Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Sem dayı
Sem dayı (ing. Uncle Sam) — ABŞ-nin dünyada qəbul edilmiş qeyri-rəsmi simvolu. Əsasən uzun ağ saçları, uzunsov başlığı və dizə kimi çatan geyimi ilə təsvir edilmişdir. Sem dayı personajı Conatan Birayder və Yanke Dodlinin xarici görünüşünün əsasında çəkilmişdir. Sem dayı adının yaranma tarixi barədə dəqiq məlumat yoxdur. Ancaq adın Nyu-York ştatının Troy şəhərində yaşayan Samuel Vilson adlı iş adamının adı ilə bağlı olduğu ehtimal edilir. Bu ehtimala əsasən Samuel Vilson 1812-ci il müharibəsi zamanı ABŞ əsgərlərinə ət konservləri göndərirdi. Həmin konservlərin üzərində U.S yəni Birləşmiş Ştatlar sözü yazılırdı. Bununla Vilson konservilərin yalnız əsgərlər üçün nəzərdə tutulduğunu və şəxsi istehsal məqsədi ilə istifadə etməyin qadağan olduğu fikrini çatdırmaq istəmişdir. 1961-ci ildə ABŞ Konqresi tərəfindən qəbul edilən qərara əsasən, ölkə adının U.S formasında qısaldılması fikri Samuel Vilsona aiddir.
Hacı dayı
Hacı dayı — Azərbaycan şifahi xalq ədəbiyyatında əslən Azərbaycanın Şəki şəhərindən olan lətifə qəhrəmanı.
Sem Anderson
Sem Anderson (ing. Sam Anderson) - ABŞ aktyorudur. Həyat yoldaşı Barbara Andersondan əkiz uşaqları vardır.
Sem Berns
Sempson Qordon "Sem" Berns (23 oktyabr 1996, Providens[d] – 10 yanvar 2014, Foksboro[d], Massaçusets) — progeriya xəstəliyindən əziyyət çəkən və xəstəlik haqqında insanları maarifləndirən amerikalı aktivist. 2013-cü ilin yanvarında Semin həyatından bəhs edən “Semə görə həyat” adlı film çəkilir. Sem Berns “Xoşbəxt həyat üçün fəlsəfəm” adlı çıxışı ilə TEDx konfransında çıxış etdikdən bir il sonra vəfat etdi. == Progeriya Araşdırma Fondu == Sem Berns 23 oktyabr 1996-cı ildə Amerikanın Rod-Aylend ştatının Providens şəhərində anadan olub. Semin valideynləri Skot Berns və Lesli Qordon pediatr idilər. Onlar Semin xəstəliyi haqqında o, hələ iki yaşına çatmamış, 22 aylıq olarkən öyrəndilər. Təxminən bir il sonra onlar xəstəlik haqqında məlumatlılığı artırmaq, xəstəliyin səbəbləri və mümkün müalicə üsulları ilə əlaqədar axtarşılara təşviq etmək, əziyyət çəkənlərə və onların ailələrinə dəstək olmaq məqsədilə resurslar təklif etmək üçün Progeriya Araşdırma Fondunu təsis etdilər.. == TEDx konfransı == Sem 2013-cü ildə “Xoşbəxt həyat üçün fəlsəfəm” adlı çıxışı ilə TEDx konfransında çıxış etdi. Ölümünə üç ay qalmış çıxış lentə alındı və Youtube-da yayımlandı. Onun çıxışı internetdə 36,7 milyon dəfə izlənildi (2020-ci il fevral ayına kimi).
Sem Dəstyari
Səhənd „Sem“ Dəstyari (28 iyul 1983, Sari) — Azərbaycan əsilli Avstraliya siyasətçisi. 2013-cü ildən 2018-ci ilə qədər Yeni Cənubi Uelsi Avstraliya senatında təmsil etmişdir.
Sem Elliot
Semul Pak Elliot(ing. Samuel Pack Elliott; 9 avqust, 1944) — amerika aktyoru.
