Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Saadan
Saadan — Şabran rayonunun Sədan kəndi (hazırda bu kənd Siyəzən rayonuna daxildir) ərazisindəki palçıq vulkanıdır. Saatdan, Sədən variantlarında da qeydə alınmışdır. Əsli Sodandır. Palçıq vulkanı adını eyniadlı yaşayış məntəqəsindən almışdır.
SCADA
SCADA – (ing. Supervisory Control And Data Acquisition) idarəetmə obyektləri haqqında informasiyaların toplanması, işlənməsi, təsvir edilməsi və arxivləşdirilməsi sistemlərinin işlənib hazırlanması və ya onların real vaxt miqyasında fəaliyyətlərinin təmini üçün nəzərdə tutulmuş paket proqramdır. SCADA TP AİS–in, ekoloji monitorinqin, elmi eksperimentin, binaların avtomatlaşdırılması kimi sistemlərin bir hissəsi ola bilər. SCADA sistemləri real vaxt miqyasında, texnoloji proseslərə operator nəzarətinin təminatının tələb olunduğu təsərrüfat işlərinin bütün sahələrində istifadə edilə bilər. Nəzərdə tutulmuş proqram təminatı kompüterlərdə yerləşdirilir və obyektlə əlaqə üçün giriş/çıxış drayverlərindən və ya OPC/DDE serverlərindən istifadə olunur. Proqram kodu proqramlaşdırma dilində (məsələn C++) yazıla bilər. Bəzən SCADA sistemləri sənaye kontrollerlərini proqramlaşdırmaq üçün əlavə proqram təminatı ilə kompleksləşdirilir və belə SCADA sistemlər inteqrallaşdırılmış adlanır. Onlara Softlogic termini də əlavə edilir. SCADA termini ikili şəkildə şərh edilir. Ən çox yayılmış anlayışda SCADA bir əlavə kimi, yaxud göstərilən funksiyaların yerinə yetirilməsini təmin, eləcə də bu proqram təminatının işlənməsinin proqram kompleksi kimi şərh edilir.
Sadaa
Soara
Siqor (yun. Σηγώρ), həmçinin Soar və ya Soara (q.yəh. צוער‎ ‎ “kiçik”; lat. Zoara, yun. Ζογορα) — Əhdi-ətiqdə Sodom pentapolunun beş şəhərindən biri. Əksər tərcüməçilərə görə, şəhər Ölü dənizin cənub-şərq ucunda, Kerek vadisində, Moav dövləti ilə sərhəddə yerləşir. Şəhər İosif Flavi, Ptolemey, Yevsevi və İyeronim tərəfindən xatırlanır. Şəhər Lut və qızları üçün sığınacaq olması və məqsədilə Sodom və Qomorranı məhv edən faciədən xilas edilmişdir. Şəhər əvvəllər Bela kimi də tanınırdı (ivr. ‏בלע‏‎) və kiçik bir dövlətin paytaxtı idi.
Saada
Saada (ərəb. صعدة‎) — Yəməndə şəhər.
Cephalophus spadix
Cephalophus spadix (lat. Cephalophus spadix) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin boşbuynuzlular fəsiləsinin duker cinsinə aid heyvan növü.
Dendrolagus spadix
Dendrolagus spadix (lat. Dendrolagus spadix) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin i̇kikəsicidişlilər dəstəsinin kenqurular fəsiləsinin ağac vallabisi cinsinə aid heyvan növü.
Osmerus mordax
Asiya koryuşkası (lat. Osmerus mordax) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin koryuşkakimilər dəstəsinin koryuşkalar fəsiləsinin koryuşka cinsinə aid heyvan növü.
Soda
Soda: Kalsium soda, Paltar ağartma sodası — Natrium-karbonat - Na2CO3. Kristallik soda — Kiristallohidrat kalsiumlu sodanın ümumi adı: Natrit — Na2CO3*10H2O. Termonatrit — Na2CO3*H2O. İçməli soda, ərzaq sodası — Natrium-hidrokarbonat - NaHCO3.
El Sadar
Estadio Reyno də Navarra İspaniyanın Pamplona şəhərində 1969-ci ildə çox məqsədli olaraq inşa edilən bir stadion. Stadionda əksəriyyətlə futbol müsabiqələri oynanılmaqdadır. İspaniyanın CA Osasuna komandasının matçlarını oynadığı stadion, 23.576 tamaşaçı tutumuna malikdir.
