Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Plastik
Plastmas (və ya Plastik kütlə) məmulun hazırlanma mərhələsində özülü axıcılıq və ya yüksək elastik, istismar zamanı şüşəyəbənzər və ya kristallik halını alan, tərkibində polimer olan materialdır. Prosesin xarakterindən asılı olaraq plastmasdan hazırlanmış məmulları reaktoplast və termoplast olaraq iki qrupa bölürlər. Reaktoplastlara emalı zamanı tərkibində bərkidmiş halda polimer toru yaranan plastik kütlələr aid edilir, bunlar qızdırıldıqda maye halına çevrilə bilmirlər. Termoplastlar isə əksinə olaraq yenidən ərimə qabiliyyətini özündə saxlayırlar. Plastmas adətən iki qarşılıqlı birləşməyə girən və qarışmayan təşkiledicilərdən ibarət olur. Bu zaman polimerdən başqa materiala polimerin axıcılıq tempearturunu və özülülüyünü aşağı salan doldurucular, plastifikatorlar və onların köhnəlməsinin qarşısını alan stabilləşdiricilər, həmçinin rənglər əlavə olunur. Plastmaslar bir fazalı (homogen) və ya çox fazalı (heterogen, kompozit) materialar ola bilərlər. Homogen plastik kütlələr materialın xassəsini müəyyənləşdirən əsas təşkiledici sayılır. Digər komponentlər polimerdə həll olunaraq onun bu və ya digər xassələrini yaxşılaşdırıır. Heterogen plastik kütlələrdə polimer sərbəst faza şəklində olan komponentlər arasında əlaqələndirici dispesiya mühiti rolunu oynayır.
SaaS
Xidmət kimi proqram təminatı (ing. Software as a service; SaaS) — proqram təminatının abunə əsasında lisenziyalaşdırıldığı və mərkəzləşdirilmiş şəkildə yerləşdiyi lisenziyalaşdırma və çatdırılma modeli. SaaS həmçinin tələb olunan proqram təminatı, veb-əsaslı proqram təminatı və ya veb-host proqram təminatı kimi də tanınır. SaaS, xidmət kimi infrastruktur (IaaS) və xidmət kimi platforma (PaaS) ilə birlikdə bulud hesablamalarına xas biznes modelidir. SaaS proqramlarına adətən veb brauzer istifadəçiləri ("incə" müştəri) daxil olurlar. SaaS ofis proqramı, mesajlaşma proqramı, əmək haqqı emal proqramı, DBMS proqramı, idarəetmə proqramı, CAD proqramı, inkişaf proqramı, oyunlaşdırma, virtuallaşdırma, mühasibatlıq, əməkdaşlıq, müştəri münasibətlərinin idarə edilməsi (CRM), idarəetmə məlumat sistemləri (MIS), müəssisə resurslarının planlaşdırılması (ERP), faktura, sahə xidmətinin idarə edilməsi, insan resurslarının idarə edilməsi (HRM), istedadların əldə edilməsi, öyrənmə idarəetmə sistemləri, məzmunun idarə edilməsi (CM), coğrafi informasiya sistemləri (GIS) və xidmət masasının idarə edilməsi daxil olmaqla bir çox iş proqramları üçün ümumi çatdırılma modelidir. SaaS demək olar ki, bütün korporativ proqram təminatı şirkətlərinin strategiyalarına daxil edilmişdir. Biznes proqramlarının mərkəzləşdirilmiş hostinqi 1960-cı illərə təsadüf edir. Həmin illərdən başlayaraq, IBM və digər əsas kompüter provayderləri tez-tez vaxt mübadiləsi və ya kommunal hesablama kimi adlandırılan bir xidmət bürosu işi aparmağa başladılar. Bu cür xidmətlərə hesablama gücü və verilənlər bazası saxlanması, banklara və digər böyük təşkilatlara öz ümumdünya məlumat mərkəzlərindən təklif etmək daxildir.
Plastik deformasiya
Deformasiya (latınca deformatio — təhrif olunma) hər hansı obyektin xarici və daxili qüvvələrin təsiri nəticəsində konfiqurasiyasının dəyişməsidir. Deformasiyaya bərk cisimlər (kristal, amorf, üzvi mənşəli mayelər, qazlar, fiziki sahə, canlı orqanizmlər və s.) məruz qalırlar. Deformasiya -maddi mühit (bərk,maye, qazabənzər) hissəcikləri çoxluğunun qarşılıqlı yerləşməsinin dəyişməsidir; bu isə cismin və ya onun hissəciklərinin forma və ölçülərinin dəyişməsinə səbəb olur, hissəciklər arasında qarşılıqlı təsir qüvvələrini dəyişir, yəni gərginlik yaradır. Bütün maddələr deformasiyaya uğraya bilər. Deformasiya istilik genişlənməsi, maqnit və elektrik sahələrinin, həmçinin xarici mexaniki qüvvələrin təsirinin nəticəsi ola bilər. Deformasiya üç qrupa bölünür: Plastiki deformasiya Elastiki deformasiya Elastiko-plastik Bərk cisimlərdə, əgər yükü götürəndən sonra deformasiya itirsə - elastiki, əgər itmirsə- plastiki, əgər tamamilə itmirsə, elastiko-plastik deformasiya adlanır. Əgər deformasiyanın qiyməti zamandan aşkar asılıdırsa, məsələn, dəyişməz yüklənmə təsiri ilə artırsa, lakin dönəndirsə, bərpa olunandırsa o, özlü elastiki adlanır.Bütün həqiqi bərk cisimlər, hətta kiçik deformasiyalarda az və ya çox miqdarda plastiki xassələr malik olurlar. Elastiklik nəzəriyyəsində olduğu kimi cismin plastiki xassələrini müəyyən edən şəraitlərdə nəzərə almamaq olar. Bərk cismi kifayət qədər dəqiqliklə elastiki hesab etmək olar, yəni yüklənmə hər hansı sərhəddi (elastiklik sərhəddini) keçənə qədər hiss ediləcək plastiklik aşkar olunmur. Plastik deformasiyanın təbiəti temperaturdan, yükün uzun müddətli təsirindən və ya deformasiya sürətindən asılı olaraq müxtəlif ola bilər.