Sem Gibbons
Sam Melville Gibbons — Floridalı ABŞda doğulan siyasətçi. == Həyatı == 20 yanvar 1920-ci ildə doğulan Gibbons, Tampa da dünyaya gəlmişdir. Florida Universitetinin məzunudur. Floridanı bir neçə dəfə parlamentdə də təmsil etmişdir. Cənubi Florida Universitetinin qurulmasında çox böyük pay sahibidir. Ailəsi 4 nəsil boyunca dayanmadan hüquq məzunları adını daşıyır və Gibbons özü də universitetdə Hüquq təhsili almışdır.
Sem Hyuqen
Sem Hyuqen (ing. Sam Heughan) — Şotlandiyalı aktyor. Starzın Didərgin serialında oynadığı Ceymi Fraser rolu ilə tanınır. Serialdakı performansına görə 2 Saturn mükafatına layiq görülüb. Bundan başqa Royal Court Theatre Upstairs teatrındakı Uzaq Adalar adlı tamaşada oynadığı rola görə 2003-cü ildə iki dəfə Laurence Olivier Mükafatının "Ən ümid verici performansçısı"-na namizədliyi irəli sürülüb. == Filmoqrofiyası == === Film === === Televiziya === == Xarici Keçidlər == Sem Hyuqen — Internet Movie Database saytında.
Sem Perri
Sem Perri (d. 16 avqust 1995) — Yeni Zelandiyalı üzgüçü. Sem Perri Yeni Zelandiyanı 2017-ci ildə XXXVII Su idman növləri üzrə Dünya Çempionatında təmsil etdi. == Karyerası == Sem Perri birinci dəfə Dünya Çempionatına 2017-ci ildə qatıldı. O, Budapeştdə baş tutan XXXVII Su idman növləri üzrə Dünya Çempionatında kişilər 100 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 50.14 saniyəlik nəticəsi ilə 119 üzgüçü arasında 51-ci oldu və yarımfinala vəsiqə qazana bilmədi.
Sem Reymi
Samuel Marşall "Sem" Reymi (ing. Samuel Marshall «Sam» Raimi; 23 oktyabr 1959[…], Royal-Ou[d], Miçiqan) — amerikalı kinorejissor, ssenarist, kinoprodüser və aktyor. Karyerasının əvvəlində o, ironik qorxu filmlərindən ibarət Qorxunc ölülər trilogiyası ilə məşhurlaşdı. Reymi daha sonra Hollivudun böyük blokbasterlərinə çevrildi və Hörümçək-adam trilogiyasını və Disney studiyası üçün bir sıra fantastik filmləri idarə etdi. O, həmçinin digərləri arasında Zena: Cəngavərlərin şahzadəsi və Eş qorxunc ölülərə qarşı seriallarının yaradıcılarından biridir. == Həyatı == Sem Reymi Miçiqan ştatının Royal-ouk ərazisində, yəhudi ailəsində anadan olub. Valideynləri Macarıstandan və Rusiya İmperiyasından gələn yəhudi mühacirlərinin nəslindəndir. Atası Leonard Ronald Reymi və anası Celia Barbara Reymi yəhudiliyin Mühafizəkar qolunun tərəfdarları idilər. Semin nənəsi ABŞ-yə köçməzdən əvvəl onların soyadı Reynqeverts idi. İki qardaşı var - kiçik qardaşı Ted və bir neçə ssenarinin həmmüəllifi olan böyük qardaşı Ayvan.
Sem Rokuell
Sem Rokuell (5 noyabr 1968) — Amerikalı aktyor. "Oskar" Mükafatı, BAFTA , Qızıl qlobus, və üç Ekran Aktyorları Gildiyası Mükafatı da daxil olmaqla müxtəlif mükafatların laureatıdır. O həmçinin iki Praymtaym Emmi, və Tony Mükafatına namizəd olub. O, Lawn Dogs (1997), Yaşıl Mil (1999), Galaxy Quest (1999), Confessions of a Dangerous Mind (2002), Matchstick Men (2003), The Hitchhiker's Guide to the Galaxy (2005), Ay (2009), Frost/Nikson (2008), Dəmir adam 2 (2010), Conviction (2010), Kovboylar və yadplanetlilər (2011), Yeddi Psixopat (2012), The Way, Way Back (2013), Three Billboard Outside Ebbing, Missouri (2017), Vice (2018), Dovşan Coco (2019) və Richard Jewell (2019) kimi filmlərdə həm komediya, həm də dramatik rolları canlandıran personaj aktyoru kimi tanınır.
