Siril Norman Hinşelvud

Siril Norman Hinşelvud (19 iyun 1897[3], London - 9 oktyabr 1967, London) — 1956-cı ildə Nikolay Semyonovla birlikdə Kimya üzrə Nobel mükafatı alan ingilis alimi. Xüsusilə kimyəvi reaksiya mexanizmləri üzərindəki tədqiqatları ilə tanınır. Hidrogenin yanması, oksigenin su əmələ gətirməsi kimi zəncirvari reaksiyaların mexanizmini və sürətini öyrənmişdir. Son illərindəki tədqiqatlar antibiotik sahəsində istifadə olunacaq bakterial hüceyrə divarlarında gedən reaksiyalar üzərində olmuşdur.[3]

Siril Norman Hinşelvud
Cyril Norman Hinshelwood
Siril Norman Hinşelvud
Siril Norman Hinşelvud
Doğum tarixi
Doğum yeri London, İngiltərə İngiltərə, Böyük Britaniya Birləşmiş Krallıq
Vəfat tarixi (70 yaşında)
Vəfat yeri London, İngiltərə İngiltərə, Böyük Britaniya Birləşmiş Krallıq
Dəfn yeri
Vətəndaşlığı Böyük Britaniya Birləşmiş Krallıq
Milliyyəti ingilis
Elm sahələri Kimya, fiziki kimya.
İş yerləri Oksford Universiteti, İmperial Kolleci.
Təhsili Oksford Universiteti, Vestminster məktəbi
Üzvlüyü
Mükafatları Deyvi medalı - 1942
Royal medalı - 1947
Kimya üzrə Nobel mükafatı - 1956 [2]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

19 iyun 1897-ci ildə Londonda anadan olmuşdur. Vestminster şəhər məktəbində və Oksford universitetində təhsil almış və Oksforddan lizensiyalı dərəcə almışdır. Sırası ilə Balliol, Triniti və Ekseter kolleclərində işləmişdir. 1921-1937 illərində Triniti kollecində dərslər vermişdir. 1937-ci ildən Oksford Universitetində professor kimi işləməyə başlamışdır. Həmin dövrdə İngiltərə hökumətinə elm sahəsində köməklik göstərmişdir. 1929-cu ildə London Kral Cəmiyyətinə seçilmişdir.[4] 1955-1960 illərdə bu quruma başçılıq etmişdir. 1948-ci ildə Ser titulu qazanmışdır. 1960-cı ildə Ləyaqət nişanına layiq görülmüşdür.

İlk illərdə kimya kinetikası üzərində olmuşdur. Bu mövzuda 1926-cı ildə "Tələbələr üçün Kimyəvi reaksiya və Kimya Termodinamikası" adlı kitabı yazmışdır. Bu kitabın dördüncü nəşri 1940-cı ildə baş vermişdir. 1940-cı ildən sonra bakterial hüceyrə divarlarında gedən reaksiyalara və bakteriyaların mühitin dəyişməsinə verdikləri reaksiyalara fizika kimya əsasında açıqlama gətirməyə çalışmışdır. Antibiotik sahəsindəki işləri də vacibdir. 1946 ildə "Bakteriya Hüceyrəsinin Kimyəvi Kinetikası" adlı kitabı nəşr olunmuşdur. Ən son kitabı 1951-ci ildə nəşr olunmuş "Fiziki Kimyanın Strukturu"dur.

1946-1948-ci illərdə Kimya Cəmiyyətinin, 1961-1962 illərdə Faradey Cəmiyyətinin başçısı olmuşdur.

Oksford Universitetindən fəxri hüquq doktoru, Bristol, Kembric, Dublin, Hall, Lids, Şeffild, Uels və Ottava Universitetlərindən fəxri dərəcə almışdır. Heç vaxt evlənməmişdir. 1967-ci ildə Londonda vəfat etmişdir.

Bir çox mükafat qazanmışdır:

Mükafat İl Təqdim edən
Lavosye medalı 1936 Fransa Kimya Cəmiyyəti
Deyvi medalı 1942 London Kral Cəmiyyəti
Royal medalı 1947 London Kral Cəmiyyəti
Lonqstaf medalı 1948
Quldberq medalı 1952 Oslo Universiteti
Kimya üzrə Nobel mükafatı 1956 Nobel Komitəsi
Leverhulm medalı 1960
Kopli medalı 1962 London Kral Cəmiyyəti

Həyatı boyunca fiziki kimya və kimya sahəsində, həmçinin bioloji kimyada işlər aparmış, bir neçə kitabı nəşr olunmuşdur:

  • "Kimya Tələbələri üçün Termodinamika" (1926)
  • "Qaz Sistemlərində Kimya Kinetikası Dəyişməsi" (1933)
  • "Kimyəvi Dəyişmənin Kinetikası" (1940)
  • "Bakterial Hüceyrənin Kimyəvi Kinetikası" (1946)
  • "Biologiya və Kimya arasında bəzi əlaqələr" (1949)
  • "Fiziki Kimyanın Strukturu" (1951)
  1. 1 2 http://www.pas.va/content/accademia/en/academicians/deceased/hinshelwood.html.
  2. "1956". nobelprize.org. 2015-05-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 mart 2013.
  3. 1 2 "cyrilnormanhinshelwoodbio". 2015-09-29 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 29 mart 2013.
  4. "hinshelwood". nobelprize.org. 2012-11-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 mart 2013.