Plastik kartlar
Plastik kartlar və ya ödəmə kartları — vəsait ödəniməsində istifadə edilən müasir texniki imkan — özünəməxsus "elektron pul". Ənənəvi nağd pul vəsaitindən bir çox xüsusiyyətlərinə görə üstün hesab edilir. Hazırda dünyada plastik kartların müxtəlif növləri mövcuddur. Ancaq onların fəaliyyət sxemləri və prinsipləri faktiki olaraq eynidir. Fərq onlar üzrə göstərilən xidmətlərin həcmində və təqdim olunan imkanlardadır. Bankların fiziki və hüquqi şəxslərə təqdim etdiyi müxtəlif plastik kartlar vardır. Bunlar, əsasən üç yerə ayrılır: Kredit kartlar (ingilis: Credit Cards) — hesablaşma zamanı nağd kredit istifadə imkanını yaradır. Ödəmə kartları (ingilis: Charge Cards) — hesablaşmanın asan yolunu təmin edən kartlar. Debit kartlar -bankomat və ya bankın kassalarında yerləşən POS-terminallar vasitəsilə nağd vəsaitlərin alınması. Sahibkarlar, kartı ixrac edən bankla razılığa girməmişdən əvvəl bankın yeterli sayda kart sahibi olub olmadığına diqqət etməlidirlər.
Plastik qablar
Plastik qablar — gündəlik həyatımızda hər gün istifadə etdiyimiz plastik stəkanlar, çəngəllər, butulkalar və s. bu kimi qida vasitələrindən istifadə edirik. Əsasən maliyyə cəhətdən istehsalçılara ucuz başa gələn plastik qablar insan sağlığına isə baha başa gəlir. Çünki plastik bir stəkana isti çay və ya digər hər hansi isti bir içki tökdüyümüz zaman istinin təsiri ilə plastik qabın tərkibindəki bəzi kimyəvi maddələr ayrılaraq qidaya qarışır. Hər gün istifadə etdiyimiz və nisbətən daha keyfiyyətli olduğu düşünülən su bidonları da həmçinin insan sağlamlığı üçün həddən artıq dərəcədə təhlükəli olan polikarbonat adlı kimyəvi maddədən istehsal edirlər ki, bu maddə də 100 dərəcə istilikdə tərkiblərə ayrılaraq qidaya qarışır. Digər plastik qablar hazırlanan bir kimyəvi maddə isə fosgendir ki, bu maddənin ayrılaraq qidaya qarışması üçün isə soyuq qida məhzullarınin təsiri nəticəsində asanlıqla ayrılaraq qidaya qarışma qabilliyətinə malikdir. Həmçinin mütəxəsislər analara körpələrinə plastik butulkalarda isti süd və ya çay verməyin düzgün olmadığını butulkaları şüşələrlə əvəz etməyin daha məqsədəuyğun olduğunu bildirirlər. Müsbət xüsusiyyətləri: Yüngül asan daşınandır. Qab əldən düşərkən sınır, plastik qab isə yox.
Plastik çirklənmə
Plastik çirklənmə — vəhşi təbiətə, vəhşi heyvanların və insanların yaşayış mühitinə mənfi təsir göstərən plastik məmulatların ətraf mühitdə toplanması prosesi. Böyük miqdarda plastik tullantı ətraf mühitə daxil olur; məsələn tədqiqatlar göstərir ki, dəniz quşlarının 90%-nin bədənlərində plastik var. Plastik çirklənmənin bir çox növləri və formaları var. Plastik çirklənmə yer səthinə, su yollarına və okeanlara mənfi təsir göstərir. Müxtəlif bölgələrdə plastik çirklənməni azaltmaq üçün səylər edilir. Birdəfəlik plastiklərin istehlakını azaltmaq, onların təkrar emalını təşviq etmək cəhdləri vardır. Plastik çirklənmənin yayılması plastiklərin aşağı qiyməti və davamlılığı, eləcə də bu materialın hazırda bəzi ərazilərdə əvəzolunmazlığı ilə əlaqələndirilir ki, bu da insanlar tərəfindən istifadənin yüksək səviyyəsini müəyyənləşdirir. 2018-ci ildə dünyada hər il təxminən 380 milyon ton plastik istehsal olunmuşdur. Ümumilikdə 1950-ci ildən 2018-ci ilə qədər təxminən 6,3 milyard ton plastik istehsal edilmişdir ki, bunun da təxminən 9%-i təkrar emal edilmiş, 12%-i isə yandırılmışdır. Planetin plastik çirklənməsi üzrə dünya liderləri Coca-Cola, PepsiCo və Nestledir.
Plastik sürtkülər
Plastik sürtkü — hər hansı mexanizmin sürtünən hissələri üçün istifadə edilir, bu zaman detalların yeyilməsi və sürtünmədə güc itkisi kəskin surətdə azalır, detallar az qızır, sürtünən hissələr daha ağır yükə davam gətirir, sürtünən detalların etibarlılığı və iş müddəti artır. Texnikanın səmərəli istifadəsi sürtkü materiallarının keyfiyyətindən çox asılıdır. Sürtkü materiallarının əsas təyinatı iki əsas tələb- sürtünmənin və yeyilmənin azalmasıdır. Avtomobil texnikasının, sənaye maşın və mexanizmlərinin sürtünmə düyünlərində gedən sürtünmə və siyrilmə proseslərinin azaldılması məqsədilə istifadə olunur. Sürtkülər — tərkib və təyinatına görə təsnafatlandırılır. Sürtkülərin struktur və xassələrinə əsas təsir göstərən qatılaşdırıcılardır ki, buna görə də təsnifatlandırmanın əsasında qatılaşdırıcının növü durur. Qatılaşdırıcının növünə görə sürtkülər aşağıdakı növlərə bölünür: Sabunlu sürtkülər. Karbohidrogenli sürtkülər. Qeyri üzvü qatılaşdırıcılar əsasında alınan sürtkülər. Sürtkülər maye əsasdan (dispers mühit), bərk qatılaşdırıcıdan (dispers faza) və müxtəlif əlavələrdən ibarətdir.
