Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Şorgilə
Şorgilə (lat. Nitraria) — sabunağacıçiçəklilər sırasının şorgiləkimilər fəsiləsinə aid bitki cinsi.
Nargilə
Qəlyan — Orta Şərq, Qafqaz və Cənubi Asiyaya xas ənənəvi bir tütün çəkmə vasitəsi İstifadəçinin bir xortum vasitəsilə sudan keçərək süzülən tüstünü içinə çəkməsini təmin edən bir qurğudur. Qəlyanın içim şəkli və forması yüzlərlə il keçdikdən sonra daha da formlaşmışdır. Bu istifadə ənənəsi ilə sadə bir alətdən daha çoxunu ifadə edir, hətta şərq mədəniyyətinin bir parçası halına gəlmişdir. Qəlyan təməl olaraq 4 hissədən meydana gələr: Sər: Qəlyanın uzun gövdəsi. Boyun qisimi dar olmaqla birlikdə qarın qisiminə enildikcə diametri genişləyən, quruluş olaraq dolçaya bənzəyən bir parçadır. Şüşə, metal və dulusçuluqdan edilir. Lülə: Ən üstdə olan, təmbəkinin qoyulduğu dəlikli tabaq. Gümüş, düyü ya da misdən edilmiş, oymalarla bəzəkli bir mühafizə ilə çevrilidir, üzərinə köz qoyularaq lazımlı istilik təmin edilir. Marpuç: Tüstünü şüşədən alan və ağıza çatdıran hissədir. Bu hissədə istifadə edilən xortum qoyun dərisindən edilir.
Silsilə
Həndəsi silsilə — ilk həddi sıfırdan fərqli olmaqla ikincidən başlayaraq hər bir həddi özündən əvvəlki ilə silsilə vuruğu Ədədi silsilə — İkincidən başlayaraq hər bir həddi özündən əvvəlki hədlə eyni bir ədədin cəminə bərabər olan ədədi ardıcıllığa ədədi silsilə Yan silsilə — Böyük Qafqaz dağlarında Baş Qafqaz silsiləsinə paralel silsilə Qayalı silsilə (Qafqaz) — Qafqazda dağ silsiləsi. Silsilə şəhristanı — İranın Luristan ostanının şəhristanlarından biri Silsilə (Qürvə) — İranın Kürdüstan ostanı Qürvə şəhristanının ərazisinə daxil olan kənd.
Sigil
Sigil və ya Sigilla (lat. sigillum - möhür sözündən) — magiya gücünə malik simvol (və ya bir neçə konkret simvol və ya həndəsi fiqurun kombinasiyası. Sigillər, ruh və ya demonların çağırılması, idarə edilməsi üçün maqlar, əlkimyaçılar və digər "orta əsr alimləri" tərəfindən aktiv istifadə olunurdu. Buna görə də, sigillər, adlar və magiya formulaları kimi, qrimuarlarda böyük rol oynayırdı. Ən məşhur sigillər, orta əsrlərə aid magiya və əlkimya kitablarında (əsasən demonologiyaya aid kitablarda) təqdim olunmuşdur: "Solomonun kiçik açarı", "Moiseyin, VI və VII kitablarının möhürləri", "Ağ və Qara Magiya sigilləri" və sair. Ən məşhur sigil Pentaqrammadır. Həmçinin, sigillər müxtəlif cəmiyyətlərin emblemi kimi də istifadə edilirdi.