Sem Smit
Samuel Frederik Smit (19 may 1992, London) — ingilis müğənni və bəstəkar. 2012-ci ildə Latch mahnısı ilə məşhurlaşdı. Naughty boy adlı müğənninin "La La La" mahnısı ilə 2013-cü ilin may ayında ilk dəfə UK Singles Chart-da bir nömrə oldu. Onun ən məşhur mahnısı olan "Stay with Me" dünya miqyasında yayıldı. Bu mahnı İngiltərədə bir və Amerika Birləşmiş Ştatlarında iki nömrə oldu. Sonraki mahnısı "İ'm not the only one" isə İngiltərədə üç, ABŞ-də beş nömrə oldu.
Yanğınsöndürən Sem
Yanğınsöndürən Sem (vall Sam Tân; ing. Fireman Sam) — Sem adlı yanğınsöndürən, onun yanğınsöndürən yoldaşları və uydurma Uels kənd Pontipandi (iki real şəhərin, Pontypridd və Tonipandinin portmantosu) kəndinin digər sakinləri haqqında İngilis cizgi uşaq televiziya serialıdır. Şounun orijinal ideyası Londondan, İngiltərədən olan iki keçmiş yanğınsöndürəndən gəldi, onlar ideyalarını konsepsiyanı hazırlayan rəssam və yazıçı Rob Liyə apardılar və şou sifariş edildi.
Sem C. Cons
Sem C. Cons (ing. Sam J. Jones; d. 12 avqust 1954, Çikaqo) — ABŞ aktyoru.
Kem çayı
Kem çayı — Yenisey çayının sol qolu. == Əsas göstəricilər == Bu çay Rusiya Federasiyasının Krasnoyarsk əyalətindən axır. Çayın uzunluğu-356 km, hövzəsinin sahəsi isə 8940 кm²-dir.Qidalanmasında qarışıq mənbələrdəndir. Ancaq qar suları daha üstünlük təşkil edir. 1960-1993-cü illərin məlumatlarına əsasən Mixayilovka kəndində suyun sərfi 12,86 m³/san olmuşdur.
Sen çayı
Sena (fr. Seine [sɛn], lat. Sequana) — Fransanın şimalında çay, böyük nəqliyyat qovşağı. Uzunluğu — 776 km, sahəsi — 78,65 min km²-dir. == Hidroqrafiya == Sena mənbəyini Burqundiyanın cənubundakı Lanqr dağından götürür və Paris sahəsində genişlənir. Parisdən sonra onun axın xətti əyilir. Qavr yaxınlığında La-Manş körfəzindəki Sen buxtasına tökülür. Çayın başlanğıcında dünyada ən uzun asma körpülərdən biri tikilib. Ona tökülən çaylar: sağdan — Ob, Marna, Uaza; sol tərəfdən — Yonna. == İqtisadiyyat və ekologiya == Sendən gəmiçilik üçün geniş istifadə edilir.
Sım çayı
Sım çayı — Yenisey çayının sol qoludur. == Əsas göstəriciləri == Rusiya Federasiyasının Krasnoyarsk əyalətinin çayıdır. Yuxarı axarlarından Sağ Sım adlanır. Sağ Sım ilə uzunluğu-694 km, hövzəsinin sahəsi isə -31 600 km²-dir. Qərbi Sibir düzənliyinin bataqlıqlarının şərq hissəsi ilə axır. Qidalanmasında qarışıq mənbələrdə mövcuddur. Ən əsasını isə qar suları təşkil edir. İllik su sərfi -175 m³/san-dir. Oktyabrdan donan çayın suları may ayında dondan açılır.