SCADA sistemləri
SCADA – (ing. Supervisory Control And Data Acquisition) idarəetmə obyektləri haqqında informasiyaların toplanması, işlənməsi, təsvir edilməsi və arxivləşdirilməsi sistemlərinin işlənib hazırlanması və ya onların real vaxt miqyasında fəaliyyətlərinin təmini üçün nəzərdə tutulmuş paket proqramdır. SCADA TP AİS–in, ekoloji monitorinqin, elmi eksperimentin, binaların avtomatlaşdırılması kimi sistemlərin bir hissəsi ola bilər. SCADA sistemləri real vaxt miqyasında, texnoloji proseslərə operator nəzarətinin təminatının tələb olunduğu təsərrüfat işlərinin bütün sahələrində istifadə edilə bilər. Nəzərdə tutulmuş proqram təminatı kompüterlərdə yerləşdirilir və obyektlə əlaqə üçün giriş/çıxış drayverlərindən və ya OPC/DDE serverlərindən istifadə olunur. Proqram kodu proqramlaşdırma dilində (məsələn C++) yazıla bilər. Bəzən SCADA sistemləri sənaye kontrollerlərini proqramlaşdırmaq üçün əlavə proqram təminatı ilə kompleksləşdirilir və belə SCADA sistemlər inteqrallaşdırılmış adlanır. Onlara Softlogic termini də əlavə edilir. SCADA termini ikili şəkildə şərh edilir. Ən çox yayılmış anlayışda SCADA bir əlavə kimi, yaxud göstərilən funksiyaların yerinə yetirilməsini təmin, eləcə də bu proqram təminatının işlənməsinin proqram kompleksi kimi şərh edilir.
Sadal (Çaldıran)
Sadal (fars. ميدان‎‎) - İranın Qərbi Azərbaycan ostanının Çaldıran şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 949 nəfər yaşayır (208 ailə).
Saday Abbasov
Saday Həmid oğlu Abbasov — fizika riyaziyyat elmləri namizədi (1984), dosent (2005–2012). Saday Həmid oğlu Abbasov 1955-ci il iyunun 19-da Bərdə rayonu Mirzalıbəyli kəndində anadan olub. 1962–1972-ci illərdə Salyan şəhəri 4 saylı məktəbdə oxuyub. 1972–1977-ci illərdə BDU-nun (köhnə ADU-nun) fizika fakültəsində təhsil alıb. 1977–1978-ci illərdə Azərbaycan EA-nın "Kaspi" EM-də mühəndis işləyib. 1978-ci ildən BDU-da çalışan Saday Abbasov Fizika fakültəsinin "Optika və molekulyar fizika" kafedrasında mühəndis (1978–1979) işləmişdir. 1979–1994-cü illərdə isə BDU-nun Fizika fakültəsinin Molekulyar biofizika kafedrasında və ETL-da kiçik elmi işçi vəzifəsində çalışmışdır. Sonrakı illərdə BDU-nun Fizika fakültəsində baş müəllim (1994–1996), böyük elmi işçi (1996–2005), 2005-ci ildən ömrünün sonuna qədər (6 may 2012) isə "Optika və molekulyar fizika" kafedrasında dosent vəzifəsində çalışmışdır. 1984-cü ildə "Heksadeka-Valinomisin molekulunun və onun bir neçə üzvü ionlarla qeyri-valent komplekslərinin nəzəri konformasiya analizi" mövzusunda namizədlik dissertasiyası müdafiə edərək fizika–riyaziyyat elmləri namizədi alimlik dərəcəsi almışdır. Molekulyar fizika və Biomolekulların fizikası Saday Abbasovun tədqiqat sahəsi idi.
Saday Budaqlı
Saday Budaqlı (13 noyabr 1955, Qazax) — Azərbaycanlı yazıçı, tərcüməçi. Azərbaycan Yazıçılar Birliyinin Qazax şöbəsinin katibi (1989-1993), Azərbaycan Dövlət Radiosunda baş redaktor (1993-2009), Maksim Qorki adına Ümumittifaq Mükafatı, Moskvada nəşr edilən "Nedelya" həftəlik məcmuəsinin laureatı, "Drujba Narodov" jurnalının "İlin ən yaxşı hekayəsi" mükafatını alıb (1982). 2009-cu ildə Azərbaycan Mədəniyyət Nazirliyinin "Qızıl Kəlmə" mükafatına layiq görülüb. Saday İsmayıl oğlu Budaqlı 1955-ci il noyabrın 13-də Qazax rayonunda anadan olub. 1984-cü ildə M. Qorki adına Ədəbiyyat İnstitutunu bitirib. 1984-1989-cu illərdə "Yazıçı" nəşriyyatında redaktor işləyib. 1989-1993-cü illərdə Yazıçılar İttifaqının Qazax şöbəsinin katibi olub. 1993-2009-cu illərdə Azərbaycan Dövlət Radiosunda baş redaktor vəzifəsində çalışıb. Povest və hekayələrdən ibarət kitabları Bakıda və Moskvada Azərbaycan və rus dillərində çapdan çıxıb. Hekayələri ingilis, yapon, litva, türk və başqa dillərə də tərcümə olunub.
