Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Seydi
Seydi — Türkmənistan Respublikasının Lebap vilayətində etrap hüquqlu şəhər.
Antonio Senyi
Antonio Senyi (2 fevral 1891, Sassari[d], Sardiniya – 1 dekabr 1972[…], Roma) — İtaliyanın dördüncü prezindenti (11 may 1962 – 6 dekabr 1964). Xristian-Demokrat Partiyasını təmsil edib. == Həyatı == Kənd Təsərrüfatı və ticarət hüququnda ixtisaslaşmış vəkil olan Senyi, 1919-cu ildə İtalyan Xalq Partiyasına, sonra da Xristian Demokrat Partiyaya daxil olub. 1924-cü ildə partiyasının milli şurasının üzvü olub. O, eyni zamanda Sassari Universitetində rektorluq edib.
Bolsman beyni
Bolsman beyni, xaosda təsadüfi dalğalanmaların yaratdığı bir şüurun bir fərziyyəsidir. Bu fərziyyə, kainatın təsadüfi dalğalanma nəticəsində yüksəldiyini iddia edən fizik Lüdviq Bolsmanın adını daşıyır. Bolsman kainatın istilik dalğalanmasından yaranıb-yarana bilməyəcəyi məsələsini gündəmə gətirdi. Bolsman beyni konsepsiyası "niyə biz kainatda belə geniş təşkilatlanmanı və nizamlılığı müşahidə edirik?" sualına cavab axtarmaq üçün doğuldu. Termodinamikanın ikinci qanununda deyilir ki, qapalı kainatda ümumi entropiya heç vaxt azalmayacaqdır. Kainatı sabit və tənzimlənməmiş yüksək bir entropiya kimi düşünə bilərik. Niyə müşahidə olunan entropiya bu qədər aşağıdır? Bolsman iddia edir ki, biz və müşahidə etdiyimiz aşağı entropiyalı dünyamız yüksək entropiya aləminin təsadüfi dəyişiklikləridir. Tarazlığa yaxın olsa da, entropiya səviyyəsində təsadüfi dəyişikliklər olacaq. Ən çox görülən dəyişikliklər nisbətən kiçik olacaq və nizama çox az təsir edəcəkdir.
Cim Heyni
Cim Heyni (ing. Jim Haynie; 6 fevral 1940, ABŞ) — ABŞ aktyorudur. Cim Heyni Meqqi Kozi ilə ailə həyatı qurmuş və ondan dörd övladı dünyaya gəlmişdi.
Dik Çeyni
Riçard Bryus "Dik" Çeyni (ing. Richard Bruce "Dick" Cheney; 30 yanvar 1941, Linkoln, Nebraska) — amerikalı siyasətçi, respublikaçı, Amerika Birləşmiş Ştatlarının 46-cı vitse-prezidenti (2001-2009) və 17-ci Müdafiə naziri (1989-1993). Bəzi politoloqlar Dik Çeynini Amerika siyasəti tarixində ən nüfuzlu vitse-prezident adlandırırlar. Dik Çeyni mühafizəkar düşərgəsində radikal qərarları dəstəkləyən qrupa aid edilir. O, Donald Ramsfeldlə bərabər İraq müharibəsinin əsas təşəbbüskarlarınan biri sayılır. Dik Çeyni Pentaqona ilk dəfə ata Buşun hakimiyyəti dövründə gəlib. 1991-ci ildə Küveytin azad edilməsi üçün həyata keçirilən Səhrada tufan əməliyyatı zamanı ABŞ-nin Müdafiə naziri məhz o idi. == Siyasi fəaliyyəti == 1974-cü ildə Çeyni prezident Ford administrasiyasında aparat rəhbəri təyin ediləndə o, bu vəzifəni tutan ən gənc şəxs olmuşdu. Dik Çeyni iş dünyasının və o cümlədən neft sənayesinin liderləri ilə yaxın əlaqələrdə təqsirləndirilir. O, öz nüfuzuna baxmayaraq vitse-prezidentlik dövründə cəmi bir neçə dəfə ictimai nitqlə çıxış edib.