Sen-Mem
Sen-Mem (fr. Saint-Maime, oks. Sant Maime) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Provans Alpları. Forkalkye kantonuna daxildir. Kommunanın dairəsi — Forkalkye. INSEE kodu — 04188. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 114 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 540 nəfər (15-64 yaş) arasında 388 nəfər iqtisadi cəhətdən, 152 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 71.9%, 1999-cu ildə bu göstərici 69.1%). Fəal olan 388 nəfərdən 346 nəfəri (178 kişi və 168 qadın), 42 nəfəri işsizdir (21 nəfər və 21 qadın).
Sem və Ket (teleserial, 2013)
Sem və Ket (ing. Sam & Cat) — Nickelodeon-da yayımlanan ABŞ sitkomu. İlk seriya 8 iyun 2013-cü ildə, sonuncu seriya 17 iyul 2014-cü ildə yayımlanmışdır.
Mərədərə-darı dağı
Mərədərə-darı dağı — Culfa rayonu ərazisində dağ (hünd. 1093,6 m). Zəngəzur silsiləsindən cənub-qərbə ayrılan Dəmirlidağ-Göydağ qolunun cənub istiqamətli Gəvək şaxəsinin qərb yamacında, Qaradərəçayın aşağı axınında, onun sol sahilində zirvə. Dizə kəndindən 1,5 km-dək cənub-şərqdədir. Alt Eosenin İpr mərtəbəsinin orta hissəsinə aid Gilançay lay dəstəsinin terrigen-çökmə süxurlarından təşkil olunmuş, qərb və cənub yamacları sıldırımlı günbəzvari yüksəklikdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Paradaş seqmentinin cənub-qərb cinahına aid Qarakəmər sinklinalının geniş cənub-qərb qanadında yerləşir.
Hərənin öz payı+tayı
== Məzmun == Film adidən də adi bir məişət əhvalatı üzərində qurulub: Mayılla (Rafael İsgəndərov) Qəndab (Samirə Əliyeva) bir ildir ki, nişanlıdırlar. Bakıya oxumağa getmiş Qəndab geri qayıdanda valideynlərindən nişan üzüyünü qaytarmağı tələb edir. Hadisələrin gedişatında məlum olur ki, Qəndab Bakıda Fəqan (Coşqun Rəhimov) adlı bir gənclə tanış olub və onlar bir-birilərini sevirlər. Fəqan da sevgilisinin arxasınca kəndə gəlir və bundan sonra hadisələr daha da mürəkkəbləşir... == Film haqqında == Film İsi Məlikzadənin xatirəsinə həsr edilmişdir.
Sen-Nazer-lez-Em
Sen-Nazer-lez-Em (fr. Saint-Nazaire-les-Eymes) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Muayan Qrezivodan kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38431. Kommunanın 2012-ci il üçün əhalisi 2942 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 221 ilə 1738 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 490 km cənub-şərqdə, Liondan 100 km cənub-şərqdə, Qrenobldan 11 km şimal-qərbdə yerləşir.
Cem
Cem - tərkibində ən azı 1% pektin maddələri, 1%-dən az olmayaraq üzvi turşu olan bütöv və ya doğranılmış meyvə-giləmeyvənin şəkər şərbətində paldaşəkilli konsistensiyaya qədər bişirilməsindən alınan qida məhsulu. Cem bişirmək üçün turş alma, armud, heyva, gavalı, alça, ərik, şaftalı, albalı (gilənar), gilas, qara qarağat, firəng üzümü, çiyələk, moruq, üzüm, əncir, xurma və digər meyvələrdən istifadə edilir. Cemin mürəbbədən əsas fərqi ondan ibarətdir ki, bişirilən meyvənin formasının saxlanılması vacib deyildir. Eyni zamanda cemin şirəsi mürəbbə şirəsindən fərqli jeleyəbənzər (paldalı) konsistensiyalı olub süzülmür və qeyri-şəffafdır. Cem bir dəfəyə bişirilir. Tərkibində az pektin olan meyvə-giləmeyvələrdən cem bişirdikdə ona davamlı jele əmələgətirən meyvə-giləmeyvə (heyva, bəzi sort almalar, firəng üzümü) qatmaq lazım gəlir. Cem bişirilməsi və əlavə olunan şəkərin miqdarına görə mürəbbəyə, konsistensiyasına və xarici görünüşünə görə povidloya oxşayır. == Mənbə == Əhmədov Ə. 1002 şirniyyat. Bakı, «Gənclik», 2010. == İstinadlar == The principles of jelly-making, by N.E. Goldthwaite ...