Plastik kart
Plastik kartlar və ya ödəmə kartları — vəsait ödəniməsində istifadə edilən müasir texniki imkan — özünəməxsus "elektron pul". Ənənəvi nağd pul vəsaitindən bir çox xüsusiyyətlərinə görə üstün hesab edilir. Hazırda dünyada plastik kartların müxtəlif növləri mövcuddur. Ancaq onların fəaliyyət sxemləri və prinsipləri faktiki olaraq eynidir. Fərq onlar üzrə göstərilən xidmətlərin həcmində və təqdim olunan imkanlardadır. Bankların fiziki və hüquqi şəxslərə təqdim etdiyi müxtəlif plastik kartlar vardır. Bunlar, əsasən üç yerə ayrılır: Kredit kartlar (ingilis: Credit Cards) — hesablaşma zamanı nağd kredit istifadə imkanını yaradır. Ödəmə kartları (ingilis: Charge Cards) — hesablaşmanın asan yolunu təmin edən kartlar. Debit kartlar -bankomat və ya bankın kassalarında yerləşən POS-terminallar vasitəsilə nağd vəsaitlərin alınması. Sahibkarlar, kartı ixrac edən bankla razılığa girməmişdən əvvəl bankın yeterli sayda kart sahibi olub olmadığına diqqət etməlidirlər.
SAS
Special Air Service və ya SAS (Azərb. Xüsusi Hava Xidməti) — Böyük Britaniya Silahlı Qüvvələrinin Xüsüsi Təyinatlılar bölməsi. SAS hərbi bölməsi 24 avqust 1941-ci ildə, İkinci dünya müharibəsi zamanı leytenant Devid Sterlinq tərəfindən yaradılmışdır. Bölmə Hava-Desantında xidmət edən könüllülərdən ibarət idi. Bölmənin əsas vəzifəsi Şimali Afrikada düşmənə qarşı reydlər keçirməkdən ibarət idi. 30 noyabr 1946-cı ildə bölmə dağıdılmışdır, ancaq 1947-ci ildə SAS hərbi bölməsi yenidən yaradılmışdır. SAS bugünəcən fəaliyyət göstərir. SAS xüsüsi təyinatlıların əsas vəzifəsi bulardır: Birləşmiş Krallığ hökumətinin siyasətinə dəstək Terrorçuluğa qarşı həm ölkənin içində həm də dünyada mübarizə Digər ölkələrdən əsgər yığımı və hazırlanması Birləşmiş Krallığın Xüsusi Təyinatlıları heç vaxt birbaşa ictimaiyyət arasından seçilmir. Silahlı Qüvvələrin bütün hazırkı üzvləri bura qoşulmaq üçün seçim mərhələsində iştirak edə bilər, lakin namizədlərin əksər hissəsi keçmişdə komando və ya desant olanlardır. Seçim mərhələsi ildə 2 dəfə, yayda və qışda olur.
SMS
SMS (ing. Short Message Service — qısa mesaj xidməti) — mobil telefon vasitəsilə mətn ötürülməsinə və qəbul edilməsinə imkan verən sistem. SMS-in yaradıcısı hesab olunan konkret şəxs və ya şirkət yoxdur. GSM layihəsi beynəlxalq əməkdaşlığın nəticəsi olduğu üçün SMS-in yaranması da 1 şəxsin deyil, yaxın əməkdaşlıq çərçivəsində fəaliyyət göstərən şəxslərin əməyinin nəticəsidir. 1 SMS 160 simvoldan ibarət olur. 160 simvolun yaradıcısı "Doyç Telekom" (Deutsche Telekom) şirkətinin əməkdaşı Fridhelm Hillebranddır.
Spas rayonu
Spas rayonu (tatar. Спас районы) — Rusiya Federasiyası, Tatarıstan Respublikasının ərazisinə daxil olan inzibati rayon. Rayon respublikanın cənub-qərbində yerləşir. Respublikanın Alekseyevsk, Əlki rayonları və Ulyanovsk vilayəti ilə (Staromainski və Melekesski rayonları) quru sərhədi var. Volqa (Kuybışev su anbarı) sahili boyunca Təteş və Kama Tamaqı rayonları ilə, Kama (Kuybışev su anbarı) hövzəsi ilə Layiş rayonu ilə həmsərhəddir. Rayonun inzibati mərkəzi Bolqar şəhəridir. Kuybışev su anbarının yaranması nəticəsində rayon torpaqlarının xeyli hissəsi su altında qalmışdır. Ən böyük çayları: Volqa, Kama, Bezdna və Aktay. Rayonun ərazisi 1920-ci ilə qədər Spas qəzasının bir hissəsi idi. 1920-1930-cu illərdə Spas kantonunda daxil olur.
Sumas (Vaşinqton)
Sumas (ing. Sumas) — ABŞ-nin Uatkom əyaləti, Vaşinqton ştatında şəhər. 2010-cu il əhalinin siyahıyaalınması məlumatlarına əsasən şəhərin əhalisi 1307 nəfər olmuşdur. Kanada ilə həmsərhəsddir. Şəhər ərazisində 24 saat fəaliyyət göstərən sərhəd keçid məntəqəsi vardır. Sumas sözünün mənası "ağaçsız torpaq" deməkdir. 1850-ci ildə əraziyə ağdərililər gəldikdə burada Nuksak qəbiləsindən olan hindular yaşayırdılar. 1872-ci ildə Robert Conson burada yaşamağa başlayan ilk ağdərili oldu. 1875-ci ilin sonunda Bellinqhamdan indiki Everson şəhərinin ərazisinə ilk yol çəkilsə də, hələ də bu ərazidən Sumasa getmək üçün yeganə vasitə su yolu idi. 1870-ci illərin axırlarında burada daimi yaşayış məskənləri əmələ gəlməyə başladı.