Keyni Sayə
Keyni Sayə (fars. کینی‌سایه‎) - İranın Həmədan ostanının Əsədabad şəhristanının Pir Səlman bəxşinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 332 nəfər yaşayır (103 ailə).
Kuroda Seyki
Kuroda Seyki (黒田 清輝, 9 avqust 1866, Hiqaşisenqoku[d], Kaqoşima – 15 iyul 1924[…], Tokio şəhəri[d]) və ya Kuroda Kiyoteru – Yaponiya rəssamı. Yaponiyanı impressionizmlə tanış etmişdir. "Yaponiyada Qərb rəssamlığının atası" hesab olunur. == Həyatı == Kuroda Seyki 1866-cı ildə müasir Kaqoşima prefekturasının ərazisində doğulmuş və dayısı Kuroda Kiyotsuna tərəfindən övladlığa götürülmüşdür. 1884-cü ildə hüquq təhsili almaq üçün Parisə səyahət etmişdir. Parisdə sənət əsərləri satmaqla məşğul olan Hayaşi Tadamasa, eləcə də, sənətşünaslıq tələbələri Yamamoto Hasui və Fuci Masazo ilə tanış olmuşdur. İki il boyunca həm hüquq, həm də rəssamlıqla məşğul olmuşdur. Lakin ailəsinin icazəsi ilə özünü tamamilə rəssamlığa həsr etməyə qərar vermiş və Rafael Kollenin tələbəsi olmuşdur. Kurodanın yaradıcılığı tanınmış və Fransanın bir sıra təsviri incəsənət cəmiyyətlərinə qəbul edilmişdir. 1893-cü ildə Yaponiyaya qayıdaraq Meyci dövrünün Qərb rəssamlığında yeni istiqamət başlatmışdır.
Latviya Seymi
Latviya Seymi —
Mussa Seydi
Mussa Seydi (21 avqust 1996-cı ildə anadan olub) — Lüksemburq Milli Diviziya təmsilçilərindən olan Fola Eş klubunda hücumçu kimi çıxış edən peşəkar Seneqal futbolçusudur. == Klub karyerası == Seydi 2014-cü ildə Seneqalın Genereyşn Fut akademiyasından Metz klubuna transfer olmuşdur. O, Liqa 1-də debütünü 21 sentyabr 2016-cı ildə Bordo klubuna qarşı oyunda etmişdir. Həmin görüşdə Metz Bordoya 3-0 hesabı ilə məğlub olmuşdur. == Milli karyerası == Seydi Seneqalın gənclər millilərində çıxış etmişdir. O, Seneqal U-23 millisi ilə 2015 Afrika Oyunlarında iştirak etmiş və turnirdə qələbə qolunun müəllifi olmuşdur.
Onurğa beyni
Onurğa beyni – lat. medulla spinalis (yun. μύελος) çeçələ barmaq yoğunluğunda öndən arxaya doğru yastılaşmış silindr şəklində zolağabənzər uzvdür; onurğa kanalında yerləşmişdir. Bunun yuxarı ucu uzunsov beyinə keçir, aşağı ucu isə nazikləşərək lat. conus medullaris adını daşıyır. == Ümumi məlumat == Onurğa beyni aşağı sinif onurğalılarda uzun zolaq şəklində olur və uzunluğu onurğanın uzunluğuna müvafiq gəlir. Sümüklü balıqlardan (lat. teleostei) başlayaraq onurğa beyni qısalmağa başlayır. Quyruqsuzlarda (lat. anura) və məməlilərdə (lat.