Jem
Jem — Qazaxıstanın Aqtöbe vilayətinin Mugaljar rayonunda şəhər. Emba şəhərinin 10 kilometr cənubunda yerləşir. Adını Qazax dilində belə adlandırılan Emba çayından almışdır. == Tarixi == İndiki Jem qəsəbəsi keçmiş hərbi şəhər Emba-5, Rusiya Federasiyası Müdafiə Nazirliyinin 11-ci Dövlət Araşdırma Sahəsinin inzibati və yaşayış mərkəzi. Şəhərin və zibilliyin qoyulduğu tarix, Qazaxıstan SSR-in Aktobe vilayətinin Emba stansiyasından 10 kilometr məsafədə ilk istinad dirəyinin döyüldüyü və çadır şəhərciyinin qurulduğu 7 may 1960-cı il sayılır. Şəhər sonsuz qazax çölləri arasında həqiqətən bir vaha olmuşdur. Qurulan bənd sayəsində bir vaxtlar kiçik Emba çayı bahar daşqınları zamanı geniş və olduqca təhlükəli bir çaya çevrildi. Əslində, hərbçilər boş bir yerin ortasında yaşıllıqlara qərq olmuş bir şəhər şəklində əsl bir möcüzə qurmağı bacardılar. Emba-5 məktəblərin, dükanların, yaxşılaşdırılmış tərtibatlı evlərin, xəstəxana, hesablama mərkəzi və məşhur Qarnizon Zabitlər Evinin (GARDO) sivilizasiyadan çox uzaqlarda tikildiyi nümunə bir hərbi şəhərə çevrildi. raket və pilot [mənbə 2101 gün göstərilməyib].
Dazı
Dazı (lat. Hypericum) — dazıkimilər fəsiləsinə aid bitki cinsi.
Hərənin öz payı+tayı (film, 2006)
== Məzmun == Film adidən də adi bir məişət əhvalatı üzərində qurulub: Mayılla (Rafael İsgəndərov) Qəndab (Samirə Əliyeva) bir ildir ki, nişanlıdırlar. Bakıya oxumağa getmiş Qəndab geri qayıdanda valideynlərindən nişan üzüyünü qaytarmağı tələb edir. Hadisələrin gedişatında məlum olur ki, Qəndab Bakıda Fəqan (Coşqun Rəhimov) adlı bir gənclə tanış olub və onlar bir-birilərini sevirlər. Fəqan da sevgilisinin arxasınca kəndə gəlir və bundan sonra hadisələr daha da mürəkkəbləşir... == Film haqqında == Film İsi Məlikzadənin xatirəsinə həsr edilmişdir.
Sen-Şef
Sen-Şef (fr. Saint-Chef) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Burquyen-Jalye-Nor kantonuna daxildir. Kommunanın dairəsi — La-Tur-dyu-Pen. INSEE kodu — 38374. Kommunanın 1999-cu il üçün əhalisi 2892 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 218 ilə 440 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 430 km cənub-şərqdə, Liondan 45 km şərqdə, Qrenobldan 60 km şimal-qərbdə yerləşir.