Saday Məmmədəliyev
Saday Rza oğlu Məmmədəliyev (1 mart 1998, Darkənd, Naxçıvan Muxtar Respublikası – 9 noyabr 2020, Şuşa) — Azərbaycan Silahlı Qüvvələrinin maxeyi, İkinci Qarabağ müharibəsinin şəhidi. Saday Məmmədəliyev 1998-ci il martın 1- də Ordubad rayonunun Darkənd kəndində anadan olmuşdur. Orta təhsilini Aza kənd məktəbində aldıqdan sonra hərbi xidmət üçün Şahbuz rayonuna yollanmışdır. Hərbi xidmətini xüsusi təyinatlı olaraq etmiş, hərbi xidmət müddəti bitdikdən sonra hərbiyə olan marağına görə hərbidə qalıb MAXE olaraq Vətəninə xidməti davam etdirmişdir. Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Saday Məmmədəliyev 2020-ci il oktyabrın 11-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Müharibə zamanı XT qrup kəşfiyyatçı-radioteleqrafçı kimi hərbi xidmətini yerinə yetirib, Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Ailəsi ilə ən son 24 oktyabrda danışmış, Şuşaya çox az qaldığını söyləmişdir. Saday Məmmədəliyev 9 noyabr 2020-ci ildə Şuşa istiqamətində döyüş tapşırığını yerinə yetirərkən həlak olmuşdur. Naxçıvan şəhəri,Ordubad rayonu Darkənd kəndində dəfn edilmişdir. Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Saday Məmmədəliyev ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Saday Şəkərli
Şəkərov Saday Əsəd oğlu (Şəkərli) — şair, 1995-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü. Saday Şəkərli 1959-cu il sentyabrın 7-də Cəlilabad rayonunun Bəcirəvan kəndində anadan olmuşdur. Burada səkkizillik məktəbi bitirmişdir. Bakıda 18 saylı texniki-peşə məktəbində, Bakı sənaye-pedaqoji texnikumunda təhsil almışdır (1976-1980). Rusiyada Saratov Kənd Təsərrüfatı Mexanizasiyası İnstitutunda təhsilini davam etdirmişdir (1980-1985). Bədii yaradıcılığa tələbəlik illərində başlamışdır. "Məhəbbət ağacı" adlı ilk şeirlər toplusu 1985-ci ildə Saratov şəhərində dərc edilmişdir. 1984-cü ildə Gənc yazıçıların Moskvada keçirilən 8-ci Ümumittifaq seminar-müşavirəsinin iştirakçısı olmuşdur. Əmək fəaliyyətinə 1988-ci ildən Cəlilabad rayonunun suvarma idarəsində başlamışdır. Sonra burada kiçik müəssisə təşkil etmişdir.
Saday Əliyev
Saday Əliyev 1948-ci il iyulun 1-də Hacıqabul rayonunun Navahı kəndində, ziyalı ailəsində dünyaya göz açmışdır. 1966-cı ildə Nizami adına Navahı kənd orta məktəbinin 11-ci sinfini qızıl medalla bitirmişdir. Elə həmin il N. Nərimanov adına Azərbaycan Tibb Universtetinin müalicə-profilaktika fakültəsinə daxil olmuş, 1972-ci ildə ali təhsilini fərqlənmə diplomu ilə başa vurmuşdur. Saday Əliyev 1972–1974-cü illərdə Almaniyadakı Sovet Qoşun qruplarının tərkibində hərbi həkim, 1974–1978-ci illərdə Bakı şəhəri, Qaradağ rayonunun 23 saylı birləşmiş xəstəxanasında cərrah işləmişdir. Lakin, Saday Əliyev həkim işləməklə yanaşı, elmin sirlərinə yiyələnmək arzusu ilə yaşayırdı. Bu istəklə o,1978-ci ildə ATU-nun "Cərrahiyyə" ixtisası üzrə kliniki ordinaturasına daxil olmuş,1980-ci ildə oranı bitirdikdən sonra I hospital cərahiyyə kafedrasında baş laborant vəzifəsində saxlanmışdır. 1988-ci ilədək I cərrahi xəstəliklər kafedrasının assisenti, 1996–2006-cı illərdə dosent vəzifələrində işləmişdir. 1988-ci ildə "Yüksək risk qrupundan olan xəstəliklərdə öd daşı xəstəliyinin müasir operativ müalicəsinin təhlili" mövzusunda namizədlik dissertasiyasını, 2001-ci ildə isə "Çənbər bağırsağın şiş mənşəli obturasion keçməzliyinin cərrahi müalicəsinin nəticələrinin yaxşılaşdırılması yolları" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. Saday Ağalar oğlu Əliyev 2006-cı ildə ATU-nun Elmi şurasının qərarı ilə I cərrahi xəstəliklər kafedrasının professoru seçilmişdir. O, Tibb Universitetinin Elmi şurasının üzvü, Doktorluq Dissertasiya Şurasının Elmi katibidir.