Stas Mixaylov
Stanislav Mixaylov (rus. Станисла́в Влади́мирович (Стас) Миха́йлов 27 aprel 1969, Soçi, Krasnodar diyarı) — rus estrada müğənnisi, bəstəkar, aktyor və prodüser, Rusiya Federasiyasının xalq artisti (2022). Dəfələrlə "İlin şansonu", "Qızıl qrammofon" mükafatlarının və "İlin mahnısı" festivalının qalibi və laureatı olub. 27 aprel 1969-cu ildə Krasnodar vilayətinin Soçi şəhərində anadan olub. Atası pilot, anası isə tibb bacısı olub. Ata tərəfdən Stasın Azərbaycan kökləri var. Mixaylovun hekayələrinə görə, o, musiqi məktəbində heç iki həftə getməyib və ilk gitara akkordlarını ona, həm də pilot olan, böyük qardaşı göstərib. Gələcək müğənni 7 ay Minsk Uçuş Məktəbində oxuyub, lakin təhsilini yarımçıq qoyub və Şimali Qafqaz Hərbi Dairəsinin Hərbi Hava Qüvvələrinin qərargahında sürücü kimi Rostov-na-Donu şəhərində hərbi xidmətə çağırılıb. Tərxis olunduqdan sonra Stas bir müddət Tambov Mədəniyyət İnstitutunda oxuyur, lakin onu bitirmədən doğma Soçiyə qayıdaraq burada işləməyə başlayır. 1992-ci ildə Stas Mixaylov Moskvaya gedir və burada video kasetlərin yayılması işiylə məşul olmağa başlayır və bu işdə uğursuz olur.
Plastik Salyan FK
Plastik futbol klubu 1971-ci ildə Salyanda yaranmışdır. 1 dəfə futbol üzrə Azərbaycan çempionatında iştirak etmişdir.
Plastik sürtkülərin təsnifatı
Plastik sürtkü — hər hansı mexanizmin sürtünən hissələri üçün istifadə edilir, bu zaman detalların yeyilməsi və sürtünmədə güc itkisi kəskin surətdə azalır, detallar az qızır, sürtünən hissələr daha ağır yükə davam gətirir, sürtünən detalların etibarlılığı və iş müddəti artır. Texnikanın səmərəli istifadəsi sürtkü materiallarının keyfiyyətindən çox asılıdır. Sürtkü materiallarının əsas təyinatı iki əsas tələb- sürtünmənin və yeyilmənin azalmasıdır. Avtomobil texnikasının, sənaye maşın və mexanizmlərinin sürtünmə düyünlərində gedən sürtünmə və siyrilmə proseslərinin azaldılması məqsədilə istifadə olunur. Sürtkülər — tərkib və təyinatına görə təsnafatlandırılır. Sürtkülərin struktur və xassələrinə əsas təsir göstərən qatılaşdırıcılardır ki, buna görə də təsnifatlandırmanın əsasında qatılaşdırıcının növü durur. Qatılaşdırıcının növünə görə sürtkülər aşağıdakı növlərə bölünür: Sabunlu sürtkülər. Karbohidrogenli sürtkülər. Qeyri üzvü qatılaşdırıcılar əsasında alınan sürtkülər. Sürtkülər maye əsasdan (dispers mühit), bərk qatılaşdırıcıdan (dispers faza) və müxtəlif əlavələrdən ibarətdir.
Artur Mas
Artur Mas (kat. Artur Mas i Gavarró; 31 yanvar 1956, Barselona) — Kataloniya əyalətinin 129-cu prezidenti.
SMS Blücher
SMS Blücher ( tələffüzü: SMS Blüşer) — Almaniya İmperatorluq Donanmasının son emal edilən zirehli kreyseri. Alman kəşfiyatına görə, səhv olaraq Britaniyanın Invincible sinfi döyüş kreyseri sinfinə aid olduğu zənn edilən xüsusiyyətlərə görə hazırlanan Blücher, əvvəlki zirehli kreyserlərə görə daha böyük olub, daha çox ağır silah daşısa da böyüklük və silah baxımından Böyük Britaniya ilə Almaniya donanmalarında zirehli kreyserlərin yerinə gətirilən döyüş kreyserləri ilə rəqabət edə biləcək mövqedə deyil idi. Gəmi, adını 1815-ci ildəki Vaterlo döyüşündə Prussiya qüvvələrinə əmr edən General-feldmarşal Qebhard Leberext von Blüşerdən almışdı. Blücher, 1907-ci və 1909-cu illəri arasında Kil şəhərindəki Kaiserliche Werft Kiel (azərb. Kil İmperatorluq Tərsanəsi‎) limanında inşa edilmişdir. Gəmi ilk səfərinə 1 oktyabr, 1909 tarixində başlamışdır. Birinci Dünya Müharibəsinin ilk mərhələləri də daxil olmaq üzrə vəzifə müddətinin çoxunu I Kəşfiyyat Qrupuna bağlı olaraq keçirən Blücher, 1914-cü ildə Skarborou, Hertlepol və Vitbi ilə Yarmot basqınlarında iştirak etmişdir. 24 yanvar 1915 tarixində baş vermiş Doqqer Bank döyüşü əsnasında, vitse-admiral Deyvid Bitti əmrindəki Britaniya döyüş kreyseri donanmasının top atışlarında zərər görən Blücher, yavaşladı. Kontr-admiral Franz von Hipper, alman döyüş kreyserlərini təqib edən Britaniya donanmasının fikrini yayındırmaq üçün Blücher-i arxada buraxdı. Britaniya gəmilərinin ağır artilleriya atəşi qarşısında gəmi batarkən, həyatda qalan alman ekipajı britaniyalı əsgərlər tərəfindən xilas edilirdi.