Riçard Çeyni
Riçard Bryus "Dik" Çeyni (ing. Richard Bruce "Dick" Cheney; 30 yanvar 1941, Linkoln, Nebraska) — amerikalı siyasətçi, respublikaçı, Amerika Birləşmiş Ştatlarının 46-cı vitse-prezidenti (2001-2009) və 17-ci Müdafiə naziri (1989-1993). Bəzi politoloqlar Dik Çeynini Amerika siyasəti tarixində ən nüfuzlu vitse-prezident adlandırırlar. Dik Çeyni mühafizəkar düşərgəsində radikal qərarları dəstəkləyən qrupa aid edilir. O, Donald Ramsfeldlə bərabər İraq müharibəsinin əsas təşəbbüskarlarınan biri sayılır. Dik Çeyni Pentaqona ilk dəfə ata Buşun hakimiyyəti dövründə gəlib. 1991-ci ildə Küveytin azad edilməsi üçün həyata keçirilən Səhrada tufan əməliyyatı zamanı ABŞ-nin Müdafiə naziri məhz o idi. == Siyasi fəaliyyəti == 1974-cü ildə Çeyni prezident Ford administrasiyasında aparat rəhbəri təyin ediləndə o, bu vəzifəni tutan ən gənc şəxs olmuşdu. Dik Çeyni iş dünyasının və o cümlədən neft sənayesinin liderləri ilə yaxın əlaqələrdə təqsirləndirilir. O, öz nüfuzuna baxmayaraq vitse-prezidentlik dövründə cəmi bir neçə dəfə ictimai nitqlə çıxış edib.
Senyi (En)
Talisyo (fr. Thézillieu) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Otvil-Lones kantonuna daxildir. Kommunanın dairəsi — Belle. INSEE kodu — 01417. == Coğrafiyası == Kommuna Paris şəhərinin 410 km cənub-şərqində, Lion şəhərindən 65 km şərqdə və Burk-an-Bres şəhərindən 45 km cənub-şərqdə yerləşir. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 324 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2010-cu ildə əmək qabiliyyətli 192 nəfər arasında (15-64 yaş arasında) 146 nəfər iqtisadi cəhətdən fəal, 46 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici - 76.0%, 1999-cu ildə 70.4%). Aktiv 146 sakindən 139 nəfər (79 kişi və 60 qadın), 7 nəfər işsiz (3 kişi və 4 qadın) idi.
Seyci Naqata
Masaci Naqata (長田 政二, Naqata Masaci, 1887, İbaraki prefekturası – 8 sentyabr 1938, Los-Anceles dairəsi, Kaliforniya) – yapon əsilli ABŞ-lı həvəskar astronom. 1931-ci ildə fermerliklə məşğul olarkən yeni kometa kəşf etdikdən sonra tanınmışdır. Naqata kometa kəşf edən ilk həvəskar astronomlardan biri olmuş, Kaliforniya ştatında həvəskar astronomiya sahəsində əhəmiyyətli töhfələr vermişdir. Onun kəşf etdiyi Naqata kometası tarixdə yapon şəxsin şərəfinə adlandırılmış ilk kometadır. == Həyatı == === İlk illəri === Naqata 1886-cı ildə Yaponiyanın İbaraki prefekturasında doğulmuşdur. Onun atası da fermer və həvəskar astronom olmuşdur. Atası onun astronomiyaya maraq göstərməsində böyük rol oynamışdır. Naqata 1907-ci ildə ABŞ-yə miqrasiya etmişdir. 1909-cu ildə Kaliforniya ştatında yerləşən İmperial dərəsinə köçərək Brauli və Vestmorlend şəhərləri arasındakı ərazidə fermerliklə məşğul olmağa başlamışdır. 1913-cü ildə qəbul edilən qanun yapon miqrantlarının torpaq sahibi olmasının qabağını aldığı üçün o, tez-tez yer dəyişdirməli olmuşdur.
Seyci Ono
Seyci Ono (小野 誠治, Ono Seyci, 18 iyun 1956) — Yaponiyanı təmsil edən stolüstü tennisçi. == Karyerası == Seyci Ono Yaponiyanı 1988-ci ildə Seul şəhərində baş tutan XXIV Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 9-cu, cüt turnirdə isə 9-cu pillənin sahibi olub.