Suada Salimova
Suad Nizami qızı Salimova (19 mart 1993, Bakı) — " Iron Girl " ləqəbli Azərbaycanlı peşəkar döyüşçü. K1 üzrə dünya çempionu, WTKA versiya üzrə dünya çempionu, kikboks üzrə 4 qat Azərbaycan çempionu, Uşu-Sanda üzrə 3 qat respublika çempionu. Suad Salimova 19 mart 1993-cü il Bakı şəhərində anadan olmuşdur. Bakı Slavyan Universitetinin Regionşünaslıq fakultəsin bitirmişdir. 2017-ci ildən Hollandiyanın Amsterdam şəhərində yaşayır. 2014-cü ildə K1 üzrə Gürcüstanda keçirilən yarışda çempionu olmuşdur. 2015-ci ildə Sankt-Peterburqda Uşu-Sanda üzrə keçirilən yarışda qalib olmuşdur. 2015-ci ildə K1 üzrə Iranda keçirilən yarışda çempionu olmuşdur. 2015-ci ildə Ispaniyada keçirilən WTKA versiya üzrə yarışda dünya çempionu olmuşdur. 2016-cı ildə Romaniada keçirilən WTKA versiya üzrə keçirilən yarışda gümüş medal qazanmışdır.
Suada Ələkbərova
Suada Ələkbərova (24 fevral 2001, Bakı) — 2012-ci ildə Azərbaycanı Uşaq Avroviziya Mahnı Müsabiqəsində təmsil edən iştirakçı. Azərbaycan Dövlət Musiqili Komediya Teatrının Yaradıcılıq studiyasının yetirməsidir. Bir neçə ildir ki, Azərbaycan Dövlət Musiqili Komediya Teatrının Yaradıcılıq studiyasında müəllim Nigar Axundova-Kərimovanın rəhbərliyi ilə vokal-oxuma məşğələlərində iştirak edir. Studiyanın direktoru Əminə Musayeva bildirib ki, studiya üzvlərinin bu uğuru təsadüfi deyil: "Çünki onlar bu yarışmaya çox ciddi hazırlaşmışdılar. Mən sevinirəm ki, son mərhələyə vəsiqə qazanan 5 uşaqdan 3-ü bizim studiyanın yetirməsi oldu. Suada isə finalçı kimi Amsterdamda keçiriləcək yarışmada ölkəmizi təmsil etmək hüququ qazandı".
Talaat Sadat
Talaat Sadat (ərəb. طلعت عصمت السادات‎; 26 fevral 1954 – 20 noyabr 2011, Qahirə) — Misir siyasətçisi, vəkil və keçmiş siyasi məhbus. Misirin keçmiş prezidenti Ənvər Sadatın qardaşı oğlu idi. Talaat, bir reportajda əmisinin 1981-ci ildə qətlini Misir Silahlı Qüvvələri ilə əlaqələndirdi, bundan sonra o, 4 oktyabr 2006-cı ildə tutuldu. Hərbi qüvvələri tərəfindən aparılan məhkəmə Misir silahlı qüvvələrinə böhtan atmaq ittihamı ilə sona çatdı və nəticədə bir il həbs cəzasına məhkum edildi. Onun həbsi və məhkumluğu ABŞ Dövlət Departamenti tərəfindən tənqid edildi. 2011-ci il Misir inqilabından sonra Misir siyasi həyatını pozduğu üçün Milli Demokrat Partiyasının ləğv edilməsini tələb edən nümayişlərdə iştirak etsə də, Misirin keçmiş prezidenti Hüsnü Mübarəkin partiyadan istefası ardından partiyanın yeni sədri seçildi. Bununla birlikdə, 16 aprel 2011-ci ildə MDP məhkəmələr tərəfindən ləğv edildi və aktivləri hökumətə təhvil verildi. Sonra ölümündən bir müddət əvvəl Misir Milli Partiyasının yaradılmasında işlərə başladı.