SMS dili
SMS dili — 1990-cı illərin sonu və 2000-ci illərin əvvəllərində mətn mesajları ilə və bəzən e-poçt və ani mesajlaşma kimi internet əsaslı ünsiyyət vasitəsi ilə istifadə edilən qısaldılmış dil və slenq. İlk mobil telefon mesajlaşma funksiyaları istifadəçiləri abbreviaturalardan istifadə etməyə təşviq edirdi. 2G texnologiyası mətn daxil etməyi çətinləşdirdi, hər hərfi yaratmaq üçün kiçik klaviaturada bir neçə düyməyə basmağı tələb edirdi və mesajlar əsasən 160 simvol (və ya 1280 bit) ilə məhdudlaşdırılırdı. SMS dili mətn mesajlarının yazılmasını sürətləndirir və eyni zamanda 160 simvoldan çox uzun mesajlar üçün provayderlərə əlavə ödəniş etməkdən yayınmağa kömək edirdi. SMS dili ödənişin söz sayına bağlı olduğu teleqraf dilinə bənzəyir. Mətn mesajlarının yer, vaxt və xərc məhdudiyyətlərinə görə sözü çox qısa şəkildə yazmaq üçün mümkün ən az hərfdən istifadə etməyə çalışır. Bu ilk SMS-lərin cəmi 160 simvola icazə verməsindən və provayderlərin göndərilən (və bəzən qəbul edilən) hər bir mesaj üçün ödəniş almağa başlamasından bəri belə davam edir. Mesajların yaradılmasının çətinliyi və səmərəsizliyi yeni mühit üçün daha qənaətcil bir dil formalaşdırmaq istəyinə səbəb oldu.
Le-Mas
Le-Mas (fr. Le Mas) — Provans-Alp-Kot-d'Azür regionunun, Fransanın cənub-şərqində yerləşən kommun, Dənizkənarı Alplar departamenti, Qras dairəsi, Qras-1 kantonu . Mart 2015-ci ilə qədər kommun inzibati olaraq ləğv edilmiş Sent-Oban kantonunun (Qrass dairəsi) bir hissəsi idi. Kommunanın sahəsi — 32,15 km², əhalisi — 128 nəfərdir (2006) artım tendensiyası ilə: 171 nəfər (2012), əhalinin sıxlığı 171 nəfər / km²-dir. == Əhalisi == 2011-ci ildə əhalinin sayı — 170 nəfər təşkil edirdi, 2012-ci ildə isə — 568 nəfər.
Cornus mas
Adi zoğal (lat. Cornus mas) — bitkilər aləminin zoğalçiçəklilər dəstəsinin zoğalkimilər fəsiləsinin zoğal cinsinə aid bitki növü. Zoğal cinsinin 4 növü məlumdur ki, bunlardan yalnız biri – adi zoğal yayılmışdır. Adi zoğal yabanı halda Qafqazda, Zaqafqaziya respublikalarında, Krımda, Orta Asiyada, Moldaviyada bitir. Azərbaycanda, Böyük və Kiçik Qafqaz sıra dağlarının ətəklərində, orta dağ döşlərində, açıq və güney yerlərdə balaca meşəliklər təşkil edir. Başqa meşə ağacları arasında da tək-tək bitir. Zoğal yarpaqlamazdan çox əvvəl fevral-martda çiçəkləyir. Sarı çiçəkləri bir yerə toplanıb çətir kimi sallanır. Meyvələri avqustun axırı və sentyabrda yetişir. Meyvələri yumru, oval, armudaoxşar və silindrik olur.
Markos İmas Alonso
Markos İmas Alonso, Markitos ləqəbi ilə də tanınır (isp. Marcos Alonso Imaz; 16 aprel 1933, Santander – 6 mart 2012, Santander) — müdafiəçi mövqeyində oynamış İspaniya oyunçusu. O, daha çox "Real Madrid"in beş Çempionlar Kubokunu udan heyətindəki çıxışı ilə tanınır. == Klub karyerası == Markitos Kantabriya bölgəsinin Santander şəhərində anadan olmuşdur. Karyerası boyunca o, yerli Rasinq Santander, Real Madrid, Erkules, Real Mursiya, Kalvo Sotelo və Toluko Santander klublarında çıxış etmişdir. Merinqlər ilə o, 6 La Liqa və 5 Çempionlar Kubokunu qazanmışdır; sonuncunun 1955/1956 mövsümündə o, "Reyms" klubunun qapısına nadir qollarından birini vurmaqla hesabı 3–3 bərabərləşdirdi, oyun isə 4–3 hesablı qələbə ilə bitdi. == Milli komanda karyerası == 1955-ci ildən 1960-cı ilə qədər İspaniya milli futbol komandasının heyətində 2 yoldaşlıq oyununda iştirak etmişdir. == Şəxsi həyatı və vəfatı == Markitosun oğlu Markos Alonso Penya da futbolçu və məşqçi olmuşdur. Onun karyerası ərzində çıxış etdiyi klublar arasında "Barselona" və "Atletiko Madrid" var, o, həmçinin İspaniya millisinin üzvü olmuşdur. Markitosun nəvəsi Markos Alonso Mendosa da Real Madrid və İspaniyanın heyətlərində oynamışdır, bundan başqa o, xüsusən "Bolton Uonderers" və "Çelsi"nin şərəfini qoruyaraq İngiltərədə uzun müddət keçirir.
Kipləşdirici-yağlayıcı plastik sürtkülər
Aspidium filix-mas
Erkək ayıdöşəyi (lat. Dryopteris filix-mas) — bitkilər aləminin qıjıkimilər şöbəsinin qıjılar sinfinin əsl qıjılar dəstəsinin ayıdöşəyikimilər fəsiləsinin ayıdöşəyi cinsinə aid bitki növü. == Botaniki təsviri == Hündürlüyü 20-100(140) sm olan çoxillik bitkidir. Qısa, yoğun kökümsovu köhnə saplaqların qalıqları ilə əhatə olunmuşdur. Uzunluğu 100 sm qədər olan uzunsov elliptik formalı yarpaqları ikiqat lələkvaridir, yarpaq ayası saplağından uzundur. Sporları oval tumurcuqvari, pipikcikli və ziyilciklidir. Çoxillik sporlu bitkidir. Kök üstündə olan iri yarpaqlarının uzunluğu 1-2 m-ə çatır. Yerüstü gövdəsi yoxdur. Kökümsovu möhkəm, çəpinə qalxan və ya üfiqi, saplaqlı köhnə (keçən ilki) yarpaqlara malikdir.
