, Polşanın Qniezno şəhərində ucaldılmış "Dostluq" abidəsinin həmmüəlifidir. Səlhab Məmmədov "Təsviri incəsənətdə rəsm", "Rəsm sənəti" kimi maraqlı elmi əsərlərin müəllifidir.Rəssam 1970-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvü, 1982–1988-ci illərdə Azərbaycan Rəssamlar İttifaqının məsul katibi, 1993-cü ildən Azərbaycan Rəssamlar İttifaqının katibi olmuşdur.Səlhab Məmmədov 1989–1993-cü illərdə Azərbaycan Dövlət İncəsənət Universitetində müəllim, 1993–1999-cu illərdə Dövlət İncəsənət Universitetinin dosenti, 1999-cu ildən Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Professoru, 2004-cü ildən Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Beynəlxalq əlaqələr üzrə prorektoru kimi fəaliyyət göstərir. S.Məmmədov dəfələrlə Azərbaycanda, Moskva, Peterburq şəhərləri kimi Rusiyanın mərkəzlərində və bəzi xarici ölkələrdə açılan bədii sərgilərin təşkilatçısı olmuş, baş rəssam və dizayner vəzifələrinin icrası üçün dəvət olunmuşdur.Səlhab Məmmədovun yaradıcılığı milli bədii ənənələrin ən mühüm xətlərini kəsişməsinə, real mühitin dərk edilmiş, düşünülmüş təsvirinə və bədii axtarışların müasirliyinə əsaslanır. Monumental saxsı, panno, vitraj və nəqqaşlıq əsərləri Məmmədovun geniş bədii düşüncə dairəsinin nümunəsidir. Onun bədii yaradıcılığı milli mövzu və mənbələrlə bağlıdır.
Salxay adası
Salxay — Laptevlər dənizinə daxil olan Oleyok körfəzində yerləşən ada. İnzinati cəhətdən Yakutiya ərazisinə daxildir. Adanın uzunluğu 6,7 km, eni 3 km təşkil edir. Olenok körfəzinin qərbində Olenok deltasından 40 km şimal-qərbdə yerləşir. Maksimal hündürlüyü 18 metrdir. Üzəi bstaqlıqlaşmışdır. Kiçik göllərə sahibdir. Sahil ərazidində dərinlik 2 metrdir.Şimalında Orto-Arı adası yerləşir. Ondan 1,5 km eni olsm Çuqas boğazı ilə ayrılır. İlin 9 ayı buzla örtülü olur.
Say saymaq
Say saymaq – Azərbaycanda ən çox yazqabağı (bayramqabağı) günlərdə əsasən uşaq və gənclər arasında, geniş şəkildə oynanılan qədim oyunlarından biridir. == Ümumi məlumat == Novruz bayramı günlərində eləcə də digər günlərdə uşaqların oynadıqları oyunlardan biridir. == Oyunun qaydaları == Uşaqlar oyuna başçı seçirlər. Başçı uşaqlarıcərgəyə düzür, müəyyən say rəqəmi seçir. Əsasən 15, 25, 35, 45, 55, 65, 75, 85, 95 rəqəmlərin götürürlər. Uşaqlardan bir-bir bu rəqəmləri tez-tez söyləmək tələb edilir. Çaşana hamı bir yerdə: - deyir, onu utandırırlar.