Vladimir Saday
Vladimir Saday (çuvaşca: Владимир Сатай, Vladimir Leotyeviç Saday (Sırılnikov), 31 mart 1926, Ulyanovsk vilayəti – 22 iyul 1991, Çeboksarı) — çuvaş yazıçısı, tərcüməçisi, 1951-ci ildən SSRİ Yazıçılar Birliyinin üzvü Vladimir Saday 31 mart 1926-cı ildə Rusiya Federasiyasının, Ulyanovsk vilayəti, Silininsk rayonu, Kaşa kəndində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra İkinci Dünya müharibəsinə getmişdir. Müharibə bitdikdən sonra Uşaq Şərqdə Yaponiyaya qarşı müharibədə iştirak etmiş, daha sonra Monqolustan,Çin və Koreyada hərbi xidmətini davam etdirmişdir. Ehtiyata göndərildikdən sonra iki il “Ümumi iş” («Пĕрлешӳллĕ ĕç») qəzetində məsul katib vəzifəsində çalışmışdır. 1951-ci ildə Çeboksarıya gələrək “Bayraq” («Ялав») ədəbi dərgisində və «Çамрăк коммунист» qəzetində çalışmışdır. M.Qorki adına Ədəbiyyat İnstitunda təhsil almışdır. 1951-ci ildə SSRİ Yazıçılar Birliyinin üzvü seçilmişdir. 22 iyul 1991-ci ildə Çuvaşiyanın paytaxtı Çeboksarı şəhərində vəfat etmişdir. Vladimir Saday çuvaş dilində yazılmış bir çox hekayə və romanların müəllifidir. Onun 20-dən artıq kitabı nəşr olunmuşdur.
Ənvər Sadat
Məhəmməd Ənvər əs-Sadat (ərəb. محمد أنور السادات‎ Muḥammad ʾAnwar as-Sādāt; 25 dekabr 1918[…], Mit Əbülkövm, əl-Minufiyyə mühafəzəsi[d], Misir sultanlığı[d] – 6 oktyabr 1981[…], Qahirə) — Misir hərbi və dövlət xadimi, Misirin 3-cü prezidenti (1970-1981), marşal (1973). Nobel Sülh mükafatı laureatı (1978). 1978-ci ildə İsraillə Kemp-Devid sülh müqaviləsini imzalamış və ərəb dünyasında kəskin etirazlarla qarşılanmışdır. Ənvər Sadat 1918-ci il 25 dekabrda, əl-Minufiyyə şəhərinin Mit Əbülkövm kəndində doğulmuşdur. Orta təhsilini bitirdikdən sonra hərbi məktəbə daxil oldu. 1938-ci ildə Hərbi Akademiyanı bitirdi.
Antun Saada
Antun Saada (ərəb. أنطون سعادة‎, 1 mart 1904 – 8 iyul 1949, Beyrut) — Suriya Sosial Milliyyətçi Partiyasını yaratmış siyasətçi.
Sodar İsmayılova
Sodar İsmayılova (tam adı: Sodar Məbud qızı İsmayılova; d. 15 mart 1930, Nuxa rayonu, Azərbaycan SSR) — Sovet dövrü Azərbaycan tütünçüsü, Sosialist Əməyi Qəhrəmanı (1949). == Haqqında == 15 mart 1930-cu ildə Azərbaycan SSR-in Nuxa (Şəki) rayonunun Baş Zəyzid kəndində anadan olub. 1946-cı ildən kolxozçu, 1953-cü ildən Şəki rayonunun "Şəfəq" kolxozunda (keçmiş adı ilə Səfərova) tütünçü olmuşdur. 1948-ci ildə "Trabzon" tütün sortu üzrə 3 hektarlıq sahədən hər hektarına 25.1 sentner olmaqla məhsul almışdır. SSRİ Ali Sovetinin Prezidiumunun qərarı ilə 1 iyul 1949-cu ildən etibarən 1948-ci ildəki yüksək tütün məhsulu əldə edilməsi göstəricisinə görə Sodar Məbud qızı İsmayılova Lenin ordeni və "Çəkic və Oraq" qızıl medalı ilə təltif olunmaqla yanaşı Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüşdür. Azərbaycanın ictimai həyatında fəal iştirak etmişdir. 1957-ci ildən Sovet İttifaqının Kommunist Partiyasının üzvü olmuşdur. 2002-ci ildən etibarən prezident təqaüdçüsüdür.