Nephrodium filix-mas
Erkək ayıdöşəyi (lat. Dryopteris filix-mas) — bitkilər aləminin qıjıkimilər şöbəsinin qıjılar sinfinin əsl qıjılar dəstəsinin ayıdöşəyikimilər fəsiləsinin ayıdöşəyi cinsinə aid bitki növü. Hündürlüyü 20-100(140) sm olan çoxillik bitkidir. Qısa, yoğun kökümsovu köhnə saplaqların qalıqları ilə əhatə olunmuşdur. Uzunluğu 100 sm qədər olan uzunsov elliptik formalı yarpaqları ikiqat lələkvaridir, yarpaq ayası saplağından uzundur. Sporları oval tumurcuqvari, pipikcikli və ziyilciklidir. Çoxillik sporlu bitkidir. Kök üstündə olan iri yarpaqlarının uzunluğu 1-2 m-ə çatır. Yerüstü gövdəsi yoxdur. Kökümsovu möhkəm, çəpinə qalxan və ya üfiqi, saplaqlı köhnə (keçən ilki) yarpaqlara malikdir.
Polypodium filix-mas
Erkək ayıdöşəyi (lat. Dryopteris filix-mas) — bitkilər aləminin qıjıkimilər şöbəsinin qıjılar sinfinin əsl qıjılar dəstəsinin ayıdöşəyikimilər fəsiləsinin ayıdöşəyi cinsinə aid bitki növü. Hündürlüyü 20-100(140) sm olan çoxillik bitkidir. Qısa, yoğun kökümsovu köhnə saplaqların qalıqları ilə əhatə olunmuşdur. Uzunluğu 100 sm qədər olan uzunsov elliptik formalı yarpaqları ikiqat lələkvaridir, yarpaq ayası saplağından uzundur. Sporları oval tumurcuqvari, pipikcikli və ziyilciklidir. Çoxillik sporlu bitkidir. Kök üstündə olan iri yarpaqlarının uzunluğu 1-2 m-ə çatır. Yerüstü gövdəsi yoxdur. Kökümsovu möhkəm, çəpinə qalxan və ya üfiqi, saplaqlı köhnə (keçən ilki) yarpaqlara malikdir.
ŞKAS
ŞKAS (rus: Шпитальный-Комарицкий Авиационный Скорострельный (ШКАС) Shpitalni-Komaritski Aviatsionni Skorostrelni) — Sovet istehsalı olan pulemyotlardan biridir. Silah əksər sovet qırıcılarında və bombardmançılarında istifadə edilmiş və ŞVAK avtomatik topunu əsasını təşkil etmişdir. Mərmisinin çıxış sürəti 775-825 m/s, atış sürəti isə dəqiqədə 1800-3000 arasında olmuşdur.
Şamaş
Şamaş— Assuriya və Babil mifologiyasında Günəş tanrısının akkadca adı. Şumer mifologiyasındakı Utudan törəmişdir. Atası Sin (Nanna - Ay), əkiz bacısı ise İştardır (Şumerdə İnanna - Dünya).Ərəblər şəms-günəş adını bu tanrıdan götürüblər.
Astika və Nastika
Astika (sanskr. आस्तिक) və Nastika (sanskr. नास्तिक) — hinduizmdə qeyri-ortodoksal fəlsəfi məktəbləri fərqləndirmək üçün istifadə olunan adlandırmalar. Astika vedalara (hinduizmdə müqəddəs yazılar) əsaslanır, Nastika isə vedaları qəbul etmir (ehkamları, kasta sistemini və s. də o cümlədən). Astikaya 6 fəlsəfi məktəb (darşan) aid edilir: nyaya\vayşeşika, sankhya\yoqa, mimansa\vedanta. Yaxın olduqları üçün onları cüt-cüt yazırlar. Nastikaya buddizm, caynizm və lokoyata aid edilir.
Hannelora Şmats
Hannelora Şmats (16 fevral 1940, Regensburq, Bavariya – 2 oktyabr 1979, Everest) — Everest zirvəsinə çıxmış dördüncü qadın olan alman alpinist. O, cənub marşrutu ilə Everest zirvəsindən qayıdarkən yıxılmış və ölmüşdür; Şmatz Everestin yuxarı yamaclarında ölən ilk qadın və ilk alman vətəndaşı idi. == Bioqrafiya == Şmatz əri Gerhard Şmatz ilə cənub-şərqi silsilə marşrutu ilə ekspedisiyada idi və o, 8300 metr hündürlükdə öldü. Ekspedisiya rəhbəri olan Gerhard Şmatz o zaman 50 yaşında idi və Everest zirvəsinə çıxan ən yaşlı adam idi. Eyni ekspedisiyada amerikalı Rey Cenet də olub, o da zirvədən enərkən həlak olmuşdur. Dırmanışdan yorulmuş, Şerpa (etnik xalq) bələdçilərinin onları dayanmamağa çağırmasına baxmayaraq, gecə yaxınlaşdıqca 28 000 fut (8 500 m) hündürlükdə dayanmışdılar. Rey Cenet həmin gecə öldü və həm Şerpa, həm də Şmatz əziyyət çəkdilər, lakin enişlərini davam etdirmək qərarına gəldilər. Sonra 27,200 fut (8,300 m) hündürlükdə Şmatz oturdu, Şerpaya "su, su" dedi və öldü. Şerpa bələdçilərindən biri olan Sunqdare Şerpa yalnız bədəni ilə birlikdə qaldı və nəticədə əl və ayaq barmaqlarının çoxunu itirdi. Cenetin cəsədi qarın altında yoxa çıxdı, lakin Şmatzın cəsədi dağda öldüyü yerdə qaldı.
Praktika
Praktika — bir qayda, prinsip, bilik və düşüncəni həyata keçirmək, tətbiq etmək.
Svastika
Svastika (Sanskritcə: स्वस्तिक) ya da qammalı xaç — tarix əvvəli dövrlərdən qalma simvol. Qammalı xaç adı yunanca qamma (Γ) hərfinə və xaç şəklinə (+) əsaslanaraq verilmişdir. Svastika kəlməsi sanskritçədəki su (yaxşı) və asti (olmaq) kəlimələrinin birləşməsindən meydana gəlmişdir. "Yaxşı olmaq, xoşbəxt və sağlam olmaq" mənalarına gəlir. Svastika mistik simvollardan biri olmuş və mistik məna daşımışdır. Bəzi mütəxəssislər bu simvolu 4 əsas ünsürün göstəricisi kimi izah etməyə çalışmışlar. Yəni – hava, su, od, torpaq. Amerika və İngiltərə mütəxəssisləri isə bu qərara gəlmişlər ki, svastika simvolunun abbreviaturası latın əlifbasının "L" hərfi ilə başlayan 4 sözün birləşməsi kimi başa düşülməlidir. Yəni – "light" – işıq, günəş, "love" – sevgi, məhəbbət, "life" – həyat, "luck" – tale, uğur, xoşbəxtlik. Svastika — ən qədim, ən çox yayılmış qrafik simvollardan biridir.