Həndəsi silsilə
Həndəsi silsilə (bəzən həndəsi ardıcıllıq) — ilk həddi sıfırdan fərqli olmaqla ikincidən başlayaraq hər bir həddi özündən əvvəlki ilə silsilə vuruğu adlanan sıfırdan fərqli sabit ədədin hasilinə bərabər olan ədədi ardıcıllıq. Məsələn, 2, 6, 18, 54, … ardıcıllığı silsilə vuruğu 3 olan həndəsi silsilədir. Eynilə 10, 5, 2.5, 1.25, … silsilə vuruğu 1/2 olan həndəsi silsilədir. Həndəsi silsiləyə misal olaraq 2k və 3k kimi sıfırdan fərqli r sabitinin rk qüvvətlərini göstərmək olar. Həndəsi silsilənin ümumi forması belədir a , a r , a r 2 , a r 3 , a r 4 , … {\displaystyle a,\ ar,\ ar^{2},\ ar^{3},\ ar^{4},\ \ldots } burada r ≠ 0 silsilə vuruğu, a ≠ 0 isə ardıcıllığın başlanğıc qiymətinə bərabər olan əmsaldır. Silsilə və sıra arasındakı arasındakı fərq ondan ibarətdir ki, silsilə ardıcıllıq, sıra isə cəmdir. == Elementar xassələr == İlk həddi a = a1, silsilə vuruğu r olan həndəsi silsilənin n-ci həddi aşağıdakı kimi verilir: a n = a r n − 1 {\displaystyle a_{n}=a\,r^{n-1}} Belə həndəsi silsilə rekurrent münasibətə uyğundur: hər bir n ≥ 2 {\displaystyle n\geq 2} tam ədədi üçün a n = r a n − 1 {\displaystyle a_{n}=r\,a_{n-1}} Ümumiyyətlə, verilmiş ardıcıllığın həndəsi olub-olmadığını yoxlamaq üçün sadəcə ardıcıllığın bütün hədlərinin eyni silsilə vuruğuna malik olub-olmadığını yoxlamaq kifayətdir. Silsilə vuruğu mənfi olarsa, işarəsi müsbət və mənfinin arasında dəyişən ədədi ardıcıllıq alınar. Misal üçün 1, −3, 9, −27, 81, −243, … silsilə vuruğu −3 olan həndəsi silsilədir. Həndəsi silsilənin davranışı silsilə vuruğunun qiymətindən asılıdır.
Nargilə Qəribova
Nargilə Dursun qızı Qəribova — Azərbaycan aktrisası, teatr rejissoru, Azərbaycanın əməkdar artisti. Nargilə Qəribova 1977-ci ildə anadan olmuşdur. Əvvəlcə ixtisasca rəqqasə olmaq istəsə də, orta ixtisas diplomu olmadığı üçün İncəsənət İnstitutunda aktyorluq fakültəsinə qəbul olunmuşdur. Nargilə Qəribova 2001-ci ildə M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyoru" fakültəsini bitirmişdir. 1999-cu ildən o, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının nəzdində fəaliyyət göstərən Pantomima teatr-studiyasında çalışmışdır. Həmin Teatr-studiya 2000-ci ildə Dövlət statusu aldıqda N. Qəribova teatrın aktrisası kimi fəaliyyət göstərmişdir. Fitri istedada, səhnə mədəniyyətinə, improvizə bacarığına malik olan N. Qəribova bu müddət ərzində B. Xanızadənin "Maska", "Şərqə səyahət", S. Musabəyovun "Şəngül, Şüngül, Məngül", Ş. Əttarın "Uçuş", Ü. Hacıbəyovun "Dulusçu", U. Şekspirin sonetləri əsasında hazırlanmış "Eşq", A. Rünoske "Kesa və Morito" tamaşalarında uğurla çıxış edərək, özünü peşəkar pantomim aktrisası kimi təsdiq etmişdir. N. Qəribova Türkiyədə, Rusiyada, Gürcüstanda, Hollandiyada, Fransada, Misirdə keçirilən Beynəlxalq Teatr Festivalların iştirakçısı olmuşdur. Rusiyanın İrkutsk şəhərində festivalda "Leyli və Məcnun" tamaşasındakı çıxışına görə "Tamaşanın mürəkkəb plastik həllində parlaq aktyor oyunu" diplomu ilə təltif olunmuşdur. Nargilə Qəribova 9 may 2012-ci ildə, 30 aprel 2014-cü ildə, 6 may 2015-ci ildə, 6 may 2016-cı ildə, 10 may 2019-cu ildə, 7 may 2020-ci ildə və 7 may 2021-ci ildə Prezident Mükafatına layiq görülmüşdür.