Dəmir (səma daşı)
Dəmir (Səma daşı) Dəmir yer qabığında ən çox yayılmış elementlərdən biridir. Bu cəhətdən o bütün keçid elementləri arasında birinci yeri tutur. Dəmirin bioloji sistemlərdə iştirakı hələ çoxdan məlum olmuşdur. Həm də belə sistemlərdə ona Fe2+ və Fe3+ ionları şəklində təsadüf olunur. Hər iki oksidləşmə halında dəmir ionları üçün oktaedrik quruluşda kompleks əmələ gətirmək xarakterdir. Dəmir insan orqanizminə əsasən bitki mənşəli qidalar və əl ilə daxil olur. İnsan bədənində dəmirin miqdarı 3-4 qramdır ki, bu da orqanizmdəki bütün digər keçid metalların ümüumi miqdarından çoxdur. Bədənin dəmir ehtiyatının 65-70% -i hemoqlabinin tərkibində 15%-I qaraciyərdə, dalağda, sümük iliyində və böyrəklərdə cəmlənmişdir. Qalanı isə zülal sintezində və plazmada oksidləşmə-reduksiya reaksiyalarında iştirak edir. Bioloji sistemlərdə dəmir onunla birləşən liqandın təbiətindən asılı olaraq, müxtəlif ion halında, məsələn, mioqlobin və hemoqlabində Fe2+-ionu katalaza və oksidazalarda isə Fe3+-ionu şəklində olur. Dəmirin insan orqanizmindəki bir vacib vəzifəsi çoxlarına məlumdur.
Əli Dayi
Əli Dayi (fars. علی دایی‎; 21 mart 1969, Ərdəbil, İran) — İran futbolçusu. Futbolçu karyerasını 2007-ci ildə bitirib. Milli futbol komandalarının tarixi boyu ən çox qol vuran oyunçudur. Milli komandanı Futbol üzrə dünya çempionatı 2006-dan sonra tərk edib. UNİCEF-in xoşməramlı səfiridir. == Həyatı == Əli Dayi 1969-cu il martrın 21-də Ərdəbilin Xeyral məhəlləsində anadan olmuşdur. Olan bu futbolçu milli yığmalar arasında beynəlxalq görüşlərdə braziliyalı Pele, arqentinalı Maradona və macar Puşkaş kimi futbol korifeylərindən daha çox qol vurmuşdur (109 qol). Əli Dayi İran milli futbol komandasının və İranın (İstiqlal, Persepolis, Saypa və b.), Qətərin (Əl-Sədd), BƏƏ (Əl-Şəbab), Almaniyanın (Arminiya, Bayern Münhen, Herta) bir çox futbol komandalarının heyətində çıxış etmişdir. YUNİSEF-in xoş məramlı səfiridir.
Sen-Pol adası
Sen-Pol adası (fr. L'île Saint-Paul) — Hind okeanında yerləşən, Fransanın Cənub və Antarktika ərazilərinə daxil olan ada. Amsterdam adasından 85 km cənubda yerləşir və iki ada birlikdə Amsterdam arxipelaqını təşkil edir. == Coğrafiya == Sen-Pol adası öz növbəsində vulkan məşəllidir. 12 km diametrə malikdir. Ada ağac örtüyündən məhrumdur. Adanın mərkəzində kalderada vulkan məşəlli körfəz vardır. Sen-Pol adasının qışda temperaturu 10-11 °S, yayda isə 17-17,5 °S təşkil edir. Adada pinqvinlər, Suiti və Dəniz quşlarına rast gəlinir. == Vulkan == Stratovulkandır.
Ayı adası (Şpitsbergen)
Ayı adası (norv. Bjørnøya) — Barens dənizinin qərbində, Şpitsbergen arxipelaqından cənubda yerləşən ada. Norveçə məxsus olsa da krallıq tərkibində xüsusi statusa sahibdir. == Kəşfi == Ayı adası 10 iyun 1596-cı ildə holland dənizçiləri Villem Barens və Yakov van Hemskerk tərəfindən kəşf edilmişdir. Ada ətrafı sularda Balina ovunu Şimali Qrenlandiya şirkəti həyata keçirirdi. == Toponim == Adanı ilk kəşf edənlər ada sahillərində üzən çoxlu ağ ayı müşahidə edirlər. Ayılardan biri hollandların qayığına daxil olmağa cəhd belə göstərmişdir. Buna qədər hollandlar ağ ayı görmıəmişdilər. Adanın adıda bundan götürülmüşdür. == Yerləşməsi == Ayı adası Qərbi Şpisbergen ilə Nordkap burnu arasında yerləşən dəniz yolun üzərindədir.