Paktika
Pəktika vilayəti (puşt. پکتیکا) — Əfqanıstan İslam Respublikasının 34 vilayətindən biri. Pəktika vilayəti ölkənin cənub-şərqində yerləşir. Vilayətin sahəsi 19 482 km², 2009-cu ilin əvvəlinə olan rəsmi məlumata əsasən əhalisi 393.8 min nəfərdir. İnzibati mərkəzi Şaran şəhəridir. Vilayət 15 rayona bölünür: Bərməl Dilə Gayan Göməl Mətaxan Nikə Omnə Örgün Sərhövzə Sərubi Şərənə Vazəxva Vürməmey Yəhyaxil Yusufxil Zirük Əhalisinin mütləq əksəriyyəti puştun dilində, 5 kəndin əhalisi (15 min nəfər) özbəkcə və 4 kəndin əhalisi (5 min nəfər) digər dillərdə danışır.
Plastid
Plastidlər – sitoplazmanın içərisində yerləşən və onda davam edən maddələr mübadiləsinin gedişində çox mühüm rol oynayan canlı orqanizmlərdən bir qrupudur. Onlara ancaq yaşlı bitkilərdə rast gəlmək olur. Kolloidal quruluşlu plastidlər sitoplazmaya nisbətən xeyli qatıdır. Cisimciyi stroma adlanır. Stromanın əsasını plazma tipli zülallar və lipoidlər təşkil edir. Plastiddə toplanan piqmentdən asılı olaraq bitkilərdə 3 müxtəlif plastid ayrılır: leykoplastlar, yaxud rəngsiz plastidlər; xloroplastlar – yaşıl plastidlər və xromoplastlar – sarı, qonur, narıncı və qırmızımtıl plastidlər. Mühit amillərinin təsirindən, bitkinin mövcud inkişaf fazasından və ən nəhayət, hüceyrədə davam edən mübadilə reaksiyalarının gedişindən asılı olaraq bir növ plastid başqa növ plastidə çevrilə bilər. Xloroplastlar bitkinin mürəkkəb quruluşlu orqanoidi olub sitoplazmadan ikiqat membranla ayrılır.
Elastiki qüvvə
Elastiki qüvvə — deformasiya zamanı yaranan qüvvə. Qüvvənin növündən asılı olaraq cismə tətbiq olunan qüvvə ona təcil verir, yaxud cismi deformasiyaya uğradır (ölçü və formanı dəyişdirir). Qüvvənin təsiri ilə baş verən deformasiyaya nəzər salaq. Qüvvənin təsiri kəsildikdən sonra cismin ilk ölçüsünün və formasının bərpa olunma dərəcəsinə görə iki növ deformasiyaya rast gəlinir. Təsir kəsildikdən sonra cisim tamamilə ilk ölçü və formasını alırsa, baş vermiş deformasiya elastiki deformasiya adlanır. Təcrübi faktlarla müəyyən olunmuşdur ki, elastiki deformasiya cismin fərdi xüsusiyyətindən asılı olmaqla yanaşı təsir edən qüvvənin müəyyən qiymətləri intervalında baş verir. Qüvvənin müəyyən qiymətindən sonra təsirin kəsilməsinə baxmayaraq cisim tam mənada ilk halına qayıda bilmir. Elə maddələr vardır ki, onlarda hətta çox kiçik qüvvənin təsiri ilə meydana gələn deformasiya təsir kəsildikdən sonra bərpa olunmur. Bu növ deformasiyalar plastik deformasiya adlanır. Plastik deformasiyanı yaradan qüvvənin ən kiçik qiyməti (yaxud, elastiki deformasiyanı yaradan qüvvənin mümkün olan ən böyük qiyməti) müxtəlif cisimlər üçün müxtəlifdir.
Ficus elastica
Ficus elastica (lat. Ficus elastica) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin tutkimilər fəsiləsinin əncir cinsinə aid bitki növü.
Euphorbia elastica
Euphorbia elastica (lat. Euphorbia elastica) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin südləyənkimilər fəsiləsinin südləyən cinsinə aid bitki növü.
Həsən Şaş
Həsən Şaş (1 avqust 1976, Karataş, Adana ili) — türk futbol məşqçisi və cinah yarımmüdafiəçisi kimi çıxış etmiş keçmiş oyunçu. Həsən Gökhan Şaş 1998-ci ildə "Ankaragücü"ndən "Qalatasaray"a keçib. Karyerasında 5 Türkiyə çempionluğu, 3 ölkə kuboku, 1 UEFA kuboku və 1 UEFA Superkuboku var. 2002-ci ilin dünya çempionatında Türkiyə milli komandasının heyətində bürünc medal qazanıb. Orta xətdə oynayan H. Şaş "Qalatasaray"ın heyətində 350 rəsmi matçda 53 qol, Türkiyə yığmasında isə 57 matçda 9 qol vurub. H. Şaşın "Qalatasaray"la müqaviləsi bu il başa çatıb və klub rəhbərliyi onunla müqaviləni uzatmayıb. 32 yaşlı futbolçu Türkiyədəki bəzi klublardan, həmçinin Qatar və Səudiyyə Ərəbistanından transfer təklifləri almasına baxmayaraq, "Qalatasaray"dan başqa heç bir komandada oynamaq istəmədiyi üçün ailəsi ilə də məsləhətləşərək karyerasına nöqtə qoymağa qərar verib.