Sadao Araki
Sadao Araki (荒木 貞夫, Araki Sadao, 26 may 1877 – 2 noyabr 1966, Tokio[d]) – Yaponiya İmperator ordusunun generalı. Ultramilliyyətçi olmuş, Mancuriyanın işğalını və Yaponiyada imperator ənənələrinin möhkəmləndirilməsini dəstəkləmişdir. == Həyatı == 1897-ci ildə Hərbi Akademiyadan məzun olmuş, 1904–1905-ci illərdə Rus-yapon müharibəsində kiçik zabit kimi döyüşmüşdür. 1908-ci ildə Ordu Heyəti Kollecini bitirdikdən sonra Rusiyada dil zabiti (1909) və hərbi ateşe (1912) kimi fəaliyyət göstərmişdir. 1918-ci ildə Yaponiyanın Sibir müdaxiləsində iştirak etmişdir. Araki general-mayor kimi 1923-cü ildə 23-cü piyada briqadasına komandanlıq etmişdir. 1927-ci ildə general-leytenant rütbəsinə yüksəlmiş və 1928-ci ildə Ordu Heyəti Kollecinin nəzarətçisi olmuşdur. 1929-cu ildə 6-cı piyada diviziyasına komandanlıq etmişdir. 1931-ci ildə Təhsil Nazirliyinin bir bölməsinin direktoru olmuşdur. Sağçı fikirləri ilə tanınan "Kokuhonşa" təşkilatının vitse-prezidenti seçilmişdir.
Şvabax
Şvabax (alm. Schwabach‎) — Almaniyanın Bavariya torpağında şəhər. Nürnberq yaxınlığında yerləşən şəhərin əhalisi 40 minə yaxın, sahəsi 40,71 km²-dir. Şəhər XIX əsrin sonlarında iri tikiş ləvazimatları mərkəzi kimi seçilirdi. Həmçinin, qızıl, gümüş, mis və dəmir simlərin, sabun, şam və saxsı qabların istehsalı ilə məşhur idi. XIX əsr bəstəkarı Adolf Genzelt və XV–XVI əsrlər alman heykəltəraşı Adam Kraft burada doğulmuşlar. Şvabax, həmçinin Adolf Hitlerin buranın fəxri vətəndaşı olması ilə tanınır. XV əsrin sonu XVI əsrin əvvəllərinədək Almaniyada geniş istifadə edilən şrift növü olan "Şvabaxer" öz adını Şvabax şəhərinin adından almışdır.
Şaqax
Şahyeri (əvvəlki adı: Şaqax) — Azərbaycan Respublikasının Xocavənd rayonunun Dərəkənd kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Xocavənd rayonunun Şaqax kəndi Şahyeri kəndi adlandırılmışdır. 2 oktyabr 1992-ci ildən 9 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. Şahyeri kəndi 9 noyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. XIX əsrin əvvəllərində Cənubi Azərbaycanın Qarabağ mahalından gəlmiş ermənilərin burada məskunlaşması nəticəsində Şaqax (fars dilində şah yeri) şəklində düşmüşdür. Əslində oykonim şah və yer sözlərinin birləşməsindən yaranıb, yüksək yer dəməkdir. Şahyeri kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmışdır: Kənddə mədəniyyət müəssisəsi mövcud deyil. Kənddə təhsil müəssisəsi mövcud deyil. Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır. Kənddə səhiyyə müəssisəsi mövcud deyil.
Şada
Şada — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda kənd. Pirçayın (Şahbuz çayın qolu) sahilindədir. Oykonomin türkdilli şoto etnoniminin fonetik təhlilə uğramış variantı ilə bağlılığı ehtimal edilir. MƏnbələrə görə tayfa adını yaşadığı eyni adlı səhradan götürmüşlər. VII əsrdə Şərqi Türküstanın Çu vadisində dövlətlərini yaratmış şatolar oğuz, xəzər və monqol yürüşləri zamanı Azərbaycanda məskunlaşmışlar. Tayfa XİX əsrdə qırğızların tərkibində şada adı ilə qeydə alınmışlar. Əhalisi 182 nəfərdir.