Dali
Salvador Dali (tam adı Salvador Domenek Felip Jasint Dali i Domenek, markiz de Pubol, kat. Salvador Domènec Felip Jacint Dalí i Domènech, Marqués de Dalí de Púbol, isp. Salvador Domingo Felipe Jacinto Dalí i Domènech, Marqués de Dalí y de Púbol; 11 may 1904[…] və ya 21 may 1904, Fiqeras[d] – 23 yanvar 1989[…], Fiqeras[d]) — məşhur İspaniya rəssamı, heykəltəraşı, filosofu və rejissoru, təsviri incəsənətdə sürrealizm cərəyanının ən məşhur nümayəndələrindən biri idi. == Həyatı == === Uşaqlığı === Salvador Dali 11 may 1904-cü ildə İspaniyanın şimalındakı Jerona əyalətinin Fiqeras şəhərində notarius ailəsində anadan olub. O, milliyyətcə katalon idi,özünü bu keyfiyyətdə dərk edirdi və bu özəlliyində israr edirdi. Onun böyük qardaşı (12 oktyabr 1901 - 1 avqust 1903) meningitdən öldü. Uşaqlıqda Dali çevik, lakin təkəbbürlü və idarəolunmaz uşaq idi. Bir gün o, bazarda şirniyyat üçün dava saldı, ətrafa camaat toplaşdı və polislər dükan sahibindən siesta zamanı mağazanı açmağı və oğlana şirniyyat verməsini istədi. O, öz şıltaqlığına və simulyasiyasına nail olur, həmişə fərqlənməyə və diqqəti cəlb etməyə çalışırdı. Çoxsaylı komplekslər və fobiyalar - məsələn, çəyirtkə qorxusu - onun adi məktəb həyatına qarışmasına, uşaqlarla adi dostluq və rəğbət bağları qurmasına mane oldu, lakin hər bir insan kimi, duyğusal aclıq hiss edərək, emosional olmağa çalışdı.
Dari
Dəri dili – (dəri دری ) Əfqanıstanda yaşayan taciklərin, həzaraların, aymaqların və digər etnik qrupların dili. İran dillərindən biridir. Əfqanıstan Konstitusiyasında müəyyən edilibdir ki Əfqanıstanın iki rəsmi dillərindən biridir, digəri isə Puştu dilidir.
Dayki
Dayki — Yaponiya adı. Dayki Niva — Yaponiya futbolçusu. Dayki İvamasa — Yaponiya futbolçusu. Dayki Takamatsu — keçmiş Yaponiya futbolçusu. Dayki Sakamoto — Dayki Kamikava — Yaponiya cüdoçusu.
Zəm-zəm
Zəm-zəm suyu (ərəb. زمزم‎) — Məkkə şəhərində, Məscidül-həramın ərazisində, İslam dininin ən müqəddəs yeri sayılan Kəbədən 20 metr şərqdə yerləşən bulaqdır. İslam inanclarına görə, bu bulaq min illər əvvəl, İbrahim peyğəmbərin körpə oğlu İsmayıl susuzluqdan ağladığı vaxt möcüzəvi şəkildə Allah tərəfindən yaradılmışdır. Hər il milyonlarla zəvvar Həcc və ya Ümrə ziyarətləri zamanı bu bulağın suyundan içir və özü ilə götürür. == Yaranması == İslam tarixində qeyd olunur ki, İbrahim peyğəmbər Allahın əmri ilə öz körpə oğlu İsmayılı və onun anası Həcəri Hicazda qoyub gedir. Həcər susuzluqdan əziyyət çəkən oğlu üçün su axtarsa da, tapa bilmir. Çünki Məkkə isti və quru havası və çox az su mənbəyi olan yerdə yerləşir. Həcər su axtarışında 7 dəfə Səfa və Mərva dağları arasındakı məsafəni gedib gəlir. Susuzlayan İsmayıl ayaqları ilə yeri sürtdükdə həmin yerdən su çıxmağa başlayır. Bu hadisənin başqa bir versiyasında Allah Cəbrayılı göndərir və o öz əsası (digər versiyada qanadı) ilə yerə toxunur və həmin yerdən su çıxır.