Seyfi Dursunoğlu
Seyfi Dursunoğlu (1 oktyabr 1932, Trabzon – 17 iyul 2020, İstanbul) — tanınmış səhnə adı Huysuz Virjin, türkiyəli ing. drag queen (dreq kvin), müğənni və aparıcıdır. 1970-ci illərdən 2000-ci illərə qədər davam edən əyləncə proqramları ilə Türkiyədə məşhur bir əyləncə simasına çevrilmişdi. == Həyatı və səhnə fəaliyyəti == Seyfi Dursunoğlu 1932-ci ildə Trabzonda anadan olub. Bir müddət Trabzonun Yenicuma rayonunda yaşayıb 1938-ci ildə ailəsi ilə birlikdə İstanbula gəlmişdir. Orta məktəbi bitirdikdən sonra İstanbul Universitetində İngilis dili Filologiyası fakültəsinə daxil olub. Atası müflis olandan sonra orada təhsilini yarımçıq qoyub hərbi xidmətə getməli olmuşdur. Hərbi xidməti başa vurduqdan sonra Sosial Sığorta Müəssisəsində dövlət qulluqçusu kimi fəaliyyətə başladı və 18 il dövlət qulluqçusu işlədikdən sonra işini tərk etmişdir. 1970-ci ildə Huysuz Virjin kimi kiçik klublarda çıxış etməyə başladı. Şöhrəti ağızdan-ağıza yayıldıqca daha böyük klublardan təkliflər almağa başladı.
Seyfi Düzgörən
Seyfi Düzgörən (1880, Konstantinopol – 27 dekabr 1948, Ankara) — Türk əsgəri və siyasətçisi. == Həyatı == Seyfi Dözgörən 1880-ci ildə İstanbulda anadan olmuşdur. 1990-ci ildə Hərbi Akademiyaya daxil olmuş, 1902-ci ildə oranı leytenant rütbəsi ilə bitirmişdir. Lakin daha sonra isə 1905-ci ildə təhsilini davam edərək kapitan rütbəsinə yüksəlmişdir. == Fəaliyyəti == Minaatan bölük komandirliyi, Divân-ı Harb-î Örfî İdare-i Mahsusa Tövsiyə komissiyası üzvü, Hüdeydə firqəsi ərkan rəisliyi, Mürəttəp ordu komandirliyi ərkan rəisliyi, Türkiyə-Bolqarıstan Təhdid Komissiyasının rəisi, Hərbi Nəzarət Kəşfiyyat Şöbəsinin zabiti, Yeniköy Firqəsi Qurmay Rəhbərliyi, Ümumi Qərargah Kəşfiyyat Şöbəsinin rəhbəri, Danimarka Üsera Mübadilə Konqresində türk nümayəndəsi, Şərq cəbbhəsi komandirliyi, 13-cü Qafqaz Tümən Komandirliyi, Şərq Cəbhəsi Qurmay Rəhbərliyi, Milli Müdafiə Nazirliyində ordu dairəsi rəhbəri, Gömrük-mühafizə Xidməti Ümumi komandirliyi və s. vəzifələrdə xidmət etmişdir. Türkiyə Böyük Millət Məclisinin VI, VII Və VIII çağırışlarında Mardinin millətvəkili seçilmiş və IV, VII və VIII çağırışlarında Gömrük və Monopoliya Komissiyasının sədri kimi xidmət etmişdir. Məcidiyyə ordeni, Almaniyanın Dəmir xaç ordeni, Dəmir xaç ordeni ilə Gümüş Ləyaqət və İstiqlal Medalı ilə təltif edilmişdir. 20 fevral 1923-cü ildə təqaüdə çıxmışdır. == Həmçinin bax == İtaliya-Osmanlı müharibəsi Birinci Dünya müharibəsi Balkan müharibələri Türkiyə İstiqlaliyyət müharibəsi == Mənbə == T.C. Genelkurmay Harp Tarihi Başkanlığı Yayınları, Türk İstiklâl Harbine Katılan Tümen ve Daha Üst Kademelerdeki Komutanların Biyografileri, Genelkurmay Başkanlığı Basımevi, Ankara, 1972, s.