Silsilə (Qürvə)
Silsilə (fars. سلسله‎) — İranın Kürdüstan ostanı Qürvə şəhristanının ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 539 nəfər yaşayır (128 ailə). Əhalisini kürdlər təşkil edir.
Silsilə qatil
Seriyalı qatil — bir aydan artıq müddət ərzində bir neçə cinayət törədən şəxs. Seriyalı qatillər öz qurbanlarını çox vaxt eyni üsula qətlə yetirir və cəsədlərin üzərinə özlərinə məxsus işarə və ya yazılar yazırlar. Bu tip qatillər ilk qətlini törətdikdən bir həftə sonra ikinci qətli törədirlər. Qətillər arasında çox zaman böyük oxşarlıq olur. Əsas oxşarlıqlar qurbanın cinsi, yaşı, xarici görünüş təşkil edir. XX əsrin əvvələrində Albert Fiş, ortalarında isə Andrey Çikatilo tərəfindən törədilən silsilə qətillər bütün dünyada geniş əks səda doğurmuşdur. Psixoz xəstəsi olan şəxslərin seriyalı qatil kimi fəaliyyət göstərməsinə nadir hallarda rast gəlinir. Seriyalı qatillərdə ən çox Şizofreniya xəstəliyi aşkarlanmışdır. Psixi durumu ağır olan insanlar qətil törətmək riski yüksəkdir. Seriyalı qatillər çox vaxt normal insan təsiri bağışlayır.
Silsilə şəhristanı
Silsilə şəhristanı— İranın Luristan ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Alaştər şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 73,819 nəfər və 15,531 ailədən ibarət idi.
Sərgizə (Marağa)
Sərgizə (fars. سرگزه‎‎‎‎‎) — İranın Şərqi Azərbaycan ostanının Marağa şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 1,233 nəfər yaşayır (261 ailə).
Yan silsilə
Yan silsilə — Böyük Qafqaz dağlarında Baş Qafqaz silsiləsinə paralel silsilə, Azərbaycanda ən hündür nöqtəsi Şahdağ zirvəsidir (4243 m). Ayrı-ayrı massivlərdən ibarətdir. Hündürlüyü Bəzi yerlərdə 5000 m.-dən artıqdır. Qafqazın ən yüksək zirvəsi olan Elbrus (5642 m.) buradadır. Azərbaycandakı hissəsi Şahdağdan (4243 m.) başlayaraq şərqə doğru tədricən alçalır və Beşbarmaq dağında (546 m.) qurtarır. Cənubda Qaytarqoca, Vorofto və s. silsilələri ilə Baş Qafqaz silsiləsindən ayrılır. Baş Qafqaz silsiləsindən başlayaraq çaylarla (Qusar, Qudyal, Qaraçay, Ataçay və s.) platolara (Şahdag, Qızılqaya, Buduq və s.) bölünmuşdur. Oronim "kənar, yan tərəf, qıraq" mənasındadır.