Sayman Aruz
Sayman Aruz (21 mart 1977) — Şair və yazıçı. Azərbaycan Yazıçılar Birliyinin Güney Azərbaycan Şöbəsinin rəhbəri. Azərbaycan Yazıçılar Birliyi sədrinin müşaviri, Güney Azərbaycan İcmasının təsisçisi və sədri == Həyatı == Sayman Aruz ( Saman Həsənzadə) aprel 19, 1979-ci ildə Cənub Azərbaycanın Sulduz şəhərində anadan olub. Orta təhsilini bitirdikdən sonra Təbriz Azad Universitetinin Kənd təsərrüfatı və Bakı Dövlət Universitetin Filologiya fakültəsini bitiribdir. Kiçik yaşlarından xiyabanda kitab satmaqla məşqul olub. Yaradıcılıq nümünələri dövrü mətbuatda, "Mərdom və cameə", "Məhdi Azadı", "Şəms", "Yarpaq", "Yaşmaq", "Günəş" və s. dərgi və qəzetlərdə cap olunmuşdur. 2001 və 2007-cu illərdə İran İslam Respublikasında keçirilən şeir festivalında birinci yerə layiq görülüb. İranda qadağa qoyulan "Süküt kimi sakit", "Barış xətabaləri" və Bakıda nəşr olunmuş "Bahar gəlmədi", "Paltarlarım adamsızdır", "A hərfinə uduzmaq", “Dənizləri yelləndirən faciə” adında şeir və "Yüz il inqilab" və "Bizi Öldürməyə gəlirlər "adında roman, eyni zamanda İmadəddin Nəsimi haqqında "Nəsimi mənzum dramı" və "Praktik irfan nəzəriyyəsi" kitablarının müəllifidir. Əlavə olaraq 11 müxtəlif mövzularda kitab çapa hazırdır.
Salmas
Salmas (fars. سلماس‎, az.-əbcəd سلماس، دیلمقان‎), Səlmas[mənbə göstərin] və ya digər tarixi adı Dilməqan — İranda şəhər və Qərbi Azərbaycan ostanında yerləşən Salmas şəhristanının Mərkəzi. == Etimologiyası == E'timad-ü səltənə bu şəhərin adının Assuriya hökümdarı Salmanasardan iqtibas olduğunu iləri sürmüşdür.Övliya Çələbi Salmas haqqında yazır: Tohid Məlikzadə Salmas adının iki bəxşdən təşkil tapdığını irəli sürür, bunlar Salma və as sözləridir. Salma salmaq feilindən törəmişdir, As isə Kültigin kitabələrində adı qeyd olunan As ve ya Az mədəniyyətindən alınmışdır. As/Az sözü məntəqədəki adlarda dəfələrcə qeyd ounub; Azərbaycan (Az+ərbaycan), Sivas (Siva+as), Astara (As+tara), Minas (Min+as) və s.Nəticədə Salmas sözünün mənası; "As elinin yurdu" şəklində özünü əks edir. == Tarixi == === Qədim dövr === 9 min illik Kültəpə (Əhrivan təpəsi)Yaxın şərqin ən qədimi yaşayış məskənlərindən biri olan Əhrivan təpə, Salmas şəhərinin şimal Qərb bölgəsində yer almışdır. Kültəpənin qazıntılarında tapılmış arxeoloji materiallar, salmasın qədim yaşayış mərkəzi olduğunu sübut edir. Bu təpənin böyük bir ərazidə yer aldığı, o çağlarda şəhər əhalisinin çox olduğundan xəbər verir.Aratta Dövləti Aratta Şəhər-Dövlətinin dəqiq sərhədləri bəlli olmasa da, bəzi tədqiqatçıların dediyinə görə Urmu gölü ətrafında yerləşirdi. Bu barədə Şumer lövlərində belə yazılır; "Aratta dağ ucalığında inşa edilmişdir. Yeraltı sular Arattanın suya olan tələbatını təmin edir.
Seytas
Seytas — Azərbaycan Respublikasının Qubadlı rayonunun Göyərcik kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 2020-ci ildə işğaldan azad olunub. == Toponimikası == Seytas kəndi dağətəyi ərazidədir. Yerli məlumata görə, yaşayış məntəqəsini vaxtilə Ermənistanın Aqvan və Danzaver kəndlərindən qaçıb gəlmiş ailələr Seytas adlanan köhnə kənd yerində salmışdılar. Kəndin adı 1933-cü ildə Seytaş şəklində qeydə alınmışdır. Güman etmək olar ki, kənd dağların əha¬təsində yerləşdiyi üçün sey (orta, mərkəz) və taş (daş, qaya) komponentlərindən ibarət olub, “dağların ortası” mənasındadır.