Seyfi Mehrəliyev
Seyfi Seyid oğlu Mehrəliyev — Sosialist Əməyi Qəhrəmanı. == Həyatı == 1900-cü ildə Zərdab rayonunun Dəli Quşçu kəndində anadan olmuşdur. 1931-ci ildən 1971-ci ilədək Dəli Quşçu kəndində, o vaxtkı "Bakı fəhləsi" kolxozunda sıravi kolxozçu, çoban və briqadir işləmişdir. 1941–1945-ci illər müharibəsi dövründə gecə-gündüz çöllərdə çalışmış, faşizm üzərində qələbə naminə hər cür əziyyət çəkmiş, fədakarlıqlar göstərmiş, döyüşən ordunun ərzaq və geyimlə təchiz olunmasına böyük töhfələr vermişdir. 1977-ci il martın 8-də Dəli Quşçu kəndində vəfat etmişdir. == Mükafatları == 1948-ci ildə qoyunçuluq sahəsində qazandığı çox yüksək nəticələrə və heyvandarlıq sahəsində göstərdiyi bacarıq və qabiliyyətə görə Seyfi Mehrəliyev 1949-cu ildə Sosialist Əməyi Qəhrəmanı fəxri adına layiq görülmüşdür. O, əmək cəbhəsində fədakarlığına görə Lenin ordeni və çoxlu medallarla da təltif edilmişdir. 1971-ci ildən İttifaq əhəmiyyətli fərdi pensiyaçı olmuşdur.
Seyri-süluk
Seyri-süluk — ərəb sözü olub mənası gəzmək deməkdir. Təsəvvüfdə isə cəhalətdən elmə, əxlaqi-zəmimdən əxlaqi-həmidəyə, öz vücudundan Haqqın vücuduna doğru seyr və hərəkətdir. Süluk lüğətdə girmək və getmək, təriqət əhlinə görə isə saliki vüsala hazırlayan əxlaq tərbiyəsidir. İfadə etdikləri mənalar baxımından bir-birinə çox yaxın olan bu iki termin təriqətə girən şəxsin bütün mənəvi dərəcələri tamamlayanadək keçdiyi səyahətə verilən addır. Seyrin əvvəli süluk, sonu vüsaldır.
Zaqafqaziya Seymi
Zaqafqaziya Seymi və ya Cənubi Qafqaz seymi — Zaqafqaziya Komissarlığı tərəfindən 23 fevral 1918-ci ildə Tiflis şəhərində toplanmış nümayəndəli qanunveridi dövlət orqanı. Seymin üzvləri Ümumrusiya Müəssislər Məclisinə keçirilən seçkilərdə qələbə qazanmış, eləcə də digər siyasiy partiyaların nümayəndələri idilər. Seymin rəhbəri Gürcüstan Sosial Demokrat Partiyasının üzvü olan Nikolay Çxeidze idi. 1918-ci il martın 26-da Seym Zaqafqaziya Komissarlığının istefasını qəbul edərək Müvəqqəti Zaqafqaziya Hökumətini yaratdı. 22 apreldə isə Seymdə Zaqafqaziya Demokratik Federativ Respublikası adı altında müstəqil dövlətin yaradıldığı elan edildi. Bu dövlət may ayının sonlarında parçalandı və onun yerində Azərbaycan, Gürcüstan, Ermənistan Respublikaları quruldu. == Tarixi == Rusiyada Müvəqqəti Hökumətin bolşeviklər tərəfindən 1917-ci ilin oktyabr ayında devrilməsindən sonra Tiflisdə Cənubi Qafqazın idarə edilməsi üçün Zaqafqaziya Komissarlığının yaradıldığı elan edildi. Zaqafqaziya Komissarlığının bəyannaməsində göstərilirdi ki, o, “yalnız Rusiya Müəssislər Məclisinin çağırışına qədər, onu çağırmaq mümkün olmadıqda isə... Zaqafqaziya və Qafqaz Cəbhəsindən olan Müəssislər Məclisinin üzvlərinin qurultayına qədər” fəaliyyət göstərəcək. === Müəssislər Məclisinin dağıdılması === 1918-ci il yanvarın 18-də Petroqradda əksəriyyəti menşeviklərin və SR-lərin nümayəndələri olan Müəssislər Məclisi öz işinə başladı.