Şas gölü
Şas gölləri — Ukraynanın Volın vilayətiinin Lyubomlskiy və Şatski rayonlarında 30-dan çox gölün bir qrupu, Pripyat və Buq çayının aralıq hissəsində yerləşir. Şas gölləri meşə sahələri arasında yerləşir, burada çox sayda əsas və düşərgə tikilir.1983-cü ildə Şas göllərində nadir təbiət komplekslərinin qorunması üçün 32,850 hektar ərazini əhatə edən Şaski Milli Parkı yaradılmışdır. 1995-ci ildə milli park Ramsar Konvensiyasına əsasən beynəlxalq əhəmiyyətə malik olan sulu sahələr siyahısına daxil edilmişdir. Göllərin yerləşdiyi əraziyə Şatsk gölü deyilir. Şatsk göllərindən ən böyüyü-Svityaz (27,5 km², Yalpuq Gölündən sonra Ukraynanın ikinci böyük təbii su anbarı),Pulemets Gölü (16,3 km ²),Luki (6,8 km²),Lucimir (4,3 km2 ), Ostrovianskoe göl (2,5 km ²),Krım (1,44 km ²),Qum Gölü (1,86 km ²). Şatsk gölü Polesie düzənliyində düzəldilmişdir. Onun orta hissəsi Kretase çöküntülərində formalaşmış gölün karst çuxurlarının yayılması ilə xarakterizə olunur. Dağlıq mənzərələrin ortasında yatan göllər alluvium qazma və yeraltı suyunun səviyyəsinin yüksəldilməsi nəticəsində yaranmışdır, ərazinin yüngül bir yamacına və daimi axımın olmamasına səbəb olmuşdur. Yaz aylarında gölün suları yaxşıca istiləşir, qışda göllər donur. Suyun mineralizasiyası orta və ya azalıb, dəyəri 75–125-dən 200–250 mg/dm3-ə qədərdir.
Şaş vilayəti
Şaş vilayəti — Orta Asiyada tarixi bölgə. "Çaç müasir Daşkəndin ən qədim adıdır. Dillərində "ç" çəsi olmadığına görə ərəblər onu "Şaş" şəklində yazmışlar. "Şaşkənd" sonralar "Daşkənd"ə çevrilmişdir. Şəhərin adını çin qaynaqları "Çö-Çi", "Çö-Şi", yaxud sadəcə "Şi" şəklində transkripsiya etmişlər ki, bu da çincə "daş" deməkdir". Göytürklər VI əsrin ikinci yarısında qərbdə ilk olaraq Şaş (Daşkənd) bölgəsini ələ keçirmişdir. Xaqanlığa tabe olaraq bu əsrin sonlarına qədər varlığını sürdürə bilən “Tchao-wu” xanzadələri, Çin salnamələrinə görə, 605-ci ildə İstəmi xaqanın soyundan gələn Shəgui xan tərəfindən yox edilərək, idarəyə Tə-lə Tiən-tchə (Tiən-tchə Təgin) keçirilmişdir. Bu dönəmə aid Sogdca yazılı Şaş pullarında Türk əsilli İl-təgin adlı yönətici keçməkdədirll ki, o 605-ci ildə idarəyə keçən Tə-lə Tiən-tchə (Tiən-tchə Təgin)lə eyni şəhs ola bilir. Bizcə, bu Təgin Göktürk xaqanları soyundan olmalıdır. Böyük ehtimallə, VIII əsrin ortalarına qədər hökm sürən Şaş xanzadələrinin soyu ona dayanmaqdadır.
Mastika püstəsi
Saqqız ağacı (lat. Pistacia lentiscus) — hazırda tibb, yeyinti sənayesi kimi sahələrdə aktiv istifadə edilən, Herodot və Hipokrat dövlərindən məşhur olan ağac. == Tarixi == Damla saqqızı, tarixinin izləri çox qədim zamanlara dayanan və hazırda tibb, yeyinti sənayesi kimi sahələrdə aktiv istifadə edilən, Heredot və Hipokrat dövlərindən məşhur olan təbii bir möcüzədir. Türkiyəli məşhur botanikaçı professor Əkrəm Sezikiz sözlərinə görə Dioskolidis miladdan sonra ikinci əsrdə Anadolunu gəzərək Materiya Medika kitabını yazan tanınmış bir həkim-əczaçıdır. Müəllif əsərində saqqızın həzmi asanlaşdırmasının yanında dişlər üçün də faydalı olduğunu qeyd etmişdir. Galenos Anadolulu bir həkim-əczaçıdır. Berqamada dünyaya gəlib, orda işləyib və qərbdə tibbin atası olaraq tanınır. Galenos müxtəlif qərb səyyahlarının da saqqızın madə-bağırsaq xəstəliklərinin, qara ciyər iltihablanmasının müalicəsində istifadə etdiklərini, saqqız çeynəməyin vəya dərman şəklində qəbul etmənin, qusmanın qarşısını almaqda, iştaha açıcı, həzmi asanlaşdırıcı, mədə xəstəliklərində və xüsusən də mədə ağrılarının aradan qaldırılması üçün istifadə edildiyini qeyd etmişdir. Damla saqqızı elmi adı pistasya lentiskus varietekia olan ağacın gövdələrinə açılan yaralardan axıb quruyan maddədir. Bu ağac Egey dənizi ətrafında yetişməklə birlikdə xüsusən də burda yerləşən Saqqız adasında yetişdirilərək saqqız istehsalında istifadə edilir.
Paktika vilayəti
Pəktika vilayəti (puşt. پکتیکا) — Əfqanıstan İslam Respublikasının 34 vilayətindən biri. Pəktika vilayəti ölkənin cənub-şərqində yerləşir. Vilayətin sahəsi 19 482 km², 2009-cu ilin əvvəlinə olan rəsmi məlumata əsasən əhalisi 393.8 min nəfərdir. İnzibati mərkəzi Şaran şəhəridir. Vilayət 15 rayona bölünür: Bərməl Dilə Gayan Göməl Mətaxan Nikə Omnə Örgün Sərhövzə Sərubi Şərənə Vazəxva Vürməmey Yəhyaxil Yusufxil Zirük Əhalisinin mütləq əksəriyyəti puştun dilində, 5 kəndin əhalisi (15 min nəfər) özbəkcə və 4 kəndin əhalisi (5 min nəfər) digər dillərdə danışır.