Şamxal
Şamxal, Şavkal və ya Şauxal — Dağıstanda qumuq, lak, dargi və s. hakimlərinin titulu. XII əsrin sonundan 1867-ci ilə qədər mövcud olmuşdur. Şamxal titulu Qazıqumuxda feodal əyanlarının məclisində verilir, eyni zamanda krım-şamxal (gələcək şamxal) müyyənləşdirilir. XVII əsrdən şamxalın haknmayyəti irsi idi və şamxal titulünu yalnız qumuq hakimlərn daşıyırdı. Şamxalın iqamətgahı Qazıqumux, Tərki və Buynak kəndlərində yerləşirdi. == İstinadlar == == Əlavə ədəbiyyat == Шамхал // Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т. и 4 доп.). СПб.. 1890–1907.
Şanxay
Şanxay (çin. 上海, ing. Shanghai) — Çində şəhər. Çinin ən böyük şəhəridir. Çinin şərq sahilində Yangtze çayı deltasında qurulmuşdu. Olduqca sıxlıq olan bu şəhər ayrıca Çin Xalq Respublikasının ən əhəmiyyətli liman şəhəridir. Şanghay, Şərq Çində Yangtze Çayı Deltasının sahilində iştirak edən Çin Xalq Respublikasının ən böyük və dünyanın da səkkizinci ən böyük şəhəridir. Məşhur olaraq Çinin müasir iqtisadiyyatının qalası olaraq hesab edilən şəhər bu istiqamətiylə, xalqın ən əhəmiyyətli mədəni, ticari, sənaye və ünsiyyət mərkəzlərindən biri olaraq xidmət görər. İnzibati olaraq Şangay Çin Xalq Respublikasının əyalət statusundakı bir bələdiyyəsidir. Bununla birlikdə Şangay dünyanın ən sıx limanlarından biridir və 2005də dünyadakı ən böyük yük limanı olmuşdur.
Şaxxat
Şaxxat (ərəb. شحات‎) — Liviyanın şimal-şərqində, Əl-Cəbəl əl-Əxdar rayonunda yerləşən şəhər. Kirena qədim zamanlarda eyni ərazidə yerləşirdi. Əl-baydanın 24 kilometr (15 mil) şərqində yerləşir. Şaxxat Dernayla iki yol ilə: Liviya Sahil Yolunun bir hissəsi və Susa və Ras Əl-Həlalın arasından keçən başqabir sahil yolu ilə bağlıdır. Liviya Vətəndaş Müharibəsi dövründə ilk olaraq şəhər üsyançıların nəzarətinə keçdi.
Şeyxan
Şeyxan qəzası
Şamaş
Şamaş— Assuriya və Babil mifologiyasında Günəş tanrısının akkadca adı. Şumer mifologiyasındakı Utudan törəmişdir. Atası Sin (Nanna - Ay), əkiz bacısı ise İştardır (Şumerdə İnanna - Dünya).Ərəblər şəms-günəş adını bu tanrıdan götürüblər.
Şanas
Şanas (fr. Chanas) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Russiyon kantonuna daxildir. Kommunanın dairəsi — Vyen. INSEE kodu — 38072. Kommunanın 1999-cu il üçün əhalisi 1931 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 142 ilə 223 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 440 km cənub-şərqdə, Liondan 50 km cənub, Qrenobldan 75 km qərbdə yerləşir.
Abdulabad (Salmas)
Abdulabad (fars. عبدل اباد‎) — İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 138 nəfər yaşayır (32 ailə).
Acvac (Salmas)
Acvac (fars. اجواج‎) — İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 411 nəfər yaşayır (82 ailə).