İnsan beyni
İnsan beyni insanın sinir sisteminin mərkəzi orqanıdır və onurğa beyni ilə birlikdə mərkəzi sinir sistemini təşkil edir. Beyin uc beyin, beyin sapı və beyincikdən ibarətdir. O, bədənin əksər fəaliyyətlərinə nəzarət edir, duyğu orqanlarından aldığı məlumatları emal edir, inteqrasiya edir, əlaqələndirir və bədənin qalan hissəsinə göndərilən təlimatlarla bağlı qərarlar qəbul edir. Beyin başın kəllə sümükləri içərisində yerləşir və bu sümüklər onu qoruyur. İnsan beyninin ən böyük hissəsi olan serebrum iki beyin yarımkürəsindən ibarətdir. Hər yarımkürənin ağ maddədən ibarət daxili nüvəsi və boz maddədən ibarət xarici səthi — beyin qabığı var. Beyin qabığının xarici təbəqəsi (neokorteks) və daxili təbəqəsi (allokorteks) var. Neokorteks altı neyron təbəqədən, allokorteksdə isə üç və ya dörd təbəqədən ibarətdir. Hər yarımkürə şərti olaraq dörd paya bölünür — alın payı, gicgah payı, təpə payı və ənsə payı. Alın payı özünü idarə etmə, planlaşdırma, əsaslandırma və mücərrəd düşüncə daxil olmaqla icra funksiyaları ilə əlaqələndirilir, ənsə payı isə görmə ilə bağlıdır.
Sara Neyni
Sara Neyni (23 iyul 1981, Şiraz) — İranlı müğənni və bəstəkar. == Həyatı == Sara Neyni 23 iyul 1981-ci ildə Şirazda anadan olub. Əlirza Əsər, Məhəmməd İsfahani və Homayun Şəcəryan kimi müğənnilərlə işləmə təcrübəsi var.
Ələkbər Seyfi
Ələkbər Seyfulla oğlu Seyfi (19 mart 1901, Tiflis – 8 dekabr 1977, Kirovabad) — Azərbaycan teatr aktyoru və inzibatçısı, tərcüməçi, Azərbaycan SSR xalq artisti (1961). == Həyatı == Ələkbər Seyfulla oğlu Seyfi 19 mart 1901-ci ildə Tiflisdə anadan olmuşdur. Ailəsinin imkanı olmadığı üçün müəyyən imtiyazlar əsasında təşkil olunmuş və fars dilində tədris olunan "İttifaq" məktəbinə verilmişdir. Mustafa Mərdanov ilə yaxın yaşayan Ələkbər Seyfi həvəskar tamaşaları izləyərək teatrla tanış olmuşdur. Səhnəyə isə ilk dəfə 13 yaşında, 1914-cü ilin əvvəllərində Tiflisə qastrola gəlmiş Hüseyn Ərəblinski və Əbülfət Vəlinin də iştirakı ilə səhnəyə qoyulmuş "Dəmirçi Gavə" (Şəmsəddin Sami) tamaşasında Bəhram rolunda çıxmışdır. 1918-ci ilədək səhnə fəaliyyəti dram dərnəklərində çıxış etməkdən ibarət olan Ələkbər Seyfi Tiflisdə "İbrət" dram cəmiyyətinin yaradılmasında yaxından iştirak etmiş, oranın həvəskar aktyoru kimi komik rollarda çıxış etmişdir. 1921-ci ildə Gürcüstanda Sovet hakimiyyəti qurulduqdan sonra Tiflis Dövlət Türk Dram Teatrı açılmış, Ələkbər Seyfi bu teatrın tərkibinə daxil edilərək 1922-ci ildə Türkiyədə, 1926-cı ildə isə Orta Asiyada qastrol səfərlərində olmuşdur. Ələkbər Seyfi aktyorluqla yanaşı, 1922–1929-cu illərdə Tiflis Teatrında müdir müavini də işləmiş, "Yeni fikir" qəzetində həm şöbə müdiri, həm də tərcüməçi, "Dan ulduzu" jurnalında isə tərcüməçi vəzifələrində çalışmış, 1928-ci ildə yeni Azərbaycan əlifbası komitəsinə üzv seçilmiş və bu səbəbdən bir neçə aylıq teatrdan ayrılmışdır. 1929-cu ilin əvvəllərində Məmmədsadıq Əfəndiyev və Mustafa Quliyev tərəfindən Bakı Türk İşçi Teatrına dəvət edilmiş Ələkbər Seyfi həmin ilin iyununda Bakıya köçərək aktyor kimi işə başlamış, bir ay sonra ədəbi hissə müdiri, bir neçə ay sonra isə bədii hissə üzrə direktor müavini olmuşdur. 1930–1931-ci il mövsümündən başlayaraq o, teatrın direktoru vəzifəsini icra etmişdir.
Seyidnəzər Seydi
Seyidnəzər Seydi (1775, Lebap vilayəti – 1836) — Türkmənistan şairi. == Həyatı == 1768-ci ildə Türkmənistanın Qarabəkirli rayonunun Lebab-Lamma kəndində dünyaya göz açıb. Onun ailəsi o bölgədə geniş tanınan Ensarilər tayfasındandır. S.Seydi Həbib xocanın açdığı molla məktəbində oxuyub, Qurani Kərimi mükəmməl öyrənib. Sədi Şirazinin “Gülüstan”, “Büstan” kitablarını mütaliə edib. Şair Xivə xanlığının qədim Mərv (indiki Marı) bölgəsinə köçür. Dostu şair Zəlilinin yaşadığı Qaraqala kəndində məskunlaşır. Ancaq onun bu kənddə də günü xoş keçmir. Maddi cəhətdən güzəranı gündən-günə ağırlaşır. Ona himayədarlıq edən şair Zəlili Xivə xanı Məhəmmədrəhim tərəfindən 7 illik həbs cəzasına məhkum edilir.
Enn Heyni
Anne Haney (ing. Anne Haney; d. 4 mart 1934, Memfis, Tennessi, ABŞ — ö.
Seyci Ozava
Seyci Ozava (小澤 征爾, Ozava Seyci, 1 sentyabr 1935[…], Şenyan – 6 fevral 2024, Setaqaya) – Yaponiya dirijoru. Boston Simfonik Orkestrı, eləcə də, Yeni Yaponiya Filarmonik Orkestrı, San-Fransisko Simfonik Orkestrı, Toronto Simfonik Orkestrı və Nyu-York Metropolitan Operasındakı çıxışlarına görə tanınır. O, Qərbdə məşhurluq əldə edən ilk yapon dirijor hesab olunur. == Həyatı və karyerası == 1935-ci ildə Mancuriyanın Şenyan şəhərində yapon ailədə doğulmuşdur. Ozava Yaponiyada böyümüş və pianoçu olmağı arzulamışdır. Lakin liseydə oxuyarkən oynadığı bir reqbi maçı zamanı barmağının zədələnməsi dirijorluğa yönəlməsinə səbəb olmuşdur. Yaponiyada məktəb təhsili başa çatdırdıqdan sonra dirijor olmaq üçün Avropaya yollanmışdır. 1959-cu ildə Fransanın Bezanson şəhərində gənc dirijorlar üçün keçirilmiş müsabiqədə ilk mükafatını qazanmışdır. O, Avstriya dirijoru Herbert fon Karayan və ABŞ dirijoru Leonard Bernstayndan dirijorluq dərsləri almışdır. 1961-ci ildə Ozava Nyu-York Filarmonik Orkestrının köməkçi dirijoru olmuşdur.