Ədədi silsilə
1) 2; 5; 8; 11; 14; ... , 2) – 1; 3; 7; 11; 15; ... , 3) 3; 1; – 1; – 3; – 5; ... , ədədi ardıcıllıqlarından (1)-də ikincidən başlayaraq hər bir hədd özündən əvvəlki hədlə 3-ün cəminə, (2)-də ikincidən başlayaraq hər bir hədd özündən əvvəlki hədlə 4-ün cəminə, (3)-də ikincidən başlayaraq hər bir hədd özündən əvvəlki hədlə (– 2)-nin cəminə bərabərdir. Bu növ ədədi ardıcıllıqlar ədədi silsilə adlanır. İkincidən başlayaraq hər bir həddi özündən əvvəlki hədlə eyni bir ədədin cəminə bərabər olan ədədi ardıcıllığa ədədi silsilə deyilir. Başqa sözlə, istənilən natural n {\displaystyle n} üçün a n + 1 = a n + d {\displaystyle a_{n+1}=a_{n}+d} olarsa, a n {\displaystyle a_{n}} ardıcıllığına ədədi silsilə deyilir, burada d {\displaystyle d} hər hansı ədəddir. Ədədi silsilənin bu tərifindən görünür ki, birinci dən başlayaraq hər bir həddən özündən əvvəlki həddi çıxsaq, eyni bir d {\displaystyle d} ədədi alınar. d {\displaystyle d} ədədinə ədədi silsilənin fərqi deyilir: a n + 1 − a n = d {\displaystyle a_{n+1}-a_{n}=d} bu düsturda əgər d > 0 {\displaystyle d>0} olarsa, ədədi silsilə artan ardıcıllıq, d < 0 {\displaystyle d<0} olarsa, azalan ardıcıllıq, d = 0 {\displaystyle d=0} olarsa, sabit ardıcıllıq olur. Ədədi silsilə o zaman verilmiş hesab edilir ki, onun a 1 {\displaystyle a_{1}} - birinci həddi və d {\displaystyle d} - silsilə fərqi verilmiş olsun.
Beynəlxalq Sərgilər Bürosu
Beynəlxalq Sərgilər Bürosu (fr. Le Bureau International des Exposition (BIE)) — 1928-ci ildə Parisdə imzalanan müqavilələr nəticəsində quruldu. == Məqsədləri == Vaxtın, nominasiyaların, seçimlərin təşkili və idarə edilməsi. Milli pavilyonlarda ev sahibi olan ölkə və iştirakçı ölkələr arasında əməkdaşlıq.
Qaranlıq qala (silsilə)
Qaranlıq qala (ing. The Dark Tower, rus. Темная Башня) - Atıcı Roland Diskeynin uzun səyahətindən bəhs edən, amerikan yazıçısı Stiven Kinqin 8 kitabdan ibarət romanlar seriyası. Seriya özündə fantastika, fentezi, dəhşət və western kimi janrları birləşdirir. Seriya 8 kitabdan ibarət olmaqla təxminən 4300 səhifəni əhatə edir. Müəllif qeyd edir ki, onu ilhamlandıran ilkin mənbə kimi Robert Brouninqin "Balaca Rolanda Qaranlıq qalaya gəldi" poeması və J.R.R. Tolkienin əsərləri, xüsusilə "Üzüklərin hökmdarı", "Silmarillion", "Xobbit, ora-bura" kimi şah əsərləri çıxış edir. 2003-cü ildə yenidən nəşr olunmuş "Atıcı" kitabının yeni ön sözündə, müəllif, eyni zamanda, "Yaxşı, pis, qəddar" filmini və Tomas Eliotun "Barsız torpaqlar" əsərini də xatırlayır. Müəllif seriyanın mərkəzi personajı Rolandı aktyor Klint İstvudun prototipi olaraq nəzərdə tutduğunu qeyd edir. Roland qədim atıcı zadəganlar ordeninin sonuncu nümayəndəsidir. O, bizim dünyadan fərqlənən, eyni zamanda müəyyən dərəcədə oxşarlıqları olan bir dünyada yaşayır.
Qayalı silsilə (Qafqaz)
Qayalı silsilə — Qafqazda dağ silsiləsi. Qayalı silsilə Böyük Qafqaz dağlarının şimal yamacında yerləşən üçüncü paralel silsilədir. Silsilə qısa dağ massivləri və yaylaları ilə diqqəti cəlb edir. Sovetlər zamanı silsilənin sərhədlərini Belaya çayından (Kuban hövzəsi) başlayıb Assa çayında (Terek hövzəsi) bitdiyini göstərirdilər. Silsilənin ümumi istiqaməti qərb-şimali-qərbdən — şərq-cənubi-şərqə yönəlib. XXI əsrdə həyata keçirilən araşdırmalar nəticəsində silsilənin sərhədləri belə müəyyənləşdirildi: Çekups və Psebesps çaylarından başlayır (Kuban hövzəsi) və Andiy Koysu çayında (Sulak hövzəsi) bitir. Qayalı silsilənin ən yüksək zirvəsi— Qaraqaya dağıdır. (3646,0 m). Rusiya imperiyası zamanında oroqrafik sistematikada bu oronimdən istifadə olunmurdu. Uzun müddət Qayalı silsilə Qara dağlar adı ilə adlanırdı.
Sarıgilə daş sarmaşığı
Sarığilə daş sarmaşığı Avropada,Asiyada,Şimali Amerikada bitir. Çox hündürə dırmaşmaq qabiliyyətinə malik olan kol bitkisidir.Zoğları sarımtıl rəngli çılpaq bığcıqlı ulduzvari tükcüklərlə əhatə olunmuşdur.Köhnə budaqlarının rəngi bozumtul-sarı rəngdə olub,qırışlıdır.Yarpaqlarının rəngi sarımtıl-yaşıl,uzunluğu 10-12 sm,eni 9-11 sm olub,meyvə verməyən zoğlar üzərində yerləşir.Çiçək qrupu 3-15 ədəd iri çətirdən ibarətdir.Çətirlərinin diametri 3-4 sm,sıx sarımtıl ulduzvari tükcüklərlə örtülmüşdür.Çətirlərdə olan tükcüklərin sayı 5-6 ədəd olur. Rütubətsevən,kölgəyədavamlı bitkidir.Münbit torpaqlarda yaxşı bitir. Kiçik Qafqazda rast gəlinir.Abşeronda mədəni şəraitdə yetişdirilir. Yaşıllaşdırmada canlı çəpərlərin salınmasında istifadə olunur. Tofiq Məmmədov (botanik), "Azərbaycan dendroflorası II cild", Bakı:-"Səda"-2015.
Siril Qrossklaus
Siril Qrossklaus (17 aprel 1991) — İsveçrəli cüdoçu. Siril Qrossklaus İsveçrəni 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. Siril Qrossklaus birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 90 kq çəkidə, 1/16 final mərhələsində Fransanın nümayəndəsi Aleksandre İddir ilə üz-üzə gəldi. Həmin görüşdə Siril Qrossklaus rəqibi ilə 0:0 hesabı ilə bərabarə qalsa da, şido xalları ilə ona uduzdu.
Siril Ramafosa
Matamela Siril Ramafosa (zulu Matamela Cyril Ramaphosa; 17 noyabr 1952, Soveto[d], Cənubi Afrika İttifaqı) — 2018-ci ildən bəri Cənubi Afrikanın V və hazırkı prezidenti vəzifəsini icra edən Cənubi Afrika Respublikasından olan iş adamı və siyasətçidir.
İranın İsrailə zərbələri (2024)
İranın İsrailə zərbələri və ya "Doğru vəd" əməliyyatı (fars. وعده صادق‎‎) — İran və onun dəstəklədiyi silahlı qruplaşmalar tərəfindən İsrailə qarşı 13 aprel 2024-cü ildə başlayan və ertəsi gün, 14 apreldə başa çatan raket və dron zərbələri. Bu, İran-İsrail münaqişəsi başlayandan bəri iki ölkə arasında ilk birbaşa hərbi qarşıdurmadır. 14 aprel səhər saatlarında İran İsrailə qarşı əməliyyatın başa çatdığını elan edib. O, hücumu "qanuni və haqlı özünümüdafiə aktı" hesab edib. ABŞ, Rusiya və müxtəlif KİV ümumi əməliyyatı uğursuz kimi qiymətləndirir. İsrail BMT Təhlükəsizlik Şurasının təcili iclasını tələb edib. İsrail hava məkanını açıb, Ben Qurion hava limanı fəaliyyətini bərpa edib. Ardınca İsrail ordusu sakinlərə sığınacaqları tərk etməyə icazə verib. BMT Təhlükəsizlik Şurası İsrailin çağırışı ilə fövqəladə iclas keçirib.
Siril Norman Hinşelvud
Siril Norman Hinşelvud (19 iyun 1897, London - 9 oktyabr 1967, London) — 1956-cı ildə Nikolay Semyonovla birlikdə Kimya üzrə Nobel mükafatı alan ingilis alimi. Xüsusilə kimyəvi reaksiya mexanizmləri üzərindəki tədqiqatları ilə tanınır. Hidrogenin yanması, oksigenin su əmələ gətirməsi kimi zəncirvari reaksiyaların mexanizmini və sürətini öyrənmişdir. Son illərindəki tədqiqatlar antibiotik sahəsində istifadə olunacaq bakterial hüceyrə divarlarında gedən reaksiyalar üzərində olmuşdur. 19 iyun 1897-ci ildə Londonda anadan olmuşdur. Vestminster şəhər məktəbində və Oksford universitetində təhsil almış və Oksforddan lizensiyalı dərəcə almışdır. Sırası ilə Balliol, Triniti və Ekseter kolleclərində işləmişdir. 1921-1937 illərində Triniti kollecində dərslər vermişdir. 1937-ci ildən Oksford Universitetində professor kimi işləməyə başlamışdır. Həmin dövrdə İngiltərə hökumətinə elm sahəsində köməklik göstərmişdir.
Sırqın
Sıqın (fars. سرقين‎) - İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 825 nəfər yaşayır (185 ailə).
Sirilo Antonio Rivarola Akosta
Sirilо Antonio Rivalo Аkosta (isp. Cirilo Antonio Rivarola Acosta; 1836, Eusebio-Ayala[d], Kordilyera[d] – 31 dekabr 1878, Asunson) - Paraqvaylı siyasətçi və dövlət xadimi, Paraqvay Respublikasının Prezidenti. Milli azadlıq hərəkatının qəhrəmanı Xuan Bautist Rivarolanın oğludur. Paraqvay müharibəsindən önçə Fransisko Solano Lopesin rəqibi olmuşdur. Müharibədə fəal iştirak etmişdir. 25 may 1869 cı ildə Braziliyalılar tərəfindən əsir götürülür. 1869-ci ildə ordunun məğlubiyyətindən sonra müharibə partizan xarakteri almağa başlayır. Rivarola bundan sonra Solano Lopesə qarşı çıxaraq müvvəqqəti hökumətə rəhbərlik edir. Onun hakimiyyəti Asunson ətrafı ilə sərhədlənirdi. 1869-cı ildən müvvəqti hökumətin prezidenti və müvvəqəti Triumviratın əsas şəxsi idi.
Kür silsilə su anbarlarının zooplanktonu
Irqıl
Şingiley məscidi
Şingiley məscidi — Ordubad rayonunun Dəstə kəndində tarix-memarlıq abidəsi. Girişi şimaldandır. 2 qapısı var. Qərb və şərq divarların hərəsində 2 tağvari pəncərə var. Cənub divarda 5 pəncərə var. Tavan 6 sütunun üstündə oturub. Cənub divarın xaricində 2 kitabə var. I kitabə: XI əsr abidəsi. II kitabə: Məscid 1989–92 illərdə yenidən inşa edilmişdir. Kitabədən aydın olur ki, məscidin əsası XI əsrdə qoyulmuş, XX əsrdə bərpa olunmuşdur.
2023-cü ildə İsrailə hücumların inkarı
2023-cü ildə İsrailə hücumların inkarı — 2023-cü ilin oktyabrında HƏMAS-ın İsrailə hücumu etməsinin inkar edilməsi. "Washington Post" əməkdaşı Elizabet Dvoskinin fikrinə görə, 7 oktyabr hücumların tarixin ən yaxşı sənədləşdirilmiş terror hücumlarından biri idi. Burada həmçinin, hücum edən HƏMAS yaraqlılarının smartfon kameraları və "GoPro"larından əldə olunan dəlillər də mövcuddur. Dvoskin hücumların ümumiyyətlə baş vermədiyini və ya saxta bayraq əməliyyatları olduğunu bildirən sui-qəsd nəzəriyyələrinin mövcud olduğunu bildirir. Dvoskin yazmışdır ki, bəzi yəhudi liderləri və tədqiqatçıları 7 oktyabr hadisələrinin inkarını Holokostun inkarı ilə müqayisə etmişlər. İsrailin Qanunvericilik Məsələləri üzrə Nazirlər Komitəsi tərəfindən təsdiqlənən İsrail qanunvericilik təklifi 7 oktyabrda baş vermiş hücumları inkar edən və ya onlara dəstək verən şəxslərə beş il həbs cəzası verilməsini nəzərdə tutur. == Zəmin == "Washington Post" əməkdaşı Elizabet Dvoskinin fikrinə görə, 7 oktyabr hücumların tarixin ən yaxşı sənədləşdirilmiş terror hücumlarından biri idi. Burada həmçinin, hücum edən HƏMAS yaraqlılarının smartfon kameraları və "GoPro"larından əldə olunan dəlillər də mövcuddur. Dvoskin hücumların ümumiyyətlə baş vermədiyini və ya saxta bayraq əməliyyatları olduğunu bildirən sui-qəsd nəzəriyyələrinin mövcud olduğunu bildirir. 2024-cü ilin yanvarına olan məlumata görə, hücumların əsas faktlarını inkar edən və baş verən zorakılığı minimuma endirən, ya da onun mənşəyini mübahisələndirən saxta və çaşdırıcı hekayələr yayan kiçik, lakin böyüyən bir qrup mövcud olmuşdur.
Bulbophyllum simile
Bulbophyllum simile (lat. Bulbophyllum simile) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü.
Trillium simile
Trillium simile (lat. Trillium simile) — bitkilər aləminin zanbaqçiçəklilər dəstəsinin melantkimilər fəsiləsinin trillium cinsinə aid bitki növü. Trillium erectum f. simile (Gleason) H.E.Ahles Trillium vaseyi var. simile (Gleason) Barksd.
Mirvari sırğalı qız
Mirvari sırğalı qız (hl: Het meisje met de parel) — holland rəssamı Yan Vermeerin dünyaca məşhur tablosudur. Əsər Yan Vermeerin şah əsəri hesab olunur. Adından da göründüyü kimi, əsərin əsas motivini mirvari sırğa təşkil edir. Tablo hal-hazırda Hollandiyanın Haaqa şəhərindəki Mauritshuis rəsm qalereyasında saxlanılır. Bu əsəri bəzən "Qüzey Mona Lozası" və ya "Holland Mona Lizası" da adlandırırlar. Demək olar ki, Vermeerin əsərləri haqqında o qədər də geniş məlumat bizə gəlib çatmamışdır və bu məşhur əsər də istisna deyil. Belə ki, əsər "IVMeer" şəklində imzalanmış lakin heç bir tarix göstərilməmişdir. 1994-cü ildə rəsmin sonuncu bərpasından sonra rəsimdəki incə rəngli kombinasiya və qızın tamaşaçıya baxışının yaxınlığı çox artırılmışdır. Dörd il Vermerin nadir əsərlərinin hissə-hissə xaricə satılmasına mane olmağa çalışmış Victor de Stuersin məsləhəti ilə A.A. des Tombe 1881-ci ildə (bu dövrlər olduqca çətin dövrlər idi) tablolardan birini Haaqada keçirilən auksionda iki gilder 3 sentə aldımış və varisi olmadığından o, bu və aldığı başqa əsərləri 1902-ci ildə Mauritshuisa bağışlamışdı. 1937-ci ildə Vermerin əsərlərindən olduğu güman edilən, olduqca oxşar bir rəsm "Gülən qız" kolleksiyaçı Andrew W. Mellon tərəfindən Vaşinqtondakı Milli İncəsənət Qalereyasına bağışlanmışdır.
Mirvari sırğalı qız (dəqiqləşdirmə)
Mirvari sırğalı qız — Yan Vermeerin 1665-ci ildə çəkdiyi rəsm əsəri. Mirvari sırğalı qız (film) — 2003-cü ildə çəkilmiş film.