Cəmilə Şeyxi
Cəmilə Şeyxi (farsca:جمیله شیخی) — əslən İran azərbaycanlılarından olan aktrisa və Atila Pisyaninin anasıdır. == Həyatı == 1930-cu ilin aprelin 30-da Təbriz şəhərində anadan olmuşdur. 2001-ci ilin may ayının 23-də Tehran şəhərində vəfat etmişdir. Məşhur İran teatr və film aktyoru Atila Pisyaninin anası, Sitarə Pisyaninin nənəsidir. == Karyerası == O səhnəyə ilk dəfə 1957-ci ildə çıxmışdır. Filmlərə çəkilməyə isə 1975-ci ildə çəkilən Gəmi qəzası filmi ilə başlamışdır. O İran filmoqrafiyasının yaradıcılarından və ən qocaman üzvlərindən hesab olunurdu. Cəmilə Şeyxi bir çox tanınmış kino rejissorlarla birgə çalışmışdır. Ən məşhur ekran işi isə 1991-ci ildə Bəhram Bayzayi tərəfindən çəkilən Səyahətçilər filmidir. Bu roluna görə Cəmilə Şeyxi Fəcr Beynəlxalq Film Festivalında ən yaxşı aktrisa mükafatına layiq görülmüşdür.
Sinan Şeyxi
Sinanəddin Yusif Gərmiyani Şeyxi (XIV əsr, Germiyanoğulları bəyliyi[d] – 1431, Germiyanoğulları bəyliyi[d]) — Türk Divan şairi. == Həyatı == XV əsr türk ədəbiyyatı tarixində Şeyxinin özünəməxsus yeri var. XIV əsrin sonu, XV əsrin əvvəllərində yaşayıb. Şeyxi təxəllüslü Yusuf Sinanəddin Germiyani (?-1431) Germiyanda (Kütahiyədə) anadan olub. Öz təhsilini Germiyanda başa vurduqdan sonra biliyini artırmaq üçün İrana gedib, orada tibb, təsəvvüf, ədəbiyyat sahəsində savad alıb, göz həkimi ixtisasına yiyələnib. Ona tibblə məşğul olmasına görə adına həkim Sinan da deyiblər. İrandan Ankaraya dönüb, Hacı Bayram Vəli ilə yaxın olub, Şeyxi ləqəbini də bu üzdən alıb. Germiyanda göz həkimliyi edən Şeyxi əvvəl Germiyan hakimi II Yaqubun, sonra Süleyman şahın dönəmində, 1425-ci ildə Çələbi Mehmedin Karaman savaşı zamanı gözləri ağrıdığından onun gözünü müalicə edib, əvəzində Tokuzlular kəndi ona hədiyyə edilib. Şair 1431-ci ildə vəfat edib. Onun əldə üç əsəri var.
Voyçex Şesni
Voyçex Şesni (18 aprel 1990, Varşava) — Polşalı futbolçu . "Yuventus" klubunun və Polşa millisinin qapıçısı.
Yusif Şeyxi
Sinanəddin Yusif Gərmiyani Şeyxi (XIV əsr, Germiyanoğulları bəyliyi[d] – 1431, Germiyanoğulları bəyliyi[d]) — Türk Divan şairi. == Həyatı == XV əsr türk ədəbiyyatı tarixində Şeyxinin özünəməxsus yeri var. XIV əsrin sonu, XV əsrin əvvəllərində yaşayıb. Şeyxi təxəllüslü Yusuf Sinanəddin Germiyani (?-1431) Germiyanda (Kütahiyədə) anadan olub. Öz təhsilini Germiyanda başa vurduqdan sonra biliyini artırmaq üçün İrana gedib, orada tibb, təsəvvüf, ədəbiyyat sahəsində savad alıb, göz həkimi ixtisasına yiyələnib. Ona tibblə məşğul olmasına görə adına həkim Sinan da deyiblər. İrandan Ankaraya dönüb, Hacı Bayram Vəli ilə yaxın olub, Şeyxi ləqəbini də bu üzdən alıb. Germiyanda göz həkimliyi edən Şeyxi əvvəl Germiyan hakimi II Yaqubun, sonra Süleyman şahın dönəmində, 1425-ci ildə Çələbi Mehmedin Karaman savaşı zamanı gözləri ağrıdığından onun gözünü müalicə edib, əvəzində Tokuzlular kəndi ona hədiyyə edilib. Şair 1431-ci ildə vəfat edib. Onun əldə üç